Novruzgülü Baharın (Novruzun) gəlişini müjdələyən, gözoxşayan, könülaçan incə bir güldür. Yana əyilmiş ağ, zərif çiçəkləri uzun saplaqda tək-tək yerləşir.
Günəş nurun saçıbdı,
Soyuq qorxub qaçıbdı.
Meşələrdə bağlarda
Novruzgülü açıbdı !
Novruzun adətlərİ
Papaqatdı
Papaqatdı Novruz bayramı axşamı icra olunan ayindir. "Şalsallama", "Qurşaqsallama","Qurşaqatdı" kimi de adlanır. Hazırda binalar qədimdəki kimi üstü hamar, birmərtəbəli deyil. Hündürmərtəbəli binalarda evlərin yalnız qapılarından Novruz payı almaq olur. Odur ki, uşaqlar şal, yaylıq əvəzinə papaqlarını ya açıq qapılardan içəri atır, ya da papağı qapı ağzına qoyub, qapını döyməklə evdəkilərdən pay alırlar. Papaqatdıya gələnlər özləri gizlənirlər ki, kimlikləri tanınmasın.