Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə32/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   28   29   30   31   32   33   34   35   ...   99
Gedir məmləkətdə villa yarışı.
Ölənə gor üçün tapılmır məkan,
Millətin əlində deyildir sükan,
Torpaq tutanlarda olsaydı imkan,
Göydə bölərdilər qarı, yağışı. 
Əziz oxucu, bu şeir bugünkü taleyimizlə baş-başa deyilmi?! O, “Viranə 
parklar” şerini əslində ana təbiətə bizdən qat-qat xeyirli olan dilsiz-ağızsız 
ağacların  ikiayaqlı,  şüurlu,  fəqət  amansız  bəndələrin  ucbatından  başı 
kəsildiyini,  bədəninin  yetmiş  yeddi  yerə  parçalandığını  ağrılı  bir  dillə 
qələmə alıb:
                               Ağac budağını ağac yerinə
Basdırırlar yerə guya bitəcək.
Gecələr kəsilir yüzillik ağac,
Kəsdirən bilir ki, izi itəcək.


104
Bəli,  yüz  illik  ağacın  təbiətə  ərməğan  etdiyi  oksigen  bu  gün  əkilən 
pöhrənin  xeyriylə  bir  deyil.  Bu  gün  əkilən  pöhrələrin  xeyri  üçün  uzun 
illər lazımdır. Bu gün öz başına bəla olan insan havasızlıqdan əzab çəkir. 
Cavan infarktlı xəstələrin sayı artıb, artıq uşaqlar arasında da bu xəstəliyin 
daşıyıcılarının  sayı  çoxalıb.  Bəydadaş  bəy  bir  həkim  dəqiqliyi  ilə  bu 
bəlaları  şerə  gətirib  və  döyüşən  misralarını  səbəbkarlara  qarşı  tuşlayıb. 
Şairin  vətəndaş  yanğısını  duyduqca,  adam  qürurlanır.  Düşünürsən  ki, 
İlahi, nə yaxşı misralarını haqqa, ədalətə ünvanlamış şairlər var. Dünyanın 
qulağı kar deyil ki, mini eşitməsə, biri eşidər... Şair “Didərgin kitab” şerin-
də kitabxanaların basqıya məruz qalmasından, kitab dükanlarının sayının 
azalmasından,  rüşvətin  ayaq  tutub  yeriməsindən,  xalqın  ağrı-acılarıyla 
köklənmiş binəva alimin maaşının qəpik-quruş olmasından ürək yanğısıyla 
söz açılır:
Ziyalı maaşı dilənçi payı,
Başa vura bilmir onunla ayı,
Günbəgün azalır ölkədə sayı,
Alimin getməyi elə ayıbdır.
Üç ali təhsil ocağının, bir texnikum diplomunun daşıyıcısı olan Bəy-
dadaş  Cəfərlinin  şeirlərinin  dərinliyi  adamı  heyrətləndirir.  Mən  neçə-
neçə  tədbirlərin  iştirakçısı  olarkən  yaradıcı  insanlardan  eşitmişəm  ki, 
şairə ali təhsil, şairlik Allahdan gəlir. Amma onu da diqqətli və əzəmətli 
oxucuların nəzərinə yetirmək istəyirəm ki, şeir savadlı və savadsız olur. 
Hər bir şeir müəllifin kimliyini açıb ortaya qoyur, istər qafiyə baxımından, 
istər misraların dərinliyindən, istərsə də sözün bəndlər içində öz yerində 
olmasından.  Bəydadaş  Cəfərlinin  savadlılığı,  ziyalılığı  şeirlərində  boy 
göstərir. Onun “Ləpələr” şerindən axırıncı bəndə diqqət edək:
Baş alıb taledən qaçanlara de, 
Tale qucağına tələsir yenə.
Bir ləpə sahildə şəhid olanda
Təzəsin doğmağa yel əsir yenə.
Təşbehlə, ibarələrlə dolu olan şeirdə, o, ləpələri insan taleyilə müqayisə 
edir. İnsan taleləri müxtəlif cür olduğu kimi, ləpələr də müxtəlifdir, lal, 
pıçıltılı,  təlatümlü.  Sükutun  içində  bir  qorxu,  bir  titrəyiş  olduğu  qədər 


105
təlatümün  içində  də  bir  sükut  gizlənir.  Şair  “Elm”  şerində  elmin  insan 
taleyi üçün nə boyda böyük səadət olduğunu önə çəkir:
Qavrayan beyində dağtək qalana,
Şöhrət gətirəndir nəzər salana,
Çətinə düşənə, darda qalana,
Köməklik göstərən mürvətdir elm.
Həqiqətən də elmli insan hamı tərəfindən eyni cür qəbul olunmasa da 
bütün  dövrlərdə  öz  ağılı,  biliyi  sayəsində  qüvvətli,  qüdrətli  olub,  hətta 
müqəddəs  kitabımız  “Quran”da  da  elmin,  biliyin  aliliyindən  bəhs  edir. 
Onun dalınca getməyi tövsiyə edir. Əlbəttə, dini ağılla dərk edəndə insana 
irəliləyiş, mövhumatla qəbul edəndə insana gerilik bəxş edir. Bu geriləmənin 
içində nə qədər göz yaşı, nə qədər bədbəxtlik özünə yuva qurur. Ona görə şair 
elmi insan beyni, zehni üçün ən müqəddəs sərvət adlandırır.
Min illər bəşərin beynində, şüurunda yuva qurmuş məkr, hiylə ağılla 
çarpışmaqdadır. Neçə-neçə talelərin yolunda sərt qaya kimi durur, neçə-
neçə arzuları heç-puç edir. Elə şair də “Məkr” şerində bütün bunları dilə 
gətirir. Bənd-bənd misralarının ovqatına kökləyir:
Mənbəyi, mənşəyi məlum olmayan,
Hər cür xəstəlikdən betərdir məkr.
Şərə xidmət edir vicdanı kordur,
Həmişə böhtanlar bitirdi məkr.
Şairin  “Məmur”,  “Zərrələr,  Kürrələr”,  “Real  şair  həyatı”,  “Tanrım” 
“Məmləkətim” və sadaladıqca adlarını sadalamaq istədiyin şeirlərini ox-
uduqca göz önündə bugünün mənzərələri canlanır. Bugünümüzlə yüklənən 
beynimizin  ağrı-acıları  misralar  içində  ah-ufla  boylanır.  Şərəfi,  namusu, 
mənliyi,  ləyaqəti  misralarından  boylanan  Bəydadaş  Cəfərlinin  şeirlərini 
oxuduqca  oxumaq  istəyirsən.  Bu  sanballı  şeirlərin  içində  məsum  in-
san taleyindən nigaran bir şairin məddahlığa, yaltaqlığa, qorxaqlığa, cə-
halətə  boyun  əyməyən  qürurlu  ilhamı  var.  Birdən  mənə  sual  edərsiz, 
ilhamın  da  qürurlusu,  qürursuzu  var?  Bəli,  istedadı  olanın  ilhamı  onun 
xasiyyəti,  şəxsiyyəti  və  mənliyilə,  ailədə  aldığı  təlim-tərbiyəylə,  təhsil-
elm  ocaqlarından  əxz  etdiyi  biliklə,  mütaliəsi,  ən  nəhayət,  savadıyla 


106
birləşir. Yazarın mənliyi, şəxsiyyəti və xasiyyəti, savadı necədirsə, ilhamı 
və  o  ilhamdan  doğan  şeriyyəti-nəzmiyyəti,  nəsri,  publisistikası  da  elə 
olur. İlhamı millətinin ağrı-acısına köklənmiş yazarlar heç vaxt öz şəxsi 
yaşayışını  millətinin  güzəranından  ayırmır,  onun  çəkdiyi  dərdi-qəmi  öz 
ruhu-canından keçirir. Müəllifin “Ola” şerində arzuladığı kimi:
Ömür saymadığım ötən günləri,
Tutub saxlamağa fərmanım ola.
Ürəklərdən qəmi, gözlərdən nəmi 
Biryolluq silməyə dərmanım ola.
deyən Bəydadaş Cəfərli xalqın ağrı-acılarını, dərdini, qüssəsini, gündəlik 
çörəkpulu tapmayan, evində ətdən, balıqdan, toyuqdan hazırlanan təamlara 
həsrət qalan, xəstələnəndə dərman pulunu yuxusunda görən insanlarımızın 
dərd  yükünü  ürəyində,  qəlbində  daşıyır,  öz  ağıl  tərəzisində  ölçüb-biçir, 
misra-misra şeirlərinin ovqatına yükləyir, yəqin ki, özünün ürək ağrılarıyla 
birlikdə! Çünki bir söz adamı kimi bilirəm ki, qəmdən yazmaq, yaşadığın 
cəmiyyətin  dərd-sərini  çiyinlərində  daşımaq  yazanın  səhhətinə  nə  divan 
tutur? Axır vaxtlar mənim ürəyim hava çatışmazlığından əzab çəkir. Min 
yolla başımı qarışdırıram ki, bir az ömrünü uzadım və nə qədər yazılmamış 
mövzularımı araya-ərsəyə gətirim. Şairin haqdan, ədalətdən deyən, əzmi ilə 
insan qəlbini riqqətə gətirən ürəyə məlhəm şeirləri mənə gözəl İsmayıllının 
saf  havasıtək  könüloxşayıcı,  ruhverici,  şəfaverici,  zövqverici,  dirildici 
oldu. Hörmətli Bəydadaş Cəfərli, ürəyin və ilhamın yorulmasın. Zehnin, 
idrakın  dağ  zirvəsindən  yerə  enməsin.  Bu  minvalla  yaradıcılıq  uğurları, 
türk qardaşlarımız demişkən, əllərinə sağlıq... 
 06.12.2010 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin