Sosial fəlsəfə


Hakimiyyətin resursları,funksiyaları və növləri



Yüklə 72,75 Kb.
səhifə43/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   ...   39   40   41   42   43   44   45   46   ...   55
sosial fəlsəfə

44. Hakimiyyətin resursları,funksiyaları və növləri.

Hakimiyyətin ən vacib növü - siyasi hakimiyyətdir. Siyasi hakimiyyət, hüquqi qaydalar vasitəsilə müxtəlif qruplar və birləşmələr, hətta ayrı-ayrı şəxsiyyətlər arasında münasibətləri tənzim edir. Müasir dövrdə siyasi hakimiyyət adətən müxtəlif siyasi sistemlər tərəfindən (dövlət, ictimai-siyasi strukturlar, partiyalar, həmkarlar ittifaqları, beynəlxalq təşkilatlar, qeyri-hökümət təşkilatları və başqaları) tərəfındən həyata keçirilir.

Siyasi hakimiyyətin əsas daşıyıcısı - dövlətdir. Dövlət hakimiyyəti xüsusi zorakılıq aparatına arxalanır, bütün əhalini əhatə edir, müvafıq idarəetmə strukturunu yaradaraq, öz məqsəd və vəzifələrini həyata keçirir.

Siyasi hakimiyyətin subyekti və obyekti vardır. Birinci onu həyata keçirən siyasi idarəetmə orqanlarını əhatə edir. Hakimiyyətin obyekti isə insanların fəaliyyətinin çoxtərəfli növləri və sahələridir. Siyasi hakimiyyət özünün ümumi olması, yəni müxtəlif sahələrdə çalışan şəxslərə, sosial qruplara və institutlara aid olması ilə seçilir. Məhz həmin tərəflər arasındakı münasibətlər və fərqlər hakimiyyətin sosial əsaslarını ifadə edir.

İdarəetmə vəzifələrini peşəkar siyasi xadimlər icra edirlər. Əvvəlki mövzuda M.Veberin siyasətçilər haqqında fikirləri ilə tanış olmuşuq. Siyasətçilər dövlətin ideologiya və siyasətini işləyib hazırlayır, cəmiyyətin inkişaf proqramlarını həyata keçirir, idarəetmə strukturlarında öz nümayəndələrini işlədir, ümumi işin gedişatına nəzarət edirlər. Həyat fəaliyyətinin müxtəlif sahələrinin öz idarəetmə strukturları vardır, onların hüquq və vəzifələrini dövlət müəyyən edir.

Ümumiyyətlə, cəmiyyətdə siyasi hakimiyyətin təmin olunmasının bir sıra şərtləri (iqtisadi, psixoloji, mədəni) vardır.

Siyasətin subyektləri - dövlətlər, partiyalar, həmkarlar ittifaqları, müxtəlif siyasi birləşmələrdirsə, hakimiyyətin subyektləri - yuxarıda qeyd etdiyimiz əlamətləri özündə daşıyan sosial təşkilatlar, qrup və şəxsiyyətlərdir (birinci növbədə dövlət).

Cəmiyyətin siyasi hakimiyyətini kim icra edir? Bu suala XIX əsrin axırı - XX əsrin əvvəllərində Qaetano Moska və Vilfredo Pareto cavab verməyə çalışmışdılar. Onlar, tarixi sosial dövrlərin bir-birini əvəz etməsi kimi qiymətləndirərək, hər bir dövrdə müəyyən elitalar (ali, imtiyazlı təbəqə və ya təbəqələr, onlar idarəetmənin, elm və mədəniyyətin inkişaf etdirilməsi nlarını öz üzərinə götürürlər) hökmranlıq edir.




Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin