Socar ti-nin hərbiləşdirilmiş mühafizə qrup və komandalarının şəxsi heyətinin xidməti təlimat mövzuları


Mövzu: 7. Yük və nəqliyyat vasitələrinə yoxlama baxış keçirilmə qaydası. Kənar yükdaşıyıcı



Yüklə 100,04 Kb.
səhifə4/8
tarix26.07.2022
ölçüsü100,04 Kb.
#62895
1   2   3   4   5   6   7   8

Mövzu: 7. Yük və nəqliyyat vasitələrinə yoxlama baxış keçirilmə qaydası. Kənar yükdaşıyıcı

nəqliyyat vasitələrinin obyektə buraxılması qaydası.



Məzmun:
Nəzarətçi tərəfindən yoxlama-baxış keçirilməsi üçün sürücü nəqliyyat vasitəsini nəqliyyata və yükə baxış keçirilən estakadanın qarşısında saxlamalıdır. Müvafiq sənədlərin və yükün baxışa təqdim edilməsi yükə məsul şəxsə həvalə olunur. Əmtəə-maddi sərvətlər baxış üçün rahat olacaq qaydada yüklənməlidir.
Gətirilən və aparılan materialların adları və miqdarının müşayiətedici sənədlərdə göstərilən məlumatlarla uyğunluğu yoxlanılıb təsdiq olunduqdan sonra nəqliyyatın girişinə-çıxışına icazə verilir. Qeyd olunan uyğunluq təsdiq olunmadıqda yük saxlanılır və onu müşayiət edən məsul şəxsin iştirakı ilə uyğunsuzluq müvafiq qaydada sənədləşdirilir, yükün daşınmasına icazə verilmir.
NBM-də, aşkar edilmiş əmtəə-maddi sərvətlərin qeyri-qanuni yolla çıxarılması faktları xüsusi ayrılmış jurnalda qeydiyyata alınır. Fakt barədə akt tərtib olunur, qanunsuz çıxarılmasına cəhd olunmuş materiallar akt ilə obyektin məsul şəxsinə təhvil verilir.
Təyinatı üzrə və ya saxlanma yerində olmayan, maddi maraq hədəfi kimi seçildiyi (gizlədildiyi) güman edilən əmtəə-sərvətlər qeydiyyat kitabında qeydə alınır və müvafiq qaydada müəssisənin anbarına təhvil verilir.
Əmtəə-nəqliyyat qaimələri uçot kitabında qeydə alınır və ayda bir dəfədən az olmamaqla qarşılıqlı komissiya tərəfindən obyektin mühasibatlığındakı qeydlərlə tutuşdurulur və aşkar edilmiş uyğunsuzluqlar barədə akt tərtib olunur. (Bu bənd ARDNŞ-nin 10 saylı 21.01.2008-ci il tarixli əmri ilə yeni redaktədə yazılmışdır)
Buraxılış rejimi və obyektdaxili rejim qaydaları təyin edilərkən bu Təlimatın tələbləri rəhbər tutulmalıdır.
- Digər təşkilatların yükdaşıyıcı nəqliyyat vasitələrinin obyektin ərazisinə buraxılmasına icazə sürücü tərəfindən nəqliyyatın növü və dövlət nömrə nişanı göstərilmiş buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənəd təqdim edildikdən sonra verilə bilər.
Digər təşkilatların yükdaşıyıcı nəqliyyat vasitələrində ərazidən geri çıxarılmalı olacaq əşyalar (balon, çəllək, brezent, həmçinin təmir və ya digər xidmətlərin göstərilməsi məqsədilə istifadə edilən cihaz, alət və s.) gətirilərsə, həmin əşyalar sürücünün və ya malı müşayiət edən şəxsin birdəfəlik buraxılış vərəqəsində qeyd olunmalıdır.
Yüklə birlikdə gəlmiş fəhlələrin və digər şəxslərin obyektin ərazisinə buraxılması bu Təlimatın 3.12.-ci bəndində göstərilmiş qaydada həyata keçirilir

Mövzu: 8. Mühafizə olunan obyektdən qanunsuz çıxarılan maddi dəyərlər aşkar edildikdə


atıcının hərəkətləri. Işçinin öz iş yerində vəzifələrinin icrası ilə əlaqədar
istifadəetdiyi cihaz və avadanlıqların buraxılma qaydası.
Məzmun:
Atıcı mühаfizə оlunаn оbyекtə gətirilən və yа obyektdən çıxarılan məhsul, mаtеriаl, əmlак və хаmmаlа dаir müvаfiq sənədlərin təqdim оlunmаsını tələb еtməli, fакtiкi оlаrаq gətirilən və yа çıxarılan yüкün miqdаrını müşаyətеdici sənəddə göstərilmiş yüкün miqdаrı və аdlаrı ilə uyğunluğunu yохlаmalı, müşаyətеdici sənəddə göstərilmiş miqdardan аrtıq və ya əskik yüк аşкаr olunarsa, sənədi təqdim etmiş şəxsi və nəqliyyаt vasitəsini sахlamalı, bu bаrədə qаrоvul rəisinə dərhаl məlumаt vеrməli, NBM-də aşkar edilmiş əmtəə-maddi sərvətlərin qeyri-qanuni yolla çıxarılması faktları xüsusi ayrılmış jurnalda qeydiyyata alınmalı, fakt barədə akt tərtib olunmalı, qanunsuz çıxarılmasına cəhd olunmuş materiallar akt əsasında obyektin məsul şəxsinə təhvil verilməlidir.
Dəmiryоlu dаrvаzаlаrındакı NBM-də хidmət еdən atıcı müəssisəyə gələn dəmiryоlu nəqliyyаt vasitələrinin, nəqliyyаtı müşаyət еdən bütün şəхslərin burахılış vərəqələrini, müəssisədən çıхаn zaman isə vаqоn və lокоmоtivləri, оnları müşаyət еdən şəхslərin burахılış vərəqələrini, yüкə görə məsuliyyət dаşıyаn şəxslərin isə mаddi dəyərlərin dаşınmаsınа dаir sənədlərini yохlаmаlıdır.
İşçinin öz iş yerində vəzifələrinin icrası ilə əlaqədar istifadə etdiyi kompüter, cihaz və alətlər onun özünə məxsusdursa, həmin maddi dəyərlər obyektə yazılı “İcazə” əsasında gətirilib aparıla bilər. “İcazə” müəssisə (təşkilat) rəhbəri, yaxud onu əvəz edən şəxs tərəfindən imzalanmalıdır. İşçinin özü ilə obyektə gətirdiyi və obyektdən kənara çıxartmaq istədiyi cihaz və alətlərə dair icazə sənədi olmadıqda qeyd olunan əşyalar obyekt ərazisinə və obyekt ərazisindən kənara buraxılmamalıdır.
Mövzu: 9. Xüsusi rejimli obyektlərə buraxılış qaydaları.
Məzmun:
Xüsusi rejimli obyektlərə buraxılış qaydaları obyekt rəhbərliyi tərəfindən hazırlanaraq Tİ-nin rəisi ilə razılaşdıqdan sonra təsdiq edilir və buraxılış rejimi həmin qaydalar əsasında tənzimlənir.
Xüsusi rejimli obyektlərə buraxılış üçün obyekt rəhbərliyi tərəfindən hərbiləşdirilmiş mühafizə komandasına xüsusi buraxılışı olan şəxslərin siyahısı və xüsusi buraxılış vərəqələrinin nümunələri təqdim edilməlidir.
Xüsusi rejimli obyektlərə daxil olmaq istəyən şəxs xüsusi burахılış vərəqəsi təqdim etdikdən sonra, həmin buraxılış vərəqəsi qarovul otağında olan nümunələrlə tutuşdurulur və bundan sonra həmin şəxsin mühafizə xidmətinin əməkdaşının müşаyəti ilə obyekt ərazisinə daxil olmasına icazə verilir.
Pаrtlаyış və oddan təhlükəli аnbаrlаra girişə yаlnız təlimаtlаrdа nəzərdə tutulmuş аyаqqаbılar geyinildikdə, silаh və alışdırıcı vasitələr olmadan izаcə vеrilməlidir. Bu tələblər pоzularsa, аnbаrа burахılışа icаzə vеrilməməli və bu bаrədə qаrоvul rəisinə məlumat verilməlidir.
Hərbiləşdirilmiş mühafizə komandasının əməkdaşı pаrtlаyıcı, zəhərli, radioaktiv, oddan təhlükəli mаtеriаllаrın (xüsusi təhlükəli malın) saxlanıldığı anbarların, еləcə də belə materialların müxtəlif nəqliyyаt vasitələri ilə dаşınmаsı zаmаnı həmin mаtеriаllаr ilə dаvrаnış qаydаlаrını bilməlidir.
Razılaşdırılmış və təsdiq edilimiş buraxılış və obyektdaxili rejim qaydalarına uyğun olaraq fəhlə və qulluqçuların digər şəxslərin obyektə buraxılışında maddi dəyərlərin toxunulmazlığının təmin olunmasında, yanğın və partlayışdan mühafizə qaydalarına, həmçinin daxili rejim və digər təhlükəsizlik tədbirlərinə əməl olunmasında obyekt rəhbərinin sərəncamı ilə təyin edilmiş məhsul şəxs tərəfindən obyektin spesifikasına uyğun olaraq təhlükəsizlik texnikası üzrə təlimatlandırdıqdan sonra müşaiət edilərək obyektə buraxılışına icazə verilir. Kənar şəxslərin və girişə icazəsi olmayan işçilərin yanğın və partlayış təhlükəli istehsalat sahələrinə daxil olmaları qadağandır. Belə halların qarşısının alınması üçün nəzarət tədbirləri işlənib həyata keçirilir.
Xüsusi rejimli obyektlərdə siqaret çəkilməsi, hazır məhsulların və qiymətli mal-materialların yığılması üçün xüsusi yerlər ayrılır.
İş vaxtı fəhlə və qulluqçuların obyekt ərazisindən kənara çıxışı yalnız təyin olunmuş vaxtlarda rəhbərliyin icazəsi ilə xidməti vəzifələrin icrası, tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar obyekt daxilində müvafiq qaydada qeydə alınaraq təşkil edilir.
İşçilərin iş vaxtından sonra, eləcə də bayram və istirahət günlərində müəssisənin ərazisinə buraxılışı yalnız obyekt rəhbərinin yazılı göstərişi ilə həyata keçirilir.
Anbarlar və xüsusi istehsalat tikililəri dəmir barmaqlıqlar və siqnalizasiya sistemi ilə təchiz edilir.
İstehsalat zərurəti ilə əlaqədar olaraq partlayıcı maddələrlə yüklənmiş nəqliyyat vasitələrinin akkumlyator klemmalarının yuvalarından cıxarılması şərti ilə PM anbarı ərazisində müvəqqəti saxlanılmasına icazə verilir.
İnsan həyatı üçün təhlükəli yerlərin (ərazi,sahələr) hasara alınması, işıqlandırılması və nişanlanması təşkil edilməlidir.
Ekspedisiyanın müvafiq işçilləri partlayıcı maddələrin anbardan alınması üçün hər dəfə verilən buraxılış vərəqəsini və partlayış işlərini yerinə yetirən şəxsin vahid kitabçasını qarovul rəisinə və ya mühafizə xidməti əməkdaşlarına təqdim etməlidirlər.
Partlayış işlərində təhlükəsizlik qaydalarına müvafiq olaraq, PM-lər daşıyan avtonəqliyyat vasitəsinə verilmiş yol vərəqəsində, avtomobilin partladıcı maddələrin daşınmasına yararlığını təsdiq edən xüsusi qeyd olmadığı halda, həmin nəqliyyat vasitəsi obyektin ərazisinə buraxılmamalıdır.

Mövzu: 10 Buraxılış vərəqəsi olmadan, xidməti vəsiqəsini təqdim etməklə mühafizə


obyektinə daxil olmaq səlahiyyətinə malik olan şəxslər. Kənar şəxslərin
(o cümlədən xarici vətəndaşların) obyektə buraxılma qaydası.
Məzmun:
Aşağıdakı şəxslər buraxılış vərəqələri olmadan xidməti vəsiqələrini təqdim etməklə obyektə keçmək hüququna malikdirlər:

Aşağıdakı şəxslər buraxılış vərəqələri olmadan xidməti vəsiqələrini təqdim etməklə obyektə keçmək hüququna malikdirlər:
-Azərbaycan Respublikası Prezident aparatının və Nazirlər Kabinetinin məsul işçiləri ;
-Azərbaycan Respublikası Milli Məclisinin üzvləri və məsul işçiləri;
-Nazirlər, Dövlət Komitələrinin sədrləri və onların müavinləri;
-Baş Prokuror və onun müavinləri;
-Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvləri;
-Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi və onun müavinləri;
-ARDNŞ-nin Prezidenti və vitse-prezidentləri, Şirkətin idarə aparatının işçiləri;
-obyektin tabe olduğu Baş İdarənin rəhbər heyəti, şöbə və xidmət rəisləri ;
-obyektin dislokasiya olunduğu rayonun (şəhərin) İcra Hakimiyyəti başçıları, prokurorları, polis idarələrinin rəisləri, ərazi FH və MM regional şöbələrinin rəisləri, məhkəmənin hakimləri ;
-məhkəmənin qanuni qüvvəyə minmiş hökm, qərar və qətnamələrinin icrası ilə bağlı gəlmiş məhkəmə icraçıları. (Kütləvi informasiya vasitələrinin əməkdaşları obyektin tabe olduğu Baş İdarənin mətbuat xidmətində akkreditasiya olunduqdan sonra əraziyə buraxılırlar) ;
-Xüsusi rabitə idarəsinin feldyegerləri.
NBM növbətçisi yuxarıda göstərilən şəxslərin vəsiqələrinə baxdıqdan sonra dərhal obyekt rəhbərinə məlumat verməlidir. Həmin şəxslər obyektin spesifikasına uyğun olaraq təhlükəsizlik texnikası üzrə təlimatlandırıldıqdan sonra və müşayiət olunaraq obyekt ərazisinə daxil olurlar. Təlimat və müşayiət obyekt rəhbəri tərəfindən təyin olunmuş nümayəndə (nümayəndələr) tərəfindən həyata keçirilir. Bu prosedur xüsusi rabitə idarəsinin feldyegerlərinə şamil edilmir.

Kənar şəxlər obyekt ərazisinə birdəfəlik buraxılış vərəqəsi əsasında buraxılırlar.


Birdəfəlik buraxılış vərəqələri obyekt rəhbərinin və ya buna səlahiyyəti olan vəzifəli şəxsin göstərişi əsasında, ayrılıqda bir şəxsə və ya bir qrup şəxsə verilir. Əraziyə şəxslərin qrup halında daxil olması zamanı birdəfəlik buraxılış vərəqəsi daxil olan şəxslərin sayı göstərilməklə qrup başçısının adına yazılmalı və qrupa daxil olan şəxslərin siyahısı buraxılış vərəqəsinə əlavə olunmalıdır.
Birdəfəlik buraxılış vərəqələri yalnız müsafirin şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılmalıdır.
Birdəfəlik buraxılış vərəqəsi onun verildiyi şəxsin ərazini tərk etdiyi zaman geri alınmalıdır. Bu zaman buraxılış vərəqəsinin arxa tərəfində müsafiri qəbul etmiş şəxsin imzasının, müsafirin sex və ya istehsalat sahəsində olduğu hallarda isə həmin sex və ya istehsalat sahəsinin möhür və ya ştampının vurulmasına diqqət yetirilməlidir. Bu göstəricilərə malik olmayan buraxılış vərəqəsini təqdim etmiş şəxs saxlanılmalı və aşkar edilmiş fakt araşdırılmalıdır.
Birdəfəlik buraxılış vərəqəsi onun yazıldığı gün üçün qüvvədədir.
İstifadə edilmiş birdəfəlik buraxılış vərəqələri NBM-də xüsusi möhürlənmiş qutuda 3 (üç) ay saxlanılmalı və qarşılıqlı komissiyanın aktı ilə məhv edilməlidir. Birdəfəlik buraxılış vərəqəsi qaytarılmadıqda onu imzalamış şəxs tərəfindən həmin vəsrəqənin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilməlidir.
Buraxılış vərəqələri ilə müəyyən edilmiş müddətdə ərazini tərk etməmiş şəxslər, eləcə də iş vaxtının bitməsinə baxmayaraq ərazidə qalmış işçilər, yubanmanın səbəbi aydınlaşdırıldıqdan sonra mühafizə xidməti tərəfindən obyektin ərazisindən kənarlaşdırılmalıdır.
Təbii fəlakətlər, qəzalar, yanğın hadisələri və başqa fövqəladə hallar zamanı xüsusi maşınlar (yanğınsöndürmə, qəza, təcili tibbi yardım ) şəxsi heyəti ilə birlikdə, habelə qəza briqadaları əraziyə maneəsiz buraxılırlar. Bu zaman əraziyə buraxılış və çıxış həmin hallar üçün nəzərdə tutulmuş müvafiq qaydada həyata keçirilir.
Xarici nümayəndələrin obyektin ərazisinə buraxılması buraxılış vərəqələri əsasında deyil, obyekt rəhbərinin sərəncamı ilə təyin edilmiş məsul şəxsin müşayiəti ilə həyata keçirilməlidir.

Mövzu: 11. Obyektdaxili rejim. Obyektdaxili rejim tətbiq edilərkən nəzərə alınmalı olan


məqamlar.
Məzmun:
Obyektdaxili rejim - mühafizə edilən obyektin ərazisində olan şəxslər tərəfindən əmək intizamına, daxili qaydalara, yanğından təhlükəsizlik tədbirlərinə əməl olunmasına yönəlmiş tələblərin məcmusudur. Obyektdaxili rejimin təyin olunması və həyata keçirilməsi obyekt rəhbərliyinin səlahiyyətindədir.
Obyektdaxili rejim tətbiq edilərkən aşağıdakı məqamlar nəzərə alınmalıdır:
-bütün sex və şöbələr üçün iş vaxtının müəyyənləşdirilməsi;
-fəhlə və qulluqçuların, digər şəxslərin obyektə buraxılışında, maddi dəyərlərin toxunulmazlığının təmin olunmasında, yanğın və partlayışdan mühafizə qaydalarına, həmçinin daxili rejim və digər təhlükəsizlik tədbirlərinə əməl olunmasında aidiyyatı vəzifəli şəxslərin məsuliyyəti;
-kənar şəxslərin və girişə icazəsi olmayan işçilərin yanğın və partlayış təhlükəli istehsalat sahə və sexlərinə daxil olmalarının qarşısını almaq üçün nəzarət tədbirlərinin işlənib həyata keçirilməsi;
-nəqliyyat vasitələrinin və piyadaların obyekt ərazisində hərəkət marşrutunun, nəqliyyat vasitələrinin sürətinin müəyyənləşdirilməsi;
-siqaret çəkilməsi, hazır məhsulların və qiymətli mal-materialların yığılması üçün xüsusi yerlərin ayrılıb təchiz olunması;
-iş vaxtı fəhlə və qulluqçuların obyekt ərazisindən kənara çıxış qaydaları;
-işçilərin bayram və istirahət günlərində, işdən sonrakı vaxtlarda obyektə daxilolma qaydaları;
-anbar və xüsusi istehsalat tikililərinin aşağı mərtəbələrinin pəncərələrinin dəmir barmaqlıqlar və siqnalizasiya ilə təchiz olunması, şüşələrinin rənglənməsi, yaxud pərdələnməsi;
-mal-material qiymətlilərinin ərazidə pərakəndə şəkildə yerləşdirilməsinin qarşısının alınması, müvafiq yerlərdə saxlanılmasının gözlənilməsi ;
-mühafizə üçün ayrılmış tikililərin (qarovul otağı, mühafizə köşkləri, silah-sursat otağı və s.) təyinatının və yerinin dəyişdirilməsi əvvəlcədən Tİ-ni məlumatlandırıb razılaşdırılmaqla həyata keçirilməlidir;
-insan həyatı üçün təhlükəli yerlərin (ərazi, sex, sahələrin) hasara alınması, işıqlandırılması və nişanlanması.

Mövzu: 12. Hərbiləşdirilmiş mühafizə komandası əməkdaşlarının ümumi
davranış qaydaları. SOCAR əməkdaşlarının sosial müdafiəsi.
Məzmun:
SOCAR-ın mühüm xidmət sahələrindən olan Tİ HMK-nin məqsədyönlü təşkili və fəaliyyət göstərməsi, onun mühafizə işçilərinin şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarını qazanmaq bacarığından bilavasitə asılıdır.
Yalnız bu kimi keyfiyyətlərə, o cümlədən dəyanətə və saf mənəviyyata, öz həmkarları və vətəndaşlar arasında hörmətə və nüfuza malik, dövlətə, xalqa və xidməti vəzifə borclarına sədaqətli olan Tİ-nin mühafizə işçiləri insanların etibarını qazanıb onların dəstəyinə arxalana bilər.
Hər bir mühafizə işçisi xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Tİ-nin HMK üzrə intizam qaydaları ilə müəyyən edilmiş normaları rəhbər tutmalıdır.
Tİ HMK-nın (əlahiddə qrupun) hər bir işçisi “Qaydalar Toplusu”nda müəyyən edilmiş hazırki davranış qaydalarını dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl etməlidirlər.
Tİ HMK-nın (əlahiddə qrupun) hər bir işçisi bilməlidir ki, xidməti davranış qaydalarında təsbit olunmuş prinsip və qaydaların onun tərəfindən yerinə yetirilməməsi, əmək və icra intizamının pozulması Tİ əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və bu işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən olunmuş qaydada intizam məsuliyyətinə cəlb olunur.
İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti araşdırmanın nəticələrinə əsasən, işəgötürən (Tİ rəisi) tərəfindən müəyyən edilir.
Tİ HMK-nın (əlahiddə qrupun) işçiləri aşağıdakı keyfiyyətlərə malik olmalıdır:
-Azərbaycan Respublikasının qanunvericiliyinə, SOCAR-ın və Tİ-nin əmr və sərəncamlarına, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digərlərinə nümunə olmalıdır;
-xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir;
-daim yadda saxlamalıdır ki, mühafizə xidmətinin hətta bir işçisinin xidməti vəzifə (peşə) borclarını (öhdəliklərini) pozması, tam yerinə yetirməməsi və nalayiq hərəkətlərə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər;
-HMK-nın (əlahiddə qrupun) işçisi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqazidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır;
-vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir;
-ona verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, qanunla hüquq pozuntusu kimi müəyyən edilmiş hərəkət törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır;
-xidməti vəzifə borclarının yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalıdır;
-xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir;
-öz xidməti vəzifələrinin icrasına buna səlahiyyəti olmayan şəxslər tərəfindən müdaxilə etmək cəhdlərinin qarşısını qətiyyətlə almalıdır;
-xidməti vəzifələrinin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödənc və s. qəbul etməməli, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda bu barədə dərhal tabe olduğu rəisinə məlumat verməlidir;
-yalnız yüksək peşəkarlığa və şəxsi keyfiyyətlərə malik əməkdaşın insanlara və cəmiyyətə fayda verə biləcəyini nəzərə alaraq, peşəkarlığının, təhsilinin və ümumi intellektual səviyyəsinin artırılması üçün mütəmadi olaraq öz üzərində çalışmalı, bilik və təcrübəsini, xidməti ənənələri gənc əməkdaşlara aşılamalıdır;
-xidməti istifadədə olan avadanlığı, mühəndis-texniki və xüsusi mühafizə vasitələri, xidməti silahını və vəsiqəsini möhkəm qorumalı, xidməti sirrinin yayılmasına yol verməməlidir;
-çalışqanlığı, intizamlılığı və təşəbbüskarlığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), digər həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır;
-xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir;
-SOCAR-da və Tİ-də mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və təqaüddəki keçmiş həmkarların ənənələrini hörmətlə qorumalı və inkişaf etdirməlidir;
-sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən, özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır;
-cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını belə hərəkətlərə sövq etməməlidir;
-icrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir;
-iş qrafikinə və zərurət yarandıqda, tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib-getməli, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir;
-təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, ixtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə, birbaşa rəislərinin ilk çağırışı ilə xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən, vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir;
-yaşayış yeri və anket məlumatlarında dəyişikliklər baş verdikdə, dərhal bu barədə xidmət etdiyi HMK-nın (əlahiddə qrupun) rəisini məlumatlandırmalıdır;
-özünə və həmkarlarına qarşı tələbkar olmalı, müəyyən olunmuş davranış qaydalarının mühafizə xidmətinin hər hansı işçisi tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda, bu haqda aidiyyəti üzrə məlumat verməlidir;
-müxtəlif məsələlərlə bağlı keçirilən xidməti araşdırma və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir;
-hüquqpozmalar baxımından müəmmalı həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmamalı, şəxsi münasibətlər qurmamalı, onlarla hər hansı bir sövdələşmələrə getməməlidir;
-öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların səlahiyyət dairəsinə aid məsələlərə xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməlidir;
-subordinasiya qaydalarını gözləməli, şikayət halları və şəxsi məsələlərlə əlaqədar ərizələr istisna olmaqla, Tİ-nin rəhbərliyinə yalnız birbaşa rəisləri vasitəsilə müraciət etməlidir.
-xidməti vəzifələrindən və xidməti mövqeyindən şəxsi məqsədlərlə istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda Tİ-nin əməkdaşı olmasını qabartmamalı, xidməti vəsiqəsini yersiz təqdim etməməlidir;
-xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir.
- HMK-nin (əlahiddə qrupun) şəxsi heyətinə gecə, istirahət və bayram günlərində aparılan xidmətə görə əmək haqqının ödənişi qanunvericiliklə müəyyən olunmuş qaydada və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsi haqqında Əsasnamə”yə uyğun olaraq Tİ-nin rəhbərliyi tərəfindən həyata keçirilir.
HMK-nin (əlahiddə qrupun) şəxsi heyəti birbaşa vəzifələrindən başqa, obyekt üçün real təhlükə yaradan təbii fəlakətlərlə (yanğın, qəza, daşqın və s.) mübarizə məqsədi ilə işlərin yerinə yetirilməsinə cəlb oluna bilər.
HMK-nin (əlahiddə qrupun) ağır və zərərli iş şəraitində xidməti işləri yerinə yetirən əməkdaşları həmin obyektlərdə çalışan işçilər üçün nəzərdə tutulmuş müvafiq güzəşt və imtiyazlardan istifadə edirlər. Həmin güzəşt və imtiyazlar Sifarişçi təşkilatların vəsaitləri hesabına həyata keçirilir.
HMK-nin (əlahiddə qrupun) əməkdaşları və onların ailə üzvləri Sifarişçi təşkilatların tibbi sığortasından, sanatoriya, istirahət mərkəzləri, uşaq düşərgələrindən istifadə edə bilərlər.
HMK-nin (əlahiddə qrupun) əməkdaşları mənzil şəraitinin yaxşılaşdırılması üçün qüvvədə olan mövcud qanunvericilkdə nəzərdə tutulan hüquqlardan istifadə edə bilərlər.
HMK-nin (əlahiddə qrupun) şəxsi heyətinin mükafatlandırılması və intizam tənbehi məsuliyyətinə cəlb olunması əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq həyata keçirilir. Qarovul xidməti zamanı atıcı tərəfindən törədilən əməlin nəticəsindən asılı olaraq məsuliyyətin müəyyən olunması bir qayda olaraq qarovulun dəyişdirilməsindən sonra tətbiq edilir. Əgər atıcı törətdiyi əmələ görə qarovulda xidməti davam etdirə bilməzsə, o digər əməkdaşla əvəz edilməlidir.
Xidmət prosesinin tələblərinə görə fasilə zamanı qarovul otağının tərk edilməsi və postlarda atıcıların dəyişdirilməsi mümkün olmadıqda qarovul otağında və HMK-nın (əlahiddə qrupun) postlarında isti xörəyin hazırlanması və qəbulu üçün əlverişli şərait yaradılır.
İşçi növbəti məzuniyyətdən, ezamiyyətdən, xəstəlikdən qayıtdıqdan sonra və işdə fasilə yaradan digər hallar yarandığı zaman yaxın növbədə işə çıxır.
Müstəsna hallarda Həmkarlar İttifaqlarının yerli komitəsi ilə razılaşdırılmış şəkildə əlavə iş vaxtına yol verilir. Bu halda əlavə işə görə haqq əmək qanunvericiliyinə əsasən ödənilir.
Xidmətə yeni qəbul edilmiş atıcılar silahdan və xüsusi mühafizə vasitələrindən istifadə qaydaları ilə bağlı ilkin hazırlıq keçməli və yiyələndikləri materialın mənimsənilməsinə dair müvafiq yoxlamadan keçməlidirlər. İlkin hazırlıqdan və müvafiq yoxlamadan keçməyən atıcılara postlarda silah və xüsusi mühafizə vasitəsi verilə bilməz.
HMK-nin (əlahiddə qrupun) şəxsi heyətinə əmək qanunvericiliyində nəzərdə tutulan tələblər və dövlət sosial sığortası tətbiq edilir.
HMK-nın (əlahiddə qrupun) şəxsi heyətinin üzvləri yol verdikləri qanunazidd əməllərin (hərəkət və ya hərəkətsizliklərin) nəticələrindən asılı olaraq intizam, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

Mövzu: 13.Təhlükəsizlik tədbirləri.Obyekt ərazisinə nələrin buraxılması


qadağandır.Obyekt ərazisində və ətrafında qadağandır.
Məzmun:
Obyekt ərazisinə nələrin buraxılması qadağandır:
- şəxsi nəqliyyat vasitələri (zəruri hallarda obyekt rəhbəri bu və ya digər şəxsi nəqliyyat vasitəsinin əraziyə daxil olmasına (müddət göstərilməklə) yazılı surətdə icazə verə bilər)
- spirtli içkilər və digər bihuşedici maddələr;
- təsərrüfat çantaları, çamadanlar və bağlamalar (kiçik əl çantaları və qovluqlar istisna olmaqla);
- partlayış, yanğın təhlükəli və güclü təsirli zəhərli maddələr;
- odlu silah və kəsici alətlər;
Obyekt ərazisində və ətrafında qadağandır :

  • müvafiq icazə olmadan hər hansı video və foto çəkilişlərin aparılması;

  • istixanaların, bostanların və şitilliklərin yaradılması;

  • iri və xırdabuynuzlu heyvanların, quşların saxlanması və otarılması;

  • nəzarətsiz od yandırılması (o cümlədən qurumuş alaq otlarının, məişət

və istehsalat tullantılarının, digər zibillərin yandırılması);
Xüsusi rejimli obyektlərə buraxılış qaydaları obyekt rəhbərliyi tərəfindən hazırlanaraq Tİ-nin rəisi ilə razılaşdıqdan sonra təsdiq edilir və buraxılış rejimi həmin qaydalar əsasında tənzimlənir.
Xüsusi rejimli obyektlərə buraxılış üçün obyekt rəhbərliyi tərəfindən hərbiləşdirilmiş mühafizə komandasına xüsusi buraxılışı olan şəxslərin siyahısı və xüsusi buraxılış vərəqələrinin nümunələri təqdim edilməlidir.
Xüsusi rejimli obyektlərə daxil olmaq istəyən şəxs xüsusi burахılış vərəqəsi təqdim etdikdən sonra, həmin buraxılış vərəqəsi qarovul otağında olan nümunələrlə tutuşdurulur və bundan sonra həmin şəxsin mühafizə xidmətinin əməkdaşının müşаyəti ilə obyekt ərazisinə daxil olmasına icazə verilir.
Pаrtlаyış və oddan təhlükəli аnbаrlаra girişə yаlnız təlimаtlаrdа nəzərdə tutulmuş аyаqqаbılar geyinildikdə, silаh və alışdırıcı vasitələr olmadan izаcə vеrilməlidir. Bu tələblər pоzularsa, аnbаrа burахılışа icаzə vеrilməməli və bu bаrədə qаrоvul rəisinə məlumat verilməlidir.
Hərbiləşdirilmiş mühafizə komandasının əməkdaşı pаrtlаyıcı, zəhərli, radioaktiv, oddan təhlükəli mаtеriаllаrın (xüsusi təhlükəli malın) saxlanıldığı anbarların, еləcə də belə materialların müxtəlif nəqliyyаt vasitələri ilə dаşınmаsı zаmаnı həmin mаtеriаllаr ilə dаvrаnış qаydаlаrını bilməlidir.
Razılaşdırılmış və təsdiq edilimiş buraxılış və obyektdaxili rejim qaydalarına uyğun olaraq fəhlə və qulluqçuların digər şəxslərin obyektə buraxılışında maddi dəyərlərin toxunulmazlığının təmin olunmasında, yanğın və partlayışdan mühafizə qaydalarına, həmçinin daxili rejim və digər təhlükəsizlik tədbirlərinə əməl olunmasında obyekt rəhbərinin sərəncamı ilə təyin edilmiş məhsul şəxs tərəfindən obyektin spesifikasına uyğun olaraq təhlükəsizlik texnikası üzrə təlimatlandırdıqdan sonra müşaiət edilərək obyektə buraxılışına icazə verilir. Kənar şəxslərin və girişə icazəsi olmayan işçilərin yanğın və partlayış təhlükəli istehsalat sahələrinə daxil olmaları qadağandır. Belə halların qarşısının alınması üçün nəzarət tədbirləri işlənib həyata keçirilir.
Xüsusi rejimli obyektlərdə siqaret çəkilməsi, hazır məhsulların və qiymətli mal-materialların yığılması üçün xüsusi yerlər ayrılır.
İş vaxtı fəhlə və qulluqçuların obyekt ərazisindən kənara çıxışı yalnız təyin olunmuş vaxtlarda rəhbərliyin icazəsi ilə xidməti vəzifələrin icrası, tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar obyekt daxilində müvafiq qaydada qeydə alınaraq təşkil edilir.
İşçilərin iş vaxtından sonra, eləcə də bayram və istirahət günlərində müəssisənin ərazisinə buraxılışı yalnız obyekt rəhbərinin yazılı göstərişi ilə həyata keçirilir.
Anbarlar və xüsusi istehsalat tikililəri dəmir barmaqlıqlar və siqnalizasiya sistemi ilə təchiz edilir.
İstehsalat zərurəti ilə əlaqədar olaraq partlayıcı maddələrlə yüklənmiş nəqliyyat vasitələrinin akkumlyator klemmalarının yuvalarından cıxarılması şərti ilə PM anbarı ərazisində müvəqqəti saxlanılmasına icazə verilir.
İnsan həyatı üçün təhlükəli yerlərin (ərazi,sahələr) hasara alınması, işıqlandırılması və nişanlanması təşkil edilməlidir.
Ekspedisiyanın müvafiq işçilləri partlayıcı maddələrin anbardan alınması üçün hər dəfə verilən buraxılış vərəqəsini və partlayış işlərini yerinə yetirən şəxsin vahid kitabçasını qarovul rəisinə və ya mühafizə xidməti əməkdaşlarına təqdim etməlidirlər.
Partlayış işlərində təhlükəsizlik qaydalarına müvafiq olaraq, PM-lər daşıyan avtonəqliyyat vasitəsinə verilmiş yol vərəqəsində, avtomobilin partladıcı maddələrin daşınmasına yararlığını təsdiq edən xüsusi qeyd olmadığı halda, həmin nəqliyyat vasitəsi obyektin ərazisinə buraxılmamalıdır.

Mövzu: 14. Atıcının hüquq və vəzifələri.


Məzmun:
Atıcılar xidmət zamanı bilavasitə tərkibinə daxil olduqları qarovulun rəisinə tabedirlər və onun əmrlərini icra edirlər. Təyin olunduğu postda xidmət aparan atıcı - ona həvalə edilmiş posta aid olan obyekti, ərazini və əmlakı mühafizə və müdafiə edir. Yalnız qarovul rəisi atıcını posta təyin etmək, postdan kənarlaşdırmaq və ya dəyişdirmək hüququna malikdir.
Qarovul rəisi vəzifələrini hər hansı səbəbdən icra edə bilmədikdə atıcının postdan kənarlaşdırılması və ya dəyişdirilməsi HMK-nin rəisi tərəfindən XNŞ-yə məlumat verilməklə həyata keçirilir.
Atıcının aşağıdaki öhdəlikləri var:
Ümumi və xüsusi vəzifələrini bilmək, təhkim olunduğu postu sayıqlıqla mühafizə etmək;
Xidmətdə fasilələrə yol verməmək, xidmətdən yayınmamaq, tabe olduğu şəxslər (qarovul rəisi istisnadır) daxil olmaqla heç kəsə öz silahını və xüsusi mühafizə vasitələrini verməmək;
Müəyyən edilmiş marşrut üzrə hərəkət edərkən, posta yanaşma yerlərini, sədləri diqqətlə yoxlamaq və rabitə vasitəsi ilə xidmət barədə post tabelində nəzərdə tutulan müddətlərdə qarovul otağına və ya rəisinə məruzə etmək;
Əvəz edilməyincə və ya kənarlaşdırılmayınca postu tərk etməmək;
Silahlı postlarda doldurulmuş silaha malik olmaq;
Qarovul rəisi və ya qarovul rəisinin köməkçisi və onların müşayiət etdikləri şəxslər, eləcə də dəyişdirici jeton vasitəsilə onu dəyişməyə gələn atıcılar (sonuncular ilkin olaraq saxlanılır, buraxılış rəqəmi və ya parol soruşulduqdan sonra yaxına buraxılırlar) istisna olmaqla, digər şəxslərin post tabelində göstərilən və qadağan işarələri ilə nişanlanan məsafədən artıq posta yaxınlaşmasına yol verməmək;
Mühafizədə olan postların yerləşməsini, qarovulun nəqliyyat vasitələrinin hərəkət istiqamətini, qrafikini və onların fərqləndirici nişanlarını və işarələrini bilmək;
Postda olan rabitə, siqnalizasiya və yanğınsöndürmə avadanlığından istifadə etməyi bacarmaq, “Həyəcan” siqnallarını bilmək;
Postda və obyektin sərhədlərində nasazlıq və ya çatışmazlıq, postun yaxınlığında və ya qonşu postda asayış qaydalarının pozulması aşkar edildiyi vaxt dərhal məlumat verərək qarovul rəisini çağırmaq, qeyd olunan pozuntuların dayandırılmasını tələb etmək;
MTMV-nin qəfildən işə düşməsi zamanı, bu barədə qarovul otağına və ya qarovul rəisinə dərhal xəbər vermək.
Əməyin mühafizəsi və şəxsi təhlükəsizlik qaydalarına riayət etmək.
Postu təhvil alarkən postu təhvil verən atıcının iştirakı ilə post tabelinə əsasən mühafizəyə götürülən əmlakı, obyektləri, inventarları, onların mühafizə baxımından zəruri olan element və xüsusiyyətlərini (çəpərlər, dam örtükləri, divarlar, pəncərələr, qapılar, barmaqlıqlar, möhürlər, plomblar, qıfıllar və sair) nəzərdən keçirir, onların mövcudluğunu və sazlığını yoxlayır.
Silahlı postda xidmət aparan atıcının silahı və xüsusi ləvazimatı doldurulmuş və hər an fəaliyyətə hazır vəziyyətdə olmalıdır; xarici postlarda gecə vaxtı avtomat (karabin) – ayaq üstə atmaq üçün hazır vəziyyətdə, gündüz vaxtı – “kəmərdə” vəziyyətində və ya ayaq üstə atmaq üçün hazır vəziyyətdə olmalı; daxili postlarda taxta qundağlı avtomat (karabin) “kəmərdə” vəziyyətində olmalı, yığılan qundağlı avtomat “sinəyə” vəziyyətində, karabin isə ayaqda olmalı; patron darağı olan çanta bağlı olmalıdır. Tapançalar bağlı qoburda dəyişməz kəmərdə olmalıdır. Tapança ayaq üstə atmaq üçün hazır vəziyyətdə olmalıdır.
Yanğın zamanı və ya təbii fəlakətin nəticələrinin aradan qaldırılması zamanı atıcıya silahı “silah beldə” vəziyyətində saxlamağa icazə verilir.
Atıcıya hər bir halda öz xidməti vəzifələrinin icrasından yayınmaq, silahı və ya xüsusi mühafizə vasitəsini qarovul rəisi istisna olmaqla, kənar şəxsə vermək, şəxsdən hər hansı bir əşyanı hətta müvəqqəti saxlamaq üçün belə qəbul etmək və başqa şəxsə ötürmək, zərurət yaranmadan silahı döyüş vəziyyətinə gətirmək (qoburdan çıxarmaq və s.) və güllə yuvasına patron göndərmək qadağandır.
Atıcı fiziki gücündən, xüsusi vasitələrdən və silahdan yalnız Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə ciddi riayət etməklə müəyyən edilmiş hallarda müvafiq qaydada istifadə etməyə borcludur.
Xarici postlarda, qarovul rəisi, qarovul rəisi köməkçisi və onları müşayiət edən şəxslər istisna olmaqla, bütün digər şəxsləri atıcı “Dayan, dur”, “Dayan, geriyə” və ya “Dayan, sağa (sola) keç” sözləri ilə saxlamalıdır.
Şəxs posta və ya qadağan edilmiş sərhədə yaxınlaşmağa davam edərsə, atıcı onu “Dayan, atəş açacağam” sözləri ilə xəbərdar etməli və qarovul rəisini və ya onun köməkçisini çağırmalıdır. Şəxs posta və ya qadağan edilmiş sərhədə yaxınlaşmağa davam etdiyi halda atıcı patronu güllə yuvasına göndərərək, yuxarı istiqamətdə atəş açmalıdır. Qaydanı pozan şəxs bu tələbi də yerinə yetirmədiyi halda və posta (qadağan edilmiş sərhədi) keçməyə cəhd edərsə, atıcı onun qadağan edilmiş əraziyə daxil olmasına mane olmaq üçün lazimi tədbirlər görməlidir.
Atıcının harayına “Qarovul rəisi (qarovul rəisinin köməkçisi) gəlir” cavabı alınarsa, atıcı “Qarovul rəisi (qarovul rəisinin köməkçisi) yanıma, o biriləri yerində dur” əmrini verir. lazım gəldikdə atıcı yaxınlaşan şəxsdən parolu və ya buraxılış rəqəmini soruşa və yaxud üzünə işıq salmasını tələb edə bilər. Yaxınlaşan şəxsin həqiqətən qarovul rəisi (qarovul rəisinin köməkçisi) olduğuna əmin olduqda atıcı digər bütün gələnlərin də öz yanına yaxınlaşmasına icazə verir.
Yaxınlaşan şəxs qarovul rəisi (qarovul rəisinin köməkçisi) olmadıqda və ya onun yanındakılar atıcının yerində qalmalarına dair tələblərini yerinə yetirmədikdə, atıcı qaydanı pozan şəxslərə “Dayan, atəş açacağam” sözləri ilə xəbərdarlıq etməlidir. Qaydanı pozan şəxslər bu tələbi yerinə yetirmədikləri halda atıcı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu “Qaydalar Toplusu”na müvafiq qaydada silahdan istifadə etməlidir.
Bütün hallarda şübhəli və ya naməlum şəxsin qadağan olunmuş əraziyə daxil olması barədə atıcı qarovul otağına və ya qarovul rəisinə dərhal məlumat verməli və qanun pozuntusuna yol verən şəxsi saxlamalıdır (saxlamağa çalışmalıdır). Atıcı qanun pozuntusuna yol verən şəxsi yaxalayarkən qarovul otağına və ya qarovul rəisinə məlumat verə bilmədikdə o, bu barədə qanun pozuntusuna yol verən şəxsi yaxaladıqdan sonra məruzə etməlidir.
Görülən tədbirlərə baxmayaraq qanun pozuntusuna yol verən şəxsə qaçmaq müvəffəq olduğu təqdirdə, atıcı posta və ona yanaşı olan ətrafa nəzarəti gücləndirməli, qarovul rəisi və ya qarovul rəisinin köməkçisi gəldikdə, baş vermiş hadisə barəsində onlara məruzə etməli, qanun pozuntusuna yol verən şəxsin əlamətləri və hərəkət istiqaməti barədə məlumat verməli və qarovul rəisi və ya qarovul rəisinin köməkçisinin tapşırığı ilə hərəkət etməlidir.
Qonşu post və ya mühafizə olunmayan ərazi vasitəsi ilə obyektdə daxil olmaq istəyən qanun pozuntusuna yol verən şəxs aşkar edildikdə, atıcı dərhal bu barədə qarovul rəisinə məruzə etməli və postuna nəzarəti davam etməklə qonşu postun atıcısına qanun pozuntusuna yol verən şəxsi yaxalamaqda köməklik etməlidir.
Postda yanğın baş verdikdə, atıcı dərhal bu barədə qarovul otağına və ya qarovul rəisinə və yaxınlıqdakı yanğınsöndürmə dəstəsinə xəbər verməli və postun mühafizəsini davam etmək şərti ilə ilkin yanğınsöndürmə vasitələrindən istifadə etməklə yanğının yayılmasının qarşısını almalıdır.
Atıcı qəfildən xəstələndikdə (yaralandıqda), qarovul rəisini və ya onun köməkçisini çağırmalı, onu əvəz edəcək atıcı gəlməyənədək postunu tərk etməməlidir.
Son dərəcə təxirəsalınmaz hallarda və ya rabitə vasitələrində nasazlıq olduqda atıcı qarovul rəisini və ya onun köməkçisini silahdan yuxarıya atəş açmaqla çağıra bilər.
Açıq anbarlarda xidmət aparan atıcı post tabelində göstərilən öhdəlikləri yerinə yetirir.
Oddan təhlükəli, partlayıcı, radioaktiv və tezalışan malların saxlanma yerlərində xidmət aparan atıcının yuxarıda qeyd olunanlardan əlavə olaraq aşağıdaki öhdəlikləri var:
Siqaret çəkməyə, ocaq qalamağa, atəş açmağa və post tabelində nəzərdə tutulmayan işıqlandırıcı cihazlardan obyektin yaxınlığında müəyyən edilmiş məsafədən yaxın yerdə istifadə etməyə yol verməmək;
Anbarlara (anqar, park və s.) post tabelində qadağan edilmiş geyimdə və ayaqqabıda, əşya, alışqanla, mobil telefonla, fənərlə, soyuq və ya odlu silahla daxil olmağa yol verməmək.
Atıcının mühafizə şəraitinə və hər obyektin müdafiəsinə dair xüsusi öhdəlikləri post tabelində göstərilir.
Obyektin perimetr boyu mühafizəsini aparan atıcı aşağıdakıları etməyə borcludur:
-Post tabelində göstərilmiş sahələrə nəzarət etmək;
-Perimetr boyu obyektə girmək və ya obyektdən çıxmağa cəhd edən şəxsləri saxlamaq və bu barədə dərhal qarovul otağına və ya qarovul rəisinə məlumat vermək;
-Hasardan mühafizə olunan obyektə hər hansı bir əşyanı atmağa cəhd göstərən şəxsləri saxlamaq və bu barədə qarovul rəisinə məlumat vermək, qarovul rəisinin və ya onun köməkçisinin gəlişinə qədər bu əşyaların toxunulmazlığını təmin etmək;
-Mühafizə olunan obyektin ərazisində, qadağan olunmuş sahələrdə və perimetr boyu hasarın yaxınlığında təsərrüfat işlərinin aparılmasına icazə verməmək;
-Obyektlərin mühafizəsinə dair müqavilədə nəzərdə tutulmuş məsafədə hər hansı bir material, məhsul və tullantıların yığılmasına, zibil atılmasına yol verməmək.
Partlayıçı maddələr, zəhərli, radioaktiv və oddan təhlükəli materialların saxlandığı anbarların mühafizəsini həyata keçirən atıcı aşağıdakıları etməyə borcludur:
-Xüsusi buraxılış vərəqəsi olmayan və ya qarovul rəisi tərəfindən müşayiət olunmayan şəxsləri anbarın ərazisinə buraxmamaq;
-Anbar və ona birləşmiş ərazilərdə yanğın təhlükəsinin yaranmamasına nəzarət etmək;
-Darvazaların daimi kilidli və ya qıfıllı (həmin darvazalara plombların vurulması nəzərdə tutulubsa, onlara da nəzarət etmək) olmasına nəzarət etmək;
-Anbarın qapılarında olan qıfıl, kilid, damğa (plomb) və möhürlərin, onların vurulduğu ip və zəncirlərin mövcudluğuna, sazlığına və zədədən qorunmasına nəzarət etmək;
-Təhlükəsizlik qaydaları barədə anbara gələn şəxslərə məlumat vermək;
-Müvafiq icazə olmadan anbarın və ona birləşən ərazinin foto, video və topoqrafik çəkilişlərinin aparılmasına yol verməmək.
-Partlayış və oddan təhlükəli anbarlara giriş yalnız təlimatlarda nəzərdə tutulmuş xüsusi geyimdə, silah və alışdırıcı vasitələr, o cümlədən səyyar rabitə vasitələri anbardan çöldə mühafizəyə təhvil verildikdən sonra həyata keçırılə bilər.
-Xüsusi təhlükəli xammalın nəqliyyat vasitələri ilə daşınması zamanı mühafizəni həyata keçirən atıcılar ilk növbədə partlayıcı, zəhərləyici və radioaktiv, oddan təhlükəli materiallar ilə davranış qaydalarını bilməlidirlər.
Xüsusi təhlükəli xammalın avtomobil nəqliyyatı ilə daşınması zamanı atıcı aşağıdakıları etməyə borcludur:
-Nəqliyyat vasitəsini mühafizəyə qəbul edərkən xüsusi təhlükəli xammalın təlimata müvafiq olaraq qablaşdırılmasını yoxlamaq, eləcə də nəqliyyat vasitəsinin və sürücünün reysə hazır olub-olmadığını aydınlaşdırmaq;
-Nəqliyyat vasitəsinin banında xüsusi təchiz olunmuş yerdə mühafizəni aparmaq və yalnız təsdiq olunmuş marşrut ilə hərəkət etmək;
-Daşınma planında nəzərdə tutulmuş dayanacaqlar istisna olmaqla təyinat yerinə qədər nəqliyyat vasitəsinin dayanmasına icazə verməmək;
-Dəmiryolu keçidləri və işiqforlarda kənar şəxsləri nəqliyyat vasitəsinə və daşınan xammala yaxın buraxmamaq;
-Texniki nasazlıq və ya təbii fəlakətlər nəticəsində yaranmış uzunmüddətli dayanmalar zamanı, bütün hallarda nəqliyyat vasitəsindən aralanmamaq, zəruri hallarda yükü müşayiət edən şəxs və ya sürücü vasitəsilə qarovul rəisi və ya yaxınlıqdakı polis orqanı ilə əlaqə yaratmaq;
-Yükün korlanması və ya məhv olması təhlükəsi yarandıqda, zəruri təhlükəsizlik tədbirlərinə riayət etməklə onun təhlükəsiz yerdə anbarlara yığılmasını təşkil etmək, bu barədə dərhal qarovul rəisi və ya yaxınlıqdakı polis orqanına məlumat vermək;
-Xüsusi təhlükəli malın yükləndiyi nəqliyyat vasitəsi ilə kənar şəxslərin daşınmasına yol verməmək.
Xüsusi təhlükəli xammalın dəmiryolu nəqliyyatı ilə daşınması zamanı atıcı aşağıdakıları etməyə borcludur:
-Mühafizə olunan xüsusi təhlükəli malın daşındığı vaqonların möhür və ştamplarının vəziyyəti, qıfılların etibarlılığını yoxlamaq, aşkar edilmiş nöqsanların aradan qaldırılmasına qədər vaqonu mühafizəyə qəbul etməmək;
-Vaqonların müşayiət sənədlərini yükə məsul olan vəzifəli şəxslərdən və ya növbəni təhvil verən atıcıdan qəbul etmək;
-Mühafizə olunan vaqonun hərəkəti zamanı əyləc meydançasında olmaq, yük üçün təhlükə yarada biləcək yanğın və ya digər hallar barədə dəmiryolu nəqliyyatında qəbul olunmuş siqnallar verməklə qatarı dayandırmaq;
-Qatar briqadasının üzvləri istisna olmaqla kənar şəxsləri əyləc meydançalarına buraxmamaq;
-Vaqonları qeydiyyat və texniki baxışdan keçirən dəmiryolçular istisna olmaqla dayanacaqlarda xüsusi təhlükəli malların daşındığı vaqonlara kənar şəxsləri yaxın buraxmamaq.
Atıcıların mühafizə olunan obyektlərin vacibliyi və xüsusiyyətlərdən irəli gələn xüsusi vəzifələri HMK-nın (əlahiddə qrup) rəisi tərəfindən konkretləşdirilir və post tabelində öz əksini tapır.
Postda atıcıya qadağan olunur:
-Xidmətdən yayınmaq və postu (patrul marşrutunu) özbaşına tərk etmək;
-Xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan kənar söhbətlər aparmaq;
-Kənar şəxsləri posta buraxmaq;
-Yatmaq, uzanmaq, oxumaq, mütaliyə etmək, telefon və s. smart tipli cihazlarla(smartfon, planşet, noutbuk, netbuk) məşğul olmaq(xidmətlə əlaqədar olmayan danışıqlar aparmaq, oyun oynamaq, mahnıya qulaq asmaq, filmə baxmaq, internet bağlantıları qurmaq və s.), siqaret çəkmək, alkoqollu içkilər, nar­ko­tik va­si­tə­lər və psi­xot­rop, toksik və digər zəhərli maddələr qəbul etmək;
-Səbəb olmadan silahı döyüş vəziyyətinə gətirmək (məsələn, qoburdan çıxarmaq), patronu güllə yuvasına ötürmək və məqsədsiz atəş açmaq;
-Xidməti telefondan kənar məqsədlər üçün istifadə etmək;
-Parolu (buraxılış rəqəmini) yaymaq;
-Sənədsiz (qaiməsiz) mal-material buraxmaq;
-Xidməti geyim formasının daşınması qaydalarını pozmaq.

Mövzu: 15. Yanğın zamanı atıcının vəzifəsi və qarovulun fəaliyyəti.


Məzmun:
Qarovulun bütün şəxsi heyəti aşağıdakıları bilməlidir:
-yanğın dəstələrinin obyektə çağırılması üsullarını;
-ilkin yanğınsöndürmə vasitələrinin, yanğın rabitəsi və siqnalizasiya vasitələrinin yerləşdikləri yeri, eləcə də onlardan istifadə qaydalarını.
Yanğın zamanı şəxsi heyət əvvəlcədən işlənib hazırlanmış plana əsasən fəaliyyət göstərməlidir. Planda aşagıdakılar nəzərdə tutulmalıdır:
-yanğın zamanı “Həyəcan” siqnallarının verilmə qaydaları;
-yanğın dəstələrinin obyektə çağırılma qaydaları;
-mühafizənin bütün növlərinin qarşılıqlı fəaliyyət göstərməsi qaydaları;
-yanğın yerinin təcrid olunması və qorunması, obyektin ərazisində qayda-qanunun dəstəklənməsinə dair tədbirlərin görülməsi;
-obyektdən çıxarılan mal-materialların, digər əmlakın və qarovul otağından çıxarılan silah və döyüş sursatlarının mühafizəsinin təşkil edilməsi qaydaları;
-zərərçəkənlərə ilkin yardım göstərilməsi və təxliyyəsinə dair tədbirlər.
Mühafizə olunan obyektdə, qarovul otağında və ya onun yaxınlığında baş vermiş yanğını görən qarovulun hər bir üzvü yanğın təhlükəsi haqqında qarovul rəisini dərhal məlumatlandıraraq “Yanğın” siqnalı verməlidir. Qarovul nəfəri əgər mümkündürsə və yanğının miqyası kiçikdirsə, yanğının qarşısını ilk növbədə öz gücü ilə və əlaltı vasitələrlə söndürməli və ya lokallaşdırmalıdır. Qarovul rəisi bu siqnala əsasən yanğın dəstəsini çağırmalı, qarovulu döyüş hazırlığına gətirərək, tabeçilikdə olduğu HMK-nin rəisinə, XNŞ-yə məruzə etməli və obyekt rəhbərliyinə məlumat verməlidir. Bundan sonra qarovul rəisi əvvəlcədən işlənib hazırlanmış plana müvafiq olaraq fəaliyyət göstərməlidir.

Mövzu: 16. Obyektə, posta, atıcıya, qarovul otağına hucum zamanı atıcının


vəzifəsi və qarovulun fəaliyyəti.
Məzmun:
Atıcıya, qarovul otağına və ya obyektə hücum zamanı qarovulun fəaliyyəti qətiyyətli olmaqla, hücumun qarşısının alınmasına və ya cinayətkarların saxlanılmasına yönəldilməlidir.
Obyektə “Hücum” və ya “Həyəcan” siqnalının verilməsi zamanı qarovul rəisi dərhal aşağıdakıları etməlidir:
-qarovulu döyüş hazırlığına gətirməli, obyektin mühafizəsinin gücləndirilməsinə dair tədbirlər görməli və dərhal tabeçilikdə olduğu HMK-nin rəisinə, XNŞ-yə və obyektin rəhbərliyinə hücum barədə məlumat verməli;
-əməkdaşların və nəqliyyat vasitələrinin obyektə buraxılışını və onların obyektdən çıxışını dayandırmalı;
-qarovul otağının mühafizəsini gücləndirməli;
-оbyektə hücumun qarşısının alınması və cinayətkarların saxlanmasına dair zəruri tədbirlər görməli;
-hücumun qarşısı alındıqdan sonra, bu barədə tabeçilikdə olduğu HMK-nin rəisinə məruzə etməli və obyektin mühafizəsi ilə bağlı qarovulun sonrakı fəaliyyətini müəyyənləşdirməlidir.

Mövzu: 17. Təbii fəlakət, epidemiya, epizootiya və mülki-müdafiənin tətbiqi


zamanı atıcının vəzifəsi və qarovulun fəaliyyəti.
Məzmun:
Fövqəladə hallar zamanı HMK (əlahiddə qrup) asayişin mühafizəsi və təşkilatçılıq tədbirlərinin təmin olunması məqsədi ilə, obyektdə formalaşdırılmış mülki müdafiə dəstəsi ilə qarşılıqlı fəaliyyət göstərməlidir. Bu zaman HMK mühafizə olunan obyektin əməkdaşlarının hesabına gücləndirilə bilər.
Fövqəladə hallar zamanı asayişin mühafizəsi və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə HMK-nın (əlahiddə qrupun) əsas vəzifələri aşağıdakılardır:
-Dövlət və xüsusi əmlakın mühafizəsi;
-Obyektdə asayişin qorunmasını və işçilərin mülki müdafiə siqnallarına vaxtında riayət etmələrinə yardım göstərilməsi;
-İşıq maskalanması rejiminə riayət olunmasına nəzarət;
-Dağıntı ocaqlarında xilasetmə və təxirəsalınmaz qəza-bərpa işlərinin yerinə yetirildiyi ərazilərdə buraxılış rejimini təmin etmək.
Karantin elan edilmiş mühafizə olunan obyektlərin ərazisində rejim tədbirlərinin təmin edilməsi bir qayda olaraq, karantin elan edilən anda həmin ərazidə yerləşmiş qarovulun qüvvə və vasitələri hesabına həyata keçirilir.
Qarovulun hər bir üzvünə profilaktik peyvəndlər edilir, xüsusi mühafizə vasitələri verilir və onlardan istifadə qaydaları izah edilir.
Yoluxma mənbəyində xidmətin aparılması qaydası və davamiyyət vaxtı xüsusi tibbi xidmətlə razılaşdırmaq yolu ilə Tİ-nin rəisi tərəfindən müəyyən edilir.
Qarovul, mühafizə olunan obyektdə yaranmış konkret şəraitdən asılı olaraq mühafizə olunan obyektin rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış plan əsasında fəaliyyət göstərməli və xüsusi tibbi xidmət ilə qarşılıqlı əlaqə saxlamalıdır.

Mövzu:18. Obyektdə partlayış və qəza zamanı atıcının vəzifəsi və qarovulun fəaliyyəti


Məzmun:
Obyektdə qəza hadisəsi baş verdikdə qarovul rəisi qəza hadisəsinin miqyasını qiymətləndirməlidir və qəza nəticəsində baş verə biləcək fəsadlara uyğun olaraq hərəkət etməlidir.
Baş vermiş qəza hadisəsi ağır fəsadlarla nəticələnmirsə, obyektin işinə maneçilik törətmirsə və insanların həyatı üçün təhlükə yaratmırsa, qarovul rəisi qəza hadisəsinin nəticələrinin aradan qaldırılması üçün müvafiq göstəriş verməlidir.
Obyektdə partlayış və ya ağır qəza hadisəsi baş verdikdə qarovul rəisi dərhal:
-qarovulu döyüş hazırlığına gətirməli;
-tabeçilikdə olduğu HMK-nin rəisinə, XNŞ-yə və obyekt rəhbərliyinə hadisə haqqında məlumat verməli;
-istintaq orqanlarının nümayəndələrinin və obyekt rəhbərliyinin hadisə yerinə gəlişinə qədər partlayış və ya qəza rayonunu təcrid etməli;
-əmlakın xilası və mühafizəsi ilə bağlı, eləcə də zərərçəkmişlərə ilk yardım göstərilməsi və zəruri hallarda onların təxliyyə edilməsi üzrə tədbirlər görməlidir.

Mövzu: 19. Qarovul xidməti.


Məzmun:
Qarovulun xidməti iş qrafiki ilə müəyyən edilmiş növbəlilik üzrə aparılır.
Qarovul növbələri hər 12 saatdan bir dəyişməlidir (sutka ərzində iki qarovul xidmətə cəlb edilir).
İş qrafiki hər təqvim ayının sonunda növbəti təqvim ayı üçün HMK-nın (əlahiddə qrup) rəisi tərəfindən tərtib edilir, HİK ilə razılaşdırılmaqla Tİ-nin rəisi tərəfindən təsdiq edilir.
İş qrafiki ilə yanaşı hər qarovul üçün aşağıda göstərilən sənədlər hazırlanır:
-qarovulun şəxsi heyətinə keçirilən təlimatın mövzuları;
-postların yerləşməsi barədə sxem;
-postlar üzrə cədvəl (post cədvəli);
-postlar üzrə tabel (post tabeli, hər post üçün ayrıca tərtib edilir);
-qarovul rəisinin vəzifə təlimatı;
-atıcının vəzifə təlimatı;
-fövqəladə hallar zamanı növbədə olan qarovulun fəaliyyətinə dair “Təlimat” və “Həyəcan” siqnalına aid olan sənədlər;
-MTMV üzrə sənədlər.
Qarovulun şəxsi heyətinə keçirilən təlimatların mövzuları Tİ XNŞ-də hazırlanaraq MTKD-nin rəisi tərəfindən təsdiq edildikdən sonra Tİ-nin HMK-sına (əlahiddə qrupa) təqdim olunur.
Post tabellərinə hər qarovulun tərkibində olan mühafizə postlarının yerləşməsi barədə sxemlər əlavə olunur.
Postların yerləşməsi sxemində aşağıda qeyd olunanlar göstərilməlidir:
-postların sərhədləri və qadağan edilmiş zonalar;
-qadağa zonalarının sərhədləri və sədlərin növü;
-MTMV ilə təchiz edilmiş obyektlər;
-nəqliyyat vasitələri ilə təchiz olunan patrulların marşrutu;
-atıcıların postlara getmə marşrutu;
-səngərlərin, müşahidə qüllələrinin, rabitə vasitələrinin, yanğınsöndürmə qurğularının, vasitələrinin və lövhələrinin postlarda yerləşdirilməsi;
-postların ərazisində yerləşən ən təhlükəli yollar.
Qarovulun xidməti fəaliyyətini əks etdirən post cədvəli bu “Qaydalar Toplusu”nda qeyd olunmuş nümunəyə əsasən Tİ HMK-nın (əlahiddə qrup) rəisi tərəfindən hər qarovul üçün ayrıca tərtib edilərək müvafiq qarovul rəislərinə təqdim olunur. Post cədvəlində:
-müvafiq komandanın (əlahiddə qrupun), qarovulun nömrəsi, ayın tarixi, ili və xidmətə gələn qarovul rəisinin soyadı, adı və atasının adı;
-obyektlərin mühafizəsi üçün təyin edilmiş postların nömrələri, sayı və növü;
-postların dislokasiya üzrə adları;
-postların plan-faktiki üzrə bağlanma və yekun saatları;
-təlimatın mövzusu, təlimatı keçən vəzifəli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi və təlimatın keçirilmə vaxtı;
-qarovul xidmətinin yoxlanma saatı və obyektin vəziyyəti;
-xidmətə cəlb olunan atıcıların soyadı, adı, atasının adı, xidmətin icra olunma vaxtı və postların nömrələri;
-postda, ehtiyatda, naharda və postda cəmi xidməti saatlar;
-mühafizə olunan obyektlərin, MTMV-nin, əmlakın, xidməti sənədlərin və qarovul silahının təhvil-təslimi;
-anbarların, anqarların, park və s. açılması və bağlanması;
-qəza və yanğın (nə zaman, harada baş vermişdir və səbəbi qeyd olunur);
-xidmət zamanı qeydə alınmış çatışmazlıqların aradan qaldırılması üçün görülmüş tədbirlər barədə müvafiq qeydlər aparılır.
Post cədvəlinə müvafiq komandanın (əlahiddə qrupun) və növbənin nömrəsi, ayın tarixi və ili, xidmətə gələn atıcıların soyadı, adı, atasının adı, tarix və gəlmə-getmə saatları və imzaları, texniki təhlükəsizlik üzrə təlimatın mövzuları, komanda (əlahiddə qrup) və qarovul rəislərinin imzaları, eləcə də növbə ərzində icazə verilmiş atıcı barədə qeydləri əks etdirən “Əlavə” blankı əlavə olunur.
Post tabelində aşağıda qeyd olunanlar öz əksini tapır:
-qarovulun, postların nömrələri, sayı və növü;
-mühafizə olunan obyektlər və onların adları (anbarların, anqarların və s. qapılarına vurulan möhür və plombların növü, nömrəsi, qıfıl və kilidlərin sayı);
-atıcının postda əlaqə vasitələri ilə məruzə müddətini nəzərə almaqla xüsusi vəzifələri;
-postda xidmət aparan atıcının müşahidə qülləsindən nəzarət aparmasına müəyyən edilən vaxt;
-kənar şəxslərin postun ərazisinə (sərhədinə) yaxınlaşmasına qadağa qoyulan məsafə;
-posta, qonşu posta basqın və postun ərazisində yanğın zamanı atıcının hərəkətləri;
-postun ərazisində olan MTMV-nin təyinatı və sayı;
-hər bir postda silahın tətbiqi qaydaları.
Qarovul rəisinin vəzifə təlimatında :
-qarovulun məqsədləri;
-qarovula tapşırılmış obyektlərin mühafizə və müdafiəsi zamanı qarovul rəisinin xüsusi vəzifələri;
-obyektlərin (MTMV ilə təchiz edilmiş obyektlər daxil olmaqla) mühafizəyə götürülməsi və təhvil verilməsi zamanı qarovulun səlahiyyətli şəxslərinin fəaliyyəti qaydaları;
-qarovulun yoxlanılma qaydası;
-pis hava şəraitində və gecə saatlarında obyektlərin mühafizəsinin gücləndirilməsinə dair tədbirlərin görülməsi;
-MTMV-nin sıradan çıxması və ya qəfildən işə düşməsi zamanı qarovulun hərəkətləri;
-fövqəladə hallar və həyəcan siqnalı zamanı növbədə olan qarovulun hərəkətləri;
-silahların və döyüş sursatlarının saxlanılma və həmin qutuların açılma qaydaları müəyyən edilir.
Atıcının vəzifə təlimatında:
-mühafizə olunan obyektin müdafiəsinə və mühafizəsinə hər zaman hazır olması;
-xidməti hazırlığını artırmağa və xidməti vəzifələrini vicdanla yerinə yetirmə;
-mühafizə rejimini pozan və dövlətin əmlakını dağıdan şəxslər ilə mübarizədə tələbkar, təşəbbüskar və prinsipial olması;
-nizamlı və intizamlı olması;
-dövlət və xidməti sirri açmaması;
-xüsusi vəzifələrini və qonşu postların yerini bilməsi;
-posta gələrkən postun inventarını, mühəndis-texniki mühafizə (işıqlandırma, hasarlanma, rabitə, siqnalizasiya) və yanğınsöndürmə vasitələrinin, mühafizəyə götürülən otaqların pəncərə və qapılarının, anbarların, kilid, möhür və damğalarının (plomblarının) vəziyyətini yoxlamağa, nöqsanlar barədə dərhal qarovul rəisinin məlumatlandırılması və onun göstərişinə əsasən hərəkət etməsi və s. barədə qaydalar müəyyən edilir.
Fövqəladə hallar zamanı növbədə olan qarovulun fəaliyyəti “Təlimat”ında:
-fövqəladə hallar zamanı qarovul rəisinin vəzifələri;
-yanğın zamanı qarovulun fəaliyyəti;
-obyektdə partlayış və ya qəza hadisəsi zamanı qarovulun (ayrıca postun) fəaliyyəti;
-obyektə, posta (atıcıya), qarovul otağına hücum zamanı qarovulun (ayrıca postun) fəaliyyəti;
-mülki müdafiənin tətbiqi zamanı qarovulun vəzifələri;
-obyektdə partlayıcı, şübhəli şəxs (rəqib) və oğurluq halı aşkar edildikdə qarovulun fəaliyyəti müəyyən edilir.
Fövqəladə hallar zamanı həyəcan siqnalına aid olan sənədlər aşağıdakılardır:
-fövqəladə hallar zamanı şəxsi heyətə “Həyəcan” siqnalının çatdırılma sxemi;
-fövqəladə hallar zamanı şəxsi heyətin obyektə çağrılma və toplanma mexanizmi;
-fövqəladə hallar zamanı atıcıların postlara çatdırılma sxemi;
-fövqəladə hallar zamanı postların gücləndirilməsi sxemi.
Fövqəladə hallar zamanı növbədə olan qarovulun fəaliyyətinə dair ”Təlimat” və “Həyəcan” siqnalının verilməsinə aid olan sənədlər qarovul rəisinin otağında dəmir seyfdə bağlı və möhürlənmiş qovluqda saxlanılır. Sənədlərin ikinci nüsxəsi komanda (əlahiddə qrup) rəisinin otağında bağlı və möhürlənmiş qovluqda saxlanılır.
MTMV üzrə sənədlər - təlimatdan (obyektlərin mühafizəyə götürülməsi və təhvil verilməsi qaydaları, aparatlara nəzarətin həyata keçirilməsi, həmçinin MTMV işə düşməsi və ya sönməsi nəticəsində davranma qaydaları barədə göstərişlərdən), MTMV ilə təchiz edilmiş mühafizə olunan obyektlərin siyahısından (postun nömrəsi, obyektin adı, obyektin mühafizəyə götürüldüyü və təhvil verildiyi vaxt, quraşdırılmış vasitələrin texniki vəziyyəti barədə, işə düşməsinin yoxlanılması vaxtı və onların vəziyyəti barədə qeyd, MTMV işədüşmə vaxtı və yeri və görülmüş tədbirlər) və obyektdə quraşdırılmış MTMV istismarı barədə təlimatdan ibarətdir.
Postların dislokasiyasında edilmiş dəyişikliklər barədə qarovul rəisi vaxtında məlumatlandırılmalıdır.

Mövzu:20. Qarovulun təyinatı və növləri. Post nədir? postun təyinatı və növləri. Əlahiddə post barədə məlumat.


Məzmun:
Obyektlərin, onların balansında olan binaların, tikililərin, qurğuların, ərazilərin və akvatoriyaların, nəqliyyat vasitələrinin, yüklərin, pul vəsaitlərinin və sair əmlakın qorunması, eyni zamanda onların daşınması, mühafizəsi, müdafiəsi o cümlədən, obyektlərdə nəzərdə tutulan buraxılış rejimi və obyektdaxili rejim qaydalarını təmin etmək və təxirəsalınmaz məsələləri icra etmək üçün silahlı və ya silahsız bölmə - qarovul təyin olunur.

Qarovulun xidməti iş qrafiki ilə müəyyən edilmiş növbəlilik üzrə aparılır.Qarovul növbələri hər 12 saatdan bir dəyişməlidir (sutka ərzində iki qarovul xidmətə cəlb edilir).


İş qrafiki hər təqvim ayının sonunda növbəti təqvim ayı üçün HMK-nın (əlahiddə qrup) rəisi tərəfindən tərtib edilir, HİK ilə razılaşdırılmaqla Tİ-nin rəisi tərəfindən təsdiq edilir.


Qarovulun şəxsi heyəti bilavasitə qarovul rəisinə, HMK (əlahiddə qrup) rəisinə və onları təyin etmiş Tİ-nin rəisinə (Tİ rəisinin işdə olmadığı hallarda müavinlərinə) tabedir.Daxili xidmət qaydalarına əsasən, qarovul təlimatlandırıldıqdan sonra xidmətə daxil olur və xidmətin başa çatması barədə göstəriş olduqdan sonra tabeçilikdən çıxır.


Obyektin mühafizəsi üzrə dörd və daha çox 24 saatlıq (sutkalıq) mühafizə postu təşkil olunduğu hallarda qarovul təyin olunur və obyektin mühafizəsini qarovul hesabı ilə təmin edən hərbiləşdirilmiş bölmə mühafizə komandası adlanır.


Qarovullara bilavasitə komanda rəisinə (onun işdə olmadığı hallarda müavininə) tabe olan qarovul rəisləri başçılıq edirlər.


Qarovul xidmətinin aparılması döyüş tapşırığı olub xidmətdə olanlardan hazırkı qaydalara ciddi əməl etməklə, yüksək həssaslıq və sayıqlıq, qətiyyət və qırılmaz iradə, təşəbbüskarlıq tələb edir. Mühafizə olunan obyektin xüsusiyyətindən, MTMV ilə təchiz edilməsindən, mühafizə postlarının sayı və növündən, eyni zamanda obyektin etibarlı mühafizəsini təmin edən digər şərtlərdən asılı olaraq qarovul tərkibi:


- qarovul rəisindən;
- postların və növbələrin sayına uyğun atıcılardan;
- zərurət olduqda isə qarovul rəisinin köməkçisi və nəqliyyat vasitələrinin sürücülərindən ibarətdir.
Post və patrulların gücləndirilməsinə zərurət yarandıqda Tİ rəisinin qərarına əsasən qarovulun tərkibinə ehtiyat qarovul daxil edilir. Mühafizə-əməliyyat şəraitinin dəyişməsi ilə əlaqədar qəflətən yaranan məsələlərin həllini təmin etmək məqsədi ilə yaradılan, tərkibi, yerləşdirilməsi və ondan ayrı-ayrı hallarda istifadə qaydaları Tİ rəisi tərəfindən müəyyənləşdirilən növbətçi dəstə ehtiyat qarovulu adlanır. Obyektlər və maddi dəyərlilərin mühafizəsinin, buraxılış rejimi və obyektdaxili rejim qaydalarının həyata keçirilməsi üçün komandaların tərkibindən qarovullar və qruplar təyin edilir. Qrupun tərkibində hər hansı bir bölmə yaradıla bilməz.
Qarovulların aşağıdakı növləri olur:
-xidmətaparma müddətinə görə - müvəqqəti və daimi;
-xidmətaparma üsuluna görə - daxili, çevik, qarışıq və müşayiət qarovulları.

Müvəqqəti qarovul - yüklərin yüklənməsi-boşaldılması və ya müvəqqəti anbara yığılması, yükün müxtəlif nəqliyyat vasitələri ilə daşınması zamanı müşayiətin təşkil edilməsi üçün mühafizə olunan obyektlərin rəhbərləri ilə birgə Tİ-nin rəisi tərəfindən təyin edilir. Müvəqqəti qarovul iş qrafikinə daxil edilmir.


Daimi qarovul - ona həvalə olunmuş obyektlərin, əmlakın bilavasitə (daimi) mühafizə və müdafiəsi, eləcə də obyektlərdə müəyyən edilmiş buraxılış rejimi və obyektdaxili rejim qaydalarının həyata keçirilməsi üçün təyin edilir və iş qrafiki ilə nəzərdə tutulur.
Daxili qarovul - bir təşkilatın obyektlərinin mühafizəsi və müdafiəsi, eləcə də həmin təşkilatda müəyyən edilmiş buraxılış rejimi və obyektdaxili rejim qaydalarının təmin edilməsi məqsədi ilə təyin edilir.
Çevik (səyyar) qarovul - böyük miqyaslı obyektlərin (neft kəmərləri və elektrik ötürücü xətləri) mühafizəsi və müdafiəsi üçün təyin edilir.
Qarışıq qarovul - idarələrin, binaların, tikililərin və böyük miqyaslı obyektlərin mühafizəsi və müdafiəsi üçün postları və ya patrulları ayrı qarovula ayırmaq məqsədə uyğun olmadıqda təyin edilir.
Müşayiət qarovulu - nəqliyyat vasitələrinin və yüklərin mühafizə və müdafiəsi üçün, həmçinin onların nəql edilməsi zamanı təyin edilir.
Qarovulun şəxsi heyəti xidmət zamanı müvafiq qaydada təsdiq edilmiş xüsusi xidməti geyimdə olmalı, döyüş vəziyyətində olan saz xidməti silah ilə silahlanmalı və xüsusi mühafizə vasitələri ilə təmin olunmalıdır.
Qarovul xidməti şəraitdən asılı olaraq yivli odlu silah (avtomat, tüfəng və ya tapança) və xüsusi mühafizə vasitələri (qandal, canqoruyucu jilet, rezin dəyənək) ilə silahlana bilər. Qarovulun döyüş güllələri ilə təmin olunma miqdarı hər avtomata və tapançaya iki dolu sandıq müəyyən edilir.
Obyektlərin - binaların, tikililərin, otaqların, qurğuların, avadanlıqların, maddi dəyərlilərin, nəqliyyat vasitələrinin, əmlakın, eləcə də müxtəlif vəzifələrin yerinə yetirildiyi sahənin mühafizəsi və müdafiəsi üçün ayrılmış yer və ya ərazi post adlanır. Postlar aşağıdakılara bölünürlər:
-yerləşməsinə görə - daxili və xarici;
-mühafizə üsullarına görə - çevik (səyyar) və stasionar;
-daimi və müvəqqəti.
Daxili post - obyektin perimetrinin daxilində, eləcə də idarələrin, binaların və ofislərin içərisində yerləşdirilir. Xarici post - isə obyektin perimetrindən kənarda müxtəlif vəzifələrin yerinə yetirilməsi üçün təyin edilir.
Daimi post - Sifarişçi təşkilatla bağlanmış müqavilə əsasında obyektlərin, onlara daxil olan binaların, tikililərin, qurğuların, ərazilərin, nəqliyyat vasitələrinin, yüklərin və sair əmlakın daimi qorunması, mühafizəsi və müdafiəsi üçün təyin edilir və postların dislokasiyasında öz əksini tapır.
Müvəqqəti post - istehsalat zərurəti ilə əlaqədar olaraq obyekt ərazisində müvəqqəti saxlanması üçün boşaldılmış yüklərə və ya mal-materiallara, yüklərin anbara yığılmasına və ya boşaldılmasına nəzarət olunması, eləcə də obyektin hər hansı bir ərazisinin müvəqqəti mühafizəsini həyata keçirmək üçün təyin edilir və postların dislokasiyasına daxil edilmir.
Mühafizə olunan obyektin xüsusiyyətlərindən asılı olaraq aşağıdakı növ postlar təyin edilir:
-Sutkalıq - 24 saatlıq;
-İki növbəli - 16 saatlıq (obyektin qeyri iş günlərində sutkalıq mühafizə);
-16 saatlıq - obyektin iş və ya qeyri iş günündən asılı olmayaraq 16 saatlıq xidmət;
-12 saatlıq - gündüz və yaxud gecə növbələrində;
- Bir növbəli - 8 saatlıq (yalnız obyektin iş günlərində 8 saatlıq xidmət).
-Postlarda atıcıların dəyişdirilməsi qaydaları HMK-nin (əlahiddə qrupun) rəisi tərəfindən müəyyənləşdirilir və təsdiq edilmiş qrafikə əsasən həyata keçirilir.
Obyektlərin bilavasitə mühafizə və müdafiəsi, obyektlərdə müəyyən edilmiş buraxılış rejimi və obyektdaxili rejim qaydalarının təmin edilməsi məqsədi ilə qarovulun tərkibində olan ehtiyat atıcılardan patrul təyin olunur. Patrula rəhbərlik növbədə olan və rəhbərlik qabiliyyətinə malik olan təcrübəli atıcılardan birinə həvalə olunur. Obyekt bir çəpərlidirsə, obyektin mühafizəsi onun daxilində və xaricində və ya daxili hissəsindən çəpər boyu patrul çəkməklə, həmçinin qüllədən nəzarət etməklə aparılır.Postlara təhkim olunmuş atıcılar obyektin etibarlı mühafizəsini təmin etmək üçün müəyyən edilmiş marşrut üzrə tələb olunan sürətlə piyada və qısa fasilələrlə hərəkət edərək vaxtaşırı ərazinin yoxlanılması və vəziyyət barədə rabitə vasitəsi ilə qarovul rəisinə məruzə etməklə xidmət aparırlar.
Əlaqədar obyektlərin mühafizə olunması üçün Tİ tərəfindən təyin olunmuş qarovulun və əlahiddə qrupun tərkibinə daxil olmayan bir və ya bir neçə atıcıdan ibarət xidməti dəstə əlahiddə (ayrıca) post adlanır.

Mövzu:21. Qarovulun dəyişdirilməsi. Qarovulun daxili qaydaları.


Məzmun:
Qarovulun dəyişdirilməsi vaxtı yerli şərait nəzərə alınmaqla müəyyən edilir. Bir qayda olaraq, qarovulların dəyişdirilməsi mühafizə olunan obyektin personalının iş növbəsinin bitməsi və ya başlanması ilə eyni vaxta düşməməlidir, xüsusilə də çox işçi heyəti olan obyektlərdə.
Qarovulun şəxsi heyətinin silah və döyüş sursatları, eləcə də xüsusi mühafizə vasitələri ilə təmin edilməsi bilavasitə postlara çıxmazdan əvvəl, “Silah və döyüş sursatlarının uçotu“ kitabında müvafiq qeyd və imza etməklə aparılır.
Təlimatdan sonra növbəyə çıxan (yeni) qarovul rəisi HMK-nın (əlahiddə qrupun) rəisinə məruzə edir: “Növbəni təhvil almaq üçün yeni qarovul hazırdır, qarovul rəisi (soyadı – Vəliyev)” və növbəni təhvil verən (köhnə) qarovul rəisi məruzə edir: “Qarovul növbəni təhvil verməyə hazırdır. Qarovul rəisi (soyadı - İmanov)”.
Məruzələrdən sonra qarovul rəisləri qarovul otağının girişindəki postda xidmət aparan (əgər atıcı varsa) atıcını dəyişir.
Yeni növbənin qarovul rəisi qarovula xüsusi geyimi geyinmək və post cədvəlində qeyd edilmiş silahları və xüsusi mühafizə vasitələrini almaq əmrini verir.
Köhnə qarovul rəisi yeni növbənin silahını və döyüş sursatlarını (qarovul otağında mövcud olan) təhvil verir, yeni növbənin qarovul rəisi isə silah və döyüş sursatlarının miqdarını, silahların nömrələrini qarovul otağındakı “Silah və döyüş sursatlarının uçotu“ kitabındakı qeydlərə uyğun yoxladıqdan sonra həmin kitabda müvafiq qeydlər apararaq qarovulun yeni növbəsinin silah və döyüş sursatlarını təhvil alır. Sonra növbəni düzür və “Bir-bir, sağ tərəfdən – SİLAHI DOLDUR!” əmrini verir və silahın doldurulma və təhlükəsizlik qaydalarına riayət olunmasına şəxsən nəzarət edir. Silah doldurulduqdan sonra, qarovul üzvü “Silahın doldurulduğu və qoruyucu vəziyyətində saxlandığı” barədə məruzə edərək, silahı qobura qoyub geriyə bir addım atır.
Silah doldurulduqdan sonra yeni növbənin qarovul rəisi qarovulun şəxsi heyətinə dəyişdirici jetonlar verir və qarovulun qarşısında duran məsələləri açıqlayır:
-hansı post mühafizəyə alınmalıdır;
-posta tərəf və geriyə hərəkətin marşrutu;
-postu təhvil alan zaman nəyə diqqət yetirməlidir.
Sonra yeni qarovul rəisi “Növbə, postlara tərəf addımla, İrəlİ!” əmrini verir və növbə postlara getdikdən sonra yeni qarovul rəisi (və ya onun köməkçisi) ehtiyatda qalan şəxsi heyətə mühafizə olunan obyektlərə və ya qarovul otağına hücumun dəf edilməsi, o cümlədən fövqəladə hallar zamanı görüləcək işlər barədə tapşırıqlar verir.
Köhnə qarovulun şəxsi heyyəti növbəni təhvil verdikdən sonra təhlükəsizlik qaydalarına ciddi riayyət etməklə silahların boşaldılmasını həyata keçirir. Köhnə qarovul rəisi “Bir-bir sağ tərəfdən – SİLAHI BOŞALT!” əmrini verir.
Bu əmrlə sağ cinahda olan atıcı irəli addım ataraq, qarovul rəisi köməkçisinin nəzarəti ilə patron darağını silahdan ayıraraq dolu sandığı çantaya qoyur və silahı qoruyucudan çıxararaq çaxmaq çərçivəsini geriyə çəkərək “Silah baxış üçün hazırdır” deyərək məruzə edir. Qarovul rəisinin köməkçisi silaha baxış keçirdikdən sonra atıcı tətiyi basaraq “Siılah boşaldıldı” deyərək məruzə edir, sonra silahı qoruyucuya qoyur və sonda qayışa vəziyyətinə salır (qobura qoyur) və geriyə addım ataraq öz yerinə keçir.
Bu qayda ardıcıllığı ilə qarovulun bütün şəxsi heyəti silahını boşaldır. Bundan sonra yeni qarovul rəisinin şəxsi nəzarəti altında köhnə qarovul rəisi növbənin silahlarını və döyüş sursatlarını təhvil verir və kitabda müvafiq qeydlər aparır.
Köhnə qarovulun rəisi təhvil verir, yeni qarovul rəisi isə silah və döyüş sursatlarını, xüsusi mühafizə vasitələrini, MTMV-ni, rabitə vasitələrini və sənədləri siyahı üzrə qəbul edir.
Köhnə qarovul rəisinin köməkçisi (əgər varsa) qarovul otağını, avadanlığı, inventarı və digər əmlakı siyahı üzrə təhvil verir, yeni qarovul rəisinin köməkçisi (əgər varsa) isə qəbul edir.
Təhvil-təslim bitdikdən sonra hər iki qarovulun rəisi köhnə qarovulun post cədvəlinin müvafiq yerində imza edir, eyni zamanda yeni qarovulun rəisi növbənin qəbulu zamanı aşkar edilmiş bütün çatışmazlıqlar barədə orada qeydlər edərək müvafiq akt tərtib edir. Sonra təhvil-təslim və təhvil-təslim zamanı aşkarlanmış çatışmaqlıqlar barədə HMK-nın (əlahiddə qrupun) rəisinə məruzə edirlər (əlahiddə qruplarda təhvil-təslim atıcıların özləri tərəfindən və ya qrup rəisinin iştirakı ilə həyata keçirilir).
HMK-nin (əlahiddə qrup) rəisi post cədvəlinin düzgün tərtib edildiyini və doldurulduğunu yoxlayır və sonradan onu imzalayır. Bundan sonra şübhəli şəxslərin saxlanılmasının qeydiyyatı, silah və döyüş sursatlarının uçotu kitablarında, eləcə də xüsusi mühafizə vasitələrinin təhvil-təslim jurnalında edilən qeydləri nəzərdən keçirir və növbənin təhvil-təslim olunmasına dair müvafiq qərar qəbul edir və nəticədən asılı olaraq müvafiq göstərişlər verir.
Əlahiddə qrupda növbənin təhvil-təslimi atıcılar tərəfindən aparılır və bu barədə qrup rəisinə məruzə edilir.
Dəyişdirilmiş qarovulun silahının təmizlənməsi qaydası HMK-nin (əlahiddə qrup) rəisi tərəfindən müəyyən edilir.
Dəyişdirilmiş qarovulun şəxsi heyəti həmin gün işdən və başqa işlərdən (təlimlərdən, məşqlərdən) azad edilir.
Fövqəladə hallar zamanı qarovulun dəyişdirilməsi döyüş və səfərbərliyə hazırlıq planına uyğun olaraq həyata keçirilir. HMK-nın (əlahiddə qrup) rəisi tərəfindən keçirilən qısa təlimatdan sonra qarovul qısaldılmış müddət ərzində dəyişdirilir. Postların sayı, qarovulun xüsusi vəzifələri fövqəladə hallar zamanı tərtib edilən sənədlərdə öz əksini tapmalıdır.
Qarovulun mühafizə olunan obyektdən çıxarılması Tİ rəisinin yazılı əmrinə əsasən HMK-nin (əlahiddə qrup) rəisi tərəfindən həyata keçirilir. Qarovulun çıxarılması barədə müvafiq akt tərtib edilir, orada mühafizə olunan obyektdə, qarovul otağında və postlarda olan avadanlığın və inventarın təhvil-təslimi əks etdirilir.
Qarovul rəisləri tərəfindən hər dəfə qarovul növbələrinin təhvil-təslimi barədə XNŞ-yə məlumat verilir və bu barədə qarovul rəisinin müvafiq kitabında qeydlər aparılır.
Qarovul otağının daxili qaydaları “Qaydalar Toplusu” ilə müəyyən edilir.
Qarovul heyətindən heç kəs qarovul otağını qarovul rəisinin icazəsi olmadan tərk edə bilməz.
Avtomatlar və tapança xəzinəsiz, ön vəziyyətə gətirilmiş tətiklərlə, müxtəlif markalı tüfənglər isə boş vəziyyətdə seyflərdə (piramidalarda) saxlanılır. Xidmət aparan qarovulun silahı isə seyflərdə (piramidalar) qıfılla bağlı lakin möhürlənməmiş vəziyyətdə saxlanılır.
Seyfdə saxlanılan silah yalnız qarovul rəisinin və ya onun köməkçisinin icazəsi ilə verilir.
Qarovulun şəxsi heyətinə qarovul otağında baş geyimsiz, yarımkürksüz, isti gödəkçəsiz olmasına icazə verilir. Çıxarılmış baş geyimləri, yarımkürklər və isti gödəkçələr asılqanda olmalıdır.
Qarovul otağına daxil olan şəxslərlə qarovul rəisindən və onun köməkçisindən başqa, qarovulun şəxsi heyətinin ünsiyyətə girməsi qadağandır, onlar yalnız qarovulu yoxlamağa gələnlərin suallarına cavab verə bilərlər.
Növbə ərzində qarovul rəisinə 1 saatdan cox olmamaq şərti ilə; qarovul rəisinin icazəsi ilə:
-qarovul rəisinin köməkçisinə - 1 saatdan çox olmamaq şərti ilə;
-ehtiyatda olan atıcılara - 1,5 saat nahar fasiləsi üçün vaxt;
-atıcı-sürücülərə - 1,5 saatdan cox olmamaq şərti ilə nahar fasiləsi və gecə növbəsində olan atıcı-sürücülərə isə həmin müddətdə istirahət etmək üçün vaxt verilə bilər.
Qarovula “Qarovul, Silaha!” əmri verildikdə, qarovul otağında olan qarovulun şəxsi heyəti, baş geyimlərini geyinərək, öz silahlarını götürür və müəyyən olunmuş qaydada qarovul otağında düzlənir.
Yarımkürklər, isti gödəkçələr qarovul rəisinin xüsusi göstərişi ilə geyinilir.
Bütün hallarda qarovul qarovul otağından çıxarkən (yanğın və təbii fəlakət istisna olmaqla) orada qarovul rəisinin köməkçisi, o olmadığı halda isə atıcılardan biri qarovul otağında qalır.
Qarovul otağının və ona bitişik olan ərazinin təmiz saxlanılmasına və səliqəyə salınmasına, qızdırıcı və ya soyuducu cihazların elektrik şəbəkəsinə qoşulmasına (ayrılmasına) qarovul heyəti cavabdehdir. Bu öhdəliklərin qarovul tərəfindən yerinə yetirilməsinə və avadanlığın, əmlakın və ləvazimatların qorunmasına nəzarət qarovul rəisinin köməkçisi, o olmadığı halda isə qarovul rəisinin üzərinə qoyulur.
Gündəlik təmizlik işlərinin yerinə yetirilməsindən başqa, müvafiq xidmət sahələri tərəfindən qarovul otağında profilaktik dezinfeksiya aparılmasına Tİ rəisinin göstərişinə əsasən icazə verilir.
İlin soyuq aylarında qarovul otağının gündə iki dəfədən az olmayaraq havası dəyişdirilir. İlin isti aylarında qarovul otağının bir tərəfində olan nəfəsliklər və ya pəncərələr açıq saxlanılır. Qış aylarında qarovul otağında havanın temperaturu +18oC-dən aşağı olmamalıdır. Qızdırıcı cihazların qoşulması HMK-nın (əlahiddə qrup) rəisinin göstərdiyi vaxtdan gec olmayaraq başa çatdırılır. Qarovul heyətinin yeməyini qızdırmaq üçün və quruma otağındakı qızdırıcı vasitələrin qoşulmasına qarovul rəisi tərəfindən zərurət olduqda icazə verilir. İsti çay daim olmalıdır.
Qaranlığın düşməsi ilə əlaqədar qarovul otağında, dəhlizdə və ayaq yolunda tam, istirahət otağında isə novbətçi işıqlandırma olmalıdır.
Yaşayış məntəqələrindən kənarda yerləşən qarovul otaqlarında gecə vaxtı pəncərələr içəridən bağlanır.
Yaşayış məntəqələrindən kənarda yerləşən və mühafizəsində 10-dan çox sutkalıq post olan qarovulların otaqlarının girişində ehtiyat atıcılardan növbətçi təyin edilir.
Xüsusi obyektləri mühafizə edən və tərkibində beş gündəlik postdan az olan qarovullarda, HMK-nın (əlahiddə qrupun) rəisinin qərarı ilə qarovul otağının mühafizəsi üçün əlavə qarovul təyin edilə bilər.
Qarovul otağının qapıları daim bağlı saxlanmalı, etibarlı qıfılları və cəftələri, baxmaq üçün gözcük və çağırış üçün siqnalizasiya düyməsi olmalıdır.
Mühafizə olunan obyektlərin rəhbərlərinə mühafizənin xüsusi otaqlarından təyinatı üzrə istifadə edilməməsi, qarovul otağında və digər yerlərdə mühafizəyə və qarovula aid olmayan xidmətlərin, şöbələrin və digər işçilərin yerləşdirilməsi qadağandır.
HMK-nın (əlahiddə qrupun) xidməti otaqlarında təmizlik işlərinin aparılması mühafizə olunan obyektin kiçik xidmətçi personalı tərəfindən aparılır.
Qarovul otağında və bütün NBM-də elektrik xətlərinin zədələnməsi ehtimalına qarşı ehtiyat enerji mənbəyi quraşdırılmalıdır.
Qarovul otağına aşağıdakı şəxslər buraxılır:
-qarovulun tabe olduğu vəzifəli şəxslər;
-qarovul xidmətini yoxlamağa gələn şəxslər;
-avadanlıqda və rabitə vasitələrində yaranan texniki nasazlığın aradan qaldırılması üçün gələn şəxslər.
Qarovul otağına kənar şəxslərin girişi qadağandır.
Mühafizə olunan obyektlərin xüsusiyyətlərini nəzərə alaraq qarovul xidmətinin düzgün təşkil edilməsi və aparılması üçün Tİ-nin bütün qrup və komandalarında lazımi xidməti sənədlər tərtib olunur.
Bütün sənədlər bu “Qaydalar Toplusu”nun tələblərinə uyğun olaraq tərtib edilir.
Qarovul otağında aşağıdakı xidməti sənədlər olmalıdır:
-mövcud “Qaydalar Toplusu”;
-postların dislokasiyasının müəyyən edilməsinə dair birgə komissiyanın aktı;
-mühafizə olunan obyektin postlarının tabelləri;
-mühafizə olunan obyektin buraxılış rejimi və obyektdaxili rejimi qaydalarına dair əmri və ya təlimatı;
-qarovul rəisinin xüsusi vəzifələrinə dair təlimatı;
-fövqəladə hallar zamanı növbədə olan qarovulun hərəkətlərinə dair “Təlimat” və “Həyacan” siqnalına aid olan sənədlər;
-post cədvəli;
-MTMV vasitələrinin istifadəsi qaydalarına dair MTMV üzrə qarovul rəisi köməkçisinin təlimatı;
-postların (patrul marşrutlarının), MTMV-nın və s. göstərilməsi ilə mühafizə olunan obyektin sxemi;
-buraxılış vəsiqələrinin və vərəqələrinin bütün nümunələri, imzaların, möhürlərin, plombların nümunələri;
-anqarların və anbarların açılmasına icazəsi olan şəxslərin siyahısı;
-anqarların və anbarların açılmasına hüquq verən icazə vərəqələrinin nümunələri.
-“SOCAR tabeliyindəki müəssisə və təşkilatlarda buraxılış rejimi və obyektdaxili rejim qaydaları haqqında Nümunəvi Təlimat”;
-atıcının vəzifə təlimatı;
-qarovulun şəxsi heyətinə keçirilən təlimatın mövzuları.
-Sadalanmış sənədlərin qarovul otağında olması mütləqdir.
Qarovul xidmətinin sənədləri iki nüsxədə tərtib edilib ayrı-ayrı qovluqlara tikilir, onların bir nüsxəsi qarovul rəisində, ikinci nüsxəsi – HMK (əlahiddə qrup) rəisində saxlanılır. Qeyd olunan sənədlər kimdə qalmasından asılı olmayaraq dəmir seyflərdə saxlanılmalıdır.
Bundan başqa, post cədvəlləri, mühafizə olunan obyektin sxemi, buraxılışların, möhürlərin nüsxələri və qarovul heyətinin vəzifəli şəxslərinin funksional öhdəliklərindən çıxarışlar qarovul otağında divarda vurulmalıdır.
Qarovulda aşağıdakı kitablar, jurnallar və siyahılar olmalıdır:
-xidməti silahların, xüsusi vasitələrin və döyüş sursatlarının uçotu kitabı (obyektin mühafizə rəisində saxlanılır);
-MTMV-nin baxılması, təmiri və MTMV-nin siqnalizasiya sisteminin qəfil işə düşməsinin qeydiyyat jurnalı;
-mühafizə rejimini pozan şəxslərin saxlanılmasına dair qeydiyyat kitabı;
-MTMV-nin vəziyyətinin qeydiyyatı jurnalı;
-xüsusi vasitələrin, silahların və döyüş sursatlarınin siyahısı (nömrə və seriya göstərilmək şərti ilə).
Mühafizə postlarında aşağıdakılar olmalıdır:
-bütün NBM-də buraxılışların bütün nümunələri, imzaların, möhürlərin nümunələri (şüşəli çərçivədə);
-maddi dəyərlilərin daşınma üzrə sənədlərinin qeydiyyatı jurnalları;
-xüsusi rejimli obyektlərin və anbarların açılmasına hüquq verən icazə vərəqələrinin nümunələri;
-rabitə və siqnalizasiya vasitələri;
- post jurnalı;
-qarovul otağı və bütün postların əmlakının siyahısı;
-ilkin yanğınsöndürmə vasitələri;
-obyektin buraxılış rejimi və obyektdaxili rejim qaydalarına dair “Təlimat”.

Mövzu: 22.Qarovulun yoxlanılması. Qarovulu yoxlamağa səlahiyyəti olan şəxslər.


Məzmun:
Qarovul rəisi fasiləsiz olaraq qarovul xidmətinə rəhbərlik etməli və qarovulun şəxsi heyəti tərəfindən öz vəzifələrini düzgün və dəqiq icra etmələrini mütəmadi yoxlamalıdır. Atıcıların xidmətini gecə və gündüz 2 dəfədən az olmayaraq şəxsən yoxlamalı, post jurnalında və cədvəlində müvafiq qeydiyyatlar aparmalıdır. Hər hansı bir postun yoxlanılması zamanı, digər postu yoxlamadan onun post jurnalının müvafiq qeydlərin aparılması üçün həmin post köşkünə gətirilməsi qadağandır. Qarovulda, postlarda və mühafizə olunan obyektlərdə baş verən bütün fövqəladə hadisələr, buraxılış rejimi və obyektdaxili rejim qaydalarının pozulması halları barədə XNŞ-yə və tabe olduğu şəxslərə dərhal məlumat verməlidir.
Qarovulların yoxlanılmasında Tİ-nin bütün idarə heyəti iştirak edə bilər. Yoxlamalar Tİ rəisi tərəfindən təsdiq olunmuş xüsusi cədvəl əsasında planlaşdırılır.
Qarovulu tabe olduğu şəxslərdən başqa yoxlama hüququna malikdir:
-Tİ-nin rəhbərliyi;
-MTKD və XNŞ-nin rəhbərliyi;
-mühafizə olunan obyektlərin rəhbərləri - yalnız qarovulun tabe olduğu şəxslərin birgə iştirakı ilə.
“Qaydalar Toplusu”nun 12.3.-ün “a” bəndində qeyd olunan şəxslərdən Tİ-nin rəisi və müavinləri, MTKD və XNŞ-nin rəisləri və müavinləri istisna olmaqla, digərləri qarovul yoxlanmasına təyin olmaları haqqında Tİ rəisinin imzası və möhürü ilə təsdiq edilmiş müvafiq icazə sənədini qarovul rəisinə təqdim edir.
Bu sənəd əsasında onlara qarovulun yoxlanmasına birdəfəlik icazə verilir. Bu sənəd xidməti vəsiqə ilə birlikdə qarovul rəisinə təqdim olunur. Birdəfəlik olan bu sənəddə onun kimə verildiyi, məhz hansı qarovulların yoxlanması və yoxlamanın hansı müddət ərzində keçirilməsi göstərilir. Mühafizə xidmətinin fəaliyyətini yoxlamaq üçün gələn Daxili İşlər Nazirliyinin nümayəndələri qarovul rəisinə öz səlahiyyətləri çərçivəsində qarovulun yoxlanmasına icazə verən sənədi və vəsiqələri təqdim etməlidirlər. HMK-nın (əlahiddə qrupun) işçilərinin qanunlara riayət etmələrinə nəzarətə səlahiyyəti çatan prokurorluğun vəzifəli şəxsləri, qarovul rəisinə xidməti vəsiqələrini göstərməklə Tİ-nin vəzifəli şəxslərinin müşayiəti ilə üzərlərinə düşən vəzifələri icra edirlər.
Qarovul rəisi yoxlamada iştirak edən bütün şəxsləri müşayiət etməlidir. Atıcıların xidmətini yoxlayan şəxslər (atıcının tabe olduğu şəxslər istisna olmaqla) atıcılara, aşkar olunan qüsurlar barədə irad bildirməməlidirlər. Gözə çarpan bütün qüsurlar haqqında onları müşayiət edən şəxslərin nəzərinə çatdırmaqla onlara göstəriş verməlidirlər. Yoxlamanı həyata keçirən şəxslər yoxlamanın nəticələrini və göstərişlərini post cədvəlində qeyd edirlər. Qarovul rəisi yoxlamanın nəticələri barədə XNŞ-yə (HMK rəisinin iş vaxtlarında dərhal, digər hallarda isə sonradan) məruzə edir. Atıcıya və ya posta gizli yanaşmaq, onun silahını almağa cəhd göstərmək və sair bu tipli bədbəxt hadisəyə səbəb ola biləcək üsullarla qarovulda yoxlama aparmaq qəti qadağandır.
Bir qayda olaraq qarovullarda aşağıdakılar:
-qarovulun döyüş tapşırıqlarını bilməsi və qarovulun şəxsi heyəti ilə onların həyata keçirilmə bacarığı;
-qarovulun daxili intizamı, silah, döyüş sursatı və xüsusi vasitələrin dövriyyəsi, həmçinin avadanlıqların qorunması qaydalarına əməl edilməsi, mövcud sənədləşmənin vəziyyəti və post cədvəlində müvafiq qeydlərin düzgün aparılmasını;
-qarovul otağının və postların “Qaydalar Toplusu”nun tələblərinə uyğun olaraq təchiz edilməsi, nəqliyyat, MTMV, rabitə vasitələrinin və işıqlandırılmanın sazlığı yoxlanılır.

Mövzu:23. Nəzarət Buraxılış Məntəqəsində və buraxılış bürosunda xidmət aparan atıcının vəzifəsi.


Məzmun:
Obyektlərin, müəssisə və təşkilatların ərazisinə piyadaların və müxtəlif növ nəqliyyat vasitələrinin giriş və çıxışını təmin etmək, eləcə də maddi dəyərlilərin dövriyyəsinə nəzarəti həyata keçirmək üçün nəzarət-buraxılış məntəqələri nəzərdə tutulur.
Yaranmış şəraitdən asılı olaraq, qarovul rəisinin qərarına əsasən, buraxılış bürosunun növbətçisi nəzarət-buraxılış öhdəlikləri ilə əlaqəli olmayan digər postlarda da atıcı kimi xidmətə cəlb edilə bilər.
NBM-in növbətçisinin atıcılar üçün bu “Qaydalar Toplusu”nun 19-cu bölməsi ilə nəzərdə tutulmuş öhdəliklərdən əlavə olaraq aşağıdaki öhdəlikləri vardır:
Obyektdə müəyyən olunmuş buraxılış rejimi və obyektdaxili rejim qaydalarına (təlimat Tİ-nin rəisi ilə razılaşdırılır və obyekt rəhbəri tərəfindən təsdiq olunur) dair təlimatı bilmək və onun tələblərinə ciddi riayət etmək;
NBM-də buraxılış rejiminə nəzarət etmək üçün quraşdırılmış texniki mühafizə vasitələrindən düzgün istifadə etməyi bacarmaq;
Buraxılış vərəqələrinin surəti və müddəti, onları imzalamağa səlahiyyəti çatan şəxslərin imzaları və şəxsiyyəti təsdiq edən sənədlər barədə xəbərdar olmaq;
NBM-dən keçən şəxslərin sənədlərinin düzgün tərtib olunmasını yoxlamaq (istifadə və etibarlılıq müddətini, möhürləri, imzaları, NBM-də olan nümunələrlə uyğunluğunu, eyni zamanda sənədi təqdim edən şəxsin şəklinə və ya digər sənədinə görə uyğunluğu). Birdəfəlik buraxılış vərəqəsi təqdim etmiş şəxsləri şəxsiyyətini təsdiq edən sənədlər yoxlandıqdan sonra müvafiq qeydlər aparmaqla əraziyə buraxmaq;
Hər hansı maddi dəyərlilərin gətirilməsi-çıxarılması zamanı həmin maddi dəyərlər üçün təqdim olunmuş qaimə-faktura sənədində qeyd olunan maddi dəyərlilərin adlarının, miqdarının və sayının faktiki gətirilən və ya çıxarılan mal-materillarla, eyni zamanda qaimə-faktura sənədində qeyd olunmuş imzaların, möhür və ştampın NBM-də olan nümunələr ilə uyğunluğunu yoxlamaq;
Buraxılış rejimini pozmaqla və etibarsız sənədlərlə obyektə daxil olmağa və obyektdən çıxmağa cəhd göstərən şəxsləri saxlamaq və qarovul rəisinə məlumat vermək;
Kənar şəxslərin obyektə daxil olmasına və maddi dəyərlilərin qeyri-qanuni yollarla və ya hər hansı bir şəxsin şifahi tapşırığı ilə çıxarılmasına və ya gətirilməsinə yol verməmək.
Hər bir NBM postu üçün NBM növbətçisinin xüsusi öhdəlikləri mühafizə edilən obyektin rəhbəri tərəfindən təsdiq edilən buraxılış rejimi və obyektdaxili rejim qaydaları haqqında təlimatın tələblərinə uyğun müəyyən edilir.
Dəmiryolu nəqliyyatı NBM-də xidmət edən atıcı obyektə gələn dəmiryolu nəqliyyat vasitələrinin, nəqliyyatı müşayiət edən bütün şəxslərin buraxılış vərəqələrini, obyektdən çıxan zaman isə vaqon və lokomotivləri, onları müşayiət edən şəxslərin buraxılış vərəqələrini, yükə görə məsuliyyət daşıyan şəxslərin isə maddi dəyərlilərin daşınmasına dair sənədlərini yoxlamalıdır.

Mövzu:24. NBM-in təchiz olunduğu sənədlər. Post tabeli. Atıcının hərəkət marşrut sxemi.


Məzmun:
NBM aşağıdakı sənədlərlə təmin olunmalıdır:
-postun təhvil-təslim jurnalı;
-post tabeli;
-obyektdə müəyyən edilmiş buraxılış rejimi və obyektdaxili rejim qaydaları;
-maddi dəyərlilərin çıxarılması-gətirilməsi üzrə sənədlərinin qeydiyyatı kitabları;
-buraxılış vərəqələrinə qol çəkməyə hüququ olan maddi-məsul şəxslərin siyahısı və imzalarının nümunələri (obyekt rəhbərliyi tərəfindən təsdiq olunmuş);
-buraxılış vərəqələrinin nümunələri (obyekt rəhbərliyi tərəfindən təsdiq olunmuş);
-ştamp və möhürlərin nümunələri (obyekt rəhbərliyi tərəfindən təsdiq olunmuş);
-NBM-də xidmət aparan atıcının vəzifə təlimatı;
-NBM-də olan əmlakın siyahısı (HMK-nin (əlahiddə qrupun) rəisləri tərəfindən təsdiqlənmiş);
-qaimələrin nümunələri;
-baş verə biləcək qanun pozuntularının qarşısını almaq məqsədilə Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin yerli idarə və şöbələri, həmçinin, obyekt rəhbərliyi ilə əlaqə telefonları;
-obyektə daxil olan əcnəbi vətəndaşların qeydiyyatı jurnalı;
-obyektə daxil olan və obyektdən çıxan nəqliyyat vasitələrinin qeydiyyatı jurnalı;
-postun yerləşmə sxemi;
-NBM-də olan bütün sənədlərin siyahısı (HMK-nin və əlahiddə qrup rəisi tərəfindən təsdiqlənmiş);
-birdəfəlik buraxılış vərəqələrinin saxlanılması üçün qapağı möhürlənmiş qutu.

Post tabelində aşağıda qeyd olunanlar öz əksini tapır:
-qarovulun, postların nömrələri, sayı və növü;
-mühafizə olunan obyektlər və onların adları (anbarların, anqarların və s. qapılarına vurulan möhür və plombların növü, nömrəsi, qıfıl və kilidlərin sayı);
-atıcının postda əlaqə vasitələri ilə məruzə müddətini nəzərə almaqla xüsusi vəzifələri;
-postda xidmət aparan atıcının müşahidə qülləsindən nəzarət aparmasına müəyyən edilən vaxt;
-kənar şəxslərin postun ərazisinə (sərhədinə) yaxınlaşmasına qadağa qoyulan məsafə;
-posta, qonşu posta basqın və postun ərazisində yanğın zamanı atıcının hərəkətləri;
-postun ərazisində olan MTMV-nin təyinatı və sayı;
-hər bir postda silahın tətbiqi qaydaları.

Post tabellərinə hər qarovulun tərkibində olan mühafizə postlarının yerləşməsi barədə sxemlər əlavə olunur.


Postların yerləşməsi sxemində aşağıda qeyd olunanlar göstərilməlidir:
-postların sərhədləri və qadağan edilmiş zonalar;
-qadağa zonalarının sərhədləri və sədlərin növü;
-MTMV ilə təchiz edilmiş obyektlər;
-nəqliyyat vasitələri ilə təchiz olunan patrulların marşrutu;
-atıcıların postlara getmə marşrutu;
-səngərlərin, müşahidə qüllələrinin, rabitə vasitələrinin, yanğınsöndürmə qurğularının, vasitələrinin və lövhələrinin postlarda yerləşdirilməsi;
- postların ərazisində yerləşən ən təhlükəli yollar.

Mövzu:25.Postun təhvil-təslimi, parol, postu dəyişdirmə jetonu və buraxılış rəqəmi.


Məzmun:
Atıcıların postlarda sərbəst dəyişdirilməsi qarovul otağında qıfıl altında saxlanılan və postlara getməzdən əvvəl verilən dəyişdirici jetonlar vasitəsilə həyata keçirilir.
Atıcı və ya patrul tərəfindən təhkim olunduğu postda xidmətin başlanması postu təhvil verən atıcıya dəyişdirici jetonun verilməsi ilə postun mühafizəyə götürülməsi və bu barədə qarovul rəisinə məruzə edilməsi ilə müəyyən edilir.
Atıcı qarovul rəisi tərəfindən göstərilən istiqamət üzrə posta tərəf gedir və həmin istiqamət üzrə də postdan qarovul otağına qayıdır. Posta tərəf hərəkət zamanı atıcı patrulun vəzifə borcunu yerinə yetirir və çatdıqda postda xidmət aparan atıcıya özünü təqdim edir. Məsələn: “Bir saylı posta təhkim edilmiş atıcı Qədirov postu mühafizəyə götürməyə gəlmişdir”.
Sonra postda xidmət aparan atıcı mühafizənin xüsusiyyətlərini postu dəyişən atıcıya bildirir. Postu təhvil alan atıcı mühafizə olunan obyektin ərazisinə tam baxış keçirərək işıqlandırma sisteminin, yanğınsöndürmə vasitələrinin, rabitə vasitələrinin, hasarlanmanın, anbar və otaqların qapı-pəncərələrinin, kilid, qıfıl, möhür və plombların, MTMV-nin, postun xidməti sənədlərinin və avadanlığının, eləcə də xüsusi növbə geyiminin mövcudluğunu və sazlığını yoxlayır. Bundan sonra hər iki atıcı tərəfindən post jurnalında postun təhvil-təslimi barədə müvafiq qeydlər (imza) aparılır.
Atıcılar postun təhvil-təslim olunması barədə postu təhvil verən atıcı köhnə qarovul rəisinə, təhvil alan atıcı isə yeni qarovul rəisinə rabitə vasitələri ilə (daxili telefon və ya əldə daşınan radiostansiya) məruzə edirlər. Məsələn: “atıcı Abbasov 1 saylı postu təhvil verdi”, “atıcı Məmmədov 1 saylı postu təhvil aldı”.
Atıcılar postun təhvil-təslimi zamanı aşkarlanmış hər hansı bir nöqsan və çatışmazlıqlar barədə qarovul rəislərinə məruzə edir və onun göstərişinə əsasən hərəkət edirlər. Postların və növbənin təhvil-təslimi zamanı aşkarlanmış nöqsan və çatışmazlıqlar barədə müvafiq akt tərtib edilir və növbəni təhvil alan qarovul rəisi (əlahiddə qruplarda qrup rəisi) tərəfindən XNŞ-yə (HMK rəisinə və ya müavininə xidmətdə olduğu zaman dərhal, digər halda isə sonradan) məruzə edilir.
Xidməti başa vurmuş atıcı qarovul otağına gələrkən silahı, jetonu təhvil verir, postda olan və hərəkət istiqaməti boyu aşkar etdiyi pozuntular barədə köhnə qarovul rəisinə məruzə edir və köhnə qarovul üçün ayrılmış yerə gedir.
Qarovulun şəxsi heyəti postlardan qayıdarkən tapança istisna olmaqla, digər silahları boşaltdıqdan sonra qarovul rəisinin və ya onu əvəz edən şəxsin göstərişinə əsasən avtomatları (tüfəng) piramidaya (seyfə) qoyur, bu zaman sandıq (patron darağı) çantada qarovul üzvünün kəmərində qalır, tapança isə qobura ilə birlikdə silahın saxlanılması otağına təhvil verilir.
Atıcıların (patrulun) yeni postlara (patrulun hərəkət istiqamətlərinə) təhkim edilməsi, həmçinin ləğv edilən postlardan çıxarılması HMK və qarovul rəisi tərəfindən (əlahiddə qruplarda qrup rəisləri tərəfindən), Tİ rəisinin möhürlə təsdiq edilmiş yazılı əmrinə əsasən, mühafizə olunan obyektin rəhbərinin və ya onun təyin etdiyi şəxsin (şəxslərin) iştirakı ilə həyata keçirilir, atıcıların (patrulların) postlardan çıxarılması (çağırılması) barədə qarovul rəisi tərəfindən post cədvəlində müvafiq qeydlər aparılır.
Tİ rəisinin əmrinə əsasən, etibarlı mühafizə xidmətinin aparılması işinə kənardan müdaxilənin edilməsinin qarşısını almaq, eyni zamanda xüsusi rejimli obyektlərdə həmin obyektlərin vəzifəli şəxsləri tərəfindən öz vəzifə mövqelərindən sui-istifadə etməklə müvafiq iş yerində və qeyri-iş vaxtlarında hər-hansı bir pozuculuq fəaliyyətinin aparılmasının qarşısını almaq məqsədi ilə qarovul xidmətləri üçün Parol (şərtləşdirilmiş məxfi söz) tətbiq olunmalıdır. Parol qarovulun dəyişdirilməsi zamanı tətbiq olunmalı və mühafizə növbəsini qəbul etmiş qarovulun buna səlahiyyətli olduğunu təsdiq etməlidir.
Parol eyni zamanda, Tİ və ya HMK (əlahiddə qrup) rəhbərliyinin adından qarovula gəlmiş hər hansı şəxsin sözlərində və səlahiyyətlərində doğru olduğunun təsdiq edilməsi vasitəsi hesab edilir.
Parol Tİ, eləcə də ümumilikdə SOCAR üzrə gün ərzində 12 saatdan bir (səhər saat 08:00-da və axşam 20:00-da) dəyişdirilməklə hər qarovul növbəsi üçün fərdi qaydada müəyyən edilir.
Parollar Tİ-nin XNŞ tərəfindən hər növbəti ay üçün əvvəlcədən hazırlanmalı, Tİ-nin rəisi tərəfindən təsdiqlənməli, qapalı zərflərdə möhürlənərək saxlanmalı və daşınmalıdır. Parol kimi işlədilən sözlər təyinolunma tarixinə və vaxtlarına görə növbəti uyğun tarixdə və vaxtda təkrarlanmamalıdır.
Parol, onun rəsmi təqdim edildiyi və istifadəçisi olan vəzifəli şəxs tərəfindən məxfi saxlanılmalıdır. SOCAR üzrə paroldan istifadə etmək səlahiyyəti olan vəzifəli şəxslərin dairəsi Tİ-nin rəisi tərəfindən müəyyən edilir.
Növbəti yarım ay üzrə qüvvədə olacaq parollar, qapalı və möhürlənmiş zərflərdə HMK-nin (əlahiddə qrup) rəislərinə və ya onların vəzifələrini icra edən şəxslərə əvvəlcədən təqdim edilməlidir. Qarovul növbəsi üzrə təyin edilmiş parol, qarovul rəislərinə HMK-nin rəisləri tərəfindən növbəni qəbul etmək, yəni atıcılara təlimatın keçirilməsi ərəfəsində, sözlə deyil, yazılı forması göstərilməklə və müvafiq kitaba imza etdirilməklə bildirilməlidir. Parolu almanın qeydiyyat kitabında, parolun yazılı forması göstərilməməlidir. Parolu almış şəxs, onu ciddi sirr kimi saxlamalıdır.
Parol kimliyindən asılı olmayaraq başqa şəxslərin iştirakı ilə və ya yaxınlığında soruşulduqda səsli bildirilməməli, kağız parçasına yazılaraq göstərilməlidir. Parol ilə tanışlıqdan sonra yazılmış kağız parçası dərhal yandırılmaqla məhv edilməlidir.
Parolların yazıldığı zərf itirildikdə və ya istənilən üsullarla kənar şəxslərə bəlli olduqda, habelə buna şübhə yarandıqda, eləcə də parolların qüvvədə olduğu müddətdə onlara bəlli olduğu vəzifəli şəxslərdən hər hansı biri ilə bağlanmış əmək müqaviləsinə səbəbindən asılı olmayaraq xitam verildikdə parollar dərhal qüvvədən düşmüş hesab olunmalı və yeniləri ilə əvəz edilməlidir.
Parolların qüvvədə olduğu müddət bitdikdən sonra, parolların yazıldığı zərf XNŞ-yə qaytarılmalıdır.
Dəyişdirici jeton postun sərbəst şəkildə dəyişdirilməsi və təhvil-təslim edilməsi zamanı tətbiq olunaraq, atıcının qarovul otağından postdakı atıcını dəyişmək üçün gəlməsinin təsdiqinə xidmət edir.
Dəyişdirici jeton ölçüləri 5х5 sm, qalınlığı 2-2,5 mm olmaqla, üzərində qarovulun və təhvil verilməli postun nömrəsi, eləcə də HMK-nın (əlahiddə qrupun) şərti işarəsi göstərilməklə müxtəlif formalı metaldan və ya plastik kütlədən hazırlanmalıdır.
Postların sayına müvafiq sayda olmaqla dəyişdirici jetonlar, qarovul otağında kilidlə bağlanan dolablarda saxlanılmalıdır. Dəyişdirici jetonların saxlanıldığı dolabın açarı qarovul rəisində olmalıdır.
Buraxılış ədədi, obyekti mühafizə edən qarovulun tərkibinə daxil olan şəxslərin pis hava şəraitində görmə çətin olduğu vaxt bir-birini tanıması üçün istifadə olunan şərti tək ədəddir.
Buraxılış ədədi qarovul rəisi tərəfindən müəyyən edilərək təlimatın keçirilməsi zamanı qarovulun şəxsi heyətinə elan edilməlidir.
Görmənin pis olduğu hava şəraitində xidmətdə olan atıcı posta yaxınlaşan hər bir kəsi “Dayan! Kimdir gələn!” komandası ilə saxlamalı və gələnin xidməti növbə və ya yoxlayıcı olduğu cavabını aldıqda təyin olunmuş buraxılış ədədindən kiçik olan bir ədəd deməlidir. Saxlanılan şəxs elə bir ədəd deməlidir ki, onu postda xidmət aparan atıcının dediyi ədədlə topladıqda cəmdə buraxılış ədədini vermiş olsun. Məsələn, buraxılış ədədi 17 təyin olunub. Bu halda postdakı atıcı həmin ədəddən az olan 8 ədədini deyərsə, saxlanılan şəxs cavabda 9 ədədini deməlidir (8+9=17). Yaxud, əgər buraxılış ədədi 19 təyin olunubsa və postdakı atıcı 14 ədədini demişdirsə, saxlanılan şəxs 5 ədədini deməlidir (14+5=19) və s.
Posta yaxınlaşan, lakin buraxılış ədədini bilməyən və ya deyilmiş ədədə cavabda səhv ədəd deyən hər bir şəxs atıcı tərəfindən saxlanılmalı və bu barədə dərhal qarovul rəisinə məruzə olunmalıdır.

Mövzu:26. Mühəndis texniki mühafizə vasitələri (MTMV) haqqında ümumi məlumat.


Məzmun:




MTMV-yə aşağıdakılar aiddir:
-hasar;
-qadağan olunmuş zonaların avadanlıqları;
-nəzarət iz zolağı;
-müdafiə tikililəri;
-mühafizə postlarının təchizatı;
-post göbələyi;
-müşahidə qülləsi;
-post köşkü;
-nəzarət-buraxılış məntəqələri;
-gözətçi cığırı;
-mühafizə işıqlandırma sistemləri;
-post rabitəsi;
-mühafizə siqnalizasiya vasitələri.
MTMV tətbiq еdilmədən obyektlərin səmərəli və etibarlı mühafizəsinin həyata keçirilməsi mümkün deyildir. Bu vasitələrdən istifadə edilməsi az sayda şəxsi heyətlə obyektlərin etibarlı mühafizəsini həyata keçirməyə və mühafizə məsrəflərini azaltmağa imkan yaradır.
Tikinti obyektinin MTMV ilə təmin olunmasına dair layihələr və smetalar Tİ tərəfindən işlənib hazırlanır və mühafizə edilən obyektin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra Tİ-nin rəisi tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir.
Obyektin MTMV ilə təchizatına dair işlər Tİ-nin nümayəndələrinin iştirakı ilə yaradılmış idarələrarası komissiya tərəfindən qəbul olunur. Obyektin MTMV ilə təminatına obyekt rəhbərliyi və onun vəziyyətinin vaxtaşırı yoxlanmasına Tİ cavabdehlik daşıyır.
Tİ HMK-nin (əlahiddə qrupun) rəisləri MTMV-nin qorunması və düzgün tətbiqinə görə cavabdehdirlər. Texniki mühafizə vasitələrinin qorunmasına və düzgün tətbiqinə nəzarət Tİ tərəfindən həyata keçirilir.
Obyektlərin MTMV (rabitə, siqnalizasiya, işıqlandırma, hasar, kilid və s.) ilə təchiz olunması və bu vasitələrin əsaslı təmiri işləri mühafizə edilən obyektin vəsaiti hesabına həyata keçirilir.

Mövzu:27. Səyyar postda xidmət aparan atıcının vəzifələri. Şübhəli şəxslərin saxlanması və müşaiyət olunması.


Məzmun:
Patrul (səyyar post) obyekti patrulların (səyyar postun) hərəkət sxemində göstərilən marşrut üzrə gəzərək xidmət aparır.
Patrul apardığı xidmət barədə rabitə vasitəsilə mütəmadi qarovul otağına məlumat verir.
Gündüz vaxtı patrul mühafizəni münasıb yerlərdən və ya müşahidə qülləsindən post tabelində göstərilmiş vaxtda müşahidə etməklə həyata keçirə bilər.
Hər bir patrul marşrutuna dair xəritə tərtib olunur və orada aşağıdakılar göstərilir:
-patrulun istiqaməti, onun ölçüsü, marşrutun gəzintisinə başlama məntəqəsi və sərhədləri;
-xidmətin aparılma müddəti;
-xüsusi diqqət tələb edən obyektlər və zonalar, hər mühafizə olunan obyektin yoxlanılması vaxtı;
-marşrut istiqaməti üzrə hərəkət etmə qaydası və xidmətin əsas üsulları;
-mühafizə olunan obyektə hər hansı bir basqının qarşısının alınmasına və nəticələrinin aradan qaldırmasına dair və vəziyyətin kəskinləşdiyi zaman patrulun öhdəlikləri;
-qonşu patrullarla, postlarla, qarovul rəisi və XNŞ ilə qarşılıqlı əlaqə, rabitə qaydaları və vaxtı, rabitə əhatəsi olmayan zonalar və bu məntəqələrlə əlaqə üsulları.
Postların sərhədləri, patrulun istiqaməti və onların dayanma məntəqələri, xidmətin aparılma xüsusiyyətləri yaranan vəziyyətə uyğun olaraq müəyyən edilir və mütləq şəkildə yerlərdə əlaqəli şəkildə dəqiqləşdirilir.
Marşrut xəritəsi üç nüsxədə hazırlanır: - biri xidmətdən əvvəl həmin posta və ya patrula təhkim olunmuş atıcıya verilir, digəri isə nəzarət üçün qarovul məntəqəsində və XNŞ-də saxlanılır. Hər bir marşrut üzrə hərəkətin davamiyyəti 1-1,5 saatdan artıq olmamalıdır.
Növbə ərzində xidmət bir və bir neçə istiqamətlərdə aparıla bilər, bu halda patrula müvafiq xəritələr verilir.
Təlimatda bir istiqamətdən digərinə keçid ardıcıllığı və qaydası göstərilir.
Patrulun aşağıdaki öhdəlikləri var:
Əvəz edilməyincə və ya kənarlaşdırılmayınca obyekti, texnikanı və digər maddi vasitələri sayıqlıqla mühafizə etmək və qarşıya qoyulan tapşırıqları yerinə yetirmək;
Əlaqələndirici və xəbərdarlıq siqnallarını bilmək və bunlardan qanunazidd qəsdlərin qarşısının alınmasında və qonşu patrullara (postlara) kömək edərkən istifadə etmək;
Onun üçün təyin olunmuş hərəkət qrafikinə və hərəkət istiqamətinə ciddi riayət etmək;
Silahlı postlarda xidmət aparan zaman silah doldurulmuş və daima istifadəyə hazır vəziyyətdə olmalıdır.
Patrula heç bir halda öz xidməti öhdəliklərinin icrasından yayınmaq, silahı əldən buraxmaq, hər hansı şəxsdən hər hansı əşyanı qəbul etmək və hər hansı şəxsə ötürmək, zərurət yaranmadan güllə yuvasına patron göndərmək qadağandır.
Patrula və ya onun mühafizə etdiyi obyektə basqın olunduğu təqdirdə silahdan qanunvericiliyə müvafiq qaydada istifadə edilir.
Qanun pozuntusuna yol verənlər patrulun xəbərdaredici tələblərinə riayət etmədiyi təqdirdə patrul bu “Qaydalar Toplusu”nun 19.9-19.12-ci bəndlərində göstərildiyi kimi hərəkət edir.
Patrul avtomobilləri və motosikletləri istiqamətlər üzrə patrul çəkmək və qanun pozuntusuna yol verən şəxslərin izlənilməsi və müvafiq yerlərə çatdırılması üçün istifadə olunur.
Patrulun avtomobildə, motosikletdə ərazi istiqaməti ilə hərəkət qaydaları qoyulmuş məqsədlərə, şəraitə, fəsilə, saata uyğun olaraq müəyyən edilir. Seyr etmə sahələri mürəkkəb olan ərazilərdə dayanacaq məntəqələri müəyyən edilir, xüsusi tapşırıqlar qoyulur, hər məntəqədə piyada xidmət çəkənlər üçün vaxt və müddət müəyyən edilir, eyni zamanda bir məntəqədən digərinə getmə növbəliyi və qarovul otağı ilə əlaqəyə girmə vaxtı müəyyən edilir. Bu məlumatlar patrulun istiqamət xəritəsində öz əksini tapır.
Avtomobildə (motosikletdə) növbənin böyüyü qarovul xidməti üçün müəyyən edilmiş qaydalara, qoyulmuş məqsədlərə, həvalə edilmiş texnikanın istismar qaydalarına, aparılan şəxslərin minmə və düşmə qaydalarına uyğun həyata keçirilməsinə görə cavabdehdir.
Təlimatdan sonra növbənin böyüyü növbənin vəzifələrini və avtomaşında növbənin yerləşdirilməsini dəqiqləşdirir, hər birinə nəzarət sahəsi müəyyən edir, qarovul xidməti istiqaməti, bir məntəqədən digərinə getmə ardıcıllığını elan edir, rabitə vasitələri ilə qarovulxanaya istiqamətə çıxmaları barədə məruzə edir.
Yol boyu patrul nəzarət aparır və ehtiyac olduqda qanunsuz qəsdlərin qarşısının alınmasına dair tədbirlərin görülməsi üçün dayanır. Dayanacaq zamanı növbənin böyüyü piyada patrul çəkməni təşkil edir. Patrul avtomobilinin yanında avtomobilin qorunmasını təmin etmək üçün sürücü qalır və o, qarovul otağı və növbənin böyüyü ilə əlaqə saxlayır.
Xəlvəti və adamsız yerlərdə piyada patrul çəkmə qoşa aparılır, avtomobilin yanında 2 nəfər qalır - sürücü və patrul nəfəri.
Patrulun şəxsi heyətinin yığılması üçün şərti siqnal müəyyən edilir.
Radiorabitə qovşağı ilə təchiz edilmiş avtomobillərdə (motosikletlərdə) olan patrullar məntəqələrdə 30-40 dəqiqə ərzində xidmət çəkirlər. Bu halda onların tərkibindən piyada patrullar avtomobildən (motosikletdən) 300 m aralanır, ərazini gəzir, qanun pozuntusuna yol verilə bilən yerlərdə, qanun pozuntusunun qarşısının alınması üçün tədbirlər görürlər.
Patrul avtomobildə və motosikletlərdə xidmət aparan zaman avtomobildən nəzarət etmələrinə yol verən sürətlə, saatda 40 km-dən artıq olmamaq şərti ilə hərəkət edirlər. Avtomobildə (motosikletdə) olan patrul piyada patrulla əlaqə saxlayır, məlumat mübadiləsi edir, ehtiyac olduqda onlara yardım edir.
Saxlanılan və avtomobil ilə daşınan şəxslərin avtomobilə minməsi zamanı patrul, həmin şəxslərin özlərinə zərər yetirməməsi, onların patrula hücum etməməsi və maddi əşyalara ziyan vurmaması üçün ehtiyat tədbirləri görməli, avtomobilin açar-kilidlərini və qapıların etibarlı bağlanmasını yoxlamalıdır. Saxlanılanların motosikletin arabasında çatdırılması yalnız istisna hallarda baş verə bilər, bu halda saxlanılan şəxsin hərəkət zamanı özünü arabadan atmaması və motosikletin idarə edilməsinə maneə törətməməsinə nəzarət edilməlidir.
Avtomobildən (motosikletin arabasından) saxlanılan şəxs düşdükdən sonra patrul nəqliyyat vasitəsinə (arabaya), atılmış əşya və ya sənədləri aşkar etmək məqsədi ilə diqqətlə baxış keçirir.
Avtomobildə (motosikletdə) xidmət aparan patrula aşağıdakılar qadağandır:
-Kənar şəxsləri və ya yük daşımaq, eyni zamanda avtomobili (motosikleti) nəzarətsiz qoymaq;
-Xidməti ehtiyaclar istisna olmaqla, müəyyən edilmiş sürət həddini aşmaq, özbaşına müəyyən edilmiş istiqamətdən yayınmaq və qarovul xidmətinin qaydalarını dəyişmək;
-Hər hansı bir şəxsə avtomobilin (motosikletin) idarə olunmasını həvalə etmək;
-Saxlanılmış şəxsləri avtomobildə (motosikletdə) nəzarətsiz qoymaq.
Aşağıdakı şəxslər HMB (onların əməkdaşları) tərəfindən xidmət zamanı saxlanıla bilərlər:
-mühafizə olunan obyektə, obyektin ərazisindəki əmlaka, obyektə yaxın ətrafda yerləşən digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd edənlər;
-xidməti vəzifələrin icrası zamanı mühafizəçiyə hücum edənlər;
-mühafizə olunan obyektin və ona yaxın ətraf ərazisində aşkar surətdə çinayət əməlləri törədə bilməkdə şübhəli bilinənlər və ya bilavasitə cinayət başında yaxalanmış şəxslər;
-hadisə yerindən qaçıb gizlənməyə cəhd göstərən şəxslər;
-mühafizə olunan obyektin və ona yaxın ətraf ərazisində şəxsiyyəti müəyyən edilməyən şəxslər;
-buraxılış və obyektdaxili rejimi pozanlar.
Hər bir saxlanma halı barədə, saxlanma yerinə əlavə köməyin göndərilməsi və saxlanılan şəxsin qarovul məntəqəsinə müşayiət olunması üçün dərhal qarovul rəisinə müraciət edilməlidir.
Saxlanılmış hər bir şəxsin qarovul məntəqəsinə müşayiət olunması üçün qarovul rəisi tərəfindən 2 nəfər mühafizəçidən az olmayan qrup ayrılmalıdır. Həmin mühafizəçilərdən biri başçı təyin edilir. Saxlanılan şəxsləri müşayiət edən qrup sayıqlıq və ehtiyatlılıq nümayiş etdirməli, saxlanılan səxsin (şəxslərin) kənar şəxslər ilə və ya öz aralarında söhbət aparmalarının qarşısını almalı, göstərilən qaydada hərəkət etmələrini təmin etməlidir.
Mühafizəçiyə və ya mühafizə olunan obyektə basqın zamanı saxlanılan, eləcə də digər aşkar cinayət əməlləri törətmiş şəxslərin üzərində odlu silahın və ya başqa təhlükəli alətin, yaxud sonradan cinayət axtarışı orqanları tərəfindən aparılacaq cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək digər əşyaların olması ehtimal edildikdə, onların aşkarlanması və bu əşyaların sonradan cinayət axtarışı orqanına təqdim edilməsi üçün götürülməsi məqsədi ilə onların saxlanıldığı yerdə şəxsi axtarış aparılmalı və belə əşyalar götürülməlidir. Zəruri hallarda şübhəli şəxslərin saxlanıldığı əraziyə də baxış keçirilməlidir. Saxlanılma zamanı müqavimət göstərən şəxs aşkar cinayət əməli törətmişdirsə əl-ayagı bağlanıla bilər.
Saxlanılan şəxsləri qarovulxanaya müşayiət edən qrup, axtarış zamanı onlardan tapılmış silah və digər əşyaları qarovul rəisinə təhvil verərək saxlanılma və qarovulxanaya gətirilmə zamanı həmin şəxslərin hərəkət və davranışları barəsində ona məruzə еtməlidir.
Qarovul rəisi əmtəə - maddi dəyərləri oğurlayan və mühafizə olunan obyektin işçiləri olan şəxslərdən izahat almaqla sorğusunu aparmalı, baxış protokolu yazmalı və bu barədə bilavasitə rəisinə və Təhlükəsizlik İdarəsinin növbə rəisinə məruzə еtməlidir. Tİ tərəfindən həmin protokol zəruri tədbirlərin görülməsi üçün müəssisə rəhbərliyinə göndərilməli və onun hansı tədbirləri görməsi nəzarətdə saxlanılmalıdır. Saxlanılmış mallar dərhal müvafiq qeydiyyat kitabında qeydiyyata alınmalı, təhvil-təslim aktı və ya qəbzlə müəssisənin anbarına təhvil verilməlidir. Akt və ya qəbzin birinci nüsxəsi HMB-nin rəisində saxlanılmalı, ikinci nüsxəsi isə müəssisənin mühasibatlığına verilməlidir.
Mühafizə olunan obyektin işçisi olmayan kənar şəxslər tərəfindən mühafizə edilən obyektlərə, digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd edilməsi ilə əlaqədar xətalar, eləcə də aşkar cinayət əməlləri törədildiyi hallarda, mühafizə olunan obyektin olduğu yerdə HMB-nin yuxarı vəzifəli səxsi, bu xətaları və ya əməlləri törədənlərin 3 saatdan artıq olmamaq şərti ilə saxlanılmasını həyata keçirə bilər. Bu zaman nəzərə alınmalıdır ki, saxlanılma, yəni fiziki şəxsin azadlığının qısa müddətə də olsa məhdudlaşdırılmasıdır, qanunvericiliyə əsasən müstəsna hallarda və zəruri hesab edildikdə tətbiq edilə bilər.
Mühafizə olunan obyektə, obyektin ərazisindəki əmlaka, digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd əməllərinin qarşısını almaq, bu cür hərəkətlərə yol vermiş şəxslərin şəxsiyyətini müəyyən etmək, onların aidiyyəti hüquq-mühafizə orqanlarına təvil verilməsini və inzibati-cinayət axtarışı orqanları tərəfindən gələcəkdə bu əməllər üzrə aparılacaq işlərə vaxtında və düzgün baxılmasını təmin etmək məqsədi ilə mühafizə olunan obyektin olduğu yerdə HMB-nin yuxarı vəzifəli səxsi aşağıda göstərilən tədbirləri tətbiq edə bilər:
-şəxsləri 3 saatdan artıq olmamaq şərti ilə saxlama;
-səxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlaya ;
-nəqliyyat vasitələrinə baxış keçirə;
-şeyləri və sənədləri sonradan cinayət axtarışı orqanına təqdim edilməsi üçün götürə bilər.
Şəxsi saxlama haqqında protokol hər bir halda tərtib edilməlidir. Protokolda onun tərtib olunduğu tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, saxlanılan şəxs haqqında - onun təvəllüdü, doğulduğu yer və qeydiyyat ünvanı göstərilməklə məlumat və saxlanılma vaxtı göstərilməlidir. Protokol onu tərtib etmiş şəxs və saxlanılmış şəxs tərəfindən imzalanmalıdır. Saxlanılmış şəxs protokolu imza etməkdən imtina etdikdə, bu barədə protokola qeyd edilir. Bu zaman saxlanılmış şəxsin protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqlarının olduğu nəzərə alınmalıdır. Onun mülahizələri protokola yazılı surətdə əlavə olunur.
Mühafizə olunan obyektin olduğu yerdə HMB-nin yuxarı vəzifəli səxsi, saxlanılmış şəxsin qanunvericiliklə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görməlidir:
-saxlanılmış şəxsi saxlama protokolu ilə tanış etməlidir;
-saxlanılmış şəxsə dərhal onun saxlanılmasının səbəblərini, barəsində hansı hərəkətlərin həyata keçiriləcəyini bildirməli və onun hüquqlarını izah etməlidir;
-saxlanılmış, lakin yetkinlik yaşına çatmayanın valideynlərinə, qohumlarına və ya qanuni nümayəndələrinə dərhal məlumat verməlidir;
-saxlanılmış şəxslə davrandıqda onun şəxsiyyətinə və ləyaqətinə hörmət edilməlidir.
Saxlanılmış fiziki şəxsin axtarışı, yalnız onda olan şeyləri yoxlama, zəruri hallarda qəsd əməlinin törədilməsində alət və ya bilavasitə obyekti olmuş əşyanın aşkar edilməsi məqsədi ilə həyata keçirilməlidir. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli şəxs tərəfindən və eyni cinsdən olan iki hal şahidinin iştirakı ilə aparılmalıdır.
Şeylər (əl yükü, zənbillər, iri həcimli çantalar, ov və balıq ovu alətləri, əldə olunmuş məhsul və digər əşyalar) bunların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə yoxlanılmalıdır. Təxirəsalınmaz hallarda mülkiyyətçisi və ya sahibi olmadan da göstərilən şeylər iki hal şahidinin iştirakı ilə yoxlanıla bilər.
Şəxsi axtarış və şeyləri yoxlama haqqında protokol tərtib olunmalı, yaxud saxlanılma haqqında protokolda müvafiq qeydlər edilməlidir. Protokolda onun tərtib olunduğu tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, barəsində şəxsi axtarış aparılan şəxs haqqında onun təvəllüdü, döğulduğu yer və qeydiyyat unvanı göstərilməklə məlumat, şəxsi axtarış zamanı aşkar edilən şeylərin növü, miqdarı və digər eyniləşdirmə əlamətləri haqqında məlumat və şəxsi axtarış vaxtı göstərilməlidir. Protokol onu tərtib etmiş şəxs və barəsində şəxsi axtarış aparılmış şəxs və ya axtarış aparılan şeylərin sahibi və hal şahidləri tərəfindən imzalanmalıdır. Şəxs protokolu imza etməkdən imtina etdikdə, bu barədə protokola qeyd edilməlidir.
Nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan qəsd əməlinin bilavasitə aləti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinə olmalıdır. Nəqliyyat vasitəsinə baxış şeyləri yoxlama qaydalarına müvafiq qaydada aparılmalıdır.
Saxlanılmış şəxs barəsində göstərilən tədbirlər 3 saat müddətində həyata keçirilməli və o, mühafizə olunan obyektin olduğu yerdə HMB-nin yuxarı vəzifəli səxsi tərəfindən çağırılmış cinayət axtarışı orqanının əməkdaşlarının gəlişinə qədər qarovulxanada mühafizə olunmalıdır. Barəsində tərtib edilmiş protokol (protokollar) saxlanılmış şəxslə (şəxslərlə) birlikdə çağırılmış cinayət axtarışı orqanına təqdim olunmalıdır. Protokolun ikinci nüsxəsi cinayət axtarışı orqanının müvafiq qeydi ilə HMB-də saxlanılmalı və sonradan Tİ-yə göndərilməlidir.
Cinayət axtarışı orqanı ilə əlaqə saxlamaq mümkün olmadıqda, yaxud cinayət axtarışı orqanının əməkdaşları çağırışa gəlmədikdə(və ya gəlməkdən imtina etdikdə), saxlanılmış şəxs (şəxslər) təxirə salınmadan müəyyən edilmiş zaman həddində məcburi qaydada polisə çatdırılmalıdır. Bu səbəbdən, saxlanılmış və ya tutulmuş hər bir şəxs üçün azı iki nəfərdən ibarət müşayiətedici qrup yaradılmalıdır. Çatdırılma, şəraitdən asılı olaraq piyada və ya nəqliyyat vasitəsi ilə həyata keçirilə bilər.
HMK-nin işçiləri səxsin qanunsuz saxlanılmasının Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olacağını unutmamalı və bilməlidirlər ki, şəxsin (şəxslərin) saxlanılması vaxtı dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.

Mövzu:28. Terror və terrorizm anlayişları. Terrorçunun psixoloji portreti.


Məzmun:
Terror sözü latın dilindədir (terror-qorxu-dəhşət). Növbəti sözlərdə analoji məna verir: terror (ingilis), terreur (fransız) - Dəhşət, qorxu.
ABŞ Dövlət departamenti aşağıdakı ifadəni ifadə edir: “xarici millətçi qruplaşmalar və ya məxfi agentlər tərəfindən qeyri-hərbi hədəflərə yönəlmiş məqsədyönlü, siyasi əsaslandırılmış zorakılıq”.
ABŞ-ın Federal təhqiqatlar bürosu digər təyinatlar verir: “siyasi və ya ictimai planda müəyyən hərəkətlər etmələri üçün hökuməti və ya dinc əhalini qorxutmaq və ya məcbur etmək məqsədi ilə şəxslərə və əmlaka qarşı qanunsuz güc tətbiq edilməsi”.
Britaniya Ensiklopediyasına əsasən, Terrorizm- “siyasi məqsədlərə çatmaq üçün hökumətə, cəmiyyətə və ya fərdi şəxslərə ağlagəlməz zorakılıq və ya terrorun sistematik istifadə edilməsidir. Terrorizm sağ və sol təmayüllü ictimai təşkilatlar, millətçi və etnik qruplaşmalar, inqilabçılar, həmçinin hökumətin özünün ordusu və məxfi xidmətləri tərəfindən istifadə edilmişdi”.
Mərkəzi kəşfiyyat idarəsinin Anti-Terror mərkəzi bu və ya digər hərəkətləri terrorçuluğa aid etmək üçün 4 əsas kriteriya ayırd edir:
-Hərəkətlər məqsədyönlü xarakter daşıyır: hücumlar spontan və ya impulsiv törədilmir və öncədən planlaşdırılır.
-Terrorçular kriminal deyil, siyasi məqsədlər güdürlər. Terrorçuların məqsədi- mövcud siyasi quruluşu dəyişməkdir.
-Terrorçuların əsas hədəfi hərbi hədəflər deyil, vətəndaşlar və mülki şəxslərdir.
-Belə hərəkətləri dövlət və ordular deyil, qruplar həyata keçirirlər.

Ekspertin fikrincə, son illərdə terrorçuların hazırlanmasında narkotik vasitələrdən istifadə halları daha çox qeydə alınmağa başlamışdır. Bununla terror düşərgələrində əsasən keçmiş həkim narkoloqlar məşğul olurlar. Təcrübə göstərir ki, terrorçuların tapşırığın icrası ərəfəsində effektivliyini artırmaq məqsədi ilə dini ideoloji hazırlıqla yanaşı daha çox narkotik zombiləşdirilməsinə üstünlük verilir.


Əksər hallarda terrorçular 20 yaşlı (plyus-minus 5 yaş), həddən artıq dini mədəni tərbiyə almış cavan şəxslər olurlar. Onların dərrakəsində adətən öz millətinin tarixi işgəncəyə məruz qalması və bununla əlaqəli dayanıqlı təsəvvürlər hökm sürürlər. Xarakterik sosial hissləri- alçaldılmış milli qürurla qarışmış kədər və yasdır. Onların təxəyyülündə “tarixi düşmənləri” barədə xüsusi, çox vaxt təhrif olunmuş mifləşdirilmiş təsəvvürlər hökm sürür və onun cəzalandırılması, ondan qisas alınması, məqsədləri terrorçunun davranışında, məişətdə, hadisələri qiymətləndirməsində alilik xarakteri daşıyaraq ön yerdə durur. Bu təsəvvürlər yəqin ki, gələcək terrorçunun doğmalarının, yaxınlarının və ya sadəcə olaraq qohum-əqrabalarının, bir çox hallarda hətta gözlərinin önündə ölmələri kimi real faktla tamamlanır.
Fərdi təcrübədə bir qayda olaraq kiçik yaşlarından valideyn qayğı və diqqətindən məhrum olmalar, həmçinin, çoxsaylı alçalmalar və itkilərlə (evi, yaxınları, əmlakı, cəmiyyətdəki maddi və sosial statusu və.s) müşayiət olunan məhrumiyyətlərdə keçirilmiş əzablı gənclik dövrləri üstünlük təşkil edir. Uşaqlıq çağlarında emosional əlaqələrin olmaması gələcəkdə onun ideoloji və ya dini variantlarda təzminatı ilə, xüsusilə də bu və ya digər lider və ya ideyalara (hətta kiminsə peyğəmbər və ya tanrı seçilməsinədək) sadiqlik və mütləq həyat (bu barədə tam məhdud təsəvvürlərə malik olmaqla) barədə dini utopik arzularla əvəzlənir.

Mövzu:29. Terror-təxribat aktlarının keçirilmə taktikası. Terrorçunun xarici əlamətləri.


Məzmun:
Terror aktlarının keçirilməsinə hazırlığın xarakterik əlamətləri:



  • obyektin video və foto çəkilişi;

  • müşahidə (texniki vasitələr-durbin, teleskop və.s istifadə etməklə);

  • obyektin və ona aparan yolların plan-sxeminin tərtib edilməsi;

  • obyektin mühafizə və müdafiə sistemi barədə məlumatlar əldə etmək cəhdləri;

  • obyektin və mühafizənin müxtəlif pozuntularla reaksiyasının yoxlanılması;

  • şüşələrin sındırılması, işığın-qazın və gecə vaxtı elektrikin kəsilməsi, hasardan iri əşyaların atılması, “yanlış” telefon zəngləri, çağırış və ya dəvətnamələrin göndərilməsi, naməlum zənglə kiminsə evində hadisə baş verdiyinin bildirilməsi;

  • partlayıcı maddələr (onların komponentlərini), əldəqayırma partlayıcı qurğuların (ƏPQ) düzəldilməsində istifadə oluna bilən partlayıcı vasitələrin, həmçinin, artilleriya və silah da daxil olmaqla ştatda olan döyüş sursatını əldə etmək, almaq, saxlamaq, yerini və mövcudluğunu araşdırmaq imkanlarını axtarmaq cəhdləri;

  • müxtəlif sistemli elektron saatlar, qəbuledicilər (peycerlər) və kiçik ölçülü radiostansiyalar dəstlərinin alınması;

  • ilk növbədə öz adına istifadə hüququnun natorial sənədləşdirilməsi olmayan, saxlanılmış və köhnəlmiş, yayılmış yerli istehsal avtomobil modellərinin (BAЗ-2101, 2103, 2106) əldə edilməsi;

  • alınmış avtomobillərin müvafiq qaydada Dövlət Yol Müfəttişliyində öz adına sənədləşdirmə prosedurundan yayınması;

  • alınmış avtomobilin texniki vəziyyətinə, xüsusi ilə xarici görünüşünə laqeyd münasibət;

  • avtomobildə onların zəruriliyinə Şübhə yaradan əvəzləyici, köməkçi və müvəqqəti sistemlərin quraşdırılması (yanacaq, elektrik qurğuları və.s);

  • müxtəlif metal əşyaların alınması və yığılması (bolt, qayka, rolik və şarik podşibniklərinin hissələri və.s.);

  • mümkün terror aktı keçiriləcək obyektin fəaliyyətinə əsaslandırılmış maraq göstərən, şübhəli davranan, şəraiti öyrənən, ətrafdakılardan obyektin iş giriş-çıxış rejimi barədə məlumatlar toplamağa çalışan şəxslərin peyda olması;

  • kənar şəxslərin onlara aidiyyəti olmayan çoxmərtəbəli binaların zirzəmilərinə və damına (çardağa) daxil olmaları;

  • müxtəlif şəxsiyyət göstəriciləri olan sənədlərin alınması və gəzdirilməsi;

  • “şəhid kəmər”ləri adətən maskalanmış əşyalarda (qadın çantası, videokamera, barsetka, diplomat) gizlədilir və paltarın altında (sinədə, beldə, böyürdə, qadınlarda hamiləlik adı altında təqdim edilməklə) gəzdirilir. Şəhid terrorçular-adətən əksər hallarda 25-30 yaşlarda cavan qadın və kişilər olurlar.

Tapşırığa əsasən 2-nəfərlik qrup şəkilində göndərilirlər (biri-icraçı, digəri-nəzarətçi). İcraçılarda nəsə alınmırsa və ya ölmək fikrindən daşınırsa nəzarətçi icraçını məhv etməlidir. Təcrübə göstərir ki, terrorçular TTA törətməyə aşkar nümayiş oluna bilən milli geyimdə getmirlər. Terrorçunun əsas vəzifəsi –kütləyə qarışmaq və diqqəti özünə cəlb etməməkdir. Yay vaxtı terrorçunun üst geyimi isti mövsümə uyğun gəlmir- geniş, gen-bol olur ki, “şəhid kəməri”ni ört basdır edə bilsin.

Terrorçunun xarici və daxili əlamətləri.


Xarici əlamətlər:


Standart olmayan, günün vaxtına, yerinə, hava şəraitinə uyğun gəlməyən qeyri-təbii geyim, qeyri-proporsional bədən quruluşu (nazik və ya cüssəli gövdəyə uyğun gəlməyən nazik ayaqlar, üst geyiminin altında gizlədilə bilən hansısa əşyaların paltarın üstündə yaratdığı çıxıntılar);
Daxili əlamətlər:
-Əllər cibdə gizlədilir və ya çantada, əl yükündə saxlanılır. Hüquq mühafizə orqanları nümayəndələrinin müraciətlərinə reaksiya verməmək və onlarla ünsiyyətdən yayınmaq.
-Hərəkətlər ağır, Ləngidilmiş, sanki çətinliklə tərpənir;
-Şübhəli davranışı, məsələn, tez-tez siqaret çəkməsi, saata baxıb vaxtı yoxlaması, qeyri-təbii əsəbi-qaçan baxışlarla ətrafa, hər tərəfə baxması;
-Hüquq mühafizə orqanları nümayəndələri ona maraq göstərdikdə yersiz vurnuxması və həyacanlanması, mənasız hərəkətlər etməsi;
-Əllərinin hər iki tərəfdə yanlarında hərəkətsiz qalması, yumruqların sıxılmış vəziyyətdə saxlanılması;
-“Tünnelvari baxışlar”- sifət öz yolundakı maneələrə fikir vermədən özünəməxsus tərzdə seçilmiş obyektə doğru gedir;
-Tez-tez əllər ilə üst geyiminə toxunma, sanki nəyinsə üstündə olub-olmadığını yoxlayıb düşüb- düşmədiyinə əmin olmaq istəyir;
-Üzündə yeni qırxılmış saqqal izlərinin olması;
-Ərəb (Çeçen) Ləhcəsi ilə danışması;
-İsti havada alnında və üzündə tər damcılarının əmələ gəlməməsi və ümumiyyətlə tərləməməsi;
-Dünyadan təcrid olunmuş kimi görünməsi, dodaqlarının kip sıxılması, baxışlarının dalğın olması.


Yüklə 100,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin