218
Ширин Ханым Кяримбяйли Шадиман
***
Alıb candan ürəyi aparır ərşə bu dilək,
Salır
qüssə içinə, zənn edir nəş‘ə bu dilək.
Yandırır qəlbin için atəşinin cövrünə çox,
Çəkir zövqlə canımı yaxşıca şişə bu dilək.
Girir zəka evinə, çalxadır fikirlərimi,
Deyirəm mənim təki min sehrə düşə bu dilək.
Çəkir sığal başına sakit ötən anlarımın,
Tapa bilmir heç cürə bir sakit guşə bu dilək.
Bu Şadiman qapanıbdı
tək sükuta bayaqdan,
Salıbdı özü ilə məni də işə bu dilək.
30.11.2013. Pirallahi
***
Xiffətin yandıracaqdır ürəyi, sən bilirsən,
Olmusan
ömür-günün tək gərəyi, sən bilirsən.
Mən qaçıram bağça-bağa, gözlərimdə əksin var,
Onu
gəl hifz eliyək, can dirəyi, sən bilirsən.
Hər sözün qəlbimi oxşar, anamın laylasıtək,
Ruhumun
cana yovuq eşq mələyi, sən bilirsən.
Kimsəni könlümə yar etməmişəm aləmdə heç,
Bağrımın uçmaz sütunu, dirəyi, sən bilirsən.
Anlarım sənlə
edir saatlara səcdəni yar,
Ya ona elə şəfa, ya kələyi, sən bilirsən.
Gəl hicran atəşinə yandırmayaq
bir-birini,
Əhdə sadiq olanın eşq fələyi, sən bilirsən.
Şadimanı eləmə hicrana, həsrətə çıraq,
Zamanım
əldə tutub vaxt ələyi, sən bilirsən.
Dostları ilə paylaş: