Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

söylənən siyasi, dini-fantastik vəsvəsələrini, söz ishalını demirəm.  

 Beləliklə, kənar, yad fikirliliyə yol verilməyən, azad düşüncəni 

boğan totalitar üslubda labüd olaraq bir kəmiyyət simvolikası, say-rəqəm 

kultu formalaşır. Həqiqətdə, gerçək reallıqda olduğundan fərqli dəyər və 

kəmiyyətlər ifadə etdiyindən mübaliğələr  ən müxtəlif səmtlərə, semantik-

assosiativ müstəvilərə yayılır, öz çoxluqlar, nisbiliklər sistemini yaradır. 

Bir ifrat qavrayış, dərketmə modeli olaraq gerçəklik dəyərləri arasındakı 

keçid həddlərini aradan qaldıraraq yalnız son qütb və  hədləri ön plana 

çəkir, öz fetişlərini, bütlərini formalaşdırır. 

  Qeyd edildiyi kimi, mübaliğələr müxtəlif parametrlərdə intensivlik 

ifadə edərək gerçəkliyin təhrif olumuş şəkillərini yaradır, bununla da yalan 

və aldanışın reallaşmasına, aktuallaşmasına geniş dairədə  təsir göstərir. 

Həmin intensivlik sahələri kəmiyyət, keyfiyyət, dərəcə, zaman,  məkan 

intensivliyini əhatəli koqnitiv sərhəd və reallıqlarda öz içərisinə alır. Siyasi 

dildə saylar çox vaxt öz real, həqiqi məzmunundan məhrum olur, həqiqət 

dəyərlərinin göstəricisindən çox reallığın böyüdülmüş  və ya kiçildilmiş 

versiyasını ortaya qoyur. Ən etibarlı, ideal ifadə vasitəsi olaraq heç bir 

ortaqlıq əlaqəsinə, sinonimlik münasibətlərinə malik olmadan saylar həqiqi 

kəmiyyət indeksləri olmaqdan çıxır, adi, ixtiyarı  rəqəmlərə çevrilir, 

kəmiyyət terminalları statusunu itirir. 

 Siyasi  dildə  kəmiyyət bumunun, rəqim akrobatikasının  əsas 

məqsədi rəqibi normal qavrayışdan, çevik dialektik düşüncə 

qabiliyyətindən məhrum etmək, real gerçəkliyi təhrif etməklə arzuolunan, 

ideal situasiya görüntüsü, objektiv həqiqət imitasiyası yaratmaqdan 

ibarətdir. Təkcə bunu demək kifayətdir ki, Sovet İttifaqı Kommunist 

Partiyasının “tarixi”  XXX qurultayında nə az-nə çox, düz 501 dəfə 

“rəqəm-sübutlara” müraciət edilmişdi. Say-kəmiyyət sıxlığı hadisələrin əsil 


 

 

 



451

mahiyyətini qavramağa, həqiqi vəziyyəti təhlil etməyə mane olur, bir 

mavilik, sonsuzluq, hüdudsuzluq, sonda qavranılmazlıq təəssüratı yaradır, 

konkret dərketmə anında  şüurun fəaliyyətini pozur, onu çıxmaza aparır. 

Mən hələ konkret saylarla yanaşı “dəfələrlə”, “qat-qat”, “yüzlərlə”, 

“minlərlə”, “min-min”, “milyon-milyon”, “milyardlarla” kimi ümumilik, 

qeyri-müəyyənlik bildirən, hər dəfə yayılıb genişlənən kəmiyyət sözlərini 

demirəm.  İstər nasional-sosialist, istərsə  də totalitar kommunist 

rəhbərlərinin çıxışlarını, partiya qurultaylarının materiallarını diqqətlə 

nəzərdən keçirsək görərik ki, kəmiyyət superlativləri çox vaxt real 

zəmindən təmamilə  məhrum olur, son nəticədə gerçək faktların 

təsdiqindən, iqrarından çox onların təkzibinə, inkara aparıb çıxarır. Lakin 

buna baxmayaraq,  saylar şüuraltıda öz pozuculuq işini yaxşı görür, onlar 

hədəfi dəqiq vurur – nəfəs çəkməyə qoymayan rəqəm-say fetişizmi insan 

ağlı və iradəsi üzərində hökmranlıq etməyə başlayır. Sonda həm faşist, həm 

də kommunist rəhbərlərin həqiqət duyğusunu  əlindən alan haman bu 

rəqəm-kəmiyyət məstliyi, yalançı adekvatlıq, reallıq aldanışı idi. Daha 

doğrusu, dövlətin idarə olunması üçün zəruri olan gerçəklik, gerçəkçilik 

duyğusunun itirilməsi idi. 

 Yoxlanılmayan, nəzarət edilməyən, kor-koranə inanılan “böyük 

rəhbərlərin”, dövlət adamlarının  şəxsi nüfuz və toxunulmazlığının bir 

elementi kimi çıxış edən ictimai-siyasi mətnlərdə ideal kəmiyyət 

göstəriciləri olan sayların, 

əslində mütləq dəyər ölçülərinin 

yuvarlaqlaşdırılması, o cümlədən ifrat dəqiqləşdirmə  və hesablamalara 

yalan simptomları kimi yanaşmaq üçün hər cür əsaslarımız vardır.  Əmək 

məhsuldarlığının, istehsalın həcminin 3 dəfə, 3, 1, və ya 3, 9 dəfə artması 

daha inandırıcı görünür. Bu rəqəm, say fəlakəti  əslində sosial dövlət olan 

sovet dövlətinin üzərinə çökdü və sonda onun məhvi ilə nəticələndi. Sovet 

iqtisadiyyatı, onun idarə olunması mexanizmləri sıfr psixoloji baxımdan da 

unikal, o vaxta qədər görünməmiş bir hadisə kimi qiymətləndirilə bilər. 

“İstehsal vasitələri üzərində ümumi (?) mülkiyyətin” açıq-aşkar özünü 

doğrultmamasının hər vəchlə gizlədilməsi, ört-basdır edilməsi, sosialist 

təsərrüfat sisteminin “üstünlüklərini” nümayiş etdirmək səyləri  əlavə 

“iqtisadi tədbirlərə”, “pripiska” mexanizmlərinə müraciət etmək zərurəti 

irəli sürürdü. Maraqlıdır ki, qıtlıq  artdıqca, iqtisadi inkişaf sürəti 



 

 

 



452

yavaşıdıqca say-rəqəm sərsəmliyi, yalan-aldanış azğınlığı daha geniş  və 

təhdidli xarakter alırdı.  İkinci dünya müharibəsi  ərzində nasional-sosialist 

təbliğatı müqavimət gücləndikcə, məğlubiyyətlərin sayı və miqyası artdıqca 

istehsal olunan hərbi ləvazimatın, təyyarə  və tankların sayını  ən azı ikiyə 

vurduqları kimi, sovet təbliğatı da qırılan və aclıq keçirən xalqı 

sakitləşdirmək, ruh düşkünlüyünün qarşısını almaq üçün real vəziyyətdən 

yayınmanın müvafiq linqvistik təminatını, rəqəm-kəmiyyət xidmətini 

hazırlayırdı.  Əgər kimsə ölkədə  ən adi şeylər tapılmadığı halda iqtisadi 

yüksəlişdən,  əmək məhsuldarlığının artmasından, dövlət planlarının və 

“sosialist öhdəliklərinin” 100 % və ya 99 %, yaxud da, fərqi yoxdur, 

“təmamilə  və artıqlaması ilə yerinə yetirildiyindən” dəm vurursa, deməli, 

yalan danışır. Talon sistemi tətbiq edilə-edilə bolluqdan, firavanlıqdan 

danışırsa, ağ yalan danışır. Əgər kimsə hər hansı bir şəraitdə, hər hansı bir 

mühit və ya ictimai, iqtisadi formasiyada qiymət artımını “qiymət islahatı” 

adlandıraraq onu təqdir edirsə, “zəhmətkeşlərin sosial vəziyyətini daha da 

yaxşılaşdırmaq” kimi qələmə verirsə,  əsl həqiqətdə artırılmış  əmək haqqı 

adi ehtiyaclara və  xərclərə, zəruri xidmətlərə  əməlli-başlı çatmırsa, o 

cəmiyyəti çaşdırmış, yalançı  və yalanlarla əməkdaşlıq etmiş,  şərin 

dəyirmanına su tökmüş olur. Və yalanın ən ifrat təzahürü olan statistikaya 

gəlib çıxır. Almanlarda belə bir ifadə var: “hava məlumat bürosu / 

sinoptiklər kimi yalan danışmaq” – lügen wie der Wetterdienst (Yəqin ki, 

lazımi tədbirlər görülməsəydi, lap yaxın keçmişdə Azərbaycan dilində  də 

“tarif  şurası kimi yalan danışmaq” frazeoloji neologizmi yaranacaqdı. 

Yaxud belə: “Şəhər meriyası kimi fantan vurmaq”). Belə yalanlar təkcə 

cəmiyyətdə, ictimaiyyət arasında çaşqınlıq yaratmır, həm də dövlətin idarə 

olunması üzərinə kölgə salır, sağlam, adekvat dərketməni düyünə salır, dil 

şüuruna da təsirsiz ötüşmür. 

 Maraqlıdır ki, o vaxt Sovet İttifaqında qəribə bir deyim də 

yaranmışdı: “Əgər evdə heç nə yoxsa, “Vremya” xəbərlər proqramı 

verilərkən zənbili televizorun altına qoy, ağzınacan dolacaq.” Müstəqillik 

dövrünün “zəhmətkeşləri” sonralar hələ uzun müddət “bəşəriyyət tarixində 

ilk sosialist dövlətinin” yalan mirasını yaşadan bu səmərələşdirici 

təcrübədən gen-bol istifadə edəcəkdi... 



 

 

 



453

 Totalitar və avtoritar bir rejimdə yaşayaraq mühitə  təmamilə 

uyğunlaşan, yalan və “pripiska” ilə karyera qazanan, “biz yaxın beşillikdə 

Amerika Birləşmiş  Ştatlarını da keçəcəyik” deyə yalançı  vəd verən 

kommunist funksioner də, “məsələnin ədalətlə həll olunması, sülh sazişinin 

bağlanması üçün bütün həll variantlarını  dəstəkləyirik” deyən ATƏT 

nümayəndəsi də,  şərin qarşısında ağ bayraq qaldıraraq “bütün günahlar 

xalqdadır” deyə israr edən, “xalqın  şüur səviyyəsinin aşağı olmasın”dan 

dəm vuran araqarışdıran və avanturist də, tam istisna düşüncəsi ilə 

parlament və  bələdiyyə seçkilərində heç bir pozuntuya yol verilmədiyini 

iddia edən komissiya sədri də, ölkədə real vəziyyətə rəğmən cinayətlərin və 

cinayətkarlığın getdikcə azaldığını  bəyan edən dövlət məmuru da, “biz 

korrupsiya və rüşvətxorluğun qarşısını almaq üçün əlimizdən gələn hər şeyi 

edirik” deyən və özü də rüşvət almaqda davam edən antikorrupsiya 

məmuru, “xalq nəzarətçisi” də, vergi xadimi də, işin sonunu əvvəlcədən 

bilə-bilə  “əgər icra başçısından” narazılığın varsa məhkəməyə ver” deyən 

hüquq-mühafizə  işçisi də, Azərbaycanda inhisarçılıq, monopoliya yoxdur, 

tam iqtisadi azadlıq hökm sürür” söyləyən gömrük sözcüsü də, çoxdan, lap 

çoxdan “lazım gəldiyi” halda, “əgər lazım gələrsə, biz Qarabağı bir həftə 

içində azad edərik” söyləyən, lakin məsələnin “sülh yollu” ilə  həllini 

gözləyən, heç bir real addım atmayan, ata bilməyən müdafiə rəsmisi və ya 

ordu generalı da, qeyri-obyektiv məlumatları ilə dövlətə pis xidmət 

göstərən sosial təminat naziri də... eyni böyük yalana şərik çıxmış olur. Əsl 

həqiqətdə sözün qaçılmaz yayğınlığı  və yayılanlığına rəğmən  nəyinsə 

“ədalətli” və ya “obyektiv” olmasının özündə böyük bir natamamlıq və risq 

var. “Tam ədalətli” və “tam obyektiv” formalarında isə bu risq birə yüz 

artmış olur (Mənəvi-etik anlayışların, dəyərlərin qiymətləndirilməsi konkrte 

tarixi  şəraitdən,  ənənədən də çox asılı olur). “Azadlıq” və ya “iqtisadi 

azadlıq” sözlərinə “tam” maksimallaşdırıcısının birləşdirilməsi (tam 

azadlıq/tam/amilə azad, tam iqtisadi azadlıq) dil avantürasından başqa bir 

şey deyildir. “Test imtahanları, yaxud semestr imtahanları tamamilə 

şəffaflıq və  aşkarlıq  şəraitində keçirilib, heç bir neqativ hallara yol 

verilməyib” mühakiməsi həqiqətən obyektiv olmuş olsa belə, gerçəklik 

dəyərlərinə, həqiqətin özünə  şübhəli münasibət yaradır. “Mən buna yüz 

faiz, min faiz inanıram” tipli iddialar isə mühakimənin səmimiyyətini son 


 

 

 



454

həddə  qədər daraldır, qarşı  tərəfin mənfi reaksiyasını gücləndirir. Biz bir 

vaxtlar “sözün iflasından” bəhs etmişdik, “min faiz” mübaliğəsində isə 

rəqəmlərin, sayların, bütövlükdə kəmiyyətin, kəmiyyət kateqoriyasının iflas 

faktı ilə qarşılaşırıq. 

  Kəmiyyət və keyfiyyət ölçülərinin  mütləq həddi və ya qeyri-

müəyyənliyi yalan və  təhriflər, aldanış  və yanlışlıqların meydana çıxması 

üçün  əlverişli kommunikativ mühit hazırlayır. Qeyd olunan partiya 

qurultayında ümumiləşmə, istisnasızlıq bildirən “bütün” sözünün 121 dəfə, 

“daha/daha da” ədatının 159 dəfə, “tamamilə” sözünün 38 dəfə, “yüksək” 

sözünün 7 dəfə, “ən” (ən mühüm, ən əsas, ən ümdə, ən dərin, ən yaxşı....) 

maksimallaşdırıcısının 75 dəfə, “çox/çoxlu” sözlərinin 65 dəfə, “xeyli” 

sözünün 53 dəfə  işlədilməsi bir təsadüf deyil, sırf praqmatik-üslubi 

qanunauyğunluq, zəruri, qaçılmaz ehtiyac idi. Bu fenomenə, mübaliğə-

şişirtmə  şövqinə bir fərdi üslub hadisəsi kimi də yanaşmaq olmaz, çünki 

hesabat mətnləri, məruzə  və  çıxışlar adətən siyasi şöbədə hazırlanır, 

Mərkəzi Komitə  tərəfindən təsdiq edilirdi. Fərdi üslub tamamilə 

neytrallaşdırılmışdı, sıfır nöqtəyə endirilmişdi. Məruzəçi yazılanları sadəcə 

olaraq ifa və ifadə edirdi. “Misilsiz”, “həlledici”, “olduqca”, “qəti”, 

“sarsılmaz”, “həqiqətən”, “maksimum/maksimal”, “dönmədən”, 

“arasıkəsilməz”, “tükənməz”, “heyrətamiz”, “yorulmadan”, “son dərəcə”, 

“hədsiz” sözlərinin intensiv işlənməsi də  həmin sözlərin semantik-

praqmatik dinamizmi, aşkar və  görümlü linqvistik energetikası ilə bağlıdır. 

Emosional siqləti, semantik sıxlığı artdıqca narkotik təsir səmərəsi yaradan, 

məstedicilik, uyuşduruculuq cövhəri işə salınan həmin dil-davranış  və 

dərketmə  şəkilləri yalan və aldanışların həzm olunmasını asanlaşdırır, 

düşünməyə, idraka mane olur, insana böyük gücün bir elementi olmaq 

sevinci və xoşbəxtliyi bəxş edir. Xüsusilə inkar formantı ilə gücləndirilən 

“misilsiz”, “tükənməz”, “hədsiz” sözləri, habelə “son dərəcə” və 

“maksimum” superlativləri bütün mümkün sapma və kənaraçıxmaları, əks-

alternativ variantları əvvəlcədən istisna edir, aktual mühakiməyə bir ehkam, 

təkzibedilməzlik və fakt, dəlil gücü aşılayır. Həmin güc sözləri, obrazlı 

şəkildə desək, temperament, ovqat, enerji həbləri demək olar ki, bütün 

dillərdə, müvafiq funksional sferada eynilə  təkrarlanır: alle, alles (bütün, 

hər  şey), noch mehr/unvergleichlich mehr (daha/daha da, müqayisedilməz 


 

 

 



455

dərəcədə çox), ganz/gänzlich (tam, tamamilə), höchst, hoch (yüksək), das 

Wichtigste (ən  əsas, başlıca), sehr (çox), mehr als (çox, çoxlu, olduqca), 

ziemlich (viel) (xeyli), unübertrefflich (misilsiz, təkrarsız), entscheidend 

(həlledici), überaus (olduqca), entschieden (qəti), unverbindlich 

(sarsılmaz), wahrhaftig (həqiqətən, doğrudan doğruya), maximal (yüksək), 

unaufhörlich (dönmədən) və s. 

 Belə ortaqlı söz və ifadələrə, leksik-semantik müqabillərə 

dillərarası-üslublararası ekvivalentlik əlaqələrinə uzun sürən sosial-tarixi 

təcrübənin yekunu, kommunikativ-funksional mübadilələrin qanunauyğun 

nəticəsi, praqmatik universalilər kimi yanaşmaq, onları bu müstəvidə 

öyrənmək, dərketmə psixologiyası baxımından, heç şübhəsiz, böyük maraq 

və əhəmiyyət kəsb edir. 

 Keyfiyyətin  kəmiyyət-ölçü xarakteristikasını verən  əla 

(ausgezeichnet), böyük (groß), çox böyük (sehr groß, überaus groß), 

nəhəng (gigantisch), parlaq (glänzend), şanlı (ruhmreich), iri 

(umfangreich), qızğın (unermüdlich) kimi qüvvət sözlərində, habelə 

“donmuş stilistika” adlandırılan qrammatikada “sifətin artırma – 

şiddətləndirmə dərəcəsi” kimi qeyd olunan söz-superlativlərdə real əlamət 

və keyfiyyətin şişirdilməsindən, gerçəyə aşırı münasibətdən, onu mümükün 

qədər müsbətə, ifrata çəkməkdən doğan bir yalan, aldanış potensiyası 

hakimdir.  Əvvəlki araşdırmalardan da bəlli olduğu kimi, ifrat-səmimi 

ünsiyyətdə malların keyfiyyət xarakteristikasına münasibətdə çox vaxt 

aşkar yalan-mübaliğə kodu kimi işlənən Super! (super!), Klasse! (əla!), 

Mega! (misilsiz, əla) kuhl (super) kimi söz-nidalarda ən azı bir potensial 

kommersiya hiyləgərliyi, birbaşa təəssüratdan, gerçək məzmunun 

sərhədlərindən çox vaxt kənara çıxan “saxtalaşdırma”, predmetsizləşdirmə 

düşüncəsinin, ideallaşdırma, fetişləşdirmə psixologiyasının izlərini 

görməmək mümkün deyildir. Daha doğrusu,  əmtəə fetişizmi ilə linqvistik 

fetişizmin birləşdiyini görməmək mümkün deyildir. Təbiidir ki, bu cəhət 

pozitiv mübaliğələrdə daha bariz şəkildə görünür: brandneu, blitzneu, 

extrafein; Ultra-, Extra-, Wunder-, Groß-, Luxus-, Doppel-, All-, Welt-, 

Traum- və s. Göstərilən dil fraqmentləri heç də mütləq həqiqətə deyil, real 

dəyərləri böyütməyə, gerçəkliyi olduğundan üstün, dəyişik formada və 

formatda təqdim etməyə hesablanır. Sözün intensiv səs versiyası, səs 


 

 

 



456

praqmatikası da bunu təsdiq etməkdədir. (Əla!  Əladan  əla! Gözəl! Yaxşı, 

çox yaxşı!, Yaxşıdan yaxşı!) Sözlərin gerçəkliyə münasibəti, həqiqətlə 

əlaqəsində, dərk və ifadəetmədə boşluğun yaranması ilə yalan və aldanış 

fürsəti də dirçəlir. Dil işarələrinin substansionallığı, bir-birinə münasibətləri 

onların gerçəklik dəyərlərinə münasibətinə üstün gəlir. “Təmizdən təmiz” 

(mehr als sauber), “ağıllıdan ağıllı” (durchaus klug, mehr als klug), 

“yaxşıdan yaxşı”, yaxşının yaxşısı” (die besten der besten) kimi dil 

aldanışlarını müqayisə etməklə keyfiyyət intensivliyinin qavranılmazlığını, 

dil yanıltmaclarının avantürizmini aydın görmək olar. Ümumiyyətlə, əşya, 

hərəkət və  kəmiyyət-say münasibətlərilə müqayisədə  əlamət və keyfiyyət 

fərqlərinin nisbətən zəif verballaşdığını, dillə lazımınca nizamlanmadığını 

söyləmək mümkündür. “Yaxşı” ilə “pis”, “böyük” ilə “kiçik”, “gözəl”lə 

“çirkin”, “hündür” ilə “alçaq” arasında həm də qavrayışın, təəssüratın 

intensivliyi ilə yaranan çoxlu aralıq, keçid pillələri, saysız-hesabsız yayılma 

və yayınmalar, keyfiyyət fərqləri yerləşir. Və dilin bu görünən və 

görünməz, qavranılan və qavranılmaz fərqlərin, fərqlənmələrin, aşkar 

qeyri-adekvat adlandırmaların hamısını ayırıb ayrıca sözlərlə təsbit etməyə 

vaxtı  və gücü çatmır.  Əslində, artıq qeyd etdiyimiz kimi, real ünsiyyətdə, 

dünyanın qavranılması prosesində çox vaxt buna ehtiyac da olmur. Dil 

ümumiləşdirmə, bütövləşdirmə yolu ilə gedir, dil şüuru lüzumsuz, 

əhəmiyyətsiz təfərrüatlara deyil, dünyanın geniş, ümumi mənzərəsini 

yaratmağa istiqamətlənir.  İnsan dilin vasitəsilə  şeylər, anlayışlar aləmini 

mümkün qədər sadə  və sadələşmiş, normativləşmiş, qavranımlı 

konturlarda, ölçülərdə detallaşdırır, bununla da şüuru, idrak prosesini artıq 

yükdən və yüklənmədən azad edir. Əslində sadalanan superlativ ölçülər 

insanın keyfiyyəti kəmiyyət-miqdar prizmasından dərk etmək axtarışlarını 

ifadə edir. Məsələn, “əla”, “lap əla”, “əladan  əla” linqvistik qiymətləri 

həmcins keyfiyyətlərin kəmiyyət çoxluğundan, bir-birini doğurmasından, 

toplanma və şərtləndirməsindən yaranır. Əslində geniş, sonsuz ierarxiya və 

yayılanlıq cədvəlində həqiqət, gerçəklik dəyərlərinə münasibətdə tam dəqiq 

və birmənalı uyarlıqların aranması, fərqləndirilməsi də  nəinki mümkün 

deyil, həm də perspektivsiz, əhəmiyyətsiz bir işdir, empirik baxımdan 

səmərəsizdir. Təsadüfi deyildir ki, çox hallarda ünsiyyət prosesində daha 

artıq intensivlik bildirən sözlərlə daha az, zəif intensivlik bildirən sözlərin 


 

 

 



457

real sərhədləri pozulur. İşarənin konkret semantik hüdudları, keyfiyyətin 

dəyər ölçüsü, kəmiyyət sıxlığı  mətndə aydınlaşıb müəyyənləşir. Bəzən 

“groß“ sözü “enorm” (nəhəng, iri) sözünü həmin normativ intensivlikdə, 

bəlkə daha yüksək qavrayış  həddində  əvəz edə bilir. Digər tərəfdən, 

nisbətən az intensivlikli, kiçik radiuslu kəmiyyət sözləri işgüzar, nisbətən 

neytral, tərəfsiz və obyektiv  ünsiyyət görüntüsü yaratmaq üçün daha 

gərəkli olur. “Böyük” (“çox böyük”) variantlarının siyasi dildə, məsələn, 

“nəhəng” sözünə nisbətən daha çox işlənməsini də bununla izah etmək olar. 

Bəzən iki ifrat-superlativ söz bir-birini təkzib edir – “böyük öndər” demək 

olar, amma “dahi öndər” demək olmur. “Ulu öndər” variantında mübaliğə 

xüsusi  şiddət və  dəyər kəsb edir, işarənin qiymət dərəcələri son həddə 

dirənir. Biz «Великий  Петр» formasını ana dilinə “Böyük Pyotr” kimi 

tərcümə etməklə heç nə itirmirik. Amerika tarixinin məlum hadisəsi – 

“Великая  депрессия” da dilimizə “Böyük depressiya” kimi tərcümə 

olunur. “Böyük” sözü bütün mövcud böyüklük normalarını linqvistik 

qiymətlərini ümumi şəkildə ifadə  və  əvəz edə bilir. Sözün sinonim 

cərgəsindəki aparıcılığı, dominantlığı buna əsas verir. Həmin fikri bir qədər 

ətraflı izah etməyə çalışaq. 

 Üzərində statistik hesablamalar apardığımız materialda sovet 

xalqının nailiyyətlərini, sosializm quruluşunun və sovet iqtisadiyyatının 

üstünlüklərini nümayiş etdirmək  üçün “böyük” (“çox böyük”) sözündən, 

məsələn, “azman” və “nəhəng” sözlərinə nisbətən geniş istifadə olunması 

diqqəti cəlb edir. Məlum olduğu kimi, sözün ekspresivliyi artdıqca, söz 

neytrallıqdan uzaqlaşdıqca onun işlənmə dairəsi də kiçilməyə başlayır, 

əksinə, təbii-normativ hədlərə daha çox yaxınlaşdıqca işlənmə intensivliyi 

də güclənir. “Böyük” sözü ən kiçik ölçüdən, minimal həddən aşağı olandan 

böyük olduğu kimi, özündən əhəmiyyətsiz dərəcədə “kiçik” olandan tutmuş 

aşağıya qədər bütün kəmiyyət və keyfiyyət ölçülərini öz içərisinə daxil edir 

və  hər dəfə  də “kiçiyə” və  “ən kiçiyə” münasibətdə öz üstünlüyünü, 

böyüklük statusunu saxlayır. Yuxarıya doğru “kiçik” və “böyük” semantik 

miqyasları arasında bütün aralıq pillələri daha intensiv  hədd olan “böyük” 

sözünün semantik məzmununu, elementar fərqləndirici mənalarını  təşkil 

edir. Beləliklə, “böyük” əlamətinin həqiqətən “kiçik”, hətta nisbətən 

əhəmiyyətli olanı ifadə etməsi, həm də  həmin  əlamət həddindən nisbətən 


 

 

 



458

kiçik olanları da əhatə etməklə yalan və aldanış üçün, ən azı reallıqda olan 

vəziyyətdən, gerçəkdən yayınmalar, sapmalar üçün əlverişli linqvistik 

zəmin hazırlayır. “Azman” və “nəhəng” sözlərində isə “kiçiyə” nisbətən 

belə  tədricilik, keçicilik və ehmal-ehtiyatlı yayğınlıq yoxdur. Məsələn, 

təssərüfat, iqtisadiyyat sahəsindəki uğurları, süd sağımı  və ya yun 

qırxımındakı  kəmiyyət sıçrayışlarını göstərmək, yaxud, “qəhrəman” 

çobanın hər yüz qoyundan 120 bala almasına adamları inandırmaq üçün 

artıq “nəhəng nailiyyətlər” demək olmur və bu söz, paradiqmada, məsələn, 

ümumən sosialist iqtisadiyyatının, yaxud hərbi sahədəki üstünlükləri, 

nailiyyətlərini ifadə etmək üçün ehtiyatda saxlanır. “Çox böyük” 

artırmasında da müqayisə olunan sözlərə nisbətən geriyə doğru “positiv 

yayılanlıq”, aydın qavranışlı, dialektik qeyri-səlislik daha çoxdur. Qeyd 

olunan semantik-assosiativ uyarlıqların nəticəsidir ki, “böyük” sözü hər 

halda idarəolunmaz  totalitar-siyasi mətnlərə daha asan yol tapır. O dövrün 

böyük hərfli Həqiqəti, “şərəfi” və “vicdanı” olan partiyanın Mərkəzi 

Komitəsinin məlum hesabatında “böyük” sözü 83 dəfə, “daha böyük” və 

“çox böyük” variantları 51 dəfə işləndiyi halda, totalitar düşüncə  və idrak 

üçün daha yararlı və uyarlı olan “nəhəng” sözü cəmi 7  dəfə işlənir. Bu amil 

söylənilən fikrin doğruluğuna daha çox inandırmaq, sözün psixoloji təlqin 

gücünü, təbiiliyini saxlamaq kimi sadə normativ məntiqdən doğur. Söhbət 

konkret  şeylərdən gedəndə totalitar düşüncə  də özünü yığışdırmalı olur. 

Dayaz sularda hər  şey həddindən artıq aydın görünür. Müqayisə üçün 

deyək ki, nasist təbliğatında da “böyük” və “yaxşı” sözlərinin superlativ 

anlamından manipulyasiya və dil hiyləgərliyi kimi həvəslə istifadə 

olunduğu bir faktdir. Almaniyada dünyanın ən böyük  nəşriyyat binası inşa 

edilirdi (größtes Verlagshaus der Welt), “dünya tarixinin ən böyük 

döyüşünün” hələ qabaqda olduğu (die größte Schlacht der Weltgeschichte) 

elan edilir, bunla da son qələbəyə sözsüz inam yaradılırdı. Müharibənin ilk 

aylarında qazanılan görünməmiş  qələbələrdən sonra Vermaxtın bir çox 

generalları Hitleri həm də “dünya tarixinin ən böyük sərkərdəsi” (der 

größte Feldherr) adlandırırdı. Roma papasından artıq katolik olan, bir adada 

unikal kommunist rejimi yaradan Fidel Kastro Rusu da “dünya tarixinin 

görmüş olduğu, görə biləcəyi  ən böyük natiq” adlandıranlar var. Həmin 

nümunələrdə “groß“ sözü heç də, məsələn, “genial”, “unübertrefflich” 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin