Şamın yaşamağı yanmaqsa əgər,
Sənin yaşamağın yazmaqdır, qələm.
Yolu qamətintək olmayanların,
Nəsibi yolundan azmaqdır, qələm.
Əslində qələmlə çox şeylər edilir, sonsuz dərəcədə yaxşılıq da, amansız
dərəcədə pislik də. Qələmlə neçə-neçə talelərin üstündən qara xətt çəkilir.
Bir sözlə, o hər əmələ yarayandı, yaxşılığa da, naqisliyə də. Baxır kimin
əliylə bəxt qapısı açılır. Şər əliylə bəxt qapısı açılanda şərə, xeyir əliylə
açılanda xeyirə xidmətdə olur, məhz Bəydadaş bəy də elə bu prizmadan
qələmi nəzmə çəkib:
102
Sənlə açıqlayır alim aləmə
Kəşfin, icadın, bicliyin, qələm,
Cahil əlindədir qara taleyin,
Sənin ölümündür dincliyin, qələm.
Əslində qələmsiz insan heç insan da olmazdı. O, gözü ilə gördüklərini,
canından süzülüb gələnləri kitab vərəqlərinə büküb bu günlərə ərməğan edib:
Elmsiz cahanın üzü naşıdır,
Qələm kainatın qiblə daşıdır,
Bəxtə bax, ürəyin axan yaşıdır,
Bəşərin fərəhi, sevinci, qələm.
Şair qardaşım Bəydadaşın “Qələm” şeri geniş, əhatəli böyük mənalarla
zinətləndirilən bir qoşmadır. Bu şeirdə qələmin qüdrətindən, onun gah
vəfa, gah cəfa əhli olmağından söz açılır. Bu piranə nəzmin içində bir
alilik, bir təmizlik, bir paklıq boylanır. Müəllifin özü demişkən cahillərin
əlində “ölüyə”, aqillərin əlində “diriyə” çevrilən, yarımçıqlar əlində
“girinc” olan qələmin acı taleyindən şair ürək yanğısıyla söz açır. Ulu tar-
ixi öz ələyində ələyən QƏLƏMin şahanə varlığı taxt-tacını kimsəyə bac
verməyən xaqanları, sultanları, şahları, kralları, çarları xatırladır adama...
Qələm adamısan axı, Bəydadaş,
Çax göydə şimşəktək, yan yerdə yavaş,
Ehtiraslar coşub salanda savaş,
Sülh sözün demisən sonuncu, qələm.
“Sülh sözünü sonuncu deyən qələmin sehrindən söz açan şair bu sehrin
sarayını birər-birər söz duyğularıyla cilalandırır. Sonunda nəsibi bir parça
torpaq olan insanın öz dəyərini bilməməsi, ömrünün çoxunu yamanlıqda,
qanlı müharibələrdə keçirməsi, millətlərin, xalqların bir-birinə qənim
kəsilməsi, qan-qırğının, amansız terrorun dünyada ayaq tutub yeriməsi ca-
hanın düşünən başlarını həyəcanlandırmaya bilmir. Elə haqqında söhbət
açdığım şair də bu həyəcanlanmalar üstündə şeirlərini misra-misra, bənd-
bənd araya-ərsəyə gətirir. Onun üç bəndlik “Məni” qoşmasında şairin öz
taleyinə müraciət etməsinin şahidi oluruq:
103
Mənim yaşadığım taleyimə bax,
Düzlüyüm azdırdı düzlərdə məni.
Peşiman deyiləm gələcək nəsil,
Yaşadar yazdığım sözlərdə məni.
Düz olanın düzlərdə azmasını ürək çırpıntısı, təəssüflə şerə gətirən
müəllif, sanki ataların “Düz axtaran, düzdə qalar” məsəlinə tapınır.
Şeirlərində düzlüyü, paklığı özünə amal seçən Bəydadaş Cəfərli düzlük
pərdəsi altında min bir oyundan çıxanlarla, xalqın puluna, varına qənim
kəsilənlərlə söz döyüşünə çıxır. Axı şairin, yazarın döyüşmək üçün qələ-
mindən başqa nəyi var? Amma bir məsələni də qeyd etmək yerinə düşərdi
ki, əslində ehtiyac içində yaşayan qələm sahibinin yazdığı xalqa daha yaxındır.
Millətin varlığı beş-üç xalqın sərvətini öz altına yığıb üstündə oturanlar-
dan ibarət deyil. Gündəlik bir qarın çörək üçün həyatı olmazın işgəncə və
əzablardan keçən insanlarımızın aqibəti həqiqi qələm əhlini düşündürməlidir.
Onun “Villa yarışı” şerində biz bunun şahidi oluruq:
Hasara alınıb bölüşdürülüb,
Kasıba qalmayıb bircə qarışı.
Qarabağ taleyi yaddan çıxıbdır,
Dostları ilə paylaş: |