Demoqrafik problemlər Asiya və Afrika ölkələrində ən gərgin məsələlərdən biri aclıqla mübarizə məsələsidir. Məlumdur ki, müasir dövrdə hər il 850 mln. Nəfər aclıqdan əziyyət çəkir və 12mln. Nəfər acından ölür. Elə bu səbəbdən yalnız Mərkəzi Afrika ölkələrində hər il təxminən 3 mln.a yaxın insan ölür. Onların 50%dən çoxunu uşaqlar təşkil edir. Qeyd etmək lazımdır ki, əhali tərəfindən istifadə olunan əsas ərzaq məhsullarının adambaşına düşməsinə görə İEÖ və İOÖ arasında fərq böyükdür. Təbii artımı geridə qalmış ölkələrdə eyni zamanda, yoxsulluğun və hətta dilənçiliyin də yayılmasına səbəb olur. Məsələn; C. Amerikada əhali arasında yoxsul təbəqənin xüsusi çəkisi 36.5%, dilənçi vəziyyətində olanlar 13% təşkil edir.
Son 30 ildə bütövlükdə 1 qadına düşən doğum azalmışdır. Məsələn, Banqladeşdə bu rəqəm 7 dən 3.3-ə, Cənubi Koreyada 7dən 1.7-dək azalıb. Əhalinin sayının dinamikasına təsi edən amillərdən biri də insanların rifah səviyyəsinin yaxşılaşmasıdır. Yaşayış rifahının yaxşılaşması əhalinin “qocalmasına” səbəb olur. Belə ki, gəlirlərin artması əhalinin tərkibində yaşlı təbəqənin xüsusi çəkisinin artması ilə nəticələnir.
Dostları ilə paylaş: |