Silahı alan (q/r, atıcı) əməkdaş silah-sursata baxış keçirdikdən sonra onları qəbul etməlidir!
Atıcı (qar./rəisi) silahı alarkən – YADDA SAXLA!
İlk növbədə həmin silahın onun adına təhkim olduğuna əmin olmalı (buraxılış ili və seriya №-si) işlək vəziyyətdə olmağını (sazlığını) yoxlamalı;
Sandıqda olan patronlara baxış keçirib saymalı;
Qoruyucunu açıb çaxmağı çəkdikdən sonra xəzinədə patronun olub – olmadığını yoxlamalı;
Yoxlama atəşi açmalı (qum yeşiyinə);
Yoxlama atəşindən sonra qoruyucunu bağlamalı;
Sandığı dəstəyə taxmalı;
Silahı qoburuna qoymalı onun qapağını bağlamalı;
Silah-sursatı qəbul etməsi barədə “Silah və döyüş sursatlarının uçotu kitabına” imza etməlidir.
Atıcı silahı təhvil verərkən – YADDA SAXLA!
Xidməti başa vuran atıcı ona aid şəhadətnaməni, təhkim olunduğu silah və sursatları (2 ədəd sandıq, 16 ədəd patron və qobur dəsti), qobur dəstini qarovul rəisinə təhvil verilməsi barədə “Silah və döyüş sursatlarının uçotu kitabında” imza edir.
Qarovul rəisi silahı atıcıdan təhvil alarkən - YADDA SAXLA!
İlk növbədə həmin silahın onun adına təhkim olunduğunu (buraxılış ili və seriya №-si) silah-sursatın işlək vəziyyətdə (sazlığını) yoxlamalı;
Sandıqda olan patronları saymalı və onlara baxış keçirməli;
Qoruyucunu açıb çaxmağı çəkdikdən sonra xəzinədə patronun olub – olmadığını yoxlamalı;
Yoxlama atəşi açmalı (qum yeşiyinə);
Yoxlama atəşindən sonra qoruyucunu bağlamalı;
Silah-sursatı qəbul etməsi barədə “Silah və döyüş sursatlarının uçotu kitabına” imza edərək, (silah-sandıqsız, sandıq patronsuz, patronlar 16 ədəd olmaqla karton paçkalarda saxlanılır) seyfə yerləşdirməlidir.