19-20-ci əsrlərin siyasi ideyaları
19-cu əsr tarixə yeni iqtisadi və sosial münasibətlərin sürətli inkişafı ilə yanaşı, bəşəriyyətin siyasi tərəqqisinə güclü təsir göstərmiş maraqlı ideyalar əsri kimi daxil olmuşdur. Fransa burjua inqilabı siyasi fikrə güclü təkan verərək azadlıq, fərdiyyətçilik kimi ideyalar əsasında liberalizmin dərin kök salmasına zəmin hazırladı. Maarifçilik dövrünün siyasi ideyaları üzərində qərar tutan siyasi liberalizm Kantın şəxsiyyətin mənəvi azadlığı ilə sosial məsuliyyətinin vəhdəti haqqında tezisini mənimsəyərək, mülkiyyət azadlığı, şəxsiyyət azadlığı, insan hüquqları kimi fundamental dəyərlərin hüquqi dövlət anlayışı ilə üzvi şəkildə əlaqələndirilməsini nəzəri cəhətdən əsaslandırmağa və praktikada reallaşdırmağa çalışdırdı.
Siyasi liberalizmin ideya əsasları və nəzəri şərhi B.Konstan və H.Spenserin əsərlərində özünün əksini tapmışdır. Fransada liberalizmin nümayəndəsi Bentamen Konstan(1767-1830) olmuşdur. İkicildlik "Konstitusiya siyasəti kursu" adlı kitabında o, burjua hüquq və azadlıqlarını müdafiə edir, feodalizmi tənqid edir və eyni zamanda sadə insanların radikalizminin əleyhinə çıxırdı.
Onun diqqət mərkəzində duran problemlərdən biri şəxsiyyət və
dövlətin nisbəti idi. Onun fikrincə, insana azadlıq xasdır, buradan da vətəndaşın əsaslı hüquqları irəli gəlir. O, mülki (şəxsi) və siyasi azadlığı bir-birindən ayırır. Onun fikrincə, qədim xalqlar (yunan və Roma) ancaq siyasi azadlığa malik olmuşlar. Onların azadlığının mənası kütləvi siyasi hakimiyyətdən ibarət olmuşdur. Ęəxsi azadlığın nə olduğunu isə bilməmişlər, çünki din, mülkiyyət, təsərrüfat və s. dövlət tərəfindən ciddi çərçivəyə salınmışdı.
Yeni xalqlarda mülki azadlıq ön plana çıxır. Onun mənası şəxsi həyatın siyasi hakimiyyətdən müstəqil olmasındadır və o, bir sıra şəxsi hüquqları birləşdirir. Bununla əlaqədar olaraq, o, qədim xalqların azadlığından yeni xalqların azadlığına keçməyin üç başlıca səbəbini qeyd edir:
onların döyüşkənliyindən fərqli olaraq, yeni xalqların sülhsevər və kommersiya xarakteri;
köləliyin ləğvi və əməyə münasibətin dəyişməsi;
qədim dövlətlərin ərazisinin böyük olmaması, azad əhalinin azlıq təşkil etməsi bilavasitə demokratiyanı həyata keçirməyə imkan verirdi. Nəticədə, faktik olaraq, ali hakimiyyət meydanlarda yaradılırdı.
Müasir tarix, onun anlamında, azadlığa doğru hərəkətdən ibarətdir. Yeni xalqlarda azadlığın özəyi şəxsi hüquqlardır. Siyasi azadlıq isə mülki azadlığı həyata keçirmək üçün vasitə kimi çıxış edir. Parlamentdə cəmləşmiş ictimai rəyin gücü, hakimiyyətin bölünməsi və tarazlığı bu zaman hakimiyətdən sui-istifadə əleyhinə təminat kimi çıxış edir. Hakimiyyət sistemini o, belə təsvir edirdi: 1) kral hakimiyyəti, 2) icraedici hakimiyyət, 3) perlərin vərəsəli palatasının hakimiyyəti, yaxud "daimi nümayəndəli hakimiyyət", 4)seçkili aşağı palatanın hakimiyyəti ("ictimai rəyi təmsil edən hakimiyyət"), 5) məhkəmə hakimiyyəti.
Bələdiyyə hakimiyyətini ayrıca qeyd edir. Onun fikrincə, yerli idarənin ifrat mərkəzləşmədən kənar edilməsi mərkəzin despotik hakimiyyətinin yaranmasına imkan vermir.
19-cu əsrin 2-ci yarısında Avropada kapitalizm sürətlə inkişaf edərək, öz yeni mərhələsinə qədəm qoydu. Bu proses bir yandan
siyasi fikrin daha da liberallaşması, digər tərəfdən isə onda mühafizəkar və ifrat radikal meyllərin güclənməsi ilə müşayiət olunurdu.
Bu dövrün siyasi liberalizm cərəyanının görkəmli nümayəndəsi Herbert Spenser (1820-1903) idi. O, "Dövlətin üzvi nəzəriyyəsi" adlı konsepsiyasını işləyib hazırlamışdır. Bunun üçün o, dövləti bioloji orqanizmlərlə müqayisə edirdi. Sübut edirdi ki, dövlət ("siyasi aqreqat", siyasi cəmiyyət") elə bir orqanizmdir ki, onun ayrı-ayrı hissələri arasındakı münasibətlər canlı orqanizmləri xatırladır. Hər bir canlı orqanizm kimi, "siyasi aqreqat" da iki əsas prosesi: differensiasiyanı və ixtisaslaşmanı birləşdirir. Birinci halda dövlət böyüyür, dövlət tipi "başa çatmaqla differensiasiya da qurtarır. Bioloji orqanizmlərdə olduğu kimi, dövlət də doğulur, çoxalır, qocalır və ölür. İkinci halda isə, fərdlər qruplarda - orqanlarda birləşir, orqanlar spesifik funksiyalar yerinə yetirir, nəticədə siyasi bədən orqanları sistemi yaranır.
Spenserin fikrincə, dövlətin yaranma səbəbi başqa cəmiy- yətlərlə mübarizə, müharibələr və zülmdür. Bununla o, dövlətin yaranmasını sosial darvinizm mövqeyindən şərh edirdi. O, inkişafın iki mərhələsini və buna uyğun olaraq, dövətin iki tipini ayırırdı:
primitiv, yaxud hərbi, yırtıcı tip;
yüksək, yaxud sənaye tipi.
Onun fikrincə, birinci tipin vəzifəsi müharibə aparmaq, ikinci tipin vəzifəsi isə fərdi rifahdır. Bu sistemdə fərd ilkin başlanğıc, dövlət isə yalnız vasitədir.
19-cu əsrin 40-cı illərində meydana gələn marksizm siyasi elmin inkişafında xüsusi bir cərəyanın ayrılması ilə nəticələndi. Marksist siyasi baxışların ən görkəmli nümayəndələri bu cərəyanın banisi K.Marks (1818-1883) və F.Engels (1820-1895) olmuşdur. Marksizmin siyasi təliminə aşağıdakı başlıca müddəalar və yanaşma üsulları xasdır:
Siyasi münasibətlər hər şeydən əvvəl hakimiyyət uğrunda mübarizədən irəli gələn münasibətlərdir və mahiyyət etibarilə ictimai- iqtisadi münasibətlər kimi fundamentə malikdir. Cəmiyyətdə yaranan
ictimai-iqtisadi münasibətlər - bazis özünə müvafiq siyasi üstqurum hazırlayır. Bazis və üstqurum arasında qırılmaz əlaqə və asılılıq mövcuddur. Siyasət hər şeydən əvvəl iqtisadi münasibətlərin inikası kimi təzahür edir.
Dövlət sinfi ziddiyyətlərin barışmazlığı məhsuludur və iqtisadi cəhətdən hakim mövqe tutan siniflərin mənafeyinə xidmət edir. Dövlətin meydana gəlməsi xüsusi mülkiyyətin və siniflərin yaranması ilə əlaqədardır;
İqtisadi cəhətdən hökmranlıq edən sinif cəmiyyətin siyasi və ideoloji sferaları üzərində də hökmran mövqeləri öz əlində saxlayır. Beləliklə də, sinfi ağalıq şəraiti yaranır, yəni istehsal vasitələrinə sahib olan sinif faktik olaraq mülkiyyətdən məhrum olan sinif üzərində bütün sahələrdə ağalıq edir;
İnsanların siyasi şüuru, dünyagörüşü, baxışları onların cəlb olunduğu ictimai münasibətlərə əsasən formalaşır. Hakim sinfin baxışları cəmiyyətdə hakim ideyalara çevrilir. Lakin həmin ideyaların cəmiyyətin bütün üzvlərinin şüuruna yol tapması qeyri-mümkündür, çünki hakim sinif ideologiyası yalnız hakim sinfin mənafeyini əks etdirir. Buna görə də bu ideologiya "yalançı şüur" rolunu oynayır;
Siniflərin ictimai mövqeyinin dərk edilməsi onların siyasi davranışının müəyyənedici amilidir. Hər bir siyasi liderin, ictimai qrupun siyasi fəaliyyətinin əsasında onun daxil olduğu sinfin mənafeyinin müdafiə edilməsi tələbatı durur.
19-cu əsrin sonları siyasi fikir tarixində bir sıra maraqlı ideyaların meydana gəlməsi ilə əlamətdardır. Bunlar içərisində sosial darvinizm, zorakılıq və elita nəzəriyyələri xüsusi əhəmiyyətə malikdir.
İlk sosial darvinist ingilis alimi, "Fizika və siyasət" əsərinin müəllifi U.Beccqot (1826-1877) olmuşdur. Onun fikrincə, bəşə- riyyətin siyasi tarixinin üç mərhələsi: a) ənənələrin meydana gəlməsi;
b) dövlətin və xalqların meydana gəlməsi mənbəyi kimi zorakılıq (işğal); c) sivilizasiya – yaşayış və güclülərin zəifləri işğal etməsi uğrunda mübarizədə pis ənənələrin yaxşı ənənələr tərəfindən aradan qaldırılması mərhələləridir.
Zorakılıq (işğal) nəzəriyyəsinin görkəmli nümayəndəsi polyak Lüdviq Qumploviçdir (1838-1909). "İrqlərin mübarizəsi” əsərində Qumiloviç göstərir ki, insanların bir-birinə əbədi nifrəti tayfalar, qəbilələr və xalqlar arasında münasibətləri müəyyənləşdirən ilkin amildir. Dövlətin inkişafı prosesi onun ərazisinin inkişafına adekvat olduğundan, bu, dövlətlərin və xalqların daim münaqişəyə girməsinə, toqquşmasına, müharibələrə səbəb olur.
cu əsrin sonu – 20-ci əsrin əvvəllərində siyasi fikir tarixində dərin iz buraxmış alim böyük sosioloq və politoloq Maks Veber (1864-1920) olmuşdur. Onun başlıca siyasi ideyaları 1927-ci ildə çapdan çıxmış "İqtisadiyyat və cəmiyyət" əsərində şərh edilmişdir. Veberin siyasi sosiologiyasında çıxış nöqtəsi müasir Avropa dövlətlərini tarixdə olmuş və ya dünyanın digər hissələrində mövcud olan dovlətlərdən fərqləndirən səbəblərin axtarışı ilə bağlıdır. Hakimiyyətlə onun legitimləşməsi arasında asılılığın tədqiqi də Veberin müasir sosiologiyaya və politologiyaya töhfəsi hesab edilə bilər.
Veberin siyasi təlimində mərkəzi kateqoriya "hökmranlıq" anlayışıdır. Bu mütəfəkkir “hökmranlıq" anlayışını "hakimiyyət" anlayışından fərqləndirir və göstərir ki, birincidən fərqli olaraq ikinci iqtisadi gücə əsaslanır. Veberdən sonra gələn bütün sosioloqlar və politoloqlar onun "hökmranlığın" üç tipi (ənənəvi, harizmalı, rasional-leqal) haqqında tezisini əsas etibarilə qəbul edir.
ci əsrin əvvəllərindən etibarən siyasi tədqiqatların mərkəzi Avropadan Amerikaya keçir. ABĘ siyasi məktəbinin görkəmli nümayəndələri Çarlz Marriam (1874-1953) politologiyada bixeviorçu cərəyanın, Hans Morgentau (1904-1980) praqmatizmin və siyasi realizmin baniləri hesab olunur.
50-60-cı illərdə politoloqların diqqətini siyasi mədəniyyət, siyasi sistem problemləri cəlb edir. Q.Almondun, Ç.İstonun bu məsələlərə həsr olunmuş əsərləri çapdan çıxır. Siyasi elmdə bir sıra meyllər formalaşmağa başlayır: 1) başlıça olaraq Avropadan kənar siyasi sistemlərin öyrənilməsi hesabına siyasi elmin empirik hüdudları genişlənir; 2)siyasi biliklərin və siyasi elmin
dəqiqləşdirilməsi sahəsində birgə səylər edilir; 3) sosial qrupların siyasi roluna və sosial təsisatlara maraq artır; 4) siyasi sistemlər analitik təhlil obyektinə çevrilir.
Qərb siyasi fikrində 50-60-cı illərdən etibarən yeni bir nəzəriyyə - "konvergensiya nəzəriyyəsi" yayılmağa başlayır. Latın dilində bu söz yaxınlaşmaq, bir nöqtədə birləşmək deməkdir. Mənşəcə bioloji termindir, eyni mühitdə yaşayan canlı orqanizmlərdə oxşar cəhətlərin inkişaf etməsini nəzərdə tutur.
Nəzəriyyənin baniləri Pitirim Sorokin (1889-1968), Con Kennet Helbreyt (1908-Kanada), Uolt Uitmen Rostoudur (1916- Nyu-York).
Onların fikrincə, kapitalizm və sosializm "vahid postindustrial cəmiyyətdə" birləşməlidir. Kapitalizmdə qərarlaşmaqda olan dövlət tənzimləməsi ("sosiallaşma" prosesi) bazar stixiyasının qarşısını alacaqdır. Sosializm isə liberallaşacaq. Nəticədə vahid bir sistem yaranaçaq. Dövlətə menecerlər rəhbərlik edəcəklər. Helbreyt yazır ki, müasir dövlət burjuaziyanın işlərini idarə edən orqan deyil, texnostrukturanın içraiyyə komitəsidir.
Nəzəriyyənin başlıca nəticəsi ondan ibarətdir ki, iki sistem arasındakı əksiklik aradan qalxdığına görə, sosial inqilab problemi yox olur.
Müasir Qərb siyasi fikrinin ən kəskin təzahürlərindən biri faşizmdir. Faşist siyasi ideologiyasının tərkib hissələri aşağıdakılardır: rasizm, şovinizm və millətçilik, coğrafi siyasət, totalitar dövlət konsepsiyası, antidemokratizm, hüquqi nihilizm, elitarlıq və rəhbərin hakimiyyəti. Faşist diktaturasının əsas aləti terrorçu totalitar dövlətdir.
Faşist ideologiyasında Nitsşenin fövqəlinsan və elita nəzəriyyəsi birləşmişdir.
Dostları ilə paylaş: |