Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   37   38   39   40   41   42   43   44   45

wahrer Tiger, Er ist tapfer\ mutig, furchtlos... wie ein Wolf\ Er ist ein Wolf, 

Er ist tapfer\ mutig, furchtlos... wie ein Adler, Er ist ein Adler, ein echter, 

,wahrer Adler; Er ist tapfer\ mutig, furchtlos, heldenhaft... wie ein Krieger; 

Er ist tapfer\ mutig, furchtlos, kampferisch, mannhaft, kühn, tollkühn wie 

ein Held\ Er ist ein Held\ ein echter, wahrer Herd; Er ist tapfer\ mutig, 

heroisch, kühn, wagemütig, mannlich, heldisch wie Karl Moor\ Er ist Karl 

Moor; Er ist tapfer\ mutig, furchtlos, tollkühn, draufgangerisch wie 

Schauffenberg\ Er ist ein\ ein echter Schauffenberg!; Er ist tapfer, kühn, 

mutig, furchtlos, mannhaft wie der deutsche Flieger\ Müller\ Er ist ein 

echter, wahrer, wahrhaftiger Flieger\ Müller; Er ist tapfer\ mutig, furchtlos, 


 

 

 



548

unerschrocken, heldenhaft, heldenmutig, kampferisch, kühn... wie 

Siegfried\ Er ist ein Siegfried, Ein echter, wahrer Siegfried\ Thomas 

Münzer, Willhelm Tell usw. 

Er ist ängstlich, feige...wie ein Hase\ Er ist ein Hase, ein 

riesengrosser Hase; Er ist angstlich, feigherzig, mutlos, hasenherzig, scheu, 

schreckhaft wie ein Schaf\ Er ist ein Schaf\ ein wahres, echtes, natürliches 

Schaf; Er\ sie ist angstlich, bang, feige, angstvoll, angstbebend, mutlos, 

hasenherzig, scheu... wie eine Dame\ Sie ist eine, eine echte, wahrhaftige\ 

zitternde Dame; Er\ sie ist angstlich, scheu, aufgeregt, feigherzig, 

angstbebend... wie eine Maus\ Er\ sie ist eine Maus usw. 

Etnolinquistik-kulturoloji faktlara əsasən söyləmək olar ki, alman 

dilində cəsarət və qorxaqlıq, cəsarətsizlik qiymət və qiymətləndirmələrinin 

dərk olunması prototipik olaraq Löwe və Hase\ Angsthase obraz 

termlərinin qarşılaşmasına, zidliyinə  əsaslanır. Nəzərə almaq lazımdır ki, 

“cəsarət” linquistik dəyişəninin həqiqi anlamı bir qayda olaraq güc, qüvvət 

nümayişi və ya əksinə, bunun çatışmazlığı, yoxluğu ilə bağlı olur, onların 

nəticəsi kimi tanınır və nişanlanır. Mümkün linquistik qiymətlər, onların 

qanunauyğun, gözlənilən sonucu olaraq qavranılır və qəbul olunur.  

Azərbaycan dil düşüncəsində analoji linquistik çoxluq dərəcəsinin 

anlanması  və qiymətləndirilməsində bir tərəfdən “aslan” və “qurd”, digər 

tərəfdən “dovşan” və “quzu” obrazları aparıcı rol oynasa da, həmin sferada 

dərketmə “tülküdən qorxan Əhməd” folklor absolyutu ilə başa çatır. 

O, aslan kimi cəsarətlidir (güclüdür), ciyərlidir, ürəklidir, cəsurdur, 

qorxmazdır, qorxusuz-hürküsüzdür\ O aslan kimi cəsur\ cəsarətli, ürəkli, 

heç nədən qorxmayan, ciyərli, qoçaq, qorxmaz, igid, qəhrəman bir oğlandır 

(kişidir) O, aslandır; O, pələng kimi\ şir kimi cəsarətlidir, cəsurdur, 

ciyərlidir, ürəklidir, qorxmazdır\ O, pələng kimi cəsur\ cəsarətli, güclü, 

ciyərli, qətiyyətli, qorxmaz... bir kişidir\ bir oğlandır\ O, pələngdir\  şirdir\ 

Əsil pələngdir\  şirdir; O, qartal kimi alıcı, cəsur, cəsarətli, qorxmazdır, 

qorxubilməzdir.... \ O, qartal\ şahin kimi cəsur, cəsarətli, igid, ürəkli, 

qoçaq... bir oğlandır\ kişidir\ O, qartaldır\  şahindir, qaraquşdur, leydir, 

tərlandır; O, Qafur (Məmmədov), Hüseynbala, Mübariz, Əlif, Asif, Vahid 

kimi igiddir, cəsurdur, cəsarətlidir, ciyərlidir, ürəklidir, qətiyyətlidir... \ O, 

Qafur, Hüseynbala, Mübariz, Əlif, Vahid, Asif kimi igid, dönməz, 


 

 

 



549

qorxmaz, sücaətli, ürəkli... bir oğlandır\ kişidir; O, Babək, Koroğlu, Atilla, 

Qaçaq Nəbi kimi ürəklidir\ cəsurdur, igiddir\ igid, ürəkli, qorxmaz, cəsur 

bir adamdır; Qaçaq Kərəmdir,  İsrafil ağadır; O, dovşan kimi qorxaqdır\ 

qətiyyətsizdir, ağciyərdir, ürəksizdir\ O, dovşan kimi qorxaq, ağciyər, 

qətiyyətsiz, qorxacaq, ciyərsiz bir adamdır\ O, dovşandır, dovşanın biridir\ 

birisidir; O, quzu kimi bir adamdır, quzudur\ qoyunun biridir, qoyundur (ə, 

qoyun, hardasan?)\; O, tülkü kimi qorxaqdır, ağciyərdir, cəsarətsizdir, 

qətiyyətsiz, qorxacaq bir adamdır\ O, tülküdür\ tülkünün biridir\ birisidir, 

deyərsən ki, tülküdür, tülküdür, tülkü xislətlidir ki var; O, arvad kimi 

cəsarətsizdir, qorxaqdır, qətiyyətsizdir, ağciyərdir, ciyərsizdir, vasvasıdır, 

qorxacaqdır\ O, arvad kimi cürətsiz, cəsarətsiz, qorxaq, qorxacaq bir 

adamdır\ adamın biridir\ O, arvaddır; Sən kişi deyilsən, arvadsan, 

arvad/arvadın birisən; O, it kimi qorxaqdır; O, itdir\ itin biridir\ birisidir; O, 

tülküdən qorxan Əhməddir. 

Yəqin ki, əks proses başlandıqca – yəni simvollar dili canlı, təbii 

insan dili ilə  əvəz edildikcə metaforanın rolu daha da artacaq. Metafora – 

son variantı  və ya son variantlardan birini təsbit etməklə bizi anlayışlara, 

fakt və hadisələrin mahiyyətinə daha çox yaxınlaşdırmış olur. Məhz 

məcazlaşma, ümumiləşmə, konkretləşdirmə və əyaniləşdirmə, əşyalaşdırma 

sayəsində, fiqurativ adlandırma və  təsvir mərhələlərindən sonra növbəti

daha yüksək mərhələ - mücərrədləşdirməyə, soyuq anlayışa, terminə keçid 

mərhələsi başlayır. Məhz dərketmə pilləsində  məcaz çox vaxt hələ tam 

aydınlaşmamış, durulmamış faktın yerinə keçir, ilkin alternativləri, aydın, 

ayırıcı linquistik qiymətləri ön plana çəkir. Biz Heraklitin ardınca “Dünya 

əbədi canlı oddur” deməklə yer üzərində  həyatın daimi, arasıkəsilməz, 

sonsuz olması anlayışının lap astanasına gəlib çıxırıq. Biz “gözəllər gözəli” 

Göy gölü parlaq obrazlı-metaforik qavrayış aktı ilə “Bir yorğun pəri var bir 

az uyusun\ Uyusun dağların maralı Göy göl” deyə  vəsf ediriksə  (Əhməd 

Cavad), gözəllik anlayışını  və gözəllik sözünü konkret şəkildə, birlikdə 

qavramış oluruq. Adlandırma və təsvir obyektini, təsvir olunan predmet və 

hadisəni gözlə görünəcək, ona əllə toxunacaq bir yaxınlığa gətiririk. Sözlə 

anlayışı, hadisəni heyrətamiz bir əyaniliklə, mütənasibliklə birləşdirməyə 

nail oluruq. Obrazlı-assosiativ alternativlər anlayışa keçid üçün bir 

tramplin, maddi-emosional başlanğıc rolunu oynayır. Qadının zahiri 


 

 

 



550

gözəlliyinin konkret substansional qavranılması  və emotiv-psixoloji 

təəssüratın canlanması üçün daha yaxın alternativlər – Afrodita, Venera, 

Leyla Bədirbəyli, Ofelya kimi əyani-obrazlı çoxluqlar səfərbərliyə alınır və 

bu mütləq alternativlər, yaxın-tanış fövqəlobrazlar estetik predmet -  

obyektlərlə daha da mükəmməlləşərək, genişlənərək çoxşaxəlilik, 

çoxçalarlılıq və rəngarənglik yaradır. Beləcə, “quzu” metaforası həlimliyin, 

günahsızlığın, “qurd” yırtıcılıq və doymazlığın, “öküz” kobudluğun, “dana” 

nadanlığın, “tula” ifrat itaət, korluq və sonsuz, dərkolunmayan sədaqətin, 

“qarışqa” və “bal arısı” işçillik və  zəhmətsevərliyin, “cırcırama” tənbəllik 

və məsuliyyətsizliyin, “div – cırtdan” qarşılaşması kortəbii, hesablanmamış 

güc və  zəlilliyin, böyüklük və kiçikliyin, “alim” və “çoban” bilik və 

biliksizliyin, digər tərəfdən də çoxbilmişlik və  təbiiliyin, saflığın son 

nüsxə-ayrıcları, sərhəd nişanları kimi yaddaşları  işğal edir. Yaddaşda o 

dərəcədə möhkəmlənir ki, aralıq pillələr, digər mümkün linquistik 

qiymətlər tamamilə mörtərizə xaricinə çıxarılır. “Ölüsü ilə ərəbcə, dirisi ilə 

rusca” ifrat təzad formulunda da eyni koqnitiv proses cərəyan edir. Həmin 

ölü nöqtədən, qapalı dairədən çıxmaq, mövcud qavrayış  çəpərini aşmaq 

üçün növdaxili potensiala yenidən nəzər salmaq tələb olunur. Ifrat 

ümumiləşdirmə, mütləqləşdirmə hasarını adlamaq, ilkin termlərin 

asılılığını,  əlaqəsini zəiflətmək lazım gəlir. Məşhur dəri  əlcək ustası 

Məhəmməd  Əli rəqibi Co Frezeri sadəcə olaraq “meymun” deyil, onun 

konkret növü, daha əyani, tipik “təmsilçisi”, “qorilla” adlandırmaqla 

əslində o qədər də çirkin olmayan bu böyük döyüşçüyə daha artıq təsir 

etməyə nail olurdu, çünki bu dil şərhində “qorilla” daha sadəcə olaraq 

“meymun” olmurdu, eybəcərliyin canlı simvoluna çevrilirdi, bütün konkret-

əyani və  dəhşətli, bədheybət görkəmi ilə  rəqibin özünütəsdiq, 

özünümühafizə instinktini iflic edirdi. Kəskin, dəfedilməz alternativlər 

həssaslığı, sayıqlığı azaldır, söz, simvol kimi deyil, az qala faktın, reallığın 

özü kimi qavranılır, ruh düşkünlüyünə, ümidsizliyə, bəzən hətta intihara 

gətirib çıxarır. Insan ilk uğursuzluqdaca tərksilah olur, öz gərəksizliyinə, 

naqisliyinə inanmağa başlayır. Qeyd etmək lazımdır gəlir ki, müasir 

dövrümüzdə elə  həddindən artıq çirklənmiş, doymuş adlandırmalar vardır 

ki, bütün kooperativlik, əməkdarlıq səylərinə baxmayaraq onların ifrat 

semantik sıxlığını, hüdudsuz mənfi yüklənməni saxlamaq, heç olmasa 


 

 

 



551

məhdudlaşdırmaq, zəiflətmək getdikcə daha artıq dərəcədə qeyri-mümkün 

xarakter alır. Işlənə-işlənə, təkrarlana-təkrarlana öz mənfi yükünü daha da 

artıran, zənginləşdirən söz və ifadələr ekspressivliyi ilə seçilir (çox varlıdır 

– donuzu kəmdir, çox kasıb – bir həsir, bir də Məmmədnəsir, itə atmağa bir 

daşı yoxdur, qudurmuş\ qudurğan it kimidir\ itdir; görməmiş  oğlu 

görməmiş, əsgi, cındır, əsgi parçası (hədsiz dərəcədə düşük, mənəviyyatsız, 

heysiyyətsiz adam), qoyun (haqqını tələb edə bilməyən, ölüvay, qorxaq və 

təşəbbüssüz adam) və s. Belə ifrat-vulqar simvolika bütün dillərdə var. Və 

müəyyən dövrlərdə belə ürək sərinlədən sözlərə ehtiyac o qədər artır ki, 

hətta əcnəbi söz-yardımlara da ehtiyac yaranır: krısa, korova, vorona və s. 

Almanlar həddindən artıq yoxsul, tavanasız adamı Kirchenmaus, yəni 

“kilsə  sıçanı” adlandırırlar və görünür, bununla da yoxsulluğu 

fəaliyyətsizliyin, tənbəlliyin doğurduğu bir qüsur kimi lənətləyirlər. Yəqin 

ki, bəşəri konfliktlər, hüquqsuzların, fəqirlərin sayı, sosial bərabərsizliklər 

artdıqca, çoxaldıqca, onlara münasibət pisləşdikcə dilin bu damarı daha da 

qol-budaq atıb inkişaf edəcək, bu həssas və çevik dil öz yaradıcı, 

konstruktiv komizm və  bənzərsiz yumor potensialını daha da 

genişləndirəcək, artıracaq. Hər halda parlaq, obrazlı-assosiativ çoxluqlara 

doğruluğun qiymətlər silsiləsində üstün variantlar, daha birmənalı 

qavranılan ekspressiv qiymət dərəcələri kimi yanaşmaq heç bir şübhə 

doğurmur. Tarixdə, hər bir insanın şəxsi təcrübəsində, praktik həyatında bu 

sayaq mənfi, aqressiv sözlərin bəzən pis əməldən də pis qiymətləndirilməsi 

hallarını xatırlamaq olar. Çünki sözün yaratdığı, topladığı emosiya 

predmetin yaratdığı emosiyadan güclü olur. Bəlkə  də dünyada sözdən 

güclü, sarsıdıcı  qıcıqlandırıcı yoxdur. Məlumdur ki, Şah Bəyasid  Əmir 

Teymuru “Teymur-Kəbləgur” adlandırmaqla heç bir barışığa, lütfə yer 

qoymamış, bununla da onun hər  şeyin üstündən adlayıb keçən amansız 

haqlı qəzəbini bütün gücü ilə öz üzərinə yönəltmişdi. Yəqin ki, bütün türk 

dünyasının sonrakı tarixinə təsir göstərən bu uğursuz, ötkəm dil aktında, dil 

faciəsində  Şərqdə  həmişə sövq-şəfa və  vəcd, həm də  xəta, fitnə-fəsad 

mənbəyi olan qafiyənin, səs metaforasının da mənfi, təkrikedici rolu az 

olmamışdır.  

Həm metafora, həm də metonimlərdə linquistik qiymətləndirmə 

prosesində koqnitiv əməliyyatlara cəlb olunan denotatların – müqayisə 


 

 

 



552

olunan və  əlaqələndirilən obyektlərin, predmet və hadisələrin iki müxtəlif 

məfhum sahələri daxilində  və fonunda qarşılaşması, eyni zamanda 

çarpazlaşması baş verir. Yalnız metonimlərin xüsusi növü kimi qəbul 

olunan, bəzən də tamamilə müstəqil,  əlahiddə  məcaz növü kimi təqdim 

olunan sinekdoxa fiqurunda əvəzlənmə eyni məfhumun məzmun sərhədləri 

daxilində  cərəyan edir (Fleischer\ Michel, 159). Lakin burada qavrayışın 

hüdudlanması bütöv – hissə (küll-cüz), tək-cəm qarşılaşması ilə  tənzim 

olunur və bununla da yekunlaşır. Təsadüfi deyildir ki, sinekdoxa kəmiyyət 

münasibətlərinə görə metonimiya adlandırılır. Lakin hər iki halda 

adköçürmə  və addəyişmənin xarakteri dərketmənin xarakterini və 

miqyaslarını  təyin edir. Deyilənlər, Die Flur lacht (Wie herrlich leuchtet 

mir die Natur\ Wie glanzt die Sonne\ Wie lacht die Flur(Goethe), “Die 

Musen schweigen”(“Wenn die Kanonen donnern, so schweigen die 

Musen”), “Willkommen, schöner Jüngling\ Du Wonne der Natur” (F. 

Schiller), “Marlen hatte duftende Stimme”, “Şagird br qabdır, onu 

doldurmaq lazımdır, tələbə bir məşəldir, onu yandırmaq lazımdır.” “Bakı 

uzun, mehribanca qollarını açacaq\ Bir istəkli ana kimi boynumu 

qucaqladı” (O. Sarıvəlli), “Xəzər sahilində min çinar əkdim\ Söyüdlər 

nazlandı gülümsəyərək” (J. Səfərli) kimi nümunələrə  də, “Ein Jude mag 

keinen Deutschen leiden”, “Er sucht die Nadel im Heuhaufen”, “Alles 

entscheidet heute Brüssel”,  “Bütün kənd ondan danışırdı”, “Onun çox 

yaxşı başı var”, “Bütün dünya Xocalı həqiqətləri qarşısında kor olmuşdu” – 

kimi misallara da eyni dərəcədə aiddir. Ümumiyyətlə, məcazlarda obyektə 

birbaşa, vasitəsiz yanaşmanın, adi-neytral, soyuq-rasional münasibətin geri 

çəkildiyini, mübaliğə motivinin gücləndiyini nəzərə almaq zəruridir. 

Göründüyü kimi, müvafiq linquistik dəyişənin qiymətlər çoxluğunda 

obrazlı-assosiativ ifadə şəkilləri praqmatik baxımdan daha aşırı variantlar, 

daha təsirli və ekspressiv alternativlər kimi qavranılır. Buradan da konkret 

söyləm aktında linquistik qiymətlərin adekvatlığı  və effektivliyi məsələsi 

önə  çıxır. Bilavasitə nitqin keyfiyyət xarakteristikası, kommunikativ 

məqsədlə bağlı olan həmin faktorlar söylənilən fikirlərin, mülahizələrin, 

ortalığa atılan təkliflərin qiymətləndirilməsində doğruluq-yalanlıq 

meyarlarını daha da üstələyir, onların fövqünə yüksəlir. Dil istifadəçisinin 

subyektiv mövqe və meylləri, müqabil tərəfə, nitqin predmetinə  və dil 


 

 

 



553

işarələrinə münasibəti aparıcı, təyinedici amillər kimi üstünlük qazanır, 

mücərrəd, çox hallarda səmərəsiz, əhəmiyyətsiz həqiqət axtarıcılığına deyil, 

konkret, dərk edilmiş eksistensial ehtiyaclara istiqamətlənir. Beləliklə, dil 

işarələrinin yayılanlığını və onun səviyyələrini araşdırmaq üçün qeyri-səlis 

dilçilik baxımından xüsusi aktuallıq kəsb edən iki yeni termin cütlüyünün – 

linquistik qiymətlərin səmərəliliyi\ qeyri-səmərəliliyi və linquistik 

qiymətlərin obyektivliyi\ qeyri-obyektivliyi terminlərini elmi, dövriyyəyə 

daxil etmək zərurəti yaranır. Bunsuz obrazlı-assosiativ çoxluqlarla digər 

linquistik qiymət dərəcələri, ifadə variantları arasındakı asılılıq əlaqələrini, 

konkret linquistik dəyişənlər daxilindəki yerini, funksional nisbətlərini 

araşdırmaq mümkünsüzdür. Biz bundan sonrakı 

təhlil və 

araşdırmalarımızda həmin terminlərin xidmətindən istifadə edəcəyik. 

Linquistik dəyişənin qiymətlər çoxluğu paradiqmasındakı alternativlərin, 

müvazi-paralel variantların seçimini doğru-düzgün, səmərəli aparmaqla 

predmet və hadisələrə, bütövlükdə situasiyaya daha yaxşı  nəzarət etmək 

imkanları əhəmiyyətli dərəcədə artır.  

Dil-ünsiyyət faktları göstərir ki, məcaz şəkilləri əyanilik, konkretlik 

yaratmaqla yayılanlığı, qeyri-səlisliyi nə  qədər zəiflətsə, müəyyən 

mərhələdə  nə  qədər məhdudlaşdırsa da, obyektin, hadisə  və proseslərin 

qavranılma genişliyi və intensivliyi, qavranışın hissi-emosional çalarlığı 

yeni, daha yüksək yayılanlıq, qeyri-səlislik səviyyəsinə daxil olur. Metafora 

aldanışları adi söz aldanışlarına, nominativ-birbaşa adlandırmalara nisbətən 

daha çoxcəhətli, parlaq və  cəlbedici olur, xüsusilə adlandırılanla 

əlaqələnmədə  şəffaflıq, mütənasiblik təşkil edərkən yüksək ekspressiya, 

təlqin gücü kəsb edir. Yadda saxlamaq lazımdır ki, əsil fiqurativ ifadə  və 

əvəzetmə çoxluqları kimi gerçəkləşən metafora fikrin hərəkətini, 

dərketməni sürətləndirdiyi, impulsiv məna sıçrayışları törətdiyi kimi, fikrin 

hərəkəti, aydın və birmənalı  şəkildə qavranılması yolunda xeyli əngəllər, 

maniələr, ləngimə  və yanılmalar da törədə bilər. Məhz bu asimmetrik 

praqmatizm vasitəli, qeyri-müstəqim ifadə  şəkilləri olaraq bütövlükdə 

məcazları güclü aldanış  və çaşqınlıq, yalan və manipulyasiya – dil 

hiyləgərliyi vasitəsinə çevirir. Bədii diskursda, siyasi və  ədəbi-bədii 

publisistikada məcaz substratı gerçəkliyə yeni çalarlar, “düzəlişlər” edən, 

dünyanın görkəmini, rənglərini dəyişən, təsvir olunan predmet və 



 

 

 



554

hadisələrin, proseslərin formatını, konturlarını itirən optik aldanış 

misalındadır. Sözün təsir qüvvəsi leksik-üslubi fiqurlar kimi dəyərləndirilən 

məcazlarda, xüsusilə metaforalarda daha aşkar və  əfsunedici, daha əhatəli 

və  əsrarəngiz xarakter alır. Ayrı- ayrı diskurs tiplərində linquistik qiymət 

çoxluqları olaraq məcaz alternativləri effektivlik, şərti-nisbi mənada 

adekvatlıq dərəcələri, səviyyələri ilə  əsaslı  fərqlər, özəlliklər nümayiş 

etdirir. Əvvəlcədən qeyd edık ki, məhz doğruluğun linquistik qiymətlərinin 

ən müxtəlif dil-ünsiyyət situasiyalarında dəqiq olmaması, qeyri-səlisliyi dil 

işarələrinə, onların işarələdiyi obyektlərə münasibət faktorunu, subyektiv 

mövqe və yanaşmaları birinci plana keçirir, bununla da dil istifadəçisinə 

əlavə üstünlüklər qazandırır. Ani, kifayət qədər mənimsənilməmiş, 

qiymətləndirilməmiş qavrayış aktında, adekvat, lazımi reaksiya həssaslığı 

göstərilməmiş ünsiyyət mühitində sanki şüurda qəfil alışan məcaz işığı 

qarşı tərəfin diqqətini yayındırır, onu aydın, birmənalı  dərketmə yolundan 

müvəqqəti olaraq sapdırır. Lakin bu elə aldanış üçün kifayət edir: Dil 

istehlakçısı müəyyən müddət aldadıcı, qeyri-müstəqim nitqin cazibəsinə 

düşür. Və ayılanda artıq gec olur – yaddaşda, koqnisiyada çeşidli 

transformasiyalar baş verir. Deyilənin əksinə olaraq ən elementar, sadə və 

primitiv, digər tərəfdən isə ən parlaq və cazibədar obrazlı-poetik sözü başa 

düşməyən, anlamayan çoxlu dil daşıyıcıları da var. Görünür, gələcəkdə 

linquohəssas insanlardan fərqli olaraq belələri üçün bədii-obrazlı sözün, 

üslub və fikir fiqurlarının üstündə xüsusi işarələr qoyulan kitabları  nəşr 

etmək lazım gələcək. Bu sıraya obrazlı-assosiativ çoxluq şəkillərinə yeni 

həcm və miqyaslar bəxş edən metaforik perifrazları da aid etmək olar. (S. 

Abdullayev (10), 18) 

Bir  şey həqiqətdir ki, metaforada sözün həqiqi-potensial mənasının 

saxlanması, məcazı  məna ilə qarşılaşaraq daha fəal dərk olunması imkanı 

da saxlanır. Yadımdadır ki, Isveçrədə  nəşr olunan romanlardan biri 

oxuculara belə  təqdim edilirdi: “Sklaven der Einsamkeit” (“Tənhalıq 

qurbanları”). Əslində “Sklave” qul, kölə sözlərinə uyğun gəlir. SFJ kanalı 

ilə verilən verilişdə  tənqidçi romanı belə  təqdim etdi: “Əslində ad düz 

deyil, qəhrəmanlar heç də kölə deyillər. Bu, fatal bir metaforadır.” (“Das ist 

eine fatale Metapher”) (SFJ, 23 mart, 2006, s. 17.30) Lakin belə versiyada 

metafora artıq öz reallığını, semantik çevrəsini təyin edirdi, situasiyaya 


 

 

 



555

nəzarəti öz əlinə alırdı. Hadisənin fövqünə yüksəlirdi, gerçəkliyin 

hüdudlarını adlayıb keçirdi. Almaniyadan qulaq asdığım radio-

verilişlərindən biri yenə  də oxşar metaforik ad-mövzu altında təqdim 

edilirdi: “Denkmäler der Einsamkeit” (“Tənhalıq abidələri”) Yəqin ki, 

“Yalqızlıq abidələri” daha doğru olar (sözü nə  qədər dəyişsən də, tam 

dəqiqliyə çatmaq mümkün olmayacaq). Həmin verilişdə  nəhəng  şəhər-

göydələnlərdə bir-birini tanımayan, bir-birinin taleyinə tam laqeyd olan 

insanlardan söhbət gedirdi və bu “metafora məchulluğunda” əslində Qərbi 

Almaniyada sənaeləşmənin inkişafı, bunun qeyri-humanist məzmunu 

tənqid hədəfi kimi götürülürdü. “Denkmaler der Anonymitat” 

metaforasının işləndiyi həmin mətndə sadə, daha insani, daha təbii sosial 

həyat və  məişət tərzinin üstünlükləri təbliğ olunurdu. Məlumdur ki, digər, 

bəlkə daha düzgün baxış bucağından geniş, rahat mənzilli çoxmərtəbəli 

binaları insanların sərbəst, asudə və sakit yaşaması üçün ən ideal, münasib 

məkan kimi də  dəyərləndirmək olar. Lakin hər halda “abidə” sözü 

monumentallığı xüsusi nəzərə çarpdırmaqla mətnin geniş semantik anlam 

və perspektivdə qavranılmasını  təmin edir. Üslub – ideyanı üstələyir. 

Metafora sadəcə olaraq dil-üslub fiquru olmaqdan çıxır, bütöv bir mətn 

işarəsinə, koqnitiv reallığa çevrilir.  

Metaforik adlandırma spesifik dərketmə üsulu olaraq predmet və 

hadisələri bütün genişlik və  əhatəliliyi, semiotik-assosiativ əlaqələri ilə 

təqdim edir, mümkün ola bilən, paralel gerçəkliklərin surətlərini, 

obrazlarını yaddaşda canlandırır. Metafora təkcə adlandırmır, həm də 

gerçəkliyə yeni nüanslar əlavə edir, onu fərqli rakusda, fərqli görüş bucağı 

altında təqdim edir. Çeşidli anlam-qavrayış modelləri, ifadə alternativləri 

doğurur. Bu həm də o deməkdir ki, nitqin qavranılmasının ardıcıllığına, 

fasiləsizliyinə  xələl gəlir, fikrin dürüst və birxətli  şəkildə üzvlənməsi 

çətinləşir. Bununla da aldanış və manipulyasiya imkanları güclənir. Bəzən 

dərhal qavranılmayan metafora gözlənilməzlik effekti ilə idrakı, düşüncəni 

sanki keyləşdirir, hər cür perspektivin ani olaraq qarşısını kəsir. Dərketməni 

tamamilə avtomatlaşan, idarə olunan, hətta qarşı tərəfdən çox az asılı olan 

bit vəziyyətə gətirir.  

Buna aid istənilən qədər misal gətirmək olar. Bir dəfə  İsrail 

dövlətinin yaşamaq hüququnu qəbul etməyən  İran prezidenti Mahmud 


 

 

 



556

Əhmədinejat kütlə qarşısında çıxışında demişdi: “İsrail qurumuş  və ölmüş 

bir ağacdır, külək  əsən kimi yıxılacaq.” Bu sözlər zaman-zaman həssas 

sözün, radikal fikirlərin  əsiri olan mömin müsəlmanlara sarsıdıcı  təsir 

göstərmişdi. Televiziya görüntülərində sözü, obrazı hadisənin özü kimi 

qavrayan hər bir fanatik iranlı, əmmaməli molla, arxayın, mütilikdən məst 

olan hər bir din adamı doğrudan-doğruya yıxılan bir ağacı seyr edirdi, 

qarşısında həqiqət əvəzinə quruyan və küləkdən yıxılan bir ağac görürüdü. 

Predmetli, vizual qavrayış hisslərə, duyğulara hakim kəsilmişdi. Metafora 

gerçəyə üstün gəlmişdi. Israil bu dövrdə heç də “quruyan və ölən bir ağac” 

deyildi, bölgənin ən güclü dövlətlərindən biri idi. Nüvə dövləti idi. Yəhudu 

beyni ilə qidalanan, becərilən, suvarılan, bu dünya ilə nəfəs alan sağlam bir 

palıd ağacı, canlı, dinamik bir orqanizm idi. “Biz İsrail dövlətinə qalib 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin