İl
|
Əhali mlrd. Nəfər
|
Milyarda çatma vaxtı (il)
|
1820
|
1
|
Bütün əvvəlki tarix
|
1927
|
2
|
107
|
1960
|
3
|
33
|
1974
|
4
|
14
|
1 1987
|
5
|
13
|
1999
|
6
|
12
|
2011
|
7
|
12
|
Dünya əhalisinin artım tempi cədvəli
Antropocoğrafiyada maraq doğuran elmi nəzəriyyələrdən biri XVIII əsrin axırında (1798) ingilis alimi Tomas Maltusun “Əhali qanunları haqqında təcrübə” kitabında təhlil olunmuşdur. Bu əsərdə T.Maltus ilk dəfə olaraq əhalinin getdikcə artmasının onun tələbatının çoxalmasına və nəticədə təbii ehtiyatların tükənməsinə gətirib çıxarması haqqında fikir irəli sürmüşdür.
T.Maltus öz kitabında əhalinin artımının həndəsi silsilə ilə, onları təmin edən maddi nemətlər istehsalının isə ədədi silsilə ilə artması barədə fikir söyləmişdir. Maltusun nəzəriyyəsinə görə hər 50-60 ildən bir əhalinin sayı və ərzaq məhsullarının istehsalı arasında yaranan fərq uçurum həddinə çatdığından dünyada müharibələr baş verəcək və müxtəlif xəstəliklər yayılacaqdır. Məhz buna görə də dünyada mütəmade olaraq əhalinin artımını nizama salan müxtəlif “təbii kataklizmlər” baş verir. T.Maltus bu nəticəyə keçmiş dövrlərdə baş vermiş tarixi faktlar əsasında gəlmişdir. Müasir dövrdə Maltusun ideyasını dəstəkləyən davamçıları “neomaltusçular” adlandırırlar.
Dostları ilə paylaş: |