Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

bilir. Lakin onun ən çox tətbiq tapdığı ünsiyyət sahələri canlı danışıq dili, 

siyasi diskurs, publisistika və bədii üslub hesab olunur. Dil faktları təsdiq 

edir ki, siyasi xadimlərin, diplomatların, dövlət məmurlarının nitq 

davranışlarını perifrazsız, xüsusilə evfemizmlərsiz və müxtəlif növ 

mübaliğəsiz, kiçiltmələrsiz təsəvvür etmək qeyri-mümkündür. Hətta neyrtal 

üslublar sayılan elmi və  rəsmi-işgüzar üslublarda perifraz mövcud 

reallıqların fərqli interpretasiyası, hadisə  və faktların, mülahizələrin 

müxtəlif rakurslardan, çalar və rənglərdə göstərilməsi üçün əlavə imkanlar 

yaradır. Perifraz çoxluqları-qeyri-müstəqim, vasitəli dil işarələri olaraq yeni 

perspektivlər yaradır, beləliklə, dil, dil reallıqları gerçək 

reallıqlar,həqiqətlər üzərində üstünlük əldə edir. 

Azərbaycan dilində unikal, təkrarsız, heç kəsin və heç bir xalqın 

ağlına gəlməyən orijinal məişət perifrazları yaşayır. Bunlarda aldanışın ən 

bariz forması olan yalanla yanaşı, hiylə  və dil-oyun elementləri heyrət 

doğurur. Görün narazı qaldığı  həyat yoldaşından boşanmaq istəyən qadın 

sonda məhkəmənin barışmaq təklifinə cavab olaraq nə deyir: "Möhtərəm 

hakim, mən də heç ayrılmağın tərəfdarı deyiləm. Mən nə deyirəm, mən 

deyirəm ki, ac saxlasın, susuz saxlasın, amma yaxşı saxlasın!" 

Şərq qadınının uzun müddət çadrada saxlanması, hüquqsuz 

vəziyyətdə olması  zəngin bir dil-aldanış sistemi, orijinal, kodlanmış, 

şifrələnmiş bütöv bir hiylə-kələk mexanikası, gözlənilməz-nitq hərəkətləri 

paradiqması hazırlamışdır. Şair Nəriman Həsənzadə bu tarixi gerçəyi belə 

ifadə edir:"Qadın zəiflikdən hiyləgər olur." Deyəsən müasir kişilərin daim 


 

 

 



272

artan feminist fəndgirliyi, getdikcə daha da təkmilləşən, gəlişən mübhəm 

mübarizə  və qeybətçilik "əzmi" də onların zəifliyi, getdikcə daha artıq 

dərəcədə zəifləməsi ilə bağlı olur. Bundan qaynaqlanır. Mübaliğəsiz demək 

olar ki,qadın dilinin alt şüurun, daha doğrusu  şüursuzluğun, intuisiyanın 

dərinliklərindən gələn və kişilərin hərəkətlərində, ünsiyyətində  də 

təkrarlanan,  əks olunan gizli həvəs və müəmmaları dilimizin, 

psixologiyamızın qeyri səlisliyinin özünəməxsus energetik mənbələrindən 

birini təşkil edir. Qadının hərəkət və fəaliyyət sərbəstliyi, xarici aləmlə fəal 

əlaqə  və  təmasları sanki onun ilkin-təbii həssaslığına, intuisiya və 

yaradıcılığlna, həyat instinktinə  mənfi təsir göstərir. Məmməd Səid 

Ordubadinin "Qılınc və  qələm" romanındakı  Qətibə  təkcə  tədbirli, ağıllı 

qadın obrazı deyil, həm də böyük və məkrli dil-üslub məktəbidir. Qəribədir 

ki, dünya ədəbiyyatında həqiqəti, mərdlik və  ədaləti, xeyri təmsil edən, 

simvollaşdıran qəhramanlardan çox mənfi obrazlar, neqativ xarakterlər, 

hiylə və yalan qəhramanları yadda qalır. Görünür, həyat həqiqətlərini dərk 

etmək üçün mücərrəd həqiqətin deyil, onun yoxluğunun, yalan və 

illuziyaların, aldanış  və virtual həqiqətlərin, imaqinativ dünyaların bədii-

estetik  şərhi heç də az əhəmiyyətli olmur. Belədə idrak daha artıq 

dərinliklərə  işləyir, real olandan, görünəndən, bilavasitə qavranılan, 

müşahidə olunandan çox müəmmalı, mistik, qorxunc,görünməz olan 

dərketmənin imkanlarını daha çox genişləndirir, təfəkkürün gücünü artırır. 

Birinci vəziyyət dar mənada perifrazların-müəyyən bir tipik, fərqləndirici 

əlamət  əsasında yaranan dil quruculuğunun, ikinci vəziyyət isə daha çox 

geniş  mənada perifrazların meydana gəlməsi üçün mənbə rolunu oynayır. 

Evfemistik çoxluqlar  daha çox zəiflədici, zərəsizləşdirici, minimallaşdırıcı 

təsir doğurur, məqbul-münasib, dəyişdirilmiş reallıq törədiciliyinə xidmət 

edir. Evfemizm şəkilləri azalan, zəifləyən çoxluqlar-litota strukturları ilə 

birlikdə dildə mövcud olan kiçiltmə, mülayimləşdirmə texnologiyasının 

mühüm mexanizmlərini təşkil edir. Bunlara qarşı duran mübaliğə formaları 

isə gerçək olanı, qavranılanı, dərk olunanı bir az da intensivləşdirmə, 

dolğunlaşdırma,  şişirdib-böyütmə praqmatikasını  təmsil edir. Paralel 

adlandırma, ifadəetmə üsulları olan perifraz təzahürlərinin hər biri reallığı 

adekvat-əslinəuyğun  şəkildə deyil, ünsiyyət  şəraiti, konkret praqmatik 



 

 

 



273

məqsəd üçün yararlı, üstün variantda formalaşdıran, təsbit edən linquistik 

qiymət ölçüləri, qiymət dərəcələri misalındadır.  

Deyilənlərlə bağlı perifrazın illokutuv məzmunu haqqında 

mülahizələrimizi bir qədər də davam etdirək. Linquistik qiymətlərin 

yaranmasına mentallıq, etnik psixologiya və mövcud əxlaqi-etik prinsip və 

dəyərlər də güclü təsir göstərir. Yuxarıda qeyd etmişdik ki, nəcabətli 

azərbaycanlı qadın nəinki həyat yoldaşından, hətta  rəfiqəsindən, oturub-

durduğu başqa bir qadından ayrılmasının gizli-mübhəm səbəblərini dilə 

gətirməz, sözlərin köməyi ilə tamamilə başqa bir gerçəklik  şəkli, 

konstruktiv yalan quraşdırar: "Xasiyyətimiz tutmur", "Qaynanam məni yola 

vermir", "Bizimki tutmaz", "Biz tamamilə başqa-başqa adamlarıq." və s. 

Adətən xarici şirkətlər işə götürmədiyi və ya bizimkilərin köməyilə 

işə götürmək istəmədiyi adama "humanistlik" göstərərək birbaşa "Sie sind 

frei, Sie werden nicht angenommen", yaxud "Sie sind nicht 

durchgekommen", "Sie sind sehr schwach", "Sie kennen Ihr Fach 

nicht\genug"," Testdən keçə bilmədin", "Zəifsən\ixtisasını yaxşı bilmirsən" 

demir. "Gözlə, özümüz sənə  zəng edəcəyik", "Özümüz çağıracağıq" tipli 

yalançı-humanist evfemizmlər işlədirlər. Sovet dövründə adamların, 

xüsusilə  vəzifə sahiblərinin  ən müxtəlif səbəblərə görə  işdən 

uzaqlaşdırılması aşağıdakı standart yalan aktı ilə icra olunurdu: "Öz ərizəsi\ 

öz xahişi ilə  işdən azad edilmişdir."Qeyri-səlis sinonim çoxluqlarının 

uzantısı, mabədi olaraq perifraz formaları ilə  həm kifayət qədər geniş 

referensiya, həm də predikasiya aktları gerçəkləşdirmək olur. Yuxarıda 

verilən predikativ perifrazları bir qədər yaxından araşdırmağa çalışaq. 

Onlar təbii ki, müvazi adlandırmalar, nominasiyalardan fərqli olaraq 

predikativ çoxluqlar, alternativlər  əmələ  gətirməklə linquistik giymətləri 

fərqli bir səviyyəyə daxil edir. Cümlə perifrazlarına aid gətirilən misallarda 

təsvir olunan hadisə  və  vəziyyətləri koqnitiv dəyişənlər kimi xarakterizə 

etmək olar. Koqnitiv dəyişənlər situasiya tiplərinə, ayrı-ayrı situasiya tipləri 

reallıq fraqmentlərinə, reallıq fraqmentləri isə linquistik (sintaktik) 

çoxluqlara parçalanır. Başqa sözlə, koqnitiv dəyişənlər situasiya tipləri, 

müxtəlif situasiya tipləri isə reallıq fraqmentləri, onlar da öz növbəsində 

təkliflər bazası, təkliflər fondu olaraq sintaktik çoxluqlar şəklində yayılır. 

Məsələn,  ərəb xəlifəsi Harun ər-Rəşidin yuxusu ilə bağlı  dəyişən 


 

 

 



274

perspektivləri, haqqında söhbət gedən qorxunc səhnələri təsvir edən ardıcıl 

cümlələrin referentlətini, onların arxasında dayanan ümumi-universal, tipik 

situasiyaları aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür: 

(1) Mütləq bədbəxt hadisə baş verəcək. 

(2) Xəlifənin ailəsinə, yaxın adamlarına xətər toxunacaq. 

(3) Bütün xilafəti sarsıdan hadisələr baş verəcək\ verə bilər. 

(4) Xəlifənin  şəxsən özü ilə bağlı heç bir bədbəxt hadisə baş 

verməyəcək. 

Həmin dörd aktual, əsas situasiya tiplərini aşağıdakı potensial-

mümkün gerçəklik fraqmentlərinin (fərqi yoxdur, real və ya qeyri-real 

olsun) məcmusu kimi nəzərdən keçirmək olar. 

(5) Xəlifənin yaxın qohumlarından biri dünyasını dəyişəcək. 

(6) Xəlifənin ailə üzvlərindən biri rəhmətə gedəcək. 

(7) Xəlifənin bütüb qohumları həlak olacaq. 

(8) Xəlifənin bütün ailəsi bədbəxt hadisə nəticəsində məhv olacaq. 

(9) Xılifənin kiçik oğlu\xəstə oğlu tələf olacaq. 

(10) Xilafətdə ixtişaşlar olacaq. 

(11) Xilafəti dəhşətli müharibələr bürüyəcək. 

(12) Xəlifənin taxt-tacı təhlükəyə düşəcək. 

(13) Xəlifənin bütüb qohum-əqrabası fəlakət nəticəsində qırılacaq. 

(14) Xəlifə hamıdan sonra \ çox sonra öləcək. 

(15) Əmirəlmömin bütün qohum-əqrabasından çox yaşayacaq. 

(16) Xəlifənin ömrü gözlənildiyindən də uzun olacaq və s. 

"Bədbəxt bir hadisə"nin baş verməsi mülahizəsi heç də  səlis, dəqiq 

bir mülahizə ola bilməz. Necə, hansı dərəcədə bədbəxt bir hadisə? 

Nə ilə nəticələnən bədbəxt bir hadisə? Dünyada heç kəs bədbəxt bir 

hadisənin, baş verəcək bir olayın konkret olaraq nədən, hansı hadisədən 

ibarət olduğunu, onun dərəcəsini, ölçüsünü, bütün mümkün nəticələrini, 

müqabil tərəfin reaksiyasını əvvəlcədən birmənalı şəkildə ifadə edə bilməz. 

Burada linquistik qiymətlərin qeyri-səlisliyi, yayılanlığı, bütün genişliyi və 

variativliyi ilə  işə düşür, potensial təxminilik və natamamlığı ilə istismara 

buraxılır. Bütün qohum-əqrabanın qırılması( burada günahsız "ölmək" 

əvəzinə "qırılmaq" sözünün də  işlənməsi elə  bədbəxt hadisədir), xəlifənin 

ən sevimli kənizlərindən, hərəmlərindən birinin ölməsi, hətta xəstələnməsi 


 

 

 



275

də bədbəxt hadisədir, bütün səltənətin tar-mar olması da bədbəxt  hadisədir. 

Xəlifənin özünün ölümündən başqa heç nə o qədər də bədbəxt hadisə deyil. 

Çünki bu versiya, bu müddəa artıq sadəcə olaraq bədbəxt hadisə deyil, hər 

şeyin sonudur, bədbəxtliyin bədbəxtliyidir. Hər cür xöşbəxtlik və 

bədbəxtliklərin sonu, hüdudu, milyonlarla ömürlərin kəsilməsidir.Sözsüz 

ki, göstərilən vəziyyətdə adi, birqiymətli məntiqdə  də  əsas qarşılaşan 

qütblərdən biri kimi götürülən "xoşbəxtlik" anlayışının xidmətindən istifadə 

etmək qeyri-mümkündür. Söhbət bədbəxtlikdən, "gözlənilən", "axtarılan" 

bədbəxt hadisələrdən gedir, bədbəxtliyi də ehtiva edən (qeyri-səlis məntiqə 

görə “bədbəxtlik” "xoşbəxtliyi" xarakterizə edən dərəcələrdən biri kimi 

götürülür) bu yayılan çoxluqların hər ikisi ilə koqnitiv əməliyyat aparmağı 

mümkün edir. Gerçək reallıqları daha əhatəli, tutumlu formatda nümayiş 

etdirmək zərurəti hər iki qiymət çoxluqlarını  və onların aralıq, keçid 

hədlərini, mümkün rəngarənglik və müxtəlifliyi, fenomenoloji keyfiyyətləri 

ilə  təqdim və  təsəvvür etmək üçün onları linquistik reallıqlarla daha da 

genişləndirmək lazım gəlir: Xoşbəxt olmayan bir hadisə/ elə bir hadisə baş 

verməyəcək, Xoşbəxtlikdən kənar\tamamilə  kənar bədbəxt hadisə baş 

verməyəcək, Ancaq xoşbəxt və ya ancaq bədbəxt bir hadisə baş 

verməyəcək , Qohum-əqraba ilə əlaqədar o qədər də\ çox da xoşbəxt\ xoş 

olmayan olaylar baş verməyəcək\ gözlənilmir və s. Bunların heç biri nə tam 

xoşbəxt, nə  də tam bədbəxt hadisələr deyil. Beləliklə, müxtəlif dil 

işarələrinin ardıcıllığı, bir-birinə münasibəti sırf ideal mahiyyət olan 

mənadan fərqli olaraq maddi-ideal məzmun kəsb edir, denotatlardan daha 

çox uzaqlaşdığı üçün dəyişikliyə, transformasiyaya uğrayır. Dil işarələrinin 

qarşılıqlı əlaqələri, işarə kompleksləri fərqli reallıqlar, əlaqələr konstruksiya 

etməklə  dərketmənin yeni üfüqlərini açır, axtarışlara yönəlir. Bu cəhət o 

qədər güclü və  aşkardır ki, dilin reallığa, həm gerçək, həm də virtual 

reallıqlara təsirindən, təxribatından danışmaq olar. Əslində, təbiətdə, real 

aləmdə, heç bir xoşbəxt və ya bədbəxt hadisə olmur. Təbiət, Ana təbiət 

aslanın öküzü parçalamasında heç bir bədbəxtlik,  ədalətsizlik görmür, 

həmin varolma aktını sakitcə icra edir. Bunu sanksiyalaşdırır. Həmin olaya 

adi bir şey kimi baxır. Yalnız bəşər cəmiyyətində, insanların bir-biri ilə 

münasibətlərindən doğan ayrı-ayrı hadisələr, proseslər var. Daha doğrusu, 

çox hallarda bunların aldanışları var. Təkrar qiymətləndirmə, koqnitiv 


 

 

 



276

üstparadiqmalar var. Dillə yaradılan gerçəklər, münasibətlər sistemi, 

dəyərləndirmələr var. Dil işarələrinin, linquistik gerçəklərin təbiət 

gerçəkləri üzərində qələbəsi və üstünlüyü, prioriteti var. 

Əlbəttə, gerçəkləşdirilən situasiyaları "bədbəxt" və "xoşbəxt", 

"bədbəxtlik" və "xoşbəxtlik" sözlərinə müvafiq dəyişdiricilərin artırılması 

ilə daha sistemli, daha dolğun, tutumlu və daha geniş koqnitiv sıralarla 

canlandırmaq olar. Mürəkkəb sintaktik strukturlar, müxtəlif mürəkkəb 

cümlə formalari linquistik qiymətlərin yüksələn xətlə artımını  və 

zənginliyini təmin edir.  

Alınan qeyri-səlis qiymətləri mətnə  fərqli semantik-emosional və 

modal çalarlar daxil etməklə  əlavə, yeni səviyyəli sintaktik çoxluqlarla 

daha da genişləndirmək, yayğınlaşdırmaq olar: 

(17) Ola bilsin ki, nəsə bir hadisə baş verəcək, amma elə bir  

bədbəxtlik üz verməyəcək. 

(18) Güman \ fərz etmək olar ki, nəsə narahatlıq doğuran 

bir hadisə baş verməyəcək. 

(19) Demək olmaz ki, nəsə bədbəxt/o qədər də böyük xoşbəxtlik  

vəd edən bir hadisə olacaq, lakin elə də bədbəxt hadisələrin,  

olayların baş verməsi gözlənilmir. 

(20) Narahat olmağa dəyməz ki, ailəmizin\ ailə üzvlərindən  

kimsənin bədbəxtliyinə, faciəsinə gətirib çıxaran qorxunc  

hadisələr baş versin. 

(21) Söz verə bilərəm ki/Sizi əmin edə bilərəm ki, taxt-tacınıza  

ciddi təhlükə törədə bilən elə bir hadisə baş veməməlidir. 

(22) Bu yuxunu yozaraq şübhə etməmək olar ki, Siz hətta çox  

uzunömürlü olan, ulduzların uzun ömür vəd etdiyi ailə  

üzvlərinizin də hamısından uzunömürlü olacaqsınız. 

(23) Heç bir şübhə yeri\ zərrə qədər də olsun şübhə  

yeri qalmır ki, qohum-əqrabaya heç bir şey olmayacaq\ qohum- 

əqrabanın çoxu heç də\ elə də tez ölməyəcək\ dünyasını  

dəyişməyəcək. 

(24) Əgər mənə inanırsınızsa, mənə inamınız varsa, gördüyünüz  

yuxu elə də dəhşətli, bədbəxtlikdən xəbər vermir, belə ki,  

Siz tanıdıqlarınızın hamısından çox yaşayacaqsınız. 


 

 

 



277

(25) Siz bu yuxunu kimə danışsanız, hansı ölkədən, hansı  

münəccimdən soruşsanız, o Sizin uzun illər yaşayacağınıza\  

xoşbəxt yaşayacağınıza zəmanət verəcək/verə bilər. 

Düşünmək olar ki, nisbətən sadə, sadələşmiş linquistik qiymət 

şərtlərilə düzələn cümlə - perifrazlarda (5) -(16)-cı  və (17)-(25)-ci 

nümunələrə nisbətən daha az yayğınlıq nəzərə çarpır. (5)-(9)-cu cümlələrdə 

istifadə olunan sinonim çoxluqları ekspressiv-üslubi mənaların bütöv bir 

silsiləsini təqdim edir. (13) və (14)-cü cümlələrdə isə "dünyasını 

dəyişəcək", "rəhmətə gedəcək", "həlak olacaq", "məhv olacaq", "tələf 

olacaq" perifrazlarından və genişlənmiş dil işarələrindən fərqli olaraq 

linquistik qiymət daha aşkar və birmənalı xarakter alır. (17)-(25)-ci 

cümlələrdə isə yayılanlıq, semantik seyrəkləşmə, azalma özünün ən yüksək 

həddinə çatır. Lakin bu sərhədləndirmə, bu tənasüb yalnız ümumiyyətlə, 

ümumi konturlar çərçivəsində doğrudur. Dil işarələrinin kəmiyyət 

münasibətləri ilə keyfiyyət münasibətlərinin mütənasibliyi baxımından, 

linquistik enerjinin maddi səs kütləsi daxilində paylanması nöqteyi-

nəzərindən doğrudur. Lakin, artıq qeyd olunduğu kimi, mətndə ötürücü ilə 

qəbuledici arasındakı münasibətlərin xarakterindən, mənaların subyektivlik 

dərəcəsindən asılı olaraq kiçikölçülü dil işarələri irihəcmli dil işarələri ilə 

müqayisədə daha az yayılan ola bilər. Və əksinə. Daha sadə şəkildə ifadə 

etsək, hər ikisi eyni zamanda, eyni dərəcədə daha çox və daha az yayılanlıq 

işarələri kimi qavranıla bilər.  İşarənin fonetik kütləsi, o cümlədən də 

sintaktik kütləsi, həcm və tutumu ilə linquistik qiymət ardıcıllığı arasında 

həmişə düz mütənasiblik olmur. Qeyri-səlis çoxluqları  əmələ  gətirən 

dəyişdiricilər təxmini mühakimələrin zənginliyi və çoxşaxəliliyini təmin 

edir. (7)-(25)-ci misallarda birinci termlərin - əsas linquistik qiymətlərin 

ətrafında qruplaşan, onları da öz içərisinə alan digər linquistik qiymətlər 

kiçiltmə, azaltma və minimallaşdırma, təsirsizləşdirmə mexanizmləri olan 

perifraz və litota fiqurları ilə daim artan, güclənən yayılanlıq xətti üzrə 

inkişaf edir. Dil işarələrinin nisbiliyi, mənanın subyektivliyi və kontekstdən 

asılılığı “bədbəxt” və “xoşbəxt” sözlərinin semantikasını, istər geniş 

perifraz strukturları - əlavə-yanaşı adlandırmalar daxilində, istərsə da mətn 

çərçivəsində, geniş kontestdə elə əridir, elə itirib görünməz edir ki, əslində 

nə materiyadan, nə  də dil substansiyasından, nə adlandırılandan, nə  də 


 

 

 



278

adlandırandan axıra heç nə qalmır. Mürəkkəb, mürəkkəbləşmiş sintaktik 

çoxluqlar yayılanlığı, qeyri-səlisliyi, daha geniş yayğınlıq sərhədlərinə 

doğru qovur. İlk baxışda mənanı, fikri bir işarənin, az işarənin 

mücərrədliyindən azad etməyə, tərkib hissələrinə parçalamağa, "yaymağa" 

xidmət edən tutumlu sintaktik formalar-genişlənmiş , şaxələnmiş ifadə 

çoxluqları bir sıra hallarda yayıldıqca, açıldıqca ideyanı, predmet və 

hadisələri kiçik təfərrüatlara, elementlərə ayırıb konkretləşdirmək əvəzinə

əksinə, mücərrədliyi, qeyri-müəyyənliyi daha da gücləndirir. Xüsusilə 

ünsiyyətin iştirakçıları arasında münasibətlər bərabərliyə, qarşılıqlı 

əməkdaşlıq və  sərbəst müzakirə, mübahisə ruhuna uyğun gəlmədikdə 

yayılan sintaktik qiymətlər bütövlükdə kontekstin, digər nitq vahidlərinin 

himayəsindən məhrum olan tək sözlərdən, mücərrəd işarələrdən daha 

müəmmalı, daha anlaşılmaz, dumanlı və qeyri-informativ olur. İlk baxışda 

daha aydın olduğu üçün daha xətalı, anlaşılmaz olur. Əslində qorxu və 

dəhşət saçan Harun ər-Rəşidin hüzurunda hər iki münəccimin söylədiyi 

fikirlər "Bütün qohum-əqraban səndən qabaq öləcək" - "Bütün 

qohumlarınızdan çox yaşayacaqsınız" replikaları eyni fəlakətli perspektiv 

vəd edir. Çünki nə dil işarəsinə, nə  də qarşı  tərəfə münasibət adi, neytral 

münasibət deyil. Digər bir yandan, həmin replikalar müxtəlif situasiyalarda, 

"əmirəlmöminin" fərqli bir psixoloji vəziyyətində müxtəlif cür anlaşılmaq, 

anlanılmaq potensialına da malikdir. Görünür, dil işarələrindən çox digər 

səviyyə  işarələri-hiss və duyğular, anlayışlar, onların duyğu orqanları ilə 

konkret halda dərk olunma intensivliyi daha önəmli rol oynayır. Məlum 

olduğu kimi, Helmholts hiss və duyğuları, hətta anlayışları da işarə hesab 

edir. O, məsələn, rənglərə, ümumən rəng substansiyasına obyektiv 

hadisələr, varlıq təzahürləri kimi deyil, duyğu orqanlarının funksiyası, 

onların təqdim etdikləri fenomenlər kimi baxır. Dil işarələrini qavrama və 

dil işarələri vasitəsilə qavrayış proseslərinə də son hədlər, qurtaracaq nöqtə 

və terminallar kimi deyil, ən müxtəlif qavrayış, dərketmə sahələrində 

çoxsaylı, çoxtərəfli keçid nöqtələrinin sərhədləri kimi yanaşmaq olar. 

Beləliklə, dil sanki bir səsin, bir sözün aydınlığı  və eyni zamanda 

mücərrədliyi, qeyri-müəyyənliyi ilə söz birləşməsinin, o cümlədən də əlavə 

adlandırmaların, cümlələrin həm aydınlığı, mücərrədliyi və dolaşıqlığı 

arasında aramsız olaraq sıxılıb açılır - iki ifrat, lakin keçici, yayılan, daim 


 

 

 



279

sərhədləri qarışan linquistik qiymət dərəcələri ilə nişanlanan qütblər 

arasında hərəkət edə-edə yeni fikir, ideya hasil edir. İlkin substansiyaya, 

başlanğıca qayıda-qayıda, sintaksis, sonda mətn səddinə  çırpıla-çırpıla öz 

gücünü, daxili energetikasını  bərpa edir. Canlı orqanizm olan dil yalnız 

bununla gerçək ünsiyyətə, bütövlükdə dünyaya uyğunlaşmaq şansı qazanır, 

bunların nəticəsində və sayəsində hər şeyi özündə ehtiva edən "dünya evi", 

Sartrın sözləri ilə desək, “Mən” kimi qərarlaşır. Mətnin məntiqi-semantik 

münasibətlərinin xarakteri elədir ki, "Bütün qohum-əqraban səndən qabaq 

öləcək" və "Bütün qohum-əqrabanızdan çox yaşayacaqsınız" təkliflərini 

"həqiqi\ doğru-yalan" qiymətləri ilə qiymətləndirmək qeyri-mümkündür. 

Burada praqmatik semantikanın kateqoriyaları ilə işləmək tələb olunur . İki 

ayrı-ayrı müddəanı mahiyyət etibarilə "ölmək" və "yaşamaq" fellərinin 

müxtəlif koqnitiv transformasiyaları  zəminində doğulan "uğurlu-uğursuz" 

və ya "münasib-qeyri-münasib" qiymətləri, tərifləri ilə  səciyyələndirmək, 

nişanlamaq mümkündür. 

"İsmayıl mənim torpağımda yoxdur", "Enin aşağı birinizi 

öldürməyəcəyəm, ", "Qan tökülməyəcək" kimi təkliflər üzərində  də belə 

əməliyyatlar aparmaq olar. Elə bilirəm ki, bu nümunələr üzərində geniş 

dayanmağa ehtiyyac yoxdur.  Yalnız bunu əlavə edək ki, hər üç müddəada, 

təklifdə ilkin termlər, təxmini mühakimə çoxluqları kimi üç əsas verbal 

versiyanı  qəbul etmək olar: "Mən  Şah  İsmayılı gizlətməmişəm" (Mənim 

Şah  İsmayılın harada olmasından xəbərim yoxdur), "Heç kimi\birinizi də 

öldürməyəcəyəm", "Hamınızı  əfv edəcəyəm\ bağışlayacağam". Hər üç 

mülahizəni uyğun qeyri-səlis çoxluqlar, təxmini mühakimə alternativlərinin 

məcmusu kimi nəzərdən keçirmək olar. 

Misalları araşdırarkən bu nəticəyə  gəlmək olar ki, sifət və  zərflər 

təxmini mühakimələrin mühüm tərtibçiləri kimi mətn quruculuğunda 

əhəmiyyətli rol oynayır. Görünür, digər funksiyalarla yanaşı  təlqin, 

inandırma funksiyasını da dilin əsas, bəlkə  də üstün funksiyalarından biri 

kimi qəbul etmək lazımdır. Dil böyük təlqin gücünə malik olan işarə 

sistemlərindən biri kimi gəlişir və inkişaf edir. Dil işarələrinin qeyri-

adekvatlığı,  şərtliyi,söz mənalarının mental xarakteri  istər propozisional 

aktda – referensiya və predikasiya aktlarında, istərsə  də illokusiya və 

perlokusiya səviyyələrində, mətnyaratma və  mətnanlama proseslərində 


 

 

 



280

şəksiz ki, şüuri, rasional cəhətlərlə yanaşı dildə  həm də irrasional, 

anlaşılmaz güc və meyllərin artmasına, sərsəm ehtirasların ifrat dərəcədə 

güclənməsinə  səbəb olur. İnsanda daim söndürülməli, cilovlanmalı olan 

dağıdıcı, viranedici bir psixi enerji yaşayır. Bu, labüd olaraq dilə, ünsiyyətə 

də transfer olunur. Söz-məna, məzmun istehsal etdiyi kimi, absurd və 

mənasızlıq, küy və qarmaqarışıqlıq, cəfəngiyat da hasil edir. O dərəcədə ki, 

bəzən sözün kultu onun özünə, konkret substansional mahiyyətinə üstün 

gəlir. Hər bir qeyri-müstəqim, vasitəli dil davranışının bu mücərrədlik və 

qeyri-müəyyənliyi bir dərəcə  də gücləndirdiyini, zənginləşdirdiyini, oraya 

yeni axınlar daxil etdiyini söyləmək olar. Yuxarıda qeyd etdiyimiz həmin 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin