nöqtələrinin yerini, koordinatlarını nişan verir. Bir ikonik işarə olaraq
metaforada parlaq ekspressivlik var.
Verballaşma səviyyəsində ritorik fiqurlar və onların rəngarəng
kombinasiyaları obrazlı-assosiativ çoxluqları predmet və hadisələrin real və
potensial əlaqələrinin sayı qədər artırır. Beləliklə də digər linquistik
qiymətləndirmə vasitələri ilə birlikdə və sıx əlaqədə, fəal funksional-
praqmatik əməkdaşlıqda yaradıcı insanın dərketmə imkanları aramsız
olaraq yeni stimullar, impulslarla durmadan zənginləşib genişlənir.
Metafora qlobal qavrayışı gəlişdirir, idrakın real-maddi əsaslarının
bünövrəsini hazırlayır. Bu kontekstdə başa düşmək olur ki, nəyə görə
imaginativ reallıq, dilin yaratdığı və xeyli zənginləşdirdiyi işarə-obraz
reallığı və dildə yaşanan, qavranılan dünya gerçək dünyadan, əsil reallıqdan
daha cazibədar və zəngin görünür. Dəyişmiş, dəyişdirilmiş reallığa maraq
513
həmişə daha füsünkar və valehedici olur. Həmin orijinal, xəyali, “əlavə-
alternativ” reallıqları bizə daha çox və daha aydın, müəyyənləşmiş şəkildə
duyğu orqanlarının verdiyi informasiyaların sərhədlərini aşıb-keçə bilən,
ondan çox-çox kənara çıxa bilən dil işarələri, daxili semantika diktə edir.
Qeyd etmək lazımdır ki, metaforaya birmənalı şəkildə, bir dil-işarə
avtomatizmi ilə “bəzək-düzək vasitəsi” (Schmuckmittel) və ya bu fikrin
tamamilə əksinə olaraq “faktın çatışmamasının doğurduğu qüsur” kimi
baxanlar var. (A. Məmmədov, M. Məmmədov, 49) Bütün funksional
üslublara, diskurs tiplərinə münasibətdə heç də universal olmayan belə
fikirlərə adi məntiqlə dəqiq, birqiymətli şəkildə cavab vermək qeyri-
səmərəlidir. Həmin mövqeləri yalnız qeyri-səlis, yayılan məntiqlə
“tamamilə doğru deyil”, “o qədər də doğru deyil”, “o qədər də / bir o qədər
də yalan / yanlış demək olmaz, heç də tamam yalan deyil”, “doğru, düzgün
olmayan”, “heç də / qətiyyən doğru/ düzgün olmayan”, “bir az doğru” və s.
kimi linquistik qiymətlərlə, onların kompleksi ilə nisbətən bitkin əhatə
etmək olar.
Heç nə faktların genişliyinə və müxtəlifliyinə əsaslanmayan elmi
fikir qədər perspektivsiz olmur. Bu başqa məsələ ki, düzgün olmayan söz
seçimi mülahizənin doğruluğunu, düzgünlüyünü şübhə altına aldığı,
informasiya təklükəsizliyini zəiflətdiyi kimi, düzgün işlədilməyən, yerində
olmayan məcazlar, digər ritorik fiqurlar və bunlara müvafiq olaraq aparılan
koqnitiv əməliyyatlar da səmərəsiz, yararsız olur, onsuz da natamam, qeyri-
səlis insan nitqinin dəqiqliyini, sərrastlığını bir qədər də azaldır. Bəzən
nəzərə çarpacaq dərəcədə azaldır. Tamamilə doğrudur ki, mətndə yalnız
bəzək-düzək vasitəsi, kosmetika kimi işlənən metaforalar da var və bunlar
bəzən hətta çoxluq təşkil edir. Faktın çatışmazlığı və ya qıtlığından, birçox
hallarda, əksinə, artıqlığından doğan metaforalar da var. Əlbəttə, xüsusilə
elmi və siyasi, diplomatik diskurslarda fikrin, ideyanın yoxluğunu,
paradoksallığını, çatışmazlığını kompensə etmək üçün dövriyyəyə qatılan
metaforalar daha çoxdur. Digər qeyri-səlisçoxluqlara xeyli sayda mümkün
obrazlı-assosiativ çoxluqlar da əlavə olunur ki, bu da sistemi zənginləşdirir,
təxmini mühakimələrin meydana gəlməsi üçün daha geniş və əhatəli
linquistik baza hazırlayır. Qeyri-səlis məntiqə görə, məna, konkret
linquistik qiymətləndirmə subyektivdir və mətndən, situasiyadan asılıdır.
514
“Xalidə gözəldir” sözləri ilə başlayan valehedici, məftunedici bir
türk-kərkük mahnısı var. Xalidə gözəldir/ Zülflərin düzəldir/ Onu bəndən
çok sevən yok/ Xalidə gözəldir/ Xalidənin yüzü/ gözəldir hər sözü / Bir gün
görməsəm/ O qara gözü / Dəli ollam düzü..../ Gözlərini süzmə/ Ürəyimi
üzmə/ Sen de bensiz dözmə/ Xalidə, Xalidə...” Yəqin ki, bu poetik
təqdimatda Xalidə əsl, mütləq gözəllik idealı kimi təsəvvür olunur. Hər
kəsin öz gözəl və gözəllik idealı var. Və dünyada gözəl olan yalnız Xalidə
deyil. Ondan da gözəl, lap gözəl, olduqca gözəl, gözəldən də gözəl, qənirsiz
gözəl, misilsiz dərəcədə gözəl Xalidələr, Validələr, Pərvinələr, Pərvanələr
var. Lakin konkret subyektiv təəssürat və yaşantı parlaq, əlahiddə hissi
qavrayış Xalidəni danışanın nəzərində, məhz danışanın, sevənin nəzərində
dünyadakı qızların ən gözəlinə, ən sevimlisinə çevirir. Gözəllik linquistik
dəyişəni və onun qiymətləri fəal surətdə “sevgi”, “məhəbbət” linquistik
dəyişəni və onun qiymətləri ilə birləşir, vahid, ümumi koqnitiv səmtə
yönəlir. Diqqətlə fikir versək görərik ki, həmin nəğmə - şerdə “zahiri
gözəllik” linquistik dəyişənini xarakterizə edən çox az sözlər yer alır.
Əslində bütöv mətn daha yüksək mücərrədlik və ümumilik səviyyəsində
zahiri gözəlliyi səciyyələndirən qeyri-səlis çoxluq işarələrindən birinə
çevrilir. Şübhə etməmək olar ki, dil sistemində mövcud olan heç bir qeyri-
səlis qiymət çoxluğu , qiymət dərəcəsi “gözlərini süzən”, “qara zülflərini
düzəldən” konkret, təkcə gözəlin cazibədarlığını belə misilsiz subyektiv-
hissi çalarda, parlaq və təsirli virtuallıqda ifadə edə bilməz. Digər tərəfdən
ilkin termlə, linquistik qiymətlə qeyd olunan, nişanlanan “Xalidə gözəldir”
“neytral” versiyası müvafiq semantik interpretasiyada öz təbii təlqin gücü
və təəssüatı ilə hər hansı bir şişirdilmiş, mübalgiləşdirilmiş qiymət
versiyasını, qiymət variantını da geridə buraxa bilər. Onu hamıdan çox
sevən aşiqin nəzərində heç bir artırıb-əskiltməyə, gözələ “həqiqi” qiyməti
verməyə ehtiyac yoxdur. Biz hansı linquistik qiymətdən istifadə etsək də,
onların hamısını eyni vaxtda istismara buraxsaq da, təəssüratın tam
obyektivlik və tamlığına, mükəmməlliyinə nail ola bilməyəcəyik. Heç bir
birmənalı əlamət ifadə etməyən, gözəllik dəyişəninin konkret linquistik
qiyməti, dəyər ölçüsü kimi reallaşa bilməyən “dəli olmaq”, “o qara gözləri
görməməkdən dəli olmaq”, “ağlını itirmək”, “ürəyini üzmək” kimi
impulsiv müdaxilələr sonadək verballaşa bilməyən, dərk olunmayan
515
referensiyaya işarə edir və növbəti, təkrar qavrayış aktında yenə də ondan
müəyyən qədər yayınır, uzaqlaşır. Artıq qeyd etdiyimiz kimi, əslində qeyri-
səlisliyi, yayılanlığı aradan qaldırmalı olan mətn bu parçada, bu ardıcıllıq
və sırada yeni, daha artıq yayılanlıq mənbəyinə çevrilir. “Zahiri gözəllik”
linquistik dəyişənini xarakterizə edən qiymət dərəcələri, qiymət hədləri və
versiyaları son hədlər kimi deyil, yalnız qeyri-səlis məntiqin fərqləndirdiyi,
fərqləndirə bildiyi çoxsaylı, çoxçalarlı ehtimal versiyalarını göz önünə
gətirir, təxmini mühakimələri, fərqli müddəaları formalaşdırır və təsbit edir.
Biz heç vaxt görmədiyimiz, ola bilsin ki, bəyənmədiyimiz, təqdir
etmədiyimiz türk-kərkük gözəlini indiyə qədər gördüyümüz sonsuz sayda
gözəl qızlarla bir obrazda birləşdirir və onlardan ayırırıq.
Təxəyyülümüzün, zövqümüzün bütün gücünü və gücsüzlüyünü işə salırıq
və sonda yenə də istədiyimizi tam, bütün dolğunluğu ilə ifadə edə bilmirik.
Sözün tamahı ilə yaşayırıq.
Indi əvvəllər də müxtəlif münasibətlərlə araşdırdığımız “gözəllik”
linquistik dəyişəninin qiymətlərini bir qədər də sistemləşdirməyə,
genişləndirməyə və bu yarusda obrazlı-assosiativ qiymət çoxluqlarının
yerini müəyyənləşdirməyə çalışaq: Xalidə və ya gözəl hesab edilə bilən
başqa bir gözəl qızın qiymətləndirilməsi, ümumiyyətlə gözəl qadınların və
qadın gözəlliyinin qiymətləndirilməsi qadın gözəlliyini qiymətləndirməyə
qaxışan kişilərin sayı qədər genişlənəcək, aksioloji modalliglar kəsb
edəcək. Dərketmənin subyektivliyini nəhayətsizliyini, ehtimalların
çoxçalarlığını əks etdirəcək.
X. gözəldir – X. gözəl qızdır, X. çox gözəl qızdır, X. olduqca gözəl
qızdır, X. lap gözəl qızdır, X. demək olar ki /tamamilə gözəl qızdır, X. əla
qızdır, X. əladan əla qızdır, X. gözəllər gözəlidir, X. dünya gözəlidir X.
olduqca/ dedikcə gözəl qızdır, X. qənirsiz qızdır (Onun qənirsiz gözəlliyi
var), X. heç kəslə müqayisə olunmayacaq dərəcədə gözəl qızdır, X.-in
gözəllikdə tayı-bərabəri yoxdur, X. daha gözəl qızdır, X. cazibədar qızdır,
X. olduqca cazibədar qızdır, X. lap cəzibədar qızdır, X. tamam-kamal
cazibədar qızdır, X. füsunkar qızdır, X. lap/ dedikcə cazibədar qızıdır, X.
olduqca cazibədar/ əsrarəngsiz, əvəzsiz, əvəzolunmaz, qənirsiz... qızdır;
[X. ceyran kimi qızdır, X. elə bil ceyrandır, X. lap ceyrana oxşayır/
bənzəyir, deyərsən ki, ceyrandır, sanki ceyrandır, ceyrani xatırladır, ceyrani
516
andırır, X. ceyrantək qızdır, X. ceyrandır; X. maral kimi qızdır, deyərsən ki,
maraldər, elə bil ki, maraldır, marala bənzəyir/ oxşayır, marali andırır/
xatırladır, lap maral kimi qızdır, sanarsan ki, maraldır, X. lap/ tamam maral
kimi qızdır, X. sanki maraldır, X. maraldır-maral; X. sona kimi/ durna
kimi, tovuz/ tovuz quşu kimi qızdır, X. sonanı/ yaşılbaş sonanı, durnanı,
tovuzu/ tovuz quşunu xatırladır/ andırır, X. elə bilki, sonadır\ durnadır,
tovuz/ tovuz quşudur, tovuz quşu kimi qızdır, X. durnadır/ turacdır/ turac
quşudur/ qumrudur/ deyərsən ki, qumrudur; ay kimi qızdır, gün kimi qızdır,
elə bil/ deyərsən aydir, Gündür/ Günəşdir/ Aya deyir sən çıxma mən çıxım,
Günə deyir sən çıxma mən çıxım; Veneradır, Məltəmdir, Kleopatradır,
Deyərsən ki/ Elə bil ki, sanki Veneradır/ Məltəmdir, Kleopatradır, Leyla
Bədirbəylidir, Nəzrin tək gözəl qızdır, Ağ mayadır, elə bil ki, ağ mayadır,
Deyərsən/ sanki, sanarsan ki, ağ mayadır; O güldür/ çiçəkdir, O gül kimi/
çiçək kimi qızdır, O gülə/ çiçəyə bənzəyir/ oxşayır, Deyərsən ki/ sanki
güldür/ çiçəkdir, lalədir, reyhandır, bağçalrın gülüdür] və s.
Göründüyü kimi, böyük mötərizə içərisində verilən alternativlər
obrazlı-assosiativ sferanı əhatə edir. Əlbəttə, nə həqiqi, birbaşa linquistik
qiymətlər, nə də obrazlı-assosiativ çoxluqlar bu deyilənlərlə bitmir.
Yerindən, məqamından, konkret qavrayış aktından, situasiyadan asılı olaraq
genişlənmə, çoxalma, şaxələnmə və təkrar törəmə, habelə təkzib imkanları
kifayət qədərdir. Müsbət, pozitiv dil xarakteristikası, “hə” qütbü həmin
ilkin term ətrafında qruplaşma, toplaşma semantik-emosional dərəcələnmə
və şaxələnmə üçün geniş əsaslar yaradır, dil istifadəçisini dərketmənin
geniş üfüqlərinə istiqamətləndirir. Başqa linquistik dəyişənlərdə olduğu
kimi “zahiri gözəllik” linquistik dəyişəninin, real linquistik qiymətlərin
anlanması, dərəcələnməsi və çalarlanması daha çox positiv əlaqələri
aramaq səmtində cərəyan edir. Linquistik qiymətləri və onların real olaraq
anlaması yüksələn üzvlənmə xətti ilə gedir. “Yox” istiqamətində
genişlənmə, əks, qarşılıq term ətrafında yaranan qiymət çoxluqları da
mahiyyət etibarilə gözəlliyin, həqiqi, gerçək gözəlliyin dərkinə yönəlir.
Inkarlıq işarəsi mənfi olanı müsbətə doğru dəyişir. Əsl həqiqətdə əks qütb,
qənşər sahə üzərində toplanan qiymət çoxluqları anlanmaya, dərkolunmaya
tuşlanan dəyərlərin, əlamətlərin qeydləşməsinə, üzlənməsinə yox, ilkin
termlər arasındakı aralıq pillələrin, keçid hədlərin yaxınlaşmasına, ardıcıl
517
verballaşmasına xidmət göstərir. Təsadüfi deyil ki, bu məqamda dil geniş
miqyasda inkarlıq elementlərini, bölüşdürmə və birləşdirmə bağlayıcılarını
işə salır. Bununla da linquistik qiymətlər sinonim çoxluqlar dairəsindən
əhəmiyyətli dərəcədə kənara çıxır. Zahiri gözəllik fenomeninin dərk
olunmasında əsas koordinatlar olan ilkin-başlanğıc termləri (gözəl – gözəl
olmayan/çirkin) arasında geniş yayılanlıq, keçid sahəsi açılır. Zahiri
gözəllik dəyişəni bütün mümkün linquistik qiymətlər fonunda dərk olunur
və konkret vəziyyətdə onların biri ilə ifadə olunur. Heç şübhə yoxdur ki,
burada tam obyektiv, həqiqi bilikdən söhbət gedə bilməz. Ola bilər ki,
mahnıda təsvir olunan qız, hər hansı orta statistik gözəl, lap dünya gözəli
dediyimiz gözəl, bir çoxları üçün, məsələn, Xalidəni sevən, bəyənən
oğlanın təqdimatında olduğu kimi heç gözəl olmasın, bir çoxlarının
nəzərində əsil gözəllik etalonu olmasın, kimlərisə heç təmin etməsin.
“Gözəl” və “gözəl olmayan” (çirkin) qütbləri arasında dillə qavranılan və
təsbit olunan, çox vaxt gerçəklikdə olduğundan fərqlənən çoxlu təqdir və
təkzib variantları, alternativləri şəksizdir. Real həyat və münasibətlərdə
“gözəllik” (zahiri gözəllik) dəyişəninə “zahiri görünüş” kimi yanaşılması
birmənalı, adekvat dərk olunmasa da, qaçılmaz bir faktdır və görünür daha
doğrudur. Və buna görə də əsl və tam gözəllik xarakteristikasını həm də
“yox” istiqamətində - əks yayılanlıq müstəvisində axtarmaq gərəkdir.
Qeyri-səlis məntiqə görə “gözəl”, “çox gözəl”, “olduqca gözəl”, “gözəllər
gözəli”, habelə “qəşəng”, “yaraşıqlı”, “sevimli” kimi linquistik qiymətlər
gözəlliyi səciyyələndirən müxtəlif dərəcələr olduğu kimi “gözəl deyil”, “o
qədər də gözəl deyil”, “gözəl/tam gözəl olmayan”, “pis deyil”, “bəd deyil”,
“çirkin deyil”, “o qədər də çirkin deyil” kimi qiymət çoxluqları da
gözəlliyi, zahiri gözəllik dəyişənini səciyyələndirən müxtəlif dərəcələr,
hədlərdir. Mövcud linquistik qiymətlər, dil işarələri dəqiq, birmənalı yox,
yayılandır, qeyri-səlisdir, keçicidir. Biz “filankəs çox gözəldir” deməklə əsl
həqiqətdə konkret heç nə ifadə etmirik, gözəlliyin dəqiq, daha doğrusu, heç
vaxt dəqiq olmayan sərhəddini müəyyənləşdirə, ayıra bilmirik. Bu
yayğınlıq, ümumilik obrazlı-assosiativ çoxluqlarda diferensiallaşsa da,
dəyişsə də, geniş mənada onları da əhatə edir. Çünki, artıq qeyd etdiyimiz
kimi, sözlər, ifadələr əşyanın, hadisənin özü deyil, sadəcə olaraq onların
işarələridir, simvollarıdır.
518
“Yox” istiqamətində yayılma:
X. heç də lap gözəl\ cazibədar, əla, məftunedici, valehedici qız deyil,
X. çox da gözəl qız deyil, X. o qədər də gözəl qız deyil, X. lap elə də gözəl
qız deyil, X. sizin/ çoxlarının düşündüyü qədər də gözəl qız deyil/ gözəl qız
olmaz, X. heç də/ Sizin dediyiniz/ düşündüyünüz qədər gözəl qız deyil/
gözəl qız olmaz, X. heç də tamamilə gözəl qız deyil, X. əsla/ qətiyyən gözəl
qız deyil, X. (lap elə) ceyran kimi/ maral kimi; turac kimi, tərlan kimi qız
da deyil, X. tamam/ tamamilə ceyrana, marala, tərlana, turaca da oxşamır/
kimi qıza/ gözələ oxşamır, onu daha ceyrana/ tərlana, turaca, marala da
bənzətmək/ oxşatmaq olmaz; gözəldir/ yaxşıdır, amma Kleopatra da deyil,
Leyla Bədirbəyli, Nefertiti, Məltəm də deyil/ demək olmaz; X. çirkin qız
deyil, X. o qədər də çirkin qız deyil, X. o qədər də / bir o qədər də çirkin/
eybəcər, iyrənc, yaraçıqsız qız deyil, X. pis qız deyil, X. heç də pis qız
deyil, X. pis qıza oxşamır/ o qədər də pis qız deyil/ olmaz, X. qətiyyən/ əsla
pis qız deyil, X. dünyasında pis qız ola bilməz/ pis qız hesab etmək olmaz/
çirkin qız hesab eləmək olmaz/ mümkün deyil, X. heç də pis olmayan bir
qızdır/ çirkin olmayan/ adlandırıla bilməyən bir qızdır, (Zənnimcə) X. gözəl
olmaya bilməz/ heç də gözəl olmamış deyil/ qətiyyən, əsla gözəl olmaya
bilməz, X. əsla/ qətiyyən çirkin ola bilməz, adlana, adlandırıla bilməz; O
qədər də pis qız deyil/ pis qız olmamalıdır, az pis deyil (danışıq dilindən),
tamam / o qədər də yaraşıqsız qız deyil, yaraşıqsız deyil, yaraşıqsız adlana
bilməz, az yaraşıqlıdır, bir az/ bir qədər yaraşıqlıdır, bir az gözəldir,
bütünlükdə/ tamamilə yaraşıqsız demək olmaz, bir az çirkin, lap az çirkin,
çirkin olmayan, çox da/ tamamilə, büsbütün çirkin olmayan, o qədər də
çirkin olmayan, lap az çirkin, bir az çirkin, (heç də) ən çirkin/ yaraşıqsız bir
qız deyil və s.
Göründüyü kimi, yayılan çoxluqlar daha artıq ilkin termlər ətrafında
çətirlənir (gözəl-çirkin), gözəllik dəyişəninin ən müxtəlif çalarlarını ifadə
etmək üçün sahənin nüvə qatını və ucqar komponentlərini əmələ gətirən
sözlərdən də istifadə olunur. Bir tərəfdə “gözəl”, “cazibədar”, “füsünkar”,
“əsrarəngiz”, “qənirsiz”, “əvəzsiz”, “bənzərsiz” sözləri, digər tərəfdə isə
“çirkin”, “gözəl olmayan” və onların inkarla gəlişən positiv
transformasiyaları, əks-müqabilləri. Bir tərəfdə aşağı, zəifləyən çalarlıq
bildirən “qəşəng” (bu söz bəzi dialekt və ağızlarda hətta “gözəl” dən də
519
yüksək qiymətləndirilir), “yaraşıqlı”, “gözəgəlimli”, “gözoxşayan” sözləri.
Bunlara daha mürəkkəb və təsviri formalar, müqayisə motivi əsasında
yaranan qiymət çoxluqları qoşulur; sözün əsil mənasında gözəl/ cazibədar,
füsünkar, əsrarəngiz, qənirsiz, müqayisəedilməz/ müqayisəyəgəlməz
dərəcədə gözəl,/ nə qədər desən gözəl..., gözəldən də gözəl,
təsəvvürəgəlməz/ müqayisəedilməz dərəcədə gözəl...; babat, alababat,
məqbul, bəyənimli, qəbulolunan; kifirin kifiri, pisin pisi, çirkindən çirkin,
iyrəncdən də iyrənc; təsəvvürə gəlməz dərəcədə çirkin/ eybəcər,
görünməmiş dərəcədə çirkin, iyrənc, kifir, eybəcər, adamaoxşamaz. Bu hər
halda sonsuz olmayan qapalı mikroparadiqmanı “və”, “və ya”, “həm-həm
də” bağlayıcıları və inkarlıq elementləri ilə dolğunlaşdırmaq, daha da
genişləndirmək imkanı linquistik qiymət və qiymətləndirmə şanslarını
əhəmiyyətli dərəcədə artırır, hər iki ifrat qütbü, son hədləri, bir qədər dəqiq
desək, keçid hədləri bir-biri ilə birləşdirməklə aralıq pillələrini, ən müxtəlif
məna incəliklərini əmələ gətirir. Göründüyü kimi, buraya “tamamilə”,
“tam”, “olduqca, çox”, “lap”, “daha” tipli qüvvətləndiricilərlə yanaşı, “bir
az”, “lap az”, “bir qədər”, “daha az” tipli aşağı, mülayimləşdirici, zəiflədici
mexanizmlər də daxil olur. Inkarın qüvvətləndirilməsi və zəiflədilməsi
vasitələri məna çalarlığını, linquistik qiymət dərəcələrini adi-neytral, orta
səviyyədən tutmuş ən yüksək və ən aşağı həddə tənzim edir. Inkarlıq
affiksləri, xüsusilə nisbətən zəif nişanlanmış, az ifadə vasitələrinə malik
olan inkarlığın zəiflədilməsi və təsdiqin qüvvətləndirilməsi vasitələri
özünəməxsus birləşdirici, tarazlaşdırıcı rol oynayır. Sonrakı qurşaqları
müqayisə vasitələri tutur. Yayılanlıq sahəsini isə məcaz çoxluqları, xüsusilə
metafora şəkilləri və metaforik perifrazlar başa çatdırır. Kəmiyyət sözləri,
ümumiləşdirmə və mücərrədləşdirmə, subyektiv-fərdi iradə ilə birləşərək
dil, dil işarələri sanki sonsuz reallıqları imitasiya edir.
Diqqətlə nəzər salsaq görərik ki, mənfi, aşağı səciyyələndirmələrdə
əsasən obrazlı-emosional qavrayış öz kəskinliyi ilə fərqlənsə də, “orijinal,
evristik-assosiativ çoxluqlar”, - parlaq, innovativ ad və adlandırmalar
seyrəlir, dilin yaradıcılıq, yüksəliş vüsəti azalır. Dil də sanki pis, mənfi
olanı öz ixtiyarına buraxır. Dil işarələrinin konstruktiv enerjisi öz
stimulundan məhrum olur. Həyatın mənfi tərəflərinə, neqativ
xarakteristikasına meylin kifayət qədər güclü, dinamik olması, paxıllıq,
520
bədxahlıq kimi dağıdıcı ehtiraslar perspektivi bir qədər artırsa da,
gücləndirsə də adlandırma, qiymətləndirmə, ümumən verballaşma tarazlığı
və ardıcıllığı pozulur, öz müntəzəmliyini itirir. Mümkün aralıq pillələri,
keçid və əlaqə vəziyyətləri həmin qeyri-mütənasibliyi, nizamsızlığı aradan
qaldırmaq funksiyasına tabe olur. Əgər kimsə qadına münasibətdə, lap
bizim bəyənmədiyimiz, hansı anlaşılmazlıqadansa qəbul edə bilmədiyimiz
qadına münasibətdə “meymun”, “inək”, “əfi ilan”, “yarasa” kimi ifrat
mənfi səciyyələndirmələrdən istifadə edirsə, öz gerçək, canlı dil
performansını biliyini nümayiş etdirməklə bərabər, dilin üslub təsərrufatına,
praqmatik resurslarına münasibətdə həm də bir nabələdlik, səriştəsizlik
nümayiş etdirir, biliyinin, təcrübəsinin əsirinə çevrilir. Belə halda dili
“yaxşı bilmək” ünsiyyətdə fayda deyil, əksinə, ziyan gətirir. Dili yaxşı
bilmək ilk növbədə ondan düzgün yararlanmaq deməkdir. Artıq bilirik ki,
söhbət mahiyyət etibarilə zahiri gözəlliyin müxtəlif səciyyələrindən və bu
səviyyələrə konkret yanaşmalardan, onların situasiyaya uyğun olaraq
dəyərləndirilməsindən, linquistik qiymət və qiymətləndirmələrin
deqradasiyasından gedir. “Gözəl”də, “lap gözəl” də, “gözəllər gözəli” də,
“ellər yaraşığı”, “ölkə gözəli” də, “ceyran” da, “tavus” da, “çirkin” də, “lap
çirkin” də, “eybəcər” də, “kifirin biri” də, “meymun” da, “muğəvva” da,
“pis olmayan”da, “gözəl deyil” də paradiqma daxilində zahiri gözəlliyi
fərqləndirən müxtəlif qiymət həddlərindən başqa bir şey deyildir. Biz qadın
gözəlliyini real olaraq hiss etdikcə onu daha obyektiv dərk etməyə və
adlandırmağa başlayırıq.
Linquistik qiymətlərin zənginliyi heç də dil istifadəşisi tərəfindən
nəzərdə tutulan məna və ehtimalı çalarlıqlıqların tam dəqiq və birmənalı
şəkildə ifadə olunmasına zəmanət vermir. Eyni məna çalarlığının və ya
mülahizə, mühakimə fraqmentinin reallaşması üçün dildə saysız ifadə
variantının olması belə işarələrin qeyri-səlisliyini, yayılanlığını tam aradan
qaldıra bilməyəcək. Əksinə, ifadə vasitələrinin, linquistik qiymətlərin
bolluğu bizi dil işarələrinin adlandırdığı, təyin etdiyi obyektə daha artıq
yaxınlaşdırdığı kimi, ondan daha çox uzaqlaşdırmaq, adekvat, birmənalı
dərketməni əngəlləmək təhlükəsi də daşıyır. Mövcud ifadə potensialının
tərkibinə daxil olan hər bir variant, hər bir qiymət dərəcəsi bütün digər,
mümkün və mümkün olmayan variantlara qarşı durur, konkret vəziyyətdə
521
onların hamısını inkar və istisna edir. Çoxlu variantlardan yalnız biri doğru,
həqiqət anı kimi qəbul edilir, qalanı və qalanları isə çıxdaş edilir. Linquistik
qiymətlərin təxminiliyi, nisbiliyi və qeyri-adekvatlığı, tam dəqiq olmaması
həmin potensial zənginlikdən dogur və onu möhkəmləndirir. Doğruluğun,
həqiqətin sərhədlərini, qiymətlərini “dəqiq” hesablayan adi məntiqdən
fərqli olaraq qeyri-səlis məntiq doğruluğun, hər bir seqmentinin,
fraqmentinin çoxçalarlı, çoxölçülü və çoxistiqamətli olduğuna diqqəti cəlb Dostları ilə paylaş: |