Müasir dövrdə demoqrafik partlayış. Demoqraflar IOÖ-dəki demoqrafik partlayışı ətraflı şəkildə öyrəniblər. O, XX əsrin ikinci yansının əvvəlində Asiya, Afrika və Latın Amerikası ölkələrində yaranan demoqrafik vəziyyətin qanunauyğun nəticəsi olub. Bu vəziyyət üçün iki əsas fərqləndirici cəhət xarakterikdir. Birincisi, siyasi müstəqillik qazandıqdan sonra bu ölkələr dünya tibb elminin uğurlarını daha geniş istifadə etmək, məsələn, müxtəlif xəstəliklərin, xüsusilə də epidemik xəstəliklərin qarşısını almaq imkanı qazanıblar. Yeni yaranan dövlətlərin iqtisadi və mədəni inkişaf sahəsində ilk uğurları da ölüm miqdarının göstəricisinin azalmasına yaxşı təsir göstərib, nəticədə çox qısa vaxt ərzində ölüm miqdarının əmsalı təxminən iki dəfə azalıb, buna qədər tarixdə belə qısa vaxt ərzində bu qədər azalma olmayıb! Ikincisi, ölüm miqdarından fərqli olaraq doğum sayında onun göstəricilərinin yüksək və hətta çox yüksək qalmasına yönəlmiş ənənəvi demoqrafik hərəkat hələ uzun müddət davam edib.
Doğum sayı və ölüm miqdarı proseslərindəki dəyişikliklər zamanı vaxtın üst-üstə düşməməsi dünyanın bir çox ölkələrində o vaxta kimi görünməyən demoqrafık partlayışların baş verməsinə gətirib çıxartdı.
Əlbəttə, XX əsrin ortalarındakı üçüncü demoqrafik inqilabı sənaye çevrilişləri dövründəki ikinci demoqrafik inqilabla müqayisə etmək olar. Lakin bu zaman müəyyən oxşarlıqlara baxmayaraq onların arasında çox böyük fərqlərin olduğunu görməmək olmaz. Bu fərqlər əvvəllər deyildiyi kimi kəmiyyətdə də özünü göstərir. XVIII-XIX əsrlər Avropasında demoqrafik yüksəliş ilk növbədə sosial iqtisadi sahədə dəyişikliklərlə şərtlənmişdi. XX əsrdə İOÖ də isə demoqrafık yüksəliş sosial-iqtisadi irikişafı ciddi şəkildə qabaqlayırdı. XX əsrin sonunda bütün dünyada doğulan 145 milyon uşağın 125 milyonu İOÖ-də doğulurdu.
Dünya əhalisinin sayı hər gün 250 min, hər həftə 1 mln. 750 min, hər ay 7,5 mln. və il ərzində 90 mln. nəfər artır.
Hazırda, dünya əhalisinin sayı 7 mlrd. nəfəri ötmüşdür. Bu isə “demoqrafik partlayış” haqqında danışmağa əsas verir. Yer kürəsi əhalisinin demoqrafik hədd hesab edilən 7 mlrd.-ı keçməsi hətta peşəkar demoqraflar üçün təsəvvür edilməz olmuşdur. Belə ki, XX əsrin ortalarında əhalinin sayının artımı haqqında verilən proqnozlardan heç biri dəqiq olmamışdır. Yəni əhalinin sayının real artımı, verilən bütün proqnozlardan yüksək olmuşdur.
Bir vaxtlar, bir sıra alimlər məsələn, Ş.Furye hesab edirdi ki, yer kürəsi 5 mlrd insanı saxlama tutumuna malikdir. Bundan əlavə bir sıra alimlər hesab edirlər ki, Yer kürəsinin insan tutum payı get-gedə tükənməkdədir. Çünki insan artımı bütün hesablamaları üstələyərək çox sürətli bir dinamika ilə artır. Lakin bir sıra Avropa ölkələrində artım sayı çox az sürətlə gedir. Bu isə başqa bir demoqrafik "partlayış"dan daha pis - ekoloji və iqtisadi problemlərə gətirib çıxardır. Çünki bu sistem birbaşa inkişafa və iqtisadiyyata ciddi zərbə vurur. Avropa ölkələrində cavanların sayı günü-gündən tükənir. Təqaüdçülərin sayı isə artmaqdadır. Bu isə öz növbəsində Avropa ölkələrinin süstləşməsinə, qeyri-dinamik bir vəziyyət almasına səbəb olur.
Lakin bunun tam əksi olaraq, müsəlman ölkələrində cavan və gənclərin sayı çox sürətlə artmaqdadır. Avropa ölkələrində təqaüdçülərin artımı birbaşa iqtisadiyyata zərbə endirərək, fəal işçi qüvvəsini tükəndirir.
Bu faktları nəzərə alaraq, deyə bilərik ki, insan artımının qeyri-bərabər və dinamik artımı gələcəkdə Yer kürəsinin ekoloji və iqtisadi problemlərin yaranmasına gətrib çıxardacaqdır. Amma artım özü-özlüyündə təbii olaraq ekoloji problemləri də özündə artırmaqdadır. Buna səbəb isə insanın təbiətlə şüurlu və ya süursuz zərərləri nəticəsində meydana çıxıb.
Iqtisadiyyata olan zərəri isə gəncliyin Avropa ölkələrində günü-gündən azalmasıdır. Bunun əvəzində isə təqaüdçülərinin sayının sürətli armasıdır. (BMT-nin əhalinin statistik artım siyahısına istinad edilmişdir).
Dostları ilə paylaş: |