dağıdıcı, viranedici psixi enerji, böyüklü-kiçikli, varlı-yoxsul, güclü-gücsüz
- bütün insanları daxilən təhdiq edir, müxtəlif şəxslərdə - temperament
tiplərində özünü müxtəlif həcm və miqyaslarda, fərqli intensivlikdə biruzə
verir. Xüsusilə təbiətcə narahat, sadist və narazı adamlarda, özünü
reallaşdıra bilməyən şəxslərdə daim qızışan, güclənən mübarizənin,
qarşılıqlı nifrət və qəzəbin təsiri altında dil həqiqəti, biliyi ifadə etmək
vasitəsindən çox, özünütəsdiq aktına çevrilir. Əslində hər bir kiçik, gərəksiz
insanda həqiqətlərə, müasir mədəniyyətlər paradiqmasına dərin bir etiraz,
nifrət və inamsızlıq var.
Dil işarələrinə və onların adlandırdığı obyektlərə, predmet və
hadisələrə münasibət, onlardan necə istifadə olunması, habelə onların necə,
hansı görüş bucağından qavranılması insanın ruhi-psixoloji vəziyyətini,
maraq və məqsədlərini ifadə edər. Burada çox vaxt doğru-yalan, ədalətli-
ədalətsiz, haqlı-haqsız, həqiqi-qeyri-həqiqi koordinatları aktuallıqdan çıxır,
faydalı və faydasız, əhəmiyyətli və əhəmiyyətsiz, xeyirli və xeyirsiz
olmayan kimi koordinatlar işə düşər. Birbaşa hökm və müstəqim ifadə çox
vaxt işə yaramır.
Müasir insan ilk növbədə faydalılıq prinsipləri ilə yaşayıb fəaliyyət
göstərdiyindən daha çox yararlı, sərfəli olanı qəbul edir, problemsiz yalan
və itaəti həqiqi, gerçək, ədalətli və düzgün olandan üstün tutur. Totalitar və
avtoritar cəmiyyətlərdə fəal şəkildə yönləndirilən, istiqamətləndirilən bir
qrup insanlar, hakimiyyətə yaxın olanlar, hakimiyyətin xeyrini görənlər,
imtiyazlılar özlərini mövcud rejimin ayrılmaz tərkib hissəsi, zəruri elementi
kimi hiss etdikcə onlarda xoşbəxtlik, məmnunluq duyğusu baş qaldırır.
281
Belələri təbii olaraq tezliklə mühitə, şəraitə, gerçək münasibətlər, asılılıqlar
sisteminə uyğunlaşırlar. Onun müdafiəçilərinə çevrilirlər. Müəyyən qədər
narazı olanlar, hətta rejimə daxilən etiraz, bəzən nifrət edənlər mənafe və
fayda amilinin təsiri altında zamanın nəbzini əllərinə, dövlətin əmziyini
ağızlarına keçircək tamamilə sakitləşirlər, kiriyirlər. Danışanlar, dil-dil
ötənlər kiriyirlər. Xırp kəsirlər. Ya da başqa bir siyasi jarqon öyrənirlər.
Onlar tez bir zamanda həqiqəti, doğrunu danmağa, ondan yan keçməyə
imkan verən növbənöv vasitəli dil-üslub texnologiyaları mənimsəyərlər.
Alimlər, elm adamları xüsusilə tərəqqi taparlar. Səslərini içinə salıb daha
yaxşı günlər üçün gözləri yol çəkənlər də, "mən də varam" deyə dil boğaza
qoymayanlar da gizli bir həyat və mövcudluqla özlərini bütünlüklə ibtidai
həzzin şirinliyinə təslim edər. Bəlkə də haqlı olaraq insana bir dəfə verilən
həyatdan zövq almağa, Allahın hər verdiyi günün keyfini, ləzzətini
çıxarmağa üstünlük verərlər. Hesabı içəri verənlər marığa durar, özlərini
razı göstərmək üçün hərdən bir gülümsəyərlər (bəlkə ekstralinquistik
ibarə?) Maraqlıdır ki, belələri maddi ehtiraslarını təmin etdikcə, həyatın
şirinliyini daddıqca, Roma papasından daha artıq katolik olmağa
başlayırlar. Fəal, dönməz, qızğın, cəfakeş təəssübkeşlərə, rejimin
permanent müdafiəçilərinə, mübtəlalarına çevrilirlər. Praqmatiklər, ayıq-
praktik düşünən insanlar ikili həyat sürsələr də, daxilən əzablı həyata
məhkum olsalar da, hadisələrin, münasibət və meyllərin stixiyasında itərək
tezliklə mənəvi-etik orientirlərindən tamamilə məhrum olub
assimilyasiyaya uğrayırlar. Cəmiyyətin dönməz "sabitlik amilinə"
dönüşürlər. Totalitar və avtoritar rejimlər məhz belə insan materialı ilə
işləyir, onlara arxalanırlar.Və tezliklə də arxasız qalırlar.
Beləliklə, dili, saxta dili komformist, ikili , yalan, xəyanətkar həyatın
ideal daşıyıcısı, təminatçısı və atributu hesab etmək olar. Bu gün şüurun
terapiyasına qismən nail olmaq mümkünsə, bu qədər çirklənmiş,
zibillənmiş, insanların üzü kimi sürtülmüş, gerçəkdən və öz gerçəkliyindən
uzaqlaşmış dilin müalicəsi, "inyeksiya"sı çətinləşib. Və getdikcə daha da
çətin olacaq.
Əslində faktların, hadisələrin yalnız doğru-yalan, həqiqi qeyri həqiqi,
düz əyri prizmasından qavranılması dünyanın, həyatın dialektik dərkinə
mane olur. Bu, ifrat xoşbəxtlik bədbəxtlik linqvistik qiymət qavrayışına da
282
aiddir. Əslində hər cür yalan və yalan hərəkətlərinə həqiqətin
transformasiyası kimi yanaşmaq olar. Qeyri-səlis məntiq və dilçilik
ünsiyyətin psixologiyasının, istər adlandırma, istərsə də cümlə
perifrazlarının, referensial və predikativ qiymət çoxluqlarının, bütövlükdə
dil-ifadə mexanizmlərinin, onların konkret tətbiqinin, bunun səbəblərinin
dərk olunması üçün geniş imkanlar yaradır. Əslində həm düşünən, həm də
intuitiv insana münasibətdə az qala eyni dərəcədə xarakterik olan
arzuolunmaz, uğurgətirməyən həqiqətlərdən yan durmaq, məqsədə çatmaq,
konkret situasiyanı sovuşdurmaq üçün böyük mənəvi-əxlaqi məsuliyyət
yaratmayan konversional, positiv yalanlardan yararlanmaq dil istifadəçisini
heç də tamamilə mənfi cəhətdən xarakterizə etmir. İnsanın bizim
nəzərimizcə mənfi və müsbət hesab olunan hərəkət və davranışları
reallaşdırmaq üçün çox vaxt kifayət qədər əsasları olur. Nəzərə almaq
lazımdır ki, klassik məntiqdə doğruliq kimi qəbul olunan həqiqət heç də
istisnasız olaraq və birmənalı şəkildə mütləq doğrudan və mütləq yalandan
ibarət deyildir. “Həqiqilik” linquistik dəyişməni heç də yalnız doğruluq və
yalnız yalanlıqdan ibarət olmur. Adi məntiqdə doğru olan mülahizənin
reallığa uyğunluğunu, doğru olmayan yalan isə mülahizənin reallığa uyğun
olmamasını, ondan yayınmanı ifadə edir. Qeyri-səlis məntiq həqiqətin,
doğruluğun yayılan olduğunu elan edir. Bunlara, bu ilkin termlərə klassik
məntiqdə olduğu kimi biliyin, həqiqətin sərhədləri, hüdudları kimi deyil,
keçid nöqtəsinin sərhədləri kimi, yalnız ilkin,başlanğıc hədləri, start
vəziyyəti kimi baxır. (N. Hüseynli, 256) Bu sferada toplanan qeyri-səlis
çoxluqlar (tamamilə doğru, lap doğru, doğru olmayan, bir az doğru və s.)
kimi, yalan, ağ yalan, tamamilə yalan, yalan olmayan və s. mümküm qeyri-
səlis çoxluqlar da həqiqiliyi,doğruluğu səciyyələndirən müxtəlif
dərəcələrdir, linquistik qiymətlərdir. Beləliklə, ilkin termlər, qiymətlər olan
“doğru” və “yalan” arasında "büsbütün doğru", "lap doğru", "doğrudan
doğru, düzgün, həqiqi, doğru olmayan, həm doğru, həm də doğru olmayan,
doğru və doğru olmayan, bir az doğru, bir az doğru olmayan, çox doğru, az
və ya çox doğru, lap az doğru, bir qədər doğru; yalan, ağ yalan, tamamilə
yalan, yalan deyil, yalan olmayan və s. kimi doğruluq və yalanlıq dərəcələri
var. Sual oluna bilər ki, bəs həqiqət bu kəmiyyətlərin hansındadır? Məlum
olur ki, hamısında və heç birində. Əslində doğru və yalan arasında. Heç
283
vaxt sonu görünməyəcək geniş bir koqnitiv coğrafiyada qeyd olunan
variantlar, alternativlər intuitiv şəkildə dil istifadəçisinin yaddaşında
mövcud olur və onun hərəkətlərinə, gerçəkliklə real əlaqələrinə, bu
əlaqələrin hər birinin həqiqiliyi, doğruluğu illuziyasına haqq qazandırır.
İkinci əsas termlə inkar elementlərinin birləşməsi ilə yaranan "Qətiyyən
yalan deyildir", "Əsla yalan deyil", "Nə yalan, nə də doğru deyil", "Əsla/ o
qədər də doğru olmayan/ yalan olmayan" kimi təkliflər də bu sırada özünə
yer alır, potensial şəkildə dil daşıyıcısının və dilin yaddaşına yüklənmiş
olur. "Bu il ali məktəblərdə semestr imtahanları şəffaf və obyektiv
keçirilmişdir", "Ukraynada prezident seçkilərindən sonra səslərin
hesablanması düzgün aparılmışdır", "Rusiyada hüquqları pozulan bir çox
azsaylı xalqlar azadlıq, demokratiya və insan haqqları uğrunda mübarizə
aparmaqda haqlıdır" tipli təkliflərə nəzər salsaq, onların heç birində
hamının qəbul edəcəyi tamlığın, həqiqiliyin olmadığını, universallığın
çatışmadığını görərik. Əvvala azadlıq, demokratiya və insan haqlarının tam
qorunmasının nədən ibarət olmasını, bunun dərəcəsinin, həcm və
miqyaslarının nədən ibarət olduğunu çoxları bilmir. Bəlkə heç kim bilmir.
Və ya bilmək istəmir. Bu haqda mübahisə aparmağın da heç bir perspektivi
yoxdur. Belə bir təhlükəli mübahisə-müzakirə və həqiqət müdafiəçiliyinə
girişməyə Rus dövləti kimi qüdrətli bir dövlətin nüfuzuna və gücünə
münasibətdə yəqin ki, heç kəs qol da qoymayacaq, yaxud sonda daha
ümumi, qeyri-müəyyən və yayğın müddəalarla,mülahizə və fikirlərlə
kifayətlənməli olacaq. Həqiqət gücə dirənəcək. Digər tərəfdən, həmin
təklif, bu qeyri-dəqiq və təxmini mülahizə heç də Rusiya vətəndaşlarının
hamısının, hətta azsaylı xalqların nümayəndələrini özlərinin hamısının
fikrini əks etdirməyəcək, bunu sübut etmək mümkün olmayacaq. O ki
indiki Rusiya hakimiyyəti, Putin hökuməti ola. Yəqin ki, rəsmi hakimiyyət
nümayəndələri, eləcə də azsaylı xalqların təmsilçiləri, yerli hakimiyyət
orqanlarının işçiləri - nəinki onlar, həm də yaxşı yaşayanlar, dinc və sakit
yaşamaq istəyənlər də, onların bəziləri də hətta bu fikri içəridə, ürəyində
bölüşsə, bəsləsə də, onu dilinə gətirməyəcək, qəbul etməyəcək və ya
birbaşa ifadə etməyəcək. Həqiqətlərin ifadəolunmazlığı dili əlavə yollar
axtarmağ məcbur edir. Beləcə qeyri-müstəqim, dolayı ifadə şəkilləri
çiçəklənir. Məsələ burasındadır ki, dünyada heç kim, heç bir "qeyri-
284
hökumət" təşkilatı, hüquq müdafiəçisi qeyd olunan mülahizənin
doğruluğunu və ya yalanlığını, ondan da artıq tam doğruluğunu və tam
yalanlığını barmağını qatlaya-qatlaya tam inandırıcı, dolğun izah edə
bilməz. Rusiya dövləti kimi bir supergücə, fövqəldövlətə münasibətdə
fikirləri, mövqeləri, razıları, narazıları saymaq imkanları, hamını bir araya
gətirib nəyisə sübut etmək qeyri-mümkündür. Heç razı olanların özlərinə nə
üçün razı olduqlarını, narazılara isə nə üçün narazı olduqlarını başa salmaq,
izah etmək mümkün deyil. Daha doğrusu, onların linquistik
kompetensiyası, ümumən dilin imkanları kifayət eləmir. Komfort
yaşamağın, parlaq yaşamağın şirinliyini dadmış insan sərfəli, faydalı
olmayan azadlıq, demokratiya və hüququ yalnız demokratiya və hüquq
naminə qəbul etməz. Bu gün əyninə zireh geymiş yalanın, haman tələb
olunan qorxulu asadlığın arxasında yalnız bir neçə dövlət, bir neçə adam,
bir neçə "həqiqət carçısı" durmur, çoxdandır ki, uyuyan, “azadlığa çıxmaq”
istəyən nüvə silahları dayanır. Deməli, ilk növbədə sözün, cümlənin ifadə
etdiyi referentin qeyri-müəyyənliyi, qeyri-həqiqiliyi, şəffaf olmaması və dil
vasitələrinin linquistik qiymətlərinin qeyri-adekvatlığı, mücərrədliyi
həqiqət və yalanın sərhədlərinin tam müəyyənləşməsinə imkan vermir.
Təkliflərin doğruluq dərəcəsi və şansları hər dəfə konkret fərdə və
situasiyaya münasibətdə, konkret dil formasında meydana çıxır, hər nitq
aktında sırada olan çoxlu həqiqətlərdən biri reallaşır. Qeyri-səlis məntiqin
və yenicə təşəkkül tapan qeyri-səlis dilçiliyin mühüm postulatlarından biri
budur ki, məna sabit deyil konstitusiyaya bağlıdır və dil yeni reallıqlar
yaratmağa, onları müxtəlif rəng və biçimlərdə təqdim etməyə qadirdir.
Yuxarıdakı nümunənin məntiqi-linquistik şərhini bir qədər də davam
etdirsək görərik ki, məsələn, "tamamilə haqlı olmaq" da haqlı olmaqdır,
"bir az haqlı olmaq" da haqlı olmaqdır, "haqlıdan da haqlı olmaq" özü də
haqlı olmaqdır, "haqsız olmamaq" da haqlı olmaqdır, "əsla\ qətiyyən haqlı
olmamaq" da\ əsla, qətiyyən haqsız deyildir" haqlı olmaqdır, "heç də az
haqlı deyildir" də haqlı olmaqdır və s. Dil istifadəçisi həmin linquistik
qiymətlər çoxluğundan bir variantı, bir alternativi seçir və konkret
həqiqətin, biliyin hüdudunu, sərhəddini bu prizmadan müəyyən edir. Lakin
mətnyaratmada və xüsusilə mətnin, mülahizənin dərk olunmasında bu
potensial variantların digərlərinə, bəzən də bir toplu halında hamısına isnad
285
imkanları da nəzərdə tutulur. Əlavə edək ki, "azadlıq", "müstəqillik",
"ədalət\ ədalətli" kimi qeyri-dəqiq işarələr təkliflərin yayılanlığını
əvvəlcədən
şərtləndirir, təxmini mühakimələrin
əsaslarını
hazırlayır."Haqsız deyildir"\ "Əsla qətiyyən haqsız deyildir, haqsız
olmamış olmaz" kimi inkari perifraz şəkillərində yayılanlıq, qeyri-səlistlik,
natamamlıq və təxminilik daha bariz şəkildə ifadə olunur. Minlərlə, on
minlərlə insanları, maraq və meylləri, xarakterləri həqiqət və şübhələri,
getdikcə şaxələnən fikir və mülahizələri əhatə edən "imtahanların şəffaf və
obyektiv" keçirilməsi, yüz minlərlə səslərin "düzgün sayılması”, bunun
potensial mümkünlüyü və qeyri-mümkünlüyü, həqiqət və yalanı, bütöv bir
xalqın iştirakını nəzərdə tutan doğruluğu haqqında da eyni sözləri demək
olar. Linquistik fəlsəfənin banisi Vitqenşteynə görə dünyanı olduğu kimi
görməyə aşağıdakılar mane olur: 1) subyektivlik; 2) sərbəst iradə; 3)
abstraksiya qüvvəsi; 4) dil (Bax: F. İsmayılov, 247). Mən əlavə edərdim ki,
həmin faktorlar həm də dünyanı daha aydın və dərindən görməyə,
dərketməyə kömək edir. Məsələn, subyektiv başlanğıc olmasa, biz dünyanı
yalnız olduğu kimi, gözlə göründüyü kimi görərdik. Sartr dili "Mən"
adlandırmaqla ,görünür, bunu nəzərdə tutur. İnsanı Homo Demons kimi
araşdıran yapon alimi O. Suudzikin fikrincə müasir insanın dili də
özgələşmişdir, söz açıq-aydın saxta sözə çevrilmişdir. Sonradan həmin
saxta söz insandan intiqam alır və onun üzərində hakimlik edir. Həmin
saxta söz məncə elə insanın özünün saxtalaşdırdığı dünyadır, müxtəlif
insanlar, müxtəlif dünyalardır. C. Lokk yəqin ki, "yanılmalarımızın
mənbəyi dildən gəlir" dedikdə bu həqiqəti nəzərdə tutur. Həmin fikir V.
von Humboldtun dünyanın dil prizmasından dərk olunması konsepsiyasına
da uyğun gəlir. Analitik fəlsəfənin həmin konsepsiya ilə səsləşən belə bir
müddəası da vardır ki, "bütün insanların diqqəti sözlər üzərində cəmləşir,
nəinki şeylər üzərində." Dilin mahiyyətini, koqnitiv və funksional
perspektivlərini daha aydın dərk etmək üçün şüurumuzun xarici və daxili
mənbələrini, onların vəhdətini nəzərə almaq zəruridir. Bunu da nəzərə
almaq zəruridir ki, dilin özü kimi biososial varlıq olan insanın, dil
daşıyıcısının fəaliyyəti də birmənalı dərk olunmuş, tam aydın şəffaf,
şəffaflaşmış, billurlaşmış fəaliyyət deyil, həm də (bəlkə daha artıq) qeyri-
şüuri, irrasional,instinktiv fəaliyyətdir. Heç kəs dili, onun koqnitiv
286
mexanizmlərini, ifadə və dərketmə hüdudlarını, aşıb keçdiyi sərhədləri
sonadək təsəvvür edə bilməz. Bu cəhətdən hər bir fərdin istifadə etdiyi dil,
ifadə vasitələri elə həmin fərdin,subyektin özüdür, onun psixi və
intellektual dünyasının əks-sədasıdır. Günəş şüaları obyektə rast gələrkən,
onunla qarşılaşarkən yayılıb sahəyə çevrildiyi kimi, sözün, dilin semantik
energisi də maneələrə, sədlərə rast gələrək sanki kvantlaşır, dağılır;
bütövlüyündən, tamlığından məhrum olaraq sahəyə çevrilir. Həmin
yayılma, çevrilmə obyektləri çeşidli insanlar, onların maraq və mənafeləri,
sosial və psixoloji, habelə dini, etnik amillərdir. Dil zaman-zaman işlənə-
işlənə, təkmilləşə-təkmilləşə, dəyişə-dəyişə zənginləşir və həm də
avtomatlaşa-avtomatlaşa sürtülüb bəsitləşir, nəticədə bir spesifik işarələr
sistemi, referensial və predikativ alternativ çoxluqlar, müxtəlifliklər
paradiqması olaraq muxtar, getdikcə daha artıq müstəqilləşən, elastikləşən
substansiya halına gəlir. Real gerçəkliyə, "günəş şüalarına" münasibətdə
nisbi-subyektiv xarakter alaraq reallıqları, həqiqətləri ifadə edə bilmək
potensialını, xassəsini qoruyub saxlamaqla, daxilən genişlənə-genişlənə,
şaxələnə-şaxələnə ən müxtəlif səviyyələrdə insanlara xidmət edir. Ən
müxtəlif funksiyalar arasında tərəddüd edə-edə bəzən yüksək rasional-
koqnitiv səviyyədən adi texniki-texnoloji səviyyəyə enir. Perifrazlar da
daxil olmaqla sinonim çoxluqlarının, alternativ linquistik qiymətlərin
zənginliyi və rəngarəngliyi ilk növbədə dilin koqnitiv və praqmatik
funksiyaları ilə bağlıdır.
Deməli, dərketmənin fərdiliyi, praqmatik ehtiyac və maraqlar, niyyət
və meyllərin müxtəlifliyi dil daşıyıcısını yeni resurslar, işlənmələr
axtarmağa, dilin imkanlarını genişləndirməyə və dərinləşdirməyə, fərqli,
konkret situasiyada daha effektiv vasitələr, situasiya və reallıqlar aramağa
sövq edir. Daha savadlı və təmkinli, daha təcrübəli və hiyləgər, deməli,
daha çox özgələşmiş, təbii dilə yadlaşmış, həqiqətin yolunu göstərən
primitiv dildən uzaqlaşmış şəxslərin ünsiyyət sferası, fikir-ideya tarlası olan
siyası və diplomatik diskursda dil-ifadə nisbilikləri, linquistik qiymətlərin
subyektivliyi, yayılanlığı daha kəskin, bəzən açıq-aşkar qeyri-insani, anti-
bəşəri xarakter alır. Bu prosesin getdikcə kəskinləşdiyini, intensivləşdiyini,
bütöv dövlətləri, xalqları, qitələri, din və əxlaqı əhatə etdiyini, bürüdüyünü
müşahidə etmək narahatlıq doğurmaya bilməz. Bu gün qloballaşma
287
prosesinin zahiri uğurları ilə yanaşı dinlərarası, dillərarası və
mədəniyyətlərarası ziddiyyətlərin, qarşıdurmaların getdikcə kəskinləşməsi
də göz qabağındadır. Bu gün insan münasibətlərinin süniləşməsi,
maşınlaşması adi hal alur, ayrı-ayrı fərdlərin, bütöv millətlərin, güclü və
gücsüzlərin, yoxsul və zənginlərin yadlaşması, hətta düşmənləşməsi prosesi
gedir. Bu gün nəzakət standartlarında, ümumiyyətlə, mədəniyyət
adlandırılan mədəniyyətlərdə, toplumlarda yalan, hiylə və aldanış
meyllərinin, elmin, texnologiyanın inkişafı, ekoloji vəziyyətin getdikcə
daha da pisləşməsi ilə bağlı insan təbiətindəki destruktivliyin artması
eksistensial həyəcan və qayğıları daha da artırır. Həmin situasiyada
dözümlülük, ifrat laqeydlik və mənəvi-əxlaqi dəyərlərə, hətta beynəlxalq
hüquqa biganəlik paradoksallığı gücləndirir, psixoloji gərginliyi son həddə
çatdırır. Ədalət və ədalətsizlik, həqiqət və yalan, demokratiya və
özbaşınalıq, tolerantlıq və qısasçılıq, dövləti və “şəxsi” terror yanaşı
addımlayır, bir-birindən güc alır. Bu fənalıqlar,dəyərlər və dəyərsizliklər
xaosunda, bərabərliklər və bərabərsizliklər qarmaqarışığlığında insan nəyin
məqbul, qəbulolunan, nəyin qeyri-məqbul, qəbulolunmaz olduğunu kəsdirə
bilmir, ayırd edə bilmir. Bir çox insanlar hələ özləri üçün müəyyənləşdirə
bilməmişlər ki, nəyə dözmək olar, nəyə dözmək olmaz. Nəyi demək olar,
nəyi demək olmaz. Dözümlə prinsipiallığın, qətiyyətin, əxlaqsızlıqla,
mənəviyyatsızlıqla mənəvi-əxlaqi dəyərlərin sərhədləri qarışmışdır, qarışıq
düşmüşdür. Əxlaqsızlığa da, yarıməxlaqsızlığa da, ifrat-aşırı "əxlaq"a da
bədnam dözümlülük kateqoriyası prizmasından yanaşmaq müasir mədəni
cəmiyyətlərin az qala aparıcı düşüncə istiqamətlərinə çevrilməkdədir. Bu
kontekstdə hər şeyə, o cümlədən də dünyanı bürüyən haqsızlığa, növbənöv
mədəni vəhşiliklərə, işğal faktlarına "dözümlü"lük göstərmək, öz vətən- və
dindaşlarından savayı hamının taleyinə, müqəddaratına biganə yanaşmaq
psixologiyası və mifi formalaşdırılır. Müasir qərb əxlaqı həqiqət inhisarı,
özünəuyğun dəyərlər kodeksi yaratmışdır. Məsələn, cinsi azlıqların
"hüquqlarının” qorunması uğrunda az qala ölüm-dirim mübarizəsini
özünün həyat idealı, əxlaq, həqiqət meyarı seçmiş bir fransız vətəndaşını
günahına görə də həbs etmək olmaz, amma ölkələri, xalqları cəzalandırmaq
olar, bütöv dövlətlərin suverenliyinə son qoymaq olar. Bütöv bir etnosu
yurdsuzlaşdırmaq olar. Dinc əhalinin, günahsız uşaqların başına od ələmək
288
olar, milyonlarla insanları ev-eşiklərindən didərgin salmaq olar. Bu ona
görə belədir ki, "əxlaq" və "əxlaqsızlıq" arasında əvvəllər min
kilometrlərlə, milyon kilometrlərlə ölçülən konseptual məsafə "Avropa
standartları" ilə, Avropa düşüncə və mənəviyyat standartları ilə budanmış,
təhlükəli yaxınlığa gəlmişdir. Sərhədlər hətta bir-birinə qarışır, dəyərlər bir-
birini əvəz edir. Dərketmədə qərarlaşan, müşahidə olunan bu ölçüsüzlük
özünü dil əxlaqında da biruzə verir. "Əxlaq" və "əxlaqsızlıq" arasındakı
linquistik məsafə də sürətlə kiçilir. Məsələnin dolaşıqlığı, qeyri-
müəyyənliyi bir də buradan irəli gəlir ki, heş bir dil bu iki ifrat qütb
arasındakı keçid pillələrini dəqiq verballaşdıra, linquistik qiymətlərin
"təhlükəsizliyini", dayanıqlığını təmin edə bilmir.
Bu gün hamıya - böyük dövlətlərə , dinlərə, zənginlərə, ifrat
zənginlərə münasibətdə vahid həqiqət meyarı yoxdur. Daha doğrusu var,
lakin hər kəsin həqiqəti öz "həyati mənafe sahələri" ilə müəyyənləşir və
təyin olunur. Çoxkəmiyyətli, çoxölçülü həqiqətlər, yalanlar məntiqindən
kənar insanın ictimai nüfuzu və şəxsi həyatı da olmur. O ki qaldi, kiçik,
kiçildilmiş insanlara, hər gün öz ruzusunu qazanmaq üçün ulu babaları kimi
qida, çörək ovuna yollanan, böyük təhlükələrlə üzləşən, təhqirlərə məruz
qalan yoxsul adamlara, mən şəxsən onların ciddi əxlaqi çərçivələrdən
kənara çıxmayan yalanlarına haqq qazandırıram və belə yalanları şən
mövcudluq folkloru,müqavimət linquistikası hesab edirəm. Burada
Nitsşenin "günahsızcasına yalan danışmaq" ifadəsi yadıma düşür. Əgər
hərənin öz həqiqəti varsa, öz şəxsi yalanları, yarımhəqiqətləri niyə olmasın?
İnsanlar zəhərə qarşı niyə antidotum, zərdab axtarmasınlar? Sadə adamlar
bic, dolayı dil vasitələrindən az istifadə etdiklərinə və ya heç istifadə
etmədiklərinə, adi, çirklənməmiş dilə tapınmadıqlarına görə onlar yalan
danışanda da həqiqətlərə daha yaxın olurlar. Zəruri situasiyalarda xilaskar
dil yalanları zərərsizləşdirici, qoruyucu zərdab misalındadır.
Hər şeyi, hətta şəxsi həyatı və əxlaqi dəyərlərə münasibətləri də
nəzarət altında saxlayan, nüfuz və ictimai borc duyğusuna əsaslanan
totalitar əxlaq və düşüncə sistemlərində dilin təbliğat və digər verbal
hərəkətlərin müdaxiləsinə daha çox ehtiyac yaranır. Demokratiya, azadlıq,
insan haqları, tolerantlıq, insan münasibətlərini, ictimai-siyasi davranışlar Dostları ilə paylaş: |