Yel çərşəmbəsi boz ayın dörd çərşənbəsindən birinə verilən addır.Bu günə xalq arasında "külək oyadan çərşənbə", "yelli çərşənbə", "küləkli çərşənbə«-si də deyilir. Yel çərşənbəsi təbiətin elə bir vaxtıdır ki, qış gücdən düşərək son köçünü sürür.Qar əriyir, suyun buzu açılır, torpağın donu açılır,çəmənə hərarət hopur. Bahar yağışları yağmağa, torpağa can verməyə başlayır.
Əski etiqadlara görə bu çarşənbədə oyanan Yel və ya Külək hər yanı gəzir oyanmış suyu, odu hərəkətə gətirir, yatmış torpağı qızdırır... Yel çərşənbəsində əsasən isti külək yazın gəlişindən xəbər verir Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmlər Yelin özünün toplanması kimi qəbul edilir. Cünki əski etiqada görə. "qara nəhirdə" yatmış külək yer üzünə çixaraq əvvəlcə özü təmizlənir. Yellə bağlı babalarımızın bizə dediyi müdrik kəlamlar aşağıdakılardır: