edir, linquistik qiymətləndirmənin yayılanlığını real olaraq hesablayır,
təsvir edir. Yuxarıda göstərilən “hə” ilə “yox”, “doğru” və “yalan”, “1” və
“0” arasında gah bu, gah da digər qütbə yönələn alternativlər,
məhdudiyyətlər əsil həqiqətdə zahiri gözəlliyi xarakterizə edən müxtəlif
dərəcələr, çalarlar misalındadır.
Obrazlı-assosiativ çoxluqlar haqqında aralıq nəticə olaraq hələlik
bunu yadda saxlayaq ki, həmin ifadə alternativləri linquistik
qiymətləndirmənin maksimallığı, radikalizmi ilə diqqəti cəlb edir. Ilkin-
nominativ adlandırma və linquistik qiymətlərdən fərqli olaraq obrazlı-
assosiativ çoxluqlarda sağa və sola doğru genişlənmə imkanı nisbətən
zəifdir, hətta bir sıra hallarda sıfra bərabərdir. Predmet və hadisələrə
obrazlı-emosional münasibət mötədilliyi, aralıq zonasındakı verballaşmanı
istisna edir. Wüstenschiff (səhra gəmisi), Eisenfaust (dəmir yumruq –
boksçu Klicko haqqında), “İch bin das Schwert, ich bin die Flamme”, “Mən
bir cəviz ağacıyam Gülhanə parkında”, “Bir yarpağam son baharda” kimi
ifadə formaları tam son hədd qavrayıcı olmasa da, onlarda aşırı-mübaliğəli
düşüncə və dil praqmatikası hakimdir.
Müxtəlifsistemli dillərdə linquistik dəyişənlərin şaxələnmə
mənzərəsini, qiymət çoxluqlarının yayılanlığının hüdudlarını, bunun
tipologiyasını bir qədər də yaxından izləmək üçün alman dilində eyni
linquistik dəyişənin/(“aussere Schönheit”) ətrafında qruplaşan yayılanlıq
blokunu nəzərdən keçirək. Zira bu, müxtəlif mədəniyyətlərdə ən intensiv
qavrayış sferası olan gözəllik qavrayışının özünəməxsusluğunu, koqnitiv
perspektivlərinin zənginliyi və dinamikasını, habelə etnik təfəkkür və
psixologiyaları təqib etmək baxımından da aktual maraq kəsb edir.
522
Əvvəlcə “hə” istiqamətində yayılma – birinci sıra çoxluqları:
Monika\ sie ist schön, Sie ist sehr schön, Sie ist ein durchaus\
volkommen schönes Madchen, Sie ist auffallig (auffallend) schön, Sie ist
unvergleichlich schön (als…), Sie ist makellos schön, Sie ist
ausserordentlich\ aussergewöhnlich schön, Sie ist berauschend schön, Sie
ist hinreissend schön,\ Sie ist über alle Begriffe schön, Sie ist über die
Massen\ über alle Massen schön, Sie ist zum Küssen schön, Sie ist eine
Schönheit, Sie war ungewöhnlich schön, Sie ist wunderschön\wundersam,
Sie ist eine wunderschöne Frau, Sie ist hübsch, Sie ist ein hübsches
Madchen, Sie ist ein niedliches Madchen, Sie ist recht niedlich (geworden),
Sie ist attraktiv\ sehr attraktiv\ vollkommen attraktiv, Sie ist eine attraktive\
überaus attraktive, recht attraktive junge Frau, Sie ist ein ausgesprochen
attraktives Madchen, Sie hat ein attraktives Ausseres, Sie sieht attraktiv
aus, Sie ist ein schmuckes Madchen, Sie ist ein liebliches Madchen, Sie
sieht lieblich aus, Sie hat ein liebliches Gesicht, Sie ist ein holdes Madchen,
Sie ist ein wunderbares\ ein sehr wunderbares\ überaus wunderbares\
wunderschönes Madchen, Sie ist ein wundervolles\ sehr, überaus, recht
wundervolles Madchen, Sie ist ein reizvolles\ sehr, überaus, recht,
auffalend, aussergewöhnlich, weizvolles Madchen, Sie ist ein charmantes\
überaus, vollkommen, ganzlich, ausserordentlich, aussergewöhnliches...
Madchen, Sie ist ein begehrenswertes\ sehr...begerenswertes Madchen, Sie
ist ein faszinierendes\ sehr überaus... faszinierendes Madchen, Sie ist ein
verführerisch schnones, ungewöhnliches Madchen, Sie ist ein herrliches\
sehr herrliches Madchen, Sie ist ein sagenhaftes, sehr sagenhaftes...
Madchen, Sie ist ein traumhaftes Madchen, Sie ist ein vollkommenes\
sehr... Madchen, Sie ist schön wie eine\ die Blume, Monika ist so schön, als
ware sie\ als ob sie eine Blume, ware, Sie sieht wie eine Blume aus,
Monika ist einer Blume\ einem Blümchen ahnlich, Sie ahnelt sich einer
Blume, Sie ist eben (so) schön wie die Rose\ eine Rose, Sie ist so schön, als
ware sie eine Rose\ als ob sie eine Rose ware, Sie sieht aus wie eine Rose,
Sie duftet wie eine Rose, Sie ist einer (wahren) Rose ahnlich\ ahnelt sich
einer echten Rose, Sie ist eine Rose, Sie ist schön wie Venus, Sie ist schön\
herrlich, wunderschön, glanzvoll, faszinierend wie der Venus , Sie ist
523
(selbst) der Venus, Sie ist genau (so) schön wie Kleopatra\ Nefertiti, Merlin
Manro, Marlen Diedrich usw.
“Yox” istiqamətində yayılma - ikinci sıra çoxluqları:
Monika/sie ist nicht\ gar nicht, durchaus nicht unschön, Sie ist alles
andere als unschön, Sie ist alles andere als schön\ hübsch, wunderbar,
attraktiv, niedlich, Sie ist gar kein attraktives Madchen, Sie ist gar nicht\
ganz und gar nicht ohne Schönheit, Sie ist gar kein unschönes, nicht
attraktives, sondern durchaus hasslich\ nicht akzeptabel, Sie ist ein wenig
unschön, Sie ist durchaus kein unschönes\ hassliches Madchen, Sie ist
nicht\ gar nicht besonders makellos, Sie ist gar kein makelloses Madchen,
Sie ist alles andere als charmant, Sie ist durchaus nicht charmant, Sie ist
kein\ gar kein vollkommenes Madchen, Sie ist kein sehr schlechtes
Madchen, Sie ist nicht so schlecht (als gedacht), Sie ist kein\ gar kein
schlimmes Madchen, Sie ist nicht nur nicht (sehr) schlimm, sondern
überaus\ vollkommen, ausserordentlich, unvergleichlich schön\ attraktiv,
Sie ist gar nicht widerlich, Sie ist kein\ gar kein widerliches Madchen, Sie
ist alles andere als widerlich, Sie ist weder schön, noch unschön, Sie ist
weder hasslich, noch schön, Sie ist schön und auch hasslich, Sie ist ein ein
wenig\ ein bisschen schön\ hasslich, Sie ist gar nicht inakzeptabel, Sie ist
gar keine Vogelscheuche (wie sie es denken), Sie ist alles andere als eine
Vogelscheuche usw.
Əlbəttə, əyani şəkildə dərk və təsəvvür oluna bilən digər linquistik
dəyişənlərdən də istənilən qədər belə obrazlı-assosiativ çoxluq sıraları
qurmaq olar.
Gözəllik dəyişəninin sadalanan qiymət çoxluqlarının yəqin ki, heç də
tam olmayan siyahısından da göründüyü kimi, obrazlı-assosiativ
alternativlər təyinedici linquistik qiymətlər sisteminə daxil olur və gözəllik
qavrayışının hüdudlarını nəzərə çarpacaq dərəcədə genişləndirir. Obrazlı-
assosiativ çoxluqlar - əslində bu görümlü, daha konkret və nisbətən aydın
konturlarda qavranılan koqnitiv-emosional variantlar ilkin termlər
arasındakı linquistik məsafəni dah sürətlə keçir, qiymət-dərəcələnmə
qayçısını sonadək açır, yayılanlığın, qeyri-səlisliyin mümkün hüdudlarına
qədər gedib çıxır. Biz filan qız ceyran kimidir/ceyrandır, yaxud “Sie ist
selbst die Kleopatra” deməklə öz təsəvvürümüzdə gözəllik qavrayışının pik
524
nöqtəsinə, gözəllik terminalının sonuna, sərhəddinə can atırıq. Birləşdirici
və ayırıcı bağlayıcılar (və, və ya, həm-həm də, sowohl als auch, und, oder),
xüsusilə rəngarəng inkarlıq daşıyıcıları fərqli linquistik qiymətləri bir-
birinə yaxınlaşdırmağa, saysız-hesabsız keçid və aralıq pillələrini
fərqləndirməyə, müxtəlif çalarları, həddləri ayırmağa, dərəcələməyə
hesablanır. Onlar bu dərəcələri fərqləndirmək, diferensiallaşdırmaq üçün
dilin, dil sisteminin təqdim etdiyi variantlardır. Obrazlı-assosiativ
çoxluqların araşdırılan bu çevik variativ, törəyən, artan sistemdə yerini
müəyyənləşdirməyə gəldikdə isə demək lazımdır ki, ritorik fiqurasiyalar
linquistik qiymətləri yalnız üstün-aşırı həddə qarşılaşdırmaq, şərti-nisbi
mənada mütləq əlahiddə alternativlərin yaradılması işini görmür, həm də
həmin hədlərin, qiymət ölçülərinin tədriciliyini, qavrayışın bütövlüyünü
təmin etmək funksiyasını yerinə yetirir. Əgər biz “Dogrudur,
Xalidə/Monika gözəl qızdır, amma daha ona ceyran da\ ceyran balası da
demək olmaz, Kleopatra, Marlen Didrix də, daha ceyran\ ceyran balası da
deyil”/ Kleopatra da, Marlen Didrix də, Merlin Monro da deyil deyiriksə,
həmin qiymət, qiymətləndirmə həddini sistemin fövqünə, superlativ
ölçülərə yüksəltmiş oluruq. Inkarlıq müdaxiləsi mənfini müsbətə, doğrunu
yalana, “hə”ni “yox”a, ceyranı onun əks-assosiativ qavrayış zonasına düşən
bütün mümkün mənfi obrazlara çevirmək gücü və xisləti kəsb edir. “O,
meymun kimi də deyil, daha meymun da demək olmaz” söyləmində ifrat
mənfi xarakteristika az qala “yaxşı”, “məqbul” qəbulolunan versiyalarına
qədər positivləşmə, mülayimləşmə perspektivi kəsb edir. “Pis deyil”, “nə
pisdir, nə də yaxşı”, “həm pisdir, həm də yaxşı”, “tam\ tamamilə yaraşıqsız
deyil\ olmaz”/ demək olmaz” qiymət dərəcələri ilə bərabərləşir. Tam
bərabərləşməsə də, bərabərləşə bilməsə də, onlara xeyli dərəcədə
yaxınlaşır. Biz hər hansı bir şəxsə ikrahla, dil-işarə radikalizmi ilə “çirkin”
ya “eybəcər” deməklə linquistik qiymətləri koqnitiv-praqmatik baxımdan
düzgün müəyyənləşdirə bilmədiyimizi nümayiş etdiririk. Çirkin, idbar,
eybəcər, iyrənc, lap “gözəl olmayan qadın” deməklə dünyanın, təbiətin
nizamına qarşı gedirik. Dilin sanksiyasına boyun əyirik. Dil, dil işarələri
təbiətin sonadək yarada bilmədiklərini yenidən yaratmağa, yeni reallıqlar,
materiyalar doğurmağa da qadirdir. Təkcə xəlq olunan deyil, həm də
xaliqdirMübaligəsiz demək olar ki, dil “gözəllik” duyğusunu
525
reallaşdırarkən təbiətdə olmayan bir genişlik, rəngarənglik və vüsət kəsb
edir, öz gözəllik ölçülərini yaradır və qəbul etdirir. Imitasiya ilə, canlı insan
səsi ilə, mətn semantikası ilə daha da zənginləşən, çoxalan linquistik
qiymətlər “gözəllik” linquistik dəyişəninin deyil, digər blokların da
linquistik qiymətlərində incə münasibətlər yaradır, bəzən hətta sonadək
dərk olunmayan ştrixlər, çalarlar doğurur. Linquistik qiymətlər insandan
insana, zövqdən zövqə, dövrdən dövrə, situasiyadan situasiyaya dəyişir.
Beləliklə, dil işarələrinin qeyri-adekvatlığı getdikcə daha da güclənir, daha
artıq yayılanlıq, genişlik kəsb edir. Çox vaxt substansional sədləri adlayıb
keçir. Dil sadələşmək, aydınlaşmaq, durulmaq əvəzinə həm də dərketmənin
ziddiyyətləri hesabına daim tərkibcə mürəkkəbləşir. Daha doğrusu, bir
tərəfdən aydınlaşma, saflaşma prosesi keçirir, digər tərəfdən isə bulanır,
kəsifləşir, daha az anlaşılan, bəzən də tamamilə idarəolunmaz, durdurulmaz
hala gəlir.
Məcaz çoxluqları hətta ən konkret və aydın, görümlü olduqları
vəziyyətlərdə dil işarələrinin qeyri-adekvatlığının, təxminilik, yayğınlıq və
qeyri-mükəmməlliyinin yeni mərhələsini əks etdirir. Əgər insan lap
əvvəldən predmet və hadisələri tam dəqiq və birmənalı şəkildə əks etdirə
bilsəydi, ümumiyyətlə mümkün olmayan belə bir şey mümkün olsaydı, hər
cür qeyri-müstəqim adlandırmalara, o cümlədən məcazlara da heç bir
ehtiyac qalmazdı. Beləliklə, məcaz məfhmları, əşya, hadisə və prosesləri nə
qədər konkretləşdirsə də, bir-biri ilə birləşdirib əlaqələndirsə də, analogiya
və məntiqi əlaqələr üzrə çoxluqlar düzənləsə də, mahiyyət etibarilə predmet
və hadisələrdən, denotatlardan, daha doğrusu, onların mütənasib, dəqiq və
sahmanlı adlandırılmasından həm də uzaqlaşmanı əks etdirir. Əslində
mahiyyt etibarilə metaforik olmayan heç bir söz yoxdur – sözlərin hər
birində ibtidadan, başlanğıcdan bir məcazlıq var. Hər şey ilkin səs
metaforalarından başlayır və mətn-konstruksiya metaforlarına doğru inkişaf
edir. Dil işarələrinə münasibətdə nihilizm oradan doğur ki, əslində heç bir
işarə, o cümlədən də linquistik işarələr isnad verdiyi obyektə, referensiyaya
tam adekvat ola bilmir. Onun mahiyyətini, substansional və konseptual
keyfiyyətlərini əslinəuyğun şəkildə, bütöv əks etdirə bilmir. Ikinci signal
sistem olan dil, dil işarələri sonda substansiyaya, müstəqil reallığa
526
çevrilmək gücü kəsb etsə də, materiyanın, maddi və ideal şeylərin
mahiyyətinə tam enə bilmir. Heç vaxt tam bilik, tam həqiqət ola bilmir.
Beləliklə, məcaz çoxluqları həm də adlandırmada, sözdüzəltmədəki
boşluqları, çatışmazlıqları aradan qaldırmağa yönəlir. Alman dilindəki
“Tischbein” (Tisch – stol, Bein-ayaq) həmin anlayişıalrı zahiri bənzərlik
əsasında və ya predmet yaxınlığına görə əlaqələndirmək, birləşdirmək
ehtuyacından doğmur. Bu söz sadəcə olaraq ona görə yaranır və işlənilir ki,
“stolun ayağını” adlandırmaq üçün başqa söz yoxdur. Dilin başqa
adlandırma, birbaşa, nominativ işarəetmə resursu yoxdur. Eyni sözləri
“Handschuh”, “quzuqulağı” “bağayarpağı” haqqında da demək olar.
Almanlar daha adekvat, əyanı adlandırma ilə əlcəyə “əl ayaqqabıları” deyir.
Biz rusların “qlanda” dediyi şeyə, fizioloji ötürücüyə “badamcıq” deyirik.
Çünki başqa əlacımız yoxdur. Dərketmə, adlandırma axtarışı
tükənmişdir.Əgər “qurdağız”, “dovşandodaq” əvəzinə birbaşa müstəqim
nominalımız olsaydı, yəqin ki, belə bəduğur, lakin kifayət qədər obrazlı-
əyani sözlərin yaranmasına da ehtiyac olmazdı. Doğrudur, gilasın xüsusi bir
növü olan “öküzürəyi”, çox faydalı dərman bitkisi olan “itburnu”, habelə
üzüm növü olan “keçiməmə” sözlərində adalnadırma və qiymətləndirmə
funksiyaları üzvü şəkildə birləşir. Ilkin obrazlı adlandırma örnəkləri olan
bağayarpağı, dəvədabanı, kəklikotu kimi adlandırmalarda qavrayış-
qiymətləndirmə motivasiyası artıq köhnəlmiş, bitmiş hala gəlmişdir, sözün
ilkin ekspressiyası geri çəkilmiş solmuş, sönmüş vəziyyətdir. Almanlar ifrat
kökəlmədən sonra daha əyinlərinə gəlməyən, dolabdan asılıb qalmış,
lazımsız hala gəlmiş paltarları obrazlı şəkildə “Kleiderschrankleichen”
(şkafdan asılmış meyitlər) adlandırır ki, belə adlandırmalar artıq daha
mürəkkəb ifadə formalarını, bütöv sintaktik çoxluqları, cümlə və hətta
bütöv mətni əvəz edir. Yüksək semantik-sintaktik sıxlıq, mobillik nümayiş
etdirir.
Əgər tibbi, xüsusilə anatomik terminlərə fikir versək, onların bir
çoxunda metaforadan mənaya, anlayışa uğurlu keçidlərin şahidi olarıq.
Belə terminlərdə təkcə adlandırmanın çətinlikləri, birbaşa nominasiyaların
aşkar mümkünsüzlüyü və səmərəsizliyi deyil, həm da sərrast metaforalar
sayəsində dərketmənin sevincləri, parlaq nəticələri ifadə olunur. Biz şəxsi
təəssüratlarımızla əlaqədar anatomik adlar, onların fizioloji funksiyaları
527
haqqında düşünərkən, oxşarlıq və yaxınlıq əlaqələrini gözdən keçirərkən
çoxlu “dil çiçəkləri” - metaforalara rast gəlirik. Hətta bu heyrətli,
düşündürücü uyğunluq və mütənasiblikdə baş verənləri daha yaxşı dərk
etmək, təsəlli və inam da tapmaq mümkündür. Tam əminlik hasil olur ki,
metafora qeyri-müstəqim nitqin, qeyri-səlis çoxluqların ən mürəkkəb və
çətin anlaşılanı, bəzən müəmması olsa da, bir ikonik işarə olaraq həqiqətə,
biliyə gedən yolu xeyli qısaldır, dil siqnallarını obyektə, məlumat
mənbəyinə maksimal dərəcədə yaxınlaşdırır, onların optimal adekvatlığını
təmin edir. Həmin optik, şəffaf anatomik terminlər sırasında aşağıdakılara
diqqət yetirmək kifayətdir: günəş kələfi, öd kisəsi, burun çəpəri, ağ ciyər
ürəyi, göz alması, sidik kanalı, sidik kisəsi, onurğa sütunu, onurğa beyni,
alın payı, göz billuru, əsəb telləri, döş qəfəsi, hüceyrə membranı, limfatik
şəbəkə, almacıq sümüyü, ürək klapanı, sağ mədəcik, sol qulaqcıq,
limfositləri hazırlayan fabrika, qarın boşluğu, kor bağırsaq, böyrək
piramidası və s. Bu parlaq adlandırma və dərketmə evrikasında dil işarələri
elə məfhumun, hadisənin özü kimi çıxış edir, ilkin bilik, məlumat mənbəyi
kimi qərarlaşır.
Həkimlərimiz məhz bu şəffaf linquistik potensialdan istifadə etməklə
öz fikirlərini daha aydın və anlaşıqlı ifadə edə bilirlər. Xəstəlikləri, onların
yaranma və müalicə olunma imkanlarını daha asan və inandırıcı ifadə edə
bilirlər. Qəribədir ki, optik, adekvat terminoloji ilə yalan demək, illuziyalar
formalaşdırmaq da daha asan olur. Biz yeni bir metafora aldanışı ilə heç də
onu demək istəmirik ki, canlı-maddiləşmiş sözü anatomik orqanı çıxarıb
onun yerinə qoya bilərik. Orqanı sözlə, canlı işarə substansiyası ilə
dəyişdirə bilərik. Biz təbiblərimizə optimal dil-işarə kütləsi ilə anlayışların,
canlı materiyanın mahiyyətinə daha artıq yaxınlaşmanın müxtəsər linquistik
texnologiyasının mümkünlüyü ideyasını təlqin etməyi düşünürük. Əlbəttə,
bu termin, terminologiya sərvətini dildən daha dəqiq istifadə edən həkimlər
özləri yaratmışlar. Yalnız qavrayışın optimallığı, əyaniliyi sayəsində dil
işarəsini predmet və hadisələrin özünə bu qədər yaxınlaşdırmaq
mümkündür. Hər halda bu gün ağıllı aparatlarla, dəqiq cihazlarla bərabər
dərketmənin ilkinliyi, həssaslığı da bütün emosionallığı ilə göz
qabağındadır. Görünür, gələcəkdə insan anatomiyası və fiziologiyasının
daha dərindən öyrənilməsində linquistik xidmətin rolunu daha da artırmaq
528
lazım gələcək. Düşünürəm ki, əgər göy cisimlərini də belə təsvir və
təsəvvür etmək, adlandırmaq mümkün olsaydı, onları daha aydın və
yaxından görə bilsəydik, astranomiyanı öyrənmək də xeyli asanlaşardı.
Metaforanı həqiqi tədris vasitəsinə çevirmək olardı. Əgər rəqəmlərin,
simvolların arxasında dayanan kəmiyyət əlaqələrini belə aydın, dürüst
təsəvvür etmək mümkün olsaydı, riyaziyyatın, cəbrin təfəkkürümüzü bu
qədər zorlamasına, dərketmənin hamıya müyəssər olmayan çətinliklərinə
bir çarə, əncam tapmaq olardı. Intellektual maşınlar, sözlə çalışan
kompüterlər yaratmaq daha asan olardı. Belə halda metaforadan anlayışa
keçidin çətinliklərini, mürəkkəb mərhələlərini dəf etməyə də ehtiyac
qalmır, çünki canlı materiya, substansiya bütün görkəmi və mahiyyəti ilə
göz qabağındadır.
Sinonim və digər müvazi ifadə çoxluqlarından, qeyri-müstəqim ifadə
şəkillərindən fərqli olaraq məcaz çoxluqları – adköçürmə və addəyişmə,
məfhum mübadiləsi nəticəsində fikir predmeti daha parlaq və qabarıq
şəkildə nəzərə çarpır, bununla da linquistik qiymətlər daha artıq dərəcədə
diqqəti cəlb edir, ayrıca bir caszibə sahəsi yaradır.
Məcaz çoxluqlarının özünəməxsus cəhətlərindən biri budur ki, o,
dərketmənin, koqnisiyanın müəyyən bir mərhələsində yayılanlığı saxlayır,
daha doğrusu, məhdudlaşdırır, qeyri-səlisliyi, natamamlıq, təxminilik və
qeyri-müəyyənliyi, yeni ölçü və çərçivələrdə fərqli bir müstəvi üzərinə
yönəldir. Metaforada sözün özü ilə onun ifadə etdiyi predmet arasındakı
linquistik məsafə xeyli kiçilir, canlı söz predmetin, hadisənin gerçək obrazı
kimi təqdim olunur.
“Türkiyə heç də əlində qiymət kitabçası Avropa Birliyinin qapısında
boyun burub gözləyən tələbə deyil” – heç kim Türkiyənin Avropa birliyinə
daha çox lazım olduğu fikrini bundan da aydın, əyanı və təsirli ifadə edə
bilməz. Linquistik qiymət həddini bundan da artıq konkretləşdirə,
optimallaşdıra bilməz.
“Dünən biri keçi kəsib payladı, bu gün biri qoyun kəsmişdi, bizim
evə də göndərdi, indi də gözləyirəm biri də dana kəsəcək. Indi bilmirəm
keçiyə səs verim, qoyuna səs verim, yoxsa danaya səs verim? Çətin seçim
qarşısında qalmışam.” Hamı “qoyun”, “keçi” və “dana”nın kimlərdən, nə
sayaq adamlardan ibarət olduğunu bilir, əyani şəkildə təsəvvür edir. Heç
529
kim və heç nə namizədlərin sosial-siyasi tərkibini, intellektual
yararsızlığını, yekrəngliyini bundan da aydın, əyani-obrazlı və parlaq
şəkildə ifadə edə bilməz. Dili təsvir olunan vəziyyətin, real situasiyanın
özünə, analoquna çevirə bilməz.
Bu da unudulmuş xalq yazıçısı Bayram Bayramovun bir insan
ömründən də qiymətli ola bilən metaforası: “... Qara nər buzlu yolları, dar
cığırı keçib gümüşü çəməndə, dağ başında qaya əzəməti ilə dayandı. Ay
onun heykəl kölgəsini qarşıdakı dağın başına apardı.”
Müxtəlif diskurs tiplərinə aid yuxarıda gətirilmiş misallardan bir
daha anlaşıldığı kimi, metafora fiqurunda daxili və zahiri oxşarlıq və ya
funksional bənzərlik bünövrəsində, ümumi-müstərək əlamət əsasında yeni
bir koqnitiv reallıq meydana gəlir, əlavə - ikinci dərəcəli əlamətlər isə
lüzumsuz, əhəmiyyətsiz bir şey kimi kənara atılır, mötərizə xaricinə
çıxarılır. Beləliklə, metafora bütövlükdə əlaqələndirmə və məfhumi
yaxınlığa, təkcə ilə ümuminin əlaqəsinə əsaslanan digər məcaz formaları
yalnız sırf bir dil hadisəsi olmaqdan, yəni sözün sadəcə olaraq, həqiqi,
yoxsa məcazi mənada işlənib-işlənməməsi situasiyasından çıxır, mühüm
bir konseptual hadisə, dünyagörüşü modeli, dərketmə aləti kimi çıxış edir.
Geniş mənada metafora semantik fiqur olaraq bir anlayışın digər bir anlayış
prizmasından, bir məfhumun başqa bir məfhum sahəsi vasitəsilə dərk
etmək üsulu kimi fəalliyyət göstərir. Metafora geniş mətndə özündən
əvvələ və sonraya doğru şüalanır, yeni mətn perspektivləri açır və ya
əvvəldə söylənmiş fikrə yekun vurur, yaxud onu tamamlayır,
dolğunlaşdırır. Təsadüfi deyildir ki, metaforanın əlahiddə bir söz kimi yox,
“ein Stück Text” (“kişik bir mətn parçası”) kimi araşdırılması zərurəti
meydana gəlir. (E. Riesel\ E. Schendels, 213)
Metaforaya fikri anlamaq üçün sadələşdirmə, asanlaşdırma vasitəsi
kimi yanaşanlar var. (Bax: A. Məmmədov, M. Məmmədov, 57) İnsanlar
bəzən əlavə, tamamlayıcı, bütövləşdirici şərhlərə, aydınlaşma və faktlara
ehtiyac hiss edirlər. Biz obrazlı-assosiativ çoxluqlar vasitəsilə yaddaşda bir
aydınlaşma, dayaq nöqtəsi axtarır və çox vaxt bunu metaforada tapırıq. Biz
iki müxtəlif məfhum sahələrinə aid olan sözləri müqayisə etməklə və ya
onları əlaqələndirməklə, birləşdirməklə hər iki referensiyanı, predmeti,
hadisəni nəzərə çarpdırır və məhz bu fəal, idraki qarşılaşdırma mühitində
530
hədəf obyekti daha artıq diqqət və vurğu altına gətiririk. Bu həm də obrazlı-
assosiativ çoxluqların, metaforanın evristik xüsusiyyətidir. Məlumdur ki,
əyani-obrazlı qavrayış insanın psixi fəaliyyətini, kreativ-yaradıcı
qabiliyyətini stimullaşdırır, danışanı (yazanı) dil işarələrinin inersiyası,
Dostları ilə paylaş: |