SUAL 51. Açıq məkanlarda təhlükəsizlik mühitinin yaradılmasına verilən tələblər. Sual 52 ilə eynidir.
SUAL 52. Təhlükəli vəziyyətlərdə düzgün davranış qaydaları Təəssüf ki, çox vaxt insanlar öz ehtiyatsızlığından əziyyət çəkirlər. Çünki düşünülməmiş hərəkətlərin nəticələrini qabaqcadan görə bilmir və fövqəladə hallardan özləri və ətrafdakıları qorumaq üçün lazımi tədbirlər görməyi unudurlar. Belə hallarda ən az müdafiə olunan uşaqlar olur, çünki yaranmış ekstremal vəziyyətlərdə özünü necə aparmalı olduqlarını bilmirlər.
Təhlükə nədir?
Təhlükə - həyat təhlükəsizliyinin mərkəzi anlayışıdır və gizli xarakter daşıyır.
Təhlükənin nəticələri:
• Həyat üçün təhlükə;
• Sağlamlığa zərər vurma ehtimalı;
• İnsan orqan və sistemlərinin normal işləməsi üçün şərtlərin pozulması.
İnsanın olduğu yer ilə bağlı bir sıra təhlükələr:
• Evdə təhlükə;
• Yol və küçədə təhlükələr;
• Təbiətdə təhlükə;
• Tanımadığınız insanlar ilə ünsiyyət zamanı təhlükələr.
Təhlükəsizlik anlayışı insanın həyatına qədim zamanlardan daxil edilmişdir. Praktiki olaraq hər addımda biz onun müxtəlif növləri ilə qarşılaşırıq: məişət və yollarda təhlükəsizlik, yanğın və su təhlükəsizliyi, davranış, ünsiyyət, informasiya təhlükəsizliyi və s., hətta sağlam həyat tərzi də bu anlayışla bağlıdır. Təhlükəsizlik nədir? Niyə bu konsepsiya insan həyatının ayrılmaz bir hissəsidir?
Uşağın müxtəlif inkişaf mərhələlərində fəaliyyət göstərdiyi məkanın genişlənməsi istər-istəməz bir çox təhlükənin yaranmasına səbəb olur.
Bütün bunların qarşısının alınması mümkün deyil, amma tərbiyəçi-müəllim uşaqlara uşağın həyatı və sağlamlığı üçün potensial təhdidləri göstərmək və izah etmək, mümkündürsə əgər onların qarşısının alınması yollarını öyrətmək qabiliyyətinə malik olmalıdır. Qaydaların əksəriyyəti real həyata uyğun tənzimlənir. Buna görə də təhlükəsiz davranışın əsaslarının formalaşdırılması üzrə məktəbəqədər təşkilatın işi uşaqların yaxınları ilə qarşılıqlı əlaqənin nəzərə alınması ilə qurulur. Uşaqlarda təhlükəsiz davranışın əsaslarının formalaşdırılması – gündəlik, çətin, lakin son dərəcədə vacib bir işdir. İnsanın həyat fəaliyyətinin təhlükəsizliyi müasirlik üçün ciddi problemdir.
Təhlükəsizliyə daxildir:
• Təhlükəni qabaqcadan görmək;
• İmkan daxilində yol verməmək;
• Zəruri hallarda hərəkət etmək.
Məktəbəqədər yaşlı uşaqlarda vəziyyətin təhlili və hərəkətlərin nəticələrinin proqnozlaşdırılması bacarıqları zəif inkişaf edir. Pedaqoqlar və valideynlərin vəzifəsi təkcə uşağı qorumaq və müdafiə etməkdən ibarət deyil, həm də onu müxtəlif çətin, bəzən isə təhlükəli həyat vəziyyətləri ilə görüşə hazırlamaqdan ibarətdir. Beləliklə, dünyaya olan təbii maraqları, açıqlığı və inamı boğmadan uşaqları təhlükələrdən qorumaq, onları qorxutmamaq və tam bir həyata hazırlamaq lazımdır. Bu baxımdan uşağın sosial təhlükəsizliyinin təmin edilməsi üçün effektiv üsullar axtarmaq lazımdır.
Uşaqların təhlükəsizliyinin artırılması üçün onlar o qədər də mürəkkəb biliklər və bacarıqlara malik olmamalıdırlar. Onlar öz səhvlərini müşahidə etmək və təhlil etməyi bacarmalıdırlar. Buna görə də uşaqda ətrafındakıların şəxsi təhlükəsizliyinə şüurlu və məsuliyyətli münasibət formalaşdırılmalı, qeyri-adekvat vəziyyətlərdə effektiv və əsaslandırılmış hərəkətlərə hazırlaşdırılmalıdır.
Bu vəzifələr həm valideynlər, həm də uşaq təhsil müəssisələrinin müəllimləri qarşısında durur.