Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

olduqca yaxın paralellərin, semantik universallıq və struktur-funksional 

koordinatların, ümumi-izomorf cəhətlərin olduğunu görərik. Belə bir 

qanunauyğunluğu da görərik ki, dil şüuru daha çox ilkin-dayaq termlərlə, 

linquistik qiymətlərlə  əməliyyat aparmaq, koqnitiv fəallığı  təmin etmək 

istiqamətində  fəaliyyət göstərsə  də, yaddaşda, altşüurda uzun müddət 

uyuyan, dərinliklərə sıxışdırılan həssas məqamları, gizli semantik sferaları 

sözün gücü ilə oyadılır, bununla da qavrayışın keçid, aralıq pillələrinə, 

periferik nöqtələrinə  də  işıq düşür. Təsadüfi deyil ki, hər iki totalitar 

üslubda eyni şeyləri müxtəlif cür adlandırma üsulları olan sinonimlər, 

müvasi çoxluqlar, habelə təsirli aldanış, manipulyasiya vasitələri, psixologi 

sıçrayış  və  təzyiq aktı kimi qiymətləndirilə bilən güc sözləri, məcaz və 

perifraz şəkilləri önəmli yer tutur. Həmin situasiyada linquistik qiymətlərin 

yeni dərəcə və səviyyələri bərqərar olur. Nisbətən yaxın keçmişə aid hər iki 

oxşar dil-davranış situasiyalarını, vahid üslub və düşüncə, hərəkət 

sistemlərini təqib edərkən qarşımızda nə  qədər dəhşətli, qeyri-insani və 

sarsıdıcı olsa da, həm də effektiv, sirayətedici, qorxunc, psixoloji cəhətdən 

əsaslandırılmış, unikal üslub eksperimentləri, heç bir maniəni, müqaviməti 

qəbul etməyən, şüurları iflic edən qarşısıalınmaz dil nümunələrini, klişe və 

ştampları görərik. Nasional-sosialist ideologiya və üslubuna – bu daha 

dəhşətli və açıq, sözsüz ki, daha mükəmməl semantik-praqmatik sistemə 

alman fəlsəfi və estetik fikrinin hər cür reallıq qavrayışını sanki gücdən 

salıb keyləşdirən dərkolunmaz təsir mexanizmləri də əlavə olunur ki, bu da 

təkraredilməz, mistik, hətta bir qədər kriminal-romantik, anlaşılmaz, 



 

 

 



307

deməli, daha təsirli energetik gücə, koqnitiv və emosional-psixoloji 

vasitəyə çevirir.  

  Alman dilini az-çox bilmək imkanından və o dövrün sənədlərini 

orijinaldan oxumaq fürsətindən yararlanaraq həmin dil əsərləri üzərində bir 

qədər geniş dayanmağı lazım bildim. Kitabda  "Der Nationalsosialismus 

Dokumente-1933-1945" toplusundakı materiallardan istifadə  olunmuşdur. 

(Fischer Taschenbuch Verlag, 47, Auflage, Frankfurt am Main, 2000) 

Nasional-sosializm ideologiyasını birbaşa alman romantizminin davamı, 

alman təfəkkür və düşüncə  tərzinin  əks-sədası hesab edənlər var. 

Unutmayaq ki, həm alman fəlsəfi fikrinin, həm də alman romantik 

ədəbiyyatının ümumi bir qaynağı, coşqun çeşməsi vardır ki, bu da qüdrətli, 

yaradıcı fikir-ideya, həm də absurd, mənasızlıq törədicisi böyük hərfli 

Alman dilidir. Bu paradoksal fikirdə, aşkar idealizmdə heç şübhəsiz ki, həm 

də danılmaz bir materializm, gerçəklik var. Dildən, onun ifadə 

vasitələrindən həmişə  həm müsbət, həm də  mənfi, həm yaxşı, həm də pis 

tərəfə istifadə edənlər, yararlananlar tapılır. Çox keçməmiş faşist 

ideologiyasının, 3-cü Reyxin dili olan alman dili şəksiz ki, müəyyən 

intellektual təcrübəyə, dil ənənələrinə malik olan quldur, başkəsən, 

antiinsani qaraqüruhun, bəşəriyyətə kin, qəzəb və qisas psixologiyası ilə 

zəhərlənmiş bir qrup dahi avantüristün, məsuliyyətsiz macəra 

həvəskarlarının,manyakların dilinə çevrildi. Fikir pluralizmindən, düşüncə 

azadlığından məhrum edilmiş, dar, sığışa bilməyəcəyi bir çərçivəyə 

salınmış dil – bütün qaynaqları, geniş, gur axarları  kəsilmiş dil coşqun, 

şiddətli axınla vahid səmtə istiqamətləndi.  İrsi varislikdən çox irsiyyət 

xəstəliyi olanların nəzarətinə keçdi və  şər potensialını bütün gücü ilə 

reallaşdırmağa başladı. Tarixi və linquistik təcrübə göstərir ki, çayların 

məcrasını dəyişmək  mümkün olduğu kimi qısa bir müddətə olsa da, dilin 

də  məcrasını  dəyişmək mümkündür. Bu, istər-istəməz dilin özünün də, 

ekologiyasının da dəyişməsi, pozulması ilə nəticələnir. 

  İstər bədnam irqçilik nəzəriyyəsi, istərsə  də ümumən xarici və 

daxili siyasətlə, antisemitizm təbliğatı, holokost fəlakəti ilə bağlı 

görünməmiş qanlı cinayətlərdə  dəhşətli, dəhşətli olduğu qədər də orijinal, 

sərsəm, lakin hipnotik təsir bağışlayan dil eksperimentlərinin şahidi oluruq. 



 

 

 



308

  Arilik, alilik ideyası, alman irqi səfərbər bircə sözün – mürəkkəb 

sözün köməyi ilə Herrenrasse, yəni hərfi mənada "ağa irqi", "üstün irq" 

məfhumunu  əslində heç həyatda mövcud olmayan xəyalı-virtual reallığın 

az qala aksiomatik, psixoloji baxımdan mötəbər, cəlbedici bir anlayışı 

dövriyyəyə daxil edir və yeni millətçilik, kin xəstəliyi ilə  xəstələnmiş 

mübtəlalar üçün uzun müddət gündəmdə saxlayır. Alman dili reallığında 

yəhudilər, eləcə  də slavyanlar isə sadəcə olaraq minderwertige Rasse – 

dəyərsiz, məzmunsuz, ucuz irqdir, buna görə də yaşamaq haqqı olmayan bir 

irqdir. Sonra unikal Gegenrasse anlayışı gəlir, yəni "əks irq", ali irqə qarşı 

duran, onu təhdid edən irq. Bir düşmən cəbhə, rəqib, əks qüvvə. Bütün bu 

anlamlar, semantik saçma və  şüalanmalar, bircə sözlə - təkraredilməz 

sözdüzəltmə, mətnyaratma imkanlarına malik olan, isim sferasında xüsusi 

yaradıcılıq, törədilcilik impulsları doğuran alman dilinin təlqinedici

sirayətedici reallığı ilə təsbit olunur, möhürlənir. Danışanın amirlik iradəsi 

dərhal öz işini görür, daha konkret desək, rəqibin işini bitirir, mümkün 

müqavimətini qırır, informasiya qəbuledicisinə seçim yeri qoymur, 

düşünmək imkanını əlindən alır. Yeni, orijinal qavrayış modeli düşüncələri 

fəth edir, öz iradəsini gerçəkliyə diktə edir. Sözün iradəsi insan iradəsinə 

üstün gəlir, dilin yaratdığı reallıq gerçək reallığı  şübhə altına alır, ondan 

yüksəyə qalxır. 

  Totalitar üslub öz mahiyyətinə uyğun olaraq rəqibi, hədəf seçdiyi 

obyekti öldürmək, məhv etmək, "irəliyə doğru" hərəkətə  əngəl törədən  

maneələri tamamilə aradan qaldırmaq məqamlarında yalnız və yalnız son 

həddə çatan təzyiq və  təkidlə, birmənalı "hə-yox", "1-0", "doğru-yalan" 

məntiqi ilə  hərəkət edir, dil hüdudları kimi müəyyənləşmiş, əslində yanlış 

müəyyənləşdirilmiş antonimlərlə manipulyasiya edir. Totalitarizm 

dialektikadan kənar olduğu üçün dialektik düşüncə  və yanaşmanı da rədd 

edir, yaxına buraxmır. Bu sayaq dərketmə  və dil davranışında aralıq 

pillələr, keçid, kompromis mövqe və  mərhələlərə yer yoxdur. Linquistik 

qiymətlər də istisnasız olaraq ilkin-ifrat, son hədlərdə təyin olunur. Hər şey 

dəqiq, səlis,  şəksiz-şübhəsiz, sanki ilahi bir qayda və nizamla qurulmuş, 

təbii olaraq sahmanlanmış, ölçülüb-biçilmiş kimi təqdim olunur. Söz  

aldanışı ilə  bəzən hər cür tərəddüd,  şübhə geri çəkilir, hətta fikirdə, 



 

 

 



309

düşüncədə, xəyalda yarana biləcək daxili etiraz, müqavimət tamamilə  

mötərizə xaricinə çıxarılır.  

 Azsavadlı nasional sosialistlər öz qeyri-təbii, qeyri-elmi və qeyri-

insani baxışları ilə instinktiv-irsi olaraq alman dilinin imkanlarından, ifadə 

genişliyindən yararlansalar da, bu dili vahid funksiyanın, yalnız bir 

funksiyanın – utilitar-praqmatik məqsədin ifadəsinə 

qədər  


məhdudlaşdırdılar. Alman maşını,, alman dil maşını yaratdılar. Kütləni 

səfərbər etmək, öz arxalarınca aparmaq üçün dili maksimal dərəcədə 

səfərbərlik vəziyyətinə  gətirdilər. Psixoloqlar deyirlər ki, kütlə üçün onun 

kimin arxasınca getməsinin  əhəmiyyəti yoxdur. Təki ortada maraqlı, 

cəlbedici ideya, fikir olsun. Qeyri-adi şeylər söyləyən yaraşıqlı, seçilən bir 

adam olsun. Nasional-sosialistlərin həmin məhdud, dar düşüncə tərzi sanki 

dili də texniki bir şeyə, hərbi-siyası gücün, kollektivçilik mexanizminin bir 

elementinə çevirdi. Alman dili Qöte, Hegel səviyyəsindən Hitler, Qerinq 

səviyyəsinə, daha düzü, səviyyəsizliyinə  düşdü. Böyük, azman fikirlər

fövqəladə ideyalar, düşüncələr dili olan alman dili şahin  şəhpərini itirdi, 

geniş qanadlarından məhrum oldu. Açıq, dialektik təfəkkür öz yerini 

kobud, birqiymətli,  şərtsiz məntiqə  tərk etdi. Koqnitiv sistem- həm də  ən 

çevik anlaşılan analitik sistem olan dil insana gerçəkliyin hüdudlarından 

kənara çıxmağa, biliyin, həqiqətin sərhədlərini aşmağa, dərketmənin 

çərçivələrini qırmağa, düşüncənin üfüqlərini genişləndirməyə imkan 

yaradır. Dilin gücü də, təkrarsızlığı da bundadır. Nasional-sosialist 

məfkurəsinin günahı və tarixi məsuliyyəti bundan ibarətdir ki, faşistlər dili 

kobud, çox aydın görünən, bayağı, bəzən nə qədər həqiqət olsa da, dəhşətli, 

qəbulolunmaz, etirafolunmaz reallıqlar səviyyəsinə düşürdülər,onu öz 

təbiətinə, biolojisinə zidd olaraq ifrat dərəcədə praqmatikləşdirdilər, 

funksionallaşdırırdılar və getdikcə kiçilən, daralan, normal qavrayışa mane 

olan bir çərçivəyə saldılar. Halbuki alman ruhunun, alman dilinin gücü, 

qüdrəti məhz onun genişliyi, daha artıq genişlənmə, açılma potensialı, 

mütəhərrikliyi ilə ölçülür. Bu heç də quru, boz idealizm deyil, alman 

təfəkkürünün, alman fəlsəfəsinin və estetik mədəniyyətinin, həm də alman 

psixoloji fikrinin möcüzəsi ilə  təsdiq olunmuş bir həqiqətdir.  Əlavə edim 

ki, hər  şeyin, hər cür dərketmənin də arxasında ilk növbədə dil, verbal 

qavrayış dayanır. Mənə elə  gəlir ki, nisbilik nəzəriyyəsinin Almaniyada 



 

 

 



310

yaranması da təsadüfi deyil. E=MC2 formulunu adi insan dili, dil rəmzləri 

ilə ifadə etmək mümkün olmasa da, onun da arxasında, zənnimcə,  ilkin dil-

anlam şüuru dayanır. 

  Nə  qədər verimli, zəngin dil-düşüncə  ənənələrinə sahib olsa da, 

nasional-sosializm primitiv-qaba siyasi romantikanın  əsasını qoydu. 

Nəticədə sağlam rasional düşüncədən məhrum oldular. Faşistlər 

"Blutschutzgesetz" ("təmiz qan qanunu", "qanın təmizliyinin qorunması 

qanunu") deyilən xüsusi bir qanun qəbul etmişdilər. 15 oktyabr 1935-ci ildə 

verilmiş başqa bir “innovativ” qanun, digər bir qanun yaradıcılığı 

“nümunəsi” isə belə adlanırdı: "Gestez zum Schutze des deutschen Blutes 

und der deutschen Ehre" (Alman qanı  və alman şərəfinin qorunması 

qanunu) Xatırladaq ki, bütün totalitar rejimlərdə, təyin olunmuş 

parlamentlərdə olduğu kimi Bundestagda da həmin bədnam, axmaq qanun 

"einstimmig" (bir səslə,yekdilliklə) qəbul edilmişdi. Bilirik ki, totalitar və 

avtoritar cəmiyyətlərdə bütün qanunlar bir səslə, yəni "bircə adamın səsi 

ilə" qəbul olunur. Oxucuları yormamaq və bir çoxlarını, xüsusilə  həmişə 

yekdilliklə  səs verənləri qorxutmamaq, pərt eləməmək üçün bu mənasız 

qanunun mahiyyətini,onun təfərrüatlarını şərh etmirik. Bir də ona görə ki, 

hətta bəsit, bəsitləşdirilmiş alman dilinin hər şeyi inandıran dəmir, sarsıdıcı 

məntiqi ilə bütöv mətnin verilməsi faşizmin təbliği kimi səslənərdi ki, bu da 

yaxşı ki, qanunla, əsil qanunlarla qadağan olunmuşdur. Gəlin bu dəfə biz də 

sovetlərdən qalma ənənələr-hər hansı bir nəzəriyyəni, fikri, onun 

mahiyyətini tam izah etmədən tənqid etmək təcrübəsindən yararlanaq. 

 Bizim indi-indi işlətdiyimiz və yaxşı ki, gecikdiyimiz bədnam "die 

bürgerliche Ehe" ("vətəndaş nigahı") terminini almanlar hələ o vaxt 

tamamilə başqa bir münasibətlə "öz əcəli ilə ölən yəhudi" ("der bürgerliche 

Tod der Juden") kimi dövriyyəyə buraxmışdılar. "Der bürgerliche Tod"-

yəni "vətəndaş ölümü", vətəndaş, insan kimi təbii olaraq dünyasını dəyişmə 

və  dəfnolunma, yas mərasimi. Xüsusi bir söz də yaranmışdı:der 

Deutschblütige-yəni alman qanı ilə qanlanmış, alman qanı ilə yaşayan, 

ondan istifadə edən, onun daşıyıcısı. 

 Faşistlər yəhudi təqiblərini, yəhudi qarətlərini birmənalı  şəkildə, 

heç kənar fikrə, kənar rəyə yer qoymadan "der spontane Sühneakt des 

deutschen Volkes" ("alman xalqının ("kortəbii qisas aksiyası") 


 

 

 



311

adlandırdılar. "Xalq" ("Volk") adı ilə belə  həyasız  manipulyasiya   

nasional-sosialistlərin bədnam-məşhur linquistik irsindın sonra yeni, 

görünməmiş çalarlar kəsb etdi və növbənöv siyasətçılərin, ümumən siyasi 

diskursun yalan arsenalına daha möhkəm daxil oldu. Bu gün xalqın adından 

danışanların sayı, xalq adından, xalqın haqqında düşünənlərin sayından qat-

qat çoxdur. 

  Ən dəhşətli və ibrətamiz cəhət bundan ibarətdir ki, faşist 

Almaniyasında hətta intellektuallar, təbiətşünas alimlər-fiziklər, 

bioloqlar,riyaziyyatçılar və dilçilər də bilərəkdən və ya xoşbəxt itaət 

hissinin təsiri ilə böyük kəmiyyət və böyük yalan qanununun təsiri altına 

düşmüşdülər.  Şovinizmə yoluxmuş, millətçilik, irqçilik xəstəliyinə 

tutulmuş bir çox elm adamları  hətta riyaziyyatda, fizikada "milli ruh", 

məxsusi irqi başlanğıc axtardılar.  İş o yerə çatmışdı ki, məşhur fizik, 

nasional-sosialist partiyasının üzvü, Nobel mükafatı laureatı Filip Lenard 

"alman fizikasından" bəhs edirdi: "deutsche Physik" oder "Physik der 

nordisch gearteten Menschen, Physik der Wirtlichkeits-Ergründer, der 

Wahrheitssuchenden, Physik deryenigen, die Naturforschung begründet 

haben" (Der Nationalsosialismus..., S. 98) / "Alman fizikası" və ya "saf 

qanlı insanların fizikası", gerçəkliyi yaradanların \ əsaslandıranların 

fizikası, o adamların fizikası ki, təbiətşünaslıq elmlərinin  əsasını 

qoymuşlar/. 

 Faşist təbliğatı  yəhudilərin pozuculuğunu dolayı, lakin daha sərt 

linquistik dəyərləndirmə ilə "Brunnenvergifter der Menschheit" 

("bəşəriyyətin su quyusunu \ suyunu zəhərləyənlər") adlandırır, hər vasitə 

ilə onlara qarşı haqlı-haqsız nifrət oyatmağa çalışırdı. ) Hitler odlana-

odlana  son həddə varan vəhşi qəzəb tutmaları içində ümumdünya yəhudi 

birliyini "jüdische Weltverschwörung" ("yəhudilərin bütün dünyaya qarşı 

sui-qəsdi") kimi damğalayırdı. Onun nəzərində  yəhudilər almanlara qarşı 

dünya müharibəsini çoxdan başlamışdılar. Dünya kapitalizmi və dünya 

bolşevizmi isə ümumi "yəhudi elementi" ("das jüdische Element" ) adı 

altında birləşdirilirdi. Ümumiyyətlə, alman faşistləri vətəndaşı olduqları 

Almaniyanın böhrandan çıxmasına kömək etmək istəməyən, Versal 

müqaviləsindən sonra çətin vəziyyətə düşən, ağır dövrlərdə maliyyə 

ehtiyatlarını, pullarını  kənara çıxaran, xarici banklara ötürən yəhudiləri 


 

 

 



312

bütün günahların baiskarı, "pis, şər, qaranlıq olan nə varsa, hamısını 

təcəssüm etdirən qüvvə" kimi görürdülər. Almanlar onlardan da yaxşı 

yaşayan,  ölkənin köklü sakinləri olan yəhudilərin bu hərəkətini xəyanət 

kimi qiymətləndirmişdilər. Və Hitler bundan öz məşum məqsədləri üçün 

məharətlə istifadə etdi. İllər, on illər keçdikdən sonra almanlara heç cür 

bəraət qazandırmadan inmala və bir qədər də təəssüf hissi ilə etiraf etmək 

lazımdır ki, yəhidilər təkcə alman faşistlərinin qanlı siyasətinin, insana 

nifrət ideologiyasının qurbanı olmadılar, onlar həm də böhranlı hallarda bir 

çox digər xalqlarda olduğu kimi, ilk növbədə var-dövlətini qoruyan yəhudi 

zənginlərinin güdazına getdilər. Heç kəs bu həssas məqamı, çətin anlarda 

həmişə ermənilərdən xəyanət görən biz türklər qədər yaxından və dərindən 

hiss edə bilməz.  

 Özgə xalqların və öz xalqının qəzəbindən qorunmaq istəyən müasir 

milli varlılar tarixin bu ibrət dərsindən mütləq nəticə çıxarmalıdır.  

  O vaxtlar Almaniyada Arier (arilər, ali irqə  mənsub olanlar) sözü, 

leksik vahidi ilə yanaşı buna əks olan yayındırıcı inkar elementi ilə 

formalaşmış, təchiz edilmiş digər bir söz -müqabil ifrat qütb də yaranmışdı: 

Nichtarier-yəni ari olmayanlar, qeyri-arilər. Bu söz cütləri heç də "Rasse" 

və "Gegenrasse" qarşılaşması kimi anlam daşımırdı. Onlar nisbətən daha 

yumşaq, daha mülayim normaya, dil standartına tam uyğunlaşan leksik 

elementlər kimi dərk olunur. Azərbaycan dilində onların, daha doğrusu, 

ikinci qütbün müqabilləri olan "ari olmayan" və "qeyri-arilər" də tamamilə 

fərqli məna tutumuna malikdir. Ari olmayan-mütləq qarşılaşmanın 

gərginlik nöqtəsinin sonu kimi qavranılan yəhudilər, yalnız yəhudilər 

olmaya da bilər. Məsələn, slavyanlar, qaraçılar, ermənilər və bir çox 

"problemli" etnoslar, xalqlar faşistlər tərəfindən bəyənilməyən, daha 

doğrusu,  rədd edilən toplumlar, insan kateqoriyaları . Qeyri-ari isə 

(Nichtarier) nisbətən daha kiçik həcm və miqyasları, daha aşağı 

kəmiyyətləri ifadə edir. Birinci daha çox yayğınlığı, ikinci isə ziddliyi, daha 

mobil qüvvəni təmsil edir. Məsələn, belə düşünmək, diferensiallaşdırmaq, 

semantik tutumuna görə  fərqləndirmək olar: slavyanlar, zəncilər ari 

olmayanlardır, amma qeyri-arilər deyil. Hələ bu pislik dərəcəsinə  gəlib 

çatmayanlardır.Yəhudilər isə qeyri-arilərdir. "Antiarier" sözünün olub-

olmamasını yoxlamaq da maraqlıdır. Ruhi xəstələr,  şikəstlər,  əmək 


 

 

 



313

qabiliyyətini itirmişlər də geniş mənada Nichtarier rubrikasına düşür. Faşist 

təbliğatı bu qrupu ifadə etmək üçün də çox maraqlı və yığcam bir perifraz, 

nisbətən mötədil, mülayimləşdirici bir evfemizm tapmışdı: "unproduktive 

Volksgenossen", yəni "heç nə yarada bilməyən, qısır, çətin zəhmətə 

qatlaşmağa hazır və qadir olmayan xalq elementləri". Çünki onlar hər halda 

yəhudi, ya qaraçı-filan deyildi. Öz xalqı  tərəfindən rədd edilən, 

cəmiyyətdən  tədric edilən və sonda məlum olduğu kimi, məhvə  məhkum 

edilmiş elementlər idi. Onların "müalicə üçün" göndərildiyi, “arxaya 

köçürüldüyü”,  əsil həqiqətdə  tədrici ölümə  məhkum edildiyi yumşaq, 

evfonik bir yer də, bir yer adı da tapılmışdı: Eichberg! "Heilanstalt" - 

müalicə müəssiəsi adlandırılan həmin ilginc yer-əzab, işgəncə  məkanı 

əslində islah düşərgəsinin, hərbi düşərgənin (Umschulungslager, 

Konzentrationslager) başqa bir adı idi. Xəstəliyə  və ya başqa bir səbəbə 

görə  hələ  məhv edilməmiş qeyri-almanlar "previlegierte Nichtarier"  

(imtiyazlı qeyri-arilər)  qrupunu əmələ  gətirirdi: yayğın, qeyri-müstəqim 

linquistik qiymətləndirmə öz aldanış  funksiyasını layiqincə yerinə 

yetirirdi.  

 Faşist siyasətçiləri, bədnam nasional-sosialist ideologiyasının 

təbliğatçıları totalitar sistemin yaradılması  və möhkəmləndirilməsi, xalq 

arasında daha geniş yayılması, dərin kök salması üçün hər cür perifraz 

texnologiyalarından, xüsusilə dilin evfemizm xidmətindən, 

mülayimləşdirici potensialından kifayət qədər yaradıcılıqla yararlanırdılar. 

Xalqın birliyinə mane olan, ölkədə “bölücülük" fəaliyyəti ilə  məşğul olan 

siyasi partiyaların bağlanması, partiya liderlərinin həbsi, bəzən də  qətlə 

yetirilməsi, ölkədə tüğyan edən kütləvi təzyiq və repressiyalar, ilk nəvbədə 

bunların doğura biləcəyi narazılıq belə  dəf edilirdi: "Politische 

Reorganisation des Volkes" ("xalqın siyasi təşkili", siyasi cəhətdən yenidən 

qurulması (S.68). Ölkədə birpartiyalı sistemin, totalitar rejimin yaradılması 

zərurəti kütləvi  şüura belə  təqdim olunurdu, insanların psixologiyasına bu 

sayaq yeridilirdi.Von Papen bir partiyanın hakimiyyətini, çoxpartiyalılığın 

ləğvini ehtiyatla əvvəllər müvəqqəti bir hal kimi təqdim edirdi. Onun 

təqdimatında bu zorakı  proses, bu siyasi ressesiya-gerigetmə, sadəcə 

olaraq, "geschitlich ein Übergangszustand"  idi (tarixən keçid mərhələsi 

(s.68)). Hitlerin işğalçılıq siyasəti isə belə  pərdələnirdi: die 


 

 

 



314

Zusammenfassung aller Deutschen in einem Reich- yəni bütün almanların 

bir reyxdə, bir imperiyada birləşdirilməsi.  Yəhudilərin yenicə başlayan 

repressiyası qarət və talanlar da hələ sadəcə olaraq cari bir tədbir kimi 

qələmə verilirdi. ("Die Juden werden sonderbehandelt"). Söhbət hələ 

"yəhudi məsələsinin həllindən”, çözülməsindən getmirdi (die Lösung der 

Judenfrage) Hələ o dövrlər idi ki, yəhudilərin əmlakının müsadirə edilməsi, 

səs-küysüz, xüsusi, münasib vaxtlarda, hətta mülkü paltarda aparılması 

haqqında göstəriş verilmişdi. "Wer Yude ist,bestimme ich!" (“Kim 

yəhudidir, onu mən müəyyən edirəm”) tonu üçün zaman yetişməmişdi. Bir 

qədər keçəndən sonra "yəhudi məsələsinin həlli "Almaniyada, nəinki 

Almaniyada, işğal və ilhaq olunan bütün dövlətlərdə onların kütləvi şəkildə 

məhv edilməsi, hərbi düşərgələrdə dözülməz işgəncələrə, qeyri-insani 

"rəftara" məruz qalaraq uzun növbələrlə qaz kameralarına, ölüm sobalarına 

göndərilməsi kimi anlayışılacaqdı, belə anlamda işlənəcəkdi. 

 Hitlerin  nəzərində  və  təqdimatında onun yaradacağı  və  əsl 

həqiqətdə heç də bütün alman vətəndaşları üçün də yer olmayacağı, yer 

tapılmayacağı dövlət "eine Regierung der nationalen Opposition und der 

nationalen Sammlung" olmalı idi ("Milli müxalifət və milli birlik  dövləti" 

(s.42)) Bu dil yalanı, bu it yalanı, bu aldanış faşist təbliğatında səliqəli 

geyinmiş, intizamlı adamların ifasında elə cazibədar, elə valehedici təsir 

bağışlayır ki, üstündən neçə-neçə illər keçməsinə , yellər ötməsinə 

baxmayaraq alman bürqeri onun sehrinə, ovsununa düşməkdən özünü 

saxlaya bilmir. Etnik almanların yaşadığı Avstriyanın Almaniyaya "könüllü 

birləşməsi" bu ölkənin damarından alman qanı axan bütün insanlarının 

ümumi-ortaq alman səltənətində birləşməsi kimi gerçəkləşdirilirdi. 

Nasional-sosialistlərin siyasi diskursda, diplomatik ünsiyyətdə bu gün də  

tez-tez və həvəslə işlədilən "Eroberung des Lebensraumes" ("həyati mənafe 

sahələrinin  əldə edilməsi") dil-ifadə modeli isə öz "həqiqət  şanslarına", 

inandırıcılıq limitinə görə bütün işarə reallıqlarını arxada qoyur. Bu gün 

Hitlerin müharibə yolu ilə etmək istədiklərini dinc yolla, qloballaşma 

strategiyası ilə  əldə etmək istəyən müasir siyasətçilərin, islam 

fundamentalizmindən dəm vuran böyük dövlət təməlçilərinin istifadə 

etdikləri "həyati mənafe sahələri" dil aldanışı birbaşa həmin aldadıcı, tərs 

dünyagörüşünün bəhrəsidir. Alman faşistlərinin həmvətəni, “alman 


 

 

 



315

torpağında ilk fəhlə-kəndli dövləti”-nin rəhbəri və qurucusu, əslində yeni 

totalitar rejim yaratmaq istəyən Walter Ulbrixt sonradan daha cazibədar və 

gülməli bir evfemizm kəşf edəcəkdi:  "das Reich des Menschen" (“insan 

səltənəti”) 

 Psixoloji baxımdan maraqlı olan odur ki, zaman keçdikcə, Hitler və 

hitlerçilərin nüfuzu artdıqca , mövgeyi möhgəmləndikcə , növbənöv 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin