Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


Dastan janrının xüsusiyyətləri; 39. Dastanların təsnifi



Yüklə 110,53 Kb.
səhifə24/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   20   21   22   23   24   25   26   27   ...   41
Şifahi xalq ədəbiyyatı

38. Dastan janrının xüsusiyyətləri; 39. Dastanların təsnifi
Epik növün həcm etibarilə ən böyük janrı dastandır. Azərbaycan şifahi xalq ənənəsində dastan termini yoxdur. Janrın adı kimi bu termin mütəxəssislər tərəfindən verilib. Şifahi xalq ənənəsində bu janr sadəcə nağıl adlanır. “Abbas və Gülgəz” dastanına Abbasın nağılı, “Qurbani” dastanına Qurbanın nağılı deyirlər. Dastanla nağılı fərqləndirmək üçün aşıqlar ikinciyə “qara nağıl” deyirlər. Başqa türk xalqlarında dastan janrı fərqli adlarla tanınır: saxalar (yakut) olonxo, altaylılar kay, xakaslar xay, nımax (alıptıx nımax), kazaklar, qırğızlar jomok adlandırırlar.
Dastanlar epik formasiya baxımından, yəni yaranma dövrünə görə iki yerə bölünür: arxaik dastanlar və klassik dastanlar. Arxaik dastanlara mifoloji eposda deyilir. Belə dastanların qəhrəmanı və ya qəhrəmanları tanrılar, mədəni-yaradıcı qəhrəmanlar və ya yarımtanrılardır. Bu dastanlarda epik hadisələr mifoloji fonda baş verir. Qəhrəman demonik və ya mifoloji varlıqlarla mübarizə aparır. Arxaik dastanlardan fərqli olaraq klassik dastanlarda epik hadisələr konkret tarixi zamanda və konkret coğrafiyada baş verir. Klassik dastanların qəhrəmanı gerçək bahadırdır və o öz xalqını konkret tarixi düşmənlərdən qoruyur və ya öz xalqının mənafeyi naminə hər hansı bir xalqa mənsub düşmənlərlə mübarizə aparır.
40. Dastanların ifası
Oğuznamələrin yaradıcıları və ifaçıları ozan və ya ozançı adlanan epik söyləyicilər olmuşdur. Oğuznamə söyləyən ozanlar haqqında böyük Azərbaycan şairi Nizami Gəncəvidən başlayaraq orta əsrlərin müxtəlif tipli qaynaqlarında məlumatlar var. Bununla yanaşı, Oğuznamə ifaçısının adı, həm Azərbaycan, həm Anadolu türkləri, həm də başqırdların yaddaşında bu günə qədər yaşamaqdadır. Bu məlumatlardan bəlli olur ki, ozanlar böyük bir coğrafi məkanda el şənliklərində, orduda və sarayda Oğuznamə söyləmiş və özlərinin maddi ehtiyaclarını da Oğuznamə ifaçılığı sənəti ilə ödəmişlər. Ən yaxşı Oğuznamə ifaçılarına “alb ozan” deyilmişdir
Bu gün ozanlar yoxdur və Oğuznamələr də epik dövriyyədən çıxaraq unudulmuşdur. Biz Oğuznamələrlə XIII-XVII əsrlər arasında və XX əsrə gəlib çatmış bəzi mətnlər əsasında tanış oluruq. Bu mətnlər olmasaydı, Oğuznamə kimi böyük epik yaradıcılıq hadisəsi haqqında biliklərə sahib olmayacaqdıq. Yazıya alınmış mətnlər isə müxtəlif şəkildədir. Bu mətnlər gah tarix (Məsələn, Rəşidəddin və Əbülqazi mətnləri), gah ərəb əlifbasının sırası ilə verilmiş atalar sözləri, (“Əmsali-Məhəmmədəli”), gah sintaktik paralelizmlər şəklində verilən atalar sözləri və öygülər (“Hazih-r-risaləti-min kəlimati Oğuznamə əl-məşhur bi-Atalar sözü”), gah da qəhrəmanlıq dastanları (“Kitabi-Dədə Qorqud”) şəklində qarşımıza çıxır. Bu hal oğuznamələrin hansı şəkildə olması sualını qarşıya çıxarır. Bu sualın cavabı yazıya alınmış oğuznamələrin necə mətnləşdirilməsi məsələsinə də aydınlıq gətirir.
Yazılı ədəbiyyatdan fərqli olaraq epik mətnin poetik forması onun ifasından təcrid olunmuş şəkildə öyrənilə bilməz. Çünki poetik forma çalğı ilə ifadə olunan hava və səs kimi komponentlərlə sinxron şəkildə auditoriyaya çatdırılır.
“Dədə Qorqud” dastanlarının qopuz adlanan musiqi alətinin müşayiəti ilə ifası bəllidir. Boylarda qopuz alça, qolca, quruluca epitetləri ilə təqdim olunur və Dədə Qorquda məxsus olduğu üçün müqəddəs tutulur. Bununla yanaşı, boyların qəhrəmanları soylamaları qopuz çalğısı ilə söyləyirlər. Dədə Qorqudun oğuznamə yaratması da qopuzla müşayiət olunur. Əbdülqadir Marağalı ozan qopuzu deyə yad etdiyi musiqi alətinin üçtelli və çanağının bütün simli musiqi alətlərindən böyük olduğunu söyləyir.

Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin