153
var olduqca Müşfiqin şeirləri də, yaratdığı əsərlər də Azərbaycanımızla
bahəm,
onun dəyərli, vətənsevər insanlarının dilindən düşməyəcək...
Şeri yaşadan onun müəllifi yox, onun şeir kimi doğuluşudur. Şeri
yaşadan nə müəllifə verilən ödüllər, nə təmtəraqlı təriflərdir. Şeri ilham
yaşadır. İnsan bədənində can olduğu kimi, əsl şerin də bədənində ilham var,
həm müəllifi, həm də şeri əbədiyaşar ilham edir. Onu da böyük Yaradan
hər kəsə vermir, əgər şeir şeir kimi doğulubsa, onu nə zaman qadağaları,
nə qarafikirli insanlar ədəbiyyatdan, insanların qəlbindən, düşüncəsindən
silə bilməz. Bir el məsəlində deyildiyi kimi: “Su axar, çuxuru tapar”.
Müşfiqin şeirlərinin qarşısına keçilməz sədlər çəkib, onu yağı damğasıyla
susduranlar, burnundan uzağı görməyən adamlar idi. Onlar ədəbiyyatımızı
Müşfiqin şeirlərindən təmizləmək istədilər, əksinə, Mikayıl Müşfiq xalqın
qəlbində bir əfsanəvi qəhrəmana çevrildi, onun sevda dolu şeirləri el-el,
oba-oba dolaşdı, xalqın könlündə istəkli bir yer tutdu. Onu susduranlar
xalqın gözündə kiçilib yox oldular, Müşfiq isə xalqın qəlbində yenidən
doğuldu öz ruhu oxşar bir-birindən şahanə, gözəl misraları ilə... Şair “Oxu”
şerində təkcə öz sevgilisinin yox, həyatı cani-dildən sevən insanların ru-
hunu dinlədir:
Dostları ilə paylaş: