***
İnsanın İçəri dünyasını poetikləşdiririk. Sevdiklərimizə "sən
608
mənim qəlbimsən, ürəyimsən, ciyərimsən" deyirik. Amma
əslinə qalsa, insan bədəninin içərisi üfunətli bir yerdir.
Dünyanın ən ləziz təamları ağzımızdan içəri girib
bədənimizdən murdarcasına çıxır. Belə olan surətdə insan
boğazı tualet deşiyi, bağırsaqları kanalizasiya boruları
funksiyasını yerinə yetirmirmi? Hər canlı məxluqun gövdəsi
nəcis və peyin istehsal edən fabrik, müəssisə deyilmi? Belə
baxış da ola bilər, amma insanı, canlını alçaldan bu baxışın
əks-müddəası odur ki, qidalar insanı yaşatmaqçün, həyatın
ləzzətlərini təkrar dadızdırmaq üçün, qışda qızdırmaq, yayda
soyutmaq və hər mövsümdə diri saxlamaq üçündür. Fizioloji
baxımdan insanın içini zavoddan, borudan, dəmirdən-
dümürdən fərqləndirən də budur.
***
Azadlıq nə gözəl şeydir. Zəncir nə pis şeydir. Amma bir var
qolunun zəncirini qırıb sərbəst olasan, bir də var itin zəncirini
açıb onun-bunun üstünə qısqırdasan.
***
İsti bir gündə tər tökə-tökə balkonda oturub televizora
baxıram. Televiziya aparıcısı deyir ki, Anar müəllimdən
müsahibə almaq istəyirdik, müsahibə verməmək üçün bu
soyuqda bağa gedib.
Ay bala, insafın olsun, mənim haqqımda nə yalan deyirsən
de, nuş olsun, heç olmasa, hava haqqında yalan demə.
***
Rusiya heç cür azad ölkə olmaq istəmir. Onun idealı xalqlar
məhbəsi olmaqdır. Dərk etmir ki, məhbəsdə hamı dustaqdır –
dustaqların özü də, onların qaravulçuları da…
***
Bəzi müxalifət tərəfdarları ilə bəzi iqtidar tərəfdarlarının
fərqi ondadır ki, birincilər sabah hər şeyi qapışdıracaqlarına və
qamarlayacaqlarına ümid bəsləyir, ikincilər isə "bu günün işini
sabaha qoyma" fikriylə hər şeyi elə indi məngirləməyə çalışır.
***
609
"İnsaf dinin yarısıdır" – deyiblər. Dinləri, imanları var ki,
hələ onun yarısı da olsun?
***
İslamdan qabaq məğrurluğu, igidliyi, möhkəmliyi ifadə edən
türk adları: Toğrul, Qazan, Arslan, Teymur, Doğan, Yılmaz,
Yıldırım, Qorxmaz…
Köləlik şüurunun yaratdığı adlar: Allahqulu, İmamqulu,
Məmmədqulu, Əliqulu, Həsənqulu, Hüseynqulu, Qurbanəli,
Qulamhüseyn, Qulaməli və s.
***
Özümü ona görə güclü hiss edirəm ki, başımın üstündə iki
böyük qüdrət var: Allah və Vaxt. Daha doğrusu, tək bir varlıq:
– Allah, çünki Vaxt da elə Allahın səbridir. Allah: – Tələsik
nəticələr çıxarmayın, darıxmayın, darılmayın, səbriniz olsun, –
deyir. – Zaman hər şeyi yerbəyer edəcək. Hər şey vaxtında
həqiqi və ədalətli qiymətini alacaq. Vaxt – səbr deməkdir. Səbr
– vaxtın ölçüsüdür.
Tarix də Allahın səbridir.
***
Zərb məsələrin, atalar sözünün, ideomatik ifadələrin
mənasını və məğzini anlamaq istəyənlər bizim idarəyə
gəlsinlər: hamam suyuya dost tutanlar da burdadır, çörəyi
dizinin üstündə olanlar da. Ortada yeyib qıraqda gəzənlər də,
dəymə mənə, dəymərəm sənə deyənlər də, ipinə odun
yığılmayanlar da, Tazacıq aşım, ağrımaz başımU söyləyənlər
də…
***
Demə, evini bir neçə kvadrat artırmaq naminə bütün
əqidələrini kənara atmaq, münasibətlərini pozmaq, məsləkini
dəyişmək olarmış. Demə, məsləki – mənzilmiş. Mənzil
Məsləkli – lap, elə bil, şair təxəllüsüdür. Hansı xəbis keyfiyyət
qaldı ki, belələrində olmasın – ikiüzlülük, yox iki azdır,
minsifətlilik, yalançı səmimiyyət, saxta sadəlövhlük və bu guya
ki, xəyalpərvər, ruhu göylərdə gəzən laübali sənət adamının
610
maskası altında xainlik, satqınlıq, namərdlik, işi düşəndə,
quyruğu qapı arasında qalanda xoşqılıqlıq, yalmanmaq,
tüpürdüyünü yalamaq, quyruğu qapı arasından çıxan təki, guya
ki, özünü məğrur aparmaq, guya ki, dikbaşlıq, heç kəsi
saymazlıq. O halda ki, bu yalançı dikbaşlığın dalında yenə də
kiminsə fitvası durur. Qoldoninin personajı iki ağanın bir
nökəriydisə, bu – üç ağanın bir nökəridir. Çünki ilk
gəncliyindən yalnız kiminsə qoltuğunda olmağa adətkərdə
olub. Və qoltuğuna sığındıqları kimin üstünə qısqırtsalar, onu
da qapacaq.
***
Kağıza ilk sözü, ilk cümləni yazdınmı, daha vərəqdən ayrıla
bilməyəcəksən. Sözlərin, fikirlərin zəncirvari reaksiyası
başlayacaq, sözdən söz, fikirdən fikir doğacaq. Xatirələr axını,
təəssüratlar axını, düşüncələr axını, hisslər seli qələmini
qabağına qatıb aparacaq. Və birdən çat vermiş bənddən əvvəlcə
sızan, sonra bəndi dağıdıb gur gələn sel kimi bu yazı axını elə
şiddətli olacaq ki, onu ram etməyi bacarmayacaqsan. Macal
istəyəcəksən ki, ağlına gələnləri kağıza köçürməyə imkan
olsun, yox, mümkün deyil, bir dalğanı cilovlamamış arxadan
gələn söz, fikir dalğası onu basıb altına alacaq, itirəcək və onun
özünü də yeni gələn dalğa yorğan kimi örtəcək.
***
Folknerin məşhur fikri var. Deyir ki, onun təxəyyülünün
məhsulu olan Yoknapatafa qəsəbəsi (daha doğrusu, dairəsi)
coğrafi xəritədə poçt markası boyda görünərdi, amma bu
kiçicik ərazi dünyanın bütün genişliyini, əlvanlığını və
mürəkkəbliyini ehtiva edir, qapsayır. Bu dairə ancaq bir ştatın
xəritəsində poçt markası miqyasındadır, dünya və hətta ABŞ
xəritəsində kiçik bir nöqtə kimi də görünməzdi. Amma, təbii
ki, məsələ bunda deyil. Məsələ ondadır ki, Folknerin bu doğru
fikrini əsas götürən bəzi yazıçılar da, uydurduqları kiçik bir
coğrafi ərazini dünyanın modeli kimi göstərməyə çalışırlar.
Ancaq unudurlar ki, Şekspir də, Dostoyevski də, elə Folknerin
611
özü də xudmani bir məkan içində dünyanın ən qəliz hisslərini,
insan münasibətlərinin ən anlaşılmaz dönüşlərini, insanın daxili
aləminin ən dərin quyularını çözə, açıb göstərə biliblər. Poçt
markasının – kiçik coğrafi ərazinin sırf empirik təsviri isə, ən
yaxşı halda, ekzotik bir məkanın mənzərəsindən artıq deyil.
Amma məsələnin başqa bir tərəfi də var… Folkner metodu
yazıçı dünyagörüşünün və dünyaduyumunun yeganə üsulu
deyil. Məsələn, Heminqueyi ancaq öz xəyali Yoknapatafasında
(əgər beləsini başqa bir adla uydursaydı da) təsəvvür etmək
mümkün deyil. İtaliyada, Fransada, İspaniyada müxtəlif
müharibələrdə iştirak etmədən, gəncliyində Parisin boqema
həyatıyla, ya İspaniyada korridalara tamaşayla, orta yaşlarında
Afrikada şir ovuyla yaşamasaydı, qocalığında Kubada
balıqçılığa həvəslənməsəydi və bütün bunların təcrübəsini
yazılarına gətirə bilməsəydi, Heminquey Heminquey olmazdı.
Doğrudur, indi elə zaman gəlib ki, bizim nəslin gənclik
ədəbi kumiri Heminquey gözdən düşüb. Özü də yalnız yeni
nəsillərçün yox, elə bizim nəslin bəzi öz keçmişlərinə dönük
çıxmış nümayəndələri üçün də. Qəribədir, insanlar çox vaxt ən
amansız nifrəti haçansa dəlicəsinə sevdiklərinə qarşı duyurlar.
Folknerin böyük yazıçılıq qüdrətinə pərəstiş etməyimlə bərabər
Heminqueyi də gəncliyimin bir hissəsi kimi yaddaşımdan və
qəlbimdən çıxarıb ata bilmirəm. Ümumiyyətlə, bir böyük
yazıçını, şairi sevmək başqasını mütləq inkar etmək, danmaq
deyil. Tolstoyun ilahi genişliyinə, Dostoyevskinin dahiyanə
dərinliyinə heyran olmaqla bərabər, Çexovun incəliyinə,
həssaslığına, yumşaq niskilinə, qüssəli yumoruna və şux
kövrəkliyinə də valehəm.
Mənimçün ədəbiyyatda da, incəsənətdə də hissi, duyğusal,
insanın yalnız ağlına deyil, qəlbinə də təsir edən örnəklər daha
yaxındır. Bunu bəzən xasiyyətimdə də, yazılarımda da
sentimentallığa meyllə izah edirlər. Əgər belədirsə, mən
sentimentallıqdan qorxmuram. Sənətdə sentimentallığın
tərəfdarıyam. Amma bu Sternin, Karamzinin "Bədbəxt
612
Liza"sının, ya "Solğun çiçəklərUin sentimentallığı deyil.
Mənimçün bu mənada Füzuli də sentimentaldır, Çexov da,
Şopen də, Çaplin də, Fellini də…
Yenə də Yoknopatafa, kiçik vətən və poçt markası
mövzusuna qayıdaraq Tolstoyun sözlərini yada salıram.
Tolstoy "mənimçün Yasnaya Polyanasız Rusiya yoxdurU –
deyir. Elədir. Amma axı "Rusiya elə ancaq Yasnaya
Polyanadır" demir. Moskvanın və Peterburqun kübar salonları
da, Napoleonla müharibənin Borodinosu və Austerlitsi də
Tolstoyçün eyni mənada Rusiya, onun tarixi və taleyidir.
***
Allaha inanırsansa, məntiqi olaraq O dünyaya, ruhların
əbədiliyinə və insanın ölümsüzlüyünə də inanırsan. Beləliklə,
son nəticədə həyatın mənasına, tarixin ədalətinə, bu dünyanın
mizan-tərəzisinə inanırsan. Allaha inanmırsansa, deməli, başqa
heç nəyə də inanmırsan, nə həyatın mənasına, nə insan
varlığının hər hansı bir qiymətə malik olmasına: heçdən gəldin,
heçə getdin, vəssalam…
***
O mənim haqqımda yazır ki, mən Mirzə Cəlilin təhlilçisindən
personajı olmuşam. Bəli, olmuşam, düz deyir. Şeyx Nəsrullahlar
və ölülər içində özümü Kefli İskəndər kimi hiss edirəm.
***
Oxucularımızın çoxu Molla Nəsrəddinin məşhur lətifəsində
olduğu kimi ancaq dəfələrlə eşitdiyini bir də eşitmək, əvvəldən
onsuz da bildiyini bir daha bilmək istəyir. Bu dönə-dönə
eşitdiklərini, bildiklərini, qulağına tanış olanları hələ üstəlik
nəzmə də çəkiblərsə, bunu əsl şer sayır.
***
Hirsli cavanlarımızdan biri yazır ki, Anar, Əkrəm, Yusif, Elçin
heç vaxt Kafka, Folkner olmayacaqlar. Demə, kimin Kafka, kimin
Folkner olmasını yumurtadan dünən çıxıb bu adları təzə eşidən
cücə təyin edir. Bəlkə bizim hər hansı birimiz nə Kafka, nə
Folkner olmaq istəyirik, məsələn, tutalım, mən Aalı Tokambayev,
613
yaxud Mamin-Sibiryak olmaq niyyətindəyəm. Onda necə?
***
Dini xadimlər var ki, onlar üçün din – əqidə və inam yox,
peşədir, iş yeridir.
***
O, xırda adam deyildi, xırdaçı idi.
***
O, rəqs edirdi və qolu, boynu açıq, tarım paltarının içində
cilvələnən oynaq, hərəkətli bədəni sanki geyimindən sıyrılıb
çıxmaq istəyirdi.
***
Vallah, bəzən adama elə gəlir ki, bunlar ikiüzlülükdən,
riyakarlıqdan xüsusi seksual ləzzət alırlar.
***
Həzrət İsa olmasam da, əstəğfürullah, yan-yörəmdə xeyli
İuda varmış.
***
Deyir ki, səni on dəfə tərifləmişəm, bir dəfə tənqid etsəm nə
olar? Heç nə, sağlığın. Nə olacaq ki? Amma tənqid də var,
tənqid də, daha doğrusu, təhqir də.. Sənin məntiqin belədir ki,
on dəfə başını sığallamışam, bir dəfə başını kəsəndə nə olar?
Amma başımı kəsməyi çox da asan bilmə…
***
Lissabon sammitində 30 ölkə (o cümlədən Azərbaycan)
qətnamənin lehinə, yalnız bir ölkə (Ermənistan) bu qətnamənin
əleyhinə səs verib. Bizim müxalifət kimin tərəfindədir, bu
qətnamənin lehinədir, ya əleyhinə?
***
Yazır ki, yuxumda Yazıçılar Birliyini tövlə kimi gördüm.
Burda təəccüblü nə var ki? Özünə yaxın və doğma məkanları
yuxuda görüb qəribsəmək təbii haldır.
Elə hey deyir ki, O – pisdir, Mən – yaxşıyam. Buna kimi
inandırsa da, hələ ki, özünü inandıra bilməyib. İnandırsaydı,
hər çıxışında bu qədər israrlı təkrar etməzdi.
614
***
Çağdaşlarının anlayacaqlarını gözləmirdi. Ancaq ölümündən
sonra anlanılacağına ümid edirdi. Düşünürdü ki, o zaman, haçansa
uzaq gələcəkdə şəxsiyyətinin miqyasları çağdaşlarını heyrətə
gətirəcək, onları heyran qoyacaq, düşmənlərini isə xəcil edəcək.
Ağlına gəlmirdi ki, uzaq gələcəkdə axı çağdaşlarının da heç biri
qalmayacaq ki, təəccüblənsin, ya xəcil olsun. Əgər ağlı çaşmış,
qartımış bir qoca o vaxta qalsa belə, heç nəyi xatırlamayacaq və
heç nəyi dərk etməyəcək.
***
Dünya yer üzündə cənnət olardı, insanlar onu elə yer
üzündəcə cəhənnəmə döndərməsəydi. Və məhz elə buna görə
də ən adil Hakim – Allah insanları ən ağır cəzaya – ölümə
məhkum edib. Doğrudan da, insanlar bir-birini öldürəcəksə,
əbədi həyat nəyinə gərək?
Sovet düşüncəsi müəyyən anlamda dini dünyaduyumudur.
Xristianlığın Rusiya tərəfindən qəbul edilməsinin 1000 illiyini
qeyd edərkən bu olay mənfi, yaxud müsbət dəyərləndirilmir.
Rusiyanın xristianlıqdan öncəki inanclarını xatırlamırlar,
ortodoks (pravoslav) təliminə də qiymət vermirlər. Ancaq
Rusiyanın Bizansdan gələn dini ənənəyə mənsub olduğu qeyd
edilir. Bu dini əqidənin könüllü, ya zorla qəbul olunması,
sonrakı mürəkkəb taleyi də önəmli deyil. Eynən müsəlman
xalqları da bəzən İslamı qılınc gücünə qəbul etmiş olsalar belə
və hətta bəzi daha öncəki inancarının qalıqlarını nə şəkildəsə
qoruyub saxlasalar da, İslama yalnız yeganə düzgün təlim kimi
deyil, həm də daha artıq dərəcədə, min illər ərzində
mənimsənilmiş mədəniyyət və məişət cəhətləriylə bağlıdırlar.
Bu baxımdan sovet düşüncə və yaşama tərzi də artıq bir çoxları
üçün Xeyir və Şər anlayışlarının dışındadır, bu həyat və
düşüncə tərzi artıq bir neçə nəslin - əcdadlaırımızın da o
cümlədən yaşadıqları və öldükləri bir dövrdür. Və məhz buna
görə də həmin sovet dünyaduyumu onlarçün üzvi xarakter
615
daşıyır, bəyan olunan, yaxud icra olunan əxlaqi, ictimai və
fəlsəfi prinsiplərdən asılı deyil.
***
Mən millətlərin əzəli və fatal düşmənçiliyinə inanmıram.
Xalqların, insanların, siniflərin, irqlərin və dillərin bir-birinə
qənim kəsilməsinə inanmıram. Düşmənçilik – doğuluş, ölüm,
sevgi və əmək kimi həyatın əzəli şərtlərindən deyil.
Düşmənçilik çox vaxt bir-birini başa düşməməkdən, yaxud
düzgün başa düşməməkdən əmələ gəlir. Ona görə də
ədəbiyyatın vəzifəsi bu anlaşılmazlıqları aradan götürmək,
insanlara, xalqlara, başqa dinə tapınanlara, başqa sinfə, başqa
irqə mənsub olanlara – Allahın yaratdığı başqa insanlar,
xalqlar, dinlər, irqlər, siniflər haqqında həqiqəti, olanları
olduğu kimi çatdırmaqdır, dözümlülüyü təbliğ etməkdir. Həzrət
İsa da məhz dözümlülüyü təbliğ edirdi və onun mübahisəsində
ən tutarlı arqumenti öz həyatı, daha doğrusu, öz əzablı ölümü
oldu. Bütün dinlərin, təlimlərin fanatikləri yalnız öz əqidələri
uğrunda həlak olurdular, Həzrət İsa isə hamını anlamaq, hər
təlimə, dinə dözümlülük yolunda həlak oldu. Bundan sonra onu
edam edən fanatiklərin ardıcılları İsanın təlimi naminə bütün
başqa cür düşünənləri və başqa əqidəyə tapınanları məhv
etməyə başladı. Tarixdən çıxardığımız bədbin nəticə budur.
Rersonajlar, təlimlər dəyişir, amma düşmənçilik, dözümsüzlük
toxumları elə hey yenidən cücərib boy verir.
***
İnqilablar qum saatı kimidir, məqamı gələndə saat kəllə-
mayallaq olur, aşağı tərəf başa, baş tərəf alta keçir. Zaman isə
yenə də qum dənələri kimi durmadan tökülür. Ta yenidən
saatın baş-ayaq olacağı günə qədər…
***
Tarix neçə dəfə təkrar olunar? 1848-ci ildə Çılğın Vissarion
(Vissarion Belinski nəzərdə tutulur) yazırdı: "Xeyli sayda
balaca "böyük" adamlar peyda oldu, əllərinə dəftər alıb
Müqəddəs Gilyotin adlandırdıqları maşının yanında dayandılar
616
və cəhd etdilər ki, hamını döndərib qədim romalı eləsinlər.
Şairlərə əmr etdilər ki, Azadlıq naminə Respublikaçılıq
ideyalarını təbliğ etsinlər – elə düşünürdülər ki, sənət
cəmiyyətə xidmət etməlidir. Mütəfəkkirlərə əmr etdilər ki,
yenə də Azadlıq naminə hüquqların bərabərliyini sübut etsinlər.
Azad ilham və sərbəst düşüncəyə sadiq qalaraq əksini isbat
etmək istəyənlərin isə – Azadlıq naminə boynunu vururdular.
Sənət və müstəqil düşüncə məhv oldu – artıq ideyaların inkişafı
yoxdur, təfəkkürün tərəqqisinin qarşısı həmişəlik alınıbU.
Qəribədir ki, bu sözləri Belinski deyir, özü də daha çox
yakobin tipli inqilabçı olan, radikallar radikalı "Çılğın
Vissarion". Deməli, o da Azadlıq naminə edilən repressiyaların
faciəvi nəticələrini öncədən görə bilmişdi. Bənzər öngörüm
daha parlaq, dahiyanə və dəhşətli şəkildə Dostoyevskinin
"Şeytanlar" romanında əks olunub. Bu romanıyla Dostoyevski
faktiki olaraq XX əsrdə bütün rus tarixinin falını açıb.
***
Xadqın da, hər bir insanın da yaddaşı olmalıdır, amma
yadında saxlamaq – kin saxlamaq deyil. Eləcə də ləyaqət,
özünə hörmət hissi özünəheyranlıq, özünəməftunluq,
özünəvurğunluq duyğusuna çevrilməməlidir.
***
Mənə onu bağışlamırlar ki, taleyim ən ağır bir sınağa
çəkməyib – ölmək və ya vicdanla yaşamaq seçimi qarşısında
qoymayıb məni.
***
Cəlaləddin Ruminin məşhur çağırışında – müxtəlif dinlərə,
müxtəlif əqidələrə mənsub olan və hətta heç bir dinə
tapınmayanları öz məbədinə çağırışında, məncə, ən dərin
məqam odur ki, Mövlana: " Yüz dəfə tövbə etmisənsə və yüz
dəfə tövbəni pozmusansa da, yenə gəl" deyir. Bu insan xislətini
anlamağın ən dərin səviyyəsidir.
***
İslamın bir xüsusiyyəti də ondan ibarətdir ki, millət anlayışı
617
inkar edilir, daha doğrusu, lazımınca dəyərləndirilmir. Ümmət
anlayışı millət anlayışından qat-qat üstündür İslamda. Eləcə də
milli dillərin varlığı önəmli deyil. (Halbuki, ərəb dili və fars
dili zərrə qədər də öz mövqelərini itirməyib). İndiyəcən İslamın
dini ayinləri bu dinin yarandığı dildə – ərəb dilində icra olunur
və müsəlman xalqlarının əksəriyyəti üçün anlaşılmaz qalır.
Amma İslam da elə anlaşılmaq yox, qeydsiz-şərtsiz tapınmaq,
ibadət tələb edir. Şüurla deyil, duyğularla qavranılan dualar
bəlkə də daha böyük təsir gücünə malikdir.
Hər hansı din mənəviyyatın və əxlaqın daşıyıcısı olduğunu
iddia edir. Qədim hindlilərin Manu qanunları, yəhudilərin,
xaçpərəstlərin, müsəlmanların dini qanunları insan həyatının
bütün sahələrini ehtiva edir, onun mənəvi dünyasını və
davranış qaydalarını müəyyənləşdirir. "Öldürmə, oğurluq etmə,
zina etmə, xəyanət etmə, aldatma, özgə malına göz dikmə" –
əlbəttə, bu universal dəyərlər hər bir dinin əxlaq prinsipləridir.
Sital ateizm yolunda bu dini prinsipləri rədd etməyin acı
nəticələrini gördük. Amma bununla belə, mənə elə gəlir ki,
vahid Allahın müxtəlif dinlərə görə müxtəlif şəkildə təqdim
etmək cəhdləri insanları birləşdirməkdən daha artıq ayırır.
İnsanları daha çox mədəni dəyərlər birləşdirə bilər. Öz
yaradıcılıqlarında dini motivləri əks etdirmiş Bax, Rafael,
Mikelancelo yalnız xristianların deyil, bütün insanların –
yəhudilərin, müsəlmanların, buddaçıların mənəvi sərvətidir.
Eyni cür İspaniyada, İstanbulda, Qahirədə, Qüdsdə, İsfahanda,
Səmərqənddə İslam memarlıq abidələri, Hindistanda Tac-
Mahal yalnız müsəlman mədəniyyətinin deyil, bütün
bəşəriyyətin ortaq inciləridir.
***
İnsan təbiətindəki əzəli cəhətləri saya salmaya bilmərik,
insan xislətində xeyir, mərhəmət, məhəbbətlə yanaşı, qəddarlıq,
zülm etmə, əzazillik potensialı da var. Bunlarla bəradər, insana
qorxu və ümid hissləri də xasdır. Etdiyi qəbahətlərə, ya
cinayətlərə görə cəza çəkəcəyinin qorxusu və gördüyü yaxşı
618
işlərin əvəzini alacağına ümid. Beləliklə, Allahı və dini inkar
etmək – insan davranışına təsir mexanizmini zəiflətmək
təşəbbüsüdür. Dostoyevski demişkən, Allah yoxdursa, demək
hər şey etmək olar.
Nə qədər ki, insanlıq ölümə qarşı gücüzdür, onun əbədi
həyat, o dünya haqqında ümidlərini əlindən almaq
insafsızlıqdır. İnsan gərək haçansa başqa bir dünyada itirdiyi
əzizləriylə görüşəcəyinə ümid bəsləsin. Bu həyatın
ədalətsizlikləriylə üzləşdikcə hardasa başqa bir dünyada
ədalətin bərqərar olunacağına inanmalıyıq. Bu dünyada izahsız
görünən mətləblərin başqa bir dünyada açılıb izah olunacağına
əmin olmalıyıq.
***
Əgər bütün dinlər yalnız insan naminə nazil olubsa, nəyə
görə ən xırda və mənasız mətləblər üstündə dəryalarcan qan
tökülür, göz yaşları axıdılır – hansı binanın üstündə hansı işarə
– xaçmı, ayparamı ucaldılması bir yana dursun, xristianlığın öz
içində necə xaç çəkmək, necə dua etmək, hansı ayinləri necə
icra etmək üstündə qanlı çəkişmələr minlərlə, milyonlarla
insanın ölümünə səbəb olur. Eləcə də sünni-şiə məsələsi.
***
Şiəlik çoxmillətli İranı birləşdirmək üçün çox əlverişli oldu.
"Şiə", "müsəlman" – "fars, türk, kürd" anlayışlarını aradan
qaldırır. Amma bu, bir tələdir. Bütün başqa millətlərin milli
mənsubiyyəti əridilir ki, bir hakim millətin – farsların
hökmranlığı, dil hegemonluğu təsdiq olunsun. İran
azərbaycanlıları bəzən özlərinə təsəlli vermək üçün, "bəli, biz
müsəlmanıq, şiəyik, iranlıyıq, amma fars deyilik"-deyirlər.
Əgər İran ən əvvəl rəsmi dövlət dilinə görə fars dövlətidirsə, bu
təsəlli ancaq özünüaldatmadır. Başqa bir təsəlli odur ki, İranın
rəhbərliyində xeyli Azərbaycanlı var, bəlkə hətta farslar qədər.
Olsun. Sovet dövlətinin başında otuz il gürcü Stalin dururdu,
amma məgər SSRİ rus dövləti deyildi? Ya Mikoyan Ali
Sovetin sədri olanda erməni dövlətinə çevrildi?
619
SSRİ – Rus dövəti idi, həmişə də rus dövləti kimi qaldı.
Stalinin qızı Svetlana Alilluyevanın xatirələrində belə bir
məzəli məqam var. Bir gün böyük qardaşı Vasili ona: –
Bilirsən, bizim atamız əvvəllər gürcü imiş, – deyib.
Bu gün İranın dini rəhbəri ağayi Xameneyi Azərbaycan
türküdür, Mirzə Fətəlinin doğulduğu Xəmnə kəndindəndir,
hətta deyilənə görə, Şeyx Məhəmməd Xiyabaniyə qohumluğu
da çatır. Çox gözəl.
İranda olduğumuz vaxt ağayi Xameneyi bizi – Azərbaycan
nümayəndələrini qəbul etdi. Bir saatlıq görüşdə o, bizimlə
yalnız farsca danışdı, bizim Azəbaycan türkcəsində
dediklərimizi isə ona tərcümə edirdilər (halbuki, hamısını gözəl
başa düşdüyü aydın idi). Farsca çıxışının bir yerində Şəhriyarı
xatırladı və "Heydərbabaya salam" poemasından bir beyti
Azərbaycan türkcəsində oxudu. Görüşdən sonra bizi müşayiət
edənlər sevinclə: "Gördünüzmü, ağayi Xameneyi türkcə oxudu
Şəhriyarın misralarını" – deyirdilər.
Tarix boyu Qəznəvilərdən son Qacarlara qədər İranın bütün
şahları türklər olub, amma çifayda – dövlət dili şahlar vaxtında
da, indi respublika quruluşunda da fars dilidir.
Kommunizmdə hamı bir dildə danışacaq – deyirdilər.
Əlbəttə, bu dil tuva, xakas, yaxud yakut, çukot dili yox, rus dili
olacağı nəzərdə tutulurdu.
Milli cəhətləri inkar edən İslam da məhz bir millətin hakim
mövqeyinin ideoloji əsaslarını təmin edir.
Dostları ilə paylaş: |