Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə33/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   29   30   31   32   33   34   35   36   ...   99
AZƏRBAYCAN GERÇƏKLİYİ 
 
1991-ci ildə “Ürək, niyə ağrıyırsan?!” ilk toplum dünya işığına vəsiqə 
qazanandan sonra uzun müddət ədəbi aləmdən ayrıldım. Səbəbi də o idi 
ki, bir həqiqəti gün kimi aydınca dərk etmişdim ki, yazar olmaq böyük 
bir  məsuliyyətin  altına  girmək  deməkdir.  İstər  şair,  istər  yazıçı,  istərsə 
jurnalist olsun, əsl həqiqəti ortaya qoymalıdır. Heç kimə şər yaxmadan, 
heç  kimi  qaralamadan,  heç  kimin  haqqını  tapdalamadan,  heç  kimə  yal-


107
taqlanmadan, heç kimə məddahlıq etmədən ağlının, şüurunun diktə etdiyi 
kimi,  vicdanınla  xoş  məramlı  təmasından  rövnəqlənib  əsl  həqiqətlər  fo-
nunda  yazmalısan. Yəqin  ki,  hər  bir  ciddi  yazar  dərk  edir  ki,  o  bu  gün 
üçün yazmır. O, sabaha görə bu günü qələmə alır. Elə birinci kitabımda 
da  əsl  həqiqətlər  ortaya  qoyulmuşdu.  Bu  hələ  o  zamanlar  idi  ki,  sovet 
hökuməti  dağılmamışdı.  Deyəsən  mənim  bəxti  qara  ilk  kitabımın  ayağı 
sovet  hökumətinə  düşmədi.  Az  müddət  sonra  onun  ölüm  xəbəri  bütün 
dünyanı yerindən silkələdi. İndi bir çox siyasətbazlar, vətənbazlar, parti-
yabazlar, tayfabazlar, hoqqabazlar, habelə boşboğazlar sovet hökumətinin 
ölümünü  Qarabağ  hadisələrilə  bağlayır,  amma  mən  belə  düşünmürəm, 
əslində Qarabağ və ümumən Sovet İmperiyası daxilində baş vermiş faciələr 
Sovetlər Birliyinin dağılması üçün qabaqcadan yazılmış, böyük dövlətlər 
tərəfindən planlaşdırılmış bir ssenari idi. Ssenarinin müəllifi isə hegemon 
dövlət olan Amerika, Qarbaçovsa bu ssenarinin baş qəhrəmanı idi, necə 
deyərlər, balıq başından iylənmişdi. Qorbaçovun Rusiyadakı tərəfdaşları 
isə ona görə bu addımı dəstəklədilər ki, yığdıqları milyonları həzm etmək 
üçün... Vaxtilə 300 illik Romanovlar sülaləsinin, yəni çar Rusiyasının altını 
üstünə  çevirmiş  və  bütün  dünyanı  öz  imperialist  inqilabıyla  çalxalamış, 
sosialist adı altında xalqları yenidən qoca imperiya qartalının caynaqları 
altına yığmış V.İ.Leninin təbirincə desək: “Yuxarıdakılar ölkəni idarə edə 
bilmirdilər, aşağıdakılar isə bu qaydayla yaşamaq istəmirdilər”. Əlbəttə ki, 
dünyanın  heç  bir  yerində  vətəni  olmayan,  qaraçı  qövmü  olan  ermənilər 
(hayklar) də bu cızılmış plandan yetərincə yararlandılar. Daha doğrusu, əzəli 
qardaşları ruslar bu baş verənlərdən onları dəyərincə mükafatlandırdılar. 
Bəs erməni sevgisi ruslarda nə zamandan yaranıb?.. Rusiya Qafqazda öz 
dayaqlarını möhkəmləndirmək üçün dünyanın heç yerində yeri-yurdu ol-
mayan ermənilərdən istifadə etdi. Siz sual edə bilərsiz ki, xristian dininin 
qollarından  biri  –  eyni  pravoslav  məzhəbin  daşıyıcıları  olan  gürcülərlə 
ruslar  niyə  bu  birliyi  yarada  bilmədilər?  Ona  görə  ki,  gürcülər  ruslara 
işğalçı kimi baxır və Qafqaz onların ata-baba məkanıdır. Ruslara isə yer-
siz-yurdsuz bir qövm lazım idi ki, onları daimi boyunduruqda saxlasınlar. 
Özləri cənubi Qafqazda asanlıqla lövbərlərini sala bilsinlər. Bu qövm isə 
ermənilər oldu. Rus imperiyası Azərbaycanımızın ata-baba torpaqlarının 
hesabına qılınc gücünə ermənilərə dövlət qurdu. Erməniləri yaxşı tanıyan 
millətlərin aydınları yaxşı bilirlər ki, onların bir neçə üzü var. Bu bir neçə 
üzlü  millətdən  ruslar  Qafqazda  bu  gün  də  yararlanmaqdadırlar.  Əslində 


108
Ermənistan  adlanan  dövlətin  adı  ermənilərin,  dadı  isə  ruslarındır.  Onlar 
necə lazımdır Qafqazda bu dövlətin dadını çıxardırlar. Ermənilər isə bu 
dövlətin  kirayənişinləridir.  Sual  edə  bilərsiz  nəyə  görə?  Ona  görə  ki, 
gəlmədilər, yerli deyillər. Onları burda yerli edən ruslardır, ermənilər on-
lardan  daimi  asılılıqdadırlar,  çünki  ermənilərə  dövlət,  ruslara  isə  cənubi 
Qafqazda daimi at oynatmaq üçün məkan lazım idi... Məzhəbləri ayrı olsa 
da,  əqidə  birliyi  dadlarına  yetib.  Həmişəki  kimi...  Əslində  təkcə  ruslar 
yox,  hegemon  xaçpərəst  dövlətlər  niyə  ermənilərin  tərəfindədir?  Bunun 
səbəbini millətimizin çox qismi müsəlman dini ilə bağlayır. Yaşlı və gənc 
nəslin arasında bu fikir dolaşmaqdadır, ancaq birinci səbəb müsəlmançılıq 
yox, ölkə əhalisinin böyük bir qisminin türk olmasıdır. Hegemon dövlətlər 
ikinci  bir  türk  dövlətinin  bu  bölgədə  möhkəmlənməsinin  əleyhinədir. 
Məhz müsəlman dövlət olan, güney Azərbaycanın öz əsarətində saxlayan 
İranla da bu məsələ də fikirləri üst-üstə düşür, çünki tarixləri silkələyən 
türk xofu onların qan yaddaşında öz dərin izlərini buraxıb... Bu baxımdan 
can-dillə ermənilərə tərəfkeşlik edirlər. Öz haqq işimiz uğrunda dünyanın 
böyük istilaçıları ilə çarpışmaq üçün bizə uzun bir mübarizə yolu lazımdır. 
Bu ölkənin vətəndaşı olan hər kəs başının altına yastıq qoyub dərin yux-
uya getməməlidir, çünki əzəli yurdlarından çıxmışlar öz əzəli yurdlarına 
qayıtmalıdırlar.  Bu  belə  olmasa,  bizim  bugünkü  müstəqilliyimiz  də  ol-
mayacaq. Bu məsələnin hamımız bir nəfər kimi dərkinə varmalıyıq. Bu 
gün bizim düşmənlərimizin çoxluğunun səbəbini dinimizdə yox, dilimizdə 
və hansı kökün təməlində durmağımızda axtarmalıyıq. Əgər bunu danmaq 
mümkündürsə  danın,  hansı  millətdən  istəyirsizsə  olun,  əgər  bu  sizə  zövq 
verir sə... Ey internet portallarında səhərdən-axşamadək millətin dininə, onun 
həyatda daşıdığı mövqeyə dodaq büzənlər... Sizin axırınız hara gedir?! 
Əslində  ov  silahları  da  əlindən  alınmış  kişilərimiz  ordusuz,  əliyalın 
imperiya qoşunu ilə üz-üzə qaldı. Elə burdaca bunun ən böyük günahını 
kürsü  aşiqlərində  görürəm.  Onlar  Moskvanın  sözüylə  yox,  namusunun, 
vicdanının səsilə oturub-durmalı idi, amma təəssüf ki, bu belə olmadı... 
Biz ermənilərlə yox, rus işğalçılarıyla döyüşürdük, çünki ruslar onlara qah-
mar çıxmasaydılar, ermənilər bizimlə üz-üzə gəlməyə cəsarət tapmazdılar. 
Qarabağ  döyüşlərində  canıyla,  qanıyla  şücaət  göstərən  kişilərimiz  hər 
cür hörmətə, izzətə layiqdirlər. Məhz onlar namuslarının tapdalanmasına, 
ana-bacılarının, arvad-uşaqlarının yağı əlinə düşməsinə dözə bilmədikləri 
üçün əliyalın, əllərinə keçən silahlarla nəyi bacardılarsa onu etdilər. Mən 


109
Qarabağ  döyüşçülərinə  məğlub  kimi  baxmıram,  onlar  qəhrəmanların 
qəhrəmanıdırlar.  Rusiya  bizim  qolumuzdan  qandalları  tam  açmayıb, 
yurdlarımızı işğal altında saxlamaqla bizi öz tabeliyindən tam buraxmamağa 
çalışır, Qarabağ düyünü rusların idbar siyasətçilərinin əlindədir. Rusların 
daxildən öz burunları əzilməsə biz bu zillətdən çətin qurtararıq. Bu gün 
Rusiyada rəhmətlik Roxlin kimi siyasətçilərin sayı artmasa onun öz sabahı 
sual  altında  olacaq.  Rusiyanın  daxilində  hələ  zəncirlərdən  qurtulmamış 
sayı milyonları ötmüş rus olmayan azsaylı xalqlar haqlarının tapdalanması 
məcburiyyətindədirlər. Rus hökuməti qandallardan azad olmuş ölkələrin 
azadlığını  heç  cür  həzm  edə  bilmir.  Bütün  bunları  yazıya  gətirməkdə 
məqsədim heç də siyasəti çözələmək deyil. Tarixlə politoloqlar, tarixçilər, 
siyasətçilər məşğul olmalıdır, ancaq doğru-düzgün şəkildə... Bu da onların 
öz vicdanına qalıb... 
Sovetlər Birliyinin dağılması bir tərəfdən bizə müstəqillik bəxş etdisə, 
digər tərəfdən bizi qarşısı alınması çətin olan bir çox problemlərlə baş-
başa qoydu. Bu problemlər bu gün də yaşadığımız ölkənin hər sahəsində 
öz  çılpaqlığıyla  büruzə  verməkdədir.  Torpaqlarımızın  az  bir  hissəsində 
müstəqillik  ab-havasında  yaşayırıqsa,  bu  bizim  hələ  tam  xoşbəxtliyimiz 
demək deyildir, çünki bu müstəqilliyi göz bəbəyimiz kimi qoruyub saxla-
maq üçün biz öz-özümüzlə, öz içimizdə inqilab etməliyik. Hamı bir nəfər 
kimi bu müstəqilliyin bayrağından, himnindən, himnin sözlərindən tutmuş 
bütün dəyərlərini can-dildən sevməlidir. Öz ailəsi kimi, ailəsinin içindəki 
uşağı kimi, nəfəsi kimi, insanın var olmasının əsas amili olan hava kimi, su 
kimi... Müstəqilliyimizi qazanan gündən demokratiya pərdəsi altında xalqın 
baş-beyni korlayan saysız-hesabsız sektalar qapı-qapı düşüb avam, pulsuz, 
köməksiz insanlarımızın şüurunu korlamağa başladılar. Bu, dünən özünü 
müsəlman  kimi  görən,  müsəlman  adət-ənənəsilə  yaşayan  insanlarımızın 
bir çoxunun beynini zəhərləməyə başladı. 70 il sovet sisteminin allahsızlıq, 
dinsizlik  qadağaları  altında  yaşayan  millətimiz  ruhunu  qorudu.  Ata-
babalarının əziz bir nemət təki saxladığı adətləri öz qan yaddaşında əzizlədi, 
ürəyində bəslədi, əqidəsindən dönmədi, onun üstünə heç bir ləkə düşməsinə 
yol vermədi. Bizim insanlarımızı nə əydi görəsən, maddiyyat çatışmazlığı 
və  yaxud  mənəviyyat  yoxsulluğu?  Əslində  Azərbaycanda  sektalaşma 
siyasəti aparanlar mənəvi casuslardır. Şimali Azərbaycanımızın varlığını 
yox etmək istəyənlərdir. Əgər dünən bu insanların sayı barmaqla sayılası 
idisə,  bu  gün  minlərlədir.  Ölkəmizə  əməlli-başlı  xarici  missionerlərin 


110
axını başladı. Pulsuz paylanılan boş-boş xülyalarla doldurulmuş kitablar-
la, aylıq ac millətə ödənilən məvaciblə sektalaşma sevdası gündən-günə 
insanlarımızın  içində  artdı,  hətta  bu  bölgələrimizdə  də  tüğyan  etməyə 
başladı. Bu gün sektalaşma gedən bir ölkədə sabah qardaş qardaşa qarşı 
çıxmayacaqmı?!  Xristianlaşma,  sektalaşma  iki  yüz  il  rusun  əlaltısı  olan 
və nəinki türk qövmünə, hətta bu ərazidə yaşayan müsəlman inanclı digər 
azsaylı xalqlara qənim kəsilən erməniyə güllə atmamağı, onunla can deyib 
can eşitməyi təbliğ edir bizlərə... Bu erməniylə müharibə şəraitində olan 
Azərbaycana  nə  vəd  edir?  Deməli,  bizi  içəridən  dağıdıb  məhv  etmək 
istəyirlər.  İş  burasındadır  ki,  həmin  bu  adamlar  müsəlman  adlarını  və 
soy  adlarını  daşımaqla  millətimizə  yad,  ögey  dinlərə,  sektalara  xidmət 
etməkdədirlər. Bu adamların ədəbi aləmdə də boy göstərməkləri bu gün 
ağlı kəsən hər kəsə gün kimi aydındır. Onlar, islam inanclı millətimizin 
kimliyinə qara  yaxır,  məxsusi  şərq  aləmi  ilə  qırılmaz tellərlə bağlı  olan 
ədəbiyyatımızı, musiqimizi, folklorumuzu danır və dünənimizin üstündən 
qara  xətt  çəkirlər.  Bu  şəxslər  internet  portallarında,  necə  deyərlər,  at 
oynadır, xalqımızın kimliyini danırlar. İnternet portallarında bu adamların 
minlərlə oxucuları var. Jurnalist adıyla ermənilərin evinin içinə qorxusuz-
hürküsüz  gedib-gələn  bu  insanlarda  milli  hisslərdən  başqa  hər  şey  var. 
Əsasən  internet  saytlarından  gənc  nəsil  istifadə  edir.  Deməli,  sabahımız 
olan gənc nəslin beyni zəhərlənir. Nə qədər acı, ürəkbulandırıcı olsa da 
bunu  etiraf  etməliyik.  Əslində  dinlər  müasir  ikiayaqlı  bəndələrin  əlində 
oyuncağa çevrilib. Biri ondan öz siyasətini qurmaq üçün, digəri qazanc 
mənbəyi kimi, bir başqası başqalarından fərqlənmək üçün istifadə edir. Elə 
xristianlığa pərəstiş, onlar kimi yazmaq, onlar kimi danışmaq, toylarda gəlin 
və bəyə şampan içirtmək, qərb musiqilərinin sədası altında atılıb-düşmək, 
toyu iyrənc, çığır-bağırla dolu şouya çevirmək və sair. Onu da qeyd etmək 
yerinə düşər ki, bir tərəfdən gəlinlə bəyə Quranın haram saydığı spirtli içki 
olan şampanla dolu olan qədəhlər təslim olunur, digər tərəfdən elə ordaca 
onları Quran altından keçirdib dinimizə uyğun kəbin kağızı təqdim edilir. 
Heyrətamiz və acı bir mənzərə deyilmi?! Bir şeyi diqqətinizə yetirim ki, 
toyda pul yığmaq elə özümüz sayaqdır. Onu heç cürə dəyişmirik, çünki bu 
bizim cibimizin xeyrinədir. 
Təhsilimiz  qənaətbəxş  deyildir.  Savadsız,  kitabdan,  mütaliədən  uzaq 
düşən, yazı-pozu bilməyən təbəqə yaranmağa başlayır və bu gənclərin sayı 
minlərlədir. Hamının söyüb təhqir etdiyi Sovet hökumətinin bir işi var idi 


111
ki, elmə, təhsilə ciddi fikir verirdi. Alimin də, çobanın da, fəhlənin də, bir 
sözlə, bütün zümrələrdən olan insanların uşaqları təhsil görürdü. Məktəbi 
atmaq, oxumamaq, demək olar ki, yox idi. Bu gün isə avtobuslarda, metro-
da, küçələrdə məktəbyaşlı uşaqların alış-verişlə, yəni alverlə, yaşına uyğun 
olmayan işlərlə məşğul olduğunun şahidi olursan. Gələcəyimiz olan, canı 
bərkiməmiş  balaların  bəs  sabahı  necə  olacaq?  Məktəb  ola-ola  repetitor 
təhsili ilə ali məktəblərə üz tutan imkanlı uşaqlar kimi deyil axı bu gələcək 
vətəndaşlarımızın taleyi! Bir çox ali təhsil alanlarımızın isə bilik səviyyəsi 
yox  dərəcəsindədir.  Rüşvət  verməklə  ali  təhsil  alan,  rüşvət  verməklə 
elmi iş yazdırıb alim olanlarımızın sayı yağışdan sonra çıxan göbələklərə 
bənzəyir.  Sonra  bu  alimciyəzlər  ali  məktəb  otaqlarında  binəva  xalqın 
balalarına dırnaqarası elm öyrədirlər. İndi pullu adamların sevimli balaları 
ali təhsil almaq üçün xarici ölkələrə üz tutur. Nəyə görə? Niyəsinin səbəbi 
yuxarıdakı yazdıqlarımdır.Təəssüf ki, bizdə xarici ölkələrdən fərqli olaraq 
təhsil ocaqlarında pul xərcləyirik ki, oxumayaq. İnternetdən başı çıxan və 
yaxud ali məktəbdə oxuyan tələbələrin bir qismi internet çatlarında saat-
larla məktublaşmaqla və porno-videolara baxmaqla məşğuldur. Kitabdan, 
tarixdən,  mətbuatdan  uzaq  bu  insanların  gələcəkdə  necə  mütəxəssis 
olması indidən göz qabağındadır. Bəlkə də biz dünyada internetdən bu cür 
istifadəyə görə birinci yerlərdəyik. Bir ölkədə ki müəllim müraciəti bütün 
zümrələrdən  olan  hər  kəsə  şamil  edilirsə,  onda  bugünkü  məktəbimizin, 
mətbuatımızın,  ədəbiyyatımızın,  mənəviyyatımızın  hali-vəziyyəti  də  bu 
şəkildə olmalıdır. 
Əziz  oxucular,  neçə  vaxtdan  bəri  məni  narahat  edən  bir  məsələni 
də  sizinlə  bölüşmək  istəyirəm.  Hicab  barədə.  Dərinliyinə  varanda  din 
fəlsəfədir. Hicab da bu fəlsəfənin bir qoludur. Baxmayaraq ki, ilahi varlığı 
tamamilə  danıb,  özünü  Allah  səviyyəsində  sayanların  sayı  cəmiyyətdə 
günbəgün  artmaqdadır.  Onlar  dinin  boş  ideologiya  olduğunu  aləmə 
canfəşanlıqla  faş  etməkdədirlər.  Bəs  günbəgün  sayı  artan  bu  filosoflar, 
şairlər, yazıçılar özləri kimdir? Haqqın nurunu danan bu sovet allahsızlıq 
ideologiyasının mənəvi məhsulu ilə çayır kimi qol-budaq atmış dırnaqarası 
bu  bəşər  fədailəri  boş-boş  cızma-qaralarından  savayı  özləri  dünyaya  nə 
bəxş edib? Onlar dünyanın təkərini hara döndərmək istəyirlər? Bəli, mən 
də səhərdən axşama qədər namaz qılıb heç bir işin qulpundan yapışmayan, 
gününü ibadətdə keçirdib ətrafdakılara ikrah hissi ilə baxanlara, müqəddəs 
dinimizi  xurafatda  əzənlərə  yaxşı  baxmıram,  amma  içində  haqqın  nuru 


112
olmayan adamın yazdıqları boş-boş sözçülükdən savayı bir şey deyildir. 
Füzulini  Füzuli  eləyən Allah  sevgisi  idi.  Dahi  Üzeyiri  dahi  edən  də  bu 
işıq, bu nur idi. Ona görə də onları oxuyanda və dinləyəndə insan ruhu 
dilə gəlir. Bu diləgəlmə isə həyəcanlanma və duyğulanmayla olur. İnsan 
təbiətin zəif bir qüvvəsidir. Həm də təbiətin dağıdıcı qüvvəsidir. Başıbəlalı 
ağlının hesabına təbiəti məhv edir. Bu məhv öz istəklərinə nail olmaq üçün 
təbiəti özünə tabe etmək hesabına olur. O, haqqın verdiyi ağıl hesabına 
yaşayır, ancaq bu ağılı bəzən şər, bəzən isə xeyir qüvvə idarə edir. Allah da 
bu bənzərsizlik içində insanı öz ağlının ümidinə buraxıb, çünki Yaradan hər 
kəsin əməllərini yaxşı görür. Din insan həyatında xeyrə yönəlirsə, bunun 
nəyi pisdir? Bir haşiyə çıxım: Metroda gedirdim. Növbəti dayanacaqda sa-
lona 6-7 yaşlarında arıq, çəlimsiz, hicablı qızcığaz və onun cavan yaşında, 
üzü taraş edilməmiş, görkəmindən dindar, atası daxil oldu. Cavanlardan 
biri bu qızcığaza yer verdi. Qız əvvəl oturdu, sonra nə fikirləşdisə ayağa 
qalxdı  və  öz  yerini  atasına  verdi.  Ata  oturmaq  istəmirdi,  qız  təkidlə 
atasını oturtdu və özü də onun qucağında əyləşdi. Salondakılar sual dolu 
nəzərlərlə bir-birinə baxmağa başladılar. Bir çoxunun üsulluca dodağı da 
qaçdı. Cavan ata camaatın baxışlarında əks reaksiyanı gördükdə pərt oldu 
və növbəti dayanacaqda salonu tərk etdi. İndi siz deyin: 6-7 yaşlı, hələ ağlı 
kəsməyən qızcığazı hicablamaq nə əhəmiyyət kəsb edir? Deməli, bu uşaq 
hicabın mahiyyətini dərk etmir, dərk etsəydi atasının qucağında oturmazdı 
və ata da camaatın içində utanc vəziyyətinə düşməzdi. Əslində biz islam 
inanclı bir ölkədə doğulmuşuq, adlarımız da Əli, Vəli, Tükəzban, Fatma 
və sairdir. Daima analarımızın, nənələrimizin örpəyi olub. Bu gün də yaşlı 
qadınlarımız bu örpəkdən məmnuniyyətlə istifadə edir. Dini hansı şəkildə 
qəbul edib, hansı şəkildə həzm etmək hər kəsin öz daxili savadı, tərbiyəsi, 
mənəviyyatından və düşdüyü mühitdən aslıdır. Bu yaxınlarda qarşılaşdığım 
bir hadisəni də nəql etmək istəyirəm, çünki bu hadisəni də hicab barədə 
fikirlərimin davamı sayıram. Nəşriyyatdan çıxıb Elmlər Akademiyasının 
bağından  metroya  tərəf  gedirdim.  Bağ  qələbəlik  idi.  Əsasən  yaşlılar  və 
uşaqlar  buradakı  istirahətin  zövqünü  çıxartmaqda  idilər.  Bir  skamyada 
əyləşmiş  hicablı  bir  qızla  cavan  oğlan  diqqətimi  cəlb  etdi.  Bəlkə  də  bu 
qızın başında hicab olmasaydı mənim diqqətimi cəlb etməzdi. Sayardım ki, 
gündəlik qarşılaşdığımız səhnələrdən biridir. Cavan oğlan qolunu hicablı 
qızın boynuna dolamışdı. Siz deyin, bu hicablı qızın qələbəlikdə qol-boyun 
olmasının hansı namusa, qeyrətə, adət-ənənəyə dəxli var? Qarşı skamyada 


113
isə yaşlı kişilər oturmuşdu. Belə görünür ki, Azərbaycanda Həcc mövsümü 
dəb xarakteri aldığı kimi hicab da dəbə düşüb. Bu hicab örtənlərin az bir 
qismi Allaha sidq-ürəklə bağlıdırlar. Baş örtüyü təkcə islamda deyil, bu 
bütün dinlərdə, elə bir çoxlarının sevib pərəstiş etdikləri xaçpərəstlərdə də 
var. Sadəcə, onlar dinlərini yeniləşdiriblər, müasirləşdiriblər. Rahibələrini 
çıxmaq  şərti  ilə  onların  qadınları  baş  örtüyünü  yalnız  kilsəyə  ayaq 
basarkən  və  yas  yerlərində  örtürlər.  Son  vaxtlar  internetdə  tüğyan  edən 
portallar, virtual qəzetlər, mətbəədə çap olunan qəzetlər, televiziya, radio, 
bütünlükdə bütün məlumat qurumları hicabla bağlı xoşagəlməz xəbərlərlə 
gündəmdədirlər. Dini ağılla, mərifətlə qəbul etmək heç də insanın ziyanına 
deyil, onu bir çox iyrəncliklərdən və çılpaqlıqlardan çəkindirir, amma hər 
şey qədərincə olmalıdır. Dahi Nizami demişkən: “Artıq içiləndə dərd verir 
su da”. Bu gün bizə nə hicabı şişirdib cəmiyyətin bəlasına çevirmək, nə də 
ona qorxulu bir kabus kimi baxmaq lazımdır. Əgər mövhumata qurşanıb 
elmdən bilikdən, təhsildən uzaqlaşacağıqsa, onda bizim sabahımızı bun-
dan  da  ağır  fəlakətlər  gözləyir.  Gəlin  etiraf  edək  ki,  əgər  ananın  savadı 
yoxdursa, əksər hallarda bu uşağın təlim-tərbiyəsində özünü büruzə verir. 
Mən  savad  deyəndə  təkcə  ali  məktəbi  nəzərdə  tutmuram.  Orta  məktəbi 
yaxşı  bitirmiş  ana  da  uşağının  savadlanmasına  diqqətli  olur,  ancaq  bu 
gün  hicaba  girib  təhsildən  uzaq  düşmək,  erkən  yaşlarında  ailə  qurmağa 
sürüklənmək, kişilərimizin yenə də qadınlarımıza ikrah hissilə baxmasına 
və xaçpərəst qızlarla izdivaca girməsinə sürükləməyəcəkmi?! Onsuz da biz 
azəri qadınlar bu gün də bu fəlakətlə baş-başayıq. Bölgələrimiz yaşı 50-
ni, 60-ı keçmiş qarımış qızlarımızla doludur, çünki onların yaşıdları olan 
kişilərimiz xaçpərəst qadınların sevdasına düşüb öz qız həmvətənlərinin 
taleyinə biganə qalıb. Özü də bizim kişilərin bir qəribəliyi haqqında da öz 
fikirlərimi qədirbilən oxucularla bölüşmək istəyirəm. Onlar bizim millətin 
qızlarıyla nikaha girməmişdən öncə dönə-dönə onun əsil-nəslini ələkdən 
keçirirlər.  Həmin  əsil-nəsil  ələkdən  təmiz  çıxandan  sonra  gözaltı  etdiyi 
qızla ailə həyatı qurur, ancaq başqa millətlərin qızları, qadınlarıyla həyat 
quranda  isə  əsil-nəsil  məsələsi  qətiyyən  onları  maraqlandırmır.  Eşq  ön 
plana keçir və eşqlə ailə həyatı qurur, böyük bir sevgiylə xaçpərəstlərin 
adlarını da doğulan uşaqlara qoyurlar. Özləri də ailə qurduqları bu qeyri-
azərbaycanlı qadınlar üçün ev işindən tutmuş çöl işinə qədər hər iş görürlər, 
təki başqa millətdən olan zövcələrinin gözündən düşməsinlər. Onlar qeyri-
azərbaycanlı  qadınlarının  qarşısında  əməlli-başlı  qulluqçuya  çevrilirlər, 


114
nəticədə dili, azərbaycançılığı, həm özləri, həm də uşaqları itirirlər. Bu çox 
vaxt belə olur... Halbuki bizim qadınlar kimi ailəcanlı, uşaqcanlı, ərcanlı, 
evcanlı  yoxdur.  Ömrümün  22  ilini  erməni,  rus,  gürcü,  yəhudi  əsillilərlə 
bir idarədə işlədiyimə görə bu qənaətdəyəm. Qoy kişilərimiz mənim bu 
iradımdan  inciməsinlər.  Yaradanın  dünyanın  altını  üstünə  çevirməməsi 
üçün həqiqət nə qədər acı olsa da onu hərdənbir dilə gətirmək lazımdır. 
Mən  də  bacardığım  qədər,  ağlımın  kəsdiyi  qədər  yazmağa  başladığım 
gündən həqiqəti dilə gətirməyə çalışıram...
Gəlin müsəlman ölkələrinin hal-vəziyyətinə diqqət kəsilək. Əfqanıstan, 
Pakistan, İraq, İran və sair. Bunlarla yanaşı, Malayziya kimi iqtisadiyyatı 
inkişaf etmiş müsəlman ölkə də var. Deməli, geridəqalmışlığı biz müsəl-
mançılıqda  yox,  həmin  millətlərin,  xalqların  kökündə  axtarmalıyıq.  Sə-
hərdən axşama qədər, axşamdan səhərə qədər özümüzü tərif edib bir-bir-
imizi mədh etsək, bu bizi hara aparar? Bu gün avam, savadsız ailələrdə 
İranın  uzunsaqqal  mollalarının  kitabları  doludur.  30  milyonluq  güneyli 
bacı-qardaşlarımızın  şərəf  və  ləyaqətini  tapdalayan,  bizim  başımızın 
üstündən erməniyə raket başlıqları, bir sözlə silah, yemək içmək, yanacaq 
ötürən, ticari alış-verişi edən İran mollaları tutduğu bu əməllərinə görə bəs 
müsəlman olmağından, Allahından, Quranından qorxmurmu?! Əlbəttə ki, 
qorxmur, çünki onlar islama inanmır, islam onlara öz siyasətlərini yeritmək 
üçün, komfort həyatlarını qurmaq üçün lazımdır. İmperialist qonşumuz İran 
dilini, varlığını, torpağını əsir etdiyi cənubi Azərbaycanın ayağa qalxacağı 
gündən qorxur. Kəsə dillə desək şimali Azərbaycanın müstəqilliyi onların 
ürəyindən deyil. Ona görə də ölkəmizin içində və çölündə fəsad törətməklə 
məşğuldur.  Əslində  erməni  sindromu  həm  Rusiyaya,  həm  də  İrana 
lazımdır. Hər ikisi də bundan yetərincə faydalanır, bu məsələdə artıq din, 
iman arxa plana keçir. Hər iki imperiya baxmayaraq ki, ayrı-ayrı dinlərin 
daşıyıcılarıdır, can-dildən birləşirlər, bu məsələdə qardaşlaşırlar. Mən bunu 
«Siyasətdi, siyasət» şerimdə yazmışam:

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin