AİLƏ TƏRBİYƏSİ
Ailənin bir sıra funksiyaları vardır. Onlardan biri də dünyaya
gətirilən övladın tərbiyə olunması məsələsidir. Ailə tərbiyəsi məsə-
ləsinin öyrənilməsi öz aktuallığını hər zaman qoruyub saxlayır. Ailə
əvəzsiz, təkrarolunmaz bir dünyadır. Tərbiyə probleminə cavab tap-
maq üçün araşdırdığımız orta əsrlər dövründə onun hansı səviyyədə
olduğunu öyrənmək zəruridir. Bu baxımdan da ailənin orta əsrlərdə-
ki vəziyyətini təhlil etmək və bu barədə verilən məlumatlara nəzər
yetirmək vacibdir. Çünki insan mədəniyyətinin ilk nailiyyətləri
bəlkə də uşaq tərbiyəsi ilə bağlı olmuşdur.
Nəsillərin varisliyi təcrübənin uşaqlara çatdırılmasından asılıdır.
Bu sahədə ailə mühüm rol oynamışdır. Nəzərə almaq vacibdir ki,
«müxtəlif xalqların etnopedaqogikasındakı milli və ümumbəşəri
mənəvi normaların qarşılıqlı əlaqəsi baxımından dini dəyərlərin,
xalq əxlaqının, mənəviyyatın milli formalarının bir-birinə göstərdiyi
qarşılıqlı təsirinin mexanizmini öyrənmək böyük əhəmiyyət kəsb
edir» (43, 8). Belə məsələlərin rüşeymlərinin məhz ailə daxilində
yarandığını nəzərə alsaq, tərbiyə probleminin tədqiqinin zəruriliyi
bir daha ortaya çıxır. Bu mühüm məsələ barədə Z.Qaralov belə
yazır: «Tərbiyə – dinamik proses olmaqla bərabər, eyni zamanda
idarə edilən mürəkkəb sistemdir. Bu sistemdə daimi təsir göstərən
və dəyişən elementlər var. Hər elementin təsir gücünü tənzimləyən
müvafiq amillər qrupu mövcuddur. Bunları nəzərə almadan sistemin
hərəkətini düzgün idarə etmək mümkün deyil» (3, 27–28).
Ailə tərbiyəsinin tarixi qədim zamanlara gedib çıxır və bu bir
gerçəkdir ki, hər bir dövrdə də diqqət mərkəzində duran bir məsələ
kimi mühüm əhəmiyyət kəsb etmişdir. Hər bir dövrdə məhz həmin
166
zamana xas özünəməxsus səciyyə daşıyan cəhətlər və tarixi mühit
mövcud olmuşdur. Bəşəriyyətin tarixi inkişafının müxtəlif dövrlə-
rində ictimai, siyasi və mənəvi abı-hava eyni olmamışdır. Ona görə
də orta əsr Azərbaycan ailəsinin vəziyyəti barədə məlumat alarkən
bütövlükdə tədqiq olunan tarixi dövrün gerçəkliklərini və özünə-
məxsus xüsusiyyətlərə malik olduğunu nəzərə almaq vacibdir.
Məlumdur ki, evlilikdən sonra ailə həyatının yeni səhifəsi açılır.
Toy mərasimi tamamilə qurtarandan sonra ilk istək övlad dünyaya
gətirə bilməkdir. Təsadüfi deyildir ki, bəy evinə qədəm qoyan gə-
linin qucağına uşaq qoyulması əsrlər boyu bir adət halını almışdır.
Bu da ona ana olmaq arzusu ilə edilən davranışdır. Toydan sonra tə-
zə gəlin bəy evinə qədəm basanda yeni həyatın gündəlik qayğıları,
əmək fəaliyyəti artıq başqa bir mühitdə davam edir. Yaşamı davam
etdirmək üçün gəlin yeni ailə həyatının daxili qaydalarına uyğun-
laşmalı olur. Məişət, təsərrüfat problemləri və bununla bağlı
qayğılar günün reallığı kimi ortaya çıxır.
Azərbaycan xalqının ailə həyatında övladın böyük rolu vardır.
Bu məsələ ilə bağlı Füzulinin xalqdan gələn təfəkkür tərzinə uyğun
şəkildə söylədikləri yerinə düşür:
Fərzəndsiz adəmi tələfdir,
Baqi edən adəmi xələfdir.
Nəsl ilə olur bəqayi-insan,
Nəzmi-bəşərü nizami-dövran.
Can cövhərinə bədəldir övlad;
Övlad qoyan, qoyar həm ad.
Xoş ol ki, xələfdən ola xoşdil,
Dünyada bir oğlu ola qabil (39, 50).
Hətta bu yolda müxtəlif əməllərə baş vurulmuş, ayinlər icra
olunmuş, uşağı olmayanlar nəzir-niyaz verərək Allahdan övladın
olmasını arzulamışlar. Füzuli bu xüsusda yazır:
Çox nəzirlər etdi hər məzarə,
Çox qıldı niyaz kirdigarə (39, 50).
167
Məzar dedikdə yəqin ki, pirlər nəzərdə tutulur. Kirdkar isə tanrı
deməkdir. ««Kitabi–Dədə Qorqud» dastanında Dirsə xan da nəzir-
niyaz və qurban yolu ilə övlad qazana bilir. «Manas» eposunda da
Manas nəzir-niyaz və qurbanlarla dünyaya gəlir... Qurbanlığın, nə-
zir-niyazın, ehsanın xalq arasında öz yeri vardır. Bu ənənə indi də
el-obamızda yaşamaqdadır. İnsanlar indi də nəzir-niyaza, qurbanlı-
ğa olan inamlarını itirməmişlər. Görünür, tarixin müəyyən çağla-
rında xalq öz adət-ənənələrini, etiqadlarını yaşatmaq üçün onları
folklor nümunələrinə köçürməklə hifz etmək, qorumaq haqqında
düşünmüşdür» (47, 193). Tarixən bu məsələ demək olar ki, bütün
dastanlarımızda yer almışdır. «Kitabi-Dədə Qorqud» dastanında
bununla əlaqədar belə deyilir: «Dirsə xan arvadının sözü ilə böyük
məclis qurdurdu, Allahdan istəyini dilədi. Atdan ayğır, dəvədən
buğra, qoyundan qoç qırdırdı. İç oğuz, Daş oğuz bəylərini ora
topladı. Ac gördüsə, doydurdu. Yalın gördüsə, geyindirdi. Borclunu
borcundan qurtardı. Təpə kimi ət yığdı. Göl kimi qımız sağdırdı. Əl
götürüb arzularını dilədilər. Allah bir ağzı dualının alqışı ilə övlad
verdi. Arvadı hamilə oldu. Bir neçə müddətdən sonra bir oğlan
doğdu» (45, 133-134).
Azərbaycanda hamiləlik dünyaya övlad gətiriləcək sevinc doğu-
ran hadisə olduğundan qadınlara xüsusi hörmət olunurdu. Boylu
qadına münasibətdə ətrafdakılar həssas münasibət nümayiş etdirir-
dilər. Nəinki evin içindəkilər, hətta qonum-qonşu, qohum-əqrəba
yeriklədiyi şeylərin hamilə qadına təqdim olunması qayğısına qa-
lırdılar. Canı çəkdiyi yeməklərin və meyvələrin hamiləyə gətiril-
məsi savab iş sayılmışdır. Doğum vaxtı gələndə isə xüsusi təcrübə
sahibi olan qadın-mamaça dəvət olunurdu. O doğum zamanı lazım
olan işləri görürdü. Bu zaman müddətində kişilər müəyyən vaxta-
dək evi tərk edirdilər. Doğum zamanı mamaçadan istifadə olunduğu
Xaqaninin də əsərində öz əksini tapmışdır. Xalq arasında doğumla
bağlı nəğmələr də mövcud olmuşdur. Bunun da ifaçıları nəğmələrin
mahiyyətindən də göründüyü kimi həmin mamaçalar olmuşlar. Belə
nəğmələrdən bir örnəkdə deyilir:
168
Sancıları gələr-gedər,
Atalar gülər gedər,
Nənələr nənni qoyar
Nəvəsin bələr gedər (67, 287).
Mamaçalar digər qohum qadınların yardımından da istifadə
edirdilər. Lakin doğuş zamanı təəssüf ki, bəzən ölüm halları da baş
verirdi. Bu orta əsr müəlliflərinin də əsərlərində yer almışdır.
Təbrizdə yeddi günlük çağanın başını qırxıb, yükün ağırlığı qə-
dər yoxsullara qızıl və ya gümüş paylamaq adəti olub. Həmçinin
yeddinci gün şənlik keçirmək və qoyun qurban kəsmək mərasimi
mövcud olub (68, 23). Təbrizdə doğumla bağlı icra olunan adətlər
ovsun səciyyəli tədbirlərlə başlayır. Qeyd edək ki, «həmin tədbirlər
aşağıdakılardır: ananın və körpənin xalq arasında «al» adlanan pis
ruhdan qorunması üçün kişilər 7 gecə doğum baş vermiş evin keşi-
yini çəkirlər, 7 baş soğanı şişə keçirərək xəncərlə bir yerdə körpənin
arxasında divara söykəyirlər; 7 gün ərzində körpəni beşikdə deyil,
xəlbirdə saxlayırlar; körpənin başı üstə gecə-gündüz çıraq yandırır-
lar; körpə üçün mollaya dua yazdırırlar; körpə olan evə üstündə qı-
zıl və sarı muncuqlu qadın gəlməməlidir və s. Bu tədbirlərin hamısı
körpənin guya sağ qalmasını təmin etmək üçün görülür» (68, 21).
Yeni azad olmuş qadının yanına içərisində su olan qabda üç yu-
murta qoyurlar ki, ona nəzər toxunmasın. Əgər yumurtalar çartlasa,
deməli ona nəzər toxunub, əgər çartlamasa, nəzər toxunmayıb. Zahı
arvadın üstünə iynə-sancaq sancarlar ki, bəd ruhlar ona xətər ye-
tirməsin. Doğum anından etibarən 40 gün ərzində qadın zahı hesab
olunurdu. Doğuşdan sonra zahıya quymaq yemək tövsiyə olunurdu.
40 gün sonra ana ilə uşağın qırxı tökülürdü.
Qırx tökmə mərasiminin mahiyyəti belədir ki, «həmin gün er-
kən, daha doğrusu, danqaranlığında bulaq, yaxud çaydan gətirilmiş
sudan qırx ovuc bir qaba tökülür. Evdə «qırx suyu» da adlanan bu
su ana və körpənin başından axıdılır. Bununla da onlar qırxdan çıx-
mış olurlar. Burada mərasimin icrası anında oxunulan nəğmə də bir
neçə cəhətdən diqqəti cəlb edir. Nəğmə belədir:
169
Ağırlığın, uğurluğun,
Dağlara, daşlara.
Göydən uçan quşlara,
Qurumuş ağaclara,
Bal verməz arılara,
Deyingən qarılara.
Boz qurddan hay alasan,
Xızırdan pay alasan.
Kamal suyu, camal suyu,
Can sağlığı suyu» (60, 115).
Qırx «töküldükdən» sonra uşağı görmək olardı. El arasında mə-
lum inama görə, qırxı çıxmayan uşağın üstünə getməzdilər. Əgər
gedən olsaydı, uşağı həmin adamın üstünə gətirirdilər. O özü uşaq
olan otağa girə bilməzdi. Uşağın çəkisi qədər əti aparıb qəbristanlıq-
da basdırırdılar ki, ömrü uzun olsun. Bu adətin adına «əqiqi» deyər-
dilər (55, 120). Qırxı gözləmək adəti əfqanlarda da «cehel-qoriz»
(«qırx-qaç») adı ilə məlumdur. Qırx gündən sonra ana körpəsi və
qohumlarla bərabər hamama gedir. Yalnız bundan sonra adam
arasına çıxa bilərdi (69, 120).
Azərbaycanda uşaqla əlaqədar müxtəlif oxşamalar, əyləndirmə-
lər, laylalar, bəsləmələr və nəğmələr mövcuddur. Hətta uşaqla bağlı
xeyli tapmacalar vardır. Onlardan birində belə deyilir:
Əzizim, doqquz günə,
Doqquz aya, doqquz günə,
Qaranlıqdan kimi çıxar,
Doqquz aya, doqquz günə? (70, 208)
(açması: anadan olan uşaq)
Körpə vaxtı uşaqları beşikdə (nənnidə) yatırırdılar. Uşağın diş-
ləri çıxan vaxtı hədik bişirib paylamaq adəti indi də vardır. Nəhayət,
böyüdükdən sonra fəal tərbiyə prosesi başlanırdı.
Qeyd edək ki, «Ailə tərbiyəsi pedaqogikası müxtəlif elmlərlə
sıx bağlıdır, lakin onun inkişafında iki elm sahəsi – etnoqrafiya və
170
psixologiya xüsusilə mühüm rol oynamışdır. Hər bir xalqın uşaq
tərbiyəsi, o cümlədən, oğlan və qız tərbiyəsi haqqında özünəməxsus
təsəvvür və anlayışları, adət və ənənələri vardır. Bu təsəvvür və
anlayışlarda, adət və ənənələrdə xalqın pedaqoji fikirləri etnoqrafik
qaydalarla üzvi surətdə birləşir» (26, 272–273). Adət və ənənələr
vasitəsilə uşaqlar müəyyən qaydaların olduğunu dərk etməyə
başlayır və vərdişlər əldə edirlər. H.Quliyev insanların etik, estetik
və emosional hisslərinin formalaşmasında adət-ənənə və mərasimlə-
rin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edir. Müəllif bir daha
xatırladır ki, «mütərəqqi adət və ənənələr dərin estetik-emosional
məzmuna malik olduğundan adamlarda yüksək əhval-ruhiyyə və
zövq tərbiyə edir, onlara güclü psixoloji təsir göstərir» (8, 3). Adət
və ənənə xalqın şüurunda möhkəm yer tutarsa, onu məişətdən silib
atmaq çox çətindir. Bu da onun uzun ömürlü olmasını təmin edir.
Tərbiyənin əsas bünövrəsi ailədə qoyulur və o, həyatın ən əhəmiy-
yətli sahəsidir. Azərbaycanda «qədim zamanlardan başlayaraq, uşaqla-
rın ailə həyatına hazırlanması vəzifəsini ailənin özü yerinə yetirirdi.
Uşaqlar kiçik yaşdan etibarən ailə qanunları ilə yaşayır, ilk titrək ad-
dımdan, sözdən ailə həyatının yazılmamış qanunlarını öyrənirlər» (26,
5). Belə ki, «hələ müasir mənada pedaqoji elmlərin olmadığı vaxtlarda
insan təcrübəsi davranış nümunələrinin intəhasız təkrarlarından elə
normalar, elə qaydalar, elə qadağalar və öyüd-nəsihətlər xalq pedaqo-
gikasının məğzini təşkil etmişdir ki, onlar, hər şeydən əvvəl, mütərəqqi
adət və ənənələrdə etnoqrafik və tarixi materiallarda, xüsusilə folk-
lorun atalar sözü, məsəllər, nağıllar, dastanlar, bayatılar, tapmacalar və
şer janrlarında öz ifadəsini taparaq tarix boyu minlərlə nəsillərin, həm-
çinin ən görkəmli fikir adamlarının, bədii söz ustalarının formalaş-
masında müstəsna rol oynamış və cilalana-cilalana bu günə qədər gəlib
çatmış, indi də tərbiyəvi əhəmiyyətini itirməmişdir» (43, 9–10).
Orta əsrlərin ailə məişəti və övlad tərbiyəsi məsələsi ayrıca
tədqiqat obyekti kimi etnoqrafik ədəbiyyatda öz həllini indiyədək
tapmamışdır. Bunun da obyektiv səbəbi vardır. Belə ki, bilavasitə
bu mövzuya həsr olunmuş ayrıca yazılı mənbə yoxdur. İndiyədək
171
öyrənilən ailə məişəti məsələləri yalnız XIX əsrin sonları və XX
əsrin əvvəllərindəki həyat tərzini əks etdirir.
Bəşər mədəniyyətinin əldə etdiyi müvəffəqiyyətlər uşaqların
düzgün tərbiyəsindən asılı olmuşdur. Nəsillərin inkişaf etməsi qaza-
nılan təcrübənin uşaqlara aşılanması, mühit, məişətdə qərarlaşmış
adət və ənənələrə sadiqlik, varisliyə riayət olunması ilə mümkün
olmuşdur. Bu sahədə ailə mühüm rol oynamışdır.
Ailə tərbiyəsi cəmiyyətin həyatı ilə sıx surətdə bağlıdır. Çünki,
«insan həm də onu əhatə edən insanlarla müəyyən münasibətdə
olur. Bura ailə, məişət, istehsal, əmək, ictimai-siyasi və s. münasi-
bətlər aiddir. İnsan müəyyən cəmiyyətin konkret üzvü kimi bu
münasibətlərdən kənarda qala və onlarsız yaşaya bilməz. Bu ictimai
münasibətlər insanın əsl mahiyyətini müəyyən edir» (4, 239). Ailə
tərbiyəsinin asılı olduğu amillər müxtəlifdir. Belə ki, o ictimai
quruluşdan, mədəniyyətin ümumi səviyyəsindən və iqtisadi imkan-
lardan xeyli dərəcədə asılıdır. Bununla yanaşı, ailə tərbiyəsi minil-
liklər boyu mənəvi mədəniyyətimizin tərkib hissəsi olan tarixi miras
kimi əbədiyaşar adət və ənənələrin güclü təsirinə məruz qalmışdır.
Çünki hamı tərəfindən qəbul edilən adət və ənənələr əsrlərdən bəri
süzülüb gələrək məişət tərzinin əsası kimi insan psixologiyasına
daha dərindən nüfuz edə bilmiş və gündəlik yaşam tərzinin bir
parçası olmuşdur. Belə ki, «adət və ənənə – xalqın mənliyinin
meyarıdır. Onları xalq yaradır, yaşadır, nəsildən-nəslə ötürür.
Böyüyən nəslin tərbiyəsində güclü vasitələrdən biri kimi istifadə
edilir. Adət-ənənələrdən elələri var ki, yarandığı ictimai quruluşdan
asılı olmayaraq, bütün dövrlərdə böyük tərbiyəvi əhəmiyyət kəsb
edir. Bunlar bu gün də tərbiyəyə müsbət təsir göstərir» (5, 23).
Ailə elə bir qurumdur ki, burada müxtəlif məsələlərin vəhdət
şəklində olduğunu nəzərdən qaçırmaq olmaz. Belə ki, ailə daxilində
maddi, iqtisadi və mənəvi problemlərin bir yerdə cəmləşməsi və
qarşılıqlı əlaqələri vəhdət təşkil edir.
Məlumdur ki, «hər bir xalq bəşər mədəniyyəti xəzinəsindən fay-
dalandığı kimi, ona öz hədiyyəsini də bəxş edir, onu daha da zən-
ginləşdirir və bununla da qanunu olaraq fəxr edir» (42, 21). Eyni za-
172
manda qeyd edək ki, «bütün millət və xalqlara milli, xüsusi və
ümumbəşəri keyfiyyətlər xasdır. Milli kalorit məişətin milli ünsür-
lərini, millətin psixi həyat tərzini əks etdirməklə, bütün insanlara
xas olan bir çox mənəvi əxlaqi sifətləri də əks etdirir» (42, 45).
Tədqiq olunan orta əsrlər dövrü Azərbaycanda islam dininin
köklü şəkildə xalqın məişətinə daxil olduğu və geniş yayıldığı bir
zamana təsadüf edir. İslami təfəkkür xalqın gündəlik həyat tərzinə
əsaslı şəkildə sirayət etmiş, ailə münasibətlərində və məişətində
dərin iz buraxmış, tərbiyə və əxlaq məsələlərinə də ciddi təsir gös-
tərmişdir. Müxtəlif xalqların adət və ənənələrinin qaynayıb-qarış-
ması, Xilafət mədəniyyətinin güclü təsiri mənəvi dəyərlərin də
müəyyən ölçüyə əsaslanmasını təmin edərək tərbiyə problemində
müəyyən izlər qoymuşdur. Qurani-Kərimdə öz əksini tapan və
şəriətlə qanunlaşdırılmış davranış qaydaları uzun əsrlər boyunca
əsas meyar sayılmışdır. Görkəmli etnoqraf alim S.A.Tokarev bu
xüsusda belə qeyd edir ki, islam dininin xarakterik cəhəti ondan iba-
rətdir ki, o, insan həyatının bütün sahələrinə nüfuz edir, müdaxilə
edir. Müsəlmanların şəxsi və ailə həyatı, ictimai həyatı, siyasi və
hüquqi münasibətləri məhkəmə, mədəni səviyyə, bütün bunlar
bütünlüklə dini qanunlara tabe idi. Əvvəlki zamanlarda müsəlman
ölkələrində dövlət və dini hakimiyyətin bütünlüklə qovuşması yer
alırdı, mülki və məhkəmə hüququ şəriət qanunları əsasında quru-
lurdu (25, 533). Müəllifin bu fikri müsəlmanların həyatında islam
dininin böyük rol oynadığını bir daha təsdiq edir.
Təsərrüfatın idarə olunması iqtisadi əsaslara dayanırdısa, övla-
dın tərbiyəsi mənəvi dəyərlərlə ölçülürdü. Ona görə də qeyd etmək
lazımdır ki, tərbiyə məsələsi mənəvi sərvət və əxlaqi dəyərlər baxı-
mından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, «tərbiyə şəxsiyyətin
formalaşmasına yönəldilmiş xüsusi fəaliyyət sistemidir. Bu proses-
də daha yaşlı nəsil özünün təcrübəsini, ehtiraslarını, inamını kiçik
nəslə verir. Tərbiyə şəxsiyyətin daxili və xarici amillərin təsiri altın-
da baş verən inkişafının idarə olunmasıdır. Ona görə də şəxsiyyətin
necə formalaşması, bu prosesə təsir edən amillər diqqəti birinci
növbədə cəlb edən cəhətlərdəndir» (14, 57). Bu fikrə onu da əlavə
173
etmək lazımdır ki, uşaqlarda atadan və anadan gələn genetik xü-
susiyyətlər də özünü göstərməyə bilməz. Çünki genetik amilin də
uşağın formalaşmasında öz rolu vardır. Heç şübhəsiz ki, uşağın ata-
sından və anasından aldığı müəyyən qabiliyyət özünü haradasa
mütləq büruzə verməlidir.
Ailə mehribançılıq, sədaqət üzərində qurulursa, xoşbəxt olur.
Hər bir insanın həyatında ailənin nəyi ifadə etdiyini düşünərkən ağla
ilk gələn fikir onun bir ocaq olduğudur. Qara Əhmədovun dediyi ki-
mi: «Od, ocaq və işıq istifadə olunduğu ilk günlərdən insanları öz
ətrafına toplamaqla ictimai funksiya daşımağa başlayır. Ana öz
uşaqlarını ocaq başında böyüdür, onlara isti yemək yedirir, qışda so-
yuqdan qoruyur, işığında keşiyini çəkir. Ana ocağı sönməyə qoy-
mur, ocaq başı ilk insan dəstələrinin, icmanın, nəslin, ailənin ən hə-
yati və müqəddəs yerinə çevrilir. Ən mühüm və vacib məsələlər
ocaq başında həll olunur, uğurlu ovdan, evdə və çöldə baş vermiş
hadisələrdən burada söhbət salınır, bir sıra ənənəvi şənliklər, dini
ayinlər burada icra edilir» (10, 41). Təsadüfi deyildir ki, ailənin
ocaq kimi qəbul olunması onun daxili vəhdətini, birliyini göstərir.
Qurulacaq ailənin özəyini nə təşkil etməlidir?-sualına orta əsr
müəlliflərinin cavabı marağa səbəb olur. Maraqlı cəhət budur ki, or-
ta əsrlərdə yaşayıb-yaradan görkəmli şair və alimlərimiz öz yaradı-
cılıqlarında saf və təmiz məhəbbət duyğusunu tərənnüm etmiş, onu
qurulacaq ailə həyatının təməl daşı hesab etmişlər. Onlar məhəbbəti
insanın yaşama sevinci kimi təqdim etmişlər. Orta əsr müəllifləri
məhəbbəti ecazkar qüvvə kimi təqdim edərək onu ailənin mənəvi
sərvəti sayırlar. Ailədə onun üzvləri arasında bir-birinə olan təmiz
bağlılıq və incə münasibət onların əsərlərində əsas keyfiyyət və gös-
tərici kimi təqdim edilmişdir. Ümumiyyətlə, qarşılıqlı bağlılıq ailə-
nin bütövlüyünün daha da möhkəmlənməsinə, onun üzvlərinin daha
da fəallığına və həyatlarının daha da rövnəqlənməsinə gətirib çı-
xarır.
Ailə daxilindəki azad və sərbəst mövqeyini saxlamaq üçün,
özünü bir şəxsiyyət kimi təqdim etmək üçün valideynlərin rolu bö-
yükdür. Valideynlərin övladları ilə əməli və təsirli söhbəti böyük
174
gücə malik ola bilər. Bir şərtlə ki, valideyn özü də buna hazır olsun.
Çünki burada təcrübə danışır. Güclü tərbiyə üsulu kimi ünsiyyət or-
taya çıxır və ömür boyu uşaqla ailə arasında bir bələdçiyə çevrilir.
Ailə eyni zamanda rahatçılığın təminatı olmaqla yanaşı, həm də bir
sığınacaqdır. Bu isə öz növbəsində evə diqqət yetirmək və qayğı
göstərmək kimi məsuliyyətli vəzifəni gərəkli edir. Bu məsuliyyətli
işin öhdəsindən səbir və ləyaqətlə gəlmək üçün ailə bağları möhkəm
olmalıdır.
Uşağa körpəlikdən verilən tərbiyə onun bütün həyatı boyu mü-
hüm izlər buraxır. Uşaqlara sadəcə körpə bir varlıq və ya ehtiyacı
olan uşaq kimi deyil, xalqın gələcəyinin qurucuları və şəxsiyyəti ki-
mi baxılmalı və diqqət yetirilməlidir. Bu baxımdan da yaxşı yetişdi-
rilən övlad ailənin xoşbəxt gələcəyi və rahat qocalığı, əksinə pis öv-
lad isə onun faciəsi və bədbəxtliyi deməkdir. Körpələrin özlərindən
böyüklərin etdiklərini kor-koranə təqlid etmək kimi xüsusiyyətləri
olur. Övladın erkən yaşlardan bütün hərəkətlərini izləmək lazımdır.
Ailə daxilində hər hansı məsələyə münasibətdə işlə sözün arasında
müəyyən bir uçurum varsa, o, uşağa da mütləq təsir göstərəcəkdir.
Ümumi məsələlər haqqında ibrətamiz söhbətlər vasitəsilə dünya və
həyat haqqında bilgilərə sahib olmaqla tərbiyəyə nail olmaq olar.
Körpəlik vaxtından uşağın ailədən götürdüyü keyfiyyətlər gələ-
cək inkişafı dövründə də qorunub saxlanılır. «Kitabi-Dədə Qorqud»
dastanında haqlı olaraq belə deyilir:
Qız anadan görməyincə öyüd almaz.
Oğul atadan görməyincə süfrə çəkməz.
Oğul atanın yetirməsi, iki gözünün biridir.
Ağıllı oğul olsa, ocağının gözüdür (45, 129-130).
Şeyx Mahmud Şəbüstəri oğulun ataya yoldaş olmasını belə
qeyd edir:
Ancaq oğulda atasının əlamətləri varsa,
Ona nə demək olar: nur üstünə nur.
Xoşniyyətli və xoşbəxt oğul
175
Meyvə kimidir, təzə ağacın barına bənzər.
Südəmər uşaq anasının yanında,
Beşikdə məhbəsdə olar.
O böyüyüb həddi-büluğa çatanda
Əgər kişidirsə, atasına yoldaş olar (62, 152;154).
Bəzən xalq arasında yaxşı övlada «anasının südü ona halal ol-
sun» - deyirlər. Yəni ona anasının haqqı və çəkdiyi əziyyət haram
edilmir. Yaxşı övlad yetişdirmək yalnız ailə üçün deyil, yetişdiyi el-
oba üçün də böyük fəxrdir. Bu ailəyə başucalığı gətirir. Ana və ata
yaxşı övladına sevinc və qürur hissi ilə baxır, onların başını aşağı
etmədiyi üçün fərəhlənir. Yaxşı övlad böyütmək hər valideynin ar-
zusudur. Övladlarının gələcəyi ilə bağlı xəyallar qurmaq, özlərində
olmayan və ya görmədikləri ən yaxşı şeylərin uşaqları üçün mütləq
həyata keçirməyi istəmək arzusu da onları özlərindən də çox sevdik-
lərindən doğur. Bu «Kitabi-Dədə Qorqud» dastanında da qeyd olu-
Dostları ilə paylaş: |