Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022a kurs: II



Yüklə 96,31 Kb.
səhifə8/11
tarix24.12.2023
ölçüsü96,31 Kb.
#191813
1   2   3   4   5   6   7   8   9   10   11
Aytac Yunisova Kitabxanaşünaslığa giriş

Kitabxana şəbəkələri

Bəşəriyyət həmişə biliyə can atır, bilik əldə edilməsində insanların ən yaxın köməkçisi, bilik əldə etməyin vasitəsi, bilik mənbəyi olan mətnləri toplayıb saxlayan, onları nəsildən-nəsillərə ötürən kitabxanalar olmuşdur. Kitabxanalar özünün bu tarixi missiyası ilə insanlığın maariflənməsinə, elmə, mədəniyyətə yiyələnməsinə sərf etmiş, svilizasiyanın inkişafına böyük töhfələr vermişdir. Bilik ictimai nemətdir. Bilik hər bir insan üçün əlyetərli olmalıdır. Cəmiyyət bilik dalınca gedən, bilik qazanmaq istəyən insana şərait yaratmalı, onun informasiya tələbatını ödənilməsini təmin etməlidir ki, kitabxana şəbəkələri insana informasiyanın biliyə çevrilməsi prosesində yardımçı olsun.
Məhz buna görədir ki, görkəmli rus alimi, fəlsəfə elmləri doktoru, professor M.Y.Opuonkov və fəlsəfə elmləri namizədi A.B.Lituçin «Kitabxana şəbəkələrində biliklərin idarə edilməsi» adlı məqaləsində biliklərin əldə edilməsində kitabxana ların roluna böyük qiymət verərək (kitabxana fəlsəfəsi və onun əhəmiyyətindən danışarkən) yazırlar: «Kitabxana fəlsəfəsi insanın biliklərlə necə davranması, onu necə sistemləşdirməsi və yeni bilikləri necə yaratması məsələlərini tədqiq edir.
Hazırda dövlət kütləvi kitabxanalar şəbəkəsinin və xüsusən kənd kitabxanalarının yalnız 12-15%-nin oxu zalı vardır. – Bir çox MKS-in, o cümlədən Dəvəçi, Daşkəsən, Lerik, İmişli, Xaçmaz, Qəbələ, Kürdəmir, Zaqatala, Şəki, ümumilikdə isə MKS-lərin təqribən 40 faizi ağır bina şəraitində fəaliyyət göstərir. Kənd əhalisinə xidmət edən dövlət kitabxanalarının təqribən 12 faizi şəxsi evlərdə yerləşir.
– Son illər MKS-lərin xüsusi kitabxana avadanlığı, kitab rəfləri, kataloq qutuları, sərgi vitrinləri, eləcə də kitabxana texnikası ilə təchiz edilməsi qənaətbəxş deyildir. Əksər kitabxanalarda kataloq kartoçkaları, uçot kitabları, digər normativ sənədlər yox dərəcəsindədir.
– Kitabxanaların yeni ədəbiyyatla komplektləşdirilməsi planlı və sistemli şəkildə aparılmır, profillilik prinsipi unudulmuşdur. Əksər MKS-lərin vahid fondunun tematik-tipoloji planı yoxdur.
– Respublika Kitabxana Kollektorunun fəaliyyəti yararsız olub MKS-lərin komplektləşdirilməsinin müasir tələblərinə cavab vermir.
– Son 1-2 il ərzində Respublika Mədəniyyət Nazirliyində bu sahədə baş vermiş canlanmaya baxmayaraq MKS-lərin idarə edilməsində və xüsusən onların metodik təminatında ciddi nöqsanlar hələ də özünü göstərməkdədir. MKS-lərə dünya kitabxanaçılıq təcrübəsində baş verən yeniliklər, müxtəlif innovasiyalar operativ şəkildə çatdırılmır. MKS-lərin əksəriyyəti Azərbaycan və rus dillərində nəşr edilən ixtisas ədəbiyyatını, o cümlədən dövri mətbuat orqanlarını almırlar.
– 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində respublikanın sosial-iqtisadi həyatındakı ciddi problemlərlə əlaqədar kitabxanaların kadr potensialında yaranmış ciddi boşluqlar hələ də aradan qaldırılmamış, əksər MKS-lərdə yüksək ixtisaslı kitabxanaçı kadrlar çatışmır. Kənd dövlət kütləvi kitabxanalar şəbəkəsinin əməkdaşlarının əksəriyyətinin yalnız ümumorta təhsili vardır.
Son illər Mədəniyyət Nazirliyi, metodik mərkəzlər, ictimai birliklər, bir sıra xarici təşkilatlar: ABŞ səfirliyi, Avrasiya fondu, Soros fondu və s. təşkilatlar tərəfindən həyata keçirilən tədbirlərə baxmayaraq kitabxana işçilərinin fasiləsiz təhsili sistemli xarakter almamışdır.
– Respublika daxilində kitabxanalararası əlaqələr, dövlət kütləvi kitabxanalar şəbəkəsinin digər kitabxana şəbəkələri ilə, həmçinin beynəlxalq kitabxana təşkilatları ilə əlaqələri olduqca zəifdir.
– Kitabxana işçilərinin sosial müdafiəsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək haqlarına əlavələr, müxtəlif mükafat və kompensasiyalar, digər maddi və mənəvi stimullaşdırma tədbirləri həyata keçirilmir.


  1. Yüklə 96,31 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin