Sərbəst iş Ad: Müslüm Soyad: Rüstəmli Fakültə: Tarix və Coğrafiya İxtisas: Coğrafiya müəllimliyi Qrup: coğ1903b fənn: Dünyanın iqtisadi və sosial coğrafiyası


Demoqrafik siyasətin əsas istiqamətləri



Yüklə 48,92 Kb.
səhifə9/10
tarix02.01.2022
ölçüsü48,92 Kb.
#42563
1   2   3   4   5   6   7   8   9   10
disc sərbəst iş

Demoqrafik siyasətin əsas istiqamətləri Demoqrafik siyasət dövlət orqanları və digər sosial institutların əhalinin artımının nizama salınması sahəsində məqsədyönlü fəaliyyəti olaraq onun sayı və strukturu dinamikasının tendensiyasını saxlamağa və dəyişdirməyə xidmət edir. Başqa sözlə, bu, doğum sayı, nigahlılıq, boşanma, əhalinin yaş strukturu və onun ölüm miqdarına təsir edən siyasətdir. Demoqrafik siyasət adətən müxtəlif tədbirlər kompleksinə əsaslanır; iqtisadi, inzibati-hüquqi, tərbiyəvi və təbliğati. Əsasən doğum sayının stimullaşdırılmasına yönəldilən iqtisadi tədbirlərin siyahısına ödənilən məzuniyyət və, uşaqların doğulması zamanı müxtəlif müavinətlər, ailənin sayından, yaşından və tərkibindən asılı olaraq uşaqlara verilən müavinət - proqressiv şkala üzrə müxtəlif borclar, kreditlər, vergi və mənzil güzəştləri və s. aiddir. Inzlbati-hüquqi tədbirləri nigaha daxil olma yaşını, boşanmanı, abortlar və kontraseptlərin qəbuluna münasibəti, ailənin dağılması zamanı ananın və uşaqlann əmlak vəziyyətini, işləyən qadınların iş rejimi və s. nizama salan qanunverici aktları birləşdirir. Tərbiyəvi və təbliğati tədbirlər ictimai fikrin, demoqrafik əxlaqın norma və standartlarının formalaşmasına, ailə planlaşdırılması siyasətinə (uşaq doğulmasının ailədaxili tənzimlənməsi) və əhalinin artımına dini və digər adət və ənənələrin münasibətinin ayırd edilməsinə, gənclərin cinsi tərbiyəsi və təhsilinə və s. yönəlib. Demoqrafik siyasətin tarixi çox qədim zamanlara gedib çıxır. O, qədim dövrün bir çox hüquqi və qanunverici aktlarında, xüsusilə də ölkələrin əhalisinin artıq olması və ya əksinə, böyük sayda insan itkisi zamanı əksini tapıb (baxmayaraq ki, dini-etik doktrinalar həmişə belə aktlardan daha böyük əhəmiyyət daşıyıb). Yeni dövrdə doğum sayını stimullaşdıran demoqrafik siyasətin tam aydın qanuniləşdirildiyi ilk ölkə Fransa olub. Sonra belə siyasəti Avropanın bəzi digər ölkələri həyata keçirməyə başlayıblar. Sonradan onu qismən əhalinin artım sürətinin qarşısının alınmasına yönəldilən siyasət əvəz edib. Prioritetlərin belə dəyişməsi - demoqrafik keçidin dövründən asılı olaraq - müasir zaman üçün də xarakterik olub. Demoqrafik siyasət daha çox XX əsrin ikinci yarısında inkişaf edərək yayılıb. Bu, bir tərəfdən
Yüklə 48,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin