Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə30/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   26   27   28   29   30   31   32   33   ...   99
99
BƏYDADAŞ CƏfƏRLİNİN “pOZULMAZ NİZAM” 
KİTABINDA BUGÜNÜN AĞRILARI
Ədəbiyyatımızda işıq saçan söz fatehləri yaşadıqları dövrün ağrı-acı-
larını,  bəlalarını,  qəhrəmanlıqlarını,  şücaətlərini,  məhəbbətlərini  bütün-
lükdə tarixini kağızlar üzərində füsunkar, ilhamlı qələmlərilə bayatılaşdırıb, 
dastanlaşdırıblar. İnsan beyninin təxəyyülü olan bu çeşmə bəşər özünü dərk 
edəndən, əqli inkişaf zirvələrini fəth edən gündən susmaq bilmir ki, bilmir. 
Əslində  söz  fatehləri  olmasaydı,  insan  sabaha  tələsən  zamanın  axarında 
itib-batardı.  Onun  dünənindən  tarixin  yaddaşında  heç  nə  qalmazdı.  Bu 
gün istedadı olana dodaq büzmək, onun yoluna daş-kəsək yumbalamaq, 
me şinli qapıları üzünə bağlamaq, dünəninə və bugününə arxa çevirmək, 
dünənin  və  bugünün  üstündən  qara  xətt  çəkmək  deməkdir,  çünki  tarixi 
və  ədəbiyyatı  kağızlar  üzərində  əbədiləşdirənlər  söz  sərraflarıdır.  İnsan 
gedəridir, fəqət onun yaratdıqları hansı millətə, xalqa, ölkəyə məxsusluğu 
yazdıqlarında öz əksini tapır və hər millətin varlığı, yaşarılığı müqəddəs 
SÖZDƏN keçir. Elm, texnika nə qədər yüksəkləri fəth etsə də kompüterlər, 
mobil telefonlar at oynatsa da heç vədə qələmin, kağızın və sözün yerini 
verməz.  Sənin  yaratdığın  kağız  üzərində  özünə  yer  etməyibsə,  kompüt-
erin  yaddaşına  köçürülübsə,  deməli,  yaratdıqların  xəta  içərisindədir.  O 
sənin yazdıqlarını əbədi saxlamağa qadir deyil, kağız və qələm kimi in-
san könlünə munis ola bilməz. Çünki kompüter insan beynini xatırladır. 
İnsan  beyni  xəstəlikdən  min  bir  bəlalara  düçar  olduğu  kimi,  kompüter 
də virus azarına mübtəla ola bilər və yazdıqların bir anda yox olar. Odur 
ki,  ədəbiyyatımızı  kağızlar  üzərində  yaşadanlar  varlığımızı  yaşadırlar. 
Ədəbiyyata, şerə, sənətə dodaq büzənlər öz varlıqlarına dodaq büzürlər. 
Nə zaman ədəbiyyatı yaradan söz sərrafları susacaq, millətlər də, xalqlar 
da əriyib yoxa çıxacaq, kosmopolit bir dünya qalacaq. Bu kosmopolitliyin 
içində vəhşilik, allahsızlıq, imansızlıq, ləyaqətsizlik, vətənsizlik olacaq və 
yəqin ki, insan öz əliylə dünyanı məhv edəcək, çünki söz sənəti millətin 
kimliyidir. O yoxdursa, millət də, vətən də yoxdur. Millətlər, xalqlar isə 
dünyanın varlığını qoruyur. Nə qədər müharibələr, qırğınlar, haqsızlıqlar 
olsa belə... 
Müasir dövrümüzdə ədəbiyyatımıza nəzər yetirdikdə yazarlar iki qismə 
bölünür:


100
1. Dəm yazarları
2. Qəm yazarları
Dəmdən  yazanlar,  heç  zaman  yaşadıqları  dövrün,  zamanın  çatışmaz-
lıqlarını,  amansızlıqlarını,  imansızlıqlarını  əks  etdirmir.  Öz  qələmlərini 
yaltaqlığa, məddahlığa, gülə, bülbülə, cismani sevgiyə həsr edir, sanki on-
lar üçün dünya yalnız kef üstündə qurulub. Elin gözü tərəzidir, deyirlər 
onun tərəzisində dəmdən yazanların da, qəmdən yazanların da yükü çəkilir. 
Onun verdiyi qiymət heç bir kağız üstündə verilən qiymətlə, pul-parayla, 
dəm-dəsgahla ölçülmür. O, yaxşını pisdən ayırmağı bacarandır. Yaşadığın 
ölkənin, vətənin, millətin əyər-əskikliklərindən yazmaq ona olan sonsuz 
sevgidən  qaynaqlanır.  Bu  nə  dövlətə,  nə  xalqa,  nə  millətə  qarşı  çıxmaq 
deyil. Əksinə, onun inkişafına təkan verməkdir, onun dərdlərini başda otu-
rub, ancaq özündən, evinin içindən fikirləşənlərin nəzər-diqqətinə yetirmək 
və onların qarşısında həyəcan təbili çalmaq deməkdir. Biz bunu millətin 
qəmindən yazanların yaradıcılığında görür və dərk edirik. Fikirləşirik ki, 
nə  yaxşı  qəmdən  yazanlar  var. Yoxsa  nə  ədəbiyyat  olardı,  nə  onun  min 
illəri  haqlamış  tarixi...  Əslində  qəmdən  yazmaq  göz  yaşı  tökmək  kimi 
başa düşülməməlidir. Cəmiyyətdə tərəzinin əyilməsi, pisliklərin artması, 
haqsızlıqların çoxalması insanın göz yaşının tökülməsindən, onun bağrında 
yara açan qəmdən xəbər vermirmi? Elə bu qəm də ədəbiyyata gətirilir, onun 
qədir bilən söz bahadurları tərəfindən... Əlimə qələm götürüb yaradıcılığı 
barədə ürək sözlərimi yazmaq istədiyim qələmdaşım Bəydadaş Cəfərli də 
belə söz cəfakeşlərindəndir. O, şerində nə kəşf axtarır, nə də şerinə forma 
gəzir,  şeir  ürək  alovuyla  cilalana-cilalana  gəlib  onu  tapır.  Xalqın  ağrı-
acıları, dərd-səri, vəfası, cəfası ilə bir yerdə! 
  Onun  yaradıcılığı  elə  o  üzdən  qəm  üstündə  köklənib.  Bu  qəm  heç 
də  səni  ümidsizliyə  aparmır.  Bu  qəm  insanı  mübarizliyə,  şücaətə,  cəsa-
rətə, inkişafa səsləyir. Adamı yaltaqlığın, məddahlığın dərəcəsinə enmə-
məyə,  bəşəri  mənlik  və  ləyaqət  anlamına  sadiq  qalmağa,  bu  cür  in-
sani  keyfiyyətlərin  ucalığına  qalxmağa  səsləyir.  Onun  müxtəlif  illərdə 
“Babadağdan gələn səs”, “Çılğın sətirlər”, “Sevgi çələngi”, “Qarabağım-
yara  bağrım”  adlı  kitabları  işıq  üzü  görüb.  Paklığı,  təmizliyi,  mərdliyi, 
cəsurluğu  öz  şeirlərində  ana  xətt  kimi  götürən  şair  qardaşım  füsunkar 
İsmayıllı  bölgəsinin  buz  bulaqlarından,  pak  çeşmələrindən  su  içib,  ana 
təbiətin mələk baxışlarıyla üz-üzə, göz-gözə qalıb. O, kəsilən meşələrin 
ah-zarına  qulaq  kəsilib.  Qəpik-quruşla  yaşayan  kənd  adamının  ağır  hə-


101
yatı  ürəyində  cığır-cığır  şırımlar  açıb.  Nədənsə  bölgələrimizdə  doğulan 
yazarlarımızın bir çoxunun yaradıcılığında həyatın çətinlikləri daha qabarıq 
şəkildə əks olunur. Bəlkə kəndin heç kəsi əzizləməyən ağır zəhmətlərlə 
yoğrulmuş  sərt  təbiəti  bölgələrdə  doğulan  yazarlarımızın  qələmini  daha 
sərt, daha üsyankar edir (Baxmayaraq ki, şəhərdə yaşayan orta imkanlılar 
isti yay günlərini kəndlərdə keçirməyə üstünlük verirlər, kənd adamının 
ağır  güzarına  nəzər  yetirmədən...)  Elə  özünəməxsus  dəsti-xətti  olan 
yazarlarımızdan biri Bəydadaş Cəfərli də belə sənətkarlarımızdandır... Bu 
nöqteyi-nəzərdən öndə gedən söz adamlarımızdandır. Mən onun özünün 
dəsti-xəttilə  əlimə  yetmiş  və  2008-ci  ildə  “Adiloğlu”  nəşriyyatında  çap 
üzü  görmüş  “Pozulmaz  Nizam”  kitabı  haqqında  dəyərli  oxucularla  öz 
fikirlərimi  bölüşmək  istəyirəm.  Kitabın  ilk  vərəqlərindən  başıbəlalı  Və-
tən üçün yanan bir ürəyin şölələri üzümü qarsır. Bütün dövrlərdə və büt-
ün  cəmiyyətlərdə  haqsızlıqlar,  özbaşınalıqlar  at  oynadıb.  Ən  parlaq,  ən 
inkişaf  etmiş  cəmiyyətlərdə  belə  çatışmazlıqlar,  haqsızlıqlar  var,  həmin 
cəmiyyətlərin öz tərəzisinə görə bu haqsızlıqlar çəkilir və ağırlıq-yüngüllük 
ölçüsünə  görə  mübarizə  aparılır.  Bəydadaş  Cəfərli  vətənin  bir  şair  oğlu 
kimi yaşadığımız ölkənin və millətin ağrı-acılarını öz könül prizmasından 
keçirib ulu sözə çevirir. Bu sözlər misra-misra şeirlər içində püxtələşir və 
cilalanır.  Ulu  heca  şerimizin  bir  çox  növlərilə  qələmini  sınayan  şair  elə 
“Qələm” şerilə də müqəddəs sözə çələng hörür. Bu dərin məzmunlu mis-
ralarda qələmin ucalığından söhbət açılır. İnsan qələmi kəşf edən gündən 
sözünü kağızlar üzərinə köçürtdü. İstər qələm lələk, istər qamış, istər ağac, 
istərsə müasir dövrün plastik kütləsi olsun. Min illərdi, o, Sözü kitablara 
ərməğan etməklə ona əbədi bir heykəl yonur. Dünən də beləydi, bu gün də, 
yəqin ki, sabah da belə olacaq...

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin