Socar ti-nin hərbiləşdirilmiş mühafizə qrup və komandalarının şəxsi heyətinin xidməti təlimat mövzuları


Mövzu:30. Xidməti vəzifələri yerinə yetirərkən şəxsi heyət tərəfindən odlu silahdan



Yüklə 100,04 Kb.
səhifə5/8
tarix26.07.2022
ölçüsü100,04 Kb.
#62895
1   2   3   4   5   6   7   8

Mövzu:30. Xidməti vəzifələri yerinə yetirərkən şəxsi heyət tərəfindən odlu silahdan

İstifadə edilmə qaydaları. Odlu silah tətbiq edildikdən sonra yaranmış vəziyyətə

görə atıcının hərəkətləri.


Məzmun:
Xidməti silah yalnız real təhlükənin qarşısının alınması üçün tətbiq edilməlidir. Silahı tətbiq etməzdən əvvəl təhlükənin başqa yolla (inandırma vasitəsi ilə, başqa şəxsin köməyi ilə, soyuq silah və ya digər əşya ilə və s.) aradan qaldırılmasının qeyri mümkünlüyünə əmin olunmalıdır.
Silahın tətbiqi üçüncü şəxslərə ziyan yetirməməlidir. Bunun üçün silahı tətbiq etməzdən əvvəl, imkan daxilində kənar şəxslərin hadisə yerindən uzaqlaşması (kənara çəkilməsi) üçün zəruri tədbirlər (havaya atəş açmaq, şifahi xəbərdarlıq etmək və s.) görülməlidir.
Mühafizə edilən obyektin ərazisinə, yaxud posta soxulmağa cəhd edən şəxslər atıcının dayanmaq barədə tələblərinə məhəl qoymadıqda onları tutub saxlamaq məqsədi ilə «DAYAN ATƏŞ AÇACAĞAM ! » deməli bu komandaya tabe olmadıqda, yuxarı-havaya xəbərdarlıq atəşi açmalı və bunlar da nəticə vermədikdə silahı həmin şəxslərə tərəf çevirib qurşaqdan aşağı yaralamağa çalışmaqla atəş açmaq lazımdır. Bütün hallarda silah işlədərkən real şərait və silaha əl atmağın, onu işə salmağın nə dərəcədə zəruri olub olmadığı düzgün qiymətləndirilməlidir.
Silahdan istifadə ən son hədd olmaqla yalnız təxirəsalınmaz və müstəsna hallarda yol verilir.
Vəziyyəti dəyərləndirib silahdan üç vəziyyətdə atəş açmaq olar (ayaq üstə, diz üstə, uzanmış vəziyyətdə).
Hərbiləşdirilmiş mühafizə qrup və komandalarının əməkdaşları xidməti vəzifələrinin icrası zamanı aşağıdakı hallarda silahdan istifadə edə bilərlər:
-mühafizə olunan obyekt və ya posta silahlı basqın, eləcə də bir qrup silahsız şəxs tərəfindən törədilən hücumun qarşısının alınması üçün görülmüş digər tədbirlər nəticəsiz qalarsa və mühafizəçi vəhşi heyvanların hücumuna məruz qaldıqda;
-silahlı müqavimət göstərən şübhəli şəxsin mühafizə olunan obyektdə saxlanılması zamanı digər tədbirlərin görülməsi mümkün olmazsa;
-qarovulçunun həyatının bilavasitə təhlükəyə məruz qaldığı hallarda.
Digər hallarda mühafizəçilər (atıcılar) silahda istifadə etmədən cinayətkərların saxlanılması üçün müvafiq tədbirlərin görməyə borcludurlar. Qarovulçunun ( mühafizəçinin) hər bir halda silahdan istifadə qaydası konkret şərait və mühafizə obyektinin xüsusiyyətlərindən asılı olaraq silah-sursata dair təlimat ilə müəyyənləşdirilir.

Hərbiləşdirilmiş mühafizə qrup və komandalarının əməkdaşları vəziyyətdən asılı olaraq hər dəfə siladan istifadə edən zamanı borcludur:
-gözlənilməz hücumdan qorunma tədbirlərinə riaət etməklə yaralıya tibbi yardım göstərməli
-mühafizəçi rabitə vasitəsi ilə birbaşa rəisinə hadisə baradə məlumat verməyə, silahı harada və necə tətbiq olunması, onun tətbiqi hansı şəraitdə və nəticəsi, sərf olunan patronların sayı haqqında məlumat verməyə borcludur. (məlumatda xidməti silahın adı və markası, istifadə edilən döyüş sursatının növü və miqdarı dəqiq göstərilməlidir).
-Prokurorluq və Polis orqanları numayəndələrin gəlməsinə qədər hadisə yerinin (yaralının, мeyidin) mühafizəsini təmin etməyə;
-Silahın hər dəfə işlədilməsi haqqında polis orqanlarına, ARDNŞ strukturuna daxil olan müəssisənin (təşkilatın) rəhbərinə və bu müəssisənin (təşkilatın) tabe olduğu yuxarı təşkilatlara da məlumat verilir və akt tərtib edilir.
Qeyd: Tapança üçün patron ehtiyatı qoburda ehtiyat sandıqda saxlanılır. Tapança ilə silahlanmış hər bir əməkdaş patron təminatının və onlardan döyüş zamanı qənaətlə istifadə edilməsinin qayğısına qalmalıdır. Tapança ilə silahlanmış əməkdaş döyüş zamanı şəraitə müvafiq hərəkət edərək müstəqil atəş açır.

Mövzu:31. Makarov tipli tapançanın təyinatı və taktiki-texniki göstəriciləri. Odlu silahın


tətbiqini istisna edən hallar. Silah-sursatın təhvil-təslim edilməsi qaydaları.

Məzmun:


Yüklə 100,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin