AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
Sərbəst iş
Ad: Müslüm
Soyad: Rüstəmli
Fakültə: Tarix və Coğrafiya
İxtisas: Coğrafiya müəllimliyi
Qrup: COĞ1903B
Fənn:Dünyanın iqtisadi və sosial coğrafiyası
Fənn müəllimi: Tağıyeva Vəfa
Mövzu: Təbii artım və növləri;Demoqrafiq keçid nəzəriyyəsi.
BAKI-2021
Təbii artım və növləri
Dünya əhalisinin sayı 2019-cu ildə 7,7 milyard nəfərə çatıb. Bu, BMT Baş katibinin hesabatında göstərilib. Bildirilib ki, dünya əhalisinin sayı 2050-ci ildə 9,7 milyard nəfərə çatacaq. Əhalinin artımı bir tərəfdən narahatlıqlar yaratdığı halda, digər tərəfdən inkişaf etmiş ölkələrdə bunun əksi müşahidə olunur. Bəzi mütəxəssislər hesab edirlər ki, əhalinin daim artması XX əsrdə ölənlərin sayının azalması ilə bağlı olmuşdur. Təbii ki, doğum və ölüm göstəriciləri bilavasitə əhalinin artımını müəyyən edir.
Dünya əhalisinin sayı xüsusən X əsrdən başlayaraq artmışdır. X-XII əsrlərdə Qərbi Avropada əhalinin ümumi sayı 2.5-3 dəfə artmışdır. XIV əsrin II yarısında dəhşətli yoluxucu xəstəlik- “bubon taunu” Qərbi Avropada yayılaraq, əhalinin sayının azalmasına səbəb olmuşdur. Nəticədə bu müddət ərzində Avropa əhalisinin sayı 40% azalmışdır. Böyük sayda əhalinin şəhərlərdə toplanması və lazımi qaydada santariya qaydalarına riayət olunmaması taun kimi yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. Dünya əhalisinin artım tempi xeyli yüksəlməkdədir.
Dostları ilə paylaş: |