Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə44/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   40   41   42   43   44   45   46   47   ...   99
Oxu, sevdiciyim, öz həvəsinlə!
İlham qanadlanır sənin səsinlə.
Nəğməndə oynasın sellərin səsi,
Dan yerindən əsən yellərin səsi!
Bakı ərazisi, ümumilikdə Abşeron bölgəsi muğamın, qəzəlin beşiyidir. 
Burda tar hər insan qəlbinin istəkli qonağıdır. Onun telindən qopan sədaları 
burda  uşaqdan  böyüyə  hamı  sevir,  çünki  tarın  əsrarəngiz  tellərindən 
muğamın şöbələri yaranıb bəmdə-zildə muğam xiridarlarının nəfəslərində 
pərvəriş tapıb. Elə Müşfiq də dağlı ailəsində böyüyüb boya-başa çatmışdı, 
o, muğamı da, qəzəli də çox sevirdi. Elə o sevgidən yana onun “Oxu tar” 
şeri yaranıb. Dünən olduğu kimi bu gün də, sabah da xalqın könlündə bu 
şeir zaman-zaman yaşayacaqdır. İstedadı sellər təki aşıb-daşmış şair “Oxu 
tar” şerilə tara əbədi bir heykəl yonub. Nə qədər ki vətən insanı durur, bu 
şeir də onunla bahəm yaşayacaqdır:
Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim.


154
Oxu, tar, bir qədər!
Nəğməni su kimi alışan ruhuma çiləyim,
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütlənin, şirini, şərbəti –
Alovlu sənəti!... 
Tarın qəlb titrədən sehrinə düşmüş şair onun tellərinin fəğanını mis-
ralarının dili ilə oxucunun ürəyinə bir şərbət kimi səpir. Tarın mizrabının 
tellərə haray salan sədaları altında qulaqlarında bağrı yandıran “Segah”, 
“Çahargah”,  “Hümayun”,  “Şahnaz”,  “Şüştər”  səslənir.  Budur,  Müşfiqin 
bulaq kimi çağlamış istedadının bəhrəsi!..
İlhamı  sellər  təki  aşıb-daşan  Müşfiqin  “Həyat  sevgisi”  şeri,  sanki  öz 
dostu-yarı ilə, doğmaları ilə vida şeridir. Bədbəxt taleli şair, elə bil başına 
gələcək fəlakətin acı yellərinin qoxusunu qabaqcadan duyubmuş, ona görə 
insan ruhunu qəmləndirən, onu qəhər yaşları ilə boğan bu şeir yaranıb:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
 
Özünə Müşfiq adını təxəllüs götürən şair, yəqin ki, bu adın ərəbcədən 
tərcüməsini  bilməmiş  deyildi.  Müşfiq  –  şəfaqətli,  mərhəmətli,  ürəyi 
yumşaq, mehriban deməkdir, amma çox təəssüf ki, dövr onunla mərhəmətli, 
şəfaqətli, mehriban olmadı. Bir el bayatısında deyildiyi kimi:
Fələyin qəhri mənə,
Gəlmədi rəhmi mənə.
Doldurub qəm piyaləsin 
İçirtdi zəhri mənə... 
 


155
Onun ilhamla çağlayan ürəyini susdurdular, hətta bir quru məzarı da 
ona çox gördülər. Hələ uşaq vaxtlarımdan Mikayıl Müşfiqin Siyəzən rayo-
nunun girəcəyindəki büstünün küskün görkəmilə rayona gəlib-gedənlərin 
nəzərini cəlb etdiyini görürdüm. Bizi də ədəbiyyat müəllimlərimiz həmin 
büstün  önünə  gətirər  və  biz  də  onun  şeirlərini  əzbərdən  deyərdik...  Bu 
gün də o büst Siyəzənin girəcəyini bəzəməkdədir. Müşfiq öz küskün və 
yaraşıqlı görkəmilə üzü Xıdırzindəyə – Beşbarmağa, Xızı dağlarına sarı 
boylanmaqdadır, amma onun məhvinə fərman verənlərinsə nə özləri xalqın 
qəlbində  var,  nə  izləri,  nə  də  sözləri...  Olub-keçənlər  onu  diktə  edir  ki, 
gec-tez zaman öz sözünü deyir, bu ikiayaqlı bəndələr hansı imansızlıqları, 
haqsızlıqları etsələr də, fələk hər kəsin əməlini öz qarşısına çıxarır. İstər 
yaxşı mənada, istər pis mənada. Müşfiqin də qətlinə fərman verənlər yəqin 
ki, Yaradanın qəzəbinə gəlməmiş deyillər. Arxivlər açılır, hər kəsin əməlləri 
yavaş-yavaş üzə çıxır və çıxacaq... Onsuz da dünyaya gələn istədi-istəmədi 
bir gün bu dünyadan yığışıb getməlidir. Mikayıl Müşfiq iyirmi doqquz il-
lik ömrü ilə ədəbiyyatımızda öz nəhəng və möhtəşəm şeir heykəlini yon-
du, bu heykəli nə zamanın qasırğaları, nə tufanları yox edə bilməz, çünki 
o heykəl xalqın ürəyində ucalıb qeyri-adi istedad sahibi olan dahi şairin 
özü tərəfindən. Ruhun şad olsun, ey qəlbimizdə iyirmi doqquz yaşlı qalan 
şair!.. Allah sənə qəni-qəni rəhmət etsin... 
  19.11.2011

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin