Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   27   28   29   30   31   32   33   34   ...   45
 

VII FƏSİL 

Linqvistik qiymətləndirmənin səviyyələri: 

artan yayılanlıq hədləri 

 

Perifrazın ən geniş yayılmış növlərindən biri olan mübaliğə və ya adi 



dildə deyildiyi kimi, şişirtmə - əşyanın, hadisənin, situasiyanın, söylənən 

fikir predmetinin həqiqətdə olduğundan fərqli, adətən üstün, aşırı 

xarakteristikasının yaradılmasına xidmət edir. Gerçək vəziyyəti bu və ya 

digər dərəcədə  dəyişmək, təhrif etməklə onları fəqli, ayrıntılı bir fokus və 

görüş bucağından təqdim etdiyindəndir ki,  mübaliğələrdə  və mübaliğə 

qavrayışında təbii olaraq bir aldanış-yalan motivi gizlənir. Təsvir  və ifadə 

vasitələrinin, obrazlı dil-üslub elementlərinin bir çoxunun da real, gerçək 

situasiyada olduğundan daha parlaq və  qəsdən artırılmış, böyüdülmüş 

kəmiyyət hədlərində təqdim olunması geniş mətndə mübalığələri dilin əsas 

energetik mərkəzlərindən, effektiv təsir fəndlərindən birinə çevirir. 

Təsadüfi deyildir ki, bu üslub fiquru bəzi mənbələrdə  kəmiyyət 

münasibətləri  əsasında formalaşan metonim kimi nəzərdən keçirilir. 

Gerçəkliyin, həqiqət dəyərlərinin üstün, şişirdilmiş formatda, adətən 

çoxaldılmış  kəmiyyət və keyfiyyət hədlərində qavranılması obyektə, 

hadisəyə ilkin-emosional münasibət formalaşdırır, danışanın psixoloji 

fəallığından, ünsiyyəti sakit, soyuq məcrada, tədrici təhlil-tərkib və düşüncə 

əsasında deyil, kəskin dönüş  və  dəyişmələr yönündə qurmaq iradəsindən 

xəbər verir. Mübaliğədən bəhs edən bütün müəlliflər onun ekspressivliyini, 

ifadə imkanlarının genişliyini qeyd edirlər (Fleischer/Michel, 156; W. 

Schneider, 70; С. Абдуллаев, 158).  

Qız narahatlıq və narazılıqla saatına baxır və artıq yaxınlaşmaqda 

olan oğlana deyir: “Hardasan / harda qalmısan, bir saatdır səni gözləyirəm”. 

“Səhərdən səni gözləyirəm” mümkün söyləmində bu narazılıq, neqativ 

təəssürat daha kəskin  şəkildə ifadə olunur. Həm də burada söhbət 

“gecikmənin”, başa çatmaqda olan intizarın və  həsrətin dəqiq zaman-vaxt 

“uçotundan”, dəqiqə-saniyə haqq-hesabından deyil, sadəcə olaraq “xeyli 

gözləmək”, “çox gözləmək” məntiqindən, oğlanın gecikməsi, vaxtında 

gəlməməsi barədə rahatsızlıq və ya incikliyin sürəkli emosional 



 

 

 



425

qavrayışından gedir. Halbuki haqqında söhbət gedən gecikmə faktı  cəmi 

bir-neçə  dəqiqəni də  əhatə edə bilər. Gecikmələrə, görüşqabağı  nəşə  və 

sevinc anlarına, sevgi-görüş narahatlıqları  və narazılıqlarına daha çox 

təmkin və laqeydliklə yanaşan alman qızı göstərilən situasiyada zaman 

intensivliyini daha kəskin və daha geniş ölçülərdə qavrayar: Wo bist du, ich 

habe eine Ewigkeit auf dich gewartet! (“Hardasan / harda itib-batmısan, 

mən səni bir əbədiyyət qədər gözləmişəm! / “Bir əbədiyyətdir ki, səni 

gözləyirəm” (hərfi)).  Şişirtmə qavrayışına, xəyalata daha çox meylli olan 

azərbaycanlılar gerçək maksimallaşdırma “rekordunu” da qırar, “Səni 

gözləməkdən gözümün kökü saraldı” deyə qiyamət qoparar. Ana dəfələrlə 

çağırmasına baxmayaraq, futbol oynundan ayrılıb evə  gəlmək istəməyən 

oğlunu hədələyərək deyir: “Vallah evə gələndə səni öldürəcəyəm!” Əlbəttə, 

söhbət heç də gerçək-fiziki anlamda  “öldürməkdən”, qətlə yetirməkdən 

yox, cəzalandırmaqdan, ola bilsin ki, lap yüngül bir qulaqburması 

verməkdən gedir. Qonaqlığın necə keçməsi ilə maraqlanan iş yoldaşı 

həmsöhbətinə deyir: “Lap əla keçdi, əşi gülməkdən qırılmışıq, bu Zahid nə 

yaman baməzə adamdır!”  Alman şairi Erix Vaynertin qəhrəmanı “Mən 

Lenini min dəfə görmüşəm” (“Ich habe Lenin tausendmal gesehen”) 

“xoşbəxtliyini” dilə  gətirərkən təbii ki, bu “min dəfənin” yalnız barmaqla 

sayılacaq bir neçəsinin, onun çıxış etdiyi “tarixi” yerlərin, mitinq və 

nümayişlərinin yalnız bəzilərinin adını  çəkir. “Min dəfə” sadəcə olaraq 

“çox”, “dəfələrlə” mənasında işlənir. Lakin informativlik, intensivlik 

baxımından onu min dəfələrlə ötüb keçir. “Min dəfə” daha çox söyləmin 

emosionallığını meydana çıxarır. Göstərilən və digər mühüm variantlara 

hər bir konkret situasiyada gerçəkliyin fərqli-subyektiv qavrayış çoxluqları 

kimi baxmaq olar.  

“Gözləmək” və “görmək” felləri ilə bağlı mühakimələrin, təkliflərin 

yayılanlığını aşağıdakı qeyri-səlis çoxluqlar sırası kimi təsəvvür etmək olar: 

çox gözləmək, lap çox gözləmək, olduqca çox gözləmək, səhərdən 

gözləyirəm, axşama qədər gözləmək, sübhədək gözləmək, 

yorulunca/yorulanadək gözləmək, sonsuza qədər gözləmək, bir əbədiyyət 

qədər gözləmək, həddindən artıq çox gözləmək, həddindən ziyadə 

gözləmək, ölüncə gözləmək, ömrünün axırına qədər gözləmək və s.; 

görmək – çox görmək, tez-tez görmək, gözünü yağır eləmək, dəfələrlə 


 

 

 



426

görmək, lap çox görmək, olduqca çox görmək, hər gün görmək, hər dəqiqə 

görmək/gözlərinin qarşısında olmaq, hər zaman görmək, allahın verən günü 

görmək, təkrar-təkrar görmək, yüz dəfə görmək, min dəfə görmək, milyon 

dəfə görmək, tez-tez müşahidə etmək, dəfələrlə seyr etmək, aylarla/illərlə 

müşahidə etmək və s. Buraya çoxlu spesifik qavrayış fraqmentlərini fərdi-

emosional təəssüratları da əlavə etmək olar: Dəryaya qan-yaş 

tökərəm/dolunca gözlərəm səni. / Sürünərəm dizin-dizin/yolunca gözlərəm 

səni (Yunus İmrə). “Xəstəxana məktəbin iki metrliyindədir” mülahizəsini 

də kiçiltmə mübaliğələri ilə  aşağıdakı alternativlərlə müxtəlif  şəkillərdə, 

fərdi və ümumiləşdirilmiş qavrayış modelləri ilə reallaşdırmaq, təxmini 

çoxluqların sayını artırmaq mümkündür. “Xəstəxana ilə  məktəb arasında 

heç beş addım yoxdur”, “Xəstəxana məktəbin beş addımlığındadır”, 

“Xəstəxana məktəblə lap böyür-böyürədir”, “Xəstəxanadan məktəbə bir-iki 

dəqiqəlik yol/məsafə var” və s.  “Çox deyil”, “çox olmaz”, “lap az olar” 

formaları da bu silsilənin içindədir. Bütün dillərdə kiçiltmə, azalan 

mübaliğə (Untertreibung) imkanları var və onlar yanaşı, paralel 

adlandırma-ifadə formalarına qoşularaq müəyyən qavrayış mikrosahəsi 

formalaşdırır. Müasir alman dilində “Bis zum Opernhaus ist ein 

Katzensprung” təklifini “Bis zum Opernhaus ist es ganz nah von hier”, “Bis 

zum Opernhaus ist es nicht ganz weit von hier”, “Dazu braucht man zwei 

Minuten Zeit”, “Bis zum Opernhaus ... brauchen Sie/braucht man zwei 

Sekunden” və  s.    kimi  müddəalar  şəklində parçalamaq olar. Lakin elə 

buradaca əlavə etmək lazımdır ki, qeyd olunan mümkün və qeyri-mümkün 

alternativlərə, variativ dil-adlandırma formalarına, fərdi-innovativ 

dərkəetmə yaradıcılığına baxmayaraq, dünyanın heç bir dil, heç bir 

ünsiyyət mədəniyyəti bu ifrat yaxınlıq,  şişirdilmiş minimallıq duyğusunu 

Azərbaycan dilinin Şəki dialektində olduğu qədər sərrast və dahiyanə 

qavrayışla ifadə edə bilməz. Almanların  şvablarını, bolqarların 

qabrovalılarını min illərlə arxada qoyan (mübaliğə!)  şəkililər lap yaxında 

olan bir şeyi özlərinə məxsus bir şirinlik və şəxluqla belə ifadə edər: “Odur 

ey, lap yaxındadır ... əlinin içində!”  Şəkililiər bunu daha artıq konkret 

əyanilik və emosionallıqla dilə  gətirər. Mübaliğə ilə metaforanın belə çox 

yaxın assosiativ qavrayışına nail ola bilən ikinci bir ifadə  şəkli tapmaq 

qeyri-mümkündür. “Bir tikə çörək ye”, “Bir stəkan çay içək”, “Dünya beş 


 

 

 



427

gündür”, “Dünya üç gündür” (Osmanlı türkcəsində) kimi əks mübaliğələrdə 

dil istehlakçısını birbaşa, bütöv təəssüratdan yayındırmaq aldanışları 

yaşayır.  

Mübaliğəli, təhrif olunmuş dil situasiyalarının zənginliyini, gerçəklik 

dəyərlərinə uyğun gəlməyən dil-düşüncə faktlarının genişlik  və 

rəngarəngliyini aydın təsəvvür etmək üçün daha  bir neçə nümunə. Bütün 

dillərdə leysan yağışlarının güc və intensivliyini, yağmurun  şiddətini 

göstərmək üçün çoxsaylı ifadə formaları, dil-ifadə eksperimentləri var. 

Almanlar göylə yeri birləşdirmiş kimi görünən gur, şıdırğı yağışı, leysanın 

şiddət və intensivliyini belə ifadə edirlər: Es regnet wie in Strömen, Es 

regnet wie mit Mulden, Es regnet wie aus Scheffeln. Türklər “bardaqdan 

tökülmüş kimi yağan” yağışdan bəhs edər. Təbiidir ki, metereoloji hadisə, 

konkret maddi-fiziki substansiya başqa heç cür verballaşa bilmədiyindən 

dil müqayisə, bərabərləşdirmə  və  fərqləndirmə  məntiqinə müraciət edir, 

qeyri-dəqiq gerçəklik təəssüratını gücləndirmək, dəfələrlə çoxaltmaq, 

reallığı böyütmək, birbaşa informasiyadan kənarda qalan çoxlu əlavə 

informasiyaları imitasiya etmək zərurəti və  məcburiyyətində qalır. 

Azərbaycan dili insanı göz açmağa qoymayan, səma ilə yeri bir-biri ilə 

qovuşdurmuş kimi görünən, bütövləşmiş, qırılmaz bir  arğacı, spiralı 

xatırladan oxşar situasiyanı bir meto-həssaslıq və duyum-ölçü romantikası 

ilə belə rəsm edir. “Elə yağır / elə bərk yağır ki, tut ucundan çıx göyə.” Elə 

bir dil təsəvvür etmək mümkün deyil ki, “Elə yağır ki, ucundan tut çıx 

göyə” təəssürat və qavrayışını bir sözə sığışdıra bilsin. Yaxud elə yağır ki, 

elə bil göydən vedrə ilə tökülür”. Hadisənin, prosesin intensivliyini 

nümayiş etdirmək üçün “leysan”, “çiskin”, “şıdırğı yağmaq” kimi dil 

formaları köməyə gəlir. Ərindən ən çox az qazanc gətirdiyinə görə narazılıq 

edən Azərbaycan qadını ona irad tutaraq deyir: “Camaat dəvəni karvanı ilə 

udur, sən də  uşaqlara iki kitabı sata bilmirsən.” Ya da: “Evinə bir ovuc 

başaq gətirməyə qorxursan.” Yəqin ki, bütün xalqların ünsiyyət vasitələri 

arsenalında belə bir universal dil-düşüncə (və aldanış) modeli yaşayır: “Heç 

ölüm də bizi bir-birimizdən ayıra bilməz”; “Selbst der Tod kann uns 

voneinander nicht trennen”. Dillər bir-biri ilə yalnız söz mübadiləsi etmir,  

bir dildən başqa dilə həm də xalqların düşüncə tərzinin elementləri, duyğu 

və qavrayış modelləri keçir, bütöv fikir fiqurları, innovativ ünsiyyət 


 

 

 



428

ənənələri ötürülür. Gerçəklik fraqmentləri dildə nə qədər təxmini, nisbi və 

qeyri-adekvat şəkildə ifadə olunsa da, dil və ünsiyyət aspektləri, leksika və 

sintaksis arasında daim qarşılıqlı  təkmilləşmə, sahmanlaşma və sazlaşma 

prosesi gedir. Mübalığə fiqurunu bütövlükdə insanın gerçəkliyi öz arzu və 

xəyallarına, gözləyiş, iradə  və ehtiraslarına uyğunlaşdırmaq, reallığa öz 

xeyrinə  əlavələr etmək, dünya mənzərələrini “təftiş etmək” cəhdi kimi 

dəyərləndirmək olar.  

 Kiçiltmə mübaliğələrində, aşağıya doğru dil tədqiqlərində  də eyni 

reallıq və  işarə aldanışlarını izləmək mümkündür. Adamlar müqabil tərəfi 

qərar qəbul etməyə  həvəsləndirmək, situasiyanı keçməyin kifayət qədər 

asan və rahat olması illüziyasini yaratmaq məqsədilə reqressiv, anti 

mübaliğələrdən də geniş istifadə edirlər. Azərbaycanlılarda  əməlli-başlı, 

mükəmməl yeyib içməni,  əsil qonaqlığı, bəlkə  də ziyafəti nəzərdə tutan 

məşhur bir dil-ünsiyyət  ritualı var: “Gedək  bir stəkan çay içək”. Yaxud: 

“Gedək bir loğma çörək yeyək”. Həmin dil-ünsiyyət formaları “Səninlə bir 

ton çörək yemişik!” tipli qavrayış formullarından heç də az tutmlu və ya az 

emosionnal olmur. Almanlar “Ich habe keinen Tropfen Wasser getrunken”, 

“Wir haben bis jetzt kein Bissen Brot gegessen” kimi mənfi işarəli, geriyə 

mübaliğə formalarından, azaltma, çıxma fəndlərindən istifadə edər. 

Almanlar kiçik ölçü, məhdud məsafə qavrayışını “pişik addımı”, “pişik 

sıçrayışı” (Katzensprung) ilə müqayisə edər, bunu bir “ölçü vahidi”, 

minimal qavrayış etalonu kimi qəbul edər (Mein Freund wohnt einen 

Katzensprung weit von unserer Universität). Kim bilir, bəlkə  də tükü 

tükdən seçən almanlar müasir nano-texnologiyalara elə bu dil 

qavrayışından, işarə metaforasından gəlmişlər?! Azərbaycan dilində gerçək 

hadisəni, faktı, təfərrüatı  qəsdən kiçildən, daha doğrusu,  ən kiçik ölçü, 

kəmiyyət, miqdar prizmasından böyüdən belə ifadə formaları mövcuddur: 

“Hələ indiyə  qədər onun bir adamla bir loğma/bir tikə çörək kəsdiyini 

görən olmayıb.” “Bu işi görmək bir qurtum su içmək qədər asandır”, “Bir 

damcı araq içsən heç nə olmaz”, “Çox yaxşı qızdır, hələ indiyə qədər onun 

üstünə bir çivin də qonmayıb” və s. 

  Gətirilən nümunələrə diqqətlə nəzər salsaq görərik ki, təsvir olunan 

vəziyyətlərdən bir çoxu heç də  həqiqi vəziyyətləri ifadə etmir. Onlar dillə 

yaranan, min dəfələrlə kiçildilmiş, sərhədləndirilmiş virtual reallıq 


 

 

 



429

şəkilləridir. Gerçəkliyin məhz dillə təqdim olunan mümkün aşağı yayılanlıq 

versiyalarıdır. Qeyd etdiyimiz kimi, dil elə dərketmə, koqnisiya vasitədir ki, 

duyğu orqanlarımızla təqim olunan əsas informasiyalardan kənara çıxmağa 

kömək edir, alternativ çoxluq reallıqları yaratmağa, onları linqvistik 

cəhətdən müxtəlif  şəkillərdə konstruksiya etməyə imkan yaradır. 

Sinonimliyin, paralel-müvazi adlandırma və ifadə formalarının davamı olan 

perifraz  şəkilləri, o cümlədən də mübaliğələr qeyri-səlis çoxluqların və 

təxmini mühakimələr məntiqnin əsaslarından birini yaradır.   

Reallıqda “yağış damlalarından tutub yuxarı qalxmaq” və ya “kimisə 

bir  əbədiyyət qədər gözləmək” kimi situasiyalar olmur. Bunlar dillə, dil 

vasitələrinin köməyi ilə yaranan, əslində dilin fikir limitini aşan ifadə 

şəkilləridir. Başqa sözlə, həqiqi reallıqlar deyil, işarə proyeksiyalarıdır, 

linqvistik reallıqlardır. Görünür, dil reallıqlar gerçək reallıqları tamamlayır 

və genişləndirir, insan düşüncəsinin, təəssüratın, təsəvvürlərin 

rəngarəngliyini və bütövlüyünü təmin edir. Dünyanın bir bütöv halında 

dərk olunmasına, konstruktivizmə yol açır. Daxili semantikanın, xəyali, 

təsəvvür olunan reallıq mənzərələrinin dərketmə, təsəvvür proseslərinə cəlb 

olunması onun imkanlarını, qavrayış potensialını  əhəmiyyətli dərəcədə 

yüksəldir.  İşarə substratı, nəhayətsiz, bitməz, tükənməz dil oyunları 

fikrin,mülahizələrin, təkliflərin sərhədlərini genişləndirmək axtarışları, 

koqnitiv fəallıq və  təşəbbüskarlıq alətidir. Biz referens olaraq yalnız 

konkret, vizual, eşidilən, aydın qavranılan obyektləri seçmirik, 

mətnyaratma prosesində həm də reallıqda olmayan, müşahidəyə  gəlməyən 

“sehirli güzgü”, “div”, “küpəgirən qarı”, “simurq quşu”, “uçan xalça”, 

“dirilik suyu”, “divin canı saxlanan şüşə”, “sehirli başmaqlar” və s. kimi 

virtual, xəyali varlıqlara istinad edirik. Mücərrəd obyektləri də referens 

kimi qəbul edib mənimsəməyə çalışırıq. Fantastik əsərlər deyilən əsərlərdə 

reallıqda olmayan hadisələrin, anlayışların, predmetlərin geniş təsvirinə rast 

gəlirik. Həqiqətə, reallığa qarşı yalnız mütləq yalanı qoymuruq, miflərdən, 

utopiyadan, bədii həqiqətdən, poeziyadan, əfsanələrdən, nağıllardan bəhs 

edirik. Hətta konseptual metaforalar vasitəsilə belələrindən bir çoxunu 

elmi-intellektual düşüncəyə, fikir dövriyyəsinə cəlb edirik. Məhz semiotik 

sistemlərin, o cümlədən də dil işarələrinin yayılanlığı ilə  dərketməni belə 

geniş sferalara çıxarmaq mümkündür. Saxta tarixlər, miflər, ideologiyalar 


 

 

 



430

yaradanlar, pluralistik, çoxölçülü, çoxsəviyyəli reallıqlar quraşdıranlar, 

həqiqətə çox oxşayan çeşidli yalanlar icad edənlər məhz dilin bu işarə-oyun 

stixiyasına minnətdar olmalıdır. 

Dilin, dil işarələrinin energetik güclərini, yüksələn intensivlik 

ətalətini qarşılayan mübaliğələri dilin mifalojisi, yaradıcılıq potensialının 

göstəricisi kimi qiymətləndirmək olar. Artan, çoxalan yayılanlığın son 

yuxarı, zirvə  həddini nişan verən mübaliğə  və azalan, aşağı  dərinlik, 

qurtaracaq sərhədlərini göstərən litota dərketmənin çərçivələrini müəyyən 

edir.   


Böyük Azərbaycan  şairi Məmmədhüseyn Şəhriyarın belə bir sərrast 

müşahidəsi var: “Mənim çox qəribə xalqım var: gen vaxtda  biri bir 

darvazadan keçə bilməz, dar ayaqda isə hamisı iynənin gözündən keçər”. 

Göründüyü kimi, mübaliğə, maksimallaşdırma prizmasından qavranılan və 

sanki montaj olunan gerçəklik fraqmantləri,  şeylərin, hadisələr məntiqinin 

həqiqi nizamını  əks etdirmir, linqvistik vasitələrlə yeni reallıq,  əsl 

reallıqdan da artıq bir reallıq tapıntısı ilə üzləşirik. Təzadla daha da 

dinamikləşən, bütün hüdudları  və gözləyişləri aşan orijinal bir situasiya 

quraşdırılır. “Onların bir yerdə  dəfn etdilər. Ölüm də bu iki gənci bir-

birindən ayıra bilmədi” söyləmində də eyni linqvistik aldanış-konstruksiya 

yaradıcılığı ilə üzləşirik. Dil işarələri, ilk növbədə mübaliğə qavrayışı 

dəhşətli, məşum bir hadisəni, insan faciəsini xoşbəxt, arzuolunan bir tale, 

hamının təkrarlaya biləcəyi cəlbedici bir reallıq, qibtəedici bir situasiya 

halına gətirir. Mübaliğəli düşüncə-dil modelində formalaşan və dini-

manipulyativ məzmun daşıyan “O, ölmədi, vətən yolunda özünü qurban 

verdi”, yaxud “Qəhrəmanlar ölmürlər”, “Şəhidlikdə  həyat var” tipli 

deyimlərdə dil aldanışı  hətta real həyat qüvvəsinə, mövcudluq ehtirasına 

qalib gəlir, insana bihuşedici təsir göstərməklə gerçəklik hissini, hər cür 

müqavimət, özünümühafizə reaksiyalarını keyləşdirir, dünyanı başqa rəng 

və biçimlərdə göstərir. Qarşısıalınmaz təlqinedicilik, fədakarlıq enerjisi 

doğurur. İnstinktiv insan özünü sanki təmamilə yeni bir mühitdə, yeni bir 

yüksəklikdə hiss edir, ağıllıların ona tərk etdiyi bu xoşbəxt fürsəti  əldən 

verməməyə  tələsir. Xüsusilə dini və estetik eksistensiya içində yaşayan, 

həm də  təbiətən cəsur, inam və etiqad məntiqi ilə yaşayan insanlar 

yanılmalara daha çox məruz qalır, hətta bəziləri bu dil aldanışı ilə 


 

 

 



431

qumbaranı, partladıcı maddəni belinə bağlayıb rahatlıqla ölümə gedir və 

nədənsə, mən qəti əminəm ki, adi “realist” adamlara nisbətən daha az ağrı 

hiss edirlər. Görünür şüurun qapanması, ekstaz, vəcd halı şok, qorxu hissini 

neytrallaşdırır, heçə endirir, bəzən isə tamamilə aradan qaldırır. “Dil 

cənnətində” hər  şey adi, təbii və  cəlbedici görünür. Dünyanı  bədii 

obrazlarla əks etdirən söz sənətinin, folklor yaradıcılığının təkrarsızlığı da 

məhz elmi təfəkkür, rasional qavrayış, idrak üsulları ilə müqayisəedilməz 

dərəcədə  rəngarəng, çoxölçülü, yayılan dünyalar, həqiqi və virtual reallıq 

alternativləri yaratmaq gücündədir. O şey ki, rasional təfəkkürlə  dərk oluna 

bilmir, qeyri-adi, irreal güclər işə düşür. Metafora və mübaliğələrdə dilin 

irrasionallığı, mistikası xüsusilə aşkar görünür. 

Kəmiyyət və keyfiyyət həddlərinin böyüdülməsi ilə gerçəkləşən 

ifadə  şəkilləri ilk növbədə qavrayışın kəskinliyindən, qeyri-standart 

düşüncə tərzindən xəbər verir, fikrin parlaq və intensiv ifadəsinə, müqabil 

tərəfin psixikasina fəal təsir göstərmək intensiyasına hesablanır. Ata 

fərasətsiz, yarıtmaz oğlunu fəaliyyətə  təhrik etmək, hərəkətlərini 

stimullaşdırmaq məqsədilə dolayı, qeyri-müstəqim dil- ifadə forması, nitq 

davranışı ilə ona daha yaxşı  təsir edə biləcəyinə inanır: “Sənin tayların 

dünyanı dağıdır, sən isə öz başına da çarə  qıla bilmirsən!” Xaqaninin 

gərçək həyat həqiqətlərindən, öz şəxsi həyatının məşəqqət və əzablarından 

bəhs edən “Bənzəyir kündə ayağımda dəyirman daşına / Qanlı göz yaşımla 

işlər bu dəyirmanım mənim” misralarında da mübaliğə qavrayışının 

yaratdığı parlaq hissiyyat və  dərin intensiv təəssürat, təsir və  təlqin gücü 

yaşayır. Gerçəkliyə  fəal hissi müdaxilə sayəsində  əsrlərin qaranlıqları 

arxasından canl sözün sönməyən işığı görünür. İmadəddin Nəsimi “Məndə 

sığar iki cahan mən bu cahana sığmazam” deyərkən heç dilə  də  sığmırdı, 

bunu ifadə edirdi. F. Şillerin “gözünü qan örtmüş”, həyatı sakit, sağlam və 

adi praqmatik məntiqlə qavramaq “müvazinətindən” çıxmış dəliqanlı, həm 

də kifayət qədər müdrik qəhrəmanı sevgilisinə tam qətiyyət və inamla 

deyir: “Wir gehörn einander, wenn auch Berge und Täler 

zusammenkämen!” (“Dünya məhvərindən qopsa, dağlar, düzlər bir-biri ilə 

qovuşsa da, sən mənimsən!”). Məşhur “Kitabi-Dədə Qorqud” dastanında 

Qazan xana kömək etmək istəyən Qaraca Çobanın nəhəng ağacı köklü-

köməcli yerindən çıxarıb düşmən üstünə yeriməsi virtual situasiyasında da 


 

 

 



432

eyni dil-ifadə  məntiqi, daha doğrusu, “məntiqsizliyi”, hərəkət, fəaliyyət 

genetikası işə düşür. Açıq-aşkar bu qeyri-real, ölçüsüz təsvirdə diqqəti cəlb 

edən odur ki, dil aldanışı, dil məntiqi virtual situasiyanı təmamilə yeni rəng 

və ölçülərdə  təqdim və  təsbit edir. Dil tamamilə real, gerçək situasiyaları 

eyni üsul və vasitələrlə dəf edir. 2007-ci ilin yanvarından yeni il bayramları 

qurtaran kimi qiymətlərin, xüsusilə enerji daşıyıcılarının qiymətlərinin üç 

dəfədən də çox artmasından sonra mübaliğəyə meylli azərbaycanlılar 

“bazarın od tutub yanması” haqqında daha tez-tez və daha həyəcanla 

danışmağa başladılar. “İndi kasıblar işıqpulunu verib ya acından ölməli, ya 

da işıqdan imtina edib soyuqdan donmalıdır kimi müxalifət mübaliğələri 

bazardan da artıq od tutub yandı. “Kənddə çoxları işıqdan imtina edib qara 

çıraq yandırırlar”. “Tarif şurası xalqı feodalizm dövrünə qaytardı”. 

Gerçəkliyə ifrat-aşırı münasibət qavrayışın hüdudlarını  aşır, orijinal, qəfil 

mübaliğələr sosial hərarətin göstəriciləri, simptomları kimi çıxış edir. 

Sosial hərarət isə özünü çox gözlətmədən ağrılar, fəsadlar törədir, dərhal dil 

vəsaitlərinə  də sirayət edir, onun daxili ritmini dəyişir. Qeyri-müstəqim 

ifadə formalarının (uneigentliche Rede), xüsusilə 

məcazların 

mübaliğələşməsi dil energetikasının, onun daxili həyəcan və 

ekspressivliyinin güclənməsinin  əlavə stimuluna çevrilir. Ümumiyyətlə, 

dil-üslub vasitələri, ritorik fiqurlar sırasında məhz mübaliğələrdə 

cəmiyyətdəki dəyişmələr, təbəddülatlar daha həssas  şəkildə  əks olunur, 

toplumun  əhvali-ruhiyyəsi, mənəvi-psixoloji fəallığı, hadisələrə çevik-

emosional reaksiyaları, onların müxtəlif intensivlik dərəcələri üzə  çıxır. 

Yayılanlıq davamlı olaraq yüksələn xətlə yuxarıya doğru genişlənir. 

Mübaliğə heç bir dil-üslub fiqurunda olmayacaq dərəcədə birbaşa 

informasiyanın hüdudlarından kənara çıxaraq mental-iradi mahiyyət kəsb 

edir. Mübaliğə  və  şiddət formalarının adətən asan qavranılması  şəffaflığı 

onları operativ, eyni zamanda fəal dil-ifadə mexanizmlərinə çevirir. 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin