məntiqini, koqnitiv-idrakı və sosial-psixoloji məzmununu təşkil edir.
Nəzakət və tolerantlıq, dözümlülük kimi motivlər isə çox hallarda xoş
məramdan daha artıq uzağa tuşlanmış gizli-müthəm məqsədlərə, yalan və
aldanışa hesablanır. Bu gün evferizm-əsil həqiqəti pərdələmək,faktları ört-
basdır etmək, gerçəkliyi, olanı tutqun cizgilərdə təqdim etmək, bəzən təhrif
etmək, adlandırmanın məzmununu saxtalaşdırmaq, öz həqiqi
mahiyyətindən kənar etmək, gerçəkliyi bilərəkdən qarışıq, bəzən anlaşılmaz
ölçülərdə göstərmək, qismən də ibarəbazlıq, cümləpərdazlıq və s. kimi dil
hərəkətlərinin ümumi adı kimi işlənməkdədir.
Bir sözdən ibarət olan perifrazların az` öyrənildiyini nəzərə alaraq
onlar üzərində bir qədər geniş dayanaq. Perifraz təsviri ifadə, dolayı, qeyri-
müstəqim adlandırma şəkli kimi dərk olunsa da, filoloji ədəbiyyatda
təktərkibli-yəni bir sözdən ibarət olan struktur vahidlərdən də bəhs olunur.
Bir sözdən ibarət olan perifrastik kompressiyada ibarə-təsvir minimumunda
ifadədəki yayğınlıq, vasitəlilik daha yüksək mücərrədləşmə səviyyəsi ilə
əvəz olunur. Təktərkibli perifrazlarda, xüsusilə təkişarəli sözlərdə
263
(Məsələn, Azərbaycan dilindəki "O" sözündə) sinonumləşmə, bərabərləşmə
və bərabərləşdirmə imkanları artır, identifikasiya-dəqiq və birmənalı
aidetmə, tanınma şansı aşağı düşür, nəticədə sözdə gizli qalan anlayışın
qiymətləndirilməsində və təfsirində çoxlu alternativ variantlar yaranır.
"Belə ağır vəziyyətin bütün günahları ondadır\günahkar odur" cümləsində
"o" sözü heç də sadəcə olaraq bir sinsemantik element, deyksis kimi çıxış
etmir, bütöv və geniş bir situasiyanın, konteksin işarəsi kimi meydana gəlir.
Bu mübhəm, mərhəm söz, minimal dil elementi ilə mətndən asılı olaraq
fikri gizlətmək də, arzuolunmaz situasiyadan salamat çıxmaq da
mümkündür. Türk-müsəlman qadınlarının əxlaqi-etik və meliorativ
mülahizələrə görə öz həyat yoldaşlarının adını dilə gətirməmək üçün
anonim "O" şəxs əvəzliyindən istifadə etmələri də məlumdur. O-yəni,bizim
uşaqların atası", O-yəni bizim Qulamın babası, O-yəni mənim həyat
yoldaşım, ərim və s. Əxlaqi-etik və linquistik dəyərlərə münasibətdə xeyli
sərbəst olan şərq kimisi də bir çox hallarda "O" əvəzliyinin xidmətindən
istifadə edirdi. O-yəni "mənim arvadım", O-yəni "mənim həyat yoldaşım",
O-yəni "bizim uşaqların anası", O-yəni "Qəzənfər kişinin qızı", O-yəni
"bizim gədənin anası, "O-yəni "bizim Qulunun anası", O-yəni "bizim
külatan”, O-yəni adının çəkilməsi mümkün, məqbul olmayan bir şəxs və s.
Göründüyü kimi, kişilərin həyat və məişəti ilə bağlı o qədər də məcburi,
qeyri-etik xarakter daşımayan perifraz törəmələrinin xeyli hissəsi əyləncə-
oyun təsiri bağışlayırdı və kinayəli, yumoristik səciyyə daşıyırdı, kişilərin
real həyatda həm də dil-ünsiyyət üstünlüklərindən, liquistik güc
nümayişindən xəbər verirdi. Həmin evfemizmlər şərq dil təfəkkürünün,
adət-ənənə, etnopsixoloji, sosial-mədəni və ailə-məişət münasibətlərinin,
qismən də dini dünyagörüşünün emprizmini ifadə edir. Dil əxlaqının
özəlliklərini ortaya qoyur. III şəxs cəm əvəzliyinin ümumilik və
yayğınlığından, qeyri-müəyyən motivləşmə gücündən sui-istifadə halları da
geniş yayılmış dil-manipulyasiya faktıdır (İch weiss es nicht Bescheid, Sie
haben es getan, die Schuften!) Əgər bir şəxs qorxu, ehtiyat, yaxud
comərdlik üzündən kimisə, əsil qatili, yaxud sadəcə hadisəni obyektiv
səbəbdən törədən şəxsi nişan vermək, onun adını çəkmək istəmirsə, uzun
müddət "o" və "onlar" əvəzliyinin yayılan, elastik məntiqindən yararlana
bilər. Ən böyük kommunist V. İ. Lenin "Bu”, - ən ümumi sözdür” - deyir.
264
“O” sözünü daha ümumi söz hesab etmək olar (Bir vaxtlar “dahi rəhbər”
adlandırdığımız adama belə münasibət qeyri səlis, sərbəst və (“sərməst”!)
yanaşmanın bir nümunəsidir)
Düşünmək olar ki, bir sözə qədər ixtisar edilmiş perifraz strukturları
mürəkkəbləşmə hadisəsinin, xüsusilə isim sistemində mürəkkəbləşmələrin
geniş yayıldığı dillərdə daha bariz şəkildə özünü göstərir. Alman dili buna
misal ola bilər. Anlayışları adlandırmaqda misilsiz imkanlara malik olan bu
dil, bu nəhəng fikir və enerji generatoru, əksinə, susmaq, nəyisə adsız
buraxmaq, gizlətmək və ya sadəcə olaraq bir söz nominalına gətirmək üçün
bircə səsə, işarəyə qədər sıxılmaq çevikliyi də nümayiş etdirir. Bir çox
başqa dillərdə iki və daha artıq sözün birgə işlənməsi ilə (Kompositum)
ifadə olunan perifraz forması alman dilində vahid vurğu altına gələrək bir
söz tərkibində birləşir: Friedensmeer (das Meer des Friedens-Ostsee),
Parteitagstadt (die Stadt der Parteitage, die Stadt, wo die Parteitage
abgehalten wurden), Elbestadt (Stadt an der Elbe- Dresden), Messestadt
(die Stadt, wo traditionell Messen stadtfinden-Leipzig) və s. Həm də söhbət
sadəcə olaraq “kolxoz sədri" tipli söz birləşməsi modelli
nominasiyadan,adlandırmadan deyil, məhz bir sözə qədər qısaldılmlş,
sıxılmış təsvirdən, qeyri-müstəqim dil-ifadə sxemindən gedir. Yalnız
məntiqi perifrazlarda deyil, obrazlı-metaforik perifrazlarda da birikmə, bir
söz həddinə qədər "sıxlaşma" baş verir. Azərbaycan dilində olduğu kimi rus
dilində də belə hallarda adətən anlayışı işarələmək üçün sərbəst söz
birləşməsindən, iki sözün əlaqələnməsindən istifadə olunur. Çar Pavelin
"Qatçina əsiri" adlandırılması tarixdən məlumdur. Böyük Azərbaycan
yazıçısı İsa Hüseynov "Kollu Koxa" əsərində Lenini dahiyanə bir kinayə və
gecikmiş evfemizm duyğusu ilə "ellər atası" adlandırır. Tanınmış üslub
tədqiqatçısı E. Riesel perifrazın bir sadə söz şəklində realllaşma imkanını
ayrıca qeyd edir: Napoleon əvəzinə "korsikali" (Korse für Napoleon).
Deyilənlərdən çıxan nəticə budur ki, perifraz bir sözdən tutmtş cümləyə və
mətnə qədər genişlənə bilər ki, bu da onun ifadə imkanlarını və dil-qavrayış
potensiyalını, törədicilik resurslarını xeyli artırır. Perifraz təkcə gerçəyi
ifadə etmir, həm də onu yaradır, fəal, dəyişdirici bir başlanğıc, süngər kimi
fikri, məzmunu özünə çəkir. Bir çox satirik-yumoristik əsərləri, bütövlükdə
kinayə texnologiyasını, alleqorik əsərləri, simvolizm nümunələrini, müasir
265
postmoderist ədəbiyyatda geniş yayılmış qeyri-standart, qeyri-müstəqim
təhkiyə quruculuğunu ("иносказaние") perifarastik mətnlər adlandırmaq
olar.
Perifraz dünyanın dil mənzərəsinin genişliyini və zənginliyini,
qavrayışın həcm və miqyaslarını əks etdirir, dərketmənin sərhədlərini
genişləndirməyə imkan verir, dil şüurunun inkişafına, gəlişməsinə qüvvətli
təsir göstərir. Biz S. Vurğunun ardınca ceyrana "çöllər qızı" deməklə sanki
hər dəfə tamamilə yeni bir obyekt görrürük.Onun cazibəsinə düşürük,
mövcud denotatı yeni informasiyalarla zənginləşdiririk. Ümumi "ceyran"
sözünə nisbətən onu tipik bir əlamət əsasında adlandırma obyekti üslubi
vurğu altına gətirir, koqnitiv reallığın bir elementini sonadək dərinləşdirir.
Dövrün oyunu olan futbol üzrə çempionlar liqasında ən qüvvətli
komandaların toplandığı qrupa "ölüm qrupu" deməklə sanki amansız
mübarizənin adekvat dil versiyasını əvvəlcədən yaratmış oluruq.
"Azərbaycan" əvəzinə "Odlar yurdu" dedikdə sanki bu ölkənin siması
tamam dəyişir, hətta qaz, işıq gəlməyən uzaq kəndlər də nura qərq olur,
uzun müddət bir-birini qaralamaq və ya əksinə, tərif yağdırmaqla gün
keçirən insanlar, bütöv cəmiyyət birdən-birə od-alova bürünür. Bir hərəkət,
vurhavur başlayır. Artıq qeyd edildiyi kimi, gənclik" əvəzinə Lenz des
Lebens, "həyat" əvəzinə "Land der Hoffnung" deyəndə referent dəyişməsə
də, gözlərimiz qarşısında eyni anlayışın müxtılif proyeksiyaları, şəkilləri
canlanır. Şüurlar sanki nurlanır. Əşyanın, pretmetin yeni görüş bucağından,
təsvir perspektivindən təqdim olunması sanki heç vaxt olmamış yeni, təbii
reallıqlar yaradır, dil forması bəzən heç görünməyən, olmayan, gizli qalan
gerçəklərə işıq salır, yeni anlayış və qavramlar hasil edir. Dünya dilin gur
işığında daha aydın görünür, materiya, gerçək aləm yeni virtual dil
obyektləri, reallıqları ilə zənginləşir. Metaforik və metonimik perifraz
qavrayışa sanki bir predikativ genişlik, daxili bir hərəkət və kommunikativ
güc bəxş edir, çətin ifadə olunan anlayışların da yığcam, tutumlu və
operativ ifadəsini mümkün edir. Dil şüuru, koqnitiv mexanizmlər "ən
yüksək səviyyədə görüş", "prezidentlər səviyyəsində görüş", "səkkiz
iqtisadi cəhətdən ən çox inkişaf etmiş dövlət başçılarının görüşü" kimi iri
bloklarla işləməyi xoşlamır. Belə ağırtərpənən, həddindən artıq şəffaf,
yatımsız dil materialı qavrayışın operativliyini, fikrin irəliyə doğru
266
hərəkətinin sürət və intensivliyini təmin edə bilmir. Alman dili "ən yüksək
səviyyədə görüş" məsafəsini bir sözün enerjisi ilə keçir (Gipfeltreffen),
bununla qavrayışın da maksimal operativliyini təmin edir. Bu söz şəffaf,
daxili formasına görə ingilis dilindəki Summit (sammit) sözünə nisbətən
mürəkkəb, genişkütləli olsa da, adamların belə görüşlərə bəslədiyi ümidləri,
gözləntiləri və təkrar görüşlərin uğursuz təcrübələrindən doğan aldanışları
daha doğru, daha dəqiq ifadə edir. Başlıcası bütün dil daşıyıcıları üçün
aydın, anlaşıqlı olur, qavranılan naməlum, yeni sözdə nəsə müəmmalı bir
daxili qüvvə və inam, mistik bir əhvali-ruhiyyə, positiv aldanış hökmranlıq
edir. Sanki söz asan anlayışdıqca öz təsirini də itirir. Bu vəziyyət bir şox
konkret hallarda siyası və diplomatik diskursların vəzifə və tələbləri ilə bir
araya sığmır.
Bəzən anlayışın, fikir obyektinin bir sözlə adlandırıla bilməməsi söz
birləşməsi və perifraz formalarının əsas ad, ilkin nominasiya statusunda
qərarlaşmasına gətirib çıxarır. Xüsusilə başqa dildə yaranan terminlərin
hədəf dildə verilməsi prosesində müəyyən qeyri-mütanasibliklər,
anlaşılmazlıqlar meydana çıxır. Bu cəhətdən əsas ad və perifrazların
müxtəlif struktur tiplərinin, dillərarası ekvivalentlik və transformasiya
vəziyyətlərinin araşdırılması mühüm koqnitiv aktuallıq kəsb edir.
"Summit", "Gipfeltreffen" və "zirvə görüşü" dil-ifadə modelləri üzərində
müşahidələrimizi davam etdirsək görərik ki, ötən əsrin sonlarından ictimai-
siyasi ünsiyyətə möhkəm daxil olmuş, ingilis mənşəli Summit (sammit)
sözü həm də obrazlı şəkildə "zirvə görüşü" və ya sadəcə "zirvə" kimi
tərcümə oluna bilər. Müasir alman dilində dağın ən uca zirvəsi Gipfel,
ağacın şah budağının ən yüksək nöqtəsi isə Wipfel adlanır. “Zirvə” sözündə
həm də xəyal, son hədd qavrayışı, ekspressivlik var. "Ən yüksək səviyyədə
görüş"ün isə alman dilində Gipfeltreffen adlandırılması alman dili üçün
artıq bir texniki məsələdir. Dil özü qavrayışın önünə keçir, onu yönləndirir.
Azərbaycan dilində də həmin anlayış sırf struktur baxımdan qeyri-müqabil
kalkalaşdırma kimi "zirvə görüşü" şəklində ifadə olunmuşdur. Görünür,
dillərinin təmizliyini qoruyan və amerikalılardan heç olmasa linquistik
texnologiya almaq istəməyən ruslar uzun müddət bu yığcam, kompakt
sözün xidmətindən istifadə etmək istəməyərək "zirvə" sözünü işlətməmiş,
həmin formanı "встреча на самом высоком уровне" kimi transformasiya
267
etmişlər. Sonda geniş perifrazın özünü doğrultmadığını, operativ və təbii
ünsiyyətə uyuşmadığını görüncə yığcam və asan tələffüz olunan "sammit"
sözünü olduğu kimi qəbul etməli olmuşlar. Belə demək daha doğru olar ki,
dil-referensiyalaşma instinkti özü bu doğru linquistik səmtə yönəlmişdir.
"Sammit" sözünün Azərbaycan dilində mənimsənilməsi də asan
olmamışdır. Deyilənə görə hətta bu sözü şəhər adı kimi qəbul edənlər də
olmuşdur-Lissabonun sammit şəhəri(?) . Azərbaycan dilində "dağın ən uca
nöqtəsi”, “dağ silsilələrinin ən uca yeri" mənasında işlənən "zirvə" sözü ilə
"ən yüksək, ən yuxarı səviyyədə görüş" mənasını verən "zirvə görüşü" -
modelləri arasında dil yaddaşında asanlıqla bərpa oluna bilən bir əlaqə,
semantik-assosiativ rabitə mövcuddur. "Zirvə" sözü məcazi mənada daha
yüksək məsafələr, linquistik qiymətlər kəsb edir. Dünyada hər kəsin öz
zirvəsi var\ Heç kəs zirvəsindən uca durmasın (N. Xəzri) Lakin biri siyasi
dildə, digəri isə adi danışıq dilində, gündəlik ünsiyyətdə işlədilən həmin
sözlər arasında məna məsafəsi elə siyası şüurla adi şüur arasındakı məsafə
və ya hüdud elə müvafiq dil daşıyıcıları, onların iddiaları arasındakı fərq
qədərdir. Qeyd etdiyimiz kimi, "zirvə görüşü" daha yığcam şəkildə "zirvə"
kimi də işlənə bilir (zirvə-"zirvə"). Beləliklə, "zirvə" və "zirvə görüşü"
(Gipfeltreffen) nominasiyalarını bir-birini əvəz edə bilən funksional
variantlar kimi nəzərdən keçirmək olar. Bu əlaqə, iç bağlılıq daxili forması
ilə orta statistik azərbaycanlı və ya rus tərəfindən çətin qavranılan və ya heç
qavranılmayan "sammit"- "zirvə" sözləri arasında isə ümumiyyətlə yoxdur
və bunun yaranması üçün xeyli vaxt və ünsiyyət təcrübəsi, hazırlıq və
səriştə tələb olunur.
Sintaktik çoxluqlar sistemində xüsusi yer tutan cümlə perifrazları
işarəyə alınan situasiyanın ən müxtəlif, bəzən gözlənilməz, orijinal və tipik
referensial cizgilərini, parametrlərini önə çəkir, dil istifadəçisinin gerçəklik
fraqmentinə subyektiv-emosional təxribatlarını, reallığı dəyişmək, fərqli
rakursdan təqdim etmək səylərini üzə çıxarır. Bununla da mühakimələrin,
təkliflərin təxminiliyi, natamamlığı yeni düşüncə və anlam səviyyəsinə
qaldırılmış, fərqli koqnitiv məcraya yönəldilmiş olur. Mətndə reallaşan
konkret söyləmlər situasiyanın müxtəlif linquistik qiymət dərəcələrini,
qiymətləndirmə hədlərini əks etdirir. Sintaktik perifrazların evfemistik
deyimlərin gerçəkliyə müdaxilə etmək, yeni təəssüratlar, alternativ
268
situasiyalar yaratmaq imkanlarını, törədicilik, konstruktivizm potensialını
daha aydın müşahidə etmək üçün aşağıdakı misalları nəzərdən keçirmək
kifayətdir.
Əvvəlcə "Qabusnamə" də söylənən bir əhvalat:
Bir gün Harun Ər-Rəşid yuxuda görür ki, bütün dişləri tökülüb.
Səhər tezdən münəccimi yanına çağırıb bu yuxunu yozmağı əmr
edir.Yuxuyozan deyir: "Əmirəlmöminin ömrü uzun olsun, bütün qohum-
əqraban səndən qabaq öləcək, belə ki, heç kəs qalmayacaqdır." Harun Ər-
Rəşid “Bu yuxuyozana yüz çubuq vurun, o belə ağır xəbəri nə üçün mənim
üzümə dedi, bütün qohum-qardaşım məndən qabaq öləcəksə, onda mən
kimə lazımam?"
Əmr etdi, başqa yuxuyozanı çağırdılar, yuxunu ona danışdı.
Yuxuyozan dedi:"Əmirəlmöminin gördüyü bu yuxu göstərir ki,
əmirəlmöminin bütün qohum-əqrabanızdan çox yaşayacaqdır." Harun Ər-
Rəşid dedi: "Ağlın hökmü eynidir. Təbir həmin təbirdir, lakin ibarələrdə
böyük fərq vardır." Əmr etdi, haman kişiyə 100 dinar verdilər.
"Qabusnamə" bu əhvalatı belə mənalandırır: "Söz var bir cürə
deyərsən, insanın ruhu təzələnər, başqa cürə deyərsən, adamın qəlbi
təzələnər, başqa cürə deyərsən, adamın qəlbi kədərlənər."
"Qabusnamə"yə nəyisə əlavə etmək mümkün olsaydı, buna izn
verilsəydi, əlavə edərdim ki, "Əmirəlmöminin" qəlbinə təsir edən sadəcə
olaraq onun eşitdiyi sözlər, işarələr yox, həmin sözlərin işarə kütləsinin
yaratdığı fərqli situasiyadır, onun eşitmək istəmədiyi acı, dəhşətli həqiqətin
şirin, rahat yalanlarla, evfemizm aldanışları ilə əvəzlənməsidir. Kultivasiya
edilmiş,"təmizlənmiş" reallıqdır. İkinci münəccimin xoşbəxtliyi məqsədin
düzgün təyin olunması, alternativlər və məhdudiyyətlər çoxluqlarından
düzgün baş çıxarmaq, üstün variantı düzgün müəyyənləşdirə bilməsindədir.
Birinci münəccimi məhv edən də, ikinci münəccimi xilas edən də, əsla
əmirəlmöminin mərhəməti və ya mərhəmətsizliyi deyil, Əlahəzrət Dildir!
Dil gerçəkliyidir.
Görkəmli Azərbaycan yazıçısı, tarixi romanlar ustası Fərman
Kərimzadə təkcə tarixi abidədən heç də az qiymətli olmayan möhtəşəm
"Xudafərin körpüsü" romanı ilə ədəbiyyat tariximizə daxil olmayıb. Həm
də məşhur dil yaradıcılığı, verbal reallıq kəşfi, positiv yalan-aldanış
269
"nümunəsi" ilə yaddaşlara həkk olunub. Söhbət balaca İsmayılın
gizlədilməsi səhnəsindən gedir. Qoşun böyüyü Şah İsmayılın verilməsini
tələb edir. Alınan məlumata görə şahzadə həmin ərazidə idi və onun ya
ölüsünü, ya da dirisini təslim etmək əmri alınmışdı. Nəyin bahasına olursa-
olsun gələcək şahı qoruyub-saxlamaq zərurətini dərk edən Axund Mirzəli
xəyalən yollar aramağa başladı. Əlac sözə və qurana qalırdı.Axund Mirzəli
inanılmış adam idi. O and içib müqəddəs Qurana əl basmağa hazır
olduğunu bildirdi. O vaxt insanlar "Kim and içir, o yalan danışır"
hiyləgərliyini hələ mənimsəməmişdilər və nüfuzlu din xadimlərinin
müqəddəs Qurana and içməsi bir qanun gücündə idi. Dünyanın ən böyük
kitabı inam və etibarın, həqiqətin son həddi, şübhələrin bitdiyi, kəsildiyi
son nöqtə idi. Axund Mirzəli pak olub namaz qılmaq və namazdan sonra
müqəddəs Qurana and içmək üçün vaxt istədi. Hamı bu mərasimi böyük
diqqət və gərginlik içində izləyirdi. Axund Mirzəli namazını qılıb
qurtarandan sonra əlini Qurana basdı və hamının eşidəcəyi uca səslə dedi:
"Bu Quran haqqı, İsmayıl mənim torpağımda yoxdur!" Axund adamlarına
tapşırmışdı ki,balaca İsmayılı meşəyə aparsınlar və onun beşiyini bir ağacın
budağından assınlar. Mərasim sona çatdı, qoşunlar çəkilib getdi, hamı rahat
nəfəs aldı. Bu vaxt balaca İsmayıl ağac budağında asılmış beşiyində mışıl-
mışıl yatırdı....
Təəssüf ki, həcm mülahizələrinə görə unikal dil əfsanəsini, xilasedici
dil yalanını olduğu, romanda təsvir edildiyi kimi vermək imkanımız
yoxdur.Lakin dünyada heç nə, hətta günahsız, zəruri və məcburi yalanlar da
cəzasız qalmır. Görünür, təsadüfi deyildir ki, ağacdan asılmış bəla-yalan
savabı, daha doğrusu, söz haramı sonradan bütün türk dünyasına çox baha
başa gəldi.
Perifrazın əsas, müstəqim ifadə formasına nisbətən obyekti, fikir
predmetini, cümlənin təsvir etdiyi situasiyanı daha çox yayğın, qeyri-
səlis,qeyri-adekvat ifadə etməsi yalan, aldanış və manipulyasiyanın
gerçəkləşdirilməsi üçün onun cazibədarlığını xeyli dərəcədə artırır. Əsas
sözə, birbaşa ifadə şəklinə nisbətən perifraz alternativləri arasında linquistik
hədd, koqnitiv-psixoloji məsafə daha böyük olur. Geniş izah və şərhləri bir
qədər sonraya saxlayaraq, çətin, arzuolunmaz situasiyaları sovuşdurmağın
unikal dil vasitələrindən olan üslubi perifrazlara aid daha iki nümunə:
270
...Sərkərdə Şamaxı qalasını ala bilməyəndə hiyləyə əl atır: enin aşağı,
birinizi öldürməyəcəyəm. Onlar da (qoşun, əsgərlər) enib qəbrstanlığa
gəlirlər. Hamısını qırır, birini saxlayır. Deyir: demişdim birinizi
öldürməyəcəyəm. Sözümə əməl etdim...
Əmir Teymur Qafqaza hərəkət edərkən hələ eramızdan əvvəl qədim
türklərin yaşadığı Azərbaycana da az qan uddurmamışdı. Çünki yerli əhali
öz böyük oğlunu gül-çiçəklə qarşılamaq əvəzinə əməlli-başlı müqavimət
göstərmişdi. Təkcə İbrahim şah ağlının və dilinin köməyi ilə bəladan yan
keçə bilmişdi. Onun hər hədiyyədən yeddi dənə olmaqla tədarük edib
böyük Əmirin hüzuruna gəlməsi faktı, bir tarixi xilas örnəyi kimi
yaşamaqdadır. Bütün dövrlərin və zamanların ən böyük sərkərdəsi nədən
hər şeyin yeddi, qulların isə altı olduğunu soruşduqda İbrahim şah demişdi:
"Yeddinci qul mən özüməm." Heç kəs şübhə etmir ki, bu hiylə və
manipulyasiyada sədaqət, sevgi görüntüsündən daha çox minlərlə həyatı
xilas edən, kəndləri, şəhərləri xarabalığa çevirməkdən saxlayan bir şah və
diplomat tədbiri konkret situasiyaya galib gəlmək siyasətçilliyi olmuşdur.
Dil reallığının, dilin yaratdığı reallığın gerçək vəziyyətə üstün gəlməsi
olmuşdur. Lakin ermənilər Əmir Teymurun qəzəbindən qorunmaq üçün öz
qədim və sınanmış tarixi vərdişlərinə-hiylə və yalana əl atsalar da, buna
nail ola bilmədilər. Bu müdrik kişini çaşdıra bilmədilər. Müqavimət
göstərən ermənilər keşişlərini minnət üçün böyük Əmirin yanına
göndərdilər və ağlaya-ağlaya qırğını dayandırmağı xahiş etdilər. O vaxt
hələ "Minsk qrupu" yaradılmamışdı, atəşkəsin də olub-olmamasını yalnız
türklər müəyyən edirdi, həll edirdi. O dünyanın, yəni o vaxtki dünyanın,
yerlərin, sonsuz ərazilərin sahibi olan türk xaqanı özünə məxsus bir
müdriklik və tədbirlə tələb edirdi ki, müqaviməti dayandırsınlar və söz
verdi ki, qan tökülməyəcək. Sonra nəhəng lağımlar qazıldı və xainlər
xəndəklərə doldurulub suda qərq edildilər. (Bu bəlkə də tarixdə yalana görə
ermənilərə verilən ilk cəza idi.) Əmir Teymur doğrudan da vədinə əməl
etmişdi: qan tökülməmişdi. Silah işlədilməmişdi. Ola bilsin ki, bu da
tarixdə ermənilərin ilk "soyuq genosidi" idi-yaxşı ki, yadlarına hələ
düşmür. Deyilənə görə ulu Teymur gələcək nəsillərə görk olsun deyə
onlardan yalnız birini saxlamışdı və həmin bir nəfərdən törəyən nəsillər
boyunlarına saldıqları xaçın köməyi, bir də böhdan və yalanları ilə
271
gələcəkdə türkləri bütün dünya ilə üz-üzə qoyacaqdı. Həmin əhvalatı başqa
sərkərdələrə isnad verən versiyalar da var.
Qarşılaşmalara əsaslanan analoji situasiyalarda vurğu, intonasiya,
bəzən fasilə, yalan və aldanışın, təxmini, qeyri-səlis mühakimələrin ən
etibarlı linquistik təminatçıları kimi çıxış edir. Dildə "Canlı sözün zamanı
və məkanı olan"intonasiyadan (Şapiro), səs sahmanlayıcılarından çox
yalana uğramış, biliyin, mühakimənin sərhədlərini yaxınlaşdıran, elə buna
görə də konkret obyektdən uzaqlaşmış ikinci bir kosmopolit işarə tapmaq
çətindir. İnsan nitqinin qeyri-səlistliyinin əsas mənbələrindən biri də məhz
budur. Perifraz kommunikativ məqsəddən, intonasiyadan asılı olaraq bütün
funksional üslublarda, nitq janrları və mətn tiplərində geniş miqyasda işlənə Dostları ilə paylaş: |