Sərbəst iş Ad: Müslüm Soyad: Rüstəmli Fakültə: Tarix və Coğrafiya İxtisas: Coğrafiya müəllimliyi Qrup: coğ1903b fənn: Dünyanın iqtisadi və sosial coğrafiyası


Təbii artımın növləri, demoqrafik keçid nəzəriyyəsi



Yüklə 48,92 Kb.
səhifə4/10
tarix02.01.2022
ölçüsü48,92 Kb.
#42563
1   2   3   4   5   6   7   8   9   10
disc sərbəst iş

Təbii artımın növləri, demoqrafik keçid nəzəriyyəsi.

Insan sivilizasiyası inkişaf etdikcə, məntiqi olaraq əhalinin artımının xarakteri də dəyişməyə başladı. «Şüurlu insanın» mövcud olduğu minilliklər ərzində insan cəmiyyətı üç əsas inkişaf mərhələsi - mənimsəyici iqtisadiyyat mərhələsi, aqrar iqtisadiyyat mərhələsisənaye iqtisadiyyat mərhələsi, post sənaye mərhələs - keçdiyindən demoqrafiyada onlara müvafiq olaraq əhalinin artımının üç növünü də göstərmək qəbul edilib:



1) tarixi növ;

2) ənənəvi növ;

3) müasir növ.

Əhalinin artımının tarixi növü insanın təbiətdən fövqəladə ciddi asılılığı olduğu şəraitdə, hər yerdə mənimsəyici iqtisadiyyatın (ovçuluq, balıq tutulması, təbıi sərvətlərin yığılması) hökmranlıq etdiyi vaxtda insan nəslinin başlanğıc tarixinin on minlərilə ili əhatə edib. O dövr zamanı Yer əhalisi üçün o qədər də böyük olmayan say və son dərəcə aşağı artım, sürəti xas olub. Sonra isə tədricən mənimsəyici iqtisadiyyatdan istehsalçı iqtisadiyyata (əkinçilık, heyvandariıq) keçid baş verdi və o neollt inqilabı adı aldı. O, əhalinin artımının yeni tarixi növünə həyata vəsiqə verdi və onu ənənəvi növ adlandırmağa başladılar. Əhalinin artımının ənənəvi növü Yer üzərində bir neçə min il ərzində mövcud olaraq aqrar iqtisadiyyatın tam hökmranlığı dövrunə müvafiq olub. Bu növün əsas seçilən cizgiləri fizioloji maksimuma (40-50%) yaxınlaşan yüksək doğum sayı və eləcə də ölüm miqdarının çox yüksək göstəricisi olub. Nəticədə ölüm miqdarı yüksək doğum sayını «söndürərək» əhalinin təbli artımının azalmasına gətirib çıxarıb. Demoqraflar hesab edirlər ki, əgər belə demək mümkünsə, ənənəvi növdə əsas nizamlayıcı ölüm miqdarı olub və o, yüksək doğumu stimullaşdırmışdır. Yəni, əgər valideynlər ailədə üç-dörd uşaq olmasını istəyirmişlərsə, onların ailəsində ən azı iki-üç dəfə çox uşaq doğulmalıymış. Demoqrafık proseslərin belə gedişində dünya əhalisinin sayı çox ləng artırdı.

Cəmiyyətin məhsuldar qüvvələrinin inkişafındakı növbəti köklü dəyişiklik aqrar iqtisadiyyatdan sənaye iqtisadiyyatına keçidlə üst-üstə düşərək, XVIII-XIX əsrlərdə sənaye çevrilişi zamanı Avropada başladı və XX əsrdə bütün dünyanı bürüdü. Məhz bu zaman kəsiyində əhalinin artımının ənənəvi növü müasir növlə əvəz olunmağa başladı.

Əhalinin artımının müasir növü tamamilə başqa demoqrafık şəraitə və digər demoqrafik mexanizmlərin istifadəsinə istiqamətdir. Insanın təbiətdən asılılığının azalması, tibb və səhiyyənin uğurları, həyat səviyyəsinin ümumi yüksəlişi ölüm miqdarının göstəricisinin nəzərəçarpan dərəcədə azalmasına və orta ömürün uzunluğunun artmasına gətirib çıxartdı. Bu isə öz növbəsində təbii artımın ciddi şəkildə artmasına səbəb oldu (yüksək doğum sayının saxlanması şərtilə). Əhalinin artımının müasir növünün vacib fərqləndirici cəhəti kimi azad ailə seçimini təmin edən demoqrafik münasibətlərin daha böyük aktivliyi və çevikliyini göstərmək olar. Eyni zamanda artım prosesinin idarə edilməsi, əlverişliyi də yüksəlir. Bu növü təsadüfı olmayaraq artımın rasional növü də adlandınrlar.

Bütün bu mürəkkəb və çoxplanlı demoqrafik proseslər dərin elmi araşdırma və şərh etmə tələb edirdi. Beləliklə, əhalinin artımındakı köklü dəyişiklikləri qeyd etmək üçün istifadə edilən demoqrafik inqilab və demokratik keçid anlayışlan meydana gəldi.

Əhalinin artımının növlərinin belə dəyişikliyinin elmi dərk edilməsı demoqrafık keçid nəzərıyyəsınin yaranmasına gətirib çıxartdı. Onun əsas vəzifəsi doğum sayı, ölüm miqdarı və əhalinm təbıı artımı prosesləri zamanı dəyişikliklərin xarakteri və ardıcıllığını izah etmək və onların uzunmuddətli tendensiyasını müəyyən etməkdir. Belə demoqrafik keçidin bir çox alimlər tərəfindən hazırlanan ümumi sxemi onun dörd ardıcıl dövr, mərhələ və ya pilləsini qeyd edir:



Birinci dövr əhalinin artımının ənənəvi növünün tamamlayıcı mərhələsinə aiddir. Ona yuksək doğum sayı, yüksək ölüm miqdarı və aşağı təbii artım xarakterikdir. Demoqrafik keçidin əvvəlində bu mərhələni Yer əhalisinin böyük hissəsi keçib. Hazırda bu mərhələyə tropik meşələrdə yaşayan geridə qalmış tayfalar istisna olmaqla heç bir yerdə rast gəlinmir.

ikinci dövr ən böyük demoqrafık dinamizmlə seçilir. O, ilk növbədə, ölüm miqdarının göstəricisınin kəskin azalmasında özünü göstərir. Lakin doğum sayı (adətən azalması bir-iki nəsıl gecıkır) bu zaman ənənəvi olaraq yüksək qalır, azaldıqda isə o qədər də ciddi əksilmir. Nəticədə faktiki olaraq əhalinin təbii artımını müəyyən edən doğum sayı və ölüm miqdarı arasında fərq kəskin artır və bu əhalinin sayının sürətlə artması səbəbinə çevrilir. Buna görə də Avropanın hələ XIX əsrdə yaşadığı, Asiya, Afrika və Latın Amerikası ölkələrinin çoxunda isə XX-ci əsrin ortalarında başlayan demoqrafik partlayış demoqrafik keçidin bu mərhələsində baş verir.

Üçüncü dövr ölüm mıqdarının sonrakı azalması ilə xarakterizə olunur və vaxt keçdikcə nisbi aşağı səviyyədə tədricən stabilləşir. Bu zaman doğum sayı da azalır. Bu səbəbdən də onların arasındakı fərq tədricən azalmağa başlayır. Nəticədə üçüncü dövrdə əhalinin artımının zəif genişlənməsi üstünlük təşkil edir. Belə artım hazırda bir çox iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə xasdır.

Dördüncü dövr o zaman başlayır ki, doğum sayı və ölüm miqdarı bərabərləşir. Bu zaman genişlənmiş deyil, əhalinin sadə artımı üstünlük təşkil edir və o, sayın stabilləşməsinə aparır. Xarakterikdir ki, hələ bir qədər əvvəl bu dövrü ancaq proqnozlaşdırılan, lakin yaxın vaxtlarda gözlənilməyən qismində nəzərdən keçirirdilər. Lakin XX əsrin sonlarında bəzi inkişaf etmiş ölkələr faktiki olaraq bu dövrə daxil olublar. Bundan əlavə, onlardan bəzilərində əhalinin az artımı üstünfük təşkil etməyə başlayıb.

Buradaca qeyd edək ki, hazırda cəmiyyətin inkişafının senaye mərhələsindən yüksək sənaye mərhələsinə keçidinin baş verməsi zaman əhalinin artımının keyfiyyətcə hansısa yeni növə formalaşması şübhə doğurmur. Lakin nəzəri planda bu məsələ hələ zəif işlənilib. Eyni zamanda həm də demoqrafiya problemləri ilə məşğul olan məşhur fizik S.P.Kapitsanın «demoqrafik keçid bizim məişətimizin bütün tərəflərinə toxunan bəşəriyyət inkişafında fundamental hadisədir» iddiası ilə razılaşmamaq olmur.




Yüklə 48,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin