Məlumdur ki, linqvistik qiymətlərə birinci termlərdən başqa “və”, “və ya”
və inkar daşıyıcıları da daxil olur.
1. Mənfi, peyorativ mənalı sifətlərlə inkarlıq komponentlərinin
birləşməsi: Es ist nicht schlimm (O heç də pis deyil); Sie ist kein schlechtes
Mädchen (O, pis qız deyil); Sie ist gar / durchaus nicht leichtsinnig (O, heç
də yüngülxasiyyət (qız) deyil); Er ist kein dummer Junge (O (heç də)
ağılsız oğlan deyil / ağılsız oğlana oxşamır. Ona ağılsız oğlan demək
olmaz).
2. Müsbət mənalı sifətlərlə inkarın birləşməsi modeli: Er ist (gar)
nicht klug (O heç də ağıllı /ağıllı adam deyil); Das Theaterstück ist nicht so
353
interessant (Pyes (o qədər də) maraqlı deyil); Er war gar kein genialer
Künstler (O (heç də) dahi sənətkar deyildi / Ona heç də dahi sənətkar
demək olmazdı).
3. İnkarlıq elementlərinin kəmiyyət sözləri ilə birləşməsi modeli: Die
Fehler sind nicht (so) viel (Nöqsanlar / səhvlər (o qədər də) çox deyil); Die
Fehler sind nicht (so) wenig (Nöqsanlar (heç də) az deyil); Er hatte
(während der Abstimmung) nicht wenige Gegner (Səsvermə / seçki zamanı
onun əleyhdarları (heç də) az deyildi / heç də az əleyhdarları yox idi); Er
hatte in seinem Leben nicht (so) viele echte Freunde gehabt (Onun ömrü
boyu heç də çoxlu dostu olmamışdı).
4. İki eksplisit inkarlıq daşıyıcısının əlaqələnməsi modeli: Der
Roman war nicht nicht interessant, sondern sehr interessant (Romana
maraqsız / (maraqdankənar), maraqdoğurmayan əsər yox, çox maraqlı əsər
demək olar); Er sprach nicht ohne Humor (O, yumorsuz danışmırdı
(Həmişə yumorla danışırdı); Wir waren nicht außer Gefahr (Biz təhlükədən
uzaqlaşmamışdıq, təhlükəsiz vəziyyətdə deyildik); Das Geld ist noch nicht
alle (pul hələ tam qurtarmamışdı, tükənməmişdi); Er war nicht imstande
(außerstande) sich zu weigern (Onun imtina etmək / yox demək imkanı
qalmamışdı / sıfra bərabər idi).
5. Vasitəsiz inkarlıq elementinin implisit privativlər və feli frazeoloji
birləşmə ilə əlaqələnməsi modeli: Sie leugnete seine Schuld nicht (O öz
günahını / təqsirini danmırdı); Im Laufe dieser Zeit hatte er (gar) nicht
geschwiegen (ötən vaxt ərzində o heç də susub durmamışdı / ağzına su alıb
durmamışdı); Das, was sie gemacht hatten, kann nicht schlechthin als ein
Fehler gewertet werden (Onların hərəkətlərini (heç də) səhv / yanlış hərəkət
kimi qiymətləndirmək düzgün olmazdı); Der Ausländer hatte auf die Reise
nicht verzichtet (Əcnəbi (vətəndaş) (heç də) səfərdən / səfərə çıxmaqdan
imtina etməmişdi); In den letzten Tagen fühle ich, daß er mich nicht mehr
meidet (Son günlər hiss edirəm ki, o əvvəlki kimi daha məndən qaçmır /
məndən uzaq gəzmir); Der Deputierte hatte das Gesagte diesmal nicht
(einfach) in Abrede gestellt (Deputat bu dəfə həmişəkindən fərqli olaraq
deyiləni rədd etmədi) və s.
6. Qrammatik inkarlıq elementi ilə çatışmazlıq və natamamlıq
bildirən sözlərin əlaqələnməsi modeli: Es herrschte keine Flaute mehr
354
(Hava daha bürkü deyildi); Die deutschen Autos sind kein Defizit mehr
(Alman maşınları daha qıt (aztapılan) sayılmır / onları çətinliklə də olsa,
hər halda almaq mümkündür); Trotz der Schwierigkeiten haben sich die
Reihen der Freiheitskämpfer nicht / kaum gelichtet (Çətinliklərə
baxmayaraq, azadlıq uğrunda mübarizələrin sırası (hələ) tam seyrəlməyib);
Solche Ereignisse kommen bei uns nicht selten vor (Belə hadisələrin baş
verməsi bizdə nadir hadisə deyil / sayılmır).
7. Qrammatik inkarlıq əlaməti ilə müxtəlif suffikslərin birləşməsi
modeli: Dises Getränk ist nicht alkoholfrei (Bu içki spirtsiz / spirtsiz içki
deyil (= tərkibində müəyyən qədər spirt qarışığı var); Es war (gar) kein
inhaltsleerer Roman (Roman o qədər də mənasız / ideyasız deyildi / Roman
(tamam) mənasız, ideyasız roman deyildi); Die Kumpel bleiben nicht ganz
erwerbslos (Şaxtaçılar tam işsiz qalmadılar; Müq. et: Şaxtaçılar bikar
qalmadılar).
8. İnkarlıq sahəsinin nüvə fiqurlarından biri ilə inkar mənalı
suffikslərin əlaqələnməsi modeli: Er war nicht ein undisziplinierter / kein
undisziplinierter Junge (O, (heç də) intizamsız oğlan deyildi); Die Patienten
waren nicht (ganz) anormal (Xəstələr (heç də) tamam anormal / özünü
qəribə aparan deyildi / adamlar deyildi); Diese Intoleranz störte ihn nicht,
neue Erfolge zu erzielen (Bu intolerantlıq / dözümsüzlük, dözümsüzlüyün
olmaması / yoxluğu ona yeni uğurlar qazanmaqda mane olmurdu) və s.
Sadalanan ifadə üsullarının sayını daha da artırmaq, detallaşmanı
davam etdirmək də olar.
Göstərilən ifadə şəkillərindən hər biri həm də fəal bir dil-qavrayış
modeli, reallıq fraqmentlərini özünə hopduran işarə eskizləri kimi çıxış
edir, gerçəklik əlqalərinin aşkara çıxarılmasında, müəyyənləşməsində,
müqayisə və dərk olunmasında, yeri gəldikcə hansısa bir təfərrüatın, çaların
ört-basdır edilməsində, yaxud, əksinə, xüsusilə qabardılmasında,
kadrlaşdırılmasında, önə, qənşərə çəkilməsində əhəmiyyətli rol oynayır.
Bununla da müxtəlif fikir variantlarının, mühakimələrin həqiqət
dəyərlərinin, doğruluq və ya yanlışlıq dərəcələrinin fərqləndirilmə
alternativlərinin və məhdudiyyətlərinin yaranması imkanı formalaşır.
Gerçəklik fraqmentlərini miniatürləşdirmə, kiçildərək nəzərə çarpdırma,
aktuallaşdırma fəal fikir və üslub fiqurları kimi insanı yaradıcı, konstruktiv
355
axtarışlara, yeni semantik-assosiativ əlaqələr aramağa sövq edir. V.
Şnayder alman dilində mövcud olan 106 inkarı dil işarəsini “yox
söyləməyin 106 imkanı” (“106 Möglichkeiten, nein zu sagen”) kimi şərh
edir (W. Schneider (1), 151). Dil-ünsiyyət faktları təkzibedilməz surətdə
təsdiq edir ki, sadlanan ifadə mexanizmləri və bu sistemdən kənarda qalan
çoxlu inkarlıq daşıyıcıları müxtəlif semantik qruplardan, məfhum
sahələrindən olan sözlərlə, xüsusilə geniş afirmativlik, iqrarlıq sahəsinə
daxil olan yoxluq, natamamlıq, çatışmazlıq, qeyri-mükəmməllik və naqislik
bildirən sözlərlə, habelə makromətndə bir-birilə fəal əlaqə və təsirlərdə həm
də dilin “hə”nin müxtəlif üsullarla söyləmək üsullarının zənginliyini və
çoxşaxəliliyini nümayiş etdirir. Əsl həqiqətdə afirmativlik (binar təsdiqlik-
inkarlıq) sahəsinin zənginliyi, müxtəlif tipli ifadə vasitələrinin mürəkkəb
qarşılıqlı əlaqə və təmasları dil işarələrinin adekvat, dəqiq qavrayış üçün
çox az şans verdiyi (ən azı yetərincə şans vermədiyi) bir linqvistik
situasiyada məhz kifayət qədər aydın olmayan doğru və yanlışın
sərhədlərini, ifrat, qurtaracaq hədlərini deyil, saysız-hesabsız keçid
mərhələlərini az-çox dəqiq sahmanlı şəkildə verballaşdırmaq funksiyasını
yerinə yetirməyə hesablanır, daha geniş, elastik, bir növ iri bloklu-kütləli
əvəzlənmə mexanizmlərinin yaranmasını
şərtləndirir. Sırf
qrammatikləşmiş, mücərrədləşmiş dil vasitələrindən, aşkar, eksplisit ifadə
üsullarından sərf-nəzər etsək, bir tərəfdən implisit (qeyri-aşkar, gizli)
inkarlıq elementlərinin çoxluğu, digər tərəfdən istisnasız olaraq bütün
neqasiya vasitələrinin yoxluq, natamamlıq, naqislik, azalma və itirilmə
semantikası vasitəsilə təsdiqlik müstəvisinə cəlb olunması onları böyük
çoxluqla qeyri-müstəqim nitq (uneigentliche Rede) formaları kimi təhlil
etməyə tam əsas verir. Litota strukturları da ilk növbədə müsbət anlayış və
təsdiq mühakimələri inkarlıq prizmasından təqdim etmək üsulları kimi
diqqəti cəlb edir. Beləliklə, qeyri-müstəqim, vasitəli minimallaşdırma
şəkillərinin rəngarəngliyi intensiv təsdiqin ifadə variantlarının
çoxşaxəliliyini, çoxsəviyyəliliyini və çoxqatlığını təmin edir, kontekstdən
asılı olaraq zəngin seçim imkanları diqtə edir. Bu vəziyyət çoxlu yalan və
aldanış impulslarının meydana gəlməsini şərtləndirir.
Qeyd olunanları qeyri-səlis, yayılan, çoxluqlar, törəyən, silsiləli
çevrilmə mexanizmləri əsasında bir qədər yaxından izləməyə çalışaq.
356
Adekvat dərketməyə mane olan “schön” (gözəl) və “häßlich” (çirkin)
sözləri arasında semantik sərhəddin yayılanlığına bu dəfə başqa bir
rakursdan baxaq. (Xatırladaq ki, L. Zadə qeyri-səlis çoxluqlar ideyasına
məhz bizim gözəllik sahəsi adlandırdığımız semantik sistemə daxil olan
“cazibədar” sözünün təhlilindən sonra gəlmişdi). Estetik eksistensiya
tipindən olan insanlar qadın gözəlliyini və gözəl qadını qlobal qavrayışla –
“gözəl” və “çirkin” əlamətlərinin qarşılaşması ilə fərqləndirməyə, təsnif və
dərk etməyə çalışarlar. Lakin min cür gözəl qadın və ondan da çox gözəl
olmayan (“çirkin” yox, “gözəl olmayan”!) qadınlar var və bizim
ixtiyarımızda bu fərqləri seçmək, ayrıca adlandırmaq üçün çox az imkanlar
var. Gözəlliklə gözəl olmamaq, dil ekstremizminin adlandırdığı kimi ifadə
etsək, “çirkinlik” (Häßlichkeit) arasında (əslində dünyada gözəl olmayan
qadın yoxdur və bu fərqi kəskin şəkildə qavramaq yalnız kişi sağlamlığı
məsələsidir!) geniş, diffuzluq, yayılanlıq zonası yerləşir. Əslində hər bir
qadının öz spesifik, ayrıca adlandırılmağa, seçilməyə, təqdimata və dillə
əbədiləşdirilməyə layiq gözəllik payı var (hər bir kişinin özünəməxsus
mərdlik, cəsarət və qürdət göstəriciləri kimi). Lakin dilin bu sonsuz, bitib-
tükənməz nüansları ayrıca əks etdirməyə macalı və imkanı olmur. Bunun
əvəzində səsin, sözün magiyası, mütəhərrikliyi və idealizmi köməyə gəlir!
Görünür, gizli, implisit predikativliyə malik olan hər bir canlı sözün ayrıca
intonasiyasından, semantik unikallığından danışmaq olar. Əslində
“çirkinlik”, gözəl olmamaq əlaməti və ya əlamətsizliyi gözəllik keyfiyyətini
xarakterizə edən, tamamlayan və bütövləşdirən müxtəlif hədlərdən, onları
ayıran, fərqləndirən qiymət dərəcələrdən başqa bir şey deyildir. Bunların
qiymətlər çoxluğunda son hədlər yox, zahiri gözəllik linqvistik dəyişəninin
ilkin hədləri, keçid nöqtəsinin sərhədləri olduğunu qeyd etmişdik. Əslində
dil də gözəl-çirkin, gözəl-gözəl olmayan, çirkin-çirkin olmayan, o qədər də
gözəl (çirkin, bəd...) olmayan, gözəl və qeyri-gözəl, çirkin və qeyri-çirkin
kimi normativ və qeyri-normativ adlandırmalarla bu anlayışları bir-birinə
yaxınlaşdırmağa, “kompromis imkanlar” hazırlamağa və bu imkanları
istismara buraxmağa bütün potensial gücü ilə can atır. Və buna ilkin
termlər olan sinonim çoxluqları, sintaktik vasitələrin müdaxiləsi ilə yaranan
digər qeyri-səlis çoxluqlar və mətn semantikasının köməyi ilə az-çox nail
olur. Elə buradaca əlavə edək ki, linqvistik dərketmə heç vaxt tam
357
mükəmməllik, doyum həddinə çata bilmir. Xüsusilə gözəlliyə münasibətdə
insan dildən kənarda qalan təəssürat və əlavə informasiyaların natamamlığı,
çatışmazlığı ilə barışmalı olur.
Haqqında bəhs olunan uyarlıq və uyarsızlıqları ardıcıl izləmək üçün
“gözəllik” linqvistik dəyişəninin qiymətlərini sistemləşdirməyə çalışaq.
Həmin paradiqmanı təsəvvürdə bütövləşdirmədən minimallaşdırma
hədlərini aydın təsəvvür etmək qeyri-mümkündür. Əvvəlcə uzaqlaşma,
sonra isə yaxınlaşma hədlərinə nəzər salaq.
Gözəl-lap gözəl, olduqca gözəl, gözəldən gözəl, gözəllər gözəli,
qənirsiz gözəl, əla, əladan əla, tamamilə gözəl, tam gözəl, misilsiz dərəcədə
gözəl, cazibədar, olduqca cazibədar, lap cazibədar, misilsiz dərəcədə
cazibədar, tamamilə cazibədar, görünməmiş dərəcədə cazibədar və s.
çirkin-lap çirkin, çirkindən çirkin, olduqca çirkin, az çirkin, çox
çirkin, az və ya çox dərəcədə çirkin, kifir, lap kifir, olduqca kifir, kifirdən
kifir, iyrənc, lap iyrənc, olduqca iyrənc, lap az / bir az çirkin, eybəcər, lap
eybəcər, olduqca eybəcər və s.
İnkarlıq əlavəsinin, əks semantik qütbün qoşulması ilə həmin
linqvistik səviyyələrin yaxınlaşma hədləri mümkünləşir:
gözəl olmayan, gözəl deyil, lap gözəl deyil, elə də gözəl deyil, əla
(da) deyil, qənirsiz gözəl də deyil, nə gözəldir, nə çirkin, çox da gözəl
deyil, gözəllər gözəli deyil; əla (da) deyil, çox əla da olmayan, cazibədar
deyil, cazibədar olmayan, çox da cazibədar olmayan və s.
çirkin deyil, çirkin olmaz, lap çirkin deyil, elə də çirkin deyil, çox
çirkin deyil, kifir deyil, iyrənc deyil, lap iyrənc deyil, kifir deyil, lap kifir də
deyil və s.
Göstərilən hədlər bir tərəfdən “çirkin”, “eybəcər”, “iyrənc”, digər
tərəfdən “gözəl”, “qəşəng”, “əla” ideoqrafik sinonimlərinin oxşarlıq və
fərqlərini tamamilə aradan qaldırmağa, dəf etməyə kifayət etmir. Alman
dilində də “schön” və “häßlich” sözlərinin sinonomləri subyektiv qavrayış
üçün geniş imkanlar yaradır, sintaktik vasitələr bu imkanları yeni səviyyəyə
qaldırır. Bu yarusda, koqnitiv sahədə verballaşmanın zənginliyi və
çoxcəhətliyi bütün dilləri xarakterizə edir.
Lakin diffuzluq, yaxınlaşma və uzaqlaşma təsirləri, linqvistik qiymət
hədləri bu deyilənlərlə bitmir. Həmin dil-ifadə ehtiyatı təxmini
358
mühakimələrin, təkliflərin rəngarəngliyini və daha çox yayılanlığını təmin
edir.
Əsla gözəl deyil / gözəl demək olmaz, qətiyyən gözəl deyil / gözəl
demək olmaz, deyilən qədər də gözəl deyil, heç də əladan əla deyil, lap
gözəl də deyil, lap elə gözəl də deyil, heç gözəllər gözəli də deyil, heç
qənirsiz gözəl də deyil;
Tamam çirkin də deyil, lap çirkin də deyil / olmaz, əsla çox çirkin də
demək olmaz, çox elə çirkin də deyil, kifir də deyil, elə kifir də deyil, elə
idbar da deyil, sən deyən idbar da deyil, lap iyrənc demək olmaz, lap iyrənc
də deyil, əsla iyrənc demək olmaz, qətiyyən iyrənc demək / adlandırmaq,
hesab etmək olmaz, iyrənc yox, bir az çirkindir / çirkin kimidir və s.
Məsələ burasındadır ki, bu müxtəlif səviyyəli və müxtəlif tipli ifadə
variantlarından hər biri ilə lazım gəldikdə reallıqdan, həqiqət dəyərlərindən
yayınmaq, yalan və yanlış mühakimələr qurmaq imkanı var.
Qeyd edək ki, “gözəllik” və “qeyri-gözəllik” semantik sahələrinin
çoxlu digər qiymət dərəcələri, nisbətən yaxın leksik elementləri ilə də belə
uyğunluqlar, paralel nisbətlər qurmaq mümkündür. Məsələn, Azərbaycan
dilində “qəşəng” sözü bir sıra dialektlərdə hətta “ən gözəl”, “lap gözəl”
mənasında da işlənir, intensiv təəssüratın ən yüksək dərəcəsini, linqvistik
qiymətin maksimallığını nişan verir. “Suyuşirin”, “babat”, “ortabab” kimi
dil xarakteristikasında əlamət geri çəkilir, azalan nisbətlər önə çıxır. Bu
sistemdə ideoqrafik (məfhumi) sinonimlərin rolunu xüsusi olaraq
vurğulamaq lazım gəlir. Bunu “çirkin”, “kifir” və “iyrənc” kimi ideoqrafik
sinonimlərin nümunəsində daha geniş və hərtərəfli izah etmək mümkündür.
Lakin bu təfərrüatlar bizi mətləbdən uzaqlaşdırdığı üçün qeyd olunanlarla
kifayətlənirik. Hələlik təkcə bunu əlavə edək ki, metafora, məcaz sahəsi də
bu geniş variantlığa qoşulmaqla yayğınlıq və yayılanlıq, qeyri-səlislik və
təxminiliyin yeni sərhədlərini üzə çıxarır: “mələkdir” (mələk kimi qızdır),
“deyərsən mələkdir”, “pəri kimidir,” “əsl pəri kimidir”, “su sonasıdır” /
Müq. et: Bir türfə mələkdir, deyil insan qaraçarqat (M. P. Vaqif). İnsanlar
dözümlülük və mülayim, sığallı etik davranışı hələ həyat normasına çevirə
bilmədikləri, nəzakətli, deməli bir çox cəhətdən süni rəftarı öyrənmədiyi
zamanlarda özlərini bir anın zəifliyindən və ya gücündən tamamilə hissi
idraka təslim etdikləri vaxt “meymun”, “elə bil meymundur” kimi neqativ
359
qiymət və qiymətləndirmələr də əmələ gəlir. Bu qiymətlərsiz,
dəyərləndirmələrsiz mükəmməl linqvistik dəyişənlər və dərəcələr cədvəli
də qeyri-mümkün olardı. Əks təqdirdə dilin az-çox adekvat adlandırma
imkanları, obyektiv və subyektiv reallıqları əks etdirmək gücü bir qədər də
azalmış, zəifləmiş olar, idrak prosesi üçün yeni maneələr, çətinliklər yarana
bilərdi.
Beləliklə, müsbət və mənfi səciyyələndirmələr dil həyatında bir-
birini tamamlayır, bir-birini doğurur və dərketmənin daha çox subyektiv
təməlini formalaşdırır.
Hər bir dil özünün linqvistik qiymətlər, dəyərlər sistemini yaradır ki,
burada da konkret semantik çevrədə sözləşmə, verballaşma səviyyəsi,
dünyanın spesifik dil mənzərələri yaranır. Müqayisə üçün alman dilində
“gözəllik” (Schönheit) dəyişəninin linqvistik qiymətlərini nəzərdən keçirək.
Das Mädchen ist schön – Das Mädchen ist häßlich qarşılaşmasında qadının
saysız-hesabsız əlamətlərindən yalnız iki təəssürat – tam gözəl olmaq,
mütləq gözəllik və gözəllikdən tamamilə məhrum olmaq, mütləq yoxluq
əlamətləri əks olunur. Lakin bunların arasında yerləşən aralıq qiymətlər və
qiymətləndirmələr dil istifadəçisinin subyektiv meyl və təəssüratlarına
müvafiq olaraq dəyişir. Ünsiyyət prosesində, konkret adlandırma,
əksolunma aktında, bunlardan yalnız biri doğru, qalanları isə yalan və ya,
əksinə, yalnız biri yalan, qalanları isə doğru çıxır. Dil işarələrinin gerçəkliyi
tam dürüst və dəqiq əks etdirə bilməməsi, maddi-substansional və psixoloji
reallıqların qeyri-adekvat inikası doğru olmayan, yanlış mühakimələrin
izahını asanlaşdırır. Halbuki bu müstəvidə linqvistik qiymətlər
çoxluğundakı ilkin termlərdən həm sola – gözəllik əlamətinə, həm də sağa
– gözəlliyin olmaması və ya zəifləməsi, seyrəkləşməsi, tamam yoxa
çıxması, itirilməsi qütblərinə doğru çoxlu genişlənmə dairələri, yayılanlıq,
qeyri-səlislik hədləri mövcud olur. Konkret nitqdə bu hədlər bir anda qlobal
qavrayış minimumuna qayıdır. Həmin qiymətlər paradiqmasına nəzər salaq.
schön-sehr schön, überaus schön, total
schön, nicht sehr schön, durchaus nicht schön, ganz und
gar nicht schön, außerordentlich schön,
außergewöhnlich schön, prima, extra, super, einwandfrei,
360
häßlich, ganz häßlich, durchaus häßlich, nicht so häßlich, durchaus
nicht häßlich, gar nicht häßlich, überhaupt nicht häßlich, weder häßlich
noch schön və s.
Dil bu qədər linqvistik qiymətlərin yaranmasına, artan və azalan
tədricə yol verir, bu israfa ona görə vaxt və enerji sərf edir ki, onun əsas
vahidləri – sözlər gerçəkliyi dəqiq, tam və mükəmməl əks etdirə bilmir.
Simvollardan fərqli olaraq dil işarələri həmişə dəqiq razılaşma, konvensiya
əsasında meydana gəlmir. Biz hər dəfə ifadədən, adlandırmadan kənarda
qalan bir əlaməti, detalı, təfərrüatı əlavə etməyə, bununla da məfhumun
xarakteristikasını tam əhatə etməyə çalışırıq və buna çox ümumi şəkildə
nail oluruq. Bəzən də hər yeni təşəbbüs yeni yanılmalara, təhriflərə gətirib
çıxarır. Mən hələ birbaşa informasiyadan yayınan milyonlarla əlavə
informasiyaları demirəm. Görkəmli psixoloq, qavrayış fenomeninin, idrak
psixologiyasının məşhur tədqiqatçısı D. Bruner yazır ki, əsas rənglərin
cəmi 16-20 adı olsa da, üç milyona yaxın qavranılan rəng çalarları
mövcuddur. (Дж. Брунер, 5-7). Gözəllik qavrayışı və gözəlliyin dərki,
daha doğrusu, gözəllik, bir qədər də geniş götürsək, “zahiri görünüş”
linqvistik dəyişəninin qiymətləri heç də, məsələn, “rəng” semantik
seriyasına aid olan linqvistik qiymətlərdən az intensiv deyil. Əksinə,
persepsiya aktının ikinci komponenti – insanın fəal yönəlişliyi, ustanovkası
gözəllik qavrayışında daha güclü və motivləşmiş olur. Görünür, hər bir
rəngdə digər əks rənglərin, rəng çalarlarının qarışığı olduğu kimi, linqvistik
dəyişənlərin hər birinin qiymətlərinin “tərkibində” bu və ya digər dərəcədə
qalan bütün qiymətlərin qarşığının, potensial tərkibinin olduğunu zənn
etmək olar. Deməli, “häßlich” (çirkin) və onun bütün linqvistik qiymətləri
də əlahiddə, tam müstəqil qiymətlər olmayıb məhz “gözəllik” linqvistik
dəyişəninin hədlərindən, dərəcələrindən, dəyərləndirmələrindən biridir.
Təsadüfi deyildir ki, L. Zadə “doğru” və “yalan”ı doğruluğun qiymətlər
çoxluğunda son hədlər yox, bu dəyişənin term - çoxluğunda – linqvistik
qiymətlər silsiləsində ilkin hədlər hesab edir (Bax: N. Hüseynli, 256).
Empirik-eksperimental faktların, instrumental müşahidələrin göstərdiyi
kimi bizim xarici aləmdən aldığımız informasiyalar gerçəkliyin yaratdığı
birbaşa təəssüratlarla məhdudlaşmır, onlardan xeyli kənara çıxır. Hətta çox
adi bir duyğu aktı da əsl həqiqətdə informasiyanın əldə edilməsində
361
olduqca mürəkkəb, fəal, yaradıcı bir proses kimi şərh olunmalıdır. “Fikri
informasiyaların” əldə edilməsi, “təmizlənməsi”, görünür, daha mürəkkəb
bir prosesdir. Dil istər hissi, istərsə də rasional idrakın çətinliklərini,
komplekslərini bütün dinamizmi ilə yaşamağa məhkumdur. Yalnız dil -
bəşəriyyətin çoxəsrlik təcrübəsini və yaddaşını özündə yaşadan və
zənginləşdirən dil öz işarələri, işarələr kompleksi ilə, bunların bir növ
müstəqil, getdikcə müstəqilləşən fəaliyyəti ilə birbaşa, əsas informasiyadan
kənar informasiyaları yenidən yaratmağa, duyğu orqanlarından bizə daxil
olan çox səthi məlumatları yenidən canlandırmağa, daha doğrusu, onların
əsasında zəif semantika ilə - işarələrin bir-birinə münasibəti və bu
münasibətin törədici gücü ilə qismən kompensə, əvəz etməyə qadirdir.
Burada, məhz yaradıcılıq, bərpa prosesində dil sanki gerçəklikdən önə
keçir, daha doğrusu, öz gerçəkliyini önə çıxarır, dərketməni, inikas
prosesini özünə tabe etdirir. Dil getdikcə gerçəkliyi adlandırmaqdan çox, öz
gerçəkliyinin cazibəsinə düşür, öz həqiqət dəyərlərini və illuziyalarını
formalaşdırır.
“schön” – “häßlich” semantik radiusunda əlamət və keyfiyyət
dərəcələrinin, onları adlandıran sözlərin rəngarəngliyi və çoxşaxəliliyi bu
nəhəng dil axtarıcılığının, dərketmə yaradıcılığının miqyaslarını təsəvvür
etməyə imkan verir. Digər bir yandan mittelmäßig, akzeptabel, hübsch kimi
xeyli “komiromis semantika” nümunələri də bu sistemdə özünə yer alır.
Konkret əlamətin əslində olduğundan çox və ya az fərqli şəkildə əks
etdirilməsi, zəiflədilməsi və ya qüvvətləndirilməsi, artırılması və ya Dostları ilə paylaş: |