Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


Məhəbət dastanlarınının səciyyəvi xüsusiyyətləri



Yüklə 110,53 Kb.
səhifə27/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   23   24   25   26   27   28   29   30   ...   41
Şifahi xalq ədəbiyyatı

45. Məhəbət dastanlarınının səciyyəvi xüsusiyyətləri
Məmmədhüseyn Təhmasib təsnifatında məhəbbət dastanları üç daxili növə ayrılır; 1. məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan dastanlar; 2. əsil məhəbbət dastanları; 3. məcazi məhəbbətə həsr edilmiş dastanlar. Məhəbbət dastanlarının, məzmunca rəngarəngliyi və müxtəlifliyi Məmmədhüseyn Təhmasibi bu dastanlarla bağlı əlavə bir daxili bölgü aparmağa vadar edir. O, əsil məhəbbət dastanlarının dörd, məcazi məhəbbət dastanlarının isə iki növünü müəyyənləşdirməli olur. Görkəmli folklorşünasın nəzərində əsl məhəbbət dastanlarının növləri bunlardır: 1. Nağıllarla bağlı məhəbbət dastanları; 2. qədim eposla bağlı məhəbbət dastanları; 3. yazılı ədəbiyyatla bağlı məhəbbət dastanları; 4. Orijinal məhəbbət dastanları. Görkəmli folklorşünasın nəzərində məcazi məhəbbətə həsr edilmiş dastanların isə növləri bunlardır: 1. astral dastanlar; 2. rəmzi dastanlar.
Məmmədhüseyn Təhmasibin məhəbbət dastanları ilə bağlı araşdırmalarından aydın olur ki, sufi-panteist ədəbiyyatın aşıq ədəbiyyatına təsiri özünün qabarıq ifadəsini məhz məhəbbət dastanlarında tapır. Ozan-aşıq qarşılaşmasında aşığın tədricən öz nüfuzunu artırıb dastan yaradıcılığı və ifaçılığının aparıcı fiquruna çevrilməsində məhəbbət dastanları mühüm göstəriciyə çevrilir.
“Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Novruz və Qəndab”, “Lətif şah”, “Şah İsmayıl” və onlarca məhəbbət dastanları vardır.
Abbas-Gülgəz'>46. “Abbas və Gülgəz” dastanının süjeti
Dolğun məzmunu və ictimai mündəricəsi ilə seçilən çoxvariantlı dastanlarımızdan biri də «Abbas-Gülgəz»dir. Aşıq Abbas Tufarqanlının adı ilə bağlı bu dastanın yeddi variantı yazıya alınıb. 
«Abbas-Gülgəz» dastanının zəngin ictimai mündəricəsi dastanın çoxvariantlılığı və geniş yayılması üçün zəmin yaradıb. Xatırladaq ki, XVII əsrdə yaranan dastanlarımızın bəzilərində elin gözəl qızlarının saraylara aparılması və buna qarşı el şairlərinin müxtəlif səpkili lirik və epik şeirlər söyləməsi xalq ədəbiyyatında başlıca motivə çevrilib. Bu silsilə ədəbi abidələr içərisində «Abbas-Gülgəz» dastanı xüsusi yer tutur. Belə ki, Təbriz yaxınlığında Tufarqan kəndindən olan Aşıq Abbasa qonşu obadan Gülgəz Pərini şahi-mərdan buta verir. Abbas butasının ardınca Təbrizə gəlir, məlum olur ki, Şah Abbasın naibləri Pərini saraya aparıblar. Abbas Gülgəz Pərinin arxasınca İsfahana yola düşür... Yolda və Şah Abbasın sarayında aşığın başına gələn hadisələr və bu münasibətlə söylədiyi şeirlər dastanın əsas məzmununu təşkil edir. «Abbas-Gülgəz» dastanının inkişaf xətti dörd mərhələdən ibarətdir: Başlanğıc Tufarqan mərhələsi, Təbriz mərhələsi, İsfahana səfər və İsfahan mərhələsi.
Birinci mərhələdə gənc Abbas atasını itirib, anası ilə sənət adamlarının yanına gedib özünə münasib peşə axtarır, oxumaq istəyir. Burada məktəb, sənət, peşə, ticarət və məişətin bir sıra sahələrinin təsviri başlanğıcdan dastanın bədii mündəricəsini zənginləşdirir. Abbas mollaxanada «əlini qulağına qoyub avazla oxuduğu» vaxt molla onun səsini eşidib ayağını falaqqaya qoyur. Buradan da görünür ki, butadan əvvəl Abbasın gözəl səsi olub, aşıqlığa meyl edib. Dastançı aşıqlığı birdən-birə buta ilə bağlamayıb, bunun üçün əvvəlcədən zəmin yaradıb. Abbasın butadan sonra saz götürüb dərin məzmunlu, dini-fəlsəfi şeirlər söyləməsi təbii başlanğıcı nisbətən süniləşdirir.
«Abbas-Gülgəz» dastanında Şah Abbasın «böyük sürgün» siyasəti, qızların saraya aparılması məsələsi dastanın əsas motivinə çevrilib. İstər dastanın süjetində, istərsə də orada istifadə olunan şeirlərdə Şah Abbas dövrünün ictimai-siyasi məsələləri məhəbbət xətti ilə paralel verilib. Bir tərəfdə gəncliyin azad duyğuları, məhəbbəti, zəngin daxili hissləri kimi həyatın gözəl nemətlərindən dadmaq, zövq-səfa sürmək, elin-obanın toy-düyünlərini vəsf etmək, digər tərəfdən bütün bu gözəlliyi buxovlayıb, bir ovuc saray dəllallarının zövqünə qurban vermək kimi təzadlar dastanın ictimai-bədii mündəricəsini daha da cilalayır.
Aşıq Abbas yaşadığı ictimai mühitin zorakı təbiətinə qarşı şahi-mərdan butasının gücünü qoyur. Aşıq Pərinin arxasınca gedərkən yolda Aşıq Abbasın buyruq qulları (Sarı Xoca, Dəli Becan, Allahverdixan) tərəfindən daş-qalaq edilib su quyusuna salınır. Aşığı iki dəfə quyudan ona buta verən «şahi-mərdan», Düldülün sahibi Qəmbər ağası» çıxarıb quyunun kənarına qoyur. Buta Abbasın ikinci dəfə salındığı zəhərli quyunu zərrin ocağa döndərir. Beləliklə, Aşıq Abbas Şah Abbasa özündən min əvvəl zülfüqarı ilə islam naminə fövqəladə möcüzələr yaratmış Əlinin «nur badəsi»ni nuş edib qələbə çalır və sevgilisini qaytarır.



Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin