Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

xidmətlərin” nədən ibarət olması, böyüklüyün haradan başlayıb harada 

bitməsi hələ heç kəsə  məlum deyil. Kiçik bir ailənin, kollektivin, sosial 

qrupun, dövlətin, xalqın xeyrinə  də “çox böyük” işlər görmək olar. 

“Böyüklük” və “kiçiklik” ölçülərinin (lap böyük, dahi, kiçik olmayan və s.) 

məhz nədən ibarət olması, nələrdən hasilə  gəlməsi konkret situasiyada az-

çox məlum olsa da, bu barədə heç kəsdən hesab soruşan, heç kəsi sorğu-

suala çəkən, heç kəsin boyuna ip tutan olmur. Siyasi fəaliyyət və 

ümumiyyətlə fəaliyyət, iş meydanı tikinti şirkəti və ya konstruktor bürosu 

olmadığı kimi, siyasətçi də  iş icraçısı  və ya ixtiraçı deyil ki, baxıb onu 

qiymətləndirəsən. İctimai-siyasi ünsiyyətdə, siyasət meydanında “dünyanın 

mərkəzi buradır, inanmırsan ölç” zorakı məntiqi işləyir. Bu məntiq bir çox 

həqiqətləri hazır, diqtə edildiyi şəkildə qəbul etməyi tələb edir. Nitq aktı da 

bir dəfə keçib gedən və uzaqlaşan qatar kimidir və heç kəs onu geri 

qaytarıb içərisini yoxlamır. “Lap böyük xidmət”, “çox böyük xidmət”, 

“olduqca böyük xidmət” yayılan linqvistik qiymətlər ilə müqayisədə elə 

“böyük xidmət” də çox böyük xidmət kimi təqdim edilə və belə də anlaşıla 

bilər. “Böyük şəhər” – “kiçik şəhər” qarşılaşmasında “böyük siaysətçi” – 

“adi siyasətçi” (siyasi xadim), “böyük xidmət”, “kiçik və ya adi xidmət” 

elementlərinə nisbətən yayılanlıq təbii ki, daha geniş  və konkret olur 

(almanlar “eine Großstadt” və “eine große Stadt” həcmlərini 

fərqləndirirlər). Bir siyasətçinin və ya dövlət xadiminin, digər siyasətçi və 

ya dövlət xadimindən daha böyük və ya kiçik olduğunu sübut etmək bir 


 

 

 



371

şəhərin digərindən daha böyük və ya daha kiçik olduğunu “sübut 

etmək”dən qat-qat asandır. Birincidə birbaşa substansiya, obyekt, ikincidə 

isə konkret faktdan, obyektdən ayrılıb təklənmiş dil işarəsi qiymətləndirilir. 

Birincidə aydın, görünən fiziki-maddi ölçülər, vizual görünüş və gerçəklər, 

həqiqətlər konkret olaraq meydandadır, həm də “oxuyan fəvvarələrlə bir 

yerdə” meydandadır, ikinci və ya ikincilərdə isə mücərrəd, ixtiyari, 

predmetsiz bir genişlənmə, üfürülmə, bununla da yalan və ifrat mübaliğə 

təhlükəsi realdır.  İnkar formantı isə böyük olanı daha çox kiçiltmək və 

kiçik olanı daha çox böyütmək imkanı yaradır. Psixoloji baxımdan belədir 

ki, “daha böyük” forması  dərketmə baxımından “daha kiçikdən” və ya 

“böyük olmayandan” daha aktualdır. Görünür ona görə ki, bir-birindən 

“böyük olan” və belə  qəbul olunan, arzulanan şeylər bir-birindən “kiçik 

olan”  şeylərdən daha çoxdur və asan, tez qavranılandır. Çünki dərketmə, 

artıq qeyd etdiyimiz kimi, daha çox müsbət, pozitiv əlaməti aramaq 

istiqamətində gedir. Məsələ burasındadır ki, konkret fiziki obyektlərə 

münasibətdə “böyük” əlamətini real olaraq daha çox kiçik hissələrə 

parçalamaq, xırdalamaq, onun üstündən daha çox “götürüb” kiçiyin üstünə 

gəlmək, bununla da onu istənilən qədər böyütmək imkanı  var.  Bu  həm 

həqiqi, həm də  məcazi mənada belədir. “böyük deyil” başqa 

qiymətləndirmələrlə yanaşı daha çox “böyük” əlaməti ilə xarakterizə 

olunan intensiv bir keyfiyyəti ifadə edir – “böyük deyil”, yəni “böyük 

olandan bir az kiçikdir, fəqət elə böyükdür, “kiçik deyil” anlamında 

qavranılır. “Kiçik deyil” kəmiyyət həddi “böyüyə” doğru istiqamətlənsə də, 

yenə  də  məhz kiçik kəmiyyət həcmində nisbətən böyük olmaq, ondan 

fərqlənmək mənasına uyğun gəlir. Bütün bunlar və yuxarıda sadalanan 

linqvistik qiymət dərəcələri, semantik qeyri-müəyyənlik və xaos çox vaxt 

yalnız kontekstin, ünsiyyət situasiyasının köməyilə aradan qalxır. Daha 

doğrusu, sərhədlərdəki yayılanlıq tamamilə silinib getmir, bir səviyyədən 

başqa bir səviyyəyə, bir dərəcədən başqa bir dərəcəyə keçir. Çünki 

danışanın anlam səviyyəsi, obyektləri, hadisələri, prosesləri, dəyərləri fərdi-

subyektiv qiymətləndirmə iradəsi dil işarələrinin məzmununu və təyinatını 

tamamilə dəyişmək, başqalaşdırmaq gücündədir. Hissi idrak mexanizmləri 

elə qurulub ki, gücə, qeyri-adiyə tapınma və pərəstiş psixologiyası elədir ki, 

hər kəs məhz ona, onun ailəsinə, dostlarına, yaxın adamlarına, 


 

 

 



372

qohumlarına, tayfasına edilən yaxşılıqları, xidmətləri daha artıq 

qiymətləndirir, onu əslində olduğundan daha çox şişirtməyə çalışır, lakin 

hətta düşmən qüvvələrə, rəqibin xeyrinə olan qeyri-adi, hamının edə 

bilməyəcəyi hərəkətləri, güzəşt və  səhvləri, xəyanətləri “böyük xidmət” 

kimi qiymətləndirə bilir. “Böyüklük” gücün yetişə bildiyi, “kiçiklik” isə 

ona çata bilmədiyi nöqtəyə qədərdir. Əgər haqqında söhbət gedən şəxs bir 

sahədə uzun müddət işləyibsə, həqiqətən çoxlu, öz vəzifəsinə, borcuna 

uyğun faydalı  işlər görübsə, xüsusilə yadda qalan quruculuq işləri, çoxlu 

sayda adamlara, lap pis, xalqın iradəsinə qarşı gedən adamlara, hətta 

düşmənlərə, indi real qərar qəbul edən  şəxslərə yaxşılıqlar edibsə, onun 

“böyük xidmətlər göstərmək, yaxşı adam olmaq” reytinqi daha da artır. 

Şəxsiyyətə  pərəstiş psixologiyası öz mənbəyini ilk növbədə sözə 

pərəstişdən götürür, şəxsiyyətə  pərəstiş sözə  pərəstişdən başlayır. 

Mövcudluq psixologiyası və məntiqi belədir ki, yalnız işarələrlə, obrazlarla 

düşünən, referensiyadan ayrılmış söz və mühakimə ilə operasiya edən, 

əməliyyat aparan hər kəs anlayışı, hadisəni sözün yayğınlığına təslim edər, 

hər  şeyi gördüyü, daha doğrusu, görmək istədiyi kimi görər, buna 

kinqvistik romantizm də demək olar öz nisbilik fizikasını  və  fəlsəfəsini 

yaradar. Geniş  və böyük dünyanın qalan hissəsi,  əsl varlıq və mahiyyəti 

işarədən kənarda qalar, onun kiçik dünyasıının məhdud, yaxud pozulmuş 

fərdi şüurunun hüdudlarından o tərəfə keçməz.  

Bizə elə  gəlir ki, qeyri-səlislik, yayılanlıq fenomenini araşdırarkən 

sözlərin, dil işarələrinin ümumilik, qeyri-müəyyənlik və semantik yayğınlıq 

dərəcələri ilə  bərabər, metaforiklik, məcazlıq, çoxmənalılıq, omonimlik, 

frazeologiya kimi dil hadisələrini də hökmən nəzərə almaq, konkret 

kommunikativ söyləm semantikasını belə dil düyünlərindən təmizləmək 

zəruridir. Sözlə  işləyən komputerlər üçün belə müqavimətli çoxluqlar heç 

də “Nə var, nə yox” sualından az təhlükəli deyil. Digər tərəfdən, qeyri-səlis 

çoxluqlar, qeyri-səlis məntiq və  təxmini mühakimələr nəzəriyyəsini idrak 

nəzəriyyəsi, koqnitiv psixologiya və linqvistika, ümumən dərketmə 

prosesləri ilə daha fəal  əlaqələndirmək lazımdır. Konkret praqmatik 

motivlərlə yanaşı dil istifadəçiləri tərəfindən yayılan sıra vahidlərinin 

semantikasının nə dərəcədə düzgün, aydın və birmənalı şəkildə anlaşılması 

mühüm evristik əhəmiyyət kəsb edir. Dil işarələri hamı üçün eyni olsa da, 


 

 

 



373

məlum olur ki, heç də hamı üçün eyni deyil. Adi, avtomatik dünya 

modelində belədir ki, sıravi dil istehlakçısının, kütlə insanının nəzərində 

aləm yalnız “yaxşı” və “pis”dən, “ağ” və “qara”dan, “göy” və “yer”dən 

ibarətdir. Belə intuitiv adamlar adətən böyük çoxluqla sözləri, müddəaları 

da donuq, ikiölçülü semantik sərhədlərdə qavrayırlar. Bu cəhətdən eşidib 

anlamanın, ümumən dərketmənin danışıb-yazmaqdan, müstəqil dil 

yaradıcılığından daha mürəkkəb və  çətin bir proses olduğunu düşünmək 

olar. Operativ dərketmədə obyekt və hadisələrin bilavasitə qarşılaşan, üz-

üzə dayanan tipik mənfi və müsbət  əlamətləri yaddaşı bütünlüklə  məşğul 

edir, ifrat aşırı qütblər, L. Zadənin terminologiyası ilə ifadə etsək, kəsişmə 

hədləri, keçid termləri, daha doğrusu, keçid termlərinin başlanğıc nöqtələri 

həqiqətin, reallığa münasibətin xarakterini təyin edir. Belə keçidlər, fərqlər 

isə gerçək dünyada olduğundan çox dil işarələri ilə  təqdim olunan virtual 

dünyada mövcud olur, dil işarələri ilə verilir. Daha çox intellektuallara, 

soyuq, analitik zəka sahiblərinə xas olan geniş, dialektik dərketmə 

prosesində isə  ən müxtəlif alternativlər, variantlar bir-birilə qarşılaşır, 

gerçəklik  əlaqələri bir sistem, kompleks halında araşdırmaya, təhlilə  cəlb 

olunur. Belə bir fenomen üzərində düşünmək, idrak prosesində bunun da 

təsirini hökmən nəzərə almaq lazımdır ki, həqiqət axtarışları, dərketmə 

daha çox müsbət  əlaməti, pozitiv qütbü aramaq, onun üstünlüyünü önə 

çəkmək səmtində  cərəyan gedir. Nə  qədər ümumi, yayğın və kosmopolit 

yanaşma olsa da, biz insanları “pislik” dərəcələrinə, yamanlıq etmək 

potensialına və vərdişlərinə görə deyil, “yaxşılıq” əlamətinə görə müqayisə 

edirik və bu müstəvidə  qərar qəbul edirik. Beləcə “pislik” də ümumən 

yaxşılıq dəyişəninin linqvistik qiymətlərindən biri kimi qavranılır. Biz 

qızları çirkinliyinə görə yox, gözəlliyə görə, bədii əsəri maraqsızlığına görə 

deyil, maraqlı olmasına görə seçir və müqayisə edirik. Riyazi 

təfəkkürümüz, hesab qavrayışımız da, bəlli olduğu kimi “üç beşdən azdır” 

kimi yox, “beş üçdən” çoxdur istiqamətində inkişaf edir və  gəlişir. Lakin 

ayrı-ayrı hallarda əks tərəfin də rol və əhəmiyyətini tamamilə istisna etmək, 

onu qavrayış prosesindən tamamilə  kənara çıxarmaq olmaz. 

Minimallaşdırma, kiçiltmə  və  zəiflətmə texnologiyası  əsl həqiqətdə 

mənfini, neqativ qütbü yada salamaqla müsbətə, intensiv əlamətə doğru 

istiqamətlənmək, əks tərəfi, müqayisə qütbünü daha qabarıq şəkildə nəzərə 


 

 

 



374

çarpdırmaq, hərtərəfli, dialektik qavrayış  və  dərketməni təmin etmək 

vəzifəsinə xidmət edir. Biz bütövlükdə litota, kiçiltmə mexanizmlərindən, 

inkarlıq, yoxluq müdaxilələrindən istifadə etməklə, ardıcıl, pillə-pillə  həm 

yuxarıdan aşağıya düşməyə, həm də  aşağıdan yuxarıya qalxmağa səy 

göstəririk, ifrata deyil, tədriciliyə, “problemin mərhələli həllinə” can atırıq. 

Və ayağımızın altında möhkəm bünövrə, etibarlı özül hiss etməsək də, 

başımızın üstündə bir son hədd, bir dil tavanı, alternativləri tənzim edən, 

məhdudlaşdıran norma – ölçü limiti hiss edirik. Linqvistik qiymətlər 

çoxluğu bizi ifrat qlobal qavrayışdan, birmənalı təzad düşüncəsindən tədrici 

və dialektik düşüncəyə, sintez-analiz və  nəticə  məntiqinə sövq edir, aralıq 

pillələrə, geniş yayılanlıq sahəsinə diqqət yetirməyə yönəldir. Və burada 

çoxtərəfli qarşılaşdırmalar, alternativlər dərketmənin genişliyinə, 

əhatəliliyinə, dəqiqlik, konkretlik, səhihlik və mükəmməlliyinə imkan 

yaradır. Xatırlayırsınızsa, bir sıra beynəlxalq təşkilatların rəylərində dünya 

ölkələri “azad və qeyri-azad” ölkələr kimi deyil, “azad və azad olmayan” 

ölkələr kimi təsnif olunur. “Qeyri-azad” ümumiyyətlə azadlıqdan, onun hər 

hansı bir elementindən, işartısından, zəif təzahüründən məhrum olmaq 

deməkdir. Belə bir cəmiyyət isə mümkün deyildir. Birgəyaşayış, insan 

cəmiyyəti olan yerdə  təbiətdənkənar, müəyyən harmoniyasız, tam xaos 

içərisində yaşamaq prinsip etibarilə mümkünsüzdür. “Azad olmayan” 

variantında isə başqa bir dünya modeli, gerçəklik şəkli əks olunur. “azad”, 

“xoşbəxt”, “ədalətli” kimi sözlərdə linqvistik qiymət hədləri, fərqləndirmə, 

ayırıcılıq miqyasları inkarın xarakterindən asılı olaraq yayılanlığı, qeyri-

səlisliyi zəiflətmir, əksinə, daha da artırır, qavrayış prosesində qarşıya yeni 

suallar, maneələr qoyur: azad, azad olmayan, çox azad, lap azad, olduqca 

azad, lap xoşbəxt, xoşbəxt olmayan, çox xoşbəxt, olduqca xoşbəxt, 

xoşbəxtlərin xoşbəxti, bədbəxt, bədbəxt olmayan, nə xoşbəxt, nə  də 

bədbəxt;  ədalətli-ədalətsiz, lap ədalətli, olduqca ədalətli, hamıdan  ədalətli, 

nə  ədalətli, nə  də  ədalətsiz,  ədalətsiz deyil, ədalətli deyil və s. Danışanın 

məqsədindən, fərdi qavrayışından, anlam səviyyəsindən asılı olaraq 

bunların hər biri, məsələn, xoşbəxt olmaq – xoşbəxt olmamaq 

yayılanlığının konkret bir həddinə uyğun gələ bilər və ya nəzərdə tutulan 

həddən yayına bilər, qeyri-aktual və ya yanlış ola bilər.  Əslində konkret 

semantik sərhədləri olmayan həmin sözlər yalnız dünyanın linqvistik 


 

 

 



375

modelinin dərki üçün əhəmiyyətli deyil, onlar həm də aldanış  və 

manipulyasiya üçün, fərdi-subyektiv qiymətləndirmə  və yanaşmalar 

baxımından saysız imkanlar yaradır. “Xoşbəxt olmamaq” – hələ “bədbəxt” 

demək olmadığı kimi, “bədbəxt olmamaq” da hələ “xoşbəxt olmaq” demək 

deyildir. Ümumiyyətlə, “azadlıq”, “azad ölkə”, “qeyri-azad ölkə”, “azad 

olmayan ölkə”, yaxud “ədalətli, vicdanlı insan”, “vicdansız adam” nə 

deməkdir, kimə, nəyə və hansı konkret, aydın situasiyaya, reallıq modelinə 

uyğun gəlir? Bunu dünyada heç kim tam aydın və birmənalı şəkildə deyə 

bilməz. Kiməsə bunun varlığını və ya yoxluğunu tam və inamla sübut edə 

bilməz. Biz “azad qadın” modelinin nələrə gətirib çıxardığının əzabını indi 

də  çəkirik. Mümkün və  ağlabatan meyarlar cəmiyyətin sosial-mədəni 

səviyyəsi, dünyagörüşü, zehniyyəti və psixologiyasından asılı olaraq 

dəyişir, yeni çalarlar, qiymətlər və ya dəyərsizliklər kəsb edir. Məsələn, 

əvvəllər, sovet hakimiyyəti dövründə, Azərbaycanda xüsusilə sonuncu 

qəbul imtahanında tələbənin biliyinə obyektiv olaraq “iki” qiymət verən, 

bununla da onun kəsilməsinə, instituta girə bilməməsinə bais olan müəllim 

birmənalı  şəkildə, bəlkə istisnasız olaraq hamı  tərəfindən “vicdansız” 

müəllim kimi qavranılırdı. Çünki biliyə obyektiv qiymət verməmək faktı 

daha aktual idi. Biz “insaflı adam” o adama deyirik ki, qanunları pozaraq 

hər  şəraitdə  hər kəsə kömək etməyə hazır olsun. Bir azərbaycanlı 

düşüncəsində “insafsız” adam mütləq bizə haqq-nahaqq yardımçı olmağa 

hazır olmayan, ola bilməyən adamdır. “İnsafsız adam” sadəcə olaraq “insafı 

olmayan” adam deyil. “Nainsaf” isə heç cür və heç bir şəraitdə güzəştə 

getməyən, ipə-sapa yatmayan adamdır. “Pis adam” yalnız burada özünü 

doğruldur, aydın  şəkildə hüdudlanır. Beləliklə, söz tədqiq edir, araşdırır, 

təhlil və şərh edir, bəzən də dünyanın səhmanını düzəltmək istəyərkən onu 

daha da dolaşdırır, pozur. Həqiqi azadlıq  ənənələri olmayan, yalnız 

“böyüklərin” iradəsi, xarizması, diktatı ilə idarə olunan məmləkətlərdə 

qərib “azad” sözü, ayrı-ayrı insanlara, insan qruplarına, cəmiyyətə  və 

toplumlara, icraçılara münasibətdə daha artıq psixoloji diskomfort yaradır, 

bəzən ilginc, gülməli, komik çalarlar və çalarlıqlar kəsb edir: azad insan, 

azad seçici, azad vətəndaş, yaxud Azad həmkarlar təşkilatı, Azad gənclər 

təşkilatı. Həmkarlar təşkilatı onsuz da “azad olur”. Əgər azaddırsa, onun 

azad adlandırılmasına nə ehtiyac var? Söz yerində olmayanda qışqırır, 


 

 

 



376

haray çəkir, fəryad qopararaq yalanın da yerini göstərir. Sonradan bildim, 

öyrəndim ki, “Azad Gənclər Təşkilatı” həyata yeni atılan gənclərə 

“azadlığın”, sərbəstliyin necə  çətin yollardan keçdiyini başa salmaq 

üçünmüş. Yuxarıda misal göstərilən dil formalarının hər birində mütləq 

müəyyən yalan dozası, yanlışlıq elementi var. “Azadlıq” qavrayışının 

nisbiliyi həmişə qalır və yalnız yayğınlıq hüdudları  dəyişir. “azad” və 

“azadlıq” sözündən xoşlanmayan siyasilər, pay bölənlər “İnsan heç vaxt 

tam azad ola bilməz” deyə problemi çox asanca həll etdiklərini düşünürlər. 

Azad olmayan, yaxud “qeyri-azad” bir ölkədə “insan azadlığından”, yaxud 

bir təşkilatın azadlığından necə söhbət gedə bilər? Keçmiş Almaniya 

Demokratik Respublikasında ölkəsi işğal olunmuş  gənclərin təşkilatına 

Freie Deutsche Jugend – yəni Azad Alman Gənclər Təşkilatı deyirdilər. 

İndi  ən kiçik, bəzən hətta özəl müəssisələrdə, xarici şirkətlərdə tamamilə 

müdirdən, müdiriyyətdən asılı olan, cınqırını  çıxara bilməyən həmkarlar 

təşkilatına da “Azad Həmkarlar Təşkilatı” deyirlər. Beləliklə, “azad” sözü, 

“azad” simvolu insanın təbii-eksistensial vəziyyətindən, qeyri-normal, 

qeyri-estetik davranışa qədər, hətta  əxlaqsızlığa, ifrat istehlakçılığa, 

sərbəstliyə doğru yayılıb gedir. Sanki söz çox acımış xəmir kimi aşıb daşır. 

Hələ bu aşırı genişlənməyə, yayğınlaşmaya nə deyəsən ki, bir gözəl 

Azərbaycan mahnısında tamamilə ciddiyyətlə “azad bir qızın” bağa 

girməsindən bəhs olunur. Bu azad, bəxtəvər qız “ala gözün süzə-süzə” 

sağa-sola boylanır, sevgi və  həzz instinkti ilə “azad” oğlanlara meydan 

oxuyur, mövcudluq, sərbəstlik və asudəliyini insan azadlığı kimi başa 

düşür. Bu kontekstdə azadlıq – ehtiras, şəhvət nümayışı və çağırışı, vəcd və 

bioloji maksimalizm, ifrat istehlakçılıq düşüncəsinə uyğun gəlir. Bu 

nigaran,  əslində azadlığı  əlindən alınmış gözəl “düşüb eşqin bəlasına” elə 

ha boylana-boylana gəzsə  də, həqiqi azadlığını, yəqin ki, axtarıb tapa 

bilməyəcək, özünü bütünlüklə ehtiras və şəhvətin, keçici həvəs və zövqlərin 

hökmünə təslim etsə də, yəqin ki, sonda xoşbəxtliyini tapmayacaq və yeni 

azadlıqlara, daha doğrusu, divanəliyin azadlığına düçar edəcək. Mahnıda 

deyildiyi kimi, “eşqin dəryasında” necə, hansı üsulla, arxası və ya üzü üstə 

üzsə  də, sahilə  çıxa bilməyəcək, çıxmaq istəməyəcək. Deməli,  əxlaqda, 

davranışda azadlıq, hər  şeydən  əvvəl, həyatın, insanın mahiyyət və 

vəzifələrini düzgün dərk etmək, özünü dar hüquqi çərçivələrin, 


 

 

 



377

məhdudiyyətlərin içində tapmaqdır. Heqel də azadlığı hüquq və qanun 

müstəvisində axtarmağı tövsiyə edir. Əks təqdirdə azadlığın hökmranları, 

sahibləri deyil, kölələri yetişir. Yayğın, mücərrəd sözlər sanki bir-biri ilə 

təmas və qarşılaşmada daha artıq mücərrədlik və yayğınlıq kəsb edir. 

Təsadüfi deyildir ki, mənası daha çox subyektiv qiymətləndirmə  və 

qavrayışla təyin olunan, aydın semantik tənzimlənməyə, nizamlamaya 

gəlməyən, başqa sözlə, idarəolunmaz, ölçüsüz praqmatikaya uğramış həmin 

“azadlıq”, “sərbəstlik”, “hüquq” və s. kimi sözlər daha artıq və daha tez-tez 

subyektiv qiymətləndirməyə və aşırı yayğınlaşmalara məruz qalır, bununla 

da daha çox semantik şərtiliyə  və çeşidli verbal hiyləgərliklərə yol açır. 

Sovet dövləti dağıldıqdan və çoxlu yeni “azad”, suveren dövlətlər 

yarandıqdan az bir vaxt keçdikdən sonra “azadlığa çıxmış” xalqların 

sevinci tez bir vaxtda məyusluqla, rahat, güvənli və az-çox təmin olunmuş 

köləlik istəyi və nostaljisi ilə  əvəz olundu. İdarə olunmayan xaos, 

müstəqillik eyforiyası, vəcdi insan azadlıqlarının yeni hüdudlarını, insan 

dözümünün yeni sərhədlərini müəyyən etdi. Hamı başa düşdü ki, daha 

gerçəyi başa saldılar ki, bu dünyada tam azad və tam müstəqil, bağımsız bir 

dövlət,  ədalətli bir quruluş, tam adil bir cəmiyyət paradiqması, modeli 

yoxdur. Hamı  və  hər  şey bir-birinə bağlıdır və bir-birindən asılıdır. Bu 

dünyada yalnız gücə və güclüyə sığınmaq və ona sözsüz tabe olmaq, boyun 

əymək, bununla da öz eksistensiyasını təmin etmək “azadlığı” var. Mühitə 

uyğunlaşmayan orqanizmin “ölmək azadlığı” var, çox müvəqqəti, qısa bir 

müddətə azad olmaq azadlığı var. İnsanlar bir azadlıqlar paradiqmasından 

başqa bir azadlıqlar paradiqmasına qədəm qoyarkən adətən böyük 

təbəddülatlar və yanılmalarla üzləşir, azadlığın o qədər də mücərrəd bir şey 

olmadığını, daha çox həyati təminat və dinc yaşamaq haqqından, 

mövcudluq asudəliyi və güvənliyindən ibarət olduğunu başa düşür, onun 

harada başlayıb və harada qurtarması haqqında düşünməyə başlayır. Daha 

doğrusu, onun heç yerdən başlamadığını  və heç yerdə qurtarmadığını, 

ilkinliyini və sonsuzluğunu, hüdudsuzluğunu başa düşür. “Dünyada ilk 

fəhlə-kəndli dövlətinin” – Sovet İttifaqının dağılması ilə  məsum insanlar 

bunu bütün kəskinliyi və aydınlığı ilə hiss etdilər. Sovet xalqları 

“mövcudluq xoşbəxtliyini”, asılı olaraq “azad olmaq” asudəliyini və 

rahatlığını itirən kimi çoxlu münaqişə  və ixtilaflar, məhrumiyyətlər və 


 

 

 



378

sosil-iqtisadi fəsadlar baş qaldırdı,  əsl həqiqətdə lazım olduğundan çox 

azad olan ölkələr və xalqlar daha çox xoşbəxt və azad olmaq istəyi, daha 

doğrusu, utopiyası ilə öz olan qalan azadlıqlarını da itirdi, yeni azad ölkələr 

hərbi konfliktlərə sürükləndi, beləliklə, “azad insanlar” köhnə köləlik üçün 

bərk darıxdı, itirilmiş azadlıqlarını arzuladı. Təkcə reallıq deyil, həm də söz 

aldanışını,  əsl və yeganə olmayan həqiqəti dərk etməkdə ciddi maneə 

yaratdı. Sözün ikili aidliyi – həm məfhumu, həm də denotatı əks etdirmək 

xüsusiyyəti, onları tam əhatə edə bilməməsi yanılmalara, səhvlərə  gətirib 

çıxartdı.  Ən böyük səbəblərdən biri də sadə insanların, dünyanı çiyinləri 

üstündə daşıyan adi vətəndaşların anlayışı, sözü vahid fikri kontekstdə dərk 

edə bilməməsidir, dil işarəsini fetişləşdirməsidir.  İnsanlar bütöv 

kontekstlərlə, mətnlərlə, paradiqmalarla deyil, əlahiddə anlayışlarla, ayrıca 

götürülmüş, sərhədlənmiş sözlərlə dünyanı  dərk etməklə özlərini çətin 

vəziyyətə salırlar. Səhvlərə, yanlışlıqlara yol verirlər. Burada, heç şübhəsiz, 

qrammatik qaydaların – morfoloji forma və sintaktik strukturların da öz 

dərketmə, kateqoriallaşdırma inersiyası, konseptual-semantik uyğunluq və 

uyarlıqları hökm sürür. 

Beləliklə, müxtəlif kəmiyyət və keyfiyyət sözlərinin, natamamlıq, 

çatışmazlıq və yoxluq bildirən leksik vahidlərin sintaktik səviyyəyə daxil 

edilməsi, birləşdirici, ayırıcı bağlayıcılar və inkarlıq markerləri ilə 

əlaqələnməsi yeni linqvistik-üslubi dəyərlər formalaşdırır, bununla da 

görüş, anlanış bucağı dəyişir. Mənfinin müsbətə və əksinə, müsbətin mənfi 

tərəfə istiqamətlənməsi onları bir-birinə yaxınlaşdırmaqla bərabər həm də, 

paradoksal hal olaraq, bir-birindən uzaqlaşdırır, linqvistik məsafəni artırır. 

Bir neçə inkarlıq işarəsinin və naqis, natamam semantikalı sözlərin 

əlaqələnməsi mühakimələrin yayılanlığının daha da güclənməsi ilə 

nəticələnir. Təsdiqlik - inkarlıq tranformasiyaları    əks qütblər arasında 

zəngin və incə  məna münasibətlərinin meydana gəlməsinə  səbəb olur, 

intensivlik dərəcələrinə görə  fərqli yayğınlıq və yayılanlıq zonalarının 

yaradılmasına xidmət edir. Linqvistik qiymətlər cədvəlində yer ala 

bilməyən, konkret olaraq adlandırmadan, işarələnmədən kənarda qalan nə 

varsa, intonasiya semantikasının, sintaksisin, kontekstin himayəsinə keçir, 

danışanın niyyəti, ifadə  məqsədi və  fərdi-subyektiv qiymətləndirmə 

modallıqları yayılanlığı, qeyri-səlisliyi gücləndirsə  də, hər dəfə ünsiyyət 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin