T ƏHSİ L nazi rli Yİ G


“Çeşmə” Gəncə “Çeşməsi”dir



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix31.01.2017
ölçüsü2,72 Mb.
#7270
1   2   3   4   5   6   7   8   9   ...   25
     

“Çeşmə” Gəncə “Çeşməsi”dir. 

                                                 

3

 S

ədnik Paşa Pirsultanlı. İnciçəyim. Gəncə, 1996, səh.35. 



 

31 


Professor S

ədnik Paşa Pirsultanlının yaradı-

cılığına,  daha  dəqiq desək,  yaradıcılıq  aləminə, 

yaradıcılıq  dünyasına  səyahət etmək çox çətin

m

əsuliyyətli və həm də şərəflidir. 



 Ona gör

ə  ki,  onun  yaradıcılıq  aləmi, yara-

dıcılıq dünyası, yəni səmərəli əmək fəaliyyəti və 

yaradıcılıq  yolu çox mürəkkəb, əziyyətli, xüsu-

sil

ə çox zəngin, rəngarəng, şərəfli, məzmunlu və 



m

ənalı ömür tarixi salnaməsidir. 

Professor S

ədnik  Paşa  Pirsultanlının  parlaq 

tarixi ömür salnam

əsi onun zəngin elmi-nəzəri 

ideyasının mənbəyidir.  

Folklorşünas  alimin  “Novruz-Qəndab” və 

dig

ər məhəbbət dastanlarının müqayisəli tədqiqi”  



adlı Azərbaycan şifahi xalq ədəbiyyatı haqqında 

yazdığı  əsər səmərəli elmi-nəzəri  araşdırmaların 

şərəfli məhsuludur.  

Professor S

ədnik  Paşa  Pirsultanlının  tarixi 

m

ənbələr və  şifahi  xalq  ədəbiyyatı  materialları 



əsasında  yazdığı  elmi-nəzəri və  ədəbi-tənqidi 

monoqrafiyası ədəbi salnamədir. Bu salnamə ədi-

bin id

eyasının  şərhinə  parlaq nümunədir. Buna 



gör

ə də monoqrafiyanın qısa təhlilinə nəzər sal-

maq çox faydalıdır. 

Professor S

ədnik  Paşa  Pirsultanlı  zəngin 

m

ənəviyyatlı, parlaq ismətli, şeir, sənət,  saz, söz, 



v

ətən və  xalq  sevgili  əbədiyaşar ömür-gün yol-



 

32 


daşı Səfurə xanımın  müqəddəs eşqi ilə ədəbiyyat 

al

əminə gəlmiş, yazmış, yaratmış, müasir müstə-



qil  dövrümüzd

ə  də  yazıb  yaradır,  ümumxalq  

m

əhəbbətilə  yaşayır və parlaq uğurlar qazanır.  



Mahir  pedaqoq, g

ənc  nəslin  təlim-tərbiyə-

si il

ə səmərəli məşğul olan Sədnik müəllim gözəl 



şairdir. Sədnik  Paşayev  folklorşünas, pedaqoq, 

n

əzəriyyəçi, jurnalist, tədqiqatçı  alimdir,  filo-



logiya  elml

əri doktoru, professordur.  

Professor  S

ədnik  Paşa    Pirsultanlı  2007-ci 

ild

ə  “Pirsultan  pinarı”  (şeirlər)    adlı  666  səhifə-



d

ən  ibarət çap olunmuş kitabında  gənclik illə-

rind

ən  bu günə kimi  yazdığı  şeirləri toplamış-



dır.  

Şübhəsiz ki, bu şeirlər alimin folklor ekspe-

disiyası zamanı  gəzdiyi və gördüyü yerlərin xoş 

havası, zövqü-səfası, romantik mənzərəsi əsasın-

da  q

ələmə aldığı   sənət inciləridir. Bu şeirlərdə 



folklorçu  s

ənətkarın  nəfəsi, ruhu duyulur, oxu-

cuya b

ədii-estetik zövq verir.   



Folklorşünas  alim-şair  Sədnik  Paşa  Pirsul-

tanlının  poeziyasında  təbiətin gözəllikləri ilə 

h

əyat hadisələri vəhdətdə  tərənnüm edilir, oxu-



cuya göz

əl tərbiyəvi və bədii-estetik təsir edir.  

Professor S

ədnik  Paşa Pirsultanlı  poeziya-

sında  özünü  sevgi    bəhrinə  bənzədir, görkəmli 

türk s


ənətkarları  onun  poeziyasını  sevir  və 

 

33 


yüks

ək dəyərləndirirlər.  Sədnik müəllim gözəl 

bilir ki, 

Yunis  İmrənin  şeirləri  axıcıdır,  insanın 

q

əlbinə təsirlidir, şəlalə kimi çağlayandır.  



S

ədnik müəllim  həmin  kitabındakı  ön söz-

d

ə  yazmışdır: “Şeirlərim mənim həyatım və tər-



cümeyi-

halımdır”. 

 

Aydındır  ki,  Sədnik müəllim  şeirlərində 



h

əyatını, mənalı  ömür yolunu nəzərə alır, həmin 

misralar  sanki kağız üstündə dil açıb danışır və 

S

ədnik müəllimin özünü danışdırır: 



 

S

ədnikəm,  bir  sevgi dəniziyəm mən, 



Yunis İmrələrin  bir iziyəm mən! 

 

Alim-



şair Sədnik  Paşa  lirikanın əhəmiyyə-

tini yüks

ək dəyərləndirir,  poeziyası  ilə  fəxr edir 

v

ə  deyir ki: “Mən  az  qala  şeirlərimlə  bərabər 



doğulmuşam”.  

S

ədnik müəllim  yüz otuz il mənalı  ömür 



ya

şamış  nənəsi  Leyli  xanımın    sinəsini “folklor 

yatağı”  adlandırır və bu müdrik nənəsinin  özünə 

ilk mü


əllim  olduğunu iftixarla qeyd edir, Leyli 

xanımın    əbədiyaşar  nənə  olduğunu  poetik dillə 

cilalayır. Ona görə ki, Leyli nənə vətənin, xalqın, 

şifahi xalq yaradıcılığının vurğunu olmuşdur.  

Professor  S

ədnik    Paşa    Pirsultanlı  yazır:  

“Qa

zağıstana,  Orta  Asiyaya,  Rusiyaya,  Alma-



 

34 


niyaya, Türkiy

əyə, İrana və başqa yerlərə   alim  

kimi s

əfər etsəm  də, bu gəzmək, görmək mənə 



saysız  mövzular  vermiş,  yeni-yeni  şerlərin 

dünyaya g

əlməsinə imkan yaratmışdır”.  

Dem


əli,  şair  Sədnik  Paşa    gəzdiyi və  gör-

düyü  yerl

ərdən bəhrələnir, ilham alır, poetik sə-

n

ət  inciləri yaradır. Bu da təbii haldır.  



Professor  S

ədnik    Paşa  Pirsultanlı  şairliyi 

haqqında yazır: “Gəncliyimdə  şerə nikbin ruhla 

g

əlmişəm. Ən gözəl  şeirləri  vətənə, onun dağla-



rına və Səfurə xanımın  məhəbbətinə həsr etmi-

şəm”. 


Lakin  S

əfurə  xanımın öz dünyasını vaxtsız 

d

əyişməsi  şeirlərinin  başının  üstünə  qəm bu-



ludu  g

ətirdi. Körpəlikdə  valideyn nəvazişi gör-

m

əməyim, Səfurə  xanımın    ölümü  ulu  babam 



Pir

sultan Abdalın faciəli həyatı istəsəm də, istə-

m

əsəm də,  şeirlərimdən  bir  sızıltı  kimi    gəlib 



keçmişdir.  

Qarabağ müharibəsi, Şuşanın, Laçının, Kəl-

b

əcərin  və  Göyçənin  əldən getməsi mənim  ağ-



rılı-acılı şeirlərimin mövzusuna  çevrilmişdir”

1

 



Alim-

şair  Sədnik  Paşanın  lirikasında  həm 

sevimli, nikbin, göz

əl,  xoş  günləri və  həm də 

k

ədərli və qəmli çağları bədii ifadəsini tapmışdır.  



                                                 

1

 S



ədnik  Paşa  Pirsultanlı. “Pirsultan pinarı”. (şeirlər). Bakı,  2007, 

s

əh 6. 



 

35 


Buna gör

ə də bu gözəl sənət inciləri olan şeirləri  

mütali

ə  edən oxucular  həm bədii-estetik zövq 



alıb  sevinir  və  həm də  qəmə  batır,  qəmginləşir, 

s

ənətkarın  həyatına,  sevgisinə  və  qəminə  şərik 



ol

ub  ona  cansağlığı,  uzun  ömür  və  şərəfli 

yaradıcılıq uğurları arzulayırlar. 

Alim-


şair  Sədnik Paşa dünyanı gəzmiş, mə-

nalı  səfərlər  etmiş,  ancaq  şeirlərində   əziz və 

müq

əddəs, doğma Vətəni Azərbaycanı tərənnüm 



etmişdir: 

Bir çiç


əkdə vətəndi,  

Bir l


əçək də  vətəndi. 

Bir bulaq da v

ətəndi, 

Bir yarpaq da v

ətəndi... 

 

Qurban olum, 



Bir yanı Dərbənd vətənə, 

Qurban olum, 

Bir yanı qürbət vətənə.  

 

Alim-



şair oxucuya  vətən sevgisi, vətən mə-

h

əbbəti  aşılayır,  oxucunu    vətənpərvər,  əməkse-



v

ər, qeyrətli, elmli, bacarıqlı    müdrik  olmağa 

çağırır, gənc nəslə əxlaqi keyfiyyətlər aşılayır.  

V

ətən  eşqi  ilə  yaşayan  mahir  pedaqoq  və 



istedadlı  şair  Sədnik  Paşa  Pirsultanlı  gələcəyin 

 

36 


qurucuları gənc nəslə yüksək əxlaqi keyfiyyətlər 

aşılayır. 

Professor S

ədnik Paşa Pirsultanlı vətən eşqi 

il

ə yaşayır və yazır: 



 

S

ən də, mən də qurban olaq, ay gözəl, 



Bu 

əziz Vətənin bir yağışına. 

 

 

“Nizami  baba”  şeirində  dahi sənətkar, 



dünyada ilk “X

əmsə” müəllifi Nizami Gəncəviyə 

əllif müraciətlə deyir: 



 

Göygölü 


əlində ayna kimi tut, 

Bu xoşbəxt Gəncənin camalına bax. 

Axşamlar baxdıqca fəvvarələrə, 

El

ə bil dağlardan xoşbulaq gəlib. 



 

 

Professor  S



ədnik  Paşa  Pirsultanlı    “Daş-

k

əsən mədənləri”  şeirində  anadan  olduğu  yurdu 



Daşkəsəni,  “Gül  bitirdi”  şeirində  Gədəbəyi 

t

ərənnüm edir. Alim-şair Sədnik Paşa Pirsultanlı 



poetik dill

ə deyir: 

 

Göz


əli sevməyən ürək, 

V

ətəni də sevə bilməz. 



 

 

37 


 

əllif göstərir ki, insanı sevmək, Vətəni 



sevm

ək, vətəndaşı  sevmək deməkdir.  “Xoşbu-

laqda”   

adlı  şeirində  Azərbaycan  şifahi  xalq 

yaradıcılığına  müraciət  edir,  Koroğlunun  qəhrə-

man


lığını xatırlayır və yazır: 

 

Koroğlu burdan keçəndə, 



İgidlərə yurd seçəndə. 

Qırat suyundan içəndə, 

İzi qaldı xoşbulaqda. 

 

 



S

ənətkar  alimin  poeziyasında  vətənin  

göz

əllikləri, təbii sənəti,  başı  qarlı  uca  dağları, 



s

ərin bulaqları, alyaşıl geyinmiş meşələri, bağları 

v

ə  bağçaları  canlı  və  gözəl tərənnüm edilir, 



oxucunun v

ətənpərvərlik hissini pərvazlandırır. 

 

Şair Sədnik Paşa Pirsultanlının “Öz səsim” 



(1990), “Pirsultan bulağı” (1994), “İnciçiçəyim” 

(1996), “İlahi bir səs” (1991), “Bir içim nəğmə” 

(2003), 

“Pirsultan  Pinarı”  (2007),  “Saz  nəfəsli 

şeirlərim” (2008) adlı şerlər kitabları çap olunub 

oxucuların mütailəsinə hədiyyə verilmiş, onların 

m

ənəvi aləmini zənginləşdirmiş,  müəllifə  dərin 



sevgi v

ə məhəbbət qazandırmışdır. 

 

Professor  S



ədnik  Paşa  Pirsultanlının  “Bu-

laq”,  “Dağlar”,  “Bu  dağların”,  “Kəklik”, “Sev-

s

ən”,  “Yatmış  gözəl”,  “Qoşqar  dağı”, 



 

38 


“Koroğlunun daş qalası” kimi şerlərində vətənə, 

xalqa m


əhəbbət hissi aşılanır, oxucunun qəlbinə 

h

əyatda  yaşamaq  və  yaratmaq həvəsi təbliğ 



edilir. “T

əbiətin sərgisi” adlı şeirində tarixi qəh-

r

əmanlıq  hadisələrini təbiətin gözəllikləri ilə 



v

əhdətdə tərənnüm edir:  

 

Xalı kimin xalısıdır? 



Yamacda qalıb. 

Xına kimin xınasıdır? 

Daşda qalıb. 

Hansı gözəlin darağıdır, 

Quşda qalıb?! 

- Bunlar t

əbiətin sərgisidir, 

Allahın vergisidi. 

 

O görün


ən qayalar, 

Koroğlunun hörgüsüdür. 

 

 

Şeirdə  Vətənin güllü-çiçəkli çölləri, 



n

ərgizli-bənövşəli  düzləri, hər  yeri  İlahi  tərə-

find

ən  yaradılmış  xalıya  bənzədilir, “Təbiətin 



sevgisi  Allahın  vergisidir”  nəticəsi verilir. Həm 

d

ə gözəlin darağının hop-hop adlı quşda qalması 



xatırlanır. 

 

39 


 

Şairin  misraları  lətifliyi ilə  oxucuya vüsət 

verir, t

əbiətə  vurğunluğu  göstərir, ondan bədii-

estetik zövq almağa çağırır. 

         Professor  S

ədnik  Paşa  Pirsultanlı  “Qala 

divarı”  adlı  şeirində  ulu  babalarımızdan  yadigar 

qalmış  tarixi  abidələrin tərənnümünü verir, 

onlara qayğı bəsləməyi təbliğ edib deyir: 

 

Ür

əyim dağa dönür, 



Dağ üstə görəndə səni. 

Babamın yadigarı, 

Babamın şah əsəri, 

Qala divarı. 

Torpağıma, bağlı qayalar üstə, 

Öz canıma bağlı qayalar üstə, 

Babamın öz əl işi- 

Babamın yüksəlişi, 

Qala divarı. 

 

 



Şeirdə  tarixin  yadigarı  Qala  divarı  tərən-

nüm edilir, n

əzmə  çəkilir, onun sevilməsi və 

qorun


ması  təbliğ  edilir,  çünki  vətənin yadiga-

rıdır.  Şeirdə  Qala  divarı  illərin,  əsrlərin  əbədi 

yadigarı kimi tərənnüm edilir. 

 

Alim-



şair Sədnik Paşa Pirsultanlı “Vətəni-

m

ə dəyməsin” şeirində vətənə məhəbbətin tərən-



münü çox canlı, təsirli poetik dillə  verir: 



 

40 


Düşmənimin, mərmisi, gülləsi, 

Qoy m


ənə dəysin, 

V

ətənimə dəyməsin. 



Analar S

ədnik adlı oğulu bir də doğar, 

V

ətəni heç kəs doğa bilməz. 



V

ətənim salamat olsa, özümün olsa, 

Heç k

əs məni boğa bilməz. 



 

 

Aydındır  ki,  Vətən vətəndaşları  doğur, 



ancaq v

ətəni heç kim doğa bilməz. Buna görə də  

v

ətəndaşlar  vətən  yolunda  can  qoymalı,  şəhid 



olmalı, onu qorumalı və keşiyində durmalıdır. 

Professor S

ədnik  Paşa  Pirsultanlı  mü-

q

əddəs vətən uğrunda şərəfli mübarizə aparmağı, 



düşmənə  ağır  zərbə  vurmağı,  cəbhəyə  getməyi,  

v

ətəni  yaşatmağı, onu zənginləşdirməyi tələb 



edir, çünki v

ətənsiz  yaşamaq  olmaz,  vətənsiz 

yaşamaq ölümdən betərdir. 

 

S



ədnik müəllim  şerlərində  xalqın  ədəbi 

x

əzinəsinə  dərin hörmət bəsləyir, ondan bəh-



r

ələnir.  Atalar  demişdir  ki,  “Könül  dediyin  bir 

quşdur  ki,  o,  hər dəni dənləməz”.  Onun  şerində 

m

əhəbbətin və  sevginin müqəddəsliyi tərənnüm 



edilir: 

 

Sev



ənlərə yaş həddi yox, 

M

əhəbbətin sərhəddi yox. 



 

41 


Sin

əmizdə çırpınır bax, 

Könüll

ərdi, quş ki, deyil. 



 

 

Ür



əyi sevgi və  məhəbbətlə  dolu olan

h

əmişəyaşar,  həmişəcavan  folklorşünas  Sədnik 



Paşa Pirsultanlı şifahi xalq yaradıcılığından düz-

gün b


əhrələnir və  həqiqi sevgini qəlbin zirvəsi 

ad

landırır: 



H

ər aşiqin öz adı var, 

H

ər ürəyin öz odu var. 



H

ər meyvənin öz dadı var, 

Turşməzədi turş ki, deyil. 

 

 



əllifin alovlu qəlbinin odu insanlara 

sevgi v

ə məhəbbətdir, onun yanğısı məhəbbət və 



sevgi il

ə  doludur. Ona görə  ki, sevən  aşiqin 

q

əlbinin odu çox qüvvətlidir, təravətlidir, incədir, 



ülvidir v

ə təsirlidir.  

 

Dağların  zirvəsində  dünyaya  göz  açmış 



professor S

ədnik Paşa Pirsultanlı təbiətin gözəl-

likl

ərindən  ilham  almış,  sağlam  fiziki  ömür 



yaşamış,  ruhunun  mayasını  vətənimizin təbii 

göz


əlliklərindən, vətənin təbii sərvətindən almış-

dır.  Buna  görə  də  ömrün zirvəsinə  yüksəlir, 

yazır, yaradır və parlaq uğurlar qazanır.  


 

42 


 

Görk


əmli folklorşünas alim və şair Sədnik 

Paşa Pirsultanlının “Lilpar bulaq” adlı şeirlər ki-

tabı onun könül dünyasının parlaq nümunəsidir.  

 

Lilpar dağların köksündə çağlayan, bulaq-



ların  gözündə  bitən çiçəkdir. Bu çiçək poetik 

obrazdır. Sədnik müəllim ilhamını Allahdan alır, 

t

əbiətin gözəllikləri ilə  qəlbini zənginləşdirir  və 



yazır: 

Bu, sin


əmdə bir lalədir, 

Bil, o, m

ənim ürəyimdir. 

Şəbnəm dolu piyalədir, 

Bil, o, m

ənim ürəyimdir. 

 

 

Şeirin təsiri çox qüvvətlidir.  Aydındır  ki, 



lilpar çiç

əyi öz rişəsini buz bulaqların gözündən 

alıb həyat, dirilik torpağı kimi, Sədnik müəllimin 

lilpar misilli ür

əyi, lilpar təbli könül dünyası da 

öz  ilhamının  mayasını,  öz  təbii  çeşməsini də 

v

ətənimizin elə lilpar bulaqlardan, səfalı yaylaq-



lardan, bir sözl

ə, vətənimizin gözəlliyindən alır.   

B

əli,  bulağın  çeşməsi heç vaxt qurumaz, 



lilpar is

ə  öz  mayasını  çeşmələrdən alar, Sədnik 

əllimin lilpar könlü də öz ilhamının qaynağını 



uca Yaradandan, Uca Yaradanın vətənimizə bəxş 

etdiyi z


ənginliklərdən alır. 

 

Obrazlı  dillə  öz ürəyinin vətənin  gülü, 



t

əbiəti ilə  müqayisəsini  verir, metaforik tərzdə 



 

43 


v

ətəndə bitən lalənin gecədən üstünə düşən şehi 

(şəbnəmi, jaləni) dolu piyalə, dolu qədəh adlan-

dırır və onu da öz ürəyi ilə eyni bərabərdə tutur. 

Ona gör

ə  ki, hadisələr  canlı  və  təsirli bədii 



ifad

əsini tapır, oxucuya gözəl təsir bağışlayır. 

Professor S

ədnik  Paşa  Pirsultanlı  vətənin 

t

əbii gözəlliklərindən bədii-estetik zövq alır, onu 



t

ərənnüm etməyi özünə  şərəf bilir və  bununla 

f

əxr edib alovlu qəlbini pərvazlandırır.  



 

Şair  Sədnik  Paşa  ürəyinin lalənin rənginə 

müqabil  olaraq  qan  qırmızıya  boyandığını,  qara 

xalın  ürəyində  qəm-qüssə  nişanəsi  olduğunu 

dem

ək istəyir və  üstəgəl,  gecədən lalənin ləçə-



yinin  ortasına  düşən  şəbnəmi isə  qədəh dolu 

şərabla müqayisədə  bildirmək istəyir ki, mən 

qızıl qırmızı geyinmiş qara xallı-qüssəli ürəyimin 

d

ərdini-qəmini  dağıtmaq  üçün  içki  şərbətini 



(şəbnəmi) nuş edirəm.  

Y

əni qəmdən-dərddən içib, kədərimi dağı-



dıram.  Gözəlliklər  diyarı  olan  təbiət səhnəsini 

misralara düzm

əklə  özünü təbiətin  bir  parçası 

saymış,  ürəyini  laləyə  bənzətmiş,  həm də  ona 

t

əbiətin gözəllikləri ilham verdiyini, bununla da 



misilsiz s

ənət inciləri yaratdığını vurğulamışdır.  

Professor S

ədnik  Paşa  Pirsultanlı  “Lilpar 

bulaq”  adlı  şeirlər  kitabında  təbii və  bədii təs-

virl


ər vasitəsilə  çox zəngin poetik obrazlar 

 

44 


yara

tmış,  yüksək  əxlaqi keyfiyyətlər tərənnüm 

etmişdir.  

Bu  cür  uğur  özünü  vətənin fədaisi  sayan 

s

ənətkara xas ola bilər, o fədai folklorşünas alim-



l

ə  şairliyi  bir  vəhdətdə  birləşdirir,  qarşısına 

qoyduğu ideyanın şərhini düzgün verir. 

 

Dünyada dağdan ağır, dağdan uca, dağdan 



böyük n

ə  ola bilər ki? Bax, Sədnik müəllimin 

d

ərdi o, dağlardan da güclüdür, ağırdır ki, dağları 



aşırmaq qüdrətindədir. Sonra dərdinin həcmini 

poetik dill

ə düzgün cilovlayıb oxucuya çatdırır.  

 

S



ədnik müəllimin obrazlı dillə ürəyi vətə-

nin güclü p

ərvazlandığını göstərir. Dünyada dağ-

dan ağır və uca heç nə tanımayan müəllif deyir: 

 

D

ərdimi dağa desəm, 



Dağ tərpənər, dağ yeriyər. 

 

 



Dem

əli, Sədnik müəllimin dərdi dağlardan 

da qüvv

ətlidir, dağlardan da ağırdır. Ona görə ki, 



onun d

ərdi suları yandırır: 

 

D

ərdimi suya desəm, 



Su alışar, sular yanar. 

X

əzər suya həsrət qalar, 



Araz axar, Kür dayanar. 

 


 

45 


 

Dem


əli, Sədnik müəllimin dərdinin odu-

alovu yüks

ək dərəcədə  sarsıdıcı,  yandırıcı  oldu-

ğuna  görə  dünyanın  ən böyük gölü, dənizi olan 

X

əzəri,  Kür  çayını  və  Araz  çayını  qurudur. 



əllif    poetik dillə  dərdinin onun qəlbini  coş-

durub qaynatdığını ifadə edir: 

 

D



ərdimi Sədnikə desəm, 

Qaynar, qaynar, 

əsər, coşar. 

 

 



Aydındır  ki,  müəllifi  əsdirən,  coşduran, 

daxili al

əmini təlatümə  gətirən və  bu təlatümü 

şerə çevirən dərd yanğısıdır.  

Bu d

ərdin  kökü  şair-alim Sədnik  Paşa 



Pirsultanlının  vətəndaşlıq  yanğısından  gəlir. 

Çünki S


ədnik müəllim vətəndaşlıq  qeyrəti ilə 

yaşayır,  vətəni və  xalqı  sevir,  vətənin  inkişafını 

v

ə  xalqın  azad,  xoşbəxt  yaşamasını  tərənnüm 



edir, ona parlaq uğurlar arzulayır.   

 

Professor S



ədnik  Paşa  Pirsultanlının  bu 

yanğısının  əksəriyyəti  Qarabağın,  Zəngəzurun 

nankor 

düşmənlərin  işğalı  altında  olmasından 



ibar

ətdir. Bu haqsızlığa dünya birliyi dözür, təd-

bir görmür. Ancaq bu cinay

ətkar məhv ediləcək, 

torpaqlarımız  azad  olunacaqdır.  Şair  çox  haqlı 

olaraq  deyir  ki,  analar  oğul  doğar,  ancaq  vətən 

doğmaz: 


 

46 


Düşmənin mərmisi, gülləsi, 

Qoy m


ənə dəysin. 

V

ətənimə dəyməsin, 



Analar S

ədnik adlı oğulu 

Bir d

ə doğar, 



Amma V

ətən doğulmaz, 

Az

ərbaycan doğulmaz, 



Türkiy

əm doğulmaz. 

 

 

Professor S



ədnik  Paşa  Pirsultanlı  Vətəni 

Az

ərbaycan Respubilkasının sərhədləri ilə deyil, 



h

əm də  bütöv Türk dünyası  ilə  birlikdə  qələmə 

alır, onun ətraflı şərhini verir, ona parlaq uğurlar 

dil


əyir.  

 

Professor S



ədnik  Paşa  Pirsultanlı  göstərir 

ki,  bu  gün  parçalanmış  Böyük  Türküstanı 

birl

əşdirmək üçün Türkiyə-Azərbaycan  qardaş-



lığının möhkəmlənməsi, digər Türk dövlətlərinin 

h

əmrəylik nümayiş etdirməsi zəruridir. Aydındır 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin