Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   37   38   39   40   41   42   43   44   45

ətaləti ilə  bəzən hətta sonadək dərk olunmayan anlayışlara, fikirlərə

mühakimələrə yönəldir. Bu cəhətdən hər bir innovativ, seçkin-orijinal 

metaforanı bir yaradıcılıq, kəşf aktı kimi dəyərləndirmək olar. Heç şübhə 

yoxdur ki, bütün ritorik fiqurlar kimi məcaz çoxluqlarının da işlədilməsində 

əsas məqsəd müqabil tərəfdə haqqında danışılan obyektə, hadisəyə güclü 

reaksiya doğurmaq, davranış, hərəkət həssaslığı formalaşdırmaqdır. 

Metaforalar  əslində qaydadan,normal-nominativ işlənmədən yayınmalar, 

sapmalardır. Koqnitiv aktuallaşmalardır. Effekt və bir qədər də affekt 

hallarıdır. Məcaz çoxluqlarının tətbiqi sayəsində orijinal, qeyri-standart 

ifadə dərhal diqqəti cəlb edir, fikir koqnitiv obyekt üzərinə yönəlir, diqqət, 

operativ qavrayış stimullaşdırılır. Qeyri-səlis çoxluqlar sisteminə daxil olan 

məcazlar linquistik qiymət çoxluqları olaraq həm də aktual denotatların, 

predmet və hadisələrin, bütöv situasiyaların qiymətləndirilməsi, 

səciyyələndirilməsi vəzifəsini yerinə yetirir. Məcazların, habelə metaforik 

perifrazların həqiqi adlandırmaların fərqli ölçülərdə, təsviri variantları kimi 

şərh olunması heç də təsadüfi deyildir.  

Biz yuxarıda məcaz şəkillərinin müxtəlif məfhum sahələrinə aid olan 

fərqli denotatların oxşarlıq və funksionallıq  əsasında müqayisəsi və ya 

yaxın anlayışların  əlaqələndirilməsi  əsasında yarandığını, analogiya və 

qonşuluq, birgəlik münasibətləri bünövrəsində formalaşdığını qeyd 

etmişdik. Predmet və hadisələr ümumi-ortaq əlaqələr, müştərək  əlamətlər 

əsasında dərk olunur, yalnız hədəf deyil, mənbə obyektlərin də üzərinə işıq 

düşür, hər iki obyekt bir araya gətirilməklə bir-biri üçün istinad nöqtəsinə 

çevrilir. Qalan əlavə əlamətlər – ikinci dərəcəli minimal məna elementləri 

isə aktuallıqdan çıxır, öz informasiya-ünsiyyət  əhəmiyyətindən məhrum 

olur. Lakin bu tezisi yalnız dərketmə anı üçün doğru hesab etmək olar. 

Əslində isə müqayisə olunan denotat bütöv obraz, anlama predmeti olaraq 

qavrayış-dərketmə aktını  təyin etdiyindən ön plana keçir. Əsas diqqət 

koqnitiv reallıq üzərinə istiqamətlənir, irəliyə-sağa doğru genişlənməni, 

açılışı  təmin edir. Bu cəhət o qədər aşkardır ki, hətta belə bir universal 


 

 

 



531

qayda-uyarlıq da təsbit etmək olar: əgər perifraz çoxluqları, xüsusilə 

metaforik təsvirlər, keyfiyyətə görə genişlənmə ifadə edirsə, məcaz 

çoxluqları kəmiyyətə görə genişlənməni təqib edir.  

Elmi-nəzəri ədəbiyyatda məcazların aşağıdakı funksiyaları göstərilir: 

1) ifadə variativliyi; 2) nəzərəçarpdırma; 3) aydınlaşdırma. Həmin 

funksiyaların daha da genişləndirilməsi, detallaşdırılması faktı ilə 

qarşılaşırıq ki, bu da obyektin mürəkkəbliyi, həmin fenomenə yanaşmaların 

müxtəlifliyi ilə təyin olunur: 1) əyaniləşdirmə, 2) obyektə orijinal baxış, 3) 

nəzərəçarpdırma, 4) qiymətləndirmə. Sözügedən təyinedici  əlamətləri: 1) 

əyanilik, 2) qeyri-konvensional yanaşma və, 3) estetik təsir kimi xülasə 

edənlər var (Bax: W. Fleischer, G. Michel, 154-157). Bir çox mənbələrdə 

metaforanın funksiyalarının daha da genişləndirilməsi təşəbbüsü ilə 

qarşılaşırıq: 1) yaranma, 2) uyğunlaşma, 3) istiqamətlənmə, 4) vasitələnmə, 

5)  əlaqələnmə, 6) birləşmə, 7) əvəzetmə, 8) asanlaşma, 9) nəticə, 10) 

tətbiqetmə (A. Məmmədov, M. Məmmədov, 58) V. F. Lomova istinadən 

verilən bu bölgü konseptual metafora nəzəriyyəsi çərçivəsində  məsələnin 

semantik-praqmatik və koqnitiv perspektivlərini daha geniş  və  əhatəli 

şəkildə açmağa, detallaşdırmağa əlavə imkanlar yaradır. 

Məcazın  əsas növü olan metaforanın işlədilməsinə dair uyğun və 

ziddiyyətli fikirləri xatırlatmaq mövzunun araşdırılması baxımından xüsusi 

maraq doğurur. Metaforaya “həqiqəti anlamaq vasitəsi”, subyektiv reallıq 

indikatorları, eyni denotatın variativ adlandırılması üsulu, təfəkkürün 

gücsüzlüyünü obrazların köməyi ilə kompensə etmək cəhdi, faktın 

çatışmazlığının doğurduğu qüsur, kateqoriyalaşmış  təcrübə, problemin 

anlaşılmasında aralıq mərhələ və s. kimi yanaşmaq halları mövcuddur. (A. 

Məmmədov, M. Məmmədov, 47, 49) Linquistik ədəbiyyatda və poetikada 

metaforanın “fikri anlamaq üçün sadələşmə aləti, obrazdan mənaya keçid 

pilləsi, anlamanın dayaq nöqtələri” kimi mühüm cəhətləri ayrıca qeyd 

olunur. Əlbəttə, metaforik işlənmələri qiymətləndirərkən dil istifadəçisinin 

konkret kommunikativ-praqmatik məqsədi, nitqin funksional xarakteri

diskurs tiplərinin özünəməxsusluğu, koqnitiv perspektivləri mütləq nəzərə 

alınmalıdır. Lakin bir şey tam aydındır ki, bütün məcazlar eyni denotatın 

variativ adlandırmaları olaraq qeyri-səlis çoxluqlar sisteminə daxil olur və 

onu  əhəmiyyətli dərəcədə  zənginləşdirir. Məczların digər qeyri-səlis 


 

 

 



532

çoxluqlardan başlıca fərqi onların predmet və hadisələrə orijinal baxış  və 

kreativ qiymətləndirmənin nəticəsi olaraq törəməsi, obrazlı-emosional 

münasibət və mövqe kimi strukturlaşmasıdır. Analogiyaya, əşya, əlamət və 

hadisələrin konkret, görümlü, zahiri və daxili əlamətləri  əsasında 

qavranılan metaforalar daha parlaq olmaqla daha asan, sərbəst və geniş 

assosasiya olunur. Bunun əksinə  və  fərqinə olaraq əşya və hadisələrin 

predmet əlaqələrinə, məntiqi münasibətlərinə görə formalaşan metonimlər, 

digər məcaz çoxluqları isə nisbətən zəif, az parlaq və effektiv olan ifadə 

fiqurları kimi dərhal assosiasiya olunmur, bunun əvəzində  dərketmə 

prosesində  əlaqələndirilən referensiyalar arasında daha geniş  və yaxın 

məfhumi əlaqələr yaranır (Bax:Fleischer\ Michel, 157)  

“Die ganze Stadt spricht von ihm”, “Der Ministerpräsident kam, und 

das ganze Theater stand auf”, yaxud “Danışır Bakı”, “Türk əsgəri  şəhərə 

daxil oldu” kimi dolayı-təsviri çoxluqlardan, metonimiya formalarından 

istifadə etdikdə metafora ilə müqayisədə nisbətən fiqurasiya, obrazlılıq o 

qədər də nəzərə çarpmır, bir çox hallarda fəal qavrayışdan yayınır. Bir sıra 

vəziyyətlərdə məntiqi ekspressivlik-emosional ekspressivliyi üstələyir.  

Düşünmək olar ki, maddi aləmin predmet və hadisələrinin 

analogiyasında və daxili-məntiqi  əlaqələrində bir implisit metaforiklik var 

və  həmin koqnitiv metaforizm yaddaşın dərin qatlarında daim hərəkətə 

gələn, transformasiya olunan düşüncə - mətn modelləri kimi dərketmə 

prosesində, konkret anlam aktında işlək sxemlər, mexanizmlər olaraq 

müxtəlif assosiasiyaların reallaşdırıcıları kimi bitkin, nizamlı  sıralar, 

sahələr əmələ gətirir. 

Müqayisə olunan və  əlaqələndirilən  əşyalar, hadisə  və situasiyalar 

bir-birinə yaxınlığı və ya uzaqlığı, linquistik qiymətləndirmə səviyyələri ilə 

yayılnalığı müxtəlif hüdud və ölçülərdə  tənzim edir. Təbii ki, zahiri və 

daxili bənzərlik və predmet əlaqələri yaxın, aşkar olduqca obrazlılıq daha 

parlaq olur. Burada müsbət və  mənfi obrazların bütöv paradiqmaları 

yerləşir. Azərbaycanlılar qanmaz adama ondan da qanmaz heyvanın adını 

isnad verməklə  və bu qeyri-bərabər müqayisədə daha çox Allahın 

heyvanını  təhqir etdiklərinin fərqinə varmırlar. Pis, qılıqsız, tərs və 

yöndəmsiz adamlar sosial heyvanlara münasibətdə tam bir ədalətsizliklə 

“it”, “öküz” statusu qazanır. Almanlar qanmaz, ziyankar, qəsdən zərər 


 

 

 



533

vuran adamları “Schwein” adlandırırlar və maraqlısı odur ki, bununla da 

onlara ziyan gətirdiklərini düşünürlər. Beləcə dil öz arsenalına heç də 

lazımsız, gərəksiz olmayan Ziege (keçi), Hündin, Ochs (öküz), Fuchs 

(tülkü), Schakal kimi çoxlu bədnam-məşhur metaforaları həvəslə daxil edir. 

Bu yolla əsil, real daxili və xarici gözəllik fenomeni – linquistik peyoratizm 

eybəcərlik prizmasından  şərh olunur. Sosial “sifariş” artdıqca belə  mənfi, 

düşük sözlərin serial istehsalı da artır. Hər bir xalq, etnik qrup, toplum 

gerçək predmetlər,  şeylər, hadisələrlə yanaşı onların paralel linquistik 

obrazlarını da formalaşdırır. Rusların “petux” dedikləri heç də sadəcə 

olaraq bizim xoruz deyil. Rusların “ayı” sı da biz görən ayı deyil. Mən 

deyən, sən deyən ayı deyil. Heç halal sümük yeyən “Hund”, “Dochs” la, 

haram sümük gəmirən “it” də eyni şey deyil. Inanmıram ki, Avropada, 

Şenqen zonasında gəzib dolaşan, istədiyi yerə adlayan “tülkü”, “Fochs”, 

“Fuchs” bizim it gününə düşmüş, salınmış “tülkü” qədər bic, hiyləgər, 

kəmfürsət olmuş olsun. “Əfi ilan”, “Tarantel”, “Giftschlange” bizdəki 

qədər bol, “bərəkətli” zəhər toplaya bilsin, onu hara gəldi, necə  gəldi 

xərcləsin, sərf eləsin, heç müdarə etməsin.... Ümumiyətlə, kobud, mənfi 

çalarlıqlı qiymət dərəcələri, daha yüksək təsir qüvvəsinə, daha intensiv 

dərketmə  şanslarına sahibdir. Bunlar yaxın metaforaların, meqayisə 

obyektlərinin yaranması, meydana gəlməsi üçün baza təşkil edir.Uzaq 

daxili və zahiri-əlaqələrə, tamamilə  fərqli denotatların müqayisəsinə 

əsaslanan “Buludlu səma idi onun dalğın baxışı\ Gözlərindən yağırdı bir ilk 

bahar yağışı”, “Oğulları kür gəzdirər biləklərində”, “Ruhunuzu qıyma-

qıyma doğrayaram”, “Axıdır gözünün yaşını  cırpı” kimi misralarda 

şeylərin, hadisələrin kifayət qədər assosiativ məsafəliyinə baxmayaraq 

parlaq, vizual və konkret obrazlılıq, emosionallıq ifadə olunur. Azərbaycan 

şairi M. Arazın “Dag çayı” şeri oxucunu situasiyanın gerçək, ilkin obrazına 

yaxınlaşdırır, bütün visual və akustik parametrləri ilə gözlərimiz önündə 

canlandırır, reallığın linquistik surətini, analoqunu təqdim edir.   

 

 

Elə bil pələngdir 



   

 

 



 

    dağ çayı, 

   

 

 



Dərəni qoşublar ona. 

   


 

 

Bu dərə-qoşquda 



 

 

 



534

   


 

 

Daşıyır dağları 



   

 

 



Ləhləyə-ləhləyə, 

   


 

 

Çırpına-çırpına... 



Necə ki, Götenin bütün dünyada məşhur olan “Johanna Sebus” şeri 

səs simvolizminin köməyi ilə  təsvir olunan hadisənin obrazını 

kinematoqrafik bir dəqiqlik və emosionallıqla göz önünə gətirir.  

Uzaq-yaxın metaforalar dərketmənin intensivliyini, canlılığını  və 

maksimal effektivliyini, realizmini təmin edir, “Qoynunda var bir cüt bar\ 

Biri heyva, biri nar, Yar səni bağına bağban eyləsə\ Almasın dər, gülün 

iylə, narın üz, Yarın bağçasında üç gül açılıb\ Ag gül, qırmızı gül, bir də 

sarı gül”, “Ləl səndən, gövhər məndən...” kimi misralar şəkər dərhal qana 

keçdiyi kimi bütün canlılığı, ekspressivliyi ilə, ildırım sürəti ilə, evristik bir 

dinamizmlə yaddaşa, koqnisiyaya daxil olur. Nəinki – daxil olur, həm də 

onu formalaşdırır, mobilləşdirir və modelləşdirir.  Şairlər optik, şəffaf, 

emosional dil işarələrinin bələdçiliyi, daxili kompası ilə “ağappaq qar 

üzərində ceyran ləpiri” axtara-axtara, “bal dərəsindən ehmalca keçə-keçə”, 

“bülbüllər hürküşəndə gülün incidiyini ürəyinə sala-sala heç kəsin tapa 

bilmədiyi, müyəssər olmadığı” reallıqlar, nəsnələr tapır, insanın bitib-

tükənməyən həvəslərinin, hiss və duyğularının, ehtiras və yaşantılarının ən 

dərini,  əlçatmaz nöqtələrinə, materiyanın gizli, mübhəm qatlarına  qədər 

gedib çıxırlar. Və azırlar, dil işarələrinin macərasına o qədər uyurlar ki, real 

gerçəkliyin sərhədlərindən, Olimpdən kənara çıxırlar. Fiziklərlə lirikləri 

eyniləşdirənlər, abstraksiya gücünə görə müqayisə edənlər, görünür, məhz 

bu cəhəti nəzərdə tuturlar. Yenicə  kəşf olunmuş  həssas cihazları, 

nanotexnologiyaları burada dil işarələrinin çoxdan məlum olan relyatizmi 

əvəz edir. Şairlərin gerçəkci, realist adamlardan, eyni dili paylaşan adi, 

öləri bəndələrdən, paralel dünyalari görə bilməyən, elə buna görə də sonda 

mütləq qalib gələn adamlardan fərqi məhz bundadır.  Şair,  əsil  şair, 

romantik şair bu geniş, bu verimli, zəngin dünyanı itirib təfərrüatın, bəzən 

lap  əhəmiyyətsiz təfərrüatın, lazımsız, gərəksiz detalın dalınca düşən, onu 

ələ keçirməmiş aram tapmayan, əl çəkməyən adama deyirlər.  Şair elə 

əvvəlcədən sonsuz reallıqlar içərisində  öz fərqli dünyasını, yalnız sözlə 

təsəvvür və təsvir olunan, oluna bilən dünyasını axtaran, onu heç vaxt tapa 

bilməyən, sonda real dünyaya təslim olaraq taleyi, daha doğrusu, talesizliyi 


 

 

 



535

ilə barışan, həyatın, dünyanın rasionallığını lap axırda dərk edən adamdır. 

Əsl  şair üçün reallığa, realiyə çevrilmiş metafora çılpaq, mənasız 

həqiqətdən, bu “fani dünyanın”, heç də fani olmayan bu dünyanın 

nemətlərindən qat-qat qiymətlidir, ucadır!  Əslində metaforik düşüncəyə 

münasibətdə söhbət sözün geniş mənasında sürrealist semiotikadan gedir.   

 Uzaq metaforalar dərketmənin real hüdudlarını, canlı müşahidə və 

təəssüratın, sağlam estetik zövqün çərçivələrini aşmadıqda  əsil 

gözlənilməzlik effekti doğurur. Konkret ekspressivlik, ifadəlilik qaynağına 

çevrilir. Bədii diskursda təbii olaraq həmin gerçək, dərk olunmuş hüdud və 

ölçülər daxilində uzaq-cəsarətli metafora-simvollar daha artıq dərinlik və 

məsafəlilik kəsb edir. Dərketmənin də, dünyanın da sərhədlərini 

genişləndirir. Təsadüfi deyildir ki, lirik və fəlsəfi poesiyada, irfani şerdə bir 

çox hallarda bədii sözün müəmmasını,  şifrini açmaq, tam rasional şəkildə 

anlamaq və  təkrar verballaşdırmaq o qədər də asan olmur. Bəzən heç 

mümkün olmur. Bədii diskursun qavranılmasında az qala həqiqi riyazi 

kəmiyyətlər işə düşür. Belə  vəziyyətlərdə metafora həm dərketmənin 

obyektinə, həm də onun mənbəyinə, stimuluna çevrilir.  

 Distant, cəsarətli metafora və onun stilistikası xüsusi bir mövzu 

olduğundan bu məsələ üzərində geniş dayanmağa imkan yoxdur. Alman 

üslubi  ədəbiyyatında bir çox həssas müşahidələr,  şərh və düşüncələr olsa 

da, oralarda da problemin geniş öyrənildiyini söyləmək olmaz. H. Vaynrix 

“Semantik der Metapher” əsərində  cəsarətli metaforanı “adi metaforadan 

başlamış poetik rəmzlərə” qədərki geniş bir müstəvidə təhlil edir (von der 

Alltagsmetapher bis zum poetischen Symbol) və belə bir maraqlı nümunə 

gətirir:  Schwarze Milch der Frühe Wir trinken sie abends/wir trinken sie 

mittags und morgens/wir trinken sie nachts/ wir trinken und trinken. 

Schwarze Milch (qara süd) metaforası simvolik şəkildə faşizmin 

vəhşiliklərinə, aramsız, dözülməz işgəncələrə məruz qalan yəhudi xalqının 

acı taleyinə  işarə edir. Verilən misallardan anlaşılır ki, yaxın və uzaq 

metaforalar (Nah-und Fernmetaphern) predmetlərin fiziki yaxınlıq-uzaqlığı, 

məsafə-oxşarlıq hədləri kimi deyil, müxtəlif assosiasiyaların 

birləşdirilməsi, əlaqələndirilməsi kimi qavranılır: Angst flatterte in seinem 

Gesicht; Die Wände sind so eng wie je, und die Zelle ist leer wie eine 

Apfelsinenschale (W. Borchert); ...“Die meisten Konzerne und 


 

 

 



536

Grossunternehmen an Rhein und Ruhr... drohten den JG Metall 

unverhüllt`mit dem Gespenst der Arbeitslosigkeit.”(W. Fleischer, G. 

Michel, 162) Alman romantik ədəbiyyatında uzaq, genişlənmiş 

metaforaların sıx-sıx işlədilməsini heç də  təsadüfi hesab etmək olmaz. H. 

V. Hofmannstaldan bir misal: Was ist die Welt? Ein ewiges Gedicht\ 

Daraus der Geist der Gottheit strahlt und glüht\ Daraus der Wein der 

Weisheit schäumt und sprüht. Simvolizmdə  və ekspressionist şerlərdə 

konkret-əyanı qavrayışın sərhədlərini aşan şifrləri anlamaq, sözün əsrarını, 

düyününü açmaq müşkülə düşür. Rilke, Trakl, Benn və başqa  şairlərin 

əsərlərində, müasir şer nümunələrində belə misallara rast gəlmək 

mümkündür. (B. Sowinski, 260)  

...Es haben die grünen Wälder 

Am Abend sich zu stilleren Hütten versammelt 

Die kristallenen Weiden des Rehs (G. Trakl) 

Əsas funksiyası  həyatı obrazlarla əks etdirmək olan bədii 

ədəbiyyatda mücərrəd anlayışların müqayisəsi istər-istəməz fikrin 

dumanlanmasına, dərketmənin çətinləşməsinə, müqayisə motivinin 

yayğınlaşmasına gətirib çıxarır, reallıqda özünə asanlıqla, istinadgah, dayaq 

tapa bilmir. Yalnız qüdrətli sənətkar qələmi – mücərrəd anlayışları da 

obraza, hissi-emosional qavrayışın bir elementinə çevirməyə, sonda hətta 

dünyanın rasional dərkinə hazırlamağa qadirdir. M. Rilke və S. Vurğunda 

belə nümunələr çoxdur. Hamısı üçün bir misal: O, kürsüyə sinə  gərdi, 

danışmadı, susdu bir dəm\ Çatıb qara qaşlarını fikrə getdi o bir anlıq\ Bəzən 

dilsiz bir vüqarla qılınc çəkir qəhrəmanlıq\ Qarşısında boyun büküb səcdə 

edir bütün aləm (“Zəncinin arzuları”)  Əslində S. Vurğunun təsvir etdiyi 

zəncinin özü və o dövr, o zaman üçün qəribə arzuları ayrılıqda 

götürüldükdə böyük bir poesiya örnəyi yaratmır, onlar ən adi sözü, hətta 

sinsemantikanı obraza çevirən S. Vurğun mətnində özünə müəyyən hiss, 

fikir kütləsi, ideya və xarakter hopturur. Bu, sənətkarlıqla, poetik fəhmlə 

əlaqələndirilə bilən cəsarətli, hərəki assosiasiyaların, orijinal hiss-duyğu 

bağlantılarının,  əlaqələnmələrinin sayəsində mümkün olur. “Şirin-şirin 

yatmış idik\ Bir zalim oyatdı bizi\ Anaların qucağında/ Bu dünyaya atdı 

bizi” misra – metaforası da təkcə gizli, uzaq hiss və duyğuların deyil, həm 



 

 

 



537

də dərhal poetik enerjiyə çevrilən fikir-ideya substansiyasının bir qədər gec 

xatırlanan və qavranılan canlı assosiasiyalarına əsaslanır.  

Yeri gəlmişkən deyək ki, müasir Azərbaycan ədəbiyyatında M. Arazı 

uzaq-gözlənilməz-fərdi metafora-rəmzlərin ustadı hesab etmək olar. M. 

Araz poeziyasında gözlənilməz, bəzən uyuşmaz bədii sifətlər, növbənöv 

semantik valentlik eksperimentləri, xüsusilə səs metaforaları fəal assosiativ 

fon formalaşdıran mətnyaradıcı, mətntörədici başlanğıc rolunu oynayır. Nə 

Bəxtiyarda, nə  Bəxtiyar olmayanlarda belə  sərt, monolit metaforalar 

yoxdur. Bir neçə misal: Dodağımda bal sevdanın turş dadı\ Uşaq ağlım 

inadını qurşadı\ Kim hönkürdü bu naqafil qürşadı\ Kimə dedim, dedi ancaq 

nə bilim; Bu get-gəllər bazarına dəvədi dünya\ Bu ömür-gün naxışına 

həvədi dünya\ Əbədiyə  qəh-qəh çəkir  əbədi dünya\ Dünya mənim, dünya 

sənin, dünya heç kimin...; Bu dağda qarğa dargöz, marıqda qırqı-quldur\ 

Qasırğa hədəfində qumru yuvası qurdum\ Kirpiyinin ucuna qonub ötürsə 

qur-qur\ Haqqın yox, Məmməd Araz\ Haqqın yox yaşamağa!... 

Güman etmək olar ki, əgər lirik-fəlsəfi poesiyada, psixoloji nəsr və 

dini-mistik şerdə metafora – rəmzlərlə, dil vahidlərinin təkamülü və ətaləti, 

daxili-məntiqi və obrazlı-emosional  əlaqələri ilə  dərk olunan, qavranılan 

real və imaqinativ gerçəklik dəyərlərini, onları birləşdirən çoxtərəfli, 

çoxsəviyyəli assosiasiyaları dil işarələrinin köməyi ilə  “ələ keçirmək”, 

ayırıb təsbit etmək və bunları sistemləşdirmək mümkün olsaydı, daha 

orijinal, bəlkə daha təbii, dil baxımından nisbətən adekvat sənət və  sənət 

nəzəriyyələri yaratmaq mümkün olardı. Insan sonradan çirkləndirilən, 

təkrar axtarış və müdaxilələrlə əslində qeyri-təbii, saxta, saxtalaşdırılmış dil 

işarələrinin göstərdiyi yanlış yolla getməzdi əsil, saf dilin göstərdiyi cığıra 

düşərdi.  

Elmi diskursda, xüsusilə ictimai-humanitar sahədə  ən uzaq 

anlayışları, ilk baxışda hətta  əlaqəsiz görünən predmet, hadisə  və 

proseslərin daxili əlaqələrini araya-araya, dəqiq saydığımız anlayışlar, 

terminlər vasitəsilə  dərhal dərk edilməsi mümkün olmayan gerçəkləri 

metafora, müqayisə konkretikasında təqib edə-edə, axtara-axtara ən 

gözlənilməz innovativ ideya və fikirlərə  gəlib çıxmaq mümkündür. Dil 

yalnız fikirlər ifadə etmir, həm də fikir, məna hasil edir, yeni 

mühakimələrə, ideyalara istiqamətləndirir. Bizi əhatə edən canlı  və cansız 


 

 

 



538

aləmin bütün cisim və hadisələri arasında daxili əlaqə, vəhdət mövcuddur, 

onlar arasında aramsız informasiya mübadiləsi gedir. Dünyanın ən nəhəng 

adamları – fiziklər belə deyirlər. Həmin saysız-hesabsız, yaxınlı-uzaqlı 

daxili bağları, iç əlaqələri aşkara çıxarmaq, kəşf etmək üçün həqiqi 

anlayışlar, istilahlar tapana, onları bütövləşdirənə, sahmana salana qədər 

metafora elə fakt, reali rolunu oynayacaq, aralıq mərhələ və axtarışları əvəz 

edəcək. Düşüncə, fikir dayanacaqları, hüdudları kimi qavranılacaq.  

Beləliklə, danışan məcaz çoxluqlarını, obrazlı-assosiativ ifadə 

şəkillərini gündəmə gətirməklə onun nəzərincə ən effektiv, tamamlayıcı və 

bütövləşdirici variantı istismara buraxır, konkret mərhələdə  dərketmə 

aktına yekun vurmuş, onu xülasə etmiş olur. Yaxınlıq və ya uzaqlığından , 

konkretlik və ya mücərrədliyindən asılı olmayaraq predmetlərin, hadisə və 

faktların oxşarlıq əsasında müqayisəsinə və ya əlaqələndirilməsinə rəğmən 

linquistik qiymət öz bitkinliyini və müəyyənliyini qoruyur, leksik-

qrammatik səviyyədə bir aktualişma gücü və energetikası  kəsb edir 

(“ceyran” artıq azərbaycanlılar üçün gözəllik duyğusunun və gözəllik 

qavrayışının son həddini nişan verir). Fərq burasındadır ki, yaxın  əlaqəli 

əşya və hadisələrin müqayisəsi və birləşdirilməsi prosesində müqayisə 

edilən tam-aydın aşkarlanmış, konkretləşmiş və müəyyənləşmiş vəziyyətdə 

olduğundan qavrayış aktı, bütövlükdə  dərketmə  də asan və maniəsiz olur. 

Müqayisə obyekti tam əyaniləşməmiş, aydınlaşmamış olduğundan  əsl 

hüdud, sərhəd açıq qalır, tam müəyyənləşməmiş ilkin-aralıq fakt asan 

qavranılan, təsəvvür olunan nəticə kimi qiymətləndirilə bilən yaxın 

metaforalar, əşya, predmet və hadisələrin, onlarlın saysız sayda əlamət və 

keyfiyyətlərinin sərhədlərini canlı-əyani obrazlar prizmasından 

yaxınlaşdırmaq; uzaq metaforalar isə , əksinə, yeni semantik-koqnitiv əlaqə 

və münasibətlər aramaq, ən uzaq, mübhəm assosiasiyaları birləşdirmək, 

bununla da dərketməni maksimal dərəcədə genişləndirmək vəzifəsini yerinə 

yetirir. Biz linquistik qiymətləndirmələrin yeni səviyyələrini fəth etmək 

üçün mütləq ilkin adlandırma, verballaşma sferasından kənara çıxaraq yeni 

reallıqlar axtarışı mərhələsinə daxil olmalıyıq.  

Buraya qədər qeyd olunanları ümumiləşdirərək qeyri-səlis dil və 

dilçilik baxımından ciddi maraq doğuran belə bir nəticəyə  gəlmək olar ki, 

məcaz çoxluqları, xüsusilə  də metaforik termlər konkret dəyişənlər 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin