T ƏHSİ L nazi rli Yİ G



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix31.01.2017
ölçüsü2,72 Mb.
#7270
1   ...   17   18   19   20   21   22   23   24   25

XII  f

əsil 

 

Professor  S

ədnik Paşa 

Pirsultanlının tədqiqat obyekti: 

     

Sarı Aşığın bayatı zirvəsi 

 

661 


 

Q

ədim və  zəngin tarixə  malik olan Azər-



baycan 

ədəbiyyatının  şifahi  və  yazılı  poeziyası 

dünya m

ədəniyyəti xəzinəsinə  dahi sənətkarlar 



vermişdir.  

Az

ərbaycan  ədəbiyyatı  tarixində  aşıq 



poeziyası görkəmli yer tutur. Azərbaycan aşıqları 

üç  qrupa  bölünmüş,  onların  həyatı,  fəaliyyəti 

t

əhlil  olunmuş,  faydalı  tədqiqat  əsərləri  yazıl-



mışdır.  

Az

ərbaycan  aşıqlarının  üç  qrupu  bunlardan 



ibar

ətdir: birinci qrup: ustad aşıqlar, ikinci qrup: 

ifaçı  aşıqlar,  üçüncü  qrup:  aşıq  poeziyası 

üslubunda şeir yaradan el şairləri.                                

Aşıq  sənətini  yaşadan  və  inkişaf  etdirən 

görk


əmli sənətkarlar birinci -  ustad  aşıqlar  qru-

puna  daxildir:  Qurbani,  Abbas  Tufarqanlı,  Sarı 

Aşıq,  Şəmkirli  Aşıq  Hüseyn,  Aşıq  Ələsgər, 

Bozalqanlı  Aşıq  Hüseyn,  Aşıq  Şəmşir,  Hüseyn  

Cavan,  Mikayıl  Azaflı  və  başqaları  ustad 

aşıqlardır. 

Az

ərbaycan  poeziyasında  Sarı  Aşığın  yara-



dıcılığı çox zəngin və rəngarəngdir. Azərbaycan 

aşıq poeziyasında Sarı Aşığın bayatıları misilsiz 

v

ə bədii xəzinədir.  



Sarı  Aşığın  bayatı  zirvəsi insan qəlbini 

p

ərvazlaşdıran  sənət inciləri  əsasında  qurulmuş-



 

662 


dur.  Əbədiyaşar  sənətkar  Sarı  Aşığın  yaratdığı 

bayatılar  tərbiyəvi və  estetik mahiyyətli sənət 

incil

əridir.


 

Sarı  Aşığın  bayatılarını  toplamaq  və  tədqiq 

etm

ək professor Sədnik Paşa  Pirsultanlıya nəsib 



olmuşdur.  Professor  Sədnik  Paşa  1975-ci ildə 

G

əncədən  Şəmkirə  gedəndə  yolun  qırağında 



qoyun otaran P

ənah kişi ilə görüşür.  

P

ənah  Allahverdi  oğlu  deyir  ki,  mənim 



əslim  Şəmkirin  Dağincilli  kəndindəndir. Otu-

zuncu ill

ərdə  bizi  Şəmkirin Könüllü kəndinə 

köçürmüşlər.  

Professor S

ədnik Paşa nurani, ağsaqqal  Pə-

nah kişidən soruşur ki, dastan, nağıl bilirsənmi? 

-  P


ənah  kişi  cavab  verir  ki,  1918-ci ildə 

Göyç


ədə  bir bəyin  qoynunu  otarırdım.  Çalmalı 

yaylağında bir dərviş mənim  yanıma gəldi. Ona 

hörm

ət  etdim.  Danışdığı  “Lələ  nağılı”  xoşuma 



g

əldi, ona bir quzu kəsdim. Onu üç gün qonaq 

etdim. Dedi ki, Bağdadda Lələnin yazıya alınmış 

bayatılarını görmüşəm.  

Professor S

ədnik  Paşa  bu  hadisəni Gəncə 

Dövl

ət  İnstitutunda  fizika-riyaziyyat elmləri 



namiz

ədi, dosent Cəbrayıl Xələfova danışır. Cəb-

rayıl müəllim deyir ki, bizim Füzuli rayonundakı 

Qazaxlar v

ə  Əhmədallar kəndlərində  Lələnin 


 

663 


saysız-hesabsız  rəvayətləri və  bayatıları  möv-

cuddur. 


Professor S

ədnik  Paşa  Füzuli  rayonunun 

Əhmədallar və Qazaxlar kəndinə gedir. Əhməd-

allar k


ənd  sakini,  yetmiş  yaşlı  Bayram  Musa 

oğlu,  Qazaxlar  kənd  sakini,  doxsan  yaşlı  Şahlıq 

Xınalı  qızı  ləl-cəvahirat xəzinəsinin  ağzını 

a

çırlar, Lələnin bayatı incilərini əzbər danışırlar. 



S

ədnik müəllimə  “Lələ  dağı”,  “Lələ  yay-

lağı”  haqqında  geniş  məlumat  verir,  onu  Arqalı 

q

əbirstanlığına  və  Arqalı  günbəzinə  aparır,  bu 



bayatını da əzbər deyirlər: 

 

Arqalı haray, Babı haray, 



L

ələ haray. 

Yoruldum yolda qaldım, 

Bir yorğa, yabı haray. 

 

XIII 


əsrə  aid  Babı  günbəzinin  yanında  bir 

daş-təknə  məzar var. Məzarın  üstündə  yazılıb: 

“M

əzar Lələ  Mahmud  oğluna  aiddir”.  Bundan 



sonra S

ədnik müəllim Lələnin  “Yaxşı-Yaman” 

dasta

nını öyrənir, iki cilddən ibarət 2006-cı ildə 



G

əncədə  “Pirsultan” nəşriyyatında  çap  olunan  

“Ozan-

aşıq  yaradıcılığına  dair  araşdırmalar”  



kitabına daxil edir,  hədiyyə verir. 

 

664 


Professor S

ədnik  Paşa  həmin kitabda 

“L

ələnin məzarı və özü” adlı məqaləni oxuculara 



t

əqdim edir. Professor Məmmədhüseyn Təh-

masib  yazır  ki,  Lələ  Sarı  Aşıqdan  əvvəl yaradı-

cılığa başlamışdır. Onun yaradıcılığını Sarı Aşıq 

davam etdirmişdir.  

Sarı Aşıq “Aşiq və Yaxşı” dastanını yaradır. 

L

ələnin  “Yaxşı  və  Yaman”  dastanından,  xalq 



r

əvayətlərindən təsirlənir: 

 

M

ən aşığam, Lələ mən, 



Q

əflətdəyəm hələ mən, 

D

ərddən, qəmdən, hicrandan, 



Bağlamışam şələ mən. 

 

Professor S



ədnik  Paşa  “Lələnin məzarı  və 

özü”  adlı  məqaləsində  hadisələrin  ətraflı  şərhini 

verir.

1

 



Sarı  Aşıq  haqqında  ilk  yazılı  məlumat 

Əndəbil  Qaradağinin “Təzkireyi-Qaradaği” adlı 

əsərində  verilir

2

. XIX 



əsrin sənətkarı  olan 

Qaradaği təzkirəsində “Aşıq Qurbanəli və ya Sarı  

Aşıq  və  haqq  aşığı  deyilən  şəxsin seyrüsüluki” 

s

ərlövhəsi  altında  yazır:    “Zahirən bu zati pak 



şifteyi-ruzigardır. Əslən Qaradağ mahalındandır. 

                                                 

1

 “Elm v


ə həyat” jurnalı, 1984, №4 

2

 “T



əzkireyi-Qaradaği”, səh 7-10, Rəf. №7 

 

665 


Çox q

ədim vaxtlarda gəlib  Qarabağın  Zəngəzur 

maha

lında  Həkəri  çayının  kənarında  Vaqe  Gü-



l

əbird adlı qəryədə sükna edib”. 

Bu m

əlumat içərisində  əsas fakt onun 



Qaradağ  mahalından  olmasıdır.  Ancaq  Yaxşının 

v

ə  bacısı  Günəşin  həqiqi  adları  müəyyən-



l

əşdirilmədiyi    kimi,  Sarı  Aşığın  özünün  adı  da 

d

əqiqləşdirilməmişdir. 



Qaradaği  “Təzkireyi-  Qaradağı”  əsərində 

onun  adının  Qurbanəli, Salman Mumtaz Abdul-

la,

3

 



Əmin  Abid Qərib, Bəhlul Bəhcət isə Sarıca 

N

əbi olduğunu göstərirlər. 



Aşıq  Ələsgər bir təcnisində  onun  adının 

Yetim olduğunu poetik dillə vurğulayır: 

 

F

ərhad Şirin sevdi, 



Yetim Yaxşı yar.

4

 



L

ələnin bayatılarından məlum olur ki, onun 

adı Budaqdır: 

 

L



ələ  lələləndi, 

Göz yaşı səpələndi. 

L

ələ şah qapısından, 



Budağı Şələləndi. 

 

                                                 



3

 Salman Mumtaz

. “Aşıq Abdulla “. Bakı, 1927 

4

 



Aşıq Ələsgər. Bakı, 1973, səh 266 

 

666 


Sarı Aşıq bir bayatısında deyir: 

 

M



ən aşıq, sarı qaldı, 

Gün getdi, sarı qaldı. 

Yollarına göz tikdim, 

Gözümd


ə sarı qaldı. 

 

Sarı  Aşığa  elə  gəlir ki, onun hər  bir  alqışı 



alqış,  qarğışı  isə  qarğışdır.  Deməli, onun sözü 

D

ədə Qorqud kimi ötkəmdir: 



 

M

ən aşığam yana üz, 



Örd

ək  göldə yana üz, 

Nec

əsən bir ah çəkəm, 



Yaş tökülə, yana üz. 

 

Sarı Aşıq  bəzi bayatılarını rişxənd şəklində, 



qeyri-adi t

ərzdə dilə gətirir:  

 

 

 



M

ən aşığam don qara, 

Kofta yaşıl, don qara, 

Ay allah s

ənə qurban, 

Yaxşını yaxşıya yaz, 

Donqarı da, donqara. 

 


 

667 


Sar

ı  Aşığın  təsəlli üçün bircə  Yaxşısı  var. 

Ona  da  qovuşa  bilmir.  Onun  Yaxşısı  ayla  gün 

kimi göz


əl  camala malikdir: 

 

Aşıq, bu gün butandı, 



Güld

ən dəstə tutandı. 

Ayla gün b

əhsə girdi, 

Camalından utandı. 

 

Sarı  Aşıq  Yaxşının  hüsnünə  baxmaqdan 



doymur: 

Aşıq, süzgün gözlərin, 

Q

əmdən üzgün gözlərin. 



Yaxşıdan doya bilməz, 

Baxsa yüz gün gözl

ərin. 

 

Professor S



ədnik  Paşa  Pirsultanlı  yazır: 

“Sarı  Aşıq  Azərbaycan  poeziyasında  bayatı 

zirv

əsinin fatehidir.  O,  bu  ucalığı  getdikcə  daha 



möht

əşəm  bir  şəkildə  nümayiş  etdirir.  İnsanlar 

onun yetkin, bitkin m

ənalı,  rəngarəng, dərin 

m

ənalı və məzmunlu bayatılarından doymayırlar. 



Onun  bayatı  çeşməsi zaman-zaman  axdığı 

kimi bundan sonra da könüll

ərə axmaqda davam 

ed

əcəkdir.  Sarı  Aşığın  bayatıları  gələcək  bayatı 



yaradıcıları  üçün  bir  örnək, bir mənbə, bir qay-

naq  rolunu  oynayacaqdır.  Neçə  ki, Azərbaycan 



 

668 


türkl

əri var Sarı Aşıq zaman-zaman onların qəl-

bind

ə yaşayacaqdır”.



5

 

Görk



əmli  folklorşünas,  əməkdar müəllim, 

filologiya elml

əri doktoru, professor Sədnik Paşa 

Pirsultanlının  2011-ci ildə  Bakıda  nəşr  olunmuş 

“Poeziyamızda  Sarı  Aşığın  bayatı  zirvəsi”  adlı 

t

ədqiqat əsəri iki fəsildən, yüz əlli beş səhifədən, 



“Bayatı  yaradıcısı  Lələ  və  Sarı  Aşıq”  adlı 

girişdən və nəticədən ibarətdir.  

Birinci f

əsil  “Sari  Aşığın  həyat və  yaradı-

cılıq  yolu”, ikinci fəsil isə  “Sarı  Aşığın  bayatı 

zirv


əsi”  adlanır.  Birinci  fəsildə  Sarı  Aşığın 

dastan yaradıcılığı, ikinci fəsildə isə Sarı Aşığın 

cinaslı  bayatıları  və  bağlama  bayatıları  təhlil 

olunur. 


 

“Yaxşı  Yaman”  dastanı  “Aşıq  və  Yaxşı” 

dastanından əvvəl yaranmışdır. Yaxşı, Günəş və 

Liqa  obrazları  da    “Yaxşı-Yaman”  dastanında 

forma

laşmışdı. Bu dastana görə Lələ daşdan ya-



ran

mışdır.  Buna  görə  də  Yaxşı  onun  mənəvi 

anasıdır. Yaxşının mənəvi yüksəkliyi Sarı Aşığın 

xoşuna gəlmiş, buna görə də sevgilisini Yaxşı adı 

il

ə çağırmışdır. 



Sarı  Aşıqdan  sevdiyi  və  Yaxşı  adlandırdığı 

qız yaşca çox kiçikdir. Qızın ailəsi də bu sevgiyə 

                                                 

5

 S



ədnik Paşa Pirsultanlı. Poeziyamızda Sarı Aşığın bayatı zirvəsi. 

Bakı, 2011, səh 24. 



 

669 


etiraz edir. H

ətta  Yaxşı  öləndə  onu  uşaq  qəbir-

stanlığında dəfn edirlər. 

L

ələ  Sarı  Aşıqdan  əvvəl  yaradıcılığa 



başlamışdır.  Lələ  haqqında  yazılı  mənbə  Elyas 

Muşeqin 1721-ci ildə yazdığı “Nəğmələr kitabı” 

nda göst

ərilir. Lələnin Matedaranda altımışa 

yaxın bayatısının saxlandığı məlumdur. 

L

ələnin  Füzuli  rayonunun  Əhmədallar kən-



dinin  yaxınlığındakı  “Arqalı  qəbirstanlığı”nda 

q

əbrinin Sənduqə-qəbir daşı  olduğu  müəy-



y

ənləşdirilmişdir. Bunu təsdiq edən bir bayatı da 

var: 

L

ələ yerin Arqalı, 



M

ələməz ay arqalı. 

K

əsəkəs meydanında, 



Nam

ərd qaçar, ər qalı. 

 

Elyas  Muşeqin  “Nəğmələr  kitabı”  nda 



L

ələnin üç bayatısı verilmişdir. Lələnin arzusuna 

gör

ə “gözəl şah” onun qəbri üstə gəlməli idi. Şah 



onun q

əbri üstə gəlir və günbəz də tikdirir: 

 

L

ələ də ölüb getdi, 



Dünyanı böldü  getdi. 

Qoy L


ələ də bilsin ki, 

Göz


əl şah gəldi, getdi. 

 


 

670 


Bu  bayatıdan  məlum olur ki, Lələnin arzu-

suna 


əməl edilir. Lələ vəfat edəndən sonra “gözəl 

şah” onun qəbrinin üstünə gəlir, həm də günbəz 

tikdirir. 

Sarı Aşığın bayatısında həyat hadisələri çox 

canlı və təsirli verilir. 

Sarı  Aşıq  bəzən  bir  bayatıda  dediyi  fikrə, 

m

ətləbə  başqa  bir  bayatısında  eyhamlı  şəkildə 



işarə edərək, onu daha da qüvvətləndirir: 

 

Aşıq, əlaman çəkər, 



Dilin 

əlaman çəkər, 

Yarın soyuq üzündən, 

Dağlar əlaman çəkər. 

 

H

əqiqətən Türkiyədə  Qaraman  dağları, 



Qaraman vilay

əti, Göyçədə  Qara  İmanlı  kəndi, 

Laçında Qaraman kəndi mövcuddur. Yuxarıdakı 

bayatıya  görə  bu mətləbin  Sarı  Aşığa  bağlı 

olduğunu aydınlaşdıra bilmirik. Təkcə, tədqiqatçı 

B

əhlul Bəhcət “Sarı Aşığın bayatıları” kitabının 



müq

əddiməsində  Sarı  Aşığın  Türkiyənin Qara-

man vilay

ətindən  olduğunu  qeyd  edir.  Lakin 

B

əhlul Bəhcət “Sarı Aşığın bayatıları” kitabının 



müq

əddiməsində Sarıca Nəbinin Türkiyədə Hacı 

Qaramanın ailəsindən olduğunu göstərir. 


 

671 


Əndəlib  Qaracadaği,  Salman  Mümtaz  və 

Əhliman  Axundov,  eləcə  də  Bəhlul Bəhcət  Sarı 

Aşığın bayatılarını tam toplaya bilməmişlər. 

Onun ana v

ətəni Qaradağ, sonra da Qarabağ 

olsa da onun bütün h

əyatı  Laçın  rayonunun 

H

əkəri  çayının  sahilindəki Güləbird kəndində 



keçmiş, onun həyatı, məişəti, sevgisi, yaradıcılığı 

bu coğrafi məkanla bağlı olmuşdur. 

Sarı Aşıq bayatısında deyir: 

 

K



əndimiz  Güləbatdı, 

Çiç


əyə, gülə batdı. 

Yaxşı yar gülümsədi, 

Ağzından gülab atdı. 

 

Bu bayatının ikinci variantı belədir: 



 

M

ən aşıq, gülab axdı, 



Çiç

əyə, gülə baxdı. 

Yaxşı yar gülümsədi, 

Ağzından gülab axdı. 

 

Sarı Aşığın tədqiqatçıları elə təsvir etmişlər 



ki,  guya  Sarı  Aşıq  bütün  bayatılarında  yalnız 

Yaxşını təsvir və tərənnüm etmişdir. Onun baya-

tıları Yaxşının həyat macəraları çevrəsindən çıxa 

bilm


əmişdir.  

 

672 


Sarı  Aşıq  Azərbaycan  poeziyasının  bütün 

sirl


ərinə  bələd  olmuşdur.  Sarı  Aşıq  gəzməyi, 

görm


əyi sənətkar üçün böyük yaradıcılıq qaynağı 

hesab  etmiş,  hər  bir  bayatısını  bir  abidə  kimi 

poetik dill

ə  söyləməyə  nail  olmuşdur.  Professor 

S

ədnik Paşa yazır: 



“Sarı  Aşıq  yığcam,  lakonik  tərzdə, dörd 

misralı bayatıda  öz hissini, məhəbbətini, istəyini 

el

ə  sənətkarlıqla  çatdıra  bilir,  onu  elə  poetik 



dill

ə, canlı, yaddaqalan bədii lövhələrlə verir ki, 

ist

ər-istəməz  bunlar  insanı  ilhamlandırır,  vəcdə 



g

ətirir, mənən zənginləşdirib  düşündürür,  təsir-

l

əndirir,  yatmış  fikir  və  duyğularını  yenidən 



oyadır. Bax, budur, Sarı Aşıq poeziyasının cazi-

b

ə qüvvəsi, fərdi məziyyəti”. 



Sarı  Aşığın  bayatılarındakı  forma  və 

m

əzmun vəhdətdə  qurulmuş,  forma  məzmunu, 



m

əzmun da formanı tamamlamışdır. 

Ə.Qaradaği  “Təzkireyi-Qaradaği”  əsərində 

yazır  ki,  Sarı  Aşıq  çox  erkən Güney Azərbay-

canın Qaradağ mahalından Zəngəzura, oradan da 

H

əkəri  çayının  sahilindəki Güləbird  qəryəsinə 



g

əlir, orada Yaxşı adlı bir qıza aşiq olur, sevgilisi 

nakam öl

ən  zaman  özünün  tarixi    bayatısını 

söyl

əyir: 


M

ən aşiq, tərsinə qoy, 

T

ər təni tərsinə qoy. 



 

673 


Yaxşını qibləsinə,  

Aşiqi tərsinə qoy. 

 

Sarı Aşıq Həkəri çayının  sahilindəki Gülə-



bird q

əryəsində  vəfat  etmiş  və  kənd qəbirstan-

lığında dəfn olunmuşdur.  

Sarı Aşığın zəkalı, dərin biliyə malik olma-

sı,  sağlığında  ona  böyük  şöhrət gətirmiş,  onu  el 

ərisində məşhurlaşdırmışdır. 



Sarı  Aşığın  bir-birindən gözəl və  təsirli 

deyişmələrində  hərbə-zorba  ünsürləri də  müəy-

y

ən yer tutur. 



Folklorşünas  Əhliman  Axundova  da,  Bəh-

c

ətə  də  məlumdur ki, onlardan bir əsr  əvvəl 



Ə.Qaradaği “Təzkireyi-Qaradaği” əsərində məlu-

mat  verir  ki,  Sarı  Aşıq  İranın  Qaradağ  maha-

lından  köçüb,  Zəngəzur qəzasına  gəlmiş  və 

H

əkəri çayının  sahilində  yaşayıb  məskunlaş-



mışdır. 

1927-1938-ci ill

ərdə  aparılan  arxeoloji 

qazıntılar  onun  üstündə  saz  şəkli olan qəbrinin 

XVII 

əsrə aid olduğunu təsdiq etmişdir. Arazın o 



tayı  da,  bu  tayı  da  bütöv  Azərbaycandır.  Sarı 

Aşıq  Qaradağdan  da  olsa,  Laçından da olsa bi-

zimkidir, az

ərbaycanlıdır,  Azərbaycan sənət-

karıdır. 


 

674 


Sarı  Aşığın  dastan  yaradıcılığında  əvvəl 

yaratdığı  kiçik  sujetli  bayatılı  hekayələr,  bayatı 

deyişmələr,  bayatı-bağlamalar  əsas yer tutur. 

Bayatı deyişmələrə bir nümunə: 

 

M

ən aşiq, odu-budu, 



Sözümün canı budu. 

Qoy s


əndən bir soruşum, 

Kür neç


ə batman sudu. 

 

Lakin  Sarı  Aşığın  “Aşiq  və  Yaxşı”  dastanı 



h

ələ  də  özünün təkamülünü  yaşamaqdadır.  Bizə 

m

əlum  olan  üç  bayatılı  dastanımız  var:  “Arzu-



Q

ənbər”, “Yaxşı-Yaman” və “Aşiq və Yaxşı”. 

Bu dastanla

rın üçü də dağ kultu ilə bağlıdır. 

“Yaxşı-Yaman”  dastanının  qəhrəmanı  Lələ 

t

əkrar-təkrar  deyir:  “Yaranmışam  daşdan  mən”. 



“Arzu-Q

ənbər”  dastanında  Bakı  dialektində 

Q

əmbərin mənası  daş  deməkdir.  Sarı  Aşıq  öz 



ustadını yamsılayaraq tez-tez deyir: 

 

Kiprikd



ən mən, qaşdan mən, 

Yem


ərəm hər aşdan mən, 

N

ə atam var, nə anam, 



Yaranmışam daşdan mən. 

Sarı  Aşığın  ədəbi  irsini  tam  toplayıb  əldə 

etm

ədən  onun  qoşma  yaradıcılığı  haqqında  saz 



 

675 


götürüb, el-

elatı  gəzməsindən, məclislər keçir-

m

əsindən söhbət açmaq olmaz. Bizim vəzifəmiz 



Sarı Aşığın bitib tükənməyən ədəbi irsini səbrlə 

toplayıb  üzə  çıxarmaqdan  və  tədqiqata cəlb 

etm

əkdən ibarətdir. 



Akademik Mirz

ə  İbrahimov  bütün  bunları 

n

əzərə alaraq yazır: “Aşıq poeziyamızın bir çox 



m

əsələlərinin  aydınlaşmamış  qaldığını  Sarı 

Aşığın həyatı  və  yaradıcılığı  haqqındakı  məlu-

matın naqisliyi aydın göstərir”. 

C

əsarətlə demək olar ki, Sarı Aşığın cinaslı 



bayatıları, bağlama-bayatıları haqqında bu və ya 

dig


ər şəkildə fikir və mülahizələr söylənilmişdir. 

Lakin Sarı Aşığın həyatı və şeirləri ilə bağlı 

Aşıq və Yaxşı” dastanı tam araşdırılmamışdır. 



Sarı  Aşıq bayatı  yaratmaq sahəsində  par-

laq  uğurlar  qazanmış,  bayatı  zirvəsinə  ucal-

mışdır. 

       A). 



Sarı Aşığın cinaslı bayatıları.  

XVII 


əsrdə  Sarı  Aşıq  cinas  qafiyəli 

bayatıların  klassik  nümunələrini  yaratmış,  heca 

v

əznli  xalq  şeirimizi  zənginləşdirmiş,  onu  ən 



göz

əl cinaslı bayatılara qovuşdurmuşdur: 

M

ən aşiq, baltasına, 



El

ə vur, balta sına. 

Yaxşının ağ əlləri, 

Batıbdı bal tasına. 



 

676 


 

Sarı  Aşıq  XVII  əsrin nəhəng  simalarından 

biridir. Onun baya

tı  yaradıcılığı  Azərbaycan 

ədəbiyyatında  xüsusi  yer  tutur.  Sarı  Aşıqdan 

əvvəl və  sonra  bayatı  yaradıcılarından  heç  biri 

onun f

əth etdiyi zirvəyə yüksələ bilməmişlər.  



Z

əngin  yaradıcılıq  yolu  keçmiş  Sarı  Aşıq 

ənənəvi  bayatılar,  bağlama-bayatılar,  cinaslı 

ba

yatılar,  bayatı-deyişmələr,  bayatı-rəvayətlər, 



dastan v

ə hekayələr yaratmışdır. 

Sarı  Aşığın  forma  və  məzmun gözəlliyi ilə 

seçil


ən cinaslı bayatıları onun fitri istedada malik 

olduğunu təsdiqləyir. Sarı Aşıq deyir: 

 

Aşıq, qaz binə bağlar, 



Meylin Q

əzbinə bağlar. 

Gözüm yaşı göl olar, 

Örd


ək, qaz binə bağlar. 

 

XIX 



əsrin  qadın  aşığı  Maralyanlı  Pəri 

“Oynaşı”  adlı  qoşmasında  Sarı  Aşığın  bənzət-

m

ələrindən, təşbehlərindən geri qalmayan bədii 



lövh

ələr yaratmışdır. 

Sarı  Aşığın  cinaslı  təmsillərinin  Aşıq  Bəsti 

d

ə  vurğunu  olmuşdur.  Bəsti  Ağçınqılı,  Tama-



şalını,  Ərgünəşi  gəzdiyi kimi Həkəri  çayının 

sahilin


ə də gəlmiş və demişdir: 

 

677 


 

M

ən aşıq yanı gül, 



H

əkərinin yanı gül. 

Güld

ən ayrı yaşamaz, 



Can ver

ər ölər bülbül. 

 

Veril


ən nümunələrdən,  aparılan  araşdır-

malardan v

ə elmi-nəzəri təhlildən aydın olur ki, 

Sarı  Aşığın  cinaslı  bayatıları  nadir  sənət 

incil

əridir.  



Bu s

ənət incilərindən görkəmli sənətkarlar 

faydalanmış,  məzmunlu,  ideyalı,  tərbiyəvi və 

estetik mahiyy

ətli sənət inciləri  yaratmış,  Sarı 

Aşığa dərin hörmət və məhəbbət qazandırmışlar. 



B).  Sarı  Aşığın  bağalma  bayatıları.  Sarı 

Aşıq  cinas  qafiyəli  bayatılar  yaratmaqla 

kifay

ətlənməmiş,  bağlama  və  qıfılbəndlərin 



inkişafı  üçün  səmərəli  çalışmış,  gözəl sənət 

incil


əri yaratmışdır. 

Sarı  Aşıq  yaradıcılığının  bütöv  bir  qolunu 

t

əşkil  edən  bayatı-bağlamalarda  yüksək sənət-



karlıq  keyfiyyətləri  vardır.  Sarı  Aşığın  bu 

b

ağlama- bayatıları çox variantlıdır: 



 

 

M



ən aşıq, budaq atar, 

O dağı, bu dağ atar. 



 

678 


Torpaqsız yerdə bitər, 

Yarpaqsız budaq atar. 

 

Bu bayatı-bağlamalarda rəngarəng, müxtəlif 



şəkildə təsvir və tərənnüm olunan, heyrət doğu-

ran, torpaqsız yerdə bitən, bar verməyən maralın 

buynuzudur. 

Sarı  Aşığın  çoxvariantlı  bayatı-bağlamaları 

da çox maraqlıdır: 

 

M



ən aşığam, ay mələr, 

Bulud altdan ay m

ələr. 

D

əryada bir gül bitib, 



Su deyib

ən ay mələr. 

 

M

ən aşıq, süsən ağlar 



Sünbülü k

əsən ağlar. 

D

əryada bir gül bitib, 



O da su deyib ağlar. 

 

 “D



əryada bitən gül” ürəkdir, onun hər tərəfi 

qan, su olsa da, yen

ə də su istəyir. 

Professor S

ədnik Paşa Pirsultanlı yazır: 

“İstedadının qüdrəti ilə bayatılara yeni bədii 

boyalar ver

ən, onu mənaca, məzmunca, formaca 

göz

əlləşdirən, zənginləşdirən, məşhurlaşdıran, 



şöhrətləndirən  Sarı  Aşıq  Azərbaycan  ədəbiyya-

 

679 


tında tükənməz irs, iz və  bu sahədə  ölməz  ənə-

n

ələr qoyub getmişdir”. 



       

Sarı  Aşıq    həyat hadisələrinə,  epizodik 

m

əsələlərə  yüksək həssaslıqla  yanaşır,  onlardan 



n

əticə  çıxarır,  özünün  müşahidələrinə  arxalanır 

v

ə  orijinal, həm də  bənzərsiz  bayatı  bağlamalar 



yaradıb, oxuculara ərmağan verib, hörmət qazan-

mışdır. 


Folklorşünas  alim,  əməkdar müəllim,  şair, 

publisist, professor S

ədnik  Paşa  Pirsultanlının 

yaradıcılığında  tədqiqatçılıq  fəaliyyəti çox əhə-

miyy

ətlidir.  



Professor S

ədnik Paşa Pirsultanlı Sarı Aşığı 

Az

ərbaycan poeziyasında bayatı zirvəsinin fatehi 



adlandırmış,  “Sarı  Aşığın  bayatı  zirvəsi”  adlı 

monoqrafi

yasını yazıb nəşr etdirmiş və oxuculara 

h

ədiyyə verib, parlaq uğurlar qazanmışdır.  



Filologiya elml

əri doktoru, professor Sədnik 

Paşa  Pirsultanlının  tədqiqat obyektləri çox 

z

əngindir.  Onun  “Poeziyamızda  Sarı  Aşığın  ba-



yatı zirvəsi” adlı 2011-ci ildə Bakıda nəşr olunan 

t

ədqiqat  əsərinin dərin məzmunu, tərbiyəvi 



mahiyy

əti, sənətkarlığı  bu  fəsildə  elmi-nəzəri 

şərhini çox aydın tapmışdır. 

 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin