Socar ti-nin hərbiləşdirilmiş mühafizə qrup və komandalarının şəxsi heyətinin xidməti təlimat mövzuları


Mövzu: 5. Buraxlış vərəqələri, onun növləri və fərqli cəhətləri.Birdəfəlik buraxlış



Yüklə 100,04 Kb.
səhifə2/8
tarix26.07.2022
ölçüsü100,04 Kb.
#62895
1   2   3   4   5   6   7   8

Mövzu: 5. Buraxlış vərəqələri, onun növləri və fərqli cəhətləri.Birdəfəlik buraxlış

vərəqələrinin tətbiqi qaydaları.


Məzmun:
Buraxılış vərəqələri - obyektin ərazisinə daxil olmağa (çıxmağa) və ərazidə olmağa, eləcə də maddi dəyərlərin müxtəlif vasitələrlə gətirilməsinə və ya aparılmasına hüquq verən əsas sənəd hesab olunur.
Qüvvədəolma vaxtına görə buraxılış vərəqələri daimi, müvəqqəti və birdəfəlik, təyinatına görə isə mal-materiallara, şəxslərə, nəqliyyat və xüsusi texnika vasitələrinə verilmiş buraxılış vəsiqələrinə bölünür.
Buraxılış vərəqələrinin blankları və bu Təlimatda göstərilmiş digər sənədlər mühafizə olunan obyektin vəsaiti hesabına mətbəə üsulu ilə hazırlanmalıdır.
Buraxılış vərəqələrinin bütün növləri bir-birindən tərtibatına görə fərqlənməlidir.
Bu Təlimatın 3.24 və 6.5 bəndlərinin tələbləri yerinə yetirildikdən sonra NBM-də saxlanılan və maddi dəyərlərin aparılıb-gətirilməsi üçün əsas olan buraxılış vərəqələri (mübahisə doğuran vərəqlər istisna edilməklə) idarələrarası komissiya tərəfindən müvafiq qaydada rəsmiləşdirilməklə məhv edilir. (Bu bənd ARDNŞ-nin 169 saylı 18.11.2009-cu il tarixli əmri ilə yeni redaktədə verilmişdir)
Daimi buraxılış vərəqələri yalnız müddətsiz əmək müqaviləsi bağlanmış fəhlə və qulluqçulara verilməlidir. Xüsusi hallar istisna olunmaqla kənar şəxslərə daimi buraxılış vərəqələrinin verilməsi qadağandır.
Daimi buraxılış vərəqələrinin qüvvədəolma müddətləri obyektin rəhbərliyi tərəfindən müəyyən edilir.
Daimi buraxılış vərəqələri ildə bir dəfədən az olmayaraq yoxlanılıb yenidən qeydiyyata alınır, yararsız vəziyyətə düşmüş vərəqələr dərhal dəyişdirilir.
Müvəqqəti buraxılış vərəqələri obyektin ərazisində 6 aydan çox olmayan müddətə işə götürülmüş şəxslərə verilir.
Daimi və ya müvəqqəti buraxılış vərəqəsi itirildikdə dərhal bu barədə həmin vəsiqələri imzalamış şəxslər vasitəsilə mühafizə xidmətinə məlumat verilməlidir.
İşdən azad olunmuş şəxslərdən buraxılış vərəqələri onlarla son haqq-hesab zamanı geri alınmalı və bu barədə buraxılış vərəqələri verilməsinin qeydiyyatı jurnalında müvafiq qeydiyyat aparılmalıdır.
Birdəfəlik buraxılış vərəqələri obyekt rəhbərinin və ya buna səlahiyyəti olan vəzifəli şəxsin göstərişi əsasında, ayrılıqda bir şəxsə və ya bir qrup şəxsə verilir. Əraziyə şəxslərin qrup halında daxil olması zamanı birdəfəlik buraxılış vərəqəsi daxil olan şəxslərin sayı göstərilməklə qrup başçısının adına yazılmalı və qrupa daxil olan şəxslərin siyahısı buraxılış vərəqəsinə əlavə olunmalıdır.
Xarici nümayəndələrin obyektin ərazisinə buraxılması buraxılış vərəqələri əsasında deyil, obyekt rəhbərinin sərəncamı ilə təyin edilmiş məsul şəxsin müşayiəti ilə həyata keçirilməlidir.
Birdəfəlik buraxılış vərəqələri yalnız müsafirin şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılmalıdır.
Birdəfəlik buraxılış vərəqəsi onun verildiyi şəxsin ərazini tərk etdiyi zaman geri alınmalıdır. Bu zaman buraxılış vərəqəsinin arxa tərəfində müsafiri qəbul etmiş şəxsin imzasının, müsafirin sex və ya istehsalat sahəsində olduğu hallarda isə həmin sex və ya istehsalat sahəsinin möhür və ya ştampının vurulmasına diqqət yetirilməlidir. Bu göstəricilərə malik olmayan buraxılış vərəqəsini təqdim etmiş şəxs saxlanılmalı və aşkar edilmiş fakt araşdırılmalıdır.
Birdəfəlik buraxılış vərəqəsi onun yazıldığı gün üçün qüvvədədir.
İstifadə edilmiş birdəfəlik buraxılış vərəqələri NBM-də xüsusi möhürlənmiş qutuda 3 (üç) ay saxlanılmalı və qarşılıqlı komissiyanın aktı ilə məhv edilməlidir. Birdəfəlik buraxılış vərəqəsi qaytarılmadıqda onu imzalamış şəxs tərəfindən həmin vəsrəqənin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilməlidir.
Buraxılış vərəqələri ilə müəyyən edilmiş müddətdə ərazini tərk etməmiş şəxslər, eləcə də iş vaxtının bitməsinə baxmayaraq ərazidə qalmış işçilər, yubanmanın səbəbi aydınlaşdırıldıqdan sonra mühafizə xidməti tərəfindən obyektin ərazisindən kənarlaşdırılmalıdır.



Yüklə 100,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin