Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə42/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   38   39   40   41   42   43   44   45   ...   99
Yenə o bağ olaydı, 
Yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Bizdə muradımızca 
Fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq...
 
Arzuya bax, sevgilim,
Tellərindən incəmi?
Söylə, ürəyincəmi? 
O,  gözəgörünməz,  odu  ürək  yandıran  sirli  ilhamın  gücü  misralardan 
boy göstərir. İnsanın ruhuyla dildarlıq edir. Bax budur Müşfiq şerinin seh-
ri! Ürəklərdə məbəd tikən, odu keçməz məşəl yandıran ilahi ovsunu. Onu 
aradan götürənlər də elə bu ovsundan qorxdular. Müşfiqin ata yurdu uca 
dağlar qoynundan boylanan Xızı bölgəsində Sayadlı kəndində yerləşirdi. 


150
O bölgənin insanları farsdilli olsalar da Müşfiqin dahiyanə şeirləri təmiz 
Azərbaycan türkcəsinin axarı-buxarı ilə cilalanıb. Onun şeirlərini oxuyan-
da Azərbaycan türkcəsinə heyran olmaya bilmirsən. Onun hər şeri çeşmə 
kimi çağlayır, bulaq kimi gözündən qaynayır. İlahi bir pıçıltı duyursan bu 
nəğməkar şairin şeirlərində... 
Bu  gün  özlərinə  nəğməkar  şair  adı  qoyub  yazdıqları  cızma-qaralara 
yüzlərlə mahnılar bəstələdənlərin nə şeirlərinin sözləri, nə musiqisi yadda 
qalır, çünki ilhamsız yazılan şeirlərdir. İlhamla yazılan şerin musiqisi də elə 
onun özüylə birgə doğulur. İstedadlı şairimiz Mikayıl Müşfiqin şeirlərində 
olduğu kimi...  
Onun  “Maralım”  şerində  istəkli  sevgilinin  surəti  canlanır.  Sən  onun 
gözəlliyindən vəcdə gəlirsən, ruhun içində həyat eşqi çağlayır, sevdanın 
əli ömür dəftərini vərəqləyir, könülü haldan-hala salır, bu şeir qəlbə munis 
olub ürəyində qalır:
Dolaşma sıldırım sal qayalıqda,
Daşlar ayağını əzər, maralım!
Gəl səni bəsləyim gözümün üstdə,
Etmə aşiqindən həzər, maralım!..
Və yaxud “Sənə qurban” şerində istəkli sevgilisinə hər misradan bir uca 
söz sarayı yapır: 
  
Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı
Qumral gözlərinlə al, sənə qurban. 
Bu  gün  pula-vara  hərislər,  beşgünlük  ailə  həyatı  quranlar,  doğulan 
uşaqların həyatını faciə dolu ömürlə qol-boyun buraxanlar Mikayıl Müşfiq 
şeirlərindən bəhrələnsəydilər mənə elə gəlir ki, pis olmazdı. Onlar sevginin 
ucalığını,  həyatın  şirin  olduğu  qədər,  acı  olduğunu  dərk  edərdilər  və 
qurduqları ailə həyatının möhkəmliyi üçün can-dildən çalışardılar, çünki 
Müşfiqin şeirlərində yüksək həyat eşqi, sevginin, məhəbbətin yenilməzliyi, 
möhtəşəmliyi insan ürəyində məhrəmanə hisslər bəsləyir. Onu nəinki öz 
sevdiyinə  kəc  baxmağa,  əksinə,  adamı  bu  ilahi  hissə  ömür  boyu  sadiq 
qalmağa səsləyir. 


151
Bu gün yazıq şerin başına min bir oyun açan, bir-birini bəyənməyən 
şairlər  ordusu  yaranıb.  Özü  də  biri-birindən  müştəbeh,  biri-birindən 
havalı! Şerə postmodern yarlığı yapışdırıb, onun hal-əhvalını pərişan edən 
bu  dırnaqarası  söz  bahadurları  nəinki  ədəbiyyatımızı  şeirlə  parlatmaq 
istəyirlər, hətta onu belə getsə şeirsiz qoymaq istəyirlər. Bu gün ədəbiyyat 
portallarında gen-bol şeirləri çap olunan bu dırnaqarası istedad sahiblərinin 
şəninə internetdən başı çıxan və orda bir oxucu kimi sözünü deməyi ba-
caran insanlar həqarət dolu məktublar yazırlar, hətta şerin necə yazılmasını 
bu qələm sahiblərinə başa salmağa çalışırlar. Əziz söz və qələm sahibləri, 
bu ürəkbulandırıcı, başgicəlləndirici bir mənzərə deyilmi?!
Beləliklə,  əgər  biz  ingilis  kimi  yazmaq  istəyiriksə  ingilisin  Şekspiri 
olub  və  onun  yazdıqlarını  oxuduqca  oxumaq  istəyirsən,  hərgah  biz  rus 
kimi  yazmaq  istəyiriksə  rusun  Puşkini  olub  onun  şeirlərinin  axıcılığına 
heyran olmaya bilmirsən.
Ədəbiyyatdan pul çıxarmaq istəyənlər, onu qazanc mənbəyinə çevirmək 
istəyənlər bilməlidirlər ki, bədii yaradıcılıq ilahi ruhun məhsuludur. O ani 
fikirlə, içib dəmlənməklə yaranmır. Onun yaranması üçün gərək anadan 
şair doğulasan Mikayıl Müşfiq kimi... Şair ilhamın nə olduğunu anlama-
yan, lakin şairlik sevdasına düşənlərə bir dördlüyündə yazırdı: 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin