Dəli Həsən təmkinli, tədbirli olması ilə seçilir. Eyvaz səmimiliyi ilə dəlilərin sevimlisi olur. Bəlli Əhməd təvazökarlığı, Dəmirçioğlu isə səbirli və dözümlülüyü ilə diqqəti cəlb edir.
Dastanı oxuduqca bu el qəhrəmanlarının əxlaqına, davranışına heyran olmamaq mümkün deyil. Sadə insanların, zəhmət adamlarının içindən çıxan bu igidlər öz başçılarına layiq insanlardır.
Eposdakı qadın surətlərinin oxşar cəhətləri çoxdur. Onların, demək olar ki, hamısı xotkar, şah, bəy, xan qızlarıdır. Haqqın, ədalətin, bərabərliyin, mənəvi azadlığın hökm sürdüyü Çənlibel hamı kimi, bu qızları da cəlb edir. Dəbdəbəli saray həyatından üz döndərib bu yurda gələn xanımlar burada sədaqət, vəfa, səmimilik görürlər. Koroğlu dəliləri ilə xoşbəxt ailə quran bu qızlar çətin anlarda ərlərinə arxa, dayaq olur, onlarla bərabər düşmənə qarşı vuruşurlar.
Ağıllı məsləhətləri, xeyirxahlığı ilə bütün dəlilərin hörmətini qazanan Nigar xanım Çənlibelin ağbirçək anası sayılır. Koroğlunu bir igid, mərd insan kimi yüksək qiymətləndirən Nigar xanım onun səhvlərini də üzünə deyir, dəlillərlə sərkərdənin arasında soyuqluğun yaranmasına imkan vermir.
Nigar vəfalı ömür-gün yoldaşı olur. Ərinin qocalığında ona qayğısını daha da artırır, onu fikir etməyə, dərd çəkməyə qoymur.
Dastanda yaradılmış Telli xanım, Ruqiyyə xanım, Məhbub xanım və başqa qadın surətləri ağıl, davranış və xoş rəftarları ilə hamının rəğbətini qazanırlar.
Xalqla, arxasız, kimsəsiz insanlarla amansız rəftar edən xotkar, şah, bəy, xan surətlərinə, demək olar ki, hər qolda rast gəlmək mümkündür. Koroğlu onların yuxusuna haram qatmış, hakimiyyətlərini xeyli məhdudlaşdırmışdır. Bu yenilməz igidlə açıq döyüşdən çəkinən hakim təbəqə onu məhv etmək üçün ağlagəlməz hiylələrə əl atır. Bu təbəqənin ən nüfuzluları Koroğlunu aradan götürmək üçün var-dövlətlərinin böyük bir qismini, hətta övladlarını — qızlarını belə qurban verməyə razıdırlar. Xotkar, Hasan paşa, Ərəb Reyhan, Bolu bəy və b. namərd, hiyləgər, amansız olduqları qədər də qorxaq və ikiüzlüdürlər. Onlar fürsət düşən kimi bir-birini aldadır, xotkarın rəğbətini qazanmaq üçün hər fırıldağa əl atır, ən yaxınlarına belə yalan danışırlar.
Koroğlu və onun dəliləri bütün döyüşlərdə onlara qalib gəlirlər. Bu, haqqın, ədalətin, düzlüyün, doğruluğun qələbəsidir.
Dastanın üzərində müşahidələri dərinləşdirməklə, mənbələri araşdırmaqla bütün deyilənləri nümunələrlə əsaslandırmaq və onlara əhəmiyyətli əlavələr etmək mümkündür.
Dastanın əsrlər boyu maraqla oxunmasının, geniş yayılmasının və yaşamasının səbəbləri çoxdur. Bunlardan ən mühümü onun bədii gözəlliyi, solmayan təravətidir. Bir-biri ilə heyrətamiz ustalıqla bağlanan, əlaqələndirilən əhvalatları həyəcansız oxumaq mümkün deyildir.
Hadisələrin təsviri elə ilk cümlələrdən diqqəti cəlb edir, oxucunu, dinləyicini intizarda saxlayır, onun necə tamamlanacağı maraqla izlənilir.
Dastanda nəsrlə nəzmin əvəzlənməsi ona xüsusi gözəllik vermişdir. Əhvalat və hadisələrin təsviri nəsrlə verilmiş, hiss-həyəcanların ifadəsində isə daha çox qoşma və gəraylıdan istifadə olunmuşdur.
Dilimizin gözəlliyi, ifadə imkanlarının genişliyi dastanın hər cümləsində, səhifəsində açıq-aşkar duyulur. Obrazların hiss və düşüncələrinin, portretlərinin, döyüş səhnələrinin dəqiq seçilmiş söz və ifadələrlə əks olunması dastanın oxucusuna, dinləyicisinə hədsiz zövq verir və o, hadisələrin iştirakçısına çevrilir, qəhrəmanlarla gah fərəhli, gah da üzüntülü duyğular yaşayır. Onların taleyi üçün təhlükə yaranan anlarda həyəcanlanır, zəfər anlarında isə qəlbi iftixar hissi ilə dolur.
Dastandakı əhvalatlar axıcı bir dillə, təşbeh, metafor, təkrir, mübaliğə, litotadan, eləcə də, xalq deyimləri, məsəllər, atalar sözlərindən bol-bol istifadə ilə nağıl olunur.
Dastanın (onun hər bir qolunun) maraqlı, cəlbedici süjetə, bitkin kompozisiyaya malik olması kamil sənət nümunəsi səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynayır.
Mövzusunu tarixi hərəkatdan alan dastanda xalqın azad, firavan yaşamaq istəyi, haqsızlığa, ədalətsizliyə nifrəti geniş əksini tapmışdır. Buna uyğun olaraq, Koroğlunun və onun silahdaşlarının — dəlilərin bədii obrazı xalqın arzusuna və zövqünə müvafiq yaradılmış, onlara böyük məhəbbət ifadə edilmişdir. Dastanın yaradıcıları ədalətsiz şah, bəy və xanlara nifrətlərini də gizlətməmişlər.
Eposda anaya, qadına dərin hörmət, əməyə, zəhmət adamına rəğbət ardıcıl duyulur, mərd və dürüst olmağın üstünlükləri barədə müdrik fikirlərə, ibrətamiz əhvalatların təsvirinə yer verilir.
Dastanın qollarını bir ana xətt birləşdirsə də, hər birinin müstəqil süjet xətti var və oxucu onlarda yeni əhvalat və hadisələrlə qarşılaşır. Bu isə o deməkdir ki, dastan ideyaca zəngindir və bunu ciddi araşdırma aparmaqla əhatəli şərh etmək mümkündür.
Nəticə
Dədə Qorqud dastanının da xüsusi ifaçıları - qorqudçular olmuşlar. Və görünür, bir zamanlar onların nəsli kəsildiyi üçün dastanımız xalq arasında söylənməkdən dayanmışdır. Onu elə belə, məselən, “Koroğlu” dastanı kimi, yəni hadisələrin məzmununu nəsrlə danışıb, arada şeirləri əzbər demək şəklində ifa etmək olmaz. Bu dastan başdan-başa şeirdir. Deməli, onu əzbərləmək üçün yüz minlərlə beytləri bir nəfəsə əzbər söyləyən xüsusi manasçı yaddaşı gərəkdir. O biri dastanlarda şeiri oxumayıb, onu ancaq nesrlə danışsan, məzmuna xələl gelməz. Çünki məzmun nəsrlə verilir, şeir parçaları emosional ricotlərdir, onları atmaqla süjetdə çatışmazhq yaranmır. Ancaq Qorqud eposunda bir cümləni də buraxmaq olmaz. Çünki her cümlə şeir misrasıdır və o cümlə-misra ifadan çıxsa, süjetin söylənməsində qırıqlıq yaranacaqdır. Burada soylama adı ilə verilən şeir parçalarında da süjet danışılır. Dastanın qalan hisseləri də soylamalar kimi nəzmdir, şeirdir və eyni zamanda soylamalar da qalan hisselər kimi məzmunun - süjetin nəqlinə xidmet edir. Həm də Qorqud şeiri bugünkü şeirimizkimi heca vəznində, müəyyən düzümdə mısralardan və qafiyələrdən ibarət deyil. Təbii ki, bu tip şeiri əzbərləməyin öz çətinlikləri var. Demək, bu quruluş da şeirlə yazılmış dastanı əzbərləyən, əvvəlindən axırına qədər bir sözü də dəyişmədən, unutmadan söyləyən, tarixçinin dediyi kimi, xüsusi “ağıllı, elmli kimsələr”, fövqəlade yaddaşlı ozanlar olmuşlar. Həmin ozanlar qorqudçu adlanırmışlar və bir zaman onların nəsli kəsilib. Bu səbəbə görə də bizim olan dastanın el içində şifahi ifası dayanmış və bu nadir sənət abidəsini itirməmək üçün müdrik ulu babalarımız onu sonuncu qorqudçu ozanın dilindən yazıya almışlar
Bədii əsər obrazları ilə tanınar. “Kitab”ımız ədəbiyyata kamil bədii obrazlar, klassik müsbət ve klassik mənfı tiplər verib. Qazan xan, Bamsı Beyrək bəşəri müsbət insan suretləridir. Aruz Qoca dünya ədəbiyyatında yaqoçuluğu (müsbətlik pərdəsi altında hiyləgerliyi) Şekspirin Yaqosundan min il əvvəl başlayıb. Burla xatun, Dirsə xanın xanımı, Bamçiçək dünya ədəbiyyatımn nadir qadın təsvirlərindəndir. “Kitab”ın obrazları neinki səviyyecə uyğun geldikleri dünya ədəbiyyatmın bədiilik etalonu sayılan personajları sırasına daxil olmayıblar, hətta heç Azərbaycan ədebiyyatının özünde, məselən, Qazan xan Koroğlu kimi, Burla xatun Nigar qedər təhlil edilməyiblər. Fövqəladə gücü ile də, yeyib-içmə hecminə görə də Qazanı Koroğlu obrazı ilə müqayisə etmek olar. Qazan da Koroğlu kimi qılınc və saz (qopuz) qehremanıdır. Koroğlu Qıratının, Qazan xan Qonur atının üstündə yenilməzdir. Qazan da düşmənə qarşı həm amansızdır, həm de səmimidir. Türkün həmişə sülhə - barışa meyilli olması Qazanın simasında bir daha aydın görünür. Səmimiliyinə və sülhsevərliyinə görə Qazan xan düşmənlə danışığa girir ki, qoca anasını geri alsın, ancaq aldanmır. Çünki Qazanın xarakterində dövlətçilik düşüncəsi qehremanlıq - bahadırlıq keyfiyyəti ilə qoşa yaşayır. Koroğlu sadelövhdür, onu Keçəl Həmzə də aldadır. Qazanda bir insanda nə qədər müsbət keyfiyyətlər mümkündürsə, var; bir döyüşçü, sərkərdə üçün nə lazımdırsa, var; bir dövlət başçısı nələri bilməlidirsə, bilir, eyni zamanda o, valideyndir - oğul atasıdır, ailə başçısıdır - təkarvadlıdır. İran şahları kimi hərəmxana sahibi deyil, ona görə də qadını onun namusu yolunda oğlunun ölümündən keçməyə hazırdır.
İstifadə edilmiş ədəbiyyat siyahısı
"Kitabi-Dədə Qorqudun tekstoloji tədqiqi" (monoqrafiya). Şamil Cəmşidov — Füzuli adına Əlyazmalar İnstitutu.
"Kitabi-Dədə Qorqud"un poetikası (monoqrafiya). Bəhlul Abdulla — Nizami adına Ədəbiyyat İnstitutu.
"Kitabi-Dədə Qorqud" və qədim türk dastançılıq ənənələri. Elməddin Əlibeyzadə — Nizami adına Ədəbiyyat İnstitutu.
Kitabi-Dədə Qorqud" (Tanrıçılıqdan islama) — Nizami Cəfərov — Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti.
Koroğlu. (tərtib edəni M.H.Təhmasib). Bakı: Gənclik, 1975, 364 s.
Koroğlu. (V.Xuluflu nəşri), Bakı: Elm, 1999, 200 s.
Dostları ilə paylaş: |