Tətik qolu dabanı üst ayaqdan buraxmağa və tətiyi çəkdikdə dabanı üst ayağa qoymağa xidmət edir.
Qaytarıcı yay çaxmağın hərəkətini tənzimlənməsinə xidmət edir.
Tətik dabanı üst ayaqdan buraxmağa və atış zamanı avtomatik olaraq üst ayağa keçirməyə xidmət edir.
Döyüş yayı dabanı, vurucu-buraxıcı mexanizmi işə gətirməyə xidmət edir.
Dəstək vinti ilə birlikdə dəstəyin özülünün yan pəncərələrini və arxa divarını örtür və tapançanı əldə rahat saxlamağa xidmət edir.
Çaxmaq saxlayıcısı sandıqdakı bütün patronlar sərf edildikdən sonra çaxmağı arxa vəziyyətdə saxlayır.
Sandıq səkkiz ədəd patronu yerləşdirməyə xidmət edir.
Qobur tapançanı, ehtiyat sandığı və sünbə gəzdirmək və saxlamaq üçündür.
Sünbə tapançanı sökmək, yığmaq, təmizləmək və yağlamaq üçün istifadə edilir.
Silahdan: -Silahlı hücum zamanı istisna olmaqla uşaqlara və yeniyetmələr;
-Əliuşaqlı şəxslərə;
-Hamilə qadınlara;
-İçtimai əsayışı pozan şəxslərə;
-Kənar şəxslərə xətər yetirməmək məqsədi ilə içtimayı yerdə, meydanlarda, eləcə də partlayış və oddan təhlükəli maddalərin qorunduğu yerlərə tərəf atəş açmaq qəti qadagandır.
DİQQƏT! Silahla təhkim olunmuş əməkdaş silahın və ya döyüş sursatının düzgün saxlanılmasına, gəzdirilməsinə, təhvil verilməsinə və istifadə edilməsinə məsuliyyət daşıyır və bu qaydaları pozduqda Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunurlar.
Postda duran əməkdaşa silahı lazımsız yerə qoburdan çıxartmaq, sökmək, yığmaq və oynatmaq qəti qadağandır.
Qarovul rəisi silahı verərkən - YADDA SAXLA!
Qarovul rəisi - silah saxlanılan seyfdən, xidmətdə olan əməkdaşa (qar./rəisinə, atıcıya) aid şəhadətnaməni, təhkim olunduğu silah və sursatları ayrı-ayrılıqda (2 ədəd sandıq, 16 ədəd patron və qobur dəsti), qobur dəstini ona təhvil verib “Silah və döyüş sursatlarının uçotu kitabında” qeydiyyatını aparır.