etdikləri cınayətlərin, çox hallarda törətdikləri bəd əməllərin fərqində olur,
xüsusi qayğı və diqqətlə onları nüfuzdan sala bilən keçmişlərini
unutdurmağa çalışırlar. Buna görə də mövqeləri möhkəmləndikcə, özlərinə
yer etdikcə ilk növbədə ən yaxın adamlarını, silahdaşlarını sıradan çıxarır,
daha asan idarə olunan itaətkar və qorxaq bir zümrə, bir xidmət və asılıllq
aparatı yaradırlar. Mafiyanın idarə olunması mexanizmi necədirsə, dövlətin
idarə olunması mexanizmi də elədir. Tarix kitabları öz oğullarının,
atalarının, qardaşlarının gözlərini çıxardan, boynunu vurduran hakimiyyət
hərislərinin, qatil diktatorların-şahların, kralların adları ilə doludur. Çünki
yaxın dəhşətli hadisələrin qorxu və vahiməsini yaşayan insanları ram
etmək, onları qeyd-şərtsiz özünə tabe etmək daha asan görünür. Hər gün
298
canlı hadisələrin, ədalətsizliklərin şahidlərini görmədikdə gecələr yatmaq,
aram tapmaq asanlaşır. Fərdin mütləq azadlığı və sərbəstliyi, ifrat
səlahiyyətlər və psixikada getdikcə möhkəmlənən cəzasızlıq arxayınlığı,
gücün, amirlik iradəsinin yaratdığı aqressiyanı, şər potensialını getdikcə
daha da artırır və elə bir kuliminasiya nöqtəsi, pik həddi gəlib çatır ki,
böyük və kiçik diktatorlar etdikləri cinayətlərdən zövq almağa başlayır, öz
məqsədlərini, alternativsiz fərdi həqiqətlərini bütün çılpaqlığı ilə bəyan
edir. Bu artıq bizdə çox işlənən "yaxşı eləmişəm" alternativsizliyidir, hər
cür faydalı hərəkətlərin yolunun bağlanmasıdır. Tam səlisləşmiş,
aydınlaşmış, müəyyənləşmiş anlayiş və stereotiplər içində olanlar artıq
ehtiyatlı siyasətə, vasitəli dil hərəkətlərinə də ciddi ehtiyac hiss etmirlər.
Dil həqiqi idrak və ünsiyyət aləti olmaqdan çıxır, avtomatlaşaraq instinktə
keçir. Koqnitiv paradiqma təkrarən behivoristik paradiqma ilə əvəz olunur.
Zorakılığın, insana nifrətin açıq şəkil aldığı, intensivləşdiyi
dövrlərdə dil işarələri referensiyadan çox ona münasibəti ifadə edir,
fikirlərə, düşüncələrə nüfuz etməkdənsə onların səthinə qalxır. İfadə-üslub
sistemi bir tərəfin üstünlüyünün, diqtəsinin tərənnümçüsünə, sözlər güc
fəndlərinə çevrilir, işarə substratı bütövlükdə
təhdid, təzyiq
mexanizmlərinin əsas elementləri, hissələri kimi önə çıxır. Dil özü
referensiyaya, aktual denotata çevrilir. Situasiyanı işarə etməkdən çox onu
pərdələməyə, örtməyə başlayır. Gerçək əlaqələr sistemi dilin müdaxiləsi ilə
dağılıb başqalaşır, yeni konstruktiv reallıqlar gündəmi işğal edir. Həqiqət
defisiti, həqiqətin böhranı o nöqtədən başlayır ki, güclünün sözü ilə
məzlumun, məsumun sözü eyni cür qavranılmır. Demokratiyanın ən böyük
üstünlüyü ondadır ki, o, fərdin əlində ifrat hakimiyyət, o cümlədən də söz
üzərində nəzarəti məhdudlaşdırır, hakimiyyətin bölünməsini, gücün
xırdalanmasını, hissələrə parçalanaraq zəifləməsini təmin edir. Başqa
şəkildə desək, fərdi qanunun, yəni çoxluğun iradəsinə tabe edir. Tamamilə
tabe etməsə də, cəmiyyətlə hesablaşmağa məcbur edir. Şəxsi başlanğıc,
amirlik iradəsi və təhdid zaman və məkan hüdudları ilə məhdudlaşdırılır.
İnsanın ifrat-bioloji destruksiyası, doymaz iddiaları demokratiyanın,
hüququn sərt qayalarına çarparaq geri qayıdır, zəifləyir.
Beləliklə, deyilənləri əsas gətirərək belə bir psixoloji universallığı
təsbit etmək olar: güc, aşırı səlahiyyət hüququ – birbaşa, vasitəsiz
299
nominasiyalar; əksinə, iqtidarsızlıq, gücün zəifləməsi isə vasitəli, dolayı
adlandırmalar doğurur və onları müvafiq çoxluq sıraları şəklinə salır. Bunu
belə də ifadə etmək olar ki, güc, qüdrət çox vaxt yalanların; gücsüzlük,
iqtidarsızlıq isə müdafiəsiz, sahibsiz həqiqət və yarımhəqiqətlərin
əhatəsində olur. Sözün həqiqəti ilə əməlin, işin həqiqəti arasındakı
ziddiyyətlər, paradokslar da buradan doğur. Lakin deyildiyi kimi, siyasətin
gücü həmişə gücün siyasəti olmadığı kimi, ehtiyatlı, mötədil siyasət də
həmişə gücsüzlükdən, uğursuzluq və məğlubiyyət psixologiyasından irəli
gəlmir. Siyasətdə güc amili bütün mümkün vasitələrdən istifadə etməklə
konkret məqsədə çatmaq ustalığı ilə ölçülür ki, bu da rəngarəng verbal və
qeyri-verbal vasitələrlə gerçəkləşir. Hər bir konkret mərhələdə siyasətin
məqsəd və vəzifələrindən asılı olaraq onun linquistik məzmunu da dəyişir,
gah söz situasiyasını, gah da situasiya sözü üstələyir.
Gerçəkliyi müxtəlif səmtlərdən, proyeksiyalardan təqdim etmək
üsulu olan perifraz siyasi-ictimai anlaşma sahəsində, ilk növbədə dil
manipulyasiyası, real vəziyyəti fərqli şəkildə işıqlandırmaq, bəzən
yumşaltmaq, tutqun göstərmək, bəzən isə əksinə daha qatı boyalarla
gerçəkləşdirmək strategiyası ilə tənzim olunur. (E. Riesel, 192; Fleischer/
Michel, 154-155)Sözün praqmatikası, illokusiya aktı heç də birmənalı
şəkildə mühakimələrimizin gerçəkliyə uyğunluğundan, həqiqət və
yalanlardan deyil, həqiqət və yalanlara münasibətdən, doğruluq
dərəcələrinə yanaşmalardan keçir.
Bizim istismara əsaslanan kapitalist münasibətlərinin inkişafı
dediyimiz dövrdə sosialist Almaniyasında kapitalist-fəhlə məfhum cütləri
əvəzinə(Kapitalist-Arbeiter), "Arbeitgeber" və "Arbeitnehmer" sözləri
işlədilirdi. Bu dil təqdimatında "kapitalist" daha özünü “abırdan salmış”,
etibarını itirmiş, istismarçı, sümürücü sinfin nümayəndəsi və təmsilçisi
deyildi, çox xeyirxah bir adam idi, sadəcə olaraq iş yerləri açıb onları
paylayan, iş verən idi. Fəhlə isə daha ən adi insani hüquqlardan məhrum
olan əliqabarlı, iş qüvvəsini satmağa məcbur olan, yarıac, yarıtox dolanan
hüquqsuz, binəsib bir adam - proletar olmurdu, işi qəbul edən "təklif
olunan iş"ə sahib çıxan və borcunu yerinə yetirmək zəhmətinə qatlaşan
əməkçi insan idi. "İşsiz" (der Arbeitslose, Erwerbslose) daha iş yerini,
yaşayış imkanlarını itirən adam olmaqdan çıxıb, dil aldanışının köməyi ilə
300
"Arbeitwillige" (işləmək istəyən, işləməyə hazır olan) bir əhali qrupu,
tavanasız sosial zümrə idi. Sonradan həmin tavanasız sosial zümrə hətta iş
yerində aksiyaların bir hissəsinə sahib çıxan paycıya, əsil şərikə çevrildi.
Yaranan hər bir yeni ideologiya öz linquistik qiymətlər sistemini hazırlayır,
müxtəlif növlü və çeşidli dil eksperimentlərini qəbul etdirməyə çalışır, yeni
linquistik sifarişlər doğurur. Almaniyada zorla deportasiya edilmiş, ölkədən
qovulmuş arzuolunmaz şəxslər (Zwangsdeportierte) heç nə olmamış kimi
Fremdarbeiter, yəni "yad, yabancı fəhlələr" adlandırıldıqdan sonra bu
aksiyanı reallaşdırmaq təbiiləşirdi, qanuniləşirdi. Sonradan Qərbi
Almaniyada praqmatik baxımdan daha münasib söz - " Gastarbeiter"
tapıldı. Çətin və bu gün Azərbaycan televiziyasının mənimsəyə bilmədiyi
həmin söz bu dəfə başqa bir həqiqətdən-alman dilinin dünyanı, reallıqları
nəinki dəyişmək, həm də mürəkkəb sözlərlə, çətin terminlərlə fərqli donda,
biçimdə göstərmək meylindən və potensialından xəbər verirdi. Alman
dilinin, onun hər şeyə qadir olan sözdüzəltmə sisteminin yaradıcı, törədici
imkanları gerçəkliyə fəal müdaxilə, təxribat sahəsində anlayışların,
reallıqların transformasiyası işində xariqələr yaradırdı. Yəhudilərin kütləvi
şəkildə məhvi, sıradan çıxarılması sadəcə olaraq qanlı bir əməl,
görünməmiş cinayət deyildi. Sonderbehandlung idi. Yəni "xüsusi
münasibət", "gərəkli tədbir" idi. Alman dilindəki Massenmord (qətliam,
kütləvi qırğın) və sonralar ermənilər tərəfindən az qala böyük fərəh və ruh
yüksəkliyi ilə mənimsənilmiş xilasedici "genosid" sözü xoşbəxt, sanki
qibtəedici bir prosesin adı kimi Sonderbehandlung-la əvəzlənirdi. Alman
dilinə bələd olanlar bilir ki "sonder" elementində gerçəkdən də
tamamfərqli, yayılan bir münasibət, ayrıca bir yanaşma və rəftar, xoşgörü
də hakimdir. Lakin həmin sözdə genosid sözünə uduzan bircə şey var:
anlaşılan və dəhşətli evfoniya! Bəyəndirilmək, tanımamaq və tanımaq
şövqü. Müasir dünya siyasətində türklərə və Türkiyəyə qarşı mübarizədə bu
əbləh, ramedilməz işarəyə qarşı elə bir sevdalı-şirin münasibət var ki, o
artıq nəinki hüquqi anlayış, hətta adi söz olmaqdan çıxır, sevimli, bəzəkli
bir oyuncağa, dövrümüzün nağıl qəhrəmanına çevrilməkdədir. Müasir
dövrümüzün siyasi mifologiyası ermənilərin ifasında arxasında heç bir real
referenti olmayan həmin fantomdan, söz-kabusdan yəqin ki, hələ bundan
sonra da çox yararlanacaq. "Ermənilər heç vaxt genosid məsələsinin
301
türklərlə müzakirə olunmasına yol verə bilməz.” iddiası və tərsliyi onların
yalanının sübutu üçün özlüyündə tamamilə yetərlidir. Tarixdə bu hadisələr,
faktlar olubsa – bunu araşdırmaqdan çəkinmək həqiqətdən qaçmaq
deməkdir. Nə qədər ki, terrorizm, “islam fundamentalizmi" var və bunlar
olacaq, səlib yürüşlərinin davamı kimi olacaq. Sonderbehandlung tipli
sözləri eşidib onların semantikasına varmayan adamlar, bütöv xalqlar az
qala sözün şərinə, aldanışına aldanıb imkan olsa belə bir xoş münasibət
tələb edərdilər. Onları “humanitar yardımla” dəyişik salardılar. Necə ki,
Qərb parlamentlırində "türk genosidi" paradları dövründə ermənilər və
onların yalan ortaqları "genosid" kəlməsini elə eşqlə, elə xoşbəxt bir
məmnunluq və şirin duyğu ilə dilə gətirirdilər ki, adamın "genosid olmağı"
gəlirdi. Hər şey belə getsə, belə davam etsə, hamı nəsə çox yaxşı bir şeyə
oxşayan "genosid" istəyəcək. Hadisəyə nifrət etsə də, sözü sevəcək! Bu
istək xalqlara, insanlara dövlətçilik, güvənlik gətirirsə, çoxlu pullar, haqlı-
haqsız havadarlar toplayırsa bu elə onun həqiqət kimi qavranılması üçün
yetər. Onda elə bu yalan ən böyük həqiqət olacaq, daha it-bata çixmış
həqiqəti axtarıb-tapmağa ehtiyac olmayacaq. Dilin təqdim etdiyi həqiqət
real həqiqəti unutdurduqda, yalan, fitnə, fəsad qloballaşdıqda yəqin ki,
dünyanın əsl fəlakəti başlayacaq. Sonrakı ağlın azdırdığı avropalılara görə
həqiqət özü elə ən böyük yalanlardan biridir və ya yalanı da bir qiymət
dərəcəsi kimi öz tərkibinə daxil edir.Nə fərqi var ki, yüz nəfərin ölməsi də
genosiddir, min nəfərin də, bir milyon adamın da. Belə çıxır ki, hər hansı
bir şəraitdə bir neçə erməninin və ya yəhudinin bir yerdə ölməsi faktı-artiq
genosiddir. İçərisində yaşadığın, vətəndaşı olduğun dövlətin suverenliyinə
qəsd, xəyanət kimi səbəblər vacib deyil.
Beləliklə, ikinci siqnal sistemi olan dilin əsas vahidi olan söz
dərketmənin subyektivliyi faktların, hadisələrin qiymətləndirilməsi
zəminində məna tutumunu, linquistik dəyərləndirməni daim genişləndirə
bilmək xassəsinə və təhlükəsinə sahibdir ki, bu da ümumbəşəri dialoqu
əngəlləyən ən böyük səbəblərdən biridir. Siyasi diskursda həqiqət və yalan
artıq fikrin gerçəkliyə uyğunluğu və uyğun olmaması kimi deyil, hadisə və
faktların, eləcə də dil işarələrinin məzmununun semantik interpretasiyası
kimi dərk olunur. Yalan və manipulyasiya, virtual reallıqların qavranılması
və təsviri dilin imkanlarının daha çox səfərbər olunmasına, çoxmənalılığın
302
və digər semantik proseslərin inkişafına, güclənməsinə gətirib çixarır.
Yəhudilər üzərində əsil alman intizamı və işgüzarlığı ilə icra olunan kütləvi
qətllər bu qanlı qırğınların tüğyan etdiyi dövrlərdə artıq aydın və
müəyyənləşmiş, durulmuş şüur gerçəkliklərinin təzyiqi altında daha sərbəst
və açıq şəkildə “məsələnin birdəfəlik həlli” (Endlösung) adlandırıla bilərdi.
Faşist Almaniyası tərəfindən digər alman dilli dövlətlərin və Danimarkanın
işğalı və ya "birləşdirilməsi" isə artıq təcavüz, müharibə deyildi, sadəcə
olaraq birləşmə idi. Bütövləşmə idi. Guya ki, çoxdan arzu olunan idealın,
german birliyinin, ali irqin vahid dövlətdə birləşməsinin təntənəsi idi. Yəni
dövlətlərin "könüllü" olaraq başqa bir dövlətlə qovuşması, ilhaqı idi. Bu
yolla dil forması ilə yeni reallıq mənzərəsi canlandırmaq mümkün olurdu.
Çexoslavakiyanın işğalı "Sudet almanlarının müdafiəsi", "azadlığı" bayrağı
altında aparılırdı. Ana Almaniyaya təkrar-təkrar müraciətlərlə həyata
keçirilirdi. Dünya şəkillərini dəyişən, yeni gerçəklər doğuran orijinal dil
modellərinin köməyilə faşistlərin qudurğan "dünya ağalığı" siyasəti "yeni
alman intizamının həyata keçirilməsindən " başqa bir şey deyildi. Və yeni
intizam, Ordnunq, qayda dilin aldadıcı stixiyası, işarənin inadkarlığı ilə
çox-çox dillərə müyəssər olmayan ikonikliyi, şəffaflığı ilə heş də pis şeyə
oxşamırdı. Sonradan bu zorakı dil təcrübəsi, real ifadə imkanları, dilin
psixologiyası nəzərə alınmayaraq başqa totalitar rejimlər, ilk növbədə
sovet kommunistləri tərəfindən mükəmməl mənimsəniləcəkdi.
Totalitar rejimlər oxşar düşüncə və idarəetmə təcrübəsindən
yaralandıqlarından totalitar üslublar da bir-birindən şox şey əxz edir, bir-
birini qarşılıqlı olaraq zənginləşdirir. Daha doşrusu, qarşılıqlı olaraq
yoxsullaşdırır. Hələ Çar hakimiyyəti dövründə Zaqafqaziya xalqlarının
"könüllü olaraq" Rusiyaya birləşdirilməsindən söhbət gedirdi. Sovet-rus
totalitarizmi dövründə həmin "könüllü birləşmə" ritorikası və yalanı daha
həyasız bir şəkil aldı. Sonralar alman dil təcrübəsinin və totalitar
ideologiyasının varisi olan Almaniya Demokratik Respublikasında "alman
torpağında ilk sosialist dövlətinin”, demokratik bir dövlətin
yaradılmasından qürurla bəhs edilirdi. Əvvala ondan başlayaq ki, işğal
zonasında neçə demokratik respublika qurula bilər? Qurula bilərsə, bu nə
dərəcədə respublika ola bilər. Almaniya Demokratik Respublika
adlandırmasının özü bir nonsens, bədxah əməl və dil təcrübəsi, dil yalanı
303
idi. Şüur səviyyəsinə görə qat-qat yüksəkdə dayanan Kantın nəvələrinə belə
zorakı, məntiqsiz dil "örnəklərinin" qəbul etdirilməsi, zorakı semantika və
sosiologiya sonradan bütün sosializm cəbhəsinin domino effekti ilə
yıxılmasını, dağılmasını sürətləndirəcəkdi. Qəribədir ki, sovet işğal
zonalarında o vaxt yaradılan hərbi diktaturalar həmin torpaqlarda ilk
sosialist dövlətləri, respublikalar, dövlətlər də başqa cür yox, məhz
"demokratik dövlətlər", "demokratik respublikalar" idi. Təbiidir ki, bütün
sonrakı təsisatlar, qurumlar, təşkilatlar bu ilk "demokratik", yalançı
nominasiya üzərində qurulurdu, ona əsaslanırdı. Çox keçmədən ictimai-
mədəni inkişafın daha yüksək pilləsində olan almanlara Azad Alman
Həmkarlar Birliyi (FDGB), Azad Alman Gəncliyi (Frei Deutsche Jugend),
Müstəqil Yena Universiteti (Frei Universitat Jena) kimi sosial və siyasi
reallıqlarla ziddiyyət təşkil edən, ictimai şüurda heç bir əks-səda, dayaq
tapa bilməyən qurama adlandırmalar qəbul etdirilmişdi. Rusların hərbi
üstünlüyü almanların ruhi-mənəvi, intellektual üstünlüyü fonunda gülüş
doğururdu. Keçmiş sovet İttifaqında yaşayan bir çox həqiqətən geri qalmış,
müxtəlif səbəblərdən ictimai-iqtisadi inkişafın nisbətən aşağı pilləsində
olan xalqlardan fərqli olaraq fəlsəfi və estetik mədəniyyətin ən yüksək
pilləsinə qalxmış almanlar rusların böyük qardaşlığını qəbul etmirdilər.
Qəbul edə bilmirdilər. Almanlar beləcə də deyirdilər : "Hərbi cəhətdən
“böyük qardaşımız ”güclüdür, mənəvi-intellektual cəhətdən biz!"
Keçmiş Sovet İttifaqında geniş miqyasda işlənən, işğalçıların istər
bu ölkədə yaşayan xalqlara, istərsə də Avropanın və Asiyanın sosialist
ölkələrində yaşayan "dost" və "qardaş" xalqlara sözdə xeyirxah
münasibətlərini ifadə edən "xalqlar dostluğu", "proletar beynəlmiləlçiliyi"
"sovet xalqlarınn bərabərliyi və sarsılmaz birliyi", "fəhlə-kəndli hökuməti",
"proletariat diktaturası", "fəhlə sinfinin hakimiyyəti", "azad insanların
könüllü birliyi və həmrəyliyi" və s. kimi dil-düşüncə stereotipləri, perifraz
klişeləri hadisələrin, gerçək münasibətlərin düzgün-rasional dərkini
çətinləşdirir, dünyanı görməyə mane olan qara pərdə rolunu oynayırdı. O
dövrün saysız- hesabsız uçurulan heykəllərindən fərqli olaraq bu dəhşətli
söz-abidələri, yalançı linquistik ozan qatını məhv etmək, sıradan çıxarmaq
mümkün olmadı. Həmin zəhərli söz-yalan irsi bu gün də yaddaşlarda
304
təzələnir, müxtəlif dövlətlərdə müxtəlif məqsəd və formalarda təkrar
olunur.
Yumşaq şəkildə desək, bədnam-məşhur qeyri-demokratik
rejimlərlə bərabər Sovet İttifaqı dağıldıqdan sonra onun yerində meydana
gələn bir çox diktatura rejimlərində də idarəetmə üsullarında totalitar
düşüncə və üslub stereotiplərinin geniş yer alması, nəinki geniş yer alması,
hətta dönmədən yüksələn xəttlə inkişafı bu fenomenə olan marağı xeyli
artırmışdır. Totalitar təfəkkür və linquistika hətta əksər demokratik
ölkələrdən də yan keçməmişdir. Superdövlətlərin dünyaya təlqin etdikləri
demokratiya xüsusilə xarici siyasətə, nisbətən zəif, asılı dövlətlərə
münasibətdə gizli-ramedilməz totalitar linquistika örnəkləridir.
Görünür dünya xalqları və dünya dilləri bir-birilə yalnız elmi-
texniki nailiyyətlərin mənimsənilməsi, mübadiləsi sahəsində əməkdaşlıq
etmir, həm də qarşılıqlı dil-idrak təcrübələri ilə bir-birini zənginləşdirir ki,
burada da ümum-ortaq sözlər-beynəlmiləlizmlər və terminlərlə, səlis
adlandırmalarla yanaşı labüd olaraq vasitəli ifadə-ünsiyyət üsulları-perifraz
texnologiyası və semantik kalkalar da özünəməxsus rol oynayır. Bu
cəhətdən dildə müstəqim və qeyri-müstəqim ifadə vasitələrinin, güc
sözlərinin işlənib-işlənməməsinin psixolinquistik, koqnitiv və sosial dilçilik
faktorlarından asılılığının öyrənilməsi böyük önəm daşıyır. Sözlərlə, digər
səviyyədən olan linquistik qiymət çoxluqları ilə həm də şərin, mənfi
enerjinin ötürülməsi xalqlar, dövlətlər və fərdlər arasında mübarizə və
rəqabətin gücləndiyi müasir dövrümüzdə təhlükəli bioloji reallıqdır.
Hər hansı bir linquistik irs özündə onu yaradan xalqın, insanların
həyat təcrübəsinin bütün mənfi və müsbət simptomlarını daşıyır.
Nəzərə almaq lazımdır ki, cəmiyyətin həyatında həqiqətən mühüm
rol oynamış və böyük təbəddülatlar, sarsıntılar doğurmuş ideya və baxışlar,
ideologiya və rejimlər müəyyən vaxtdan sonra tamamilə unudulub getmir,
əsas ideyaları daşıyan anlayış, onları ifadə edən sözlər, terminlər uzun
müddət, bəzən isə əbədi olaraq yaddaşlarda yaşayır, dərketməyə fəal
şəkildə təsir göstərməkdə davam edir. Sözün semantikası, koqnitiv-
emosional məzmunu ilkin aktuallığından məhrum olsa da, onların
denotatları dəyişsə də, adlandırmanın əsas vahidləri olan sözlər, söz
birləşmələri ömrünü sürdürməkdə davam edir, sanki yeni həyata, müstəqil
305
fəaliyyətə başlayır. Hər bir fərdin, təkcə yaradıcı fərdlərin deyil, böyük
əksəriyyətlə dil daşıyıcılarının mental həyatının tərkib hissəsinə çevrilmiş
sözlər yaxın, bəziləri üçün unudulmaz keçmişin psixoloji təzyiqi altında
təfəkkürün formalaşmasında öz yerini mühafizə edib qoruyur, daha
doğrusu, yeni funksiyada bərpa edir. Sözlər, ifadələr tədriclə, lakin dönməz
bir ardıcıllıqla nəinki təfəkkürün formalaşmasında, ilkin psixi strukturların
oyanmasında, fəallaşmasında iştirak edir, həm də insanı təkrarən yanlış
yola salır, perspektivdən məhrum edir. Belə linquopsixologi, koqnitiv
situasiya insanların xəyal qırıqlıqına düçar olduğu, ümidsizliyə qapıldığı
vəziyyitlərdə xüsusilə aktual və qaçılmaz olur. İşarə, anlam öz məzmununu
qismən dəyişsə də, canlı sözün zühuru, yeni və ya qismən yeni mənanın
köhnə işarəyə köçməsi prosesi baş verir. Buna "barama qurdu effekti" də
demək olar. Yüzlərlə, minlərlə sözlər öz köhnə məskənlərini-
adlandırdıqları, işarəyə aldıqları anlayışları, gerçəkləri tərk edərək sanki
yenidən həyata qayıdır, dil sistemindəki mövcudluğunu, fəaliyyətini davam
etdirir. Əski sözlər yeni canlı kəpənəklər kimi öz əvvəlki, ilkin, nisbətən
ilkin məzmunundan məhrum olsa da, ondan büsbütün uzaqlaşsa da, tanış,
dərk edilmiş anlam və dil məzmunlarını da yaddaşında qoruyub yaşadır, irsi
olaraq bütün keçmiş və aktual konnotasiyaları-əlavə, tamamlayıcı,
dəqiqləşdirici, qiymətləndirici və semantik-emosional çalarları özündə
birləşdirir, mətn semantikasının, gerçək praqmatik reallıqların xidmətinə
verir. Zaman keçdikcə köhnə, öz ömrünü başa vurmuş ideoloji irsdən
uzaqlaşmaq, onunla vidalaşmaq nə qədər asan isə, dilin ətalətini dəf etmək
o qədər çətin olur. Mühafizəkar, qənimətcil, ehtiyatkar, hər şeyi bağışlayan,
dözən və çox şeyi artıq yük kimi öz üzərindən fəal dövriyyədən çixarıb atan
dil köhnəni də, yenini də, təmizi də, natəmizi də, bəzən lazım, gərəkli olanı
da, olmayanı da öz içinə alır,qənimət olaraq götürür. Tamam həzm etməsə
də, ehtiyatda saxlayır, konkret situasiyada dərketmənin malına çevirir.
Bununla da insanları, dil daşıyıcılarını, unikal, nəhəng kütlə və həcminə
baxmayaraq kifayət qədər çevik, hər kəsi konkret məqsədindən,
intensiyadan asılı olaraq canlı mexanizm, bunların doğurduğu,
formalaşdırdığı koqnitiv prosedurlarla təchiz edir. Dil köhnələri uçurub
yerində yenilərini tikmir. Dildə ibtidai icma quruluşu, daş dövründə
yaranmış sözlərlə ən son kompüter, internet neologizmləri, neyrofizioloji
306
terminlər bir yerdə yaşayır və ünsiyyət vəzifələrinin yerinə yetirilməsi
üçün birlikdə, kooperasiya halında fəaliyyət göstərir. Bir-biri ilə
əməkdaşlıq edir. Həmin prosesdə sözün praqmatikası, koqnitiv potensialı
ilə yanaşı dil işarələrinin funksional təyinatının genişləndirilməsi, semantik
tutumunun artırılması kimi yaradıcı, kreativ senarilər sahə strategiyaları ilə
birləşərək dili tükənməz həyat enerjisi ilə təmin edir.
Göstərilən kontekstdə totalitar ideologiya və rejimlərin, ümumən
totalitar üslubun, linquistik davranış paradiqmalarının öyrənilməsi önəmli
sosial və etnik-psixoloji, ictimai-siyasi aktuallıq kəsb edir. Nasional-
sosialist və sovet-kommunist totalitar üslublarını müqayisə edərkən
Dostları ilə paylaş: |