Sərbəst iş Ad: Müslüm Soyad: Rüstəmli Fakültə: Tarix və Coğrafiya İxtisas: Coğrafiya müəllimliyi Qrup: coğ1903b fənn: Dünyanın iqtisadi və sosial coğrafiyası


Təbii artım və dünya əhalisinin sayı



Yüklə 48,92 Kb.
səhifə3/10
tarix02.01.2022
ölçüsü48,92 Kb.
#42563
1   2   3   4   5   6   7   8   9   10
disc sərbəst iş

Təbii artım və dünya əhalisinin sayı.

Əhali artımı nədir? Artımın iki növü mövcuddur: təbii və mexaniki artım. İl ərzində ölkədə doğulanların sayından ölənlərin sayını çıxdıqda alınan fərq əhalinin təbii artımı adlanır. Mexaniki artım isə miqrasiya hesabına çoxalmadır. Əhalının artımı (təbii artıb-azalma) məskunlaşmanın ən xarakterik xüsusiyyətidir və onun öyrənılməsı ılə demoqrafiya elmi məşğul olur. Onun arsenalında olan ən sadə təyinatlardan istifadə edərək ınsanların artımı termini ilə doğum sayı və ölüm miqdarı nəticəsində daim yeniləşməsini artıb-azalmanı, yəni, çoxalma və əksilməni xarakterizə edirlər . təbii artıb-azalmasının analizini daha çox doğum sayından başlayırlar. Doğum sayı termini dedikdə ayrı-ayrı qruplarında doğum tezliyi başa düşülür. Onu müxtəlıf gostəncılərin köməyi ilə ölçürlər. Onların arasında ən çox yayılanı əhalinin hər 1000 nəfərinə duşən yeni dogulmuş körpələrin sayı ilə ifadə edilən ümumi doğum sayı əmsalıdır: onu müvafiq olaraq mində bir hissə və ya promillə (؉ - bir ədədin mində biri) ilə hesablayırlar. Məsələn, əgər ümumi doğum sayı əmsalı 15 %o-yə bərabərdirsə, bu, o deməkdir ki, orta hesabla hər min nəfərə 15 uşaq dogulur.

Ənənəvi yüksək doğum səviyyəsinin saxlanıldığı minilliklər ərzində əhalinin artımının əsas tənzimləyicisi ölüm olub. Aclıq, epldemiyalar, daimi qanlı müharibələr əhalinin sayına elə ciddi zərbə vururmuş ki, o, ən yüksək doğum sayını belə «dondura» bilərmiş.

XX əsrin ikinci yarısında ölüm miqdarının ümumi əmsalının azalması meyli açıq görünməyə baslayıb. Bu, ilk növbədə, aşağıdakılarla bağlıdır;

- tibbi xidmətin təkmilləşdirilməsi;

- həm insanlann şəxsi gigiyenasının, həm de ümumi həyat tərzinin sanitar-gigiyena şəraitinin yaxşılaşdınlması neticəsində epidemik və infeksion xəstəliklərin azalması

- ərzaq istehsalının yüksəlməsi və onun daha yaxşı bölüşdürülməsi nəticəsində qidalanmanın yaxşılaşması;

- insanlann rifahı və həyat səviyyəsinin yüksəlmssi ilo bağlı ümumi tendensiya.

Buna baxmayaraq bizim günlərdə də ölümün bir çox ənənəvi səbəbləri mövcud olmaqdadır. Bu, həm lokal müharibələr, həm müxtəlif inqilabi kataklizmlər (təkcə 1958-1966-cı illərdə Çindəki «böyük sıçrayış» 30 milyon artıq ölümə səbəb olub) və xəstəliklər - xüsusilə də QİÇS kimi təhlükəli xəstəliklərdir. Bir çox araşdırmaçılar zorakı səbəblərdən - kriminal şəraitin kəskinləşməsi və müxtəlif terror hücumları - ölüm sayının tam və nisbi çoxalmasını qeyd edirlər. Istehsal travmatizmi, texnogen qəza və fəlakət səbəbindən də ölüm sayı artmaqdadır. Doğum və ölüm saylarının göstəriciləri əhalinin təbii artımının hesablaması üçün əsas rolu oynayaraq bu artımı ən ümumi tərzdə xarakterizə edir. Təbii artımın ümumi əmsalı doğum sayı və ölüm miqdarının əmsallarının fərqini təmsil edir və onu da promillə ilə ifadə edirlər. Məhz təbii artım üç əsas növ müxtəlifliyi olan əhalinin artımı rejimini tam əks etdirir. Birincisi, bu əhalinin genişlənmiş artımıdır. Ona əhalinin daimi və stabil artımını davamlı olaraq təmin edən doğumun ölümü üstələməsi uyğun gəlir. Ikincisi, əhalinin sadə artımıdır. Bu zaman doğum sayı və ölüm miqdan bir-birini elə tamamlayırlar ki, əhalinin artımmı təmin edə bilmir və nəticədə bir nəsil digər nəsli əvəz edir. Üçüncüsü Isə əhalinin daraldılmış artımıdır. Sonuncu halda ölüm miqdarı əmsalı doğum sayı əmsalını üstələdiyindən doğulan uşaqlann sayı valideynlərinin nəslini sayca əvəz etmək üçün kifayət etmir




Yüklə 48,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin