Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni



Yüklə 93,9 Kb.
səhifə46/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   43   44   45   46   47   48   49   50   51
Sosial psixologiya (1)

Qrup uyuşmasının izahı

Qrup uyuşması qrup həmrəyliyinin mühüm komponentlərindən biridir. Qrup uyuşması insanlara çoxdan məlumdur. Alpinistlər, təyyarəçilər heyəti komandirləri və idman komandası rəhbərləri əməli təcrübə əsasında belə bir nəticəyə, gəlmişlər ki, kiçik qruplarda adamlar bir-birinə eyni dərəcədə uyuşa bilmirlər.
Müasir psixologiyada psixoloji uyuşma üç istiqamətdə - struktur, funksional və adaptiv istiqamətlərdə öyrənilir.
Struktur yanaşma qrup üzvlərinin xarakteristikalarının optimal uyuşmasının araşdırılmasını nəzərdə tutur. Müxtəlif emprik faktların təhlili göstərir ki, qrup üzvlərinin dünyagörüşü, motivləri, maraqları və s.-nin onların bir-birinə psixoloji cəhətdən uyuşmasına kömək edir.
Psixoloji uyuşmada xarakterin özünəməxsus rolu vardır. Müəyyən edilmişdir ki, xarakter əlamətlərinin oxşarlığı çox vaxt adamların bir-birinə psixoloji cəhətdən uyuşmasına maneə olur. Fikrimiz boşanmaya aid bəzi faktlar əsasında aydınlaşdıraq. Ayrı-ayrı regionların boşanma statiskasında onların hamısı üçün oxşar meyllər və cəhətlər də var. Bunlardan biri "xasiyyətimiz düz gəlmir" düsturu ilə bağlıdır.
Sosioloji tədqiqatlar göstərir ki, qadın və kişilərin boşanma zamanı zamanı istinad etdikləri "motivlər" içərisində bu düstur üçüncü yer tutur. Həmin "motivə" istinad edənləri, xüsusilə, gənc ər-arvadların çoxu ,adətən, "xasiyyətimiz düz gəlmədiyinə" görə deyil, əksinə, məhz "düz gəldiyinə" görə boşanırlar.
Hər bir konfliktdə, ailə söz-söhbətində, ər-arvad dalaşında onların xarakter əlamətləri təzahür edir. İnsan münasibətlərinin formalaşmasında xarakterin əhəmiyyəti böyükdür.
Funksional baxımdan qrup uyuşması qrup üzvləri tərəfindən müəyyən vəzifələrin həyata keçirilməsi istiqamətində nəzərdən keçirilir. Bu cəhətdən qrupda şəxsiyyətlərarası rolların bir-biri ilə uzlaşması psixoloji uyuşmanın zəruri şərtlərindən birinə çevrilir. Rollararası konfliktlərin yaranması isə qrup uyuşmasını çətinləşdirir.
Qrup uyuşmasının adaptiv planda təhlili pozitiv şəxsiyyətlərarası münasibətlərin aktiv surətdə formalaşdırılmasını nəzərədə tutur. Bu baxımdan işgüzar oyunlar metodundan geniş istifadə olunur.
Hal-hazırda sosial psixolohiya qrup uyuşmasının müxtəlif səviyyələri fərqləndirilir: temperament və xarakterlərin uyuşması birinci səviyyədə, rol gözləmələrinin uzlaşması ikinci səviyyədə, sərvət meyllərinin vəhdəti üçüncü səviyyədə təhlil olunur.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin