Sosial fəlsəfə


Cəmiyyətin siyasi təşkili anlayışı və onun mühüm ünsürləri: dövlət və ictimai təşkilatlar



Yüklə 72,75 Kb.
səhifə41/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   ...   37   38   39   40   41   42   43   44   ...   55
sosial fəlsəfə

42. Cəmiyyətin siyasi təşkili anlayışı və onun mühüm ünsürləri: dövlət və ictimai təşkilatlar.

Siyasi fəaliyyət prosesində siyasi münasibətlər və əlaqələr formalaşır. Bu fəaliyyət prosesində siyasi təşkilatlar, partiyalar meydana çıxır, siyasi ideyalar və nəzəriyyələr yaranır. Ümumilikdə siyasət dedikdə ictimai həyatın müxtəlif sferalarının dövlət tərəfindən həyata keçirilən hökmranlıq və tabelık münasibətlərini bərqərar etmək vasitəsilə idarə olunması başa düşülür. Spesifık fəaliyyət sahəsi olan siyasətin məzmununa dövlət işlərində, onun istiqamətlərinin müəyyən olunmasında, habelə dövlətin fəaliyyətinin mahiyyətinin, formaları və vəzifələrinin aşkar edilməsində iştirak daxildir.

«Siyasətin məqsədi müəyyən sosial təbəqələr və siniflər üçün, habelə bütövlükdə cəmiyyət üçün məqbul hesab edilən hakimiyyəti həyata keçirməyin, şəraiti və üsullarını yaratmaqdır) .

Siyasət və sosial fəaliyyət çətin və məsuliyyətlidir. O daim elmin nailiyyətlərinə arxalanmağı tələb edir. Siyasi fəaliyyətin strukturunda ümumi şəkildə aşağıdakı üç momenti göstərmək olar: birinci, cəmiyyətin mövcud mərhələsindəki bütün imkanları və sosial qüvvələrin nisbətini nəzərə almaqla yaxın və perspektiv məqsəd və vəzifələr işləyib hazırlamaq məharəti; ikinci, qarşıya qoyulmuş məqsədlərə nail olmağın effektiv metodlarını, vasitələrini və sosial qüvvələrin təşkili formalarını müəyyənləşdirmək. Üçüncü, qarşıya qoyulmuş vəzifələri həll edə biləcək kadrları seçmək və yerləşdirmək.

Siyasətin səciyyəvi əlamətləri aşağıdakılardır: o universal, hərtərəfli xarakter daşıyır; dövlətlə bağlı olduğu üçün ictimai həyatın bütün tərəflərinə güclü təsir göstərir. Siyasət mövcud cəmiyyətdəki siyasi münasibətlər, siyasi institutlar və siyasi ideologiya vasitəsilə həyata keçirilir. Birinci tərəf (siyasi münasibətlər) böyük insan qrupları arasında siyasi hakimiyyətə nəzərən olan münasibətləri ifadə edir. İkinci (siyasi institutlar) vətəndaşların siyasi fəaliyyətinin təşkili formalarını, siyasi təşkilatları əhatə edir. Üçüncü tərəf (siyasi ideologiya) insanlarınn siyasi fəalıyyətini şüurda sistemli şəkildə əks etdirən baxışların, ideyaların və nəzəriyyələrin məcmusudur


Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin