Socar ti-nin hərbiləşdirilmiş mühafizə qrup və komandalarının şəxsi heyətinin xidməti təlimat mövzuları


Mövzu: 6. Qaimə nədir? Qaimə hansı halda etibarlı hesab edilir.Mal-materialın daşınması



Yüklə 100,04 Kb.
səhifə3/8
tarix26.07.2022
ölçüsü100,04 Kb.
#62895
1   2   3   4   5   6   7   8

Mövzu: 6. Qaimə nədir? Qaimə hansı halda etibarlı hesab edilir.Mal-materialın daşınması

zamanı qaimədə diqqət yetirilməsi vacib olan məlumat göstəriciləri.


Məzmun:
Qaimə maddi dəyərlərin daşınmasına hüquq verən əsas sənəddir.
Növləri:
Daxili hərəkət qaiməsi; (İdarənin (təşkilatın) sexləri (şöbələri) arasında maddi dəyərlərin daşınması daxili hərəkət qaimələri əsasında həyata keçirilir)
Qaimə-Faktura (İdarələr (təşkilatlar) arasında maddi dəyərlərin daşınması Qaimə-faktura əsası nda həyata keçirilir)
Maddi dəyərlərin obyektdən çıxarılması üçün yazılmış qaimə və ya digər faktura sənədləri buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən imzalanmalıdır.
Bu sənədlər əsasında maddi dəyərlərin çıxarılması sənədin yazıldığı gün həyata keçirilməlidir. Maddi dəyərlərin çıxarılmasına hüquq verən əmtəə-nəqliyyat qaimələri və digər sənədlər hər bir nəqliyyat vasitəsi üçün ayrı-ayrılıqda tərtib edilməlidir (Bu bənd ARDNŞ-nin 10 saylı 21.01.2008-ci il tarixli əmri ilə yeni redaktədə verilmişdir).
İşçinin öz iş yerində vəzifələrinin icrası ilə əlaqədar istifadə etdiyi kompüter, cihaz və alətlər onun özünə məxsusdursa, həmin maddi dəyərlər obyektə yazılı “İcazə” əsasında gətirilib aparıla bilər. “İcazə” müəssisə (təşkilat) rəhbəri, yaxud onu əvəz edən şəxs tərəfindən imzalanmalıdır.
Maddi dəyərlərin obyektdən çıxarılması üçün yazılmış buraxılış sənədlərində çıxarılan mal-materialların miqdarı, çəkisi, metrajı, qablaşdırma növü və yer tutumu yazı ilə göstərilməlidir.
Maddi dəyərlərin obyektdən çıxarılması üçün yazılmış buraxılış sənədləri obyekt rəhbəri ( onun müavini ), yaxud obyekt rəhbərinin yazılı əmri ilə buna məsul edilmiş şəxs (və ya şəxslər), həmçinin maddi dəyərləri buraxan və alan şəxslər tərəfindən imzalanmalıdır. Sənədə imzalardan başqa “Çıxarılmasına icazə verilib” möhürü də vurulmalıdır.
Buraxılmış maddi dəyərləri müşayiət edən şəxslərə maddi dəyərlərin çıxarılması üçün buraxılış vərəqəsi iki nüsxədə verilməli, onlardan biri NBM-də qalmalıdır.
NBM növbətçiləri tərəfindən maddi dəyərlərin çıxarılması üçün təqdim edilmiş sənədlər tərtibatına görə yoxlanmalı, göstəriciləri çıxarılan mal-materiallarla müqayisə edilməli, yalnız doğruluğuna əminlik olduqdan sonra materialların çıxarılmasının qeydiyyatı jurnalında qeydiyyat aparılmalıdır.
Maddi dəyərlərin çıxarılması üçün verilmiş buraxılış vərəqələrinin hər iki nüsxəsi mühafizə xidməti əməkdaşının “İcra edilmişdir” möhürünün vurulması və aydın xətlə qeydiyyatının aparılması ilə bağlanılmalıdır. Sənədin bir nüsxəsi NBM-də qalmalı, digəri isə obyektdən çıxarılan maddi dəyərləri müşayiət edən şəxsə verilməlidir.
Maddi dəyərlərin dövriyyəsinə nəzarəti həyata keçirmək üçün hər təqvim ayı ərzində bir dəfə olmaqla, idarələrarası komissiyanın iştirakilə maddi dəyərlərin çıxarılması üzrə NBM-də saxlanılmış sənədlər əsasında obyektin mühasibatlıq sənədlərinin tutuşdurulması həyata keçirilməlidir.
NBM-də maddi dəyərlərin yoxlanılmasının çətin olduğu hallarda, onların yüklənilməsi (boşaldılması) bu məqsəd üçün xüsusi olaraq ayrılmış mühafizə xidməti əməkdaşının (əməkdaşlarının) iştirakilə həyata keçirilməlidir.
Maddi dəyərlərin bir obyektin ayrı-ayrı sahələrində yerləşmiş sexləri arasında daşınması bu Təlimatın 3.18. - 3.25-cü bəndlərində göstərilmiş qaydada həyata keçirilir.
Maddi dəyərlər üzrə buraxılış sənədləri NBM-dən şəxslərin keçməsinə əsas ola bilməz.
Maddi dəyərlər üzrə buraxılış sənədləri yalnız daimi, müvəqqəti və ya birdəfəlik buraxılış vərəqəsinin təqdim edildiyi halda etibarlıdır.

Yüklə 100,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin