Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Azərbaycan güzəran psixologiyasında qrupdaxili təlqin məsələsi



Yüklə 93,9 Kb.
səhifə50/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   43   44   45   46   47   48   49   50   51
Sosial psixologiya (1)

Azərbaycan güzəran psixologiyasında qrupdaxili təlqin məsələsi

Eksperimental psixologiyada qrupdaxili təlqin XX əsrdə kəşf olunmuşdur. Azərbaycan güzəran psixologiyasında isə qrupdaxili təlqin fenomeni hələ qədim zamanlardan məlum idi.
Qrupdaxili təlqin müxtəlif amillərlə şərtlənir. Bu amillər içərisində isə yaşın öz yeri var. Uşaqlar təlqinə nisbətən asanlıqla qapılırlar. Xüsusilə qrupa düşəndə onun ab-havasını istər-istəməz götürürlər. Uşaq qrupları kimi yaşlılar qrupu da öz xüsusiyyətləri ilə bu cəhətdən seçilir.
Güzəran psixologiyasında referent qrupda qrupdaxili təlqin çox vaxt konformizm kimi özünü göstərir. Vəzir-vəkillər nağıllarda bir qayda olaraq padşahla zahirən razılaşsalar da, daxilən çox vaxt razılaşmırlar, onunla müxtəlif psixoloji yollarla mübarizə aparırlar.
Güzəran psixologiyasında qrupdaxili təlqin haqqında əmələ gəlmiş təsəvvürlərdə bir cəhət də aydın nəzərə çarpır. Başqa adamlara təsir etmək üçün onlar kimisə öz tərəflərinə çəkir, xüsusi qrup düzəldir və bu "düzəltmə qrupdan" məharətlə istifadə edirdilər. Bu qiymətli tapıntını sosial psixologiyada "düzəltmə qrup" üsulu ilə müqayisədə edəndə heyrətlənməmək olmur.
Qrupdaxili təlqində tapşırığın özünün məzmunu psixoloji yönümdə tutumlu rol oynayır. Fərdin tapşırığa münasibəti, tapşırığın onun üçün şəxsi mənaya malik olub-olmaması bu cəhətdən xüsusilə əhəmiyyətlidir.
Müasir psixologiyada da düzəltmə qrup güzəran psixologiyasında olduğu qaydada yaradılır.Ancaq tədqiqat aparıldığı üçün daha çox koqnitiv amilləri nəzərdə tutur, emosional amilləri isə mahiyyətcə nəzərə almır. Təsvir etdiyimiz epizod əslində çöl eksperimentini xatırladır.

  1. İnsanların qarşılıqlı münasibətləri və ünsiyyət

Qarşılıqlı münasibətlər müxtəlifdir. Funksional baxımdan onların aşağıdakı tiplərini fərqləndirirlər:
 Formal (və ya rəsmi) qarşılıqlı münasibətlər;
 Qeyri-formal (və ya qeyri-rəsmi) qarşılıqlı münasibətlər.
Formal qarşılıqlı münasibətlər hər bir fərdin konkret qrupda onun rəsmi statusu (mövqeyi) ilə şərtlənən münasibətlərinin məcmusundan ibarətdir. Rəsmi münasibətlər səviyyəsində kollektiv üzvlər arasında struktur-funksional asılılıq münasibətləri sistemi yaranır.
Ali məktəbdə ‘‘rektor-müəllim” və ya ‘‘müəllim-müəllim” tipli münasibətlər formal qarşılıqlı münasibətlərə misal ola bilər.Onların qarşılıqlı münasibətləri rəsmi xarakter daşıyır və müvafiq inzibati hüquqi qaydalarla tənzim olunur.
Qeyri-formal qarşılıqlı münasibətlər heç kəs tərəfindən müəyyən edilmir, əlverişli şərait olduqda öz-özünə təşəkkül edir. Qeyri-formal qarşılıqlı münasibətlər simpatiya və antipatiyanın görünməz telləri ilə kollektivə nüfuz edərək istər hər bir işçinin, istərsə də bütövlükdə kollektivin fəaliyyətinə müəyyən təsir göstərir.
Formal və qeyri-formal münasibətlər adətən bir-birini üzvi şəkildə tamamlayır və kollektivin həyatında ahəngdar surətdə uzlaşır.
Qeyri-formal ünsiyyət formal ünsiyyət kimi rəsmi qaydalarla məhdudlaşdırılmır. Lakin burada da qarşılıqlı münasibətin (ər-arvad,iki dost,iki yoldaş və iki tanışarasındakı münasibətin) xarakterindən asılı olaraq insanlar arasında müəyyən psixoloji məsafə gözlənilir. Ər-arvadın qarşılılqlı münasibəti üçün məqbul hesab edilən rəftar tərzi,ünsiyyət ədası eyni qrupda təhsil alan oğlan və qızın qarşılıqlı münasibətlərində qəbul olunmur.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin